Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3253/2025 05.09.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X22, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.1954-cü il tarixli 65 nömrəli doğum akt qeydinin uşaq qrafasında soyadının “Verdiyev”-dən “Allahverdiyev”-ə, ata qrafasında ata soyadının “Verdiyev”dən “Allahverdiyev”-ə, ana qrafasında ana adının və soyadının “Verdiyeva Pürüzə”-dən “Allahverdiyeva Firuzə”-yə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh üzərinə, müvafiq düzəliş edilməklə 21 oktyabr 1954cü il tarixdə Ağcabədi rayonu X53 ərazi dairəsi üzrə nümayəndəlikdə barəsində tərtib edilmiş 65 saylı doğum haqqında akt qeydinin uşaq qrafasında soyad, ad və ata adının “X35”ndan “İddiaçı”na, ana qrafasında “Pürüzə”dən “Firuzə”yə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “xx.xx.1954-cü il tarixli 65 nömrəli doğum akt qeydinin uşaq qrafasında soyadının “Verdiyev”dən “Allahverdiyev”-ə, ata qrafasında ata soyadının “Verdiyev”-dən “Allahverdiyev”-ə, ana qrafasında ana adının və soyadının “Verdiyeva Pürüzə”-dən “Allahverdiyeva Firuzə”-yə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1954-cü il tarixdə Ağcabədi rayonu Xocavənd kəndində anadan olmuş və ona şəxsiyyət verilmişdir.X10 18 yanvar 1998-ci ildə, anası X16 28 dekabr 2008-ci ildə vəfat etmişdir.Lakin müəyyən sənədləşmə işləri aparılarkən müəyyən olunmuşdur ki, doğum haqqında akt qeydinin kötüyündə soyadın “Verdiyev” kimi, ana adın isə “Pürüzə” kimi göstərilmişdir.Sənədlərdə uyğunsuzluq olduğna görə öz hüquqlarını həyata keçirməklə bağlı müəyyən sənədləşmə işləri aparmaqdan ona imtina olunmuşdur.Doğum akt qeydinə düzəliş edilməsiylə bağlı Cavabdehnə müraciət etsədə, oradan ona cavab olaraq bildirmişlər ki, 21 oktyabr 1954-cü il tarixdə Ağcabədi rayonu X53 dairəsi üzrə nümayəndəlikdə tərtib edilmiş 65 saylı doğum haqqında akt qeydinin uşaq qrafasında soyad, ad və ata adı “X36” kimi, ata qrafasında “X45, və ana qrafasında anam “X41” kimi yazılmışdır.Həmçinin anası “X17” ilə “X13” nikah barədə xx.xx.1967-ci ildə Cavabdehndə 46 saylı nikah akt qeydi tərib edilmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə rəsmi məktubla ona bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları»nm 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda şəxsin seçdiyi ərazi qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir.:Təqdim olunmuş sənədlərdə uyğunsuzluq və ziddiyət olduğundan uşaq, ata və ana qrafasında soyadlarına “Verdiyev(a)”dan “Allahverdiyev(a)”ya və ana qrafasında adına “Püruzə”dən “Firuzə"yə düzəliş edilməsi mümkün deyil, məsələ ilə bağlı məhkəməyə müraciət etməyimiz tövsiyyə edilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, (AZE 0*******) İddiaçı Ağcabədi rayonu Xocavənd kəndində qeydiyyatdadır və hazırda Ağcabədi rayonu Xocavənd kəndində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikasının Cavabdeh AZ-İ-953286 nömrəli ölüm haqqında şəhadətnamədə qeyd edilmişdir ki, X17 xx.xx.2008-ci il tarixdə ürəyin xroniki işimik xəstəliyi vəfat etmişdir və Ağcabədi rayon Xocavənd kəndində dəfn edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Cavabdeh AZ-İİ-424487 nömrəli ölüm haqqında şəhadətnamədə qeyd edilmişdir ki, X24 xx.xx.1998-ci il tarixdə Prostat vəzin Xərçəngindən vəfat etmişdir və Ağcabədi rayon Xocavənd kəndində dəfn edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Cavabdeh AZ-İİ-424485 nömrəli ölüm haqqında şəhadətnamədə qeyd edilmişdir ki, X18 xx.xx.2007-ci il tarixdə Ürək xroniki çatışmamzlığıdan vəfat etmişdir və Ağcabədi rayon Xocavənd kəndində dəfn edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki,28 yanvar 1981ci il tarixdə 06 nömrəli nikah haqqında akt qeyd tərtib olunmuşdur və Nikaha G.Ə.Allahverdiyeva xx.xx.2007-ci ildə ölməsi ilə bağlı xitam verilmiş və ölüm xx.xx.2007-ci ildə 05 nömrəli akt qeydi Ağcabədi rayon Xocavənd KİN-də dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ağcabədi rayon İcra Hakmiyyəti Başçısının X53 Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 92 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən hal-hazırda Ağcabədi rayon Xocavənd kəndində qeydiyyatdadır və yaşayır. İş materiallarında olan JN-466, KOD 60813018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Dövlət X4 və X17 qeyd edilmişdir. İş materillarında olan № ******* nömrəli Hərbi Biletdə adı və soyadı X8 qeyd edilmişdir. İş materiallarında olan xx.xx.1978-ci il tarixli, Ю- №018737 nömrəli Diplomunun surətindən görünür ki, İddiaçı X39 Texnikomunda təhsil almışdır. İş materiallarında olan Cavabdehn tərəfindən məhkəməyə daxil olmuş 3-16-5/8-13- 665/2025 nömrəli məktubuna əlavə olunmuş 21 oktyabr 1954-cü il tarixli 65 nömrəli doğum akt qeydindən görünür ki, valideynləri qrafasında atası X45, anası X37 göstərilmişdir. İş materiallarında olan Ağcabədi rayon İcra Hakmiyyətinin Başçısının X53 Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 5-30-15/2-10/2025 məktubundan görünür ki, 77 nömrəli Təsərrüfatın 1 nömrəli kitabının 188-189 səhifəsindən çıxarış edilərək İddiaçı-xx.xx.1954, X7 xx.xx.1985, X1 xx.xx.1991, X12 xx.xx.1984, X5 xx.xx.2020, X6 xx.xx.2020, X2 xx.xx.2019, X3 xx.xx.2022 ci ildən anadan olmuşdurlar və 2020-2025-ci illər arası Təsəruffat uçot kitabında İddiaçı Atası və Anası ilə bağlı heç bir qeyd olmadığı bildirilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq bildirilir ki, hazırki işin məhkəmə aidiyyəti müəyyən edilərkən 2 ərizə növü fərqləndirilməlidir. Birincisi, qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə; ikincisi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqan tərəfindən qeydə düzəliş edilməsindən imtina olması ilə bağlı maraqlı şəxslə həmin orqan arasında olan mübahisə üzrə ərizə. birinci, ərizəyə ümumi məhkəmədə, ikinci ərizəyə isə inzibati məhkəmədə baxılmalıdır. Bu barədə izah “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndində də verilib. Hazırki ərizə 2-ci növ ərizəyə aiddir, çünki iddiaçı ilə qeydiyyat orqanı arasında mübahisə yaranmışdır. 1-ci növə aid olan ərizə o zaman verilir ki, belə mübahisə olmasın. İddia ərizəsindən də görünür ki, iddiaçı qeydin düzgün olmamasının müəyyən edilməsini deyil, qeydə düzəliş edilməsi öhdəliyinin qeydiyyat orqanının üzərinə qoyulmasını tələb edib. Bu baxımdan, hazırkı mübahisə inzibati mübahisə hesab edilir. Bundan başqa nəzərə alınmalıdır ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də bu növ iddialara baxılmasının inzibati məhkəmələr tərəfindən həyata keçirildiyini nəzərdə tutur. (Bax: Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-360/2022 saylı, xx.xx.2022-ci il tarixli) İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə iddiaçı tərəfi dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi doğum haqqında akt qeydində düzəlişlərin edilməsidir ki, bu zaman məhkəmə, doğum haqqında akt qeydində səhvələrə yol verilib-verilməməsini müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.5.Fiziki şəxsin doğularkən aldığı ad, habelə soyadınıı dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır.
189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.2-ci bəndinə görə adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Həmin Qaydaların 6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24 – 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.5-ci bəndinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının tələbi xx.xx.1954-cü il tarixli 65 nömrəli doğum akt qeydinin uşaq qrafasında soyadının “Verdiyev”-dən “Allahverdiyev”-ə, ata qrafasında ata soyadının “Verdiyev”-dən “Allahverdiyev”-ə, ana qrafasında ana adının və soyadının “Verdiyeva Pürüzə”-dən “Allahverdiyeva Firuzə”-yə dəyişdirilməsini. Həmçinin nəzərə alınmalıdır ki, iş materiallarında olan iddiaçının doğum haqqında Şəhadətnamənin, nikah haqqında şəhadətnamənin surətlərindən və iş materiallarına əlavə edilən digər sənədlərdən görünür ki, iddiaçının adı və soyadı İddiaçı kimi qeyd edilmişdir. Qeyd edilən sənədlərdə iddiaçının ata qrafasında ata soyadı “Allahverdiyev”, ana qrafasında ana adının və soyadı isə “Allahverdiyeva Firuzə” kimi qeyd edilmişdir. Həmçinin Azərbaycan Respublikasının Cavabdeh xx.xx.2019-cu il tarixli, AZ-İ-953286 nömrəli ölüm haqqında şəhadətnamədə anasının soyadının və adının “Allahverdiyeva Firuzə” yazıldığı, Azərbaycan Respublikasının Cavabdeh xx.xx.2024-cü il tarixli, AZ-İİ-424487 nömrəli ölüm haqqında şəhadətnamədə atasının soyadının “Allahverdiyev” olduğu müəyyən edilir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iddiaçı soyadının “Verdiyev”-dən “Allahverdiyev”-ə ata soyadının “Verdiyev”-dən “Allahverdiyev”-ə, ana qrafasında ana adının və soyadının “Verdiyeva Püruzə”-dən “Allahverdiyeva Firuzə”-yə, istərsə də sənədlərindəki uyğunsuzluğa həmin formada düzəliş edilməsini tələb etməkdə haqlıdır. Odur ki, cavabdeh Ağcəbədi rayon Qeydiyyat şöbəsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı X46 xx.xx.1954-cü il tarixli 65 nömrəli doğum akt qeydinin uşaq qrafasında soyadının “Verdiyev”-dən “Allahverdiyev”ə, ata qrafasında ata soyadının “Verdiyev”-dən “Allahverdiyev”-ə, ana qrafasında ana adının və soyadının “Verdiyeva Pürüzə”-dən “Allahverdiyeva Firuzə”-yə dəyişdirilməsi öhdəliyi cavabdeh Ağcəbədi rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.1954-cü il tarixli 65 nömrəli doğum akt qeydinin uşaq qrafasında soyadının “Verdiyev”-dən “Allahverdiyev”-ə, ata qrafasında ata soyadının “Verdiyev”-dən “Allahverdiyev”-ə, ana qrafasında ana adının və soyadının “Verdiyeva Pürüzə”-dən “Allahverdiyeva Firuzə”-yə dəyişdirilməsi öhdəliyi cavabdeh Ağcəbədi rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər.
Hakim: Hilal Nəcəfov