Məhkəmə qərarları › İş №2-1(120)-326/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-326/2020

12.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-326/2020 12.05.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X16, iddiaçı X5 (ünvan 5, mənzil 58-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, iddiaçı X5 Cavabdehnə qarşı X8, X4 və X9 ünvan 3-dən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X10 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8, X4 və X9 ünvan 3-dən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh nümayəndəsi və üçüncü şəxslər X11, X6 və X12 məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə Cavabdeh nümayəndəsinin, üçüncü şəxslər X8, X4 və X9 iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı X10 məhkəmə iclasında izahat verərək bildirdi ki, ünvan 5, mənzil 58 tam mülkiyyət hüququ əsasında ona məxsusdur. Bu hal reyestr nömrəsi **********34-05101-093038 olan, 29.05.2014-cü il tarixdə tərtib edilmiş, inventar nömrəsi 1264/911-2/21-58 olan texniki pasportla təsdiq edilir. Həmin mənzili alqı-satqı müqaviləsi əsasında almışdır. X11, X6 və X12 qanunsuz olaraq onun mülkiyyətində olan mənzildə qeydiyyatda qalmışdırlar. Həmin şəxslər formal olaraq onun ünvanında qeydiyyatda olmalarına baxmayaraq heç vaxt həmin evdə yaşamamışdırlar. Həmin evin bütün komunal xərcləri onun tərəfindən ödənilir. X8, X4 və X9 ona məxsus mənzildən qeydiyyatdan çıxarılması üçün Cavabdehnə müraciət etmişdir. Lakin Cavabdeh 03.11.2019-cu il tarixli imtina məktubu ilə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadan adı çəkilən şəxslərin qeydiyyatdan çıxarılmasının mümkün olmadığı bildirilmişdir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İşdə olan seriya AZE 09353293 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 01.11.1961-ci il tarixdə Salyan rayonunun Xalac kəndində anadan olmuş, ünvan 5, mənzil 58-də yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 13 saylı Ərazi İdarəsinin texniki pasportundan görünür ki, ünvan 5, mənzil 58 X7 məxsusdur və bu hal reyestr nömrəsi **********34-05101- 093038 olan, 29.05.2014-cü il tarixdə tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş 03.06.2014-cü il tarixli, RX ******* nömrəli çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, Xaqani küçəsi, 21, mənzil 58 X5 adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan X11 ilə X10 arasında bağlanmış 23.12.2004-cü il tarixli, 232844 nömrəli müqavilənin surətindən görünür ki, Əli Bayramlı şəhəri, Xaqani küçəsi, ev 21, 58 nömrəli 3 otaqlı, ümumi sahəsi 66.33 kv metrdən ibarət mənzil X1. İşdə olan Cavabdeh iddiaçıya ünvanladığı 03.11.2019-cu il tarixli, 305-32064A-3219 nömrəli məktubunda qeyd edilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığı üçün həmin vətəndaşların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları qanuna ziddir. İşdə olan Cavabdeh məhkəməyə ünvanladığı 17.12.2019-cu il tarixli, 305-33250-1219 nömrəli məktubunda qeyd edilmişdir ki, X8, X4 və X9 ünvan 3 ünvanına qeydiyyata düşmələrinə əsas olan sənədlərin saxlanma müddəti bitdiyi üçün məhv edilmişdir. X11, X6 və X3 şəhəri, Xəqani küçəsi, ev 21, mənzil 58 ünvanında 2006-cı il tarixdən qeydiyyatdadır. İşdə olan X9 18.12.2019-cu il tarixli ərizəsindən görünür ki, X7 məxsus ünvan 5, mənzil 58dən pasport qeydiyyatından çıxarılmasına etiraz etmədiyini bildirmişdir. İşdə olan X4 ərizəsindən görünür ki, X7 məxsus ünvan 5, mənzil 58-dən pasport qeydiyyatından çıxarılmasını xahiş etmişdir. İşdə olan X8 ərizəsindən görünür ki, X7 məxsus ünvan 5, mənzil 58-dən pasport qeydiyyatından çıxarılmasını xahiş etmişdir. İşdə olanAzərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsi 10.03.2020-ci il tarixli, **********07 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 4 ünvanında yerləşən 58 nömrəli mənzilə dair X11 ilə aralarında 23.12.2004-cü il tarixdə bağlanmış 4Ə-340 nömrəli alqı-satqı müqaviləsinə əsasən X5 mülkiyyət hüququ Ərazi İdarəsi tərəfindən 03.06.2014-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda X8, X4 və X9 ünvan 5 ünvanda yerləşən 58 nömrəli mənzilə dair istifadə hüquqlarının qeydiyyata alınıb-alınmaması Ərazi İdarəsində saxlanılan arxiv materiallarına əsasən araşdırılmış və bu barədə məlumat aşkar edilməmişdir. İşdə olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin X7 ünvanladığı 06.05.2020-ci il tarixli, 2340 nömrəli arayışından görünür ki, X11, X6 və X3 şəhəri, Xaqani küçəsi, ev 21, mənzil 58-də qeydiyyatda olmalarına baxmayaraq, həmin ünvanda yaşamırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür(maddə 2). Müvafiq icra hakimiyyəti orqanları («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan bu hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında (maddə 9). Məhkəmə müəyyən etdi ki, ünvan 5, mənzil 58 X5 xüsusi mülkiyyətindədir. İddiaçı X2 şəhər Polis şöbəsinə müraciət edərək xüsusi mülkiyyətində olan ünvan 5, mənzil 58-də qeydiyyatda olan üçüncü şəxslər X8, X4 və X9 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Bu müraciətlə əlaqədar vətəndaş X7 imtina edilmiş və məhkəmə orqanına müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmalarını tələb etmək hüququna malikdir. Belə ki, Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 06.05.2020-ci il tarixli, 2340 nömrəli arayışına qeyd olunur ki, X11, X6 və X3 şəhəri, Xaqani küçəsi, ev 21, mənzil 58-də qeydiyyatda olmalarına baxmayaraq, həmin ünvanda yaşamırlar. Eyni zamanda üçüncü şəxslər məhkməyə ərizə ilə müraciət edərək qeyd olunan mənzildən qeydiyyatdan çıxarılmalarına etiraz etmədiklərini bildirmişlər. Göründüyü kimi üçüncü şəxsin iddiaçıya məxsus olan mənzildə yaşamamaları və qeydiyyatlarının formal xarakter daşıması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, iddia təmin edilməli, üçüncü şəxslər X8, X4 və X9 ünvan 3-dən qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Üçüncü şəxslər X8, X4 və X9 ünvan 3-dən qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar