Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-33/2021 03.02.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X11, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 16 saylı X31nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X22rşı “Kürdəmir şəhəri, Sabir küçəsi, 17 saylı ünvanında 0,0540 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının mərhum X3nun adına dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X22rşı “Kürdəmir şəhəri, Sabir küçəsi, 17 saylı ünvanında 0,0540 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının mərhum X3nun adına dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(086)-2667/2019 saylı qərardadı ilə “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(120)-226/2020 saylı qərardadı ilə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizası təyin edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(120)-226/2020 saylı qərardadı ilə X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1953-cü ildə nikahını qeyd etdirməklə X8 ilə ailə həyatı qurmuşdur. X3 xx.xx.1978-ci ildə vəfat etmişdir. Onların özlərinə məxsus ünvan 5 saylı ünvanında fərdi yaşayış evləri var və həmin ev atasının adına olmuşdur. O, vəfat etdikdən sonra da hal-hazıra kimi həmin ev onun adında qalmışdır. Bu yaxınlarda atasından miras qalmış fərdi yaşayış evinə vərəsəlik haqqında şəhadətnamə almaq üçün lazımi sənədləri toplayaraq Kürdəmir rayon Notariat Ofisinə müraciət etmişdir. Atasından miras qalmış həmin fərdi yaşayış evinin mülkiyyət hüququnu təsdiq edən sənədi olmadığı üçün Notariat Ofisində ona miras əmlaka mülkiyyəti təsdiq edən sənədi olmadan vərəsəlik haqqında şəhadətnamə verilməsinin mümkün olmadığını bildirdilər. Kürdəmir rayon Notariat Ofisində həmin evə mülkiyyət hüququna dair Çıxarış təqdim etməli olduğunu bildiriblər və ona bununla bağlı DƏDRX-nin 16 saylı Ərazi İdarəsinə müraciət etməyi məsləhət görmüşdürlər. X20 tərəfindən də bununla bağlı DƏDRX-nin 16 saylı Ərazi İdarəsində məktub göndərilmişdir. Bundan sonra atasından miras qalmış evə mülkiyyət hüququ barədə çıxarış almaq üçün sənədləri DƏDRX-nin 16 saylı X30 təqdim etmişdir. DƏDRX-nin 16 saylı Ərazi İdarəsində təqdim etdiyi sənədlər araşdırıldıqdan sonra atasından miras qalmış həmin evə mülkiyyət hüququna dair sənəd verməkdən imtina etmişdirlər. DƏDRX-nin 16 saylı Ərazi İdarəsinin imtina məktubunda atasından miras qalmış ev və onun altında olan torpaq sahəsinin dəmir yolunun qoruma zolağında yerləşdiyi üçün həmin evə mülkiyyət hüququna dair çıxarış verilməsi mümkün olmadığı göstərilib. O, atasından miras qalmış həmin evə mülkiyyət hüququna dair sənədin verilməsindən imtinanı əsassız və qanunsuz hesab edir. Belə ki, həmin ev keçən əsrin otuzuncu illərində tikilib, həmin evdə doğulub boya-başa çatmış, evin və həyətyanı torpaq sahəsinin sənədləri atasının adına olub. Bundan əlavə atası Səftər Teymurova hələ sağ ikən, 1978-ci ilin əvvəllərində həmin evə və torpaq sahəsinə Texniki pasport verilib, yəni ev sənədləşdirilib. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz hesab edilməli, atam Səftər Teymurovdan miras qalmış həmin evin və həyətyanı torpaq sahəsinin atasının adına mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalı, yəni daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilıməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdehin imtinasını əsassız hesab etdiyi üçün hazırda məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 16 saylı X31nin nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, onun rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı, üçüncü şəxslər “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və X12 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə İddiaçı, üçüncü şəxslər “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsinin və X4 iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, proses iştirakçısının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kürdəmir rayon Notariat Ofisinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 16 saylı X30 göndərdiyi xx xxxx 2019-cu il tarixli, 109 nömrəli məktubunda qeyd edilmişdir: “məlum edirəm ki, Kürdəmir şəhəri, Qarabağ küç, 4/5 ünvanında yaşayan İddiaçı adından etibarnamə ilə X14 xx.xx.2013-cu il tarixdə ərizə ilə Kürdəmir rayon Notariat Ofisinə müraciət edərək, xx.xx.1978-cu ii tarixdə vəfat etmiş X3ndan miras qalmış, Kürdəmir şəhəri Sabir küç.ev.17 ünvanında yerləşən daşınmaz əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Yəni mirasın tərkibinə daxil olan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd olmadıqda, vərəsəlik şəhadətnaməsi verilə bilməz. Qanunvericiliyə uyğun olaraq vərəsəlik şəhadətnaməsi yalnız rniras əmlaka mülkiyyət hüququnun təsdiq edən reyestrdən çıxarış təqdim edildikdən sonra verilə bilər. Qeyd olunanlarla bağlı Daşınmaz əmlakın dövlət reyestri haqqındsa Azərbaycan Respublikası Qanununun 5.1-1ci maddəsinin tələbinə X13 məxsus olan əmlak barəsində daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sorğunu təqdim etmiş şəxs vasitəsilə Kürdəmir rayon notariat kontoruna göndərməyiniz xahiş olunur”. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 16 saylı X31nin iddiaçıya göndərdiyi xx xxxxxx 2019-cu il tarixli, **********01 nömrəli məktubunda qeyd edilmişdir: “X1 məxsus Kürdəmir şəhəri, Sabir küçəsində yerləşən 0.0540 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli ərizənizə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X31ndə baxılmışdır. Ərizənizin icrası ilə əlaqədar Kürdəmir şəhəri Sabir küçəsində yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.0540 hektar həyətyanı torpaq sahəsinə müayinə baxışı keçirilən zaman, həmin torpaq sahəsindən 33 metr aralı məsafədə dəmir yolu xəttinin keçdiyi aşkar edilmişdir. Bununla bağlı Kürdəmir şəhəri, Sabir küçəsində yerləşən 0.0540 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi dəmir yolu xəttinin mühafizə zonasına düşüb-düşməməsinə münasibət bildirilməsi ilə bağlı mülkiyyət hüququnuzun dövlət reyestrində qeydiyyata alınması 1 ay müddətinə dayandıraraq Azərbaycan Dəmir X25 Cəmiyyətinə müvafiq sorğu verilmişdir. Lakin sorğulara cavab verilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 15.1.6 maddəsinə əsasən (qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda) X1 məxsus Kürdəmir şəhəri, Sabir küçəsində yerləşən 0.0540 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnuzun dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında’’ Azərbaycan Respublikasının Qanunun 11.1 və 15-ci maddələrinə əsasən ərizənizin icrasından imtina olunur. Sorğuya müvafiq cavab verildikdən sonra yenidən müraciət olunacağı təqdirdə, hüquqlarımzın dövlət qeydiyyatına alınması məsələsinə qanunla nəzərdə tutulmuş qaydada baxılacaqdır”. İş materiallarında olan “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin məhkəməyə göndərdiyi mülahizəsində qeyd olunmuşdur: “İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X22rşı daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə iddia ərizəsi ilə Şirvan inzibati Məhkəməsinə müraciət etmişdir. Həmin iddia tələbi üzrə “xxxx” Qapalı Səhmdar Cəmiyyəti üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 5 saylı ünvanda yerləşən fərdi yaşayış evində uzun müddətdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Həmin ev və həyətyanı torpaq sahəsi X3nun adına olmuşdur, 1978-ci ildə atası vəfat etsə də, ev və torpaq atasının adında qalmışdır. Miras əmlaka öz adına dövlət reyestrindən çıxarış almaq məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X30 müraciət etmiş, lakin hüquqların dövlət qeydiyyatının aparılmasından əsassız imtina olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X31 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli etiraz məktubundan görünür ki, İddiaçı müraciətinə imtina olunmasına səbəb sözügedən fərdi yaşayış evi və torpaq sahəsinin dəmir yolu xəttinin mühafizə zonasında yerləşməsi olmuşdur. 16 saylı X31 öz etirazında “xxxx” QSC-nin infrastruktur Departamentının xx.xx.2019-cu il tarixli məktubuna istinad etmişdir. Həmin məktubda göstərilmişdir ki, mübahisəli ev və torpaq dəmir yolunun Kürdəmir stansiyasının 342 km pk8-də yerləşir və bu sahədə dəmir yolunun mühafizə zolağının eni 85 metr təşkil edir. Müəyyən edilmişdir ki, mübahisəli ev Kürdəmir stansiyasının 342 km pk8-də deyil, 343 km pk2-də yerləşir. Dəmir yolu xəttindən evə qədər məsafə 73 metr, evin daş hasarına qədər olan məsafə isə 33 metrdir və həmin sahədə dəmir yolunun mühafizə zolağının eni 40 metr təşkil edir. Beləliklə İddiaçı sənədləşdirmək istədiyi ev dəmir yolunun mühafizə zonasında yerləşmir, lakin evin daş hasarı mühafizə zonasına düşür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 16 saylı X31nin məhkəməyə göndərdiyi xx xxxxxx 2019-cu il tarixli, **********80 nömrəli məktubunda qeyd edilmişdir: “Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(86)-2667/2019 saylı, xx.xx.2019-cu il tarixli sərəncamının icrası ilə əlaqədar bildiririk ki, İddiaçı Kürdəmir şəhəri, Sabir küçəsi, 17 yerləşən 0.0540 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində X7 mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli ərizəylə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X30 müraciət etmişdir. Kürdəmir şəhəri Sabir küçəsində yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,0540 hektar həyətyanı torpaq sahəsinə müayinə baxışı keçirilən zaman, həmin torpaq sahəsindən 33 metr aralı məsafədə dəmir yolu xəttinin keçdiyi aşkar edilmişdir. Bununla bağlı Kürdəmir şəhəri, Sabir küçəsində yerləşən 0,0540 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi dəmir yolu xəttinin mühafizə zonasına düşübdüşməməsinə münasibət bildirilməsi ilə bağlı Azərbaycan Dəmir Yollan Qapalı Səhmdar Cəmiyyətinə müvafiq sorğu verilmişdir. Qanunla müəyyən olunmuş müddətdə sorğuya cavab verilmədiyi üçün ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa imtina bildirişi göndərilmişdir. Sonradan Azərbaycan Dəmir X25 Cəmiyyəti xx.xx.2019-cu il tarixli, 10-194411 saylı məktubla sorğuya cavab verərək ünvan 4 ünvanda yerləşən 0,0540 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin dəmir yolu xəttinin mühafizə zonasında yerləşdiyini bildirmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X31 daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsini rəhbər tutaraq, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş edirik”. İş materiallarında olan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair” 1444 inventar nömrəli pasportdan görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi X7 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair” 1444 inventar nömrəli pasporta əlavə edilən “Torpaq ucastoku”ndan görünür ki, Kürdəmir şəhəri, Sabir küçəsində yerləşən 0.0540 ha torpaq sahəsi X7 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Kürdəmir rayon İcra Hakimiyyətinin Kürdəmir şəhər X26 üzrə nümayəndəliyinin xx xxxxxx 2020-ci il tarixli, 02 nömrəli məktubunda qeyd edilmişdir: “Kürdəmir RİHB-nm Kürdəmir şəhər X26 üzrə nümayəndəliyi Sizin xx xxxxxx 2019-cu il tarixli, 2-1 (086)-2667/2019 saylı məktubunuza cavab olaraq bildiririk ki, bizdə olan məlumata görə X1 məxsus olan ünvan 6 saylı ünvandakı ev onun özü tərəfindən tikilmişdir və hal-hazırda həmin ünvanda X12 yaşayır”. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tətqiqatın dəyəri 50 (əlli) manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 10/769 saylı ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur: Qərardadın birinci-ikinci sualları üzrə: Qərardadın bu sualları ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyi Mərkəzə daxil olmadığına görə, tədqqiat aparılıb nəticə verilməsi mümkün olmamışdır. Qərardadın üçüncü sualı üzrə: Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid 1444 inventar nömrəli texniki pasport və “Torpaq ucastoku”na əsasən X10 adına olan Kürdəmir şəhəri, Sabir küçəsi, 17 saylı ünvanında yerləşən 0.0540 ha torpaq sahəsi olaraq təqdim olunmuş sahənin daxilində fərdi yaşayış evinin olduğu müəyyən olundu. Həmin fərdi yaşayış evi texniki pasportda öz əksini tapmış və texniki pasportda göstərilən göstəricilərə uyğundur. Qərardadın dördüncü sualı üzrə: Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid 1444 inventar nömrəli texniki pasport və “Torpaq ucastoku”na əsasən X10 adına olan Kürdəmir şəhəri, Sabir küçəsi, 17 saylı ünvanında yerləşən 0.0540 ha torpaq sahəsi olaraq təqdim olunmuş sahəsinin daxilində yerləşən fərdi yaşayış evi texniki pasportda göstərilən vəziyyətinə uyğun yerləşir. Həmçinin qeyd olunur ki, həmin torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə texniki pasportdakı vəziyyəti arasında qismən konfiqurasiya fərqi vardır. Belə ki, giriş qapısından torpaq sahəsinə daxil olarkən həmin torpaq sahəsinin sol sərhəd hasarının düz olaraq deyil müxtəlif bucaqlarda torpaq sahəsinin daxilinə doğru çəkildiyi müşaiyət olunur. Distometr cihazı vasitəsilə ölçü işləri aparılan zaman torpaq sahəsinin daxilində olan fərdi yaşayış evinin xarici və daxili ölçülərinin, otaqların yerləşməsinin və digər göstəricilərinin, mülki iş materiallarında yer alan Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid 1444 inventar nömrəli texniki pasportda qeyd olunmuş A literli fərdi yaşayış evinin bütün göstəriciləri ilə eynilik təşkil etdiyi müəyyən olundu. Qərardadın beşinci sualı üzrə: xx.xx.2020-ci il tarixdə tərtib olunmuş, “xxxx” QSC-nin Hüquq İdarəsinin Məhkəmələrlə iş şöbəsinin aparıcı hüquqşünası Fərman Babayevin imzası ilə təsdiq edilmiş Mülahizədə mübahisəli torpaq sahəsinin və evin Kürdəmir stansiyasının 343 km pk2-də yerləşdiyini, həmin sahədə dəmiryolunun mühafizə zolağının 40 metr təşkil etdiyini, dəmir yolu ilə torpaq sahəsinin daş hasarı arasındakı məsafənin 33 metr, ev arasındakı məsafənin isə 73 metr olduğu nəzərə alaraq, mübahisəli torpaq sahəsinin daş hasarının (yeddi metr uzunluğunda) dəmir yolu xəttinin mühafizə zolağına düşdüyü, fərdi yaşayış evininin isə mühafizə zolağına düşmədiyi müəyyən olundu. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Kürdəmir şəhəri, Sabir küçəsi, 17 saylı ünvanında yerləşən 0.0540 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair X7 adına Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin X5 tərəfindən “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair” 1444 inventar nömrəli pasport verilmişdir. İddiaçı sözügedən pasportu rəhbər tutaraq həmin fərdi yaşayış evi üzərinə X7 mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan torpaq sahəsindən 33 metr aralı məsafədə dəmir yolu xəttinin keçdiyini və torpaq sahəsinin və fərdi yaşayış evinin dəmir yolu xəttinin mühafizə zonasında yerləşdiyini əsas gətirilərək, mülkiyyət hüquqlarının qeydə alınmasından imtina etmişdir. Hazırda iddiaçı Kürdəmir şəhəri, Sabir küçəsi, 17 saylı ünvanında yerləşən 0.0540 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə X7 mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). Həmin Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci maddəsində qeyd edilir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar daşınmaz əmlak üzərində hüququn əldə edilməsi üçün əsasdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır (maddə 4.1). 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (maddə 8.0.5). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Məhkəmə qeyd edir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas, yəni "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri müəyyən edilməmişdir. Bunun əksinə, Kürdəmir şəhəri, Sabir küçəsi, 17 saylı ünvanında yerləşən 0.0540 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair X7 adına Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin X5 tərəfindən “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair” 1444 inventar nömrəli pasport verilmişdir. Həmin sənəd qüvvədədir və ləğv olunmamışdır, eyni zamanda yuxarıda qeyd edilən hüquq normalarının tələbinə görə hüquqların qeydiyyata alınması üçün əsasdır. Qeyd olunan sənədin qeyri-dəqiqliyi, sənəddə nöqsan olması, onun saxtalığı və digər bu kimi halların mövcud olması cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməlidir. Ümumiyyətlə cavabdeh tərəfindən həmin sənədin mötəbərliyi mübahsiələndirilməmişdir. Ona görə də, yuxarıda göstərilən səbəblərdən, məhkəmə hesab edir ki, Kürdəmir şəhəri, Sabir küçəsi, 17 saylı ünvanında yerləşən 0.0540 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair X7 adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi ilə bağlı iddiaçının ilkin müraciətindən cavabdeh inzibati orqanın imtinası qismən əsassız olmuşdur. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan iddiaçının tələbindən torpaq sahəsinin dəmiryolunun mühafizə zolağına düşən hissəsinin qeydiyyata alınmasından imtina etməsi ilə bağlı hərəkətləri əsaslı olmuşdur. Başqa sözlə iddiaçının iddia tələbinin torpaq sahəsinin daş hasarının yeddi metr uzunluğunda dəmir yolu xəttinin mühafizə zolağına düşən hissəsinin qeydiyyata alıması ilə bağlı hissəsi əsassızdır. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X22rşı iddia tələbi qismən tıəmin edilməli, “Kürdəmir şəhəri, Sabir küçəsi, 17 saylı ünvanında olan 0,0540 ha torpaq sahəsinin dəmir yolunun mühafizə zolağına düşən hissəsi istisna olmaqla qalan hissəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə mərhum X7 adına mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən prosessual xərclər müştərək qaydada İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 16 saylı X31ndən tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia tələbi qismən təmin edilsin. Kürdəmir şəhəri, Sabir küçəsi, 17 saylı ünvanda olan 0,0540 ha torpaq sahəsinin dəmir yolunun mühafizə zolağına düşən hissəsi istisna olmaqla qalan hissəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə mərhum X7 mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması və mülkiyyət hüquqlarına dair müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 16 saylı X31nin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 16 saylı X31ndən hər birindən 25 (iyirmi beş) manat tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************) köçürülsün. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-33/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-33/2021
03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver