Məhkəmə qərarları › İş №2-1(120)-326/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-326/2024

04.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-326/2024 04.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv olunması barədə xx.xx.2022-ci il tarixli, **********9 nömrəli qərarın ləğv edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının verilməsi ilə bağlı əsassız hesablanmış borcun ləğv edilərək pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4-cü, 47-ci, 49-cu maddələrinin tələblərinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək və iddianın dəyişdirilərək “cavabdeh inzibati orqanın pensiyanın dayandırılması və artıq ödəmənin hesablanması barədə hərkətlərinin qanunsuz hesab edilməsi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən, yəni xx.xx.2022-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Sonradan İddiaçı məhkəməyə ərizə təqdim edərək və iddianın dəyişdirilərək “əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv olunması barədə xx.xx.2022-ci il tarixli, **********9 nömrəli qərarın ləğv edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia tələblərini onunla əsaslandırmışdır ki, 20 noyabr 1958-ci ildə anadan olmaqla xx.xx.1979-cu ildən əmək fəaliyyətinə başlamış, bundan öncə isə 1976-1977-ci illərdə Peşə məktəbində təhsil almış, 1977-1979-cu illərdə isə hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqda sonra 1979-cu ilin sentyabr ayında əmək fəaliyyyətinə başlamaqla xx.xx.2009-cu ilədək işləmiş, 20 noyabr 2015-ci ildə ona pensiya təyin edilmişdir. Sonradan pensiyamın artırılması barədə cavabdehə qruma müraciət edərək əmək haqqı barədə müəyyən sənədlər təqdim etsə də, pensiyanıın yenidən hesablanacağı barədə ona əvvəlcə məktub ünvanlanmış, sonra isə əsassız olaraq 2015-ci ildə pensiya təyinatı aparılması qeyd edilərək ödənilmiş 16788,02 manat pul vəsaitinin geri qaytarılması tələb edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasıınn 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından aslı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyin tələbinə əsasən işlədiyim sahə xüsusi zərərli və ağır iş olduğundan bu sahədə çalışdığım müddət 1979-2009-cu illər isə ümumi staj 30 ildən artıq olduğundan (halbuki zərərli ağır işlər üçün 12 il 6 ay kifayət idi) mənə düzgün olaraq 2015-ci ildə pensiya təyinatı həyata keçirilmişdir. Lakin cavabdeh qrum mənim işlədiyim dövr ərzində müəyyən müddətlərdə əmək haqqı aldığıma dair sənədin olmamasan istinad etmişdir. Qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. «İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 saylı Qərarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. «Əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»nın 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbacan Respublikası Qanunu qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Qanunvericiliyin tələbinə əsasən işlədiyim dövrə dair əmək kitabçamda müvafiq qeydlər olduğundan həmin dövrlər sığorta sğajıma daxil edilməli idi. Ancaq cavabdeh qrum bunu nəzərə almamaqla qanunvericiliyin tələbini və mənim hüquqlarımı pozmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Qanunvericiliyə uyğun olaraq ona borc əsassız hesablanmaqla pensiyası qanunsuz dayandırıldığından, həmin borcun ləğv edilərək pensiyanın ödənilməsi öhdəliyinin DSMFnin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar İddiaçı vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC-nin ona dair xx.xx.2022-ci il tarixli 36-02/g nömrəli arayışında ona 1979- 2009-cu illər üzrə ümumilikdə 10 il 11 ay müddətə əmək haqqı ödənişinin olmadığı qeyd edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan 10 il 11 ay müddətini iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də onun tələb olunan ümumi iş stajı 25 ildən az (20 il 5 ay 23 gün) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya xx.xx.2015-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən İddiaçı xx.xx.2015-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 16788,02 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1,1.0.2, 1.0.5 .və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarına müvafiq olaraq pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması oaxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və va) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. “Əmək Pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göstərilənlərə əsasən İddiaçı iş stajı 25 ildən az (20 il 5 ay 23 gün) olduğuna görə onun pensiya hüququ yaranmır. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. İddiaçı iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuş, Masallı rayonu, Ərkivan qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1989-cu il tarixədək əmək fəaliyyətində olmuşdur. İşdə olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2015-ci il tarixli, 115-g nömrəli arayışının surətindən görünür ki, İddiaçı həqiqətən xx.xx.1979-cu ildən xx.xx.2005-ci il tarixinə qədər 157/k saylı, xx.xx.1979-cu il tarixli əmrə əsasən Azərbaycan İxtisaslaşmış İdarəsində müxtəlif dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir. xx.xx.2005-ci ildə işdən azad edilmişdir. (əmr-39/k, xx.xx.2005-ci il) xx.xx.2007-ci ildə "xxxx" QSŞ-nə 5-ci dərəcəli maşinist peşəsinə qəbul edilmişdir. (əmr 9/k, xx.xx.2007) xx.xx.2009-cu il tarixində işdən azad edilmişdir. (əmr 11/k, xx.xx.2009-cu il) Arayış xx.xx.1979-cu il tarixindən xx.xx.2005-ci il tarixə qədər işlədiyi dövrün forma T-2, şirkət üzrə əmrlər kitabı və əmək haqqının şəxsi hesabı əsasında verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X5 Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərarın ləğv olunması barədə xx.xx.2022-ci il tarixli, **********9 nömrəli qərarın surətindən görünür ki, vətəndaş İddiaçı əmək pensiyası təyin edilməsi haqqında xx.xx.2016-cı il tarixli qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67.1-ci və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilsin. Adıçəkilən şəxsə əmək pensiyasının ödənişi dayandırılsın və ona artıq ödənilmiş pensiyanın məbləği müəyyən edilsin. “İnzibati icraat haqqında" Qanununun 67.13-cü maddəsinin tələblərinə uyğun qaydada İddiaçı məlumat verilsin. İddiaçı artıq ödənilmiş pensiya məbləğinin dövlət büdcəsinə bərpa edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görülsün. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şuohələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar nəzərinizə çatdırırıq ki, sizə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC-nin ona dair xx.xx.2022-ci il tarixli 36-02/g nömrəli arayışında 1979-2009-cu illər üzrə ümumilikdə 10 il 11 ay müddətə əmək haqqı ödənişinin olmadığı qeyd edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensıyaiarı haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan 10 il 11 ay müdaətinı iş stajınıza daxil etmək mümkün deyil. Bu səbəbdən də sizin tələb olunan ümumi iş stajınız 25 ildən az (20 il 5 ay 23 gün) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, xx.xx.2015-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2015xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 16788,02 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağı xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar nəzərinizə çatdırırıq ki, İddiaçı vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılması nəticəsində adıçəkilən şəxsə pensiya ödənişi xx.xx.2022-ci il tarixdən dayandırılıb. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Daha sonra İddiaçı dayandırılmış əmək pensiyasının bərpası barədə ərizə ilə Mərkəzi Filiala müraciət edib. Həmin müraciətə əlavə olunmuş "xxxx" QSC-nin adıçəkilən şəxsə dair xx.xx.2022-ci il tarixli 36-02/g nömrəli arayışında ona 1979-2009-cu illər üzrə ümumilikdə 10 il 11 ay müddətə əmək haqqı ödənişinin olmadığı qeyd edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan 10 il 11 ay müddətini iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də adıçəkilən şəxsin tələb olunan ümumi iş stajı 25 ildən az (20 il 5 ay 23 gün) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, ona xx.xx.2015-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən, İddiaçı xx.xx.2015-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 16788,02 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. İşdə olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2022ci il tarixli, 118-02/g nömrəli məktubunda qeyd edilmişdir ki, cəmiyyət tərəfindən İddiaçı 1979-2009-cu illər üzrə əmək haqqı ödənişləri şəxsi əmək haqqı hesab vərəqəsinə əsasən 23 may 2022-ci il tarixli 36-02/g saylı arayışda göstərilmişdir. Həmin dövrlə bağlı əmək haqqı cədvəlləri ləğv olunması üçün arxiv idarəsinə verilmişdir. Cəmiyyətdə şəxsi əmək haqqı hesab vərəqələri vardır. İddiaçı 17 noyabr 1979-cu ildə işə qəbul edilmişdir. 01 oktyabr 2005-ci ildən işdən azad edilmişdir. 02 aprel 2007-ci ildən işə qəbul edilmiş və 18 iyun 2009-cu ildən işdən azad olunmuşdur. Cəmiyyətin Muğan sahəsi tərəfindən yerinə yetirilən tikinti quraşdırma işləri tam dayandığından iyun 1995-ci ildən oktyabr 1997-ci ilədək və mart 1999-cu ildən 2005-ci ilədək öz razılığı ilə öz hesabına məzuniyyətdə olmuşdur. Həmin dövrlər üçün inzibati əmrlər ləğv olunması üçün arxiv idarəsinə verilmişdir. İşdə olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2023cü il tarixli, 60-02/g nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı, həqiqətən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş 1 və 2 saylı siyahıda nəzərdə tutulmuş müəssisədə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində ("xxxx" Qapalı Səhmdar Cəmiyyəti Arpaçay İxtisaslaşmış idarəsinin, Azərbaycan İxtisaslaşmış idarəsinin və "xxxx"QSŞ-nin hüquqi varisidir) xx.xx.1979-cu il tarixdən xx.xx.2005-ci il tarixədək işləyib. O cümlədən: xx.xx.1979-cu il tarixdən xx.xx.2005-ci ilə kimi əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işləyib, (əmr- 157/k xx.xx.1979-cu il. 2 saylı siyahının 33-cu fəsili, ümumi peşələr, kod- 23200000 - 19906). xx.xx.2005-ci il tarixdən işdən azad edilib. xx.xx.2007-ci il tarixdən xx.xx.2009cu il tarixinədək 5-ci dərəcəli qazma qurğuları maşinisti vəzifəsində işləyib. (Əmr 9/k, xx.xx.2007-ci il, kod 2010100a-13590). xx.xx.2009-cu il tarixdən işdən azad edilib. (Əmri 1/k, xx.xx.2009- cu il). Arayış xx.xx.1979-cu il tarixdən işlədiyi dövrün cəmiyyət üzrə əmrlər kitabı əsasında verilib. Cəmiyyətin tikinti-quraşdırma işləri tam dayandığından iyun 1995-ci ildən oktyabr 1997-ci ilədək və mart 1999-cu ildən 2005-ci ilədək öz razılığı ilə öz hesabına məzuniyyətdə olmuşdur. Həmin dövrlər üçün inzibati əmrlər ləğv olunması üçün arxiv idarəsinə verilmişdir. (Azərbaycan Respublikası Milli arxiv idarəsinə ləğv olunması üşün verilmiş aktların surəti məktuba əlavə olunur) "xxxx" QSC-i 1972-ci il tarixdən bu günə kimi respublika ərazisində tunel, açıq dağ-mədən işləri, qazma-partlayış işləri və digər ixtisaslaşmış tikinti quraşdırma işlərini yerinə yetirir. Qeyd: "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Arpaçay İxtisaslaşmış İdarəsinin, Azərbaycan İxtisaslaşmış idarəsinin və "xxxx"QSŞ-nin hüquqi varisidir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-133659/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı 57 yaşı tamam olduğu xx.xx.2015-ci il tarixindən Fondun Masallı rayon şöbəsi tərəfindən güzəştli şərlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı Mərkəzi Filiala xx.xx.2022-ci il tarixində daxil olmuş ərizəsinə əlavə olunmuş "xxxx" QSC-nin adlçəkilən şəxsə dair xx.xx.2022-ci il tarixli 36-02/g nömrəli arayışında ona 1979-2009-cu illər üzrə ümumilikdə 10 il 11 ay əmək haqqı ödənişinin olmadığı qeyd edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan 10 il 11 ay müddətini İddiaçı iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də adıçəkilən şəxsin ümumi iş stajı 25 ildən az (20 il 5 ay 23 gün) təşkil etdiyindən ona əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılmışdır. Əlavə olaraq bildiririk ki, İddiaçı tərəfindən təqdim edilmiş arayışa əsasən ona "xxxx" QSC-də 1979-2009-cu illər üzrə ümumilikdə 10 il 11 ay müddətə əmək haqqı ödənişinin olmadığı müəyyən edildiyindən, həmin müəssisədə qarşılıqlı yoxlamanın aparılması tərəflərindən məqsədəmüvafiq hesab edilməmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, **********075800 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" QSC xx.xx.1993-cü il tarixdə qeydiyyata alınmışdır. Əlavə olaraq bildiririk ki, xx.xx.2023-cü il tarixə olan uçot məlumatlarına əsasən, "xxxx" MMC-nin (VÖEN: **********) 0,98 manat borcu olduğu aşkar edilmiş və hal-hazırda fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktiv vəziyyətdədir. İşdə olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024cü il tarixli, 18-02/g nömrəli məktubunda qeyd edilmişdir ki, cəmiyyət 1972-ci ildən resbublikamızın ərazisində tikinti-quraşdırma işlərini yerinə yetirir. Hər bir rayonda işlər aparılarkən həmin ərazi üzrə sahə yaradılır və işçilər işə qəbul edilir. Sahədə işlər maliyyə və ya digər səbəblərdən dayandıqda işlər bərpa olunanadək işçilər öz hesabına məzuniyyətə buraxılır. İddiaçı iyun 1995-ci ildən oktyabr 1997-ci ilədək və mart 1999-cu ildən 2005-ci ilədək Cəmiyyətin Muğan sahəsi üzrə (C.Cəbivevin çalışdığı sahə) tikintiquraşdırma isləri Sifarişçi tərəfindən maliyyə vəziyyəti ilə dayandığından öz razılığı ilə öz hesabına məzuniyyətdə olmuşdur. Həmin dövrdə cəmiyyətin digər istehsalat sahələrinin fəaliyyəti nəticəsində əldə olunan gəlir cəmiyyətin səhmdarlarının qərarı ilə bütün səhmdarlara divident şəklində verilmişdir. xx.xx.2018-ci il tarixli 49-01/g nömrəli məktubda İddiaçı o dövrə qədər işiədiyi vaxtlar üçün əmək haqqı və dividentin verildiyi nəzərdə tutmuşuq. Öz hesabına məzuniyyətdə olduğu dövrdə İddiaçı cəmiyyətin siyahı sayında olmuş lakin əmək haqqı almadığı üçün DSMF-yə ödəmələr aparılmamışdır. Digər istehsalat sahələrinin fəaliyyəti nəticəsində əldə olunan gəlir cəmiyyətin səhmdarlarının qərarı ilə divident verilmişdir və onun şəxsi hesab vərəqəsinə dvidentlər yazılmışdır. Dvidentlərdən DSMF-yə ayırmalar aparılmır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-85451/2024 nömrəli məhkəməyə təqdim etdiyi etiraza əlavəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar İddiaçı vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alman iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarına müvafiq olaraq pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 5-ci maddələrinin tələblərinə görə, sıqortaolunanlara pensiya təyin edilərkən və va təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və va) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və va onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyqun deyildir. “Əmək Pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göstərilənlərə əsasən İddiaçı iş stajı 25 ildən az olduğuna görə onun pensiya hüququ yaranmır. Belə ki, məhkəmənin sorğusuna "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən göndərilmiş 18-02/g saylı, 29 yanvar 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı 1995-ci ilin iyun ayından 1997-ci ilədək və 1999-cu ilin mart ayından 2005-ci ilədək Muğan sahəsi üzrə tikinti-quraşdırma işləri sifarişçi tərəfindən maliyyə vəziyyəti ilə bağlı dayandığından öz hesabına məzuniyyətdə olmuşdur. Həmin dövrdə cəmiyyətin digər istehsalat sahələrinin fəaliyyəti nəticəsində əldə olunan gəlir cəmiyyətin səhmdarlarının qərarı ilə bütün səhmdarlara divident şəklində verilmişdir. xx.xx.2018-ci il tarixli 49-01/g nörməli məktubda İddiaçı o dövrə qədər işlədiyi vaxtlar üçün əməkhaqqı və dividentin verildiyi nəzərdə tutulmuşdur. Öz hesabına məzuniyyətdə olduğu dövrdə İddiaçı cəmiyyətin siyahı sayında olmuş, lakin əməkhaqqı almadığı üçün DSMF-yə ödəmələr aparılmamışdır. Digər istehsalat sahələrinin fəaliyyəti nəticəsində əldə olunan gəlir cəmiyyətin səhmdarlarının qərarı ilə divident verilmişdir və onun şəxsi hesab vərəqəsinə dividentlər yazılmışdır. Dividentlərdən DSMF-yə ayırmalar aparılmır. İddiaçının işlədiyini iddia etdiyi müəssisənin cavab məktubundan görünür ki, iddiaçı faktiki olaraq əmək fəaliyyəti ilə məşğul olmamış, ona əməkhaqqı ödənilməmiş və ona münasibətdə məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. Bu halda iddiaçının işlədiyini iddia etdiyi dövrlərin onun sosial sığorta stajına əlavə edilməsi yuxarıda sadalanan qanunvericilik normalarına əsasən mümkün deyildir. Bundan əlavə qeyd edirik ki, “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsində sığorta stajına daxil edilən iş vəya digər fəaliyyət müddətləri göstərilsə də ödənişsiz məzuniyyət dövrünün iş stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən dövrlər üzrə iddiaçının ödənişsiz məzuniyyətdə olduğu müddəti sığorta stajına daxil etmək mümkün deyildir. Mübahisələndirilən dövrlərdə bu kimi münasibətləri tənzimləyən qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsində iş stajına daxil edilən əmək fəaliyyəti dövrləri arasında işçinin ödənişsiz məzuniyyətdə olduğu dövrlərin iş stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Oxşar inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1 (102)-1100/2022 nömrəli qərarında “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinə əsasən iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinin arasında sosial məzuniyyət və ödənişsiz məzuniyyət hesab olunan dövrlər nəzərdə tutulmadığından həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Ali Məhkəmə öz mövqeyini həmin müddətlərdə iddiaçının əmək fəaliyyəti ilə məşğul olmadığını qeyd edərək əsaslandırmışdır. Yuxarıda göstərilən normalardan da göründüyü kimi, ödənişsiz məzuniyyətlərin sığorta stajına daxil edilməsi ilə bağlı qanunvericilikdə hər hansı bir norma müəyyən olunmamış, bunun əksinə ödənişsiz məzuniyyət hüququndan istifadə zamanı əmək fəaliyyəti ilə məşğul olunmadığından və həmin dövrlərdə əmək haqqı saxlanılmadığından qeyd edilən dövrlərin sığorta stajına daxil edilməməsi ilə bağlı həm qanunvericilik normaları, həm də formalaşmış məhkəmə təcrübəsi mövcud olmuşdur. Bundan başqa analoji iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filiala qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1 (103)-1031/2023 nömrəli, 3 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair iş üzrə 02 avqust 2023-cü il tarixli 2-1 (102)-1597/2023 nömrəli qərarında məhkəmə iddiaçının “Bakı Təcrübə Eksperimental Zavodu”nda işlədiyi vaxt əmək kitabçasında qeyd edilən xx.xx.1997-xx.xx.2005-ci il tarixlərdə ödənişsiz məzuniyyətdə olmasına münasibət bildirirərkən ödənişsiz məzuniyyətlə bağlı iddiaçının məzuniyyətdə olduğu dövrdə qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinin 74-cü maddəsində əmək haqqını saxlamadan qısamüddətli məzuniyyət verilməsinin nəzərdə tutulduğunu, 1999-2005-ci illərdə işlədiyi dövrdə qüvvədə olmuş Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinə görə işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bildiyini, həmçinin həmin Məcəllənin 128-ci maddəsinə görə qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququnun olduğunu bildirmişdir. Həmçinin sözügedən analoji qərardad iddiaçının ödənişsiz məzuniyyətinin qısa müddətli olmadığı və ödənişsiz məzuniyyətin verilməsinə əsas olan halların mövcud olmadığı qeyd olunmuşdur. Sonuncu qərarda məhkəmə “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanuna da aydınlıq gətirərək bildirmişdir ki, adı çəkilən Qanunda ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcların tam məbləğdə silinməsindən bəhs olunur. Bu işdə iddiaçının xx.xx.1997-xx.xx.2005-ci il tarixlərdə faktiki olaraq “Bakı Təcrübə Eksperimental Zavodu”nda işləməsi, ona əmək haqqı hesablanması, əmək haqqından məcburi dövlət sosial sığorta haqları tutulması, lakin ödənilməməsi, nəticədə borc yaranmasına dair hər hansı məlumat mövcud deyildir. Apelyasiya məhkəməsinin istinad etdiyi Qanunun 1-ci maddəsində sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcların tam məbləğdə silinməsindən bəhs olunur. İddiaçı xx.xx.1997-xx.xx.2005-ci il tarixlərdə “Bakı Təcrübə Eksperimental Zavodu”nda işləmədiyi halda uçot sistemində mövcud olan 2006cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclardan söhbət gedə bilməz. Bu səbəbdən hazırkı mübahisəyə “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun müddəaları tətbiq edilə bilməz. Həmin qərarın 44-cü və 45-ci bəndlərində məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, həm “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda, həm də “Əmək pensiyaları haqqında” Qanunda 1 yanvar 2006-cı ilədək ödənişsiz məzuniyyət dövrünün pensiya təyini zamanı ümumi staja aid etməsini nəzərdə tutmamışdır. Həmçinin Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinin 17 may 2009-cu il tarixdən qüvvədə olan redaksiyasına görə əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Yuxarıda qeyd olunanlardan görünür ki, iddiaçının öz hesabına məzuniyyətdə olduğu dövrün onun stajına daxil edilərək ona güzəştli şərtlərlə pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasının qanunvericilik əsası yoxdur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. İddiaçı iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Belə ki, cavabdeh tərəfindən verilmiş imtina məktubundan və yazılı etirazın surətindən görünür ki, cavabdeh imtina üçün 3 halı əsas götürmüşdür: - müəyyən dövrlərdə əmək haqqı almaması; - xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması; - İddiaçının 25 il ümumi iş stajının toplamaması. Məhkəmə cavabdehin imtina məktubunda göstərilən əsaslara münasibət bildirməzdən əvvəl, ümumiyyətlə vətəndaşların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin nədən ibarət olmasına aydınlıq gətirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2021-ci il tarixdən 30 iyun 2022-ci il tarixədək kişilərin pensiya yaşı 65 yaş müyyən edilmişdir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: -şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1958-ci il tarixdə doğulması və pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi istiqamətində qiymətləndirmənin aparılması üçün məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: -3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar “Əmək pensiyaları haqqında” Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İş materiallarında olan etiraz ərizəsində qeyd edilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC-nin ona dair xx.xx.2022-ci il tarixli, 36-02/g nömrəli arayışında 1979-2009-cu illər üzrə ümumilikdə 10 il 11 ay müddətə əmək haqqı ödənişinin olmadığı qeyd edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan 10 il 11 ay müddətini iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də onun tələb olunan ümumi iş stajı 25 ildən az (20 il 5 ay 23 gün) təşkil edir. İddiaçıya xx.xx.2015-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2015-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 16788,02 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. İşdə olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2022ci il tarixli, 118-02/g nömrəli məktubunda qeyd edilmişdir ki, cəmiyyət tərəfindən İddiaçı 1979-2009-cu illər üzrə əmək haqqı ödənişləri şəxsi əmək haqqı hesab vərəqəsinə əsasən 23 may 2022-ci il tarixli 36-02/g saylı arayışda göstərilmişdir. Həmin dövrlə bağlı əmək haqqı cədvəlləri ləğv olunması üçün arxiv idarəsinə verilmişdir. Cəmiyyətdə şəxsi əmək haqqı hesab vərəqələri vardır. İddiaçı 17 noyabr 1979-cu ildə işə qəbul edilmişdir. 01 oktyabr 2005-ci ildən işdən azad edilmişdir. 02 aprel 2007-ci ildən işə qəbul edilmiş və 18 iyun 2009-cu ildən işdən azad olunmuşdur. Cəmiyyətin Muğan sahəsi tərəfindən yerinə yetirilən tikinti quraşdırma işləri tam dayandığından iyun 1995-ci ildən oktyabr 1997-ci ilədək və mart 1999-cu ildən 2005-ci ilədək öz razılığı ilə öz hesabına məzuniyyətdə olmuşdur. Həmin dövrlər üçün inzibati əmrlər ləğv olunması üçün arxiv idarəsinə verilmişdir. İddiaçının ümumi iş stajına gəldikdə isə nəzərə alınmalıdır ki, baxmayaraq 65 yaşı tamam olduğu, yəni xx.xx.2023-cü il tarixə iddiaçının yaşı ilə bağlı şərt ödənilsə də, həmin anda iddiaçının ümumi iş stajı ilə bağlı şərti ödənilməmişdir. Belə ki, qüvvədə olan qanunvericiliyin tələbinə əsasən şəxsin yaşa görə əmək pensiya hüququnun yaranması üçün o, qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı, bununla yanaşı fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olmalı və ya pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmalıdır. Göründüyü kimi pensiya kapitalı və ümumi sığorta stajı ilə bağlı şərtlərin bir anda mövcudluğu zəruri deyildir, qanunvericilik bunu vətəndaşın pensiya hüququndan məhrum etməmək üçün seçim olaraq vermişdir. Göründüyü kimi hər iki şərtin, eyni vaxtda mövcudluğu iddia tələbində göstərilən formada pensiya təyini üçün hesab edilir və qeyd olunan şərtlərdən hər-hansı birinin mövcud olmaması yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbinin təmin edilməsini istisna edir. Lakin, hal-hazırki iş üzrə iddiaçının tələb olunan 25 il ümumi iş stajıda tamam olmamışdır. Qeyd olunan şərtin, yəni pensiya yaşına çatma və ümumi iş stajı ilə bağlı şərtin eyni vaxtda ödənilməsi ilə bağlı isə qanunvericiliyinin tələbinin mövcudluğu konkret olmaqla birgə, həmçinin məntiqlidir. Hal-hazırki iş üzrə məhkəmə araşdırması zamanı iddiaçının 25 il ümumi stajının olmadığı müəyyən edilir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2- 133659/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı 57 yaşı tamam olduğu xx.xx.2015-ci il tarixindən Fondun Masallı rayon şöbəsi tərəfindən güzəştli şərlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı Mərkəzi Filiala xx.xx.2022-ci il tarixində daxil olmuş ərizəsinə əlavə olunmuş "xxxx" QSC-nin adlçəkilən şəxsə dair xx.xx.2022-ci il tarixli 36-02/g nömrəli arayışında ona 1979-2009-cu illər üzrə ümumilikdə 10 il 11 ay əmək haqqı ödənişinin olmadığı qeyd edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan 10 il 11 ay müddətini İddiaçı iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də adıçəkilən şəxsin ümumi iş stajı 25 ildən az (20 il 5 ay 23 gün) təşkil etdiyindən ona əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılmışdır. İddiaçı tərəfindən təqdim edilmiş arayışa əsasən ona "xxxx" QSC-də 1979-2009-cu illər üzrə ümumilikdə 10 il 11 ay müddətə əmək haqqı ödənişinin olmadığı müəyyən edildiyindən, həmin müəssisədə qarşılıqlı yoxlamanın aparılması tərəflərindən məqsədəmüvafiq hesab edilməmişdir. Mübahisəli dövr kimi hesab edilən 17 noyabr 1979-cu ildən 01 oktyabr 2005-ci il tarixlərlə bağlı İddiaçı iyun 1995-ci ildən oktyabr 1997-ci ilədək və mart 1999-cu ildən 2005-ci ilədək ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir. Analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (o cümlədən, C.Osmanov Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)- 1597/2023 nömrəli; M.Qafarova Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2023-cü il tarixli, 2 2-1(102)-1486/2023 nömrəli; Z.Rzayev Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 05.04.24-cü il tarixli 2-1(102)-933/2024 nömrəli qərarlarda) aşkar və birmənalı şəkildə qeyd edilmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda, həm də “Əmək pensiyaları haqqında” Qanunda 1 yanvar 2006-cı ilədək ödənişsiz məzuniyyət dövrünün pensiya təyini zamanı ümumi staja aid etməsini nəzərdə tutmamışdır. Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinin 17 may 2009-cu il tarixdən qüvvədə olan redaksiyasına görə əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti 6 (altı) aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Bu səbəbdən iddiaçının ödənişsiz məzuniyyətdə olması dövrünün (6 ay istisna olmaqla) onun ümumi sığorta stajına daxil edilməsi qanunvericilin tələblərinə ziddir. Qeyd edilənlərə əsasən iddiaçının 2002-ci il üzrə ödənişsiz məzuniyyətdə olduğu dövrün yalnız 06 ayı ümumi iş stajına əlavə edilməlidir. Eləcə də, iddiaçı tərəfindən iyun 1995-ci ildən oktyabr 1997-ci ilədək və mart 1999cu ildən 2005-ci ilədək işləməsini və əmək haqqı almasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmiş və araşdırma nəticəsində müəyyən edilməmişdir. Buna qarşılıq məhkəmə sorğusu nəticəsində müəssisənin həmin dövrdə fəaliyyətdə olduğu, işləyən işçilərlə bağlı müvafiq məcburi dövlət sosial sığorta xərcləinin ödənildiyi və həmin işçilərin qeyd edilən dövrdə əmək haqqı aldıqları müəyyən edilir. İddiaçıya münasibətdə isə müəssisə tərəfindən təqdim edilən sənədlərə əsasən əmək haqqı almadığı və ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilir. Belə olan halda isə iddiaçının əmək haqqı aldığı dövrlər yəni 20 il 05 ay 23 gün mübahisələndirilməyən iş stajı, iyun 1995-ci ildən oktyabr 1997-ci ilədək məzuniyyət dövrü üzrə 06 ay və mart 1999-cu ildən 2005-ci ilədək ödənişsiz məzuniyyət dövrü üzrə 06 ay topnadıqda ümumi iş stafının 25 ildən az olduğu müəyyən edilir. Odur ki, məhkəmənin gəldiyi nəticəyə görə, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv olunması barədə xx.xx.2022-ci il tarixli, **********9 nömrəli qərarın qəbul edilməsini və imtinasını iddiaçının hüquqlarını pozan hal kimi və qanuna zidd qiymətləndirilə bilməz. Bu səbəbdən də iddia tələbini əsassız, cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməldir. Azərbaycan Respublikasının İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv olunması barədə xx.xx.2022-ci il tarixli, **********9 nömrəli qərarın ləğv edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 33.1-ci, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv olunması barədə xx.xx.2022-ci il tarixli, **********9 nömrəli qərarın ləğv edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar