Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3273/2024 13.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Nəcəfov Hilal Nəcəfalı оğlunun sədrliyi, Məhkəmə iclаsının kаtibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı X1 Cavabdehnə qarşı “Cavabdeh tərəfindən tərtib edilmiş doğum akt qeydində düzəliş edilməsi, doğum haqqında akt qeydləri kitabında dəyişiklik edilərək oğlu X2 doğum tarixinin xx.xx.2010-cu il kimi qeyd edilməsi barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X1 Cavabdehnə qarşı “Cavabdeh tərəfindən tərtib edilmiş doğum akt qeydində düzəliş edilməsi, doğum haqqında akt qeydləri kitabında dəyişiklik edilərək oğlu X2 doğum tarixinin xx.xx.2010-cu il kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbini irəli sürərək iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Şirvan İnzibati Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 2-1(120)-3273/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, X2 doğumu haqqında tərtib edilmiş 37 nömrəli, xx.xx.2012-ci il tarixli akt qeydində doğum tarixinin “xx.xx.2008-ci il tarixdən” “xx.xx.2010cu il tarixə dəyişdirilməsi (düzəliş edilməsi) və həmin dəyişikliyə uyğun doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/8-10-841/202 nömrəli məktubunda qeyd edilmişdir ki,Şirvan İnzibati məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(120)-3273/2024 saylı qərarı xx.xx.2024-cü il tarixdə icra edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-16-5/8-10-1038-24 saylı məktubla Şirvan inzibati Məhkəməsinə müraciət edərək araşdırma nəticəsində yeni sübutlar əldə edildiyini qeyd edərək qərarın ləğv edilməsini və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsini xahiş etmişdir. İşdə olan Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” Lənkəran rayon Mərkəzi Xəstəxanası” X7 X11 Mərkəzinin xx.xx.2024-cü il tarixli 269 nömrəli arayışında qeyd edilmişdir ki xx.xx.2008-ci il tarixində Lənkəran rayon Şürük kənd sahə xəsətəxanasında 3,500 çəki ilə oğlan uşağı dünyaya gəlmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(120)-3273/2024 nömrəli qərardadı ilə ərizəçi Cavabdeh iş üzrə yeni açılmış hallarla bağlı ərizəsi təmin edilmiş və iş üzrə icraat təzələnmişdir. İşdə olan Lənkəran rayonu, Bala-Şürük kəndində qeydiyyat olan Lənkəran rayon X4 Hüquqi şəxsin X12 Sağlamlıq Mərkəzinin bölmə rəhbəri vəzifəsini müvəqqəti icra edən X3 xx.xx.2024-cü il tarixdə məhkəməyə ünvanladığı ərizəsində qeyd etmişdir ki, 269 nömrəli, xx.xx.2024-cü il tarixli arayışda diqqətsizlik səbəbindən yol verdiyi texniki səhf barədə məlumatı ərizəyə əlavə etdiyini və izahatında qeyd etdiyini bildirmişdir. İşdə olan ünvan 2i ünvanında qeydiyyatda olan X5 tərəfində məhkəməyə ünavanladığı xx.xx.2024-cü il tarixli ərizəsində qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixli, 264 nömrəli arayışın mətnində texniki olaraq hərf səhfinə yol verilmişdir.Belə ki, həmin arayışda” qeydə alınmışdır” sözü “qeydə alınmamışdır” kimi qeyd olunmuşdur.Halbuki "qeydə a“ınmışdır" kimi yazılmalı idi.Arayışı imzalayan zaman bu texniki səhf diqqətindən yayınmışdır.İmzaladığı xx.xx.2024-cü il tarixli,264 nömrəli arayışda yol verilmiş yalnışlığı texniki səhf kimi nəzərə alınmasını və həmin arayışı aşağadakı redaksiyada qəbul etməyni xahiş etmişdir. İddiaçı X6 ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin “iddia ərizəsinin qaytarılması barədə” ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı və inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən İPM-in 23, 55, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı X1 Cavabdehnə qarşı “Cavabdeh tərəfindən tərtib edilmiş doğum akt qeydində düzəliş edilməsi, doğum haqqında akt qeydləri kitabında dəyişiklik edilərək oğlu X2 doğum tarixinin xx.xx.2010-cu il kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın və inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-3273/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3273/2024
13.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver