Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3288/2025 04.02.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi və müvafiq əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi Sosial Ekspertiza Agentliyinin xx.xx.2025-ci il tarixli Müayinə Aktı ləğv edilərək hüququnun yarandığı tarixdən 2-ci qrup müharibə əlilliyin təyin edilməsi və həmin tarixdən yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2-1(120)-3288/2025 nömrəli qərardadı ilə, İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, iddia tələbinə İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizəsini təqdim edərək, iddia tələbinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “10 fevral 2025-ci il tarixli qərarın ləğvi və müvafiq əlilliyin müəyyən edilməsi” kimi baxılması davam etdirilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona Tibbi Sosial Ekspert Komissiyasının müayinə aktına əsasən xx.xx.2019-ci il tarixdən İİ dərəcəli müharibə əlilli növü üzrə sosial müavinət təyin edilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixli Tibbi Sosial Ekspert Komissiyasının Qərarı ilə əlillik dərəcəsinin verilməməsi və sosial müavinət təyin edilməsindən imtina edilmişdir. O, həmin imtinanı hesab edir ki, aşağıda qeyd olunanlara əsasən əlilik dərəcəsinin bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Bir sözlə ilkin müayinə diaqnozu ilə ona xx.xx.2019-cu ildə ikinci dərəcə müharibə əlillik təyin edilmişdir. Göstərilən diaqnoza əsasən həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ikinci dərəcə əlillik təyin edilmişdir. Eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə’’yə müvafiq olaraq ikinci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddia ərizəsinə etiraz təqdim edilərək göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Göyçay Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2025-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni Keçirilmiş QKBT-dan (1992-ci il, İ QM) sonraki davamlı qalıq əlamətləri. Beyin daxili hipertenziya ilə posttravmatik ensefalopatiya. Vegetativ-damar distoniyası. Hipertenziv kardiomiopatiya. Yayılmış osteoxondroz. C2-C3, C3-C4, C4-C5 fəqərələrarası disklərin protuziyaları, kökcük agrı sindromu ilə. L5-S1 diskogen radikulopatiya. Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir Səbəbi ilə imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir, tərəflər məhkəməyə gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsində nəzərdə tutulmuş iddianı (məcburetmə) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir, İddiaçı barəsində xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. “Əlillik” altsisteminə mübahisələndirilən qərar xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Bundan qısa müddət sonra İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1967ci il tarixində Kürdəmir rayonu, Bağman kəndində anadan olmuş, Kürdəmir rayonu, Bağman kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. - İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı barəsində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ” səbəbi ilə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. 2.2 İkinci dərəcə əlillik =>2.2.11. epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9)-qeyd edilmişdir. XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar = > Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu ...Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, KEÇİRİLMİŞ AĞİR BAŞ- BEYİN QƏLPƏ YARALANMASİNDAN SONRAKİ VİZİYYƏT.(1992-Cİ İL QARABAĞ MÜHARİBƏSİNDƏ} Ağırlaşma G45.0 Vertebrobazilyar arterial sistem sindromu, Vertebrobazilyar arteriya hövsəsində çatmamazlıq. Ağırlaşma G40.2 Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, TEZ TEZ BAŞ VERƏN GENERALİZƏ OLUNMUŞ QİCOLMA TUTMALARfayda 9-10 dəfə) Ağırlaşma T90.5 Kəllədaxili travmaların nəticələri, POSTTRAVMATİK ENSOFALOPATİYA. BAŞ-BEYİN ARTROFİYASİ. Yanaşı xəstəliklər F48.0 Nevrasteniya, Qabarıq ifadə olunmuş astenonevrotik sindrom. İşdə olan "Kürdəmir Rayon Mərkəzi Xəstəxanası" X10 25 aprel 2025-ci il tarixli 18-1-49/2- 399/2025 nömrəli məktubuna əsasən, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli İş № 2-1(120)-3288/2025 saylı məktubu xx.xx.2025-ci il tarixdə daxil olmuş və baxılmışdır. Məktubda adı qeyd edilən Kürdəmir rayonu, Bağman kənd xx.xx.1967-ci il təvəllüdlü İddiaçı xx.xx.1999-cu il tarixdə “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə həkim nevropatoloqun qeydiyyatındadır. 2024-cü ilin oktyabr ayından etibarən “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” X13n Həkim Məsləhət Komissiyasında iştirak edən vətəndaşlar, tibbi sənədlərinin (Forma 88) TSERAS-nə daxil edilərək, rəsmiləşdirilməsi üçün “Göyçay Rayon Mərkəzi Xəstəxanası”-da təşkil edilən mərkəzləşdirilmiş Həkim Məsləhət Komissiyasında iştirak edirlər. İddiaçı təqdim etdiyi sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-na uyğun hazırlanaraq TSERAS-də rəsmiləşdirilmişdir. TSEK-in xx.xx.2025-ci il tarixli cavabı-İmtina edilib. Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı: “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Diaqnoz:Keçirilmiş QKBT-dan (1992-ci il, İ QM) sonrakı davamlı qalıq əlamətləri. Beyin daxili hipertenziya ilə posttravmatik ensefalopatiya. Vegetativdamar distonsiyası. Hipertenziv kardiomiopatiya. Yayılmış osteoxondroz. Odlu silah yaralanmasından sonrakı vəziyyət. Sol qamış sümüyünün yuxarı 1/3-nin qeyri-dü-C3, C3-C4, -C5f fəqərələrarası disklərin protuziyaları, kökcük ağrı sindromu ilə. L5-S1 diskogen radikulopatiya. Vətəndaş 2025-ci ilin müxtəlif tarixlərində “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə həkim kardioloq və həkim nevropatoloq müayinəsi üçün müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə X2 göndəriş verilmişdir. Diaqnoz: İ42.1 Obstruktiv hipertrofik kardiomiopatiya. Həmçinin vətəndaş 09.09. 2024-cü il tarixdə X12-boyun,bel-oma fəqərələri,beyin MRT-si, EEQ çəkimi, USM müayinəsindən keçmişdir. İddiaçı xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi X11 stasionar müalicədə olmuşdur. (müayinə sənədlərinin surəti məktuba əlavə olunur). xx.xx.2024-cü il tarixdə Ağsu Rayon Mərkəzi Xəstəxanasında beyin KT müayinəsində, xx.xx.2024-cü il tarixdə isə Akademik C.Abdullayev adına X1 müayinələrdə olmuşdur. Vətəndaş İddiaçı qeydiyyat anketi, müvafiq tibbi müayinə, müalicə sənədləri, həmçinin xəstəxanaya müraciətlərinin əks olunduğu (e-tabib.gov.az) xəstəxana idarəetmə sistemindən çıxarış məktuba əlavə olunur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-3288/2025 nömrəli qərardadı ilə mütəxəssis rəyi verilməsi barədə qərardad qəbul edilmişdir. İşdə olan “Akademik C.M.Abdullayev adına X3” X10 09 iyul 2025-ci il 3-28-7/2- 293/2025 nömrəli məktubuna əsasən, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1 (120)-3288/2025 nömrəli qərarına əsasən, İddiaçı işi üzrə qeyd olunan suallar üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Akademik C.M. Abdullayev adına X3" publik hüquqi şəxsdə komissiyası yaradılmış və tibbi rəy tərtib edilmişdir. Bu, müvafiq hüquqi prosedurların və mütəxəssis rəylərinin nəzərə alınmaqla həyata keçirilmişdir. İşdə olan “Akademik C.M.Abdullayev adına X3” X10 xx.xx.2025-ci il tarixli məktubuna əsasən, İddiaçı halı orta ağırdır. Dəri və görünən selikli qişaları avazıyıb. Auskultasiyada ürək tonları karlaşıb. A\T 160\90 mm.c.st. Ps-120 v\dəq. Auskultasiyada hər iki ağciyər üzərində sərt tənəffüs eşidilir. KQ-nin nəticələri: sinus ritmi. ÜEO sola meyl edib. Sol mədəciyin hipertrofiya əlaməti. EXOKO-nin nəticələri: sol mədəciyin sistola diastolik ölçüləri kiçilib. Sistolik funksiyası azalıb. LVEF-49 %, seqmentar hərəkət qüsuru qeyd olunmur. Sol mədəciyin miokardı asimmetrik hipertrofiyalaşıb. Sol mədəciyin diastolik disfunksiyası, relaksativ tipdə. Sol qulaqcıq genişlənib. MÇ-İ. Diaqnoz: hipertrofik kardiomiopatiya. Arterial hipertoniya İİİ dər. Xroniki ürək çatışmazlığı İİ fs. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-3288/2025 nömrəli qərardadı ilə, mütəxəssis rəyi verilməsi barədə qərardad qəbul edilmişdir. İşdə olan "Respublika Neyrocərrahiyyə Xəstəxanasi" X10 19 dekabr 2025-ci il tarixli 18-1-5/2-1131/2025 nömrəli məktubuna əsasən, iş üzrə iddiaçı xx.xx.1967-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Kürdəmir rayonu, Bağman qəsəbəsində qeydiyyatda olmaqla yaşayan İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentiliyinə qarşı “xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələblərinə dair inzibati iş üzrə 04 fevral 2026-cı il tarixli qərardadla mütəxəssis rəyinin verilməsi qərara alınaraq və mütəxəssis rəyinin məhkəməyə təqdim olunması xahiş olunmuşdur. Dəvətə əsasən, 12 dekabr 2025-ci il tarixdə vətəndaş İddiaçı (Ş/v:AA*******, Fin:OTP3WFZ) tibb müəssisəyə ambulator müraciət etmiş və həkimneyrocərrah Anar Abbasov tərəfindən konsultasiya olunmuşdur. Vətəndaş İddiaçı başağrıları, başgicəllənmə, əsəblik və yaddaşın zəifləməsindən əziyyət çəkdiyini bildirmişdir. Vətəndaş İddiaçı deməsinə görə, özünü uzun müddət xəstə hesab edir. Vətəndaş İddiaçı xəstəliyini Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanması ilə əlaqələndirilir. (Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli № 357 nömrəli qərarı əsasında). Dəfələrlə ambulator və stasionar müalicələr aldığını qeyd etmişdir. Vətəndaş İddiaçı nevroloji statusu:huşu aydın, beyin əlamətləri fonunda emosional labildir, bəbəkləri D-S, kontakta həvəssiz girir, göz almalarının yanlara hərəkət zamanı ağrılar var, üfügü nistagm qeyd olunur, dili orta xəttlərinin ətraflarında aktiv hərəkətləri tamdır, vətər və sümüyüüstü refleksləri zəifləmiş, romberq vəziyyətində bir qədər dayanaqlıdır, əl barmaqlarında və göz qapaqlarında trumor qeyd olunur. Vətəndaş İddiaçı təqdim etdiyi xx.xx.2024-cü il tarixli “Beyin” KT müayinə nəticəsinə əsasən: “Nəticə:Baş-beynin atrofiyası” qeyd edilmişdir. Həkim-neyrocərrah A.Abbasov vətəndaş İddiaçı “Baş-beyin” MRT və “Boyun damarlarının doppler” müayinələrini təyin etmişdir. Vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixdə “APPRO HOSPİTAL” keçdiyi “Başbeyin” MRT müayinə nəticələrinə əsasən: “Baş-beynin kortikal atrofik dəyişikliyi qeyd edilir. Baş-beyinin bütün nahiyələrində subaraxnoidal sahələrin genişlənməsi qeyd edilir. Hər iki beyin yarımkürəsinin subkortikal, periventrikulyar sahəlarində bir neçə ədəd kiçik ölçülü T2 va Flair refimlərində hiperintens ocaqlar qeyd edilir (qliotik ocaqlar kimi dəyərləndirilə bilər). Sağ vertebral arteriya ilə uzunsov beyin səviyyəsində angiomedullar impingement əlaməti qeyd edilir. Sfenoidal, frontal sinuslarda mukoz qalınlaşma, etmoidal sinusda iltihabi dəyişiklik qeyd edilmişdir. Beyin yarımkürələrində həcmli patologiya təyin edilməmişdir. Orta anatomik strukturalarda yerdəyişma təyin edilməmişdir. Bazal qanqlionlar, daxili va xarici kapsula, talamuslar normaldır. Sellar, paresellar, pinael sahələr genişlənməyib. Hər iki orbitanın ölçüləri və strukturası təbiidir, retroorbital sahələr sərbəstdir. Hipofiz vəzi, görmə sinirləri, görmə çarpazı normaldır. Hippokampusların strukturu və ölçüləri normaldır. Arxa kəllə çuxurunda patologiya aşkar olunmamışdır. Pons, medulla oblanqata, bazal sisternalar, İV mədəciyin genişliyi və konfiqurasiyası normaldır” və xx.xx.2025-ci il tarixində “NEWMED Klinika”sında keçdiyi “Ekstrakranial damar sistemi”nin müayinə nəticəsinə əsasən: “Nəticə: Ümümi, daxili və xarici yuxu arteriyaları-divar boyu çöküntülər var, Sağ ümumi yuxu arteriyasının mənfəzində bifurkasivaya yaxın 1.3 mm,. 0.9 mm ölçüdə Sol ümumi arteriyasının mənfəzində 1.1 mm, 0,4 mm ölçülərdə kalsinatlar izlənilir intima- mediya qişası qalınlaşıb, axın sürəti yüksəlib, pulsvaridir. Qan dövranı anteqratdır. Sol Vertebral arteriyalar İV seqmentdə keçiricilik zəiflləyib, axın sürəti 17 sm/s dir- intima media qalınlaşıb. Qan axını çox zəifdir, damarın serebro -vaskulyar ehtiyatı tükənib ehtimal ki pasient kəskin beyin qan dövranı pozulması keçirib. Vidaci venalar dəyişiksizdir” qeyd edilmişdir. Belə ki, qeyd olunanları nəzərə alaraq həkim-neyrocərrah A.Abbasov vətəndaş İddiaçı “T90.5 Posttravmatik ensefalopatiya; G44.3 Baş ağrıları ilə dissirkulyator hipertenzion ensefalopatiya; İ67.4 Baş-beynin atrofiyası; G31.1 Asteno nevrotik vəziyyət” diaqnozlarını qeyd etmişdir. İşdə olan Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli 357 nömrəli qərarına əsasən, Kürdəmir RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, Füzuli Hərbi Prokurorluğunun 17/24-15 saylı xx.xx.2015-ci il tarixli amnistiya qərarına əsasən hərbi qeydiyyata götürülmüş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ilin may ayında aldığı və xx.xx.2016-cı ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: “Qəlpə yaralanmasından sonra başın sol alın nahiyyəsində bir ədəd, bədənin arxa səthində orta xətt üzrə birinci bel fəqərəsi səviyyəsində bir ədəd, sağ əlin 2-ci barmağının arxa səthində bir ədəd, sol əlin ovuc səthinin hipotenar nahiyyəsində bir ədəd, sağ baldırın orta 1/3-nin ön səthində bir ədəd, sağ baldırın yuxarı 1/3-nin arxa səthində bir ədəd köhnə çapıq toxumalar, sol əlin V daraq sümüyü proyeksiyasında yumşaq toxumalar arasında bir ədəd 3 mm ölçüdə qəlpə” (Azərbaycan Respublikası SHXÇDX-nin Kürdəmir rayon şöbəsinin xx.xx.2016-cı il tarixli 1325 nömrəli göndərişi, xx.xx.2016-cı il tarixli 212 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 72 nömrəli məhkəmə-tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir). “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır”. İşdə olan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli qərarına əsasən, İddiaçı barəsində “diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlillik təyin edilməsindən imtina edilmişdir. İşin qeyd olunan hallarını nəzərə alaraq aşağıda qeyd olunan əsaslara görə məhkəmə cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Məhkəmənin qənaətinə görə Cavabdeh Tibbi Sosial Ekspert Komissiyasının İddiaçı barəsində xx.xx.2025-ci il tarixli qərarı qəbul edilən vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 817 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Əsasnamə tətbiq edilməlidir. “Əlilliyin müəyyən olunması meyarları” Əsasnamənin 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 2.2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma dərəcələri aşağıdakılardır: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:
1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf edərək, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;
3. İİİ dərəcə – kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması və kənar şəxslərdən tam asılılıqla əlaqədar özünəqulluq bacarığının olmaması; 2.2.2. sərbəst hərəkətetmə bacarığı – sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı:
1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf etməklə, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı;
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı;
3. İİİ dərəcə – sərbəst hərəkət etmək bacarığının olmaması və kənar şəxslərin daimi köməyinə ehtiyacın olması; 2.2.3. istiqamətseçmə bacarığı – ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı:
1. İ dərəcə – yalnız öyrəşdiyi vəziyyətlərdə, yaxud köməkçi texniki vasitələrin köməyi ilə sərbəst istiqamətseçmə bacarığı;
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrin istifadəsi ilə sərbəst istiqamətseçmə bacarığı;
3. İİİ dərəcə – istiqamətseçmə bacarığının olmaması və kənar şəxslərin köməyinə daimi ehtiyacın olması; 2.2.4. ünsiyyət bacarığı – məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı:
1. İ dərəcə – məlumatın qəbulu və ötürülməsi sürətinin azalması və köməkçi texniki vasitələrdən istifadə etməklə ünsiyyət qurmaq bacarığı, eşitmə orqanının hissəvi zədələnməsi zamanı isə qeyri-verbal ünsiyyət metodları və surdotərcümə xidmətindən istifadə edərək ünsiyyət qurmaq bacarığı;
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə və köməkçi texniki vasitələrdən istifadə edərək ünsiyyət qurmaq bacarığı;
3. İİİ dərəcə – ünsiyyət qurmaq bacarığının olmaması və daim kənar şəxslərin köməyinə ehtiyacın olması; 2.2.5. davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı:
1. İ dərəcə – davranışına nəzarətetmə bacarığının mütəmadi olaraq məhdudlaşması və (və ya) qismən özünü idarə etmək imkanı ilə həyatın müxtəlif sahələrini əhatə edən həyati vacib funksiyaların yerinə yetirilməsində çətinliyin olması;
2. İİ dərəcə – davranışına nəzarət bacarığının daimi azalması və yalnız kənar şəxslərin mütəmadi köməyi ilə qismən özünüidarəetmə;
3. İİİ dərəcə – davranışına nəzarətetmə və özünüidarəetmə bacarığının olmaması, daim kənar şəxslərin köməyinə ehtiyacın olması; 2.2.6. öyrənmə bacarığı – bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı:
1. İ dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında dövlət təhsil standartları çərçivəsində təhsil müəssisələrində və stasionar təhsilin həyata keçirildiyi digər müəssisələrdə, habelə evdə yaradılan xüsusi şəraitdə (pedaqoji-psixoloji, tibbi, sosial və digər xidmətlərin alınması üçün yaradılmış şəraitdə) köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı;
2. İİ dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında xüsusi dövlət təhsil standartları və proqramları çərçivəsində təhsil müəssisələrində və stasionar təhsilin həyata keçirildiyi digər müəssisələrdə, köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı;
3. İİİ dərəcə – yalnız sadə bacarıq (peşə, sosial, mədəni və məişət), o cümlədən adi məişət mühitində sadə hərəkətlərin yerinə yetirilməsi qaydalarını öyrənmək bacarığı, yaxud psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi ilə müəyyən edilmiş ciddi orqanizm funksiyası pozuntularından irəli gələrək həmin bacarıqları qavramaq çətinliyinin olması; 2.2.7. əmək fəaliyyəti bacarığı – işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı:
1. İ dərəcə – iş həcminin, iş yükünün, əməyin gərginliyinin və peşəkarlığın azalması ilə müşayiət olunan əmək fəaliyyətini həyata keçirmək bacarığı, əsas peşəsi (vəzifəsi, ixtisası) üzrə əmək fəaliyyətini davam etdirə bilməmək, lakin adi iş şəraitində əmək fəaliyyətini həyata keçirmək bacarığı;
2. İİ dərəcə – əlilliyi olan şəxslərə uyğunlaşdırılmış iş yerlərində köməkçi texniki vasitələrdən istifadə edərək əmək fəaliyyətini həyata keçirmək bacarığı;
3. İİİ dərəcə – orqanizmin funksiyalarının ciddi pozuntularından irəli gələrək sadə əmək fəaliyyətinin qeyri-mümkünlüyü və yaxud kənar şəxslərin əhəmiyyətli köməyi ilə həyata keçirmək bacarığı. 3.1-ci bəndinə əsasən, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda aşağıdakılar müəyyən olunmuşdur: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 2.7. TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Agentlik tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Agentliyə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Agentliyin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 2.10. İstehsalat zədəsi və ya peşə xəstəliyi ilə əlaqədar ilkin əlilliyi qiymətləndirilən şəxs peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün işəgötürənin yazılı sorğusu ilə birlikdə istehsalat zədəsinin baş verməsini təsdiq edən aktı və ya məhkəmənin qərarını, V.Y.Axundov adına X6 İnstitutu tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənədi kağız daşıyıcıda və ya elektron formada Agentliyə təqdim edir. Agentlik qiymətləndirmə apararaq, peşə əmək qabiliyyətinin itirilmə faizini təyin edir və altsistemə daxil edir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.6. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, 3.2-ci və 3.5-ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3288/25 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə mütəxəssis rəyinin təqdim edilməsi ilə bağlı qərardad qəbul edilmişdir. İddiaçının xəstəlik diaqnozu ilk əlillik təyinatı tarixindən dəyişməmiş, həmin dövr ərzində əlilliyin təyin olunmasını istisna edən hər hansı yüngülləşmə müəyyən olunmamışdır. İddiaçıda mövcud xəstəliyin olması cavabdeh orqan tərəfindən, həmçinin mütəxəssis rəyi ilə inkar edilməmişdir. İş üzrə araşdırılmış hallardan, həmçinin xüsusi bilik tələb edilən məqamlar olduğu üçün mütəxəssis rəyindən aydın olur ki, İddiaçı adına əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı tərtib olunmuş müayinə aktlarında qeyd olunan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 817 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Əsasnamənin Əlavəsində 4-cü və 6-cı bəndlərdə göstərilən xəstəliklərin əhatə dairəsinə düşür. Diaqnozda göstərilən xəstəliklər aparılmış funksional diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Qeyd olunanlar nəzərə alındıqda, tibb müəssisəsi tərəfindən stasionar və ambulator müalicə proseslərində əldə edilmiş və Göndərişdə təsbit olunan məlumatların mötəbərliyi qəbul edilməlidir. Bu qənaət, həmçinin “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1, 2.4-cü bəndlərinin məzmunundan irəli gəlir. Belə ki, həmin normaların tələbinə görə: - şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya ... hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır (2.1-ci bənd); - TSEK ... göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir... Göründüyü kimi, tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbihəkim komissiyaları tərəfindən tərtib olunmuş Göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin məzmunundan irəli gəlir. Həmin normanın tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, cavabdeh inzibati orqan Göyçay Rayon Mərkəzi Xəstəxanası tərəfindən göndərilmiş D00249960AZJ saylı, xx.xx.2025-ci il tarixli göndəriş (forma 88 arayışı) əsasında İddiaçı əlillik təyin olunmasından “diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina edilmişdir. D00249960AZJ saylı, xx.xx.2025-ci il tarixli göndərişdə TSEK-ə göndəriş zamanı diaqnoz XBT kodu üzrə İddiaçı barəsində əsas diaqnoz-T90.5; ağırlaşma G93.2; G90.8; yanaşı xəstəliklər M50.1; M51.1; İ42.1; K76.0 göstərilmişdir. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Məhkəmə hesab edir ki, iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 817 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Əsasnaməyə əlavədə öz əksini tapmış Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti barədə məlumat cədvəli üzrə “2. Qan dövranı sisteminin xəstəlikləri bölməsi”:
2.3 Kardiomiopatiya İ42 Qiymətləndirmə 2.3.1. ÜDS-nin mülayim 35-60 1 il disfunksiyası: FS İİİ, XÜÇ İİA mərhələ
6. Sinir sistemi xəstəlikləri bölməsi:
6.1 Başın travmalarının nəticələri T90
Qiymətləndirmə ümumi beynin təzahür edən 6.1.2. pozuntuları ilə baş beynin əzilməsi, 65-80 2 il kontuziyası
Yəni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 817 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Əsasnaməyə əlavədə öz əksini tapmış Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti barədə məlumat cədvəli üzrə “2. Qan dövranı sisteminin xəstəlikləri bölməsi”: Sıra №-si 2.3 Kardiomiopatiya İ42; 6. Sinir sistemi xəstəlikləri bölməsi: 6.1 Başın travmalarının nəticələri T90” bəndləri tətbiq edilməlidir. İş materiallarından əvvəlki tarixdə təyin edilmiş əlilliyin səhv olması, ləğv edilməsi barədə hər hansı hal müəyyən edilmir. "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 87.1-ci madəsinə əsasən normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Həmin Qanunun 87.2-ci madəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Beləliklə də iddiaçı ona təyin edilmiş əlilliklə bağlı qərarlar etimad hüququ mövcud olmuşdur. Nəzərə alınmalıdır ki, əlilliyin müddətli təyin edilməsinin mahiyyəti həmin xəstəliklərin reabilitasiyası ilə bağlıdır ki, iddiaçının 2019-cu il tarixdən mövcud olmuş xəstəliklərinin sağalmadığı, iş materialları ilə müəyyən edilir. Beləliklə, göründüyü kimi iddiaçıda hazırda mövcud olan xəstəliklərlə, 2019-cu il tarixdən əlilliyin təyinatına mövcud olan xəstəliklər eyniyyət təşkil etmişdir. İş materiallarından əvvəlki tarixdən təyin edilmiş əlilliyin səhv olması, ləğv edilməsi barədə hər hansı hal müəyyən edilmir. Beləliklə də İddiaçı ona təyin edilmiş əlilliklə bağlı qərara etimad hüququ mövcud olmuşdur. Nəzərə alınmalıdır ki, əlilliyin müddətli təyin edilməsinin mahiyyəti həmin xəstəliklərin reabilitasiyası ilə bağlıdır ki, iddiaçının 2019-cu il tarixdən mövcud olmuş xəstəliklərinin sağalmadığı, iş materialları ilə müəyyən edilir. Cavabdeh orqan tərəfindən həmin xəstəliklərin sağalması istiqamətində mövqe nümayiş etdirməmiş, xəstəliyin əlilliyin təyinatına əsas olmamasına istinad etmişdir. Halbuki, əlilliyin müəyyən müddət üçün təyinatı əsası həmin müddət çatdıqda onun sağalıb-sağalmamasının yoxlanılmasıdır ki, iddiaçının adıçəkilən xəstəliklərdən əziyyət çəkməsi müşahidə edilir. İşin araşdırılmış hallarından aydın olur ki, əlillik dərəcəsinin təyin edilməsindən imtina edildiyi zaman müəyyən edilən diaqnoz əsasında əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnozla eynilik təşkil etdiyindən, həmin diaqnoz digər səhiyyə müəsissəsi tərəfindən də qoyulduğundan, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnozlar “2. Qan dövranı sisteminin xəstəlikləri bölməsi”: Sıra №-si 2.3 Kardiomiopatiya İ42; 6. Sinir sistemi xəstəlikləri bölməsi: 6.1 Başın travmalarının nəticələri T90” müvafiq normativ hüquqi aktlarda (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırkı iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmçinin, Ali Məhkəmənin oxşar işlər üzrə qərarlarında da mövqe bu cür əsaslandırılmışdır ki, iddiaçıda olan xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququ qorunmalıdır. Əks halda, həmin xəstəliklərdən əziyyət çəkən, əlilliyi təyin edilən şəxslərlə iddiaçının vəziyyətində olan şəxslər arasında qeyri-bərabər münasibət yaranacaqdır ki, nə qədər ki, iddiaçıya təyin edilmiş əlilliyin ləğvinə dair hər hansı inzibati icraat aparılmamışdır ki, həmin əlilliyin təyinatına uyğun olaraq aparılan inzibati praktikaya, inzibati orqanın hərəkətinə iddiaçının etimad hüququnun qorunması həyata keçirilməli, 1999-cu il tarixdən eyni xəstəliklərdən əlilliyi olan şəxsin reabitilasiyası üçün müəyyən edilmiş müddət ərzində sağalmaması nəzərə alınmalıdır (Ali Məhkəmənin İnzibati Kollegiyasının 2- 1(102)1012/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2-1(102)-144/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarı, 2-1(102)-1169/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il qərarı). Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM 73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia ərizəsi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8-Sosial Ekspert Komissiyasının D00249960AZJ saylı, xx.xx.2025-ci il tarixli göndərişə (forma 88 arayışı) əsasən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin və həmin vaxtdan İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının pozulmasının 61-80 % dərəcəsi ilə əlilliyin müəyyən edilməsi (bu barədə müvafiq qaydada qərar qəbul edilməklə) öhdəliyi (orqanizmin funksiyalarının 61-80 % itirilməsi- 2 il müddətinə) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər.
Hakim: Amilya Hüseynova