Məhkəmə qərarları › İş №2-1(120)-3278/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3278/2025

05.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3278/2025 05.11.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Azərenerji ASC “X4 Stansiyası” MMC-də xx.xx.1985-xx.xx.1987-ci iltarixləri arasındakı dövr ərzində qazan turbin işini təmin edən mərkəzləşdirilmiş təmir sexində elektrik qaynaqçısı, xx.xx.1987-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində isə həmin müəssisədə qaz elektrik qaynaqçısı peşəsində, xx.xx.2011-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin körpü tunel və yol inşası departamentinin Z.Bünyadov-R.Cəfərov küçələrinin kəsişməsində yol qovşağı layihəsində elektrik qaynaqçısı peşəsində, xx.xx.2015-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-nin Balaxanı şüşə zavodunun tikinti layihəsində elektrik qaynaqçısı peşəsində, xx.xx.2019-xx.xx.2024cü il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-nin 2 saylı sexində elektrik qaynaqçısı peşəsində, xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixədək “X7” MMC-də qaynaqçı peşəsində işlədiyi illərin iş stajı kimi qəbul edilməsi və ona hüququnun yarandığı, yəni 09 yanvar 2025-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçının vəkili və nümayəndəsi iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, “hüququnun yarandığı tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1965-ci il tarixdə anadan olmuş, xx.xx.1983-cü il tarixdən xx.xx.2025-ci il tarixədək əmək fəaliyyəti ilə məşğulam olmuş, işlədiyi müddətin 12 il 6 aydan çox hissəsini zərərli işlərdə işləmişdir. Azərenerji ASC “X4 Stansiyası” MMC-də xx.xx.1985-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində qazan turbin işini təmin edən mərkəzləşdirilmiş təmir sexində elektrik qaynaqçısı, xx.xx.1987xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində isə həmin müəssisədə qaz elektrik qaynaqçısı peşəsində, xx.xx.2011-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin körpü tunel və yol inşası departamentinin Z.Bünyadov-R.Cəfərov küçələrinin kəsişməsində yol qovşağı layihəsində elektrik qaynaqçısı peşəsində, xx.xx.2015xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-nin Balaxanı şüşə zavodunun tikinti layihəsində elektrik qaynaqçısı peşəsində, xx.xx.2019-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-nin 2 saylı sexində elektrik qaynaqçısı peşəsində, xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixədək “X7” MMC-də qaynaqçı peşəsində işləmişdir. Onun işlədiyi qaynaqçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahıda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmışdır. Onun 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yarandığı üçün cavabdeh təşkilata müraciət etsə də, ünvanlanmış 13 mart 2025-ci il tarixli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubunda göstərilmişdir ki, Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1985-ci il tarixli ******* nömrəli əmək kitabçasında və Azərenerji ASC “X4 Stansiyası” MMC-nin ona dair xx.xx.2025-ci il tarixli 20/206-17/06-25 nömrəli arayışında xx.xx.1985-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin qazan turbin işini təmin edən mərkəzləşdirilmiş təmir sexində elektrik qaynaqçısı, xx.xx.1987-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində isə qaz elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd edilmişdir. Lakin, həmin arayışda elektrik qaynaqçısı peşəsində işlədiyi müddətdə əl ilə qaynaq aparıb-aparmamağı barədə hər hansı məlumat qeyd olunmamış, həmçinin sözügedən arayışda qaz elektrik qaynaqçısı peşəsində işlədiyi göstərilsə də əmək kitabçasında elektrik qaynaqçısı işlədiyi qeyd olunmuşdur. Eyni zamanda, "xxxx" MMC-nin xx.xx.2025ci il tarixli 01-a nömrəli arayışında xx.xx.2019-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin 2 saylı sexində elektrik qaynaqçısı peşəsində işlədiyiniz göstərilsə də sözügedən arayışda da əl ilə qaynaq aparıb-aparmamağı barədə hər hansı məlumat qeyd olunmamışdır. Bundan başqa, "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 01 nömrəli arayışında xx.xx.2011-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində körpü tunel və yol inşası departamentinin Z.Bünyadov-R.Cəfərov küçələrinin kəsişməsində yol qovşağı layihəsində, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 01/K nömrəli arayışında isə xx.xx.2015-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində Balaxanı şüşə zavodunun tikinti layihəsində elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışlarda elektrik qaynaqçısı peşəsində işlədiyi dövrlərdə zənginləşdirmə fabriklərinin texnoloji sexlərində çalışmağı barədə hər hansı məlumat qeyd olunmamışdır. Həmçinin, “X7” MMC-nin xx.xx.2025-ci il tarixli NWC/187-06İR-25 nömrəli arayışında xx.xx.2024-cü il tarixindən bugünədək həmin müəssisədə qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi peşə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) rəhbər və mütəxəssislər bəndində (b) nəzərdə tutulmamışdır. Göstərilən səbəblərdən də güzəştli iş stajı yoxdur. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq ona hüququnun yarandığı tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçı R.X2 təqdim etdiyi xx.xx.1985-ci il tarixli ******* nömrəli əmək kitabçasında və Azərenerji ASC “X4 Stansiyası” MMC-nin ona dair xx.xx.2025-ci il tarixli 20/20617/06-25 nömrəli arayışında xx.xx.1985-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin qazan turbin işini təmin edən mərkəzləşdirilmiş təmir sexində elektrik qaynaqçısı, xx.xx.1987-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində isə qaz elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd edilmişdir. Lakin, həmin arayışda iddiaçının elektrik qaynaqçısı peşəsində işlədiyi müddətdə əl ilə qaynaq aparıb-aparmamağı barədə hər hansı məlumat qeyd olunmamışdır, həmçinin onun sözügedən arayışda qaz elektrik qaynaqçısı peşəsində işlədiyi göstərilsə də əmək kitabçasında elektrik qaynaqçısı işlədiyi qeyd olunmuşdur. Eyni zamanda, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 01-a nömrəli arayışında iddiaçının xx.xx.2019-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin 2 saylı sexində elektrik qaynaqçısı peşəsində işlədiyi göstərilsə də sözügedən arayışda da əl ilə qaynaq aparıb-aparmamağı barədə hər hansı məlumat qeyd olunmamışdır. Bundan başqa, "xxxx" ASC-nin xx.xx.2025ci il tarixli 01 nömrəli arayışında iddiaçının xx.xx.2011-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində körpü tunel və yol inşası departamentinin Z.Bünyadov-R.Cəfərov küçələrinin kəsişməsində yol qovşağı layihəsində, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 01/K nömrəli arayışında isə xx.xx.2015-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində Balaxanı şüşə zavodunun tikinti layihəsində elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışlarda İddiaçı elektrik qaynaqçısı peşəsində işlədiyi dövrlərdə zənginləşdirmə fabriklərinin texnoloji sexlərində çalışmağı barədə hər hansı məlumat qeyd olunmamışdır. Həmçinin, “X7” MMC-nin xx.xx.2025-ci il tarixli NWC/187-06İR-25 nömrəli arayışında iddiaçının xx.xx.2024-cü il tarixindən hazırki tarixədək həmin müəssisədə qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. Lakin onun işlədiyi peşə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) rəhbər və mütəxəssislər bəndində (b) nəzərdə tutulmamışdır. Göstərilən səbəblərdən də İddiaçı güzəştli iş stajı yoxdur. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apelyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyqun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib- işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Analoji is üzrə Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102M82/2024 nömrəli qərarında qeyd olunan hüquqi mövqeyə əsasən Məhkəmə kollegiyası nəzərə almışdır ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. İş yerindən əldə edilən hə m i n sən əd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi Siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə kollegiyası, həmçinin oxşar mübahisələrlə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə uyğun olaraq qeyd edir ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır (2-1 (102)-1410/2021, 2-1 (102)-131/2022, 2-1(102)- 1399/2023 №-li işlər üzrə qərarlar). Nəticədə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin iddianın təmin edilməsinə dair qərarı ləğv edilmişdir. Bundan başqa “N.Əbilovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı “09 yanvar 2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2- 1(120)-3278/2025 nömrəli iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X5 iddia tələbinə qarşı qeyd etdiklərini etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.1983-cü il tarixli, 697198 nömrəli Diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci ildə Əli Bayramlı şəhər 28 nömrəli texniki məktəbə daxil olmuş və xx.xx.1983-cu ildə əl ilə elektrik qaynaqçısı peşəsi üzrə texniki məktəbi tam kursunu bitirmişdir. İş materiallarında olan xx.xx.1985-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.2025-ci il tarixədək əmək fəaliyyətində olmuşdur İş materiallarında olan xx.xx.1993-cü il tarixli, 31 nömrəli Diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı həqiqətən xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi Salyan Xalq təhsili işçiləri evi nəzdindəki bir il altı aylıq mühasib kursunda tam proqram üzrə təhsil almışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli, 01-a nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.2019-cu il tarixindən xx.xx.2024-cü il tarixinədək "xxxx" MMC-nin 2 saylı sexində elektrik qaynaqçısı vəzifəsində işləmişdir. Hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”da 3-cü -Metallurgiya İstehsalatı bölməsinin, 3.2. Polad və ferroərintilər istehsalatı, təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları qrafasında öz əksini tapmış elektrik qaz qaynaqçıları vəzifəsi İddiaçı tutduğu 2 saylı sexdə elekıtik qaynaqçısı vəzifəsi ilə eynilik təşkil edir. İş materiallarında olan “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli, NWC/187-06İR-25 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən də 25 aprel 2024-cü il tarixindən “X7” MMC-də qaynaqçı vəzifəsində çalışır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixində təstiq edilmiş qərarı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısımnın 29-cu bölməsinin “b” bəndinə əsasən güzəştli əmək stajı 8 ay təşkil edir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli, 01 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx" ASC-nin “Körpü, tunel və yol inşası departamentinin Z.Bünyadov-R.Cəfərov küçələrinin kəsişməsində yol qovşağı layihəsi”-də əl ilə elektrik qaynaqçısı vəzifəsində çalışmışdır. İddiaçı "xxxx" ASC-də çalışdığı əl ilə elektrik qaynaqçısı vəzifəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşələr siyahısına daxildir. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı: 4 il 1 ay 12 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” 14-cu bəndinin “2a” yarımbəndinə əsasən əl ilə elektrik qaynaqçısı vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat, peşə və vəzifələrə aid edilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli, 01/K nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək "xxxx" MMC-nin “Balaxanı Şüşə zavodunun tikintisi layihəsi”-də əl ilə elektrik qaynaqçısı vəzifəsində çalışmışdır. İddiaçı "xxxx" MMC -də çalışdığı əl ilə elektrik qaynaqçısı vəzifəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşələr siyahısına daxildir. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı: 1 il 3 ay 1 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” 14-cu bəndinin “2a” yarımbəndinə əsasən əl ilə elektrik qaynaqçısı vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat, peşə və vəzifələrə aid edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti “X4 Stansiyası” MMC-nin xx.xx.2025-ci il tarixli, 20/206-17/06-25 nömrəli arayışından görünür ki, 1965-ci il təvəllüdlü İddiaçı xx.xx.1985-ci il tarixdən (əmr № 52-n xx.xx.1985-ci il) xx.xx.1987-ci il tarixədək "xxxx"ASC, “X4 Stansiyası”MMC-də qazan turbin sexinin işini təmin edən mərkəzləşdirilmiş təmir sexində elektrik qaynaqçısı peşəsində işləmişdir.xx.xx.1987-ci il tarixdən (əmr № 699/otz, xx.xx.1987-ci il) xx.xx.1989-cu il tarixədək "xxxx"ASC, “X4 Stansiyası”MMC-də qazan turbin sexinin işini təmin edən mərkəzləşdirilmiş təmir sexində qaz elektrikqaynaqçısı peşəsində işləmişdir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Blok avadanlıqlarının istismar rejimində titrəmələrin olması, səs-küyün normadan artıq olması ilə, “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci fəsil. Ümumi peşələrdə əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinin xüsusiyyətlərinə uyğun olması səbəbilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması məqsədəuyğun hesab edilir. Bu vəzifələrdə çalışarkən ona ağır və zərərli iş şəraitinə görə əsas əmək haqqına 12 faiz əlavə verilmişdir. İşlədiyi vəzifə üzrə zərərli iş stajı 4 (dörd) il, 1 (bir) ay, 28(iyirmi səkkiz) gün təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-1/2-H-62088/2025 nömrəli məktubundan görünür ki, Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1985-ci il tarixli ******* nömrəli əmək kitabçasında və Azərenerji ASC “X4 Stansiyası” MMC-nin xx.xx.2025-ci il tarixli 20/206-17/06-25 nömrəli arayışında xx.xx.1985-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin qazan turbin işini təmin edən mərkəzləşdirilmiş təmir sexində elektrik qaynaqçısı, xx.xx.1987-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində isə qaz elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd edilmişdir. Lakin, həmin arayışda elektrik qaynaqçısı peşəsində işlədiyi müddətdə əl ilə qaynaq aparıb-aparmamağı barədə hər hansı məlumat qeyd olunmamış, həmçinin sözügedən arayışda qaz elektrik qaynaqçısı peşəsində işlədiyi göstərilsə də əmək kitabçasında elektrik qaynaqçısı işlədiyi qeyd olunmuşdur. Eyni zamanda, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 01-a nömrəli arayışında xx.xx.2019-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin 2 saylı sexində elektrik qaynaqçısı peşəsində işlədiyi göstərilsə də sözügedən arayışda da əl ilə qaynaq aparıb-aparmamağı barədə hər hansı məlumat qeyd olunmamışdır. Bundan başqa, "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 01 nömrəli arayışında xx.xx.2011-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində körpü tunel və yol inşası departamentinin Z.Bünyadov-R.Cəfərov küçələrinin kəsişməsində yol qovşağı layihəsində, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 01/K nömrəli arayışında isə xx.xx.2015-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində Balaxanı şüşə zavodunun tikinti layihəsində elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışlarda elektrik qaynaqçısı peşəsində işlədiyi dövrlərdə zənginləşdirmə fabriklərinin texnoloji sexlərində çalışmağı barədə hər hansı məlumat qeyd olunmamışdır. Həmçinin, “X7” MMC-nin xx.xx.2025-ci il tarixli NWC/187-06İR-25 nömrəli arayışında xx.xx.2024-cü il tarixindən bugünədək həmin müəssisədə qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi peşə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) rəhbər və mütəxəssislər bəndində (b) nəzərdə tutulmamışdır. Göstərilən səbəblərdən də güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 115 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx" ASC-nin “Körpü, tunel və yol inşası departamentinin Z.Bünyadov - R.Cəfərov küçələrinin kəsişməsində yol qovşağı layihəsi”də əl ilə elektrik qaynaqçısı vəzifəsində çalışmışdır. İddiaçı "xxxx" ASC-də çalışdığı əl ilə elektrik qaynaqçısı vəzifəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşələr siyahısına daxildir. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı: 4 il 1 ay 12 gün təşkil edir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 13-M nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı (FİN: xxxxxxx), həqiqətən xx.xx.2019-cu il tarixindən xx.xx.2024-cü il tarixinədək və xx.xx.2025- ci il tarixindən hal hazırkı vaxta kimi "xxxx" MMC-nin 2 saylı sexində elektrik qaynaqçısı vəzifəsində işləyir, hal hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”da 3-cü - Metallurgiya İstehsalatı bölməsinin, 3.2. Polad və ferroərintilər istehsalatı, təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları qrafasında öz əksini tapmış əl ilə elektrik qaynaqçıları vəzifəsi İddiaçı tutduğu elekrtik qaynaqçısı vəzifəsi ilə eynilik təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/3-1-55204/2025 nömrəli xidməti məktubundan görünür ki, iddiaçı Rahib Nuru oğlu X2 təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun umumi iş stajı 32 il 7 ay 7 gün (xx.xx.2006-cı il tarıxınədək 18 il 5 ay 7 gün (01 09.1982-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1985-xx.xx.1985-ci il. xx.xx.1985-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.2000-ci il, xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 14 il 2 ay) təşkil edir. Bundan başqa, İddiaçı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya sığorta kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 60 yaşının tamamlandığı xx.xx.2025-ci il tarixinə ona münasibətdə 40320,00 manat hesablandığı halda, adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 53831,09 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti “X4 Stansiyası” MMC-nin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 20/206-xx/xx- 2025 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx"ASC, “X4 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-nin) istismar müddəti başa çatmış, istehsal fəaliyyəti tam dayandırılmışdır. Enerji blokları köməkçi avadanlıqları ilə müvafiq qanunvericiliyə uyğun olaraq balansdan silinmiş və söküntü işləri yekunlaşmışdır. Bu səbəbdən kadrlarla bağlı əhəmiyyət kəsb edən sənədlər 2020-ci ildə Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialına təhvil verilmişdir. Arxiv sənədlərindən göründüyü kimi İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixinə kimi "xxxx" ASC-nin “X4 Stansiyası” MMC-də qazan turbin sexinin işini təmin edən mərkəzləşdirilmiş təmir sexində elektrik qaynaqçısı peşəsində işləmişdir. xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək "xxxx"ASC-nin “X4 Stansiyasf’MMC-də qazan turbin sexinin işini təmin edən mərkəzləşdirilmiş təmir sexində qaz elektrik qaynaqçısı peşəsində işləmişdir. İşlədiyi vəzifələrin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri, blok avadanlıqlarının istismar rejimində titrəmələrin olması, səs-küyün normadan artıq olması, hündürlükdə, qapalı yerlərdə elektrik qaz qaynaq işlərinin aparılması, qaynaq zamanı ayrılan zərərli şüaların (infraqırmızı, ultrbənövşəyi) insan orqanizminə mənfi təsiri olmaqla, İddiaçı işlədiyi elektrik qaynaqçısı, qaz elektrik qaynaqçısı peşələri “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci Ümumi peşələr bölməsində 68-ci xana əl ilə qaynaq aparan elektrik qaynaqçıları və 26-cı xana qaz qaynaqçıları peşələrinin xüsusiyyətlərinə uyğun olduğu üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması məqsədəuyğun hesab edilir. Bu vəzifələrdə çalışarkən ona ağır və zərərli iş şəraitinə görə əsas əmək haqqına 12 faiz əlavə verilmişdir. İşlədiyi vəzifə üzrə zərərli iş stajı 4 (dörd il, 1 (bir) ay, 28 (iyirmi səkkiz) gün təşkil edir. İş materiallarında olan “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, NWC/87İR-25 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı “X7” MMC-də qaynaqçı vəzifəsində çalışmışdır və sahədə “əl ilə qaynaqda elektrik qaynağı” işini görmüşdür. Qeyd edilən kateqoriya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmişdir “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında 1.1.2-ci maddəsində öz əksini tapmışdır. İş materiallarında olan İddiaçı həqiqətən xx.xx.2024-cü ildən xx.xx.2025 ilə qədər X7 şirkətində qaynaqçı vəzifəsində çalışmışdır sahədə əl ilə qaynaqda elektirik işini görmüşdür. Qeyd ediən kateqoriya “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin,vəzifələrin və göstəricilərin Siyahısı”-da 1.1.2 maddəsində öz əksini tapmışdır. Güzəştli əmək stajı 9 ay təşkil etmişdir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdeh imtina üçün bir halı əsas götürmüşdür:

1. Güzəştli iş stajının toplanmaması; Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1965-ci ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin onun 12 il 6 ay güzəştli iş stajının olması səbəbindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi illərinin nə qədər təşkil etdiyi müəyyən edilməli, bundan başqa ümumiyyətlə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya kapitalı ilə bağlı şərtin zəruri olubolmaması aydınlaşdırılmalıdır. Məhkəmə bu istiqamətdə zəruri qiymətləndirmənin aparılması üçün “Əmək pensiyaları haqqında” Qanunun müddəalarına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərəli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və ya göstəricilərin 2 nömrəli Siyahısı” (Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Şərh ounan normaların tələblərinə əsasən iddiaçının ümumi və güzəştli stajına münasibət bildirilməsi zəruri hesab edilir. Məhkəmə qeyd edir ki, iddiaçının 60 yaşınadək ümumi iş stajının nə qədər olması əmək kitabçasında olan qeydlər əsasında müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/3-1-55204/2025 nömrəli xidməti məktubundan görünür ki, iddiaçı Rahib Nuru oğlu X2 təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun umumi iş stajı 32 il 7 ay 7 gün (xx.xx.2006-cı il tarıxınədək 18 il 5 ay 7 gün (01 09.1982-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1985-xx.xx.1985-ci il. xx.xx.1985-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.2000-ci il, xx.xx.2004xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 14 il 2 ay) təşkil edir. Məhkəmə qanunvericiliyin müddəalarını əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən etdi ki, iddiaçının 60 yaşı tamam olduğu vaxta, yəni xx.xx.2025-ci il tarixə ümumi iş stajı 25 ildən çox təşkil edir. Qeyd edilməlidir ki, iddiaçının ümumi iş stajı cavabdeh inzibati orqan tərəfindəndə mübahisələndirilməmiş və mübahisəsiz hal kimi qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı iiə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyğun olması, gördüyü tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməsi bildirilmişdir. Məhkəmə cavabdehin imtina məktubunda göstərdiyi əsasa münasibətdə bildirir ki, iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün güzəştli iş stajı ilə bağlı şərti də ödəmişdir. İlkin olaraq qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə iddiaçının güzəştli iş stajına münasibətdə bildirir ki, cavabdeh imtinasında qeyd edir ki, iddiaçının təqdim etdiyi xx.xx.1985-ci il tarixli ******* nömrəli əmək kitabçasında və Azərenerji ASC “X4 Stansiyası” MMC-nin xx.xx.2025-ci il tarixli 20/206-17/06-25 nömrəli arayışında xx.xx.1985-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin qazan turbin işini təmin edən mərkəzləşdirilmiş təmir sexində elektrik qaynaqçısı, xx.xx.1987-xx.xx.1989cu il tarixləri arasındakı dövr ərzində isə qaz elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd edilmişdir. Lakin, həmin arayışda elektrik qaynaqçısı peşəsində işlədiyi müddətdə əl ilə qaynaq aparıbaparmamağı barədə hər hansı məlumat qeyd olunmamış, həmçinin sözügedən arayışda qaz elektrik qaynaqçısı peşəsində işlədiyi göstərilsə də əmək kitabçasında elektrik qaynaqçısı işlədiyi qeyd olunmuşdur. Eyni zamanda, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 01-a nömrəli arayışında xx.xx.2019-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin 2 saylı sexində elektrik qaynaqçısı peşəsində işlədiyi göstərilsə də sözügedən arayışda da əl ilə qaynaq aparıbaparmamağı barədə hər hansı məlumat qeyd olunmamışdır. Bundan başqa, "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 01 nömrəli arayışında xx.xx.2011-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində körpü tunel və yol inşası departamentinin Z.Bünyadov-R.Cəfərov küçələrinin kəsişməsində yol qovşağı layihəsində, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 01/K nömrəli arayışında isə xx.xx.2015-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində Balaxanı şüşə zavodunun tikinti layihəsində elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışlarda elektrik qaynaqçısı peşəsində işlədiyi dövrlərdə zənginləşdirmə fabriklərinin texnoloji sexlərində çalışmağı barədə hər hansı məlumat qeyd olunmamışdır. Həmçinin, “X7” MMC-nin xx.xx.2025-ci il tarixli NWC/187-06İR-25 nömrəli arayışında xx.xx.2024cü il tarixindən bugünədək həmin müəssisədə qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi peşə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) rəhbər və mütəxəssislər bəndində (b) nəzərdə tutulmamışdır. Belə ki, inzibati orqanın təqdim etdiyi imtina məktubuna və etiraz ərizəsinə əsasən xx.xx.1985-xx.xx.1987-ci il tarixləri, xx.xx.1987-xx.xx.1989-cu il tarixləri, xx.xx.2011-xx.xx.2015-ci il tarixləri, xx.xx.2015-xx.xx.2016-cı il tarixləri, xx.xx.2019-xx.xx.2024-cü il tarixləri və xx.xx.2024cü il tarixindən hüququ yarandığı xx.xx.2025-ci il tarixinədək aralıqda olan dövrlər üzrə elektrik qaynaqçısı peşəsində işləməsi barədə güzəştli arayış təqdim edilməsinə baxmayaraq əl ilə qaynaq aparıb-aparmamağı barədə hər hansı məlumatən olmadığı səbəbindən imtina verildiyi müəyyən edilir.

1. xx.xx.1985-xx.xx.1987-ci il tarixləri və xx.xx.1987-xx.xx.1989-cu il tarixləri arasındakı dövr üzrə: Sorğu nəticəsində Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti “X4 Stansiyası” MMC-nin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 20/206-xx/xx-2025 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx"ASC, “X4 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-nin) istismar müddəti başa çatmış, istehsal fəaliyyəti tam dayandırılmışdır. Enerji blokları köməkçi avadanlıqları ilə müvafiq qanunvericiliyə uyğun olaraq balansdan silinmiş və söküntü işləri yekunlaşmışdır. Bu səbəbdən kadrlarla bağlı əhəmiyyət kəsb edən sənədlər 2020-ci ildə Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialına təhvil verilmişdir. Arxiv sənədlərindən göründüyü kimi İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixinə kimi "xxxx" ASC-nin “X4 Stansiyası” MMC-də qazan turbin sexinin işini təmin edən mərkəzləşdirilmiş təmir sexində elektrik qaynaqçısı peşəsində işləmişdir. xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək "xxxx"ASC-nin “X4 Stansiyasf’MMC-də qazan turbin sexinin işini təmin edən mərkəzləşdirilmiş təmir sexində qaz elektrik qaynaqçısı peşəsində işləmişdir. İşlədiyi vəzifələrin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri, blok avadanlıqlarının istismar rejimində titrəmələrin olması, səs-küyün normadan artıq olması, hündürlükdə, qapalı yerlərdə elektrik qaz qaynaq işlərinin aparılması, qaynaq zamanı ayrılan zərərli şüaların (infraqırmızı, ultrbənövşəyi) insan orqanizminə mənfi təsiri olmaqla, İddiaçı işlədiyi elektrik qaynaqçısı, qaz elektrik qaynaqçısı peşələri “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci Ümumi peşələr bölməsində 68-ci xana əl ilə qaynaq aparan elektrik qaynaqçıları və 26-cı xana qaz qaynaqçıları peşələrinin xüsusiyyətlərinə uyğun olduğu üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması məqsədəuyğun hesab edilir. Bu vəzifələrdə çalışarkən ona ağır və zərərli iş şəraitinə görə əsas əmək haqqına 12 faiz əlavə verilmişdir. İşlədiyi vəzifə üzrə zərərli iş stajı 4 (dörd il, 1 (bir) ay, 28 (iyirmi səkkiz) gün təşkil edir. Qeyd edilən dövrlər üzrə işlədiyi peşənin vəzifə təlimatı məhkəməyə təqdim edilmiş, tərəflərin iştirakı ilə tədqiq edilmiş və iş materiallarına əlavə edilmişdir.

2. xx.xx.2011-xx.xx.2015-ci il tarixləri arasındakı dövr üzrə: Sorğu nəticəsində məhkəməyə ünvanlanan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli, 115 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx" ASC-nin “Körpü, tunel və yol inşası departamentinin Z.Bünyadov - R.Cəfərov küçələrinin kəsişməsində yol qovşağı layihəsi”də əl ilə elektrik qaynaqçısı vəzifəsində çalışmışdır. İddiaçı "xxxx" ASC-də çalışdığı əl ilə elektrik qaynaqçısı vəzifəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşələr siyahısına daxildir. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı: 4 il 1 ay 12 gün təşkil edir.

3. xx.xx.2015-xx.xx.2016-cı il tarixləri arasındakı dövr üzrə: Sorğu nəticəsində məhkəməyə ünvanlanan "xxxx"” MMC-in xx.xx.2025-ci il tarixli, 04 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək "xxxx" MMC-nin “Balaxanı Şüşə zavodunun tikintisi layihəsi”-də əl ilə elektrik qaynaqçısı vəzifəsində çalışmışdır. İddiaçı "xxxx" MMC -də çalışdığı əl ilə elektrik qaynaqçısı vəzifəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşələr siyahısına daxildir. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı: 1 il 3 ay 1 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” 14-cu bəndinin “2a” yarımbəndinə əsasən əl ilə elektrik qaynaqçısı vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat, peşə və vəzifələrə aid edilmişdir.

4. xx.xx.2019-xx.xx.2024-cü il tarixləri arasındakı dövr üzrə: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 13-M nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı (FİN: xxxxxxx), həqiqətən xx.xx.2019-cu il tarixindən xx.xx.2024-cü il tarixinədək və xx.xx.2025- ci il tarixindən hal hazırkı vaxta kimi "xxxx" MMC-nin 2 saylı sexində elektrik qaynaqçısı vəzifəsində işləyir, hal hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”da 3-cü - Metallurgiya İstehsalatı bölməsinin, 3.2. Polad və ferroərintilər istehsalatı, təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları qrafasında öz əksini tapmış əl ilə elektrik qaynaqçıları vəzifəsi İddiaçı tutduğu elekrtik qaynaqçısı vəzifəsi ilə eynilik təşkil edir.

5. xx.xx.2024-cü il tarixindən hüququ yarandığı xx.xx.2025-ci il tarixinədək aralıqda olan dövr üzrə: “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, NWC/87İR-25 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı “X7” MMC-də qaynaqçı vəzifəsində çalışmışdır və sahədə “əl ilə qaynaqda elektrik qaynağı” işini görmüşdür. Qeyd edilən kateqoriya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmişdir “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında 1.1.2-ci maddəsində öz əksini tapmışdır. Cavabdeh İnzibati orqan tərəfindən qeyd edilən dövrlər mübahisəli hesab edilsə də, məkhəmə əldə etdiyi sübutlar əsasında və araşdırma üzrə qeyd edilən dövrləri mübahisəli hesab etmir, eləcə də mübahisəli olması barədə hər hansısa bir əsas olmamış və cavabdeh tərəfindən təqdim edilə bilməmişdir. İmitna isə formal xarakter daşımış və tərəfin hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə olduğu halda məhkəmə mövcud olan sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə, iddiaçının güzəşli iş stajının 12 il 06 aydan çox təşkil etdiyi müəyyən edir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı mübahisə yaranmamış, iddiaçının ilkin müraciəti zamanı verilmiş imtina məktubunda, həmçinin yazılı etirazda bununla bağlı mülahizə irəli sürülməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış kapital ilə bağlı şərt ödənildiyindən, həmin hissədə əlavə araşdırmanın aparılmasına zərurət yaranmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən və mübahisələndirilmədiyindən mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Məhkəmə diqqətə çatdırır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Hazırkı işin hallarından eləcə də cavabdehin təqdim etdiyi etiraz məktubundan müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli qanunların müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamış və müəssisənin iddiaçı ilə bağlı təqdim etdiyi arayışla kifayətlənərək güzəştli iş stajının olduğunu bildirmişdir. Beləliklə, iddiaçıya hüququnun yarandığı 60 yaşdan, yəni xx.xx.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyası pensiya hüququnun yarandığı tarixdən, yəni 60 yaşdan təyin edilməli olduğundan adıçəkilən Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün deyil, məhz onun pensiya hüququ yarandığı tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı 60 yaşdan, yəni xx.xx.2025-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar