Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-327/2023 03.08.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “onun adına Salyan rayon VVAQ şöbəsi tərəfindən tərtib olunmuş 31 may 2007-ci il tarixli, 327 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsi və onun adına doğum tarixi xx.xx.2005-ci il qeyd edilməklə yeni doğum haqqında akt qeydinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 03 avqust 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T Dİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, akt qeydində doğum ilinin xx xxxxxx 2004-cü il tarixdən 22 yanvar 2005-ci il tarixə dəyişdirilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “onun adına Salyan rayon VVAQ şöbəsi tərəfindən tərtib olunmuş 31 may 2007-ci il tarixli, 327 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsi və onun adına doğum tarixi xx.xx.2005-ci il qeyd edilməklə yeni doğum haqqında akt qeydinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Lakin cavabdeh inzibati orqanın iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim olunmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Salyan rayonu Kərimbəyli kəndində yaşayır. “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” X11 Doğum evinin arayışında da qeyd olunmuşdur ki, anası X3 həqiqətən də 22 yanvar 2005-ci il tarixdə cinsi oğlan, çəkisi 3200.0, boyu 50 sm olan kişi cinsində olan ıışaq doğmuşdıır. Lakin doğum haqqında şəhadətnamədə onun doğum tarixi ona məlum olmayan səbəblərdən xx xxxxxx 2004-cü il kimi qeyd olunmuşdur. Ondan başqa bacısı və qardaşı olmayıb. Anası bu barədə Cavabdehnə akt qeydində düzəliş edilməsi barədə ərizə ilə müraciət etmiş, lakin oradan onlara məhkəməyə müraciət etməkləri tövsiyyə olunmuşdur. Onun doğumunun qeydə alınması, doğum haqqında şəhadətnamənin, şəxsiyyət vəsiqəsinin alınması üçün lazımdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Salyan Rayonu İcra Hakimiyyəti Başçısının Kərimbəyli kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2023-ci il tarixli, 136 nömrəli arayışından görünür ki, İddiaçı Salyan rayon Kərimbəyli kəndində yaşayır və ailənin tək övladıdır. İş materiallarında olan Salyan rayon VVAQ şöbəsi tərəfindən tərtib olunmuş 31 may 2007-ci il tarixli, 327 nömrəli doğum haqqında akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxxxx 2004-cü ildə Əli Bayramlı (hazırda Şirvan) şəhərində doğulmuş, akt qeydinin ata qrafasında X5, ana qrafasında anası X3 yazılmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, AZ-İİİ № 377516 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 2004-cü ildə Əli Bayramlı (hazırda Şirvan) şəhərində doğulmuş, ata qrafasında X5, ana qrafasında anası X3 yazılmışdır. İş materiallarında olan Şirvan şəhəri Doğum evinin xx.xx.2022-ci il tarixli, 19 saylı Arayışından görüür ki, X3 həqiqətən 22 yanvar 2005-ci ildə Şirvan şəhəri Doğum evində doğmuşdur. 3200 qram çəkidə, 50 sm boyda kişi cinsindən diri, yetişmiş 1 uşaq doğulmuşdur. İş materiallarında olan “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” X8 xx.xx.2022-ci il tarixli, 386 nömrəli Arayışından görünür ki, Salyan rayon Bəşirabad kənd sakini X3 xx.xx.2005-ci il tarixində saat 04:50 radələrində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının doğum evi şöbəsində cəkisi 3200 qr, boyu 50 sm, cinsi kişi olan diri, yetişmiş uşaq dünyaya gətirmişdir. İş materiallarında olan “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” X8 Ginekologiya və Doğum evi şöbəsinin xx.xx.2022-ci il tarixli, 178 nömrəli Arayışından görünür ki, X3 həqiqətən 22 yanvar 2005-ci ildə Şirvan şəhər Doğum evində kişi cinsindən 3200 çəkidə, 50 sm boyda diri, yetişmiş bir uşaq doğmuşdur. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 01 mart 2013-cü il tarixli, 2(057)-180/2013 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 cavabdeh X4 qarşı “atalığın etiraf olunması faktının müəyyən edilməsi və aliment” tələbinə dair iddiası təmin edilərək, xx xxxxxx 2004-cü il tarixdə doğulmuş X2 atasının X5 olması müəyyən edilmişdir. İddiaçı doğumu haqqında akt qeydində doğum tarixinin xx.xx.2004-cü ildən xx.xx.2005-ci ilə düzəliş edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2022ci il tarixli, 05/15-32 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, doğumunuz haqqında akt qeydində düzəliş olunaraq doğum tarixinin “xx.xx.2005-ci il” qeyd edilməsi barədə müraciətinizə Cavabdehndə baxılmışdır. Müəyyən olunmuşdur ki, sizə münasibətdə Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2007-ci il tarixli, 327 saylı doğum haqqında akt qeydinin hər iki nüsxəsində, həmin qeyd əsasında verilmiş AZ-İİİ 377516 nömrəli doğum haqqında şəhadətnamədə, eləcə də AA ******* nömrəli şəxsiyyət vəsiqəsində doğum tarixiniz xx.xx.2004-cü il qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarım müəyyən edən əsas müddəaların 1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Göründüyü kimi müvafiq normada, kifayət qədər əsasların olması vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinin mümkünlüyünü şərtləndirən imperativ qaydalardan biri kimi təsbit edilmişdir. Göstərilənlərə əsasən “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaların 8-ci bəndini rəhbər tutaraq, müvafiq akt qeydində düzəliş edilməsi barədə tələbinizin icrasından imtina olunur. Əlavə olaraq bildiririk ki, müraciətinizə baxılmasının nəticəsindən sizin subordinasiya və məhkəmə qaydasında şikayət etmək, eyni zamanda iddia etdiyiniz faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmək hüququnuz vardır. Məhkəmə mübahisəyə qiymət verilməsi ilə bağlı qanunvericiliyin aşağıdakı müddəalarını diqqətə çəkir: Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 63.1-ci maddəsinə görə inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Həmin Qanunun 63.2-ci maddəsinə görə inzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər. Həmin Qanunun 63.3-cü maddəsinə görə inzibati aktda düzəlişlər inzibati orqanın müvafiq vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin imzası ilə təsdiq olunmalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqnları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 160.2-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 161.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının tələbi doğumu haqqında akt qeydinin ləğvi və adına doğum tarixi 22 yanvar 2005-ci il qeyd edilməklə yeni doğum haqqında akt qeydinin tərtib edilməsi ilə bağlıdır. Akt qeydinin ləğv edilməsi üçün isə, yetərli əsaslar mövcuddur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının anası X3 22 yanvar 2005-ci ildə Şirvan şəhər Doğum evində kişi cinsindən 3200 qr. çəkidə, 50 sm boyda diri, yetişmiş bir uşaq doğmuşdur. Eləcə də İddiaçı Salyan rayon Kərimbəyli kəndində yaşamaqla və ailənin tək övladıdır. Doğum akt qeydində iddiaçının doğum yeri və valideynlərinin adı da eynilik təşkil edir. Belə olan halda, məhkəmə cavabdeh inzibati orqanın mövqeyi ilə razılaşmır və hesab edir ki, Cavabdeh imtinası qanunsuzdur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı adına Salyan rayon VVAQ şöbəsi tərəfindən tərtib olunmuş 31 may 2007-ci il tarixli, 327 nömrəli doğum haqqında akt qeydi ləğv edilməli, İddiaçı adına doğum tarixi 22 yanvar 2005-ci il qeyd edilməklə yeni doğum haqqında akt qeydinin tərtib edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 52-ci, 58.7-ci, 62-ci, 68 – 69cu, 75-ci, 78 – 79-cu, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia tələbi təmin edilsin. İddiaçı adına Salyan rayon VVAQ şöbəsi tərəfindən tərtib olunmuş 31 may 2007-ci il tarixli, 327 nömrəli doğum haqqında akt qeydi ləğv edilsin və İddiaçı adına doğum tarixi 22 yanvar 2005-ci il qeyd edilməklə yeni doğum haqqında akt qeydinin tərtib edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-327/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-327/2023
03.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver