Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-327/2021 22.02.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (Biləsuvar rayonu, Nəsimi kəndində yaşayan) iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «soyadının Yoldaşlıdan Yoldaşova dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1999-cu il tarixdə doğulmuşdur. İddiaçı «Yoldaşlı» soyadını «Yoldaşova» dəyişdirmək üçün Cavabdehnə müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2020-ci il tarixli 311 nömrəli məktubunda “-lı” sonluqlu soyadının “-ov” sonluqlu forma ilə əvəz edilməsinin mümkün olmadığını qeyd edərək, iddiaçının soyadının dəyişdirilməsindən imtina etmişdir. İddiaçı Cavabdehnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, soyadının «Yoldaşlı»dan «Yoldaşov»a dəyişilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edib, ərizəsinin iddia ərizəsi kimi, iddiaçı kimi onun, cavabdeh kimi Cavabdeh qəbul edilməsini, iddia tələbinə isə soyadının Yoldaşlıdan Yoldaşova dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsi tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Biləsuvar rayonu, Nəsimi kəndinin icra nümayəndəsi tərəfindən onun soyadının sonluğu valideynlərinin icazəsi olmadan “ov”dan “lı”ya dəyişdirilmişdir. Halbuki qanuna əsasən soyad sonluqlarının “ov”dan, “yev”dən “lı”, “li”, “lu”, “lü”yə dəyişdirilməsi arzu olunandır və heç bir halda heç kim üçün mütləq deyildir və yalnız valideynlərin icazəsi olduğu halda soyad sonluğu “ov”dan “lı”ya dəyişdirilə bilər. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh xx xxxxxx 2020-ci il tarixli 347 saylı münasibət məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı soyad sonluğunun “Yoldaşlı”dan “Yoldaşov”a dəyişməsi ilə bağlı qeydiyyat şöbəsinə müraciət etmişdir. Tərəflərindən qeyd olunan soyad sonluğunun dəyişdirilməsi mümkün olmadığından vətəndaşın tələbindən imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il tarixli 495 №-li qərarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 №-li qərarına əsasən vətəndaşın soyadı milliləşdirildiyindən onun soyad sonluğunun “ov” sonluğu ilə dəyişdirilməsi mümkün olmamışdır. Cavabdehnə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətlərini, Biləsuvar Rayon İHB-nin Nəsimi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışını, Biləsuvar rayon Polis şöbəsinin arayışını və cavabdehin imtina məktubunu əlavə etmiş, cavabdeh isə iddiaya yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Həmçinin iş materiallarına Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsinin, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin və Biləsuvar rayon Polis şöbəsinin məktubları əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X2 Məcəllənin 2.2.2-ci maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Biləsuvar rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Biləsuvar rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Аli Məhkəməsinin Plenumu özünün «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 9.1-ci bəndində adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğunu qeyd etmişdir. İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsaslı deyildir. Belə ki, «Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında» Azərbaycan Respublikası Milli Məclisinin xx xxxxxx 1993-cü il tarixli 495 nömrəli Qərarında «ov», «yev» sonluqlu soyadlarının «lı», «li», «lu», «lü», «zadə», «oğlu», «qızı» soyadlarına dəyişdirilməsi təqdir edilmişdir ki, iddiaçıya da Azərbaycan Respublikası Milli Məclisinin xx xxxxxx 1993-cü il tarixli 495 nömrəli Qərarı nəzərə alınaraq, cavabdeh tərəfindən xx.xx.1999-cu il tarixdə «Yoldaşlı» soyadı ilə doğum haqqında şəhadətnamə verilmişdir. Hazırda iddiaçı soyadının sonluğunun valideynlərinin icazəsi olmadan dəyişdirilməsini əsas gətirərək soyadının «Yoldaşlı»dan «Yoldaşov»a dəyişdirilməsini xahiş edir. Lakin iddiaçı xx.xx.1999-cu il tarixdə «Yoldaşlı» soyadı ilə verilmiş doğum haqqında şəhadətnamənin valideynləri tərəfindən mübahisələndirilərək ləğv edilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı soyadının «Yoldaşlı»dan «Yoldaşov»a dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunun 11-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İ hissəsinə görə hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 6.18-ci bəndinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə bu Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuni olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından İddiaçı Cavabdehnə qarşı «soyadının Yoldaşlıdan Yoldaşova dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinin tələbinə görə məhkəmə qərarının nəticəvi hissəsində, həmçinin prosessual xərclər də göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia qaldırmaq üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci)– yəni hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia təmin edilmədiyindən iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
1. İddiaçı Cavabdehnə qarşı «soyadının Yoldaşlıdan Yoldaşova dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi təmin edilməsin.
2. Prosessual xərc iddiaçıya aid edilsin.
3. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
4. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Zaur Allahyarov