Məhkəmə qərarları › İş №2-1(120)-326/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-326/2021

24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-326/2021 24.11.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi оğlunun sədrliyi, Məhkəmə iclas katibi X26 оğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (əvvəlki adı Azərbaycan Respublikası Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti) qarşı “ünvan 2i bələdiyyəsinin 2 nömrəli, 05.02.2002-ci il tarixli qərarı və JN-1650 nömrəli “torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamə ilə X7 icarəsinə verilmiş ünvan 2ində yerləşən 16 ha torpaq sahəsi üzərində X7 adına aparılmış icarə hüquqlarına dair qeydiyyatın elektron kadastr məlumat bazasından silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə 24 noyabr 2021-ci il tarixdə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehlər Sabirabad rayon Kürkəndi bələdiyyəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinə qarşı “Sabirabad rayon Kürkəndi bələdiyyəsinin 05.02.2002-ci il tarixli qərarının və X7 adına verilmiş JN-1650 nömrəli “torpaqdan müvəqqəti istifadə istifadə hüququna dair” şəhadətnamənin ləğv edilməsi, ünvan 2i kəndində yerləşən 17 ha torpaq sahəsinə dair vəfat etmiş X5 icarə hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2-1(120)-326/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Sabirabad rayon Kürkəndi bələdiyyəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinə qarşı “Sabirabad rayon Kürkəndi bələdiyyəsinin 05.02.2002-ci il tarixli qərarının və X7 adına verilmiş JN-1650 nömrəli “torpaqdan müvəqqəti istifadə istifadə hüququna dair” şəhadətnamənin ləğv edilməsi, ünvan 2i kəndində yerləşən 17 ha torpaq sahəsinə dair vəfat etmiş X5 icarə hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçı və cavabdeh Sabirabad rayon Kürkəndi bələdiyyəsinin olduğu kimi saxlanılması, digər cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsi cavabdehlər sırasından çıxarılması, iddia tələbinə “ünvan 2i bələdiyyəsinin 2 nömrəli, 05.02.2002-ci il tarixli qərarının ləğv edilməsi” kimi baxılması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2-1(120)-1142/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Sabirabad rayon Kürkəndi bələdiyyəsinə qarşı “ünvan 2i bələdiyyəsinin 2 nömrəli, 05.02.2002-ci il tarixli qərarının ləğv edilməsi” tələbi bаrədə iddia ərizəsi üzrə İddiaçı olduğu kimi saxlanılması, cavabdeh Sabirabad rayon Kürkəndi bələdiyyəsinin cavabdeh sırasından çıxarılsın, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üçüncü şəxslər sırasından çıxarılaraq cavabdeh qismində işə cəlb edilməsi, iddia tələbinə “X7 adına tərtib edilmiş “ünvan 2i bələdiyyəsinin 2 nömrəli 05.02.2002-ci il tarixli qərarı ilə X7 icarəsinə verilmiş ünvan 2ində yerləşən 17 ha torpaq sahəsi üzərində X7 adına aparılmış icarə hüquqlarına dair qeydiyyatın elektron kadastr məlumat bazasından silinməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması” tələbinə dаir iddiа ərizəsi üzrə bахılmаsı, həmçinin Sabirabad rayon Kürkəndi bələdiyyəsinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2-1(120)-326/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “X7 adına tərtib edilmiş “ünvan 2i bələdiyyəsinin 2 nömrəli 05.02.2002-ci il tarixli qərarı ilə X7 icarəsinə verilmiş ünvan 2ində yerləşən 17 ha torpaq sahəsi üzərində X7 adına aparılmış icarə hüquqlarına dair qeydiyyatın elektron kadastr məlumat bazasından silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə iddia ərizəsi üzrə iddiaçının və iddia tələbinin olduğu kimi saxlanılması, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti əsl cavabdeh Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti ilə əvəz edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2-1(120)-326/2021 nömrəli qərardadı ilə iddia tələbinə “ünvan 2i bələdiyyəsinin 2 nömrəli, 05.02.2002-ci il tarixli qərarı və JN-1650 nömrəli “torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamə ilə X7 icarəsinə verilmiş ünvan 2ində yerləşən 16 ha torpaq sahəsi üzərində X7 adına aparılmış icarə hüquqlarına dair qeydiyyatın elektron kadastr məlumat bazasından silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin 25 may 2006-cı il tarixli, JN-9505, Kod 90915038 “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamə ilə Cavabdeh1 22.01.2006-cı il tarixli 01 saylı Qərarına uyğun olaraq Sabirabad rayonu Kürkəndi kəndi ərazisində 17 ha torpaq sahəsi 20 il müddətinə X5 istifadəsinə verilmişdir. Həmin vaxtdan X15 torpaq sahəsindən təyinatı üzrə istifadə edərək kənd təsərrüfatı məhsullarını istehsal etmişdir. 23 iyul 2019-cu il tarixdə X15 vəfat etmişdir. Vərəsə (miras qoyanın arvadı) X8 notariat ofisinə müraciət edərək qeyd olunan torpaq sahəsinə dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Eyni zamanda cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət edilmişdir ki, Sabirabad rayonu Kürkəndi kəndində yerləşən 17 ha torpaq sahəsinə dair vəfat etmiş X5 icarə hüququnun dövlət qeydiyyatına alınmasına dair çıxarış verilsin. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi 24 sentyabr 2020-ci il tarixli **********49 nömrəli “Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından” imtina barədə bildiriş verərək göstərmişdir ki, sözügedən torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən Cavabdeh1 2 nömrəli 05.02.2002-ci il tarixli qərarı ilə X7 icarəsinə verilmiş torpaq sahəsinin üzərində yerləşir, torpaq sahəsinə dair X7 icarə hüquqları Azərbaycan Respublikası Dövlət Torpaq Xəritəçəkmə Komitəsi tərəfindən uçotu aparılmaqla JN-1650 nömrəli “torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə” sənədi ilə rəsmiləşdirilmişdir. Cavabdeh1 torpaq sahəsini X9 2006-cı ilin yanvarın 22-ci günündə ayırmaqla, həmin dövrdəki qaydalara əsasən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini həyata keçirən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət etməklə JN-9505 nömrəli şəhadətnamənin X9 verilməsi ilə bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üzərində sərəncam vermişdir. Bununla Cavabdeh1 05.02.2002-ci il tarixli 2 nömrəli Qərarını faktiki ləğv etmişdir. Bundan əlavə 2006-cı ilin yanvar ayından bu günə torpaq sahəsindən istifadə edən və torpaq icarə haqqını X2 isə vərəsələri olmuşdur. Cavabdeh1 05.02.2002-ci il tarixli 2 nömrəli qərarı və onun əsasında X7 adına yazılan Azərbaycan Respublikası Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin JN-1650 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamə ləğv edilməlidir. Qeyd edilənlərə əsasən ünvan 2i bələdiyyəsinin 2 nömrəli, 05.02.2002-ci il tarixli qərarı və JN-1650 nömrəli “torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamə ilə X7 icarəsinə verilmiş ünvan 2ində yerləşən 16 ha torpaq sahəsi üzərində X7 adına aparılmış icarə hüquqlarına dair qeydiyyatın elektron kadastr məlumat bazasından silinməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (əvvəlki adı Azərbaycan Respublikası Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti) üzərinə qoyulmasına dair qərar çıxarılması xahiş olunmuşdur. İddiaçı nümayəndəsi və vəkili X11 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, ünvan 2i bələdiyyəsinin 2 nömrəli, 05.02.2002-ci il tarixli qərarı və JN-1650 nömrəli “torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamə ilə X7 icarəsinə verilmiş ünvan 2ində yerləşən 16 ha torpaq sahəsi üzərində X7 adına aparılmış icarə hüquqlarına dair qeydiyyatın elektron kadastr məlumat bazasından silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cаvаbdеh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (əvvəlki adı Azərbaycan Respublikası Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti), üçüncü şəxslər Sabirabad rayon Kürkəndi bələdiyyəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclаsınа gəlməmişdirlər. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (əvvəlki adı Azərbaycan Respublikası Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti), üçüncü şəxslər Sabirabad rayon Kürkəndi bələdiyyəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 05 fevral 2002-ci il tarixli icarə müqaviləsindən görünür ki, Sabirabad rayonu Kürkənd bələdiyyəsinin 05.02.2002-cı il tarixli, 02 saylı qərarı əsasında 16.0 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün 10 il müddətinə X12 icarəyə verilmişdir. İş materiallarında olan “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-1650 kod 90915018 nömrəli şəhadətnamədən görünür ki, Sabirabad rayonu Kürkənd bələdiyyəsinin 05.02.2002-ci il tarixli, 02 saylı qərarı və 05.02.2002-ci il tarixli icarə müqaviləsi əsasında 16.0 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün 10 il müddətinə X7 icarəsinə verilmiş və həmin torpaq sahəsinin plan və çizgisi tərtib olunmuşdur. İş materiallarında olan Sabirabad rayonu Kürkənd bələdiyyəsinin məhkəməyə göndərdiyi 04.05.2021-ci il tarixli, 44 nömrəli məktubunda qeyd edilmişdir: Cavabdeh1 2 nömrəli 05.02.2002-ci il tarixli qərarı ilə Sabirabad rayonu Kürkəndi kəndində yerləşən 17 ha torpaq sahəsi X7 icarəsinə verilmişdir. 2005-ci ildə X7 ərizəsi əsasında onunla Bələdiyyə arasında bağlanan 05.02.2002-ci il tarixli 2 nömrəli torpaq icarəsi müqaviləsinə xitam verilmişdir. 25.05.2015-ci il tarixdə X17 vəfat etmişdir. Cavabdeh1 22.01.2006-cı il tarixli 01 saylı Qərarına uyğun olaraq Sabirabad rayonu Kürkəndi kəndi ərazisinda 17 ha torpaq sahəsi 20 il müddətinə X5 istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin 25 may 2006-cı il tarixli, JN-9505, Kod 90915038 “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamə ilə Cavabdeh1 22.01.2006-cı il tarixli 01 saylı Qərarına uyğun olaraq Sabirabad rayonu Kürkəndi kəndi ərazisinda 17 ha torpaq sahəsi 20 il müddətinə X5 istifadəsinə verilmişdir. Həmin vaxtdan X15 torpaq sahəsindən təyinatı üzrə istifadə edərək kənd təsərrüfatı məhsullarını istehsal etmişdir. İş materiallarında olan Cavabdeh1 04 may 2021-ci il tarixli, 44 nömrəli arayışından görünür ki, X17 25.05.2015-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sabirabad Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin məhkəməyə göndərdiyi 03.03.2021ci il tarixli, 546 nömrəli məktubunda qeyd edilmişdir ki, mərhum X7 vərəsələrindən hər hansı biri notariat ofisinə müraciət etmədiyindən vərəsəlik işi açılmamışdır. İş materiallarında olan Sabirabad rayonu Kürkənd bələdiyyəsinin məhkəməyə göndərdiyi 05.01.2021-ci il tarixli, 09 nömrəli məktubunda qeyd edilmişdir: X12 torpaq sahəsinin icarəyə verilməsinə dair sabirabad rayon kürkəndi bələdiyyəsinin 05.02.2002-ci il tarixli, 2 nömrəli qərarı və həmin qərarın verilməsinə əsas olan sənədlərin, o cümlədən həmin qərar əsasında X17 və Sabirabad rayon Kürkəndi bələdiyyəsi arasında bağlanmış icarə müqaviləsinin, həmçinin Sabirabad rayon Kürkəndi bələdiyyəsinin 05.02.2002-ci il tarixli, 2 nömrəli qərarı əsasında X7 adına verilmiş JN - 1650 nömrəli "torpaqdan müvəqqəti istifadə hüququna dair" şəhadətnamənin və həmin şəhadətnamənin verilməsinə əsas olan sənədlər bələdiyyənin arxivində aşkar edilmədi. Ağaşirinov Yafəs (Yasəf) Əzizağa oğluna 17,0 ha torpaq sahəsinin icarəyə verilməsinə dair Sabirabad rayon Kürkəndi bələdiyyəsinin 22.01.2006-ci il tarixli, 1 nömrəli qərarı və həmin qərarın verilməsinə əsas olan sənədlərin, o cümlədən həmin qərar əsasında Ağaşirinov Yafəs (Yasəf) Əzizağa oğlu və Sabirabad rayon Kürkəndi bələdiyyəsi arasında bağlanmış icarə müqaviləsinin, həmçinin Sabirabad rayon Kürkəndi bələdiyyəsinin 22.01.2006-cı il tarixli, 1 nömrəli qərarı əsasında Ağaşirinov Yafəs (Yasəf) Əzizağa oğlunun adına verilmiş JN-9505 nömrəli "torpaqdan müvəqqəti istifadə hüququna dair" şəhadətnamənin və həmin şəhadətnamənin verilməsinə əsas olan sənədlər bələdiyyənin arxivində aşkar edilmişdir və sizə göndərilir. 05.02.2002-ci il tarixli, 2 nömrəli qərarla X12 icarəyə verilmiş torpaq sahəsi ilə 22.01.2006-ci il tarixli, 1 nömrəli qərarla Ağaşirinov Yafəs (Yasəf) Əzizağa oğluna icarəyə verilmiş torpaq sahəsinin eyni ərazidə yerləşib-yerləşməməsi və 22.01.2006-cı il tarixli, 1 nömrəli qərar qəbul edilən zaman 05.02.2002-ci il tarixli, 2 nömrəli qərarın ləğv edilib-edilməməsi barədə bələdiyyə arxivində heç bir sənəd aşkar edilmədi. İş materiallarında olan Sabirabad rayonu Kürkənd bələdiyyəsinin 22.01.2006-cı il tarixli, 01 saylı iclasının protokolundan çıxarışdan görünür ki, ünvan 2i kəndi sakini X6 ərizəsi nəzərə alınmış və ona bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatına yararlı sahəsindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 17 hektar sahənin icarəyə verilməsi qərara alınmışdır. İş materiallarında olan 27.12.2005-ci il tarixli aktdan görünür ki, kənd təsərrüfatı məhsulları istehsalı üçün X10 torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsi Kürkəndi bələdiyyəsi ərazisinin Yastıqobu adlanan hissəsində, Sabir adına kanalın sağ tərəfində, bələdiyyənin ehtiyat fondu ərazisində yerləşməklə sahəsi 17 hektardır və hamısı əkin sahəsidir. İş materiallarında olan 22 yanvar 2006-cı il tarixli icarə müqaviləsindən görünür ki, Sabirabad rayonu Kürkənd bələdiyyəsinin 22.01.2006-cı il tarixli, 01 saylı qərarı əsasında 17.0 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün 20 il müddətinə X10 icarəyə verilmiş və həmin torpaq sahəsinin yerquruluşu planı tərtib olunmuşdur. İş materiallarında olan qeydiyyat vərəqəsindən görünür ki, X16 ilə Sabirabad rayonu Kürkənd bələdiyyəsi arasında torpaq sahəsinin icarəyə verilməsinə dair 22.01.2006-cı il tarixdə icarə müqaviləsi bağlanmış, icarə müqaviləsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində 15.05.2006-cı il tarixdə torpaq icarəsi müqaviləsinin dövlət qeydiyyatı kitabının 695-ci səhifəsində 010493 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-9505 kod 90915038 nömrəli şəhadətnamədən görünür ki, Sabirabad rayonu Kürkənd bələdiyyəsinin 22.01.2006-cı il tarixli, 01 saylı qərarı və 22.01.2006-cı il tarixli icarə müqaviləsi əsasında 17.0 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün 20 il müddətinə X6 icarəsinə verilmiş və həmin torpaq sahəsinin plan və çizgisi tərtib olunmuşdur. İş materiallarında olan 23 iyul 2019-cu il tarixli, AZ-İİ №003828 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X15 09 iyul 2019-cu il tarixdə kəskin ürək çatışmamazlığı səbəbindən vəfat etmişdir. İş materiallarında olan 27 iyul 1989-cu il tarixli, İV JQ №408106 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X15 ilə X18 27 iyul 1989-cu il tarixdə nikaha daxil olmuş və sonuncu Ağaşirinova soyadını qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sabirabad Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 13 fevral 2019-cu il tarixli, 165 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı ərizə ilə notariat ofisinə müraciət edərək, 09.07.2019-cu ildə vəfat etmiş əri X4 miras qalmış ünvan 2i kəndi ünvanında yerləşən fərdi yaşayış evinə, həyətyanı torpaq sahəsinə, icarəsində olan torpaq sahəsinə və kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinin iddiaçıya ünvanladığı 24 sentyabr 2020-ci il tarixli, **********49 nömrəli imtina bildirişində qeyd edilmişdir: “Sizin “Sabirabad rayonu Kürkəndi kəndində yerləşən 17 ha torpaq sahəsinə dair vəfat etmiş X5 icarə hüququnun dövlət qeydiyyatına alınması” ilə bağlı 14.09.2020-ci il tarixli müraciətinizə 13 saylı Şirvan ərazi idarəsində baxılmışdır. Qeyd edirik ki, eyni məzmunlu X5 digər nümayəndəsi X13 müraciətinə Ərazi İdarəsi tərəfindən 20.04.2020-ci il tarixli **********27 nömrəli bildirişlə münasibət bildirilmişdir. Sizin müraciətinizə cavab olaraq bildiririk ki, tərəfinizdən təqdim edilmiş sənədlərin ekspertizası zamanı müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən Cavabdeh1 2 nömrəli 05.02.2002-ci il tarixli qərarı ilə X7 icarəsinə verilmiş torpaq sahəsinin üzərində yerləşir. O cümlədən, torpaq sahəsinə dair X7 icarə hüquqları Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən uçotu aparılmaqla JN-1650 nömrəli “torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə” sənədi ilə rəsmiləşdirilmişdir. Yuxarıda qeyd edilmiş Bələdiyyə qərarının və “torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə” sənədinin ləğv edilməsinə dair Kürkəndi bələdiyyəsinin qərarını və şəhadətnamənin ləğv edilməsi haqqında X7 və ya onun tərəfindən vəkil edilmiş şəxsin, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin icarə hüququna xitam verilməsinə notarial təsdiq edilmiş razılıq ərizəsinin təqdim edilməməsi müraciətinizə baxılmasını qeyri-mümkün edir. Belə ki, sözügedən torpaq sahəsi Y.Ağaşirinovun icarəsinə verilənə qədər ləğvetmə barədə qərar qəbul olunmalı, razılıq ərizəsi əlavə edilməli və icarəyə verilən torpaq sahəsi haqqında məlumatlar Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən elektron kadastr məlumat bazasından silinməli idi. Eyni zamanda Yasəf Ağaşirinovun adına tərtib olunmuş JN-9505 olan “torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamədə göstərilən 17 ha torpaq sahəsinə dair məlumatlar bazaya daxil edilməli olduğu halda, ümumiyyətlə həmin məlumatlar elektron bazaya daxil edilməmişdir. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıda göstərilən səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən müraciətinizin icrasından imtina edilir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə iddiaçı tərəfindən ünvanlanmış 03.05.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı ünvan 2i bələdiyyəsinin 2 nömrəli, 05.02.2002-ci il tarixli qərarı ilə X7 icarəsinə verilmiş ünvan 2ində yerləşən 17 ha torpaq sahəsi üzərində X7 adına aparılmış icarə hüquqlarına dair qeydiyyatın elektron kadastr məlumat bazasından silinməsini xahiş etmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə iddiaçı tərəfindən ünvanlanmış 07.10.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı ünvan 2i bələdiyyəsinin 2 nömrəli, 05.02.2002-ci il tarixli qərarı ilə X7 icarəsinə verilmiş ünvan 2ində yerləşən 17 ha torpaq sahəsi üzərində X7 adına aparılmış icarə hüquqlarına dair qeydiyyatın elektron kadastr məlumat bazasından silinməsini xahiş etmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 08.07.2021-ci il tarixli **********95 nömrəli məktubunda qeyd olunmuşdur: ünvan 2i bələdiyyəsinin 05.02.2002-cı il tarixli 02 saylı qərarı ilə 10 il müddətinə mərhum X7 icarəsinə verilmiş 16.0 ha torpaq sahəsinə dair bağlanmış icarə müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar həmin torpaq sahəsinə işlənmiş JN-1650 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququ”na dair “Şəhadətnamə”yə aid məlumatların elektron bazadan silinməsi barədə 03.05.2021-ci il tarixli müraciətinizə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılmışdır. Bildiririk ki, ünvan 2i bələdiyyəsi tərəfindən müraciət olunacağı təqdirdə məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. Beləlilklə də məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sabirabad rayonu Kürkənd bələdiyyəsinin 05.02.2002-ci il tarixli, 02 saylı qərarı və 05.02.2002-ci il tarixli icarə müqaviləsi əsasında 16.0 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün 10 il müddətinə X7 icarəsinə verilmiş və həmin torpaq sahəsinə dair “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-1650 kod 90915018 nömrəli şəhadətnamə və plan və çizgisi tərtib olunmuşdur. 2005-ci ildə X7 ərizəsi əsasında onunla Bələdiyyə arasında bağlanan 05.02.2002-ci il tarixli 2 nömrəli torpaq icarəsi müqaviləsinə xitam verilmişdir. 25.05.2015-ci il tarixdə X17 vəfat etmiş, mərhum X7 vərəsələrindən hər hansı biri notariat ofisinə müraciət etmədiyindən vərəsəlik işi açılmamışdır. Eyni zamanda müəyyən edilmişdir ki, Sabirabad rayonu Kürkənd bələdiyyəsinin 22.01.2006-cı il tarixli, 01 saylı qərarı və 22.01.2006-cı il tarixli icarə müqaviləsi əsasında 17.0 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün 20 il müddətinə X6 mülkiyyətinə verilmiş və həmin torpaq sahəsinin plan və çizgisi tərtib olunmuşdur. Həmin icarə müqaviləsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində 15.05.2006-cı il tarixdə torpaq icarəsi müqaviləsinin dövlət qeydiyyatı kitabının 695-ci səhifəsində 010493 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Həmin torpaq sahəsinə dair X6 adına “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-9505 kod 90915038 nömrəli şəhadətnamə tətrib edilmişdir. İddiaçı mərhum X6 vərəsəsi kimi sözügedən torpaq sahəsi üzrərində mərhum X6 icarə hüquqlarını qeydiyyata almaqdan ötrü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinə müraciət etmiş lakin, sözügedən torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən Cavabdeh1 2 nömrəli 05.02.2002-ci il tarixli qərarı ilə X7 icarəsinə verilmiş torpaq sahəsinin üzərində yerləşdiyindən və torpaq sahəsinə dair X7 icarə hüquqları Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən uçotu aparılmaqla JN-1650 nömrəli “torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə” sənədi ilə rəsmiləşdirildiyindən onun müraciətindən imtina edilmişdir. İddiaçı X7 icarə hüquqlarına dair aparılmış qeydlərin elektron kadastr məlumat bazasından silinməsindən ötrü cavabdehə müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun müraciətindən imtina etmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı torpaq sahəsi üzərində mərhum X6 icarə hüquqlarını qeydiyyata almaqdan ötrü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinə müraciət edərkən və daha sonra hazırki tələblə bağlı cavabdeh inzibai orqana müraciət edərəkən X1 torpaq sahəsi üzərində əmlak (icarə) hüquqlarının qüvvədə olma müddəti başa çatmış və həmin müddət onun vərəsələri tərəfindən uzadılmamış və torpaqdan faktiki olaraq da istifadə edilməmişdir. Bunun əksi olaraq həmin torpaq sahəsi sağlığında mərhum X16 və vəfat etdikdən sonra onun vərəsəsi - İddiaçı tərəfindən həm “de yure” həm də “de fakto” istifadə edilməkdədir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.5-ci maddələrinə əsasən 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında əsasnamənin 2.0.1-ci bəndinə əsasən Xidmət Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının və onun tərkib hissəsi olan torpaq reyestrinin tərtib edilməsini və aparılmasını həyata keçirir. Həmin Əsasnamənin 2.0.7-ci bəndinə əsasən Xidmət dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaradır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, torpaq sahəsi üzərində hüququn qeydiyyata aparılmasına əsas olan sənədlərdən biri bələdiyyə qərarı, icarə müqaviləsi və şəhadətnamə olduğundan və iddiaçının mərhum əri X6 adına belə bir sənədlər tərtib edildiyindən iddiaçının (mərhum ərinin) əmlak hüquqları qanunla qorunmalıdır. Həmçinin torpaq sahəsinin əvvəlki istifadəçisi X1 torpaq sahəsi üzərində hüquqlarına qanunla müəyyən edilmiş qaydada xitam verildiyindən (icarə müqaviləsinin qüvvədə olma müddətinin başa çatması, iddiaçının vəfat etməsi və vərəsəliyin müəyyən edilməməsi səbəbi ilə) onun adına aparılmış həmin qeydiyyat elektron kadastr məlumat bazasından silinməlidir (ləğv edilməlidir). Məhkəmə qanunçuluq və etimad prinsipinə əsaslanaraq onu da qeyd edir ki, iddiaçının mərhum əri X6 adına tərtib edilmiş Sabirabad rayonu Kürkənd bələdiyyəsinin 22.01.2006-cı il tarixli, 01 saylı qərarı və 22.01.2006-cı il tarixli icarə müqaviləsi və “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-9505 kod 90915038 nömrəli şəhadətnamə mübahisələndirilmədiyindən, hər hansı orqan tərəfindən ləğv və ya etibarsız hesab edilmədiyindən həmin sənədlərin qanuniliyini şübhə altına almaq düzgün deyildir. Məhkəmənin qənaətinə görə hüquqi əsas olmadan, daha doğrusu nəticələri aradan qalxmış hüquqi əsasa (qüvvədə olma müddəti başa çatmış icarə müqaviləsinə və şəhadətnaməyə) söykənərək X7 adına aparılmış qeydiyyatın elektron kadastr məlumat bazasından silinməsindən imtina etməsi ilə bağlı cavabdehin hərəkətləri qanunsuz olmuşdur və bu hal iddiaçının əmlak hüquqlarına müdaxilə kimi qiymətləndirilməlidir. Beləliklə də məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin edilməsindən imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bunun əksi olaraq iddiaçının tələbinin qanuni və əsaslı olduğu müəyyən edildi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (əvvəlki adı Azərbaycan Respublikası Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti) qarşı “ünvan 2i bələdiyyəsinin 2 nömrəli, 05.02.2002-ci il tarixli qərarı və JN-1650 nömrəli “torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamə ilə X7 icarəsinə verilmiş ünvan 2ində yerləşən 16 ha torpaq sahəsi üzərində X7 adına aparılmış icarə hüquqlarına dair qeydiyyatın elektron kadastr məlumat bazasından silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməlidir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilsin. ünvan 2i bələdiyyəsinin 2 nömrəli, 05.02.2002-ci il tarixli qərarı və JN-1650 nömrəli “torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamə ilə X7 icarəsinə verilmiş ünvan 2ində yerləşən 16 ha torpaq sahəsi üzərində X7 adına aparılmış icarə hüquqlarına dair qeydiyyatın elektron kadastr məlumat bazasından silinməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (əvvəlki adı Azərbaycan Respublikası Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin) üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar