Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-329/2021 14.04.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan), Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin nümayəndəsi X2 (Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin Səfərbərlik Hazırlığı və Səfərbərlik bölməsinin rəisi-şöbə rəisinin müavini, Göyçay rayonu, Alpout kəndində qeydiyyatda olmaqla, İmişli şəhərində yaşayan) və Üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı regional ərazi filialının nümayəndəsi X5 (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının mütəxəssisi, ünvan 2 ünvanda yaşayan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinə qarşı «şəhid ailəsi statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinə qarşı məhkəmədə iddia qaldıraraq, oğlu mərhum X4 şəhid statusunun bərpa olması öhdəliyinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş məhkəmənin dəftərxanasında inzibati iş kimi qeydə alınaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. xx xxxx 2021-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçı olduğu kimi saxlanılmaqla, cavabdeh kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin qəbul edilməsini, iddia tələbinə isə şəhid ailəsi statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxx 2021-ci il tarixli 2-1(120)-329/2021 saylı qərardadı ilə mübahisəyə İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinə qarşı şəhid ailəsi statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi üzrə baxılması kimi davam etdirilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər sırasından çıxarılması və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Dövlət Sosial Müdafiə Fondunun 10 saylı regional ərazi filialının üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsini müdafiə edərək, bildirdi ki, oğlu sağlam halda həqiqi hərbi xidmətə göndərilmişdir. Həkim müayinəsindən keçdikdən sonra Müdafiə Nazirliyinə tabe olan hərbi hissədə hərbi xidmətinə başlamışdır. 2 ilə yaxın hərbi xidmətdə olmuşdur. Oğlu həqiqi hərbi xidmətdə olarkən xəstəxanaya yerləşdirilmiş, sonradan nevroloji xəstəxanaya köçürülmüş və həmin xəstəxanada cərrahi əməliyyat nəticəsində vəfat etmişdir. Oğlu vəfat etdikdən sonra onlara şəhid ailəsi statusu verilmişdir. Sonradan isə oğlunun şəhidlik statusu ləğv edilmişdir. Hesab edir ki, onun oğlu şəhid hesab olunduğundan, yəni xidməti vəzifəsinin icrası ilə əlaqədar vəfat etdiyindən iddia tələbi təmin edilməlidir. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında izahat verərək, bildirdi ki, İmişli rayon Bəhrəmtəpə qəsəbə sakini olmuş, 1974-cü il təvəllüdlü, mərhum kiçik-çavuş X1 İmişli RHK-ı tərəfindən xx.xx.1992-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 350 nömrəli bildirişində onun xx.xx.1993-cü il tarixdə Respublika Neyrocərrahlıq Mərkəzində cərrahi müdaxilə zamanı vəfat etməsi qeyd edilmişdir. N saylı hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyat kitabından çıxarışa əsasən vəfat etməsi ilə əlaqədar şəxsi heyət siyahısından çıxarılmışdır. Tərəflərindən Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Baş Klinik Hospitalına edilmiş sorğuya alınan xx.xx.2019-cu il tarixli 1223 nömrəli arayışda sabiq əsgər X3 xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixdə stasionar müayinə və müalicədə olması və diaqnozunun sağ beyin yarımkürəsi nahiyyəsinin şişi olması qeyd edilmişdir. Cərrahi müdaxilə zamanı da iddiaçının oğlu vəfat etmişdir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı regional ərazi filialının nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iddianın həllini məhkəmənin mülahizəsinə buraxaraq, qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materialını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddia təmin edilməməlidir. Belə ki, iş materialında olan İmişli RPŞ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş Seriya AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən olunur ki, İddiaçı xx.xx.1952-ci il tarixdə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində anadan olmuş və İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində qeydiyyatdadır. İş materialında olan XİV-ЖГ 416907 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1974-cü il tarixdə doğulmuş, ana qrafasında anası İddiaçı qeyd olunmuşdur. İş materialında olan xx xxxxxx 1994-cü il tarixdə verilmiş İV-ЖГ 382947 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1993-cü il tarixdə cəbhədə alınmış travmadan sonra sağ beyinin şişi səbəbi ilə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1994-cü il tarixdə 03 № ilə qeyd edilmişdir. İş materialında olan xx xxxxxx 1994-cü il tarixli 03 nömrəli ölüm haqqında akt qeydinin surətindən görünür ki, X3 ölüm faktını təsdiq edən sənəd İmişli şəhər poliklinikasının xx xxxxxx 1994-cü il tarixli həkim arayışıdır. İş materialında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən İmişli rayon Hərbi Komissarlığına ünvanlanmış xx.xx.1994-cü il tarixli 350 nömrəli məktubun surətində qeyd edilmişdir ki, sizin hərbi komissarlıq tərəfindən xx.xx.1992-ci il tarixində həqiqi hərbi xidmətə çağırılmış k.ç-ş X6 xx.xx.1993-cü il tarixində Respublika Neyrocərrahlıq Mərkəzində cərrahi müdaxilə zamanı vəfat etmişdir. İş materialında olan xx.xx.2020-ci il tarixli ərizənin surətindən görünür ki, iddiaçı iddia tələbi ilə bağlı cavabdehə müraciət etmişdir. İş materialında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin xx.xx.2021-ci il tarixli 502 nömrəli məktubu ilə müəyyən olunur ki, İmişli rayonu, Bəhrəmtəpə qəsəbə sakini olmuş, 1974-cü il təvəllüdlü, mərhum kiçik çavuş X1 İmişli rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1992-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 350 nömrəli bildirişində onun xx.xx.1993-cü il tarixdə Respublika Neyrocərrahlıq Mərkəzində cərrahi müdaxilə zamanı vəfat etməsini qeyd etmişdir. İş materialında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının xx.xx.2019-cu il tarixli 1223 nömrəli arayışın təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmuşdur. Diaqnoz: Sağ beyin yarımkürəsi nahiyyəsinin şişi. Əsas: Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 1993-cü il üçün 6 №-li “Stasionar xəstələrin qeydiyyatı” kitabının 5977-ci sayındakı qeyd. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İmişli rayonu, Bəhrəmtəpə qəsəbə sakini olmuş, 1974-cü il təvəllüdlü, mərhum X1 İmişli rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1992-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. X6 xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmuşdur. xx xxxxxx 1994-cü il tarixli 03 nömrəli ölüm haqqında akt qeydində X3 xx.xx.1993-cü il tarixdə cəbhədə alınmış travmadan sonra sağ beyinin şişi səbəbi ilə ölməsi qeyd edilsə də, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən İmişli rayon Hərbi Komissarlığına ünvanlanmış xx.xx.1994-cü il tarixli 350 nömrəli məktubda onun xx.xx.1993-cü il tarixdə Respublika Neyrocərrahlıq Mərkəzində cərrahi müdaxilə zamanı vəfat etdiyi qeyd edilmişdir. Hazırda iddiaçı şəhid ailəsi statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Məhkəmə, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin hərəkətlərinin qanuna əsaslanmasını yoxlayarkən belə qənaətə gəlir ki, inzibati orqan tərəfindən iddiaçının hüquqlarına müdaxilə edilməmişdir. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» xx xxxxxxxx 1993-cü il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğurunda həlak olan, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxs şəhid hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq olunmuş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1994-cü il tarixli 10 №-li qərarı ilə təsdiq olunmuş «Şəhid adının əbədləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Həmin Qaydaların 4.1-ci maddəsinə əsasən şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin Kadrlar İdarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) İcra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının xx xxxxxxxx 1993-cü il tarixli Qanunun 1-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin, «о cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının xx xxxxxxxx 1993-cü il tarixli Qanunun 1-ci maddəsinin tətbiq edilməli olduğu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının xx xxxxxxxx 1993-cü il tarixli Qanunun tələblərinə müvafiq təkmilləşdirilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə tövsiyə edilməsi qərara alınmışdır. İddiaçı mərhum X3 xidməti vəzifəsinin icrası ilə əlaqədar vəfat etdiyini qeyd edərək, X4 şəhid statusu verilməli olan şəxslər kateqoriyasına aid olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1994-cü il tarixli 10 №-li qərarı ilə təsdiq olunmuş «Şəhid adının əbədləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq hesab edir ki, mərhum X6 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda aparılan hərbi əməliyyatlar zamanı, həmçinin döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı deyil, Respublika Neyrocərrahlıq Mərkəzində sağ beyin yarımkürəsi nahiyyəsində yaranmış şişə cərrahi müdaxilə zamanı vəfat etdiyindən iddiaçı şəhid ailəsi statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə işin yuxarda qeyd olunan hallarına və sadalanan hüquq normalarına məcmu halda qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinə qarşı «şəhid ailəsi statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddiası təmin edilməməlidir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinə qarşı «şəhid ailəsi statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddiası təmin edilməsin. Qərаrdаn, оnun tаm fоrmаdа təqdim оlunduğu gündən 30 (оtuz) gün müddətində Şirvаn İnzibаti Məhkəməsi vаsitəsi ilə Şirvаn Аpеlyаsiyа Məhkəməsinə (Şirvаn şəhəri, Nахçıvаn küçəsi 3) şikаyət vеrilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-329/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-329/2021
14.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver