Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3266/2023 23.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 23 noyabr 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1957-ci ildə Lənkəran rayon Şağlaser kəndində anadan olmuşdur. 08 may 1973-cü ildə Lənkəran rayon Şağlaser kənd sovxozunda fəhləliyə qəbul olunmuşdur. 04 noyabr 1975-ci ildə ordu sıralarına getdiyi üçün işdən azad olunmuşdur. 10 noyabr 1975-ci ildən 28 oktyabr 1977-ci ilədək Silahlı Qüvvələrdə xidmət etmişdir. 12 noyabr 1977-ci ildən Lənkəran rayon Şağlaser kənd sovxozunda fəhlə kimi işə qəbul edilmiş və 22 aprel 1998-ci il tarixində müəssisə ləğv olduğuna görə işdən azad olunmuşdur. Daha sonra 01 oktyabr 2018-ci il tarixdən 03 yanvar 2019-cu il tarixədək Lənkəran mənzil-istismar müəssisələrində fəhlə işləmişdir. xx.xx.2019-cu il tarixdən Lənkəran şəhər ərazisinə təmizlik və sosial xidmətlər göstərilməsi üzrə köməkçi vəzifəsinə təyin edilmişdir. Hazırda həmin işdə işləyir. Bundan əlavə o, xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilədək 113 №-li Lənkəran kənd texniki peşə məktəbində traktor maşınçısı peşə təhsili almışdır. Beləliklə, 29 ilə yaxın əmək stajı əmək kitabçası ilə təsdiq olunur. (8.05.1973-xx.xx.1975, xx.xx.1975-xx.xx.1977, xx.xx.1977-xx.xx.1998, xx.xx.2018-xx.xx.2019, xx.xx.2019- hazıradək) O, cavabdehə yazılı müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, cavabdeh 18 mart 2023-cü il tarixli, 3-17-1/2-H-59744/2023 saylı məktubla müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh imtinasında qeyd etmişdir ki, o, “Lenin” adına kolxozda işlədiyi müddətdə 1977ci il üzrə 12 ay, 1978-ci il üzrə 1 ay, 1979-cu il üzrə 1 ay, 1980-ci il üzrə 1 ay, 1982-ci il üzrə 2 ay, 1983-cü il üzrə 2 ay, 1984-cü il üzrə 3 ay, 1985-ci il üzrə 2 ay, 1986-cı il üzrə 3 ay, 1987-ci il üzrə 4 ay, 1988-ci il üzrə 6 ay, 1989-cu il üzrə 2 ay, 1994-cü il üzrə 1 ay, 1995-ci il üzrə 2 ayadək əmək haqqı almadığından həmin dövr staja daxil edilmir. Hesab edir ki, cavabdehin bu imtinası əsassızdır. Hətta əmək haqqı alınmaması ilə əlaqədar olan dövrlərin əmək stajına daxil edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşmış mövqeyi də mövcuddur. Belə ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-486/2022 saylı, 20 aprel 2022-ci il tarixli qərarında qeyd edilir: “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 146-cı maddəsinə görə, kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər-təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır. İşə götürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Həmin Məcəllənin 169-cu maddəsinə əsasən işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.” Hazırkı mübahisəyə münasibətdə boşdayanmanın işçinin təqsiri üzündən baş verməsi iş materiallarından müəyyən olunmur. "xxxx" ASC tərəfindən apelyasiya məhkəməsinə təqdim edilmiş 22 oktyabr 2021-ci il tarixli, 43 nömrəli arayışa əlavədən görünür ki, X1 "xxxx" ASC-nin idarə və təşkilatlarında işlədiyi dövrdə yaranmış istehsalat zərurəti, yəni iş həcminin az olması və yaranmış maliyyə çətinliyi ilə əlaqədar illər üzrə bəzi ayların əmək haqqı növbəti ayların əmək haqqına birləşdirilmiş, bəzi illər üzrə ayların əməkhaqqı isə inflyasiya ilə əlaqədar ərzaq məhsulları ilə əvəzləşdirilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların müddəalarının təfsirindən və işin faktiki hallarından çıxış edərək hesab etmişdir ki, əmək kitabçasında qeyd edilmiş mübahisələndirilən həmin dövrlər (iddiaçının əmək haqqı almadığı aylar) iş stajı kimi nəzərə alınmalı və iddiaçının sosial sığorta stajına hesablanmalıdır. Bu baxımdan, iddiaçının 1993-cü ildə 1 ay, 1994-cü ildə 5 ay, 1997-ci ildə 6 ay, 1998-ci ildə 4 ay, 1999-cu ildə 2 ay, ümumilikdə 1 il 6 ay əmək haqqı almadığı dövrlər apelyasiya məhkəməsi tərəfindən haqlı olaraq nəzərə alınmış və iddiaçının ümumi stajına daxil edilmişdir”. İmtina məktubundan görünür ki, cavabdeh onun 23 il 3 ay 8 gün əmək stajının olduğunu təsdiq edir. Yuxarıda mübahisələndirilən müddətlərdə Ali Məhkəmənin mövqeyi nəzərə alınmaqla onun stajına daxil edildiyi təqdirdə onun stajı 25 ili ötür. Bundan əlavə qeyd etmək istəyir ki, əmək haqqı almadığı dövrlərdə sovxozda əmək haqqı ərzaq məhsulları ilə əvəzləşdirilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ona pensiya təyin olunması üçün qanunvericiliklə müəyyən olunmuş yaş həddinə çatmış, Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına ona yaşa görə əmək pensiyasının təyin olunması üçün ərizə ilə müraciət etmişdir. Müvafıq inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsaslanaraq iddiaçının tələb olunan 25 il sosial sığorta stajına qarşı 23 il 03 ay 08 gün sosial sığorta stajına malik olduğundan imtina məktubu ilə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “Lenin” adına sovxozda əmək fəaliyyəti dövrlərinin araşdırılması zəruri hesab edilmişdir. Müvafiq inzibati orqanın xx.xx.2022-ci il tarixdə keçirdiyi monitorinqin nəticəsinə əsasən iddiaçının “Lenin” adına sovxozdakı əmək fəaliyyəti zamanı 1977-ci il üzrə 12 ay, 1978-ci il üzrə 1 ay, 1979-cu il üzrə 1 ay, 1980-ci il üzrə 1 ay, 1982-ci il üzrə 2 ay, 1983-cü il üzrə 2 ay, 1984-cü il üzrə 3 ay, 1985-ci il üzrə 2 ay, 1986-cı il üzrə 3 ay, 1987-ci il üzrə 4 ay, 1988-ci il üzrə 6 ay, 1989-cu il üzrə 2 ay, 1994-cü il üzrə 1 ay, 1995-ci il üzrə 2 ay adına əməkhaqqı ödənilməmiş, 1996-1997-ci illər üzrə əmək haqqı kitablarında onun adına rast gəlinməyib, həmçinin 1977-1978-ci illərə aid əməkhaqqı və əmr kitablarında iddiaçının ata adı qeyd olunmamışdır (cəmi 07 il 06 ay). “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin “a” bəndinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə, əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativ üzvlük əsasında işləyənlərin - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə şəxslərin əmək pensiyası almaq hüququ vardır. Maddənin məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt- işlədiyi həmin dövr üçün dövlətsosial sığorta haqlarının ödənilməsidir. Monitirinqin nəticəsinə əsasən, iddiaçıya müvafiq dövrlər üzrə əməkhaqqı ödənilmədiyi və əməkhaqqdan sosial sığorta haqlarının tutulmadığı üçün qanunvericiliyin tələblərinə görə yalnız əməkhaqqı aldığı dövrlər onun stajına daxil edilmişdir. Beləliklə, iddiaçının “Lenin” adına sovxozdakı əmək fəaliyyətində mübahisələndirilən stajı isə cəmi 07 il 06 ay, mübahisələndirilməyən stajı isə 23 il 03 ay 08 gündür. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 7-ci maddəsinə əsasən 63yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının təqdim etdiyi sənədlərə əsasən qanunvericilikdə tələb olunan 25 il sosıal sığorta stajına qarşı 23 il 03 ay 08 gün sosial sığorta stajına malik olduğundan inzıbatı orqan haqlı olaraq iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsındən imtina qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uygun olmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2023-cü il tarixli, 3-17-1/2-H-59744/2023 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondundan daxil olmuş ərizənizə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 22-1.1ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019- 2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hərtəqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyiniz əmək kitabçanızın, hərbi biletinizin surətlərinə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğunuz müddət nəzərə alınmaqla sığorta stajınız 23 il 3 ay 8 gün təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 19 il 11 ay 8 gün sığorta stajına uyğun olaraq 16212,91 manat, xx.xx.2018-ci il tarixindən xx.xx.2023cü il tarixinədək 2793,96 manat olmaqla, ümumilikdə 19006,87 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Əlavə olaraq bildiririk ki, əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1977-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun 1 saylı Lənkəran-Astara regional filialının xx.xx.2022-ci il tarixində keçirdiyi monitorinqin nəticəsinə əsasən əmək kitabçanızın surətində qeyd olunmuş “Lenin” adına kolxozdakı əmək fəaliyyətiniz zamanı 1977-ci il üzrə 12 ay, 1978-ci il üzrə 1 ay, 1979-cu il üzrə 1 ay, 1980-ci il üzrə 1 ay, 1982-ci il üzrə 2 ay, 1983-cü il üzrə 2 ay, 1984-cü il üzrə 3 ay, 1985-ci il üzrə 2 ay, 1986-cı il üzrə 3 ay, 1987-ci il üzrə 4 ay, 1988-ci il üzrə 6 ay, 1989cu il üzrə 2 ay, 1994-cü il üzrə 1 ay, 1995-ci il üzrə 2 ay adınıza əməkhaqqı ödənilməmiş, 1996-1997-ci illər üzrə əmək haqqı kitablarında adınıza rast gəlinməyib, həmçinin 1977- 1978-ci illərə aid əməkhaqqı və əmr kitablarında ata adınız qeyd olunmamışdır. Bu səbəblə həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib, eyni zamanda adınıza aktiv əmək müqaviləsi ("xxxx" İş Mərkəzi MMC) olduğu üçün məşğul şəxs hesab edildiyinizdən sizə yaşa görə sosial müavinətin təyin edilməsi də qanunvericiliklə nəzərdə tutulmayıb. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin və xx.xx.1979-cu il tarixdə İddiaçı adına doldurulmuş ИТ-Ы ******* nömrəli əmək kitabçasının surətindən müəyyən olunur ki, xx.xx.1957-ci il tarixdə doğulmuş İddiaçı xx.xx.1973-cü il tarixdə 49 №-li əmrlə Lənkəran rayon Şağlaser kəndində fəaliyyət göstərən “Lenin” adına çayçılıq sovxozunda fəhləliyə qəbul olunmuş, xx.xx.1975-ci ildə ordu sıralarına getdiyi üçün 200 №-li əmrlə işdən azad olunmuş, bu müddət ərzində topladığı əmək stajı 2 il 5 ay 27 gün təşkil etmişdir. İş materiallarında olan НЗ ******* nömrəli hərbi biletin surətindən müəyyən olunur ki, xx.xx.1957-ci il tarixdə doğulmuş İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək 1 il 11 ay 22 gün Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. İş materiallarında olan İddiaçı adına doldurulmuş ИТ-Ы ******* nömrəli əmək kitabçasının və Azərbaycan Respublikası Dövlət Arxivinin Lənkəran filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-48DA-7F/1-20/2023 nömrəli məktubuna əlavə olunmuş və müvafiq şəkildə təsdiq edilmiş sənədlərin surətindən müəyyən olunur ki, iddiaçı xx.xx.1977-ci il tarixdə Lənkəran rayon Şağlaser kəndində fəaliyyət göstərən “Lenin” adına çayçılıq sovxozunda fəhləliyə qəbul olunmuş, aqrar islahatın nəticəsində sovxozun ləğv edilməsi ilə əlaqədar fəhlə və qulluqçuların xx.xx.1997-ci il tarixdə keçirilmiş ümumi yığıncağının qərarı əsasında yaradılmış “Şağlaser” istehsal kooperativinin xx.xx.1997-ci il tarixli 2 №-li əmri ilə sovxozda işləyən fəhlə və qulluqçular daşıdıqları vəzifədən azad edilərək kooperativin üzvlüyünə qəbul edilmiş, “Şağlaser” Aqrotexservis müəssisəsinin yaradılması ilə əlaqədar xx.xx.1997-ci il tarixli 16 nömrəli əmrlə kooperativin üzvlüyündən azad edilərək Aqrotexservis müəssisəsinə köçürülmüş və həmin müəssisənin ləğvi olunması ilə əlaqədar xx.xx.1998-ci il tarixli 09 nömrəli əmrlə işdən azad edilmiş, bu müddət ərzində 20 il 5 ay əmək stajı toplamışdır. Daha sonra xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Lənkəran şəhər Mİ və KMİ-də 3 ay fəhlə işləmiş, "xxxx" MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən həmin tarixdən hal-hazıradək Lənkəran şəhər ərazisində təmizlik və sosial xidmətlər göstərilməsi üzrə köməkçi vəzifəsində işləyir. Beləliklə, cavabdeh inzibati orqanın iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtina etdiyi xx.xx.2023-cü il tarixədək İddiaçı ИТ-Ы ******* nömrəli əmək kitabçasına əsasən əmək stajının 26 il 5 ay 3 gün, hərbi xidmət dövrü 1 il 11 ay 27 gün daxil edilməklə ümumi stajının 28 il 5 ay təşkil etməsi iş materialları ilə təsdiq olunur. Məhkəmə İddiaçı yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilməsi üçün cavabdeh təşkilatın gətirdiyi dəlilləri əsassız hesab edir. Belə ki, işdə olan İddiaçı məxsus əmək kitabçasının surətinə əsasən, onun 26 il 5 ay 3 gün iş stajı işlədiyi müəssisələrin müvafiq əmr və möhürləri, həmçinin, 1 il 11 ay 27 gün hərbi xidmət dövrü nəzərə alınmaqla ümumi stajının 28 il 5 ay təşkil etməsi iş materialları ilə təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçıya müəyyən dövrlər üzrə əməkhaqqının ödənilməməsinin və əməkhaqqından sosial sığorta haqlarının tutulmamasının məsuliyyətinin onun üzərinə qoyulması qanunvericiliyin tələblərinə ziddir. Belə ki, “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Bununla bağlı Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə tərkibi həmçinin qeyd etmişdir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə məhkəmə tərkibi qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtina dəlilləri qanunsuz, iddiaçının tələbi isə əsaslı olduğundan iddia tələbi təmin edilməli, iddiaçının tələbi üzrə cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyulmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd olunduğu kimi, xx.xx.1957-ci ildə doğulmuş və xx.xx.2022-ci il tarixdə 65 yaşı tamam olmuş İddiaçı əmək kitabçasına və hərbi biletinə əsasən ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum 25 il sığorta stajını toplamış və onun yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı işlədiyi iş illəri və hərbi xidmətdə olduğu dövr sosial sığorta stajı kimi nəzərə alınmaqla ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı işlədiyi iş illəri və hərbi xidmətdə olduğu dövr sosial sığorta stajı kimi nəzərə alınmaqla hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-3266/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3266/2023
23.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver