Məhkəmə qərarları › İş №2-1(120)-327/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-327/2025

05.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-327/2025 05.11.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı (zəruri cəlb etmə qaydasında Masallı rayon Şərəfə bələdiyyəsi və X8 üçüncü şəxs qimində məhkəmə icraatına cəlb edilməklə) “Masallı rayon Şərəfə bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 10 saylı qərarı ilə iddiaçıya verilmiş 0,06 ha torpaq sahəsinin (37,0 kv.m üst-üstə düşən hissəsi istisna olmaqla) 563 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağızadə Aygün Bahadır qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “Masallı rayon Şərəfə bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 10 saylı qərarı ilə iddiaçıya verilmiş 0,06 ha torpaq sahəsinin (37,0 kv.m üst-üstə düşən hissəsi istisna olmaqla) 563 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir iddiаsı üzrə işə 05 noyabr 2025-ci il tаriхdə Şirvan şəhərində, məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bахаrаq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-327/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Masallı rayon Şərəfə bələdiyyəsi və X2 iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmələri qərara alınmışdır. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək, iddiaçı və cavabdehin olduğu kimi saxlanılmasını, iddia tələbinə “Masallı rayon Şərəfə bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 10 saylı qərarı ilə iddiaçıya verilmiş 0,06 ha torpaq sahəsinin (37,0 kv.m üst-üstə düşən hissəsi istisna olmaqla) 563 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-327/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “Masallı rayon Şərəfə bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 10 saylı qərarı ilə iddiaçıya verilmiş 0,06 ha torpaq sahəsinin (37,0 kv.m üst-üstə düşən hissəsi istisna olmaqla) 563 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçının əsaslandırması: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2013-cü il tarixdə Masallı rayon Şərəfə Bələdiyyəsindən həmin torpaq sahəsini alğı-satqı yolu ilə almışdır. Bununla bağlı Masallı rayon Şərəfə Bələdiyyəsi ilə aralarında müqavilə bağlanması üçün Masallı rayon Şərəfə Bələdiyyəsi tərəfindən qərar qəbul edilmişdir. Masallı rayon Şərəfə Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli (protokol№10) qərarından çıxarışda qeyd edilmişdir ki, Masallı rayonu, Ağakişibəyli kənd sakini İddiaçı Azərbaycan Respublikasının torpaqlarının müdafiəsi zamanı əlil olduğuna görə, ikinci qrup əlil kimi 0,06 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ona bir dəfə pulsuz verilməsi qərara alınmışdır. Torpaq sahəsi Masallı rayonu, Şərəfə kəndinin qərbində yerləşir. Sahə şimaldan – Cavid Niftullayevin həyətyanı torpağı, cənubdan məhəllə yolu, qərbdən – yol və kanal və şərqdən – bələdiyyə mülkiyyəti torpağı ilə həmsərhəddir. Eləcədə Masallı RİH aparatının Memarlıq və Tikinti şöbəsi və Masallı rayon Dövlət Torpaq və Xəritəçəkmə şöbəsi tərəfindən torpaq sahəsinin ona satılması barədə rəylər verilmişdir. Həmçinin həmin torpaq sahəsinə dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü də verilmişdir. Torpaq sahəsinə dövlət reyestrindən çıxarış və texniki pasport verilməsi barədə müraciət etmişdir. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə etdiyi müraciətə cavab olaraq təqdim edilmiş torpaq sahəsinin ayrılması barədə ilkin hüquqmüəyyənedici sənədlər qanunamüvafiq qaydada tərtib olunmadığı bildirmişlər və müraciətdən imtina edilmiş, iş üzrə sənədlər əsassız olaraq ona qaytarılmışdır. Cavabdehin bu hərəkətləri nəticəsində onun mülkiyyətlə bağlı hüquqları kobud şəkildə pozulmuşdur. Odur ki, pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti (etiraz): İddiaçı müraciətinə 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən 07 aprel 2023-cü il tarixdə **********58 saylı məktubla bildirilmişdir ki, təqdim edilmiş torpaq sahəsinin ayrılması barədə ilkin hüquqmüəyyənedici sənədlər qanunamüvafiq qaydada tərtib olunmamışdır. İlkin torpaqayırma sənədləri 01 dekabr 2007-ci il tarixdən sonrakı tarixə tərtib olunmuşdur. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 23 oktyabr tarixli 466-İİİQD nömrəli qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən 01 dekabr 2007-ci il tarixdən bələdiyyə öz adına hüququnu tanıtdırdıqdan sonra vətəndaşla alqı-satqı edə bilər. Göstərilən çatışmazlıqlara görə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsini rəhbər tutub həmin torpaq sahəsinə reyestrdən çıxarış və texniki pasport verilməsindən imtina edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.2-ci maddəsində göstərilir ki, Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3-cü maddəsində göstərilir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində əqdlərin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin 17 mart 2009-cu il tarixli tövsiyyə xarakterli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmədiyini nəzərə alaraq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri də ayrılmazdan əvvəl torpaq üzərində bələdiyyənin mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Əks təqdirdə həmin torpaqlara alqı-satqı müqaviləsi bağlandığı andan etibarsız sayılır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsini rəhbər tutaraq, İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. Tərəflərin iştirakı və izahatları: İddiaçı şifahi məhkəmə iclasında izahatında iddia tələbini müdafiə edərək, onun məhkəmə tərəfindən təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin (nümayəndəsi) və üçüncü şəxslər Masallı rayon Şərəfə bələdiyyəsi və X8 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsinin, üçüncü şəxslər Masallı rayon Şərəfə bələdiyyəsinin nümayəndəsinin və X2 iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Öhdəliyin icrası haqqında ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Masallı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddia mümkün iddiadır. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: Azərbaycan Respublikası Masallı rayon İcra Hakimiyyəti Başçısının aparatının Memarlıq və Tikinti Şöbəsinin 312 nömrəli, xx.xx.2013-cü il tarixli Rəyinin surətindən görünür ki, Masallı rayon Ağakişibəyli kənd sakini İddiaçı satılacaq həyətyanı torpaq sahəsi Şərəfə kəndinin qərbində yerləşir. Satılacaq torpağın ümumi sahəsi 0,06 ha olmaqla şimaldan məhəllə yolu və kanal ilə cənubdan bələdiyyə mülkiyyəti ilə şərqdən X5 həyəti ilə, qərbdən Əbilov Fətəliyə satılacaq həyətyanı torpaq sahəsi ilə həmsərhəddir. Sahədən komunikasiya xəttləri keçmir. Nəzərdə tutulan sahə İddiaçı satıla bilər. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Masallı rayon Şöbəsinin xx.xx.2013-cü il tarixli, 302 nömrəli Rəyinin surətindən görünür ki, Masallı rayonu Ağakişibəyli kənd sakini, Qarabağ müharibəsinin ikinci qrup əlili İddiaçı fərdi yaşayış evinin tikintisi üçün veriləcək torpaq sahəsi Şərəfə kəndinin qərbində yerləşir. Şərəfə bələdiyyəsinin mülkiyyətinə aid torpaqlar sahəsidir. Bələdiyyə tərəfindən bilavasitə veriləcək torpağın ümumi sahəsi 0,06 ha olmaqla şimaldan məhəllə yolu və kanal ilə, cənubdan bələdiyyə mülkiyyəti torpağı ilə, şərqdən X5 həyətyanı torpağı ilə, qərbdən Fətəli Əbilova satılacaq həyətyanı torpaq ilə həmsərhəddir. Həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olduğuna görə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq bələdiyyə tərəfindən ona bir dəfə pulsuz verilə bilər. Masallı rayonu Şərəfə bələdiyyəsinin (protokol №10) 03 iyul 2013-cü il tarixli Qərarından Çıxarışın surətindən görünür ki: 1.“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci bəndinə və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin birinci hissəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanından rəylər alındığından Masallı rayonu, Ağakişibəyli kənd sakini X3 Azərbaycan Respublikasının torpaqlarının müdafiəsi zamanı əlil olduğuna görə ikinci qrup əlil kimi 0,06 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ona bir dəfə pulsuz verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-2-0052-8/2023 nömrəli müraciətin cavablandırılması barədə məktubdan görünür ki, sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, təqdim edilmiş torpaq sahəsinin ayrılması barədə ilkin hüquqmüəyyənedici sənədlər qanunamüvafiq qaydada tərtib olunmamışdır. İlkin torpaqayırma sənədləri 01 dekabr 2007-ci il tarixdən sonrakı tarixə tərtib olunmuşdur. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il tarixli 466-İİİQD nömrəli qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən 01 dekabr 2007-ci il tarixdən bələdiyyə öz adına hüququnu tanıtdırdıqdan sonra vətəndaşa sata bilər. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsinin, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklülüyünü) onlara xitam verilməsini, təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda göstərilən çatışmamazlıqlara görə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsini rəhbər tutub həmin torpaq sahəsinə reyestrdən çıxarış və texniki pasport verilməsindən imtina edilmişdir. Masallı rayon İcra Hakimiyyəti Başçısının Şərəfə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 254 nömrəli, 02 may 2023-cü il tarixli Arayışından görünür ki, 1974-cü il təvəllüdlü İddiaçı həqiqətəndə Masallı rayonunun Ağakişibəyli kəndində daimi qeydiyyatdadır və yaşayır. 268479 nömrəli Əlillik vəsiqəsinin surətindən görünür ki, İddiaçı ikinci qrup Qarabağ müharibəsi əlilidir. X10 kitabında xx.xx.2014-cü il tarixdə 5050 nömrə ilə uçota alınan A seriyalı, 468971 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün təsdiq olunmuş surətindən görünür ki, Masallı rayonu, Ağakişibəyli kəndində yerləşən 600 kv.m torpaq sahəsi Masallı rayonu Şərəfə bələdiyyəsinin 03 iyul 2013-cü il tarixli, 10 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün İddiaçı verilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3152/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 aprel 2025-ci il tarixli, 10/522 nömrəli ekspert rəyinin surətindən görünür ki: Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1071/2025 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayonu Şərəfə bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 10 saylı qərarı ilə A №468971 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı fərdi yaşayış evi tikmək üçün mülkiyyətə verilməsi nəzərdə tutulmuş 0,06 ha torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında faktiki istifadə və sənəd üzrə yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. (mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşuplanında öz əksini tapmışdır). Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1071/2025 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayonu Şərəfə bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 10 saylı qərarı ilə A №468971 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı fərdi yaşayış evi tikmək üçün mülkiyyətə verilməsi nəzərdə tutulmuş 0,06 ha torpaq sahəsinin ayrılması barədə qərarın qəbul olunduğu vaxt və hazırda kateqoriyası-yaşayış məntəqələrinin torpaqları, məqsədli təyinatı-həyətyanı, uqodiyası-tikili altında olan torpaqlar, əmlak növütorpaq sahəsi, hüquqi statusu-bələdiyyə mülkiyyətində saxlanılmış torpaq sahəsidir. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1071/2025 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayonu Şərəfə bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 10 saylı qərarı ilə A №468971 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı fərdi yaşayış evi tikmək üçün mülkiyyətə verilməsi nəzərdə tutulmuş 0,06 ha torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında faktiki istifadə və sənəd üzrə yerləşmə vəziyyəti arasında qismən uyğunsuzluğun olduğu müəyyənləşdirildi. Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1071/2025 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayonu Şərəfə bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 10 saylı qərarı ilə A №468971 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı fərdi yaşayış evi tikmək üçün mülkiyyətə verilməsi nəzərdə tutulmuş 0,06 ha bələdiyyə mülkiyyətinə aid tikinti altında və ətrafında olan torpaq sahəsinin hüdudları daxilində yerləşmə vəziyyəti müəyyənləşdirildi. İddiaçının iddia və faktiki istifadə etdiyi torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında faktiki istifadə kimi 0,09 ha plana alınmışdır. Qərardadın beşinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1071/2025 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayonu Şərəfə bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 10 saylı qərarı ilə A №468971 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı fərdi yaşayış evi tikmək üçün mülkiyyətə verilməsi nəzərdə tutulmuş 0,06 ha torpaq sahəsinin 37,0 kv. metrədək hissəsi şərq istiqamətində Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında qonşunun mülkiyyətində olan həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşmə (üst-üstə düşmə) vəziyyəti müəyyən edilmişdir. (mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır). Qərardadın altıncı sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1071/2025 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayonu Şərəfə bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 10 saylı qərarı ilə A №468971 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən İddiaçı fərdi yaşayış evi tikmək üçün mülkiyyətə verilməsi nəzərdə tutulmuş 0,06 ha torpaq sahəsinin hüdudları daxilində tikilialtı sahəsi 124,6 kv.m olan fərdi yaşayış evinin Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında yerləşmə vəziyyəti müəyyən edilmişdir. (mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır). Mütəxəssis rəyinə əsasən, Masallı rayonu Şərəfə bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 10 saylı qərarı ilə A№468971 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən İddiaçı fərdi yaşayış evi tikmək üçün mülkiyyətə verilməsi nəzərdə tutulmuş 0.06 ha torpaq sahəsinin koordinatları ilə faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatları arasında texniki səhvin olduğu və üçüncü şəxslərin qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edildi. Həmin texniki səhvin faktiki istifadəyə uyğunlaşdırılacağı təqdirdə üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqlarının pozulmayacağı müəyyənləşdirildi. 11 iyul 2025-ci il tarixli Aktdan görünür ki, Aşağıda imza edənlər: X4 (Şərəfə bələdiyyəsinin sədri (nümayəndəsi)), X9 (İcra nümayəndəsi), X6 (Şərəfə bələdiyyəsində müavini), İddiaçı müraciət edən (hüquqi və ya fiziki şəxs), X8 (qonşu torpaq mülkiyyətçisi (ehtiyac olduqda), X7 (kənd sakini) aktı ondan ötrü tərtib etmişlər ki, vətəndaş İddiaçı Ağakişibəyli kəndinin cənubunda yerləşən 600 kv.m torpaq sahəsi ilə qonşu mülkiyyətçi X2 mülkiyyətindəki (Reyestr № **********73) torpaq sahəsi arasındakı mübahisə predmeti olan torpaq sahəsi yerində araşdırıldı. Mübahisə predmeti olan çəpər İddiaçı tərəfindən sökülərək X2 mülkiyyətindəki (Reyestr №**********73) torpaq sahəsinin sərhədinə çəkildi. Sözügedən məsələ yerində həllini tapdı hər iki tərəfin razılığı alındı. Masallı rayon Şərəfə Bələdiyyəsinin 137 nömrəli, 15 avqust 2025-ci il tarixli məktubundan görünür ki, Masallı rayon Şərəfə bələdiyyəsinin sözügedən 0.06 ha həyətyanı torpaq sahəsinə hal-hazırda heç bir iddiası yoxdur, gələcəkdə də heç bir iddiası olmayacaqdır və həmin torpaq sahəsinin İddiaçı adına sənədləşdirilməsinə etiraz etmirlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 49-cu maddəsi Torpaq üzərində xüsusi mülkiyyət hüququ 49.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. 49.4-cü maddəsinə əsasən xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır. 67-ci maddəsinə əsasən Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi qeyd edilmişdir. 67.1-ci maddəsinə əsasən Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cümaddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu: 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, - 6 - daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.4.Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir.

MƏHKƏMƏNİN MÖVQEYİ

Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Masallı rayonu Şərəfə Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 10 saylı iclas qərarı ilə A № 468971 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında iş üzrə İddiaçı fərdi yaşayış evi tikmək üçün 0.06 ha torpaq sahəsinin verilməsi qərara alınmışdır. Həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla torpaq sahəsinə çıxarışın verilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən ərizənin təmin olunmasından imtina olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən imtinanın və etirazın əsasında qeyd edilmişdir ki, sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, təqdim edilmiş torpaq sahəsinin ayrılması barədə ilkin hüquqmüəyyənedici sənədlər qanunamüvafiq qaydada tərtib olunmamışdır. İlkin torpaqayırma sənədləri 01 dekabr 2007-ci il tarixdən sonrakı tarixə tərtib olunmuşdur. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il tarixli 466-İİİQD nömrəli qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən 01 dekabr 2007-ci il tarixdən bələdiyyə öz adına hüququnu tanıtdırdıqdan sonra vətəndaşa sata bilər. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsinin, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklülüyünü) onlara xitam verilməsini, təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda göstərilən çatışmamazlıqlara görə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsini rəhbər tutub həmin torpaq sahəsinə reyestrdən çıxarış və texniki pasport verilməsindən imtina edilmişdir. Cavabdehin imtinasının və etirazının əsasını təşkil edən dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, Masallı rayonu Şərəfə Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 10 saylı iclas qərarı, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Masallı rayon Şöbəsinin xx.xx.2013-cü il tarixli, 302 nömrəli Rəyinin İddiaçı məxsus olması sübut olunmuşdur. Bundan başqa iş materiallarında olan mütəxsis rəyi ilə müəyyən edilir ki, Masallı rayonu Şərəfə bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 10 saylı qərarı ilə A№468971 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən İddiaçı fərdi yaşayış evi tikmək üçün mülkiyyətə verilməsi nəzərdə tutulmuş 0.06 ha torpaq sahəsinin koordinatları ilə faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatları arasında texniki səhvin olduğu və üçüncü şəxslərin qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Həmin texniki səhvin faktiki istifadəyə uyğunlaşdırılacağı təqdirdə üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqlarının pozulmayacağı müəyyənləşdirilmişdir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas, yəni "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri müəyyən edilməmişdir. Bunun əksi olaraq sözügedən torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, İddiaçı ilkin torpaqayırma sənədləri 01 dekabr 2007-ci il tarixdən sonrakı tarixə tərtib olunduğunu, “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 23 oktyabr tarixli 466-İİİQD nömrəli qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən 01 dekabr 2007-ci il tarixdən bələdiyyə öz adına hüququnu tanıtdırdıqdan sonra vətəndaşla alqı-satqı edə bilməsi halını müəyyən etmək iqtidarında olmamışdır. Qeyd edilən Sərəncama riayət edilməsi üçüncü şəxs Masallı rayon Şərəfə bələdiyyəsinin səlahiyyətlərinə aid edilmişdir. İddiaçı isə Masallı rayon Şərəfə bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 10 saylı qərarı etimad göstərmiş, həmin tarixdən etibarən mübahisəli torpaq sahəsindən istifadə etmiş və hal hazırda torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir. Göstərilən qaydalara riayət edilməməsi iddiaçının ziyanına şərh edilməməlidir. Məhkəmə hesab edir ki, Masallı rayonu Şərəfə bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 10 saylı qərarın müəyyən olunmuş qaydada geri çağırıldığını, ləğv edildiyini, dəyişdirildiyini, qüvvədə olma müddəti qurtardığını və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməsini, cavabdeh inzibati orqan tərəfindən imtinanın əsasını təşkil edən dəlilinə münasibətdə cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməsi məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə həmçinin qeyd etmişdir ki, Masallı rayon Şərəfə bələdiyyəsinin sözügedən 0.06 ha həyətyanı torpaq sahəsinə hal-hazırda heç bir iddiası yoxdur, gələcəkdə də heç bir iddiası olmayacaqdır və həmin torpaq sahəsinin İddiaçı adına sənədləşdirilməsinə etiraz etmirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Masallı rayonu, Şərəfə kəndi ərazisində yerləşən, Masallı rayonu Şərəfə bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 10 saylı qərarı əsasında İddiaçı verilmiş 0.06 ha torpaq sahəsinin (37,0 kv.m üst-üstə düşən hissəsi istisna olmaqla) 563 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış tətqiqatın dəyəri 50 (əlli) manatdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4-cü, 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı iddia tələbi təmin edilsin. “Masallı rayon Şərəfə bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 10 saylı qərarı ilə iddiaçıya verilmiş 0,06 ha torpaq sahəsinin (37,0 kv.m üst-üstə düşən hissəsi istisna olmaqla) 563 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ 22, Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Sədrlik edən: Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar