Məhkəmə qərarları › İş №2-1(120)-3296/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3296/2024

25.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3296/2024 25.07.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6159/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə, iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə “Müharibə Veterani” adının və vəsiqəsinin verilməsi üçün sənədləri ilə müraciət etmişdir. Lakin ona imtina edilmişdir. Ona Nazirlik tərəfindən göndərilən sənəddə “fərrarilik” adına görə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Halbuki, onu xəstəxanadan sonra 145 saylı hərbi poliklinikaya göndərmişlər. Orada komissiyadan keçdikdən sonra ona 27 min manat sığorta pulu, 51 gün məzuniyyət vermişlər. Məzuniyyəti bitdikdən sonra yenidən hərbi hissəyə qayıtmışdır. Fərrari olsaydı onu hərbi tribunaya verərdilər. İş üzrə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz məktubu təqdim etmişdir. Məktubda bildirilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə baxılır.İddiaçı, ərizəsində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.İddiaçının tələbinin mahiyyəti, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Hesab edirik ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz.Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1- dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 12 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir.Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir.Hərbi xidmət keçmə dedikdə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılması nəzərdə tutulur.Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən aşağıda qeyd olunan zəruri şərtlərin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir:- Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdə tutulur.- Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir.Qeyd olunan şərtlərin hər hansı birinin mövcud olmaması şəxsə “Müharibə veteram” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış», etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir.Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli 1613 nömrəli arayışından görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 19 nömrəli əmriləyaralandığı üçün qazan təminatından çıxarılaraq hospitala göndərilmiş, hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 121 nömrəli əmrilə fərarilikdən qayıtmış İddiaçı qazan təminatına qoyulmuşdur. Beləliklə iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı N nömrəli hərbi hissənin tərkibində xidmətdə olarkən döyüş əməliyyatları aparılan dövrdə hərbi hissəni özbaşına tərk etmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin qeyd hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqia) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar.Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təqdim etdiyi 13 iyun 2024-cü il tarixli, 3-17- 4/2-16497/2024 nömrəli məktubdan görünür ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2015-ci il tarixdə qiymətləndirilmiş, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Belə ki, göndərişdə qeyd olunan diaqnoz və ağırlaşmaları əlillik təyininə əsas vermir.Qeyd edilənləri nəzərə alaraq. İddiaçı döyüş əməliyyatları aparılan dövrdə hərbi hissəni özbaşına tərk etdiyi üçün Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən sonuncunun “Müharibə veteram” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir.Hörmətli məhkəmə, hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-14.3), cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (İPM-13.2 və 17).Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsindən və MPM-nin 81-ci maddəsinə görə qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.“Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar.«Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişik, klər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının əraz. bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin.Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır.Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı.Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2017-ci il tarixli 2-1(102)-1161/2017 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası İPM-nin 38, 47.2, 48.2-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 47-ci və 154-cü maddələrini rəhbər tutaraq, məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” na dair iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçı və cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Füzuli rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Füzuli rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdə anadan olmuş və Füzuli rayonu,Horadiz şəhəri, 20 Yanvar küçəsi, ev 12-də qeydiyyatdadır. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 2/2-2330 nömrəli məktubunda qeyd edilmişdir ki, “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2022ci il tarixli 4/2-8509 nömrəli arayışına və digər təqdim olunan sənədlərə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları dövründə fərarilik etdiyinə görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir. - İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 35 nömrəli, xx.xx.2006-cı il tarixli arayışından görünür ki, İddiaçı Füzuli-Qubadlı qarnizonu hərbi tribunalının 18 iyul 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 95-ci maddəsi ilə təqsirli bilinib 11 (on bir) il müddətinə azadlıqdan məhrum edilmiş. xx.xx.2005-xx.xx.2006-cı illədək cəza müddətini çəkib və cəzadan Sabunçu rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunub. - İşdə olan Sabunçu rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı ilə İddiaçı 1(bir) il, 2(iki) ay, 26 (iyirmi altı) gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. - İşdə olan xx.xx.2023-сü il tarixli 17926 nömrəli hərbi bilet əvəzi arayışdan görünür ki, İddiaçı xx.xx.1992-xx.xx.1996-cı illərdə hərbi xidmət keçmişdir. - İşdə olan Müdafiə Nazirliyi Mərkəzi Hərbİ Həkim Komissiyasının Füzuli RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli 171 saylı əmrində Fizuli və Qubadlı qarnizonu hərbi tribunalının hökmü ilə şəxsi heyət isiyahısından çıxarılmış, vətəndaş İddiaçı döyüş Zonasında; hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994-cü ildə Müdafiə Nazirliyi Mərkəzi -Hərbi Poliklinikanın hərbi-həkim komissiyası tərəfindən şehadətləndirilme zamanı təyin edilmiş yaralanmanın nəticəsi* - diaqnoz: «Odlu silahıla sol;, əlin İV barmağının orta; falanqasının sınığı, kürəyin yumşaq toxumalarının, sol baldırın qəlpə yaralanmaları, diz oynağının yad cismi (qəlpə)» (Azərbaycan Respublikası SHXÇDX-nin Füzuli rayon şöbəsinin xx.xx.2014cü il tarixli 1535. saylı göndərişi, xx.xx.2043-cü il tarixli 756 saylı arayışı, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikanın hərbi-həkim komissiyasının arxivindən çıxarışlar, MN MHHKnın həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir), “Hərbi Travmadır. Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır.” - İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-36-3/2-1488/2024 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsində olan məlumata əsasən məktubda adı çəkilən vətəndaş İddiaçı ünvan 1 ünvanında faktiki olaraq məskunlaşmışdır. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli 1532 nömrəli arxiv arayışında göstərilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda 702(721) №-li hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmuşdur. - İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-43-19/2-649/24 nömrəli məktubunda qeyd edilmişdir ki, Sizin xx.xx.2020-cü il tarixli 2-1 (120)-3296/2024 nömrəli SHXÇDX-nin Füzuli rayon şöbəsinə daxil olmuş məktuba əsasən, Şirvan İnzibati Məhkəməsinin icraatında İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi aparatı nəzdındə veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyasına qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati iş vardır.1974cü il təvəllüdlü İddiaçı Xidmətin Füzuli rayon şöbəsinin arxiv-uçot sənədlərinə əsasən, Füzuli-Qubadlı qarnizonu hərbi tribunalının 28 yanvar 1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 95-ci maddəsi ilə təqsirli bilinib 11 (on bir) il müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 18 iyul 2006-ci il tarixli hökmü ilə İddiaçı 1 (bir) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. 2023-cü ildə İddiaçı müraciəti əsasında Qubadlı və Füzuli hərbi prokurorluğuna müraciət edilmiş onunla bağlı qərarlar alınaraq vətəndaşa təqdim edilmişdir. Vətəndaşla əlaqə saxlanılmış və bildirdiyinə görə barəsində olan təsdiqedici sənədləri Şirvan İnzibati Məhkəməsinə təqdim etdiyinə görə əlavə sənədləri tərəfimizdən təqdim etmək mümkün deyidir. - İşdə olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-3-120/2-023981/2024 nömrəli məktubunda göstərilmişdir ki, Vətəndaş İddiaçı barəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsindən verilmiş məktuba münasibət bildirilməsinə dair 21 may 2024-cü il tarixli 2-1(120)-3296/2024 nömrəli sorğusu 04 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası Hərbi Prokurorluğuna daxil olmuş və tərəfimizdən öyrənilmişdir. Sorğuya əlavə edilmiş məktubda 1974-cü il təvəllüdlü İddiaçı Füzuli qarnizonu hərbi tribunalının 28 yanvar 1997-cil il tarixli hökmü ilə 2000-ci ilədək qüvvədə olan Azərbaycan Respublikası CM-nin 95-ci maddəsi ilə təqsirli bilinərək 11 il azadlıqdan məhrum edilməsi göstərilmişdir. Məktubda həmçinin səfərbərlik xidməti tərəfindən zəruri qərarların surətinin vətəndaş İddiaçı verilməsi və sonuncunun da, həmin qərarları Şirvan İnzibati Məhkəməsinə təqdim etməsini bildirdiyi qeyd edilmişdir. Səfərbərlik xidməti tərəfindən ünvanlanmış məktubda bütün zəruri məlumatların qeyd edilməsi və müvafiq qərarların vətəndaş tərəfindən məhkəməyə təqdim edilməsini nəzərə alaraq hazırkı sorğuda dəqiq olaraq hansı məlumatın tələb edilməsi göstərilmədiyindən sorğunun mahiyyətinə aydınlıq gətirməsi zərurəti yaranmışdır. Odur ki, İddiaçı məhkəmədə baxılan iddiası ilə bağlı dəqiq olaraq hansı məlumatların zəruri olmasını göstərməklə yenidən müraciət etmək xahiş olunur. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 2045 nömrəli məktubunda göstərilmişdir ki, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 19 №-li əmrində (əsas: §-12, səh-104, sıra-14, əmrdə atasının adı, hərbi rütbəsi və vəzifəsi yazılmamışdır) 2-ci MAT-ın hərbi qulluqçusu İddiaçı yaralandığı üçün 15.01,1994-cü il tarixdən hərbi hospitala göndərilərək qazan təminatından çıxarılması barədə məlumat vardır. Fərarilikdən qayıtmış, 1974-cü il təvəllüdlü, baş çavuş İddiaçı N №li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 121 №li əmrilə (əsas: §-5, səh-123, sıra-62, əmrdə hərbi rütbəsi “baş çavuş” yazılmışdır, vəzifəsi qeyd olunmamışdır) həqiqi hərbi xidmət keçmək üçün xx.xx.1994-cü il tarixdən 6-cı MAT-a təyin olunaraq qazan təminatına qoyulmuşdur.N №-li hərbi hissə komandirinin xx.xx.1994cü il tarixli 137 №-li əmrilə (əsas: §-9, səh-151, sıra-3, əmrdə hərbi rütbəsi “baş çavuş” yazılmışdır, vəzifəsi qeyd olunmamışdır) 6-cı MAT-ın hərbi qulluqçusu, baş çavuş İddiaçı hərbi hospitala göndərilərək qazan təminatından çıxarılmışdır.N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 202 №-li əmrilə (əsas: §-1, səh-105, sıra-1, əmrdə hərbi rütbəsi “baş çavuş” yazılmışdır, vəzifəsi qeyd olunmamışdır ) baş çavuş İddiaçı xidmətini davam etdirmək üçün 6-cı MAT-ın tərkibindən çıxarılaraq 5-ci MAT-ın tərkibinə keçirilmişdir.N №li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 243 №-li əmrilə (əsas: §-7, səh-12, sıra-3, əmrdə hərbi rütbəsi “sıravi” yazılmışdır, vəzifəsi qeyd olunmamışdır) sıravi İddiaçı müalicə olunmaq üçün tibb bölüyünə keçirilmiş, qazan təminatına qoyulmuş və 5-ci MAT-ın qazan təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 248 №-li əmrilə (əsas: §-7, səh-26, sıra-1, əmrdə hərbi rütbəsi “sıravi” yazılmışdır, vəzifəsi qeyd olunmamışdır) sıravi İddiaçı müalicəsi qurtardığı üçün tibb bölüyünün qazan təminatından çıxarılaraq 5-ci MAT-ın qazan təminatına qoyulmuşdur.N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 348 №-li əmrilə (əsas: §-2, səh-182, sıra-3, əmrdə hərbi rütbəsi “baş çavuş” yazılmışdır, vəzifəsi qeyd olunmamışdır) baş çavuş İddiaçı xx.xx.1994-cü il tarixdən 5-ci MAT-ın qazan təminatından çıxarılaraq Təmir bölüyünün qazan təminatına qoyulmuşdur.Qeyd edirik ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin may-dekabr 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar olunmamışdır.N №-li hərbi hissə komandirinin yanvar-aprel 1993-cü il tarixli və N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır.N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında ( əsas: “B,V,D, E,Z,L” səh-47, sıra-50) xx.xx.1992-ci il tarixdə Cəlilabad RHK-dan çağırılmış, 1974-cü il təvəllüdlü İddiaçı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması, Füzuli və Qubadlı Qarnizonu Hərbi Tribunalının xx.xx.1997-ci il tarixli hökmünə əsasən, komandirin xx.xx.1997-ci il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat qeyd olunmuşdur.N №-li hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli N №-li əmrindən, İddiaçı Qurban (əmrdə atasının adı “Qurban” yazılmışdır) oğluna aid hissədən Arxiv çıxarışı ünvanınıza göndərilir.Məktubunuzda İddiaçı xidmət keçdiyi hərbi hissənin nömrəsi göstərilmədiyindən araşdırmalar barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş müraciətlər əsasında aparılmışdır. - İşdə olan Füzuli Hərbi Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-3-150/2-21-3119/2024 nömrəli məktubunda göstərilmişdir ki, Füzuli Hərbi prokurorluğunun 1996-cı ilə aid cinayət işlərinin qeydiyyatı jurnalında İddiaçı barəsində xx.xx.1996-cı il tarixdə 2000-ci ilin sentyabr ayının 01-dək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 146-1-ci maddəsi ilə cinayət işi başlanması və cinayət işinin istintaqının 21 oktyabr 1996-cı il tarixdə tamamlanaraq baxılması üçün Füzuli hərbi məhkəməsinə göndərilməsi göstərilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd:Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasınınərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmətyerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş(2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və yabarələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. (maddə 3). Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti,Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir (maddə 7). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin 1-ci bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş,“Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur). Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Məhkəmə müəyyən etdi ki, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar inzibati orqana müraciət etmiş, lakin cavabdeh orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-8509 nömrəli arayışına və digər təqdim olunan sənədlərə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları dövründə fərarilik etdiyinə görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsindən ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-43-19/2-649/24 nömrəli məktubunda qeyd edilmişdir ki, 1974-cü il təvəllüdlü İddiaçı Xidmətin Füzuli rayon şöbəsinin arxiv-uçot sənədlərinə əsasən, Füzuli-Qubadlı qarnizonu hərbi tribunalının 28 yanvar 1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 95-ci maddəsi ilə təqsirli bilinib 11 (on bir) il müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 18 iyul 2006-ci il tarixli hökmü ilə İddiaçı 1 (bir) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. 2023-cü ildə İddiaçı müraciəti əsasında Qubadlı və Füzuli hərbi prokurorluğuna müraciət edilmiş onunla bağlı qərarlar alınaraq vətəndaşa təqdim edilmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan və Füzuli Hərbi Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, məktubundan görünür ki, Füzuli Hərbi prokurorluğunun 1996-cı ilə aid cinayət işlərinin qeydiyyatı jurnalında İddiaçı barəsində xx.xx.1996-cı il tarixdə 2000-ci ilin sentyabr ayının 01-dək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 146-1-ci maddəsi ilə cinayət işi başlanması və cinayət işinin istintaqının 21 oktyabr 1996-cı il tarixdə tamamlanaraq baxılması üçün Füzuli hərbi məhkəməsinə göndərilməsi göstərilmişdir. Vətəndaş İddiaçı 1974-cü il təvəllüdlü İddiaçı Füzuli qarnizonu hərbi tribunalının 28 yanvar 1997-cil il tarixli hökmü ilə 2000-ci ilədək qüvvədə olan Azərbaycan Respublikası CM-nin 95-ci maddəsi ilə təqsirli bilinərək 11 il azadlıqdan məhrum edilməsi göstərilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024cü il tarixli 2045 nömrəli məktubuna əsasən göstərilmişdir ki, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında ( əsas: “B,V,D, E,Z,L” səh-47, sıra-50) xx.xx.1992-ci il tarixdə Cəlilabad RHK-dan çağırılmış, 1974-cü il təvəllüdlü İddiaçı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması, Füzuli və Qubadlı Qarnizonu Hərbi Tribunalının xx.xx.1997-ci il tarixli hökmünə əsasən, komandirin xx.xx.1997-ci il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, İddiaçı Füzuli-Qubadlı qarnizonu hərbi tribunalının 28 yanvar 1997ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 95-ci maddəsi ilə təqsirli bilinib 11 (on bir) il müddətinə azadlıqdan məhrum edilmişdir və bununla bağlı olaraq xx.xx.1997-ci il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Prezidentinin «Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» 20 sentyabr 1997-ci il tarixli 634 nömrəli Fərmanına əsasən ehtiyata buraxılmamışdır, onun bu Fərmandan əvvəl hərbi xidmətini başa vurmasının qanuniliyi iş materialları ilə təsdiqini tapmır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan məhz qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya müharibə veteranı adının verilməsindən imtina etmişdir. Bəhs olunanlara əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabadehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4-cü, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, H.Z.Tağıyev, 10) verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar