Məhkəmə qərarları › İş №2-1(120)-325/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-325/2023

02.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-325/2023 02.10.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.1991-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Azərşped-İsveçrə- Rusiya müştərək müəssisəsində sürücü işlədiyi dövrün sosial siğorta stajı kimi qəbul edilərək əmək pensiyasının yenidən hesablanmasının cavabdehə həvalə edilməsi tələbinə dair işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1991-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Azərşped-İsveçrə-Rusiya müştərək müəssisəsində sürücü işləmə faktına uyğun pensiyanın yenidən tam hesablanmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqddan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək, “iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Azərşped- İsveçrə-Rusiya müştərək müəssisəsində sürücü işlədiyi dövrün sosial siğorta stajı kimi qəbul edilərək əmək pensiyasının yenidən hesablanmasının cavabdehə həvalə edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi” kimi baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Cavabdeh onun qanunla müəyyən edilmiş hüquqlarına göz yummasıdır. Ona xx.xx.2009-cu ildən yaşa görə əmək pensiyası təyin olunmuşdur. Onun pensiyası yaşa görə iş stajına uyğun nəzərə alınmamışdır. Yəni onun əmək stajı 1963-cü ildən qanuna uyğun nəzərə alınmamışdır və xx.xx.2002-ci ilədək iş stajı qanuna uyğun hesablanmamışdır. Belə ki, xx.xx.1991-ci ildən xx.xx.2002-ci ilədək Azərşped - İsveçrə-Rusiya” müştərək müəssəsində sürücü işləmə faktına göz yumulmuşdur. O, faktiki olaraq 1963-cü ildən xx.xx.2002-ci ilədək əmək fəaliyyəti olduğu bir halda uzun müddət şikayətlərinə baxmayaraq onun hüquqlarının kobud pozulması halları davam edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1 -ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sosial sığorta stajına daxil edilir. Onun Cavabdehndən işlədiyi müddətə görə pensiya məbləğinin qanuna uyğun qaydada yenidən hesablanması, tələbi uzun müddətdir cavabsız qalması yenidən məhkəməyə müraciətinə əsas olmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı məhkəməyə ünvanladığı iddiaya yazılı münasibətində (etirazında) qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. 230985 nömrəli pensiyaçının uçot vərəqinə əsasən iddiaçının əmək pensiyasının sığorta hissəsi Qanunun 27.2-ci maddəsinə uyğun olaraq xx.xx.2006-cı il tarixədək 27 il ümumi iş stajı nəzərə alınmaqla 27x1,94=52,38 manat müəyyən edilmişdir. İddiaçı təqdim etdiyi xx.xx.1966-1 il tarixdə tərtib olunmuş əmək kitabçasına əsasən əmək pensiyasının sığorta hissəsi xx.xx.2006-cı il tarixədək 35 il 33 ay ümumi iş stajı nəzərə alınmaqla aşağıdakı qaydada yenidən hesablanmışdır. (35 il tam iş stajı x 1,94 manat)+(1,94 : 12 av x 3 av) = 68,38 manat və xx.xx.2013-cü il tarixədək indeksləsdirilmə nəzərə alınmaqla 68,38+7,9%+1,1%=47,06 manat. xx.xx.2017-ci il tarixdən Qanuna edilmiş dəyişikliyə əsasən iddiaçının əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılmışır. MEİS-nin pensiya altsisteminə əsasən, iddiaçının xx.xx.2006-cı il tarixdən sonra fərdi nesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Yuxarıda deyilənləri nəzərə alaraq bildirmişdir ki, İddiaçı yaşa görə əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır. Beləliklə, iddiaçı öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. Yuxarıda qeyd edilənləri, inzibati iş üzrə İddiaçı "yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması”na dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı şifahi məhkəmə iclasında izahatında iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 şifahi məhkəmə iclasında izahatında iddia ərizəsini qəbul etməyətək, iddia ərizəsinin rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Astara rayonunun ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsaslı deyildir. İşin mübahisəli halı İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Azərşped-İsveçrə-Rusiya müştərək müəssisəsində sürücü işlədiyi dövrün sosial siğorta stajı kimi qəbul edilərək əmək pensiyasının yenidən tam hesablanması tələbindən ibarətdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilən sübutlarla əsaslandırmışdır: - İşdə olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 568/083/23 saylı məktubuna əsasən, İddiaçı xx.xx.1991 -ci il tarixli 02-a saylı əmrə əsasən işə qəbul edilmiş, xx.xx.2000-ci il tarixli 031-F saylı əmri ilə Azərbaycan respublikasının əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (Astara rayon məhkəməsi, Şirvan Apellyasiya Məhkəməsi, Ali Məhkəmənin qərarları) əsasən işdən azad edilmişdir. X3 çatacaq istifadə etmədiyi məzuniyyət illərinə görə 210.20 manat pul əvəzi 2007-ci ildə hesablanıb ödənilmişdir. İddiaçı pensiya məbləğinin hesablanması tələbinə cavab olaraq onun "xxxx" MMC-də sürücü vəzifəsində işləməsi barədə əmrin sürətini və əmək haqqı cədvəli məktuba əlavə olunmuşdur. - Məhkəmə iclasında elan edilmiş iddiaçının pensiya işindən görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi əsasən 03.11,2009-cu il tarixində yaşa görə əmək pensiyası təyin edilmişdir.İddiaçı təqdim etdiyi sənədlərin surətlərinə əsasən 01.01,2006-cı il tarixinədək iş stajı 35 il 3 ay təşkil edir.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01,07.2017-ci il tarixinədək qüvvədə olmuş 26.3-1 -ci maddəsinə görə 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011 -ci il 01 iyul tarixindən yenidən hesablanır.Qeyd olunan maddəyə əsasən 2006-cı il tarixinədək 35 il sığorta stajına əsasən əmək pensiyasının sığorta hissəsi 67,90 manat təşkil edir ((35+3:12)x1,94= 68,38). Pensiyanın ümumi məbləği aşağıdakı qaydada hesablanmışdır: 01.01.2012 - 68,38+68,38x7,9%+85(baza hissə)= 158,78 xx.xx.2013 -73,78+73,78x1,1%+85(baza hissə)= 159,59 01.09.2013 - 74,59+100 (baza hissə)= 174,59 xx.xx.2014 - 74,06+74,06x2,4%+100 (baza hissə)= 175,84 01.01.2015- - 75,83+75,83x1,4% +100 (baza hissə)= 176,90 xx.xx.2016 - 76,89+76,89x4%+100 (baza hissə)= 179,98 01.02.2016- - 79,96+110 (baza hissə)= 189,98 01.01.2017- - 79,96+79,96x12,4%+110 (baza hissə)= 199,90 01.01.2018- - 199,90+199,90x5,7%=211,29 01.01.2019- - 211,29+211,29x3%=217,63 01.01.2020 - 217,63+217,63x16,6%=253,76 01.01.2021 - 253,76+253,76x11,4%=282,68 01.01.2022 - 282,68+282,68x3,4%=292,30 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maod? yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır.Qeyd olunan maddənin tələblərinə əsasən vətəndaşın əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 308,96 manat müəyyən edilib.Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi bu Qanunun 20-ci maddəsiaə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilərək əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 354,37 manata çatdırılmışdır. Eyni zamanda bildirilmişdir ki, İddiaçı iddia ərizəsində xx.xx.1991 - ci il tarixindən xx.xx.2002-ci il tarixinədək olan dövrləri iddia etsə də, sözügedən şəxsin əmək kitabçasında xx.xx.1991-ci il tarixdən xx.xx.2000-ci il tarixədək dövrlər qeyd olunduğundan həmin dövrlər sığorta stajına daxil edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli **********485300 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1999-cu il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) Məhdud Məsuliyyətli Azərbaycan-İsveçrə "xxxx" Birgə Cəmiyyətinin hüquqi varisidir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məhkəməyə ünvanladığı 14 sentyabr 2023-cü il tarixli, 3-34/2-2874/01-3/2023 nömrəli məktubunda göstərilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Azərşped-Azərbaycan-İsveçrə müştərək müəssisəsinə dair məlumat mövcud deyildir. Azərbaycan-X8 Müəssisəsinin BFKİ Filialı 29 iyun 1996-cı il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1114/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 9/1515 №-li ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, ekspert qarşısında qoyulan suallara cavab olaraq mülki iş materiallarında olan sənədləri və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3- 17-1/2-58543/23 saylı məktubu ilə təqdim olunan İddiaçı pensiyasının hesablanmasına dair mütəxəssis tərəfindən tərtib edilmiş rəyi nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən vətəndaşın əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 308,96 manat müəyyən edilir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilərək əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 354,37 manata çatdırdığı müəyyən edilir. İddiaçı iddia ərizəsində xx.xx.1991-ci il tarixindən xx.xx.2002-ci il tarixədək olan dövrləri iddia etsə də, sözügedən şəxsin əmək kitabçasında xx.xx.1991-ci il tarixdən xx.xx.2000-ci il tarixədək dövrlər qeyd olunduğundan həmin dövrlər sığorta stajına daxil edilməsi müəyyən edilir. Məhkəmə qənaətini əsaslandırmaq üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə görə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə ilkin olaraq iddiaçının ümumi iş stajına münasibət bildirir. (1) Ümumi iş stajı ilə bağlı qiymətləndirmənin aparılması üçün məhkəmə, iddiaçıya pensiya təyin olunan dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin (BH) məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (xx.xx.2016-cı il tarixə 110 manat müəyyən edilmişdir). Həmin Qanunun 10.2-ci maddəsinə görə yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. T-gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı=144 ay. Həmin Qanunun 10.3-cü maddəsinə görə yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T, burada: YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK- sığortaolunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun 10.4-cü maddəsinə görə yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=BH+SH+YH, burada: P- yaşa görə əmək pensiyasıdır; BH - yaşa görə əmək pensiyasının baza hissəsidir; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir. Həmin Qanunun 26.1-ci maddəsinə görə bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Həmçinin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən əmək pensiyası indeksləşdirilərək xx.xx.2023-cü il tarixdən 354.37 manata çatdırılmışdır. İddiaçının pensiya işindən və qanunvericiliyin qeyd olunan müddəalarından görünür ki, iddiaçıya təyin edilmiş əmək pensiyasının məbləği düzgün hesablanaraq ödənilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2023-cü il tarixli 9/1515 nömrəli rəyindən də görünür ki, iddiaçının pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 354.37 manat təşkil edir və düzgün hesablanmışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh orqan tərəfindən İddiaçı xx.xx.1964-xx.xx.1965-ci illər, xx.xx.1966-xx.xx.1967-ci illər, xx.xx.1967-xx.xx.1968-ci il hərbi xidmət dövrü, xx.xx.1968-xx.xx.1970-ci il, xx.xx.1970-xx.xx.1991-ci il, xx.xx.1991xx.xx.2000-ci il işlədiyi dövr və 6 ay kolxoz stajı daxil edilməklə 35 il 3 ay 9 gün siğorta stajı hesablanmışdır. Məhkəmə qeyd edir ki, İddiaçı iddia ərizəsində xx.xx.1991 - ci il tarixindən xx.xx.2002-ci il tarixədək olan dövrlər üzrə pensiya ödənişini mübahisələndirsə də, ona məxsus əmək kitabçasında xx.xx.1991-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Azərşped- İsveçrə-Rusiya” müştərək müəssəsində sürücü işlədiyi dövrlər qeyd olunmuş, həmçinin "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 568/083/23 saylı məktubu ilə məhkəməyə göndərilmiş işə qəbul və işdən azad edilmə barədə əmrlərdə, iddiaçının xx.xx.1991-ci il tarixli 02-a saylı əmrə əsasən işə qəbul edilməsi, xx.xx.2000-ci il tarixli 031-F saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (Astara rayon məhkəməsi, Şirvan Apellyasiya Məhkəməsi, Ali Məhkəmənin qərarları) əsasən işdən azad edilməsi barədə məlumatlar öz əksini tapmışdır. İddiaçının pensiyasının məbləği qanunvericiliyin tələblərinə uyğun hesablandığı üçün iddiaçı pensiyasının düzgün hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etməkdə haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, prosessual xərc - məhkəmə ekspertizasının keçirilməsinə görə 150 (yüz əlli) manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı. Nəticəvi hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.1991-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Azərşped-İsveçrə- Rusiya müştərək müəssisəsində sürücü işlədiyi dövrün sosial siğorta stajı kimi qəbul edilərək əmək pensiyasının yenidən hesablanmasının cavabdehə həvalə edilməsi tələbi barədə iddia ərizəsi təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının keçirilməsinə görə 150 (yüz əlli) manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar