Məhkəmə qərarları › İş №2-1(120)-330/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-330/2024

15.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-330/2024 15.07.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X7, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “X2 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və Beyləqan rayonu Mil qəsəbəsi ünvanda yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarış və texniki sənədlərin verilməsi vəzifəsi cavabdehin üzərinə öhdəlik qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, “X2 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməsi və Beyləqan rayonu, Mil Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli. 01 saylı qərarı ilə ona verilmiş torpaq sahəsinin adına qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Beyləqan rayon Mil Bələdiyyəsi, X8, X10 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, üçüncü şəxs X2 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və Beyləqan rayonu Mil qəsəbəsi ünvanda yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarış və texniki sənədlərin verilməsi vəzifəsi cavabdehin üzərinə öhdəlik qoyulması kimi baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, müraciəti əsasında Beyləqan rayonu Mil bələdiyyəsinin 01 saylı 14 yanvar 2012-ci il tarixli qərarı ilə ona yaşayış evi tikdirmək məqsədi ilə Beyləqan rayonu Mil bələdiyyəsi ərazisindən 0.10 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin qərar qəbul edildikdən sonra Rayon İcra Hakimiyyətnin və qəsəbə bələdiyyəsinin nümayəndələrinin, DT və XK-nin Beyləqan rayon şöbəsinin mütəxəssislərinin və onun iştirakı ilə ona satılması qərar alınmış torpaq sahəsi DT və XK-nin Beyləqan rayon şöbəsinin mütəxəssis rəyinə əsasən bələdiyyənin perespektiv inkişaf fonduna (yaşayış məntəqələri üçün nəzərdə tutulmuş) aid ərazisindən seçilərək və ölçülərək ayrılmışdır. Ayrılmış həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi Beyləqan RİHBA-nın mühəndisinin müvafiq rəyi ilə məqsədə müvafiq hesab edilmişdir. Beyləqan rayonu Mil bələdiyyəsinin 02 oktyabr 2012-ci il tarixli 13 saylı qərarı ilə Mil qəsəbə bələdiyyəsinin alqı-satqı predmeti olan 0.10 hektar həyətyanı torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətə verilməsi məqsədi ilə açıq müsabiqənin keçirilməsi barədə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başa çatdırılmasının nəzərə alınmasına, həmin torpaq sahəsinin ona fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətə verilməsi məqsədi ilə açıq müsabiqə keçirilməsi qərara alınmışdır. Həmin qərara əsasən açıq müsabiqə yolu ilə ona satılması məqsədi ilə ayrılmış 0.10 hektar torpaq sahəsi üçün tələb olunan vəsait (hər 0.01 hektar üçün 60 manat olmaqla cəmi 600 manat) tərəfindən bələdiyyənin Kapilalbank ASC-nin Beyləqan filialındakı hesabına köçürülmüşdür. Bundan sonra DT və XK-nin Beyləqan rayon şöbəsi tərəfindən ona satılmış torpaq sahəsinin yerquruluşu planı hazırlanmış, satılmış torpaq sahəsi tərtib edilmiş torpaqayırma sənədləri mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun hazırlandığı üçün DT və XK-nin Beyləqan rayon şöbəsində 25 sentyabr 2012-ci il tarixdə 505 nömrə ilə kitabda qeydə alınmış və adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanması məqsədə müvafiq hesab edilmişdir. 08 oktyabr 2012-ci il tarixdə DT və XK-nin Beyləqan rayon şöbəsinin müdirinin iştirakı ilə bələdiyyə sədri ilə aralarında həmin tarixli torpaqların alqı-satqısına dair akt tərtib olunmuş və hər üçü tərəfindən imzalanmışdır. Fərdi yaşayış evi tikdirmək məqsədi ilə qəsəbə bələdiyyəsi tərəfindən satılmış 0.10 hektar həyətyanı torpaq sahəsinə dair adına 25 sentyabr 2012-ci il tarixdə 505 nömrə ilə kitabda qeydə alınmış seriya A 404623 saylı “Torpaq sahəsinin planı və ölçüsü“ işlənmişdir. Həmin vaxtdan həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tikdirərək orada yaşayır və qanunla müəyyən olunmuş qaydada torpağa və əmlaka görə vergini ödəyir. Adına verilmiş torpaq sahəsinin planı və ölçüsünə və Beyləqan rayonu Mil bələdiyyəsinin sədri G.Ə.Şərbətov tərəfindən təsdiqlənmiş ona satılmış 0.10 hektar həyətyanı torpaq sahəsinin yerquruluşu planına əsasən satılmış 0.10 hektar həyətyanı torpaq sahəsi Mil qəsəbəsinin ərazisində qəsəbədaxili yolun kənarında yerləşməklə bir tərəfdən yolla, digər üç tərəfdən qəsəbə sakinlərə verilmiş həyətyanı torpaq sahələri ilə əhatə olunmuşdur. Həmin ərazidə ona ayrılmış torpaq sahəsi ilə qonşuluqda (sərhəddə) yerləşən torpaq sahələrinin hamısı həyətyanı torpaq sahələridir və onun torpağı ilə sərhəddə sahibkarlıq məqsədi ilə ayrılmış torpaq sahəsi yerləşmir. Sonradan ona məlum olmuşdur ki, torpaq sahəsinin hər üç tərəf həyətyanı torpaq sahəsi olduğu halda, qəsəbə sakini Natiq İsmayılova 0.004 hektar torpaq sahəsi ayrılb verilmişdir və ondan fərqli olaraq həmin torpaq sahəsi onunla aralarında mübahisə olduğu bir zamanda, yəni 19 noyabr 2019-cu il tarixdə cavabdeh inzibati orqan DƏDRX publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsində xüsusi mülkiyyət hüququ əsasında üçüncü şəxsin adına qeydə alınmış və İdarə tərəfindən adına ********** qeydiyyat nömrəli, 19 noyabr 2019-cu il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Onun mülkiyyətinə verilmiş 0.10 hektar həyətyanı torpaq sahəsinə dair sənədləşdirmə aparılan zaman təxminən 3-4 dəfə həmin əraziyə mütəxəssislərin iştirakı ilə baxış keçirilmiş müxtəlif ölçmə işləri aparılmış, lakin Natiq İsmayılovun mülkiyyətinə verilmiş, onun müxtəlif idarə və təşkilatlar, o cümlədən mütəxəssislərinin iştirakı ilə sərhədləri (koordinatları) müəyyən edilmiş və dörd bir tərəfi hasara alınmış 0.10 hektar torpaq sahəsinin “daxildə” olması ehtimal olunan 0.04 hektar torpaq sahəsi sənədləşdirilən zaman həmin əraziyə heç kim gəlməmiş, baxış keçirilməmiş və ölçü işləri aparılmamışdır. Bütün bu faktiki hallar Natiq İsmayılovun mülkiyyətinə verilmiş 0.04 hektar torpaq sahəsinin sənədləşdirmə işlərinin yalnız kabinetlərdə aparılmasını və Natiq İsmayılovun adına verilmiş çıxarışın qanunsuz və saxta yollarla hazırlanmasını tam təsdiq edir. Göründüyü kimi üçüncü şəxs X2 adına verilmiş ********** qeydiyyat nömrəli, 19 noyabr 2019-cu il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü tamamilə qanunsuz olaraq verilmişdir. Qanunvericiliyin tələbinə görə qanunsuz yollarla verilmiş bütün sənədlər, o cümlədən də hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü etibarsız hesab olunur və belə sənədlər onu vermiş orqan tərəfindən ləğv edilməlidir. Ona görə də ərizə ilə aidiyyəti üzrə cavabdeh inzibati orqan DƏDRX publik hüquqi şəxsin 6 saylı Ərazi İdarəsinə müraciət edərək DƏDDRX publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən üçüncü şəxs X2 mülkiyyətinə onun qanuni istifadəsində olan, Mil qəsəbə bələdiyyəsindən satın aldığı 0.10 hektar torpaq sahəsinin daxilində yerləşən və onun mülkiyyətinə verilmiş 0.04 hektar torpaq sahəsinə dair adına verilmiş ********** qeydiyyat nömrəli, 19 noyabr 2019-cu il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü qanunsuz və etibarsız hesab olunduğundan ləğv edilməsini, Mil qəsəbə bələdiyyəsinin müvafiq qərarı ilə mənə satılmış 0.10 hektar torpaq sahəsinin isə cavabdeh inzibati orqan DƏDRX publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsində xüsusi mülkiyyət hüququ əsasında onun adına qeydə alınmasını xahiş etmiş, Lakin müraciət etdiyi vaxtdan 2 ay keçməsinə baxmayaraq cavabdeh inzibati orqan tərəfindən ona rəsmi qaydada cavab verilməmişdir. Üçüncü şəxs X2 adına verilmiş çıxarış saxta sənədlərlə qanunsuz olaraq verildiyindən həmin çıxarış etibarsız hesab edilməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi sərəncama münasibət barədə məktubla bildirmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsi tərəfindən tərtib edilmiş dövlət torpaq kadastrı kitabında 28 sentyabr 2012-ci il tarixində 505 nömrə ilə uçota alınmış A№ 404623 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə aid məlumatların elektron məlumat bazasında mövcud olmadığı, torpaq sahəsinin faktiki vəziyyətə uyğun təyin edilmiş döngə nöqtələrinin koordinatları ilə, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsi tərəfindən tərtib edilmiş dövlət torpaq kadastrı kitabında 28 sentyabr 2012-ci il tarixində 505 nömrə ilə uçota alınmış A№ 404623 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən döngə nöqtələri arasında fərq olması müəyyən edilmişdir. Belə ki, X2 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarış “Daşınmaz əmlakın dövət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-13-cü maddələrinə əsasən hüquqların dövlət qeydiyyatının aparılması qaydasında verilmişdir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə və hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu və 139-1 -ci maddəsinə əsasən daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri- dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsivası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Daşınmaz əmlakın dövət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Odur ki, yuxarıda şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2, 9-13 və 15-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 139-1 və 140-cı maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən iddaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “X2 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməsi və Beyləqan rayonu, Mil Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 01 saylı qərarı ilə ona verilmiş torpaq sahəsinin adına qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə etiraz edirik və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahatlar vermiş və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddianı qəbul etmədiklərini bildirərək etiraza uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X8 izahat verərək bildirdi ki, onun çıxarışı qanunidir və dövlət orqanı, yəni Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Beyləqan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Beyləqan rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Beyləqan rayonu Mil qəsəbə sakini İddiaçı Beyləqan rayonu Mil bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 01 nömrəli qərarı ilə 1000 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Beyləqan rayonu Mil qəsəbə sakini İddiaçı Beyləqan rayonu Mil bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 01 nömrəli qərarı ilə 1000 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X10 ilə X8 arasında ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.004 ha olan torpaq sahəsinin (sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar) tam mülkiyyət üzrə ona məxsus hissəsində alıcı X1. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Beyləqan rayonu, Mil kəndində 0.004 ha torpaq sahəsi X2 adına daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, **********99 nömrəli məktubundan görünür ki, sözügedən torpaq sahəsi sizə Beyləqan rayonu Mil bələdiyyəsi tərəfindən notarial qaydada təsdiq edilmiş müqavilə əsasında satılmamışdır. Torpaq sahəsində mütəxəssislər tərəfindən inventarlaşdırma (çöl-ölçmə) şləri aparılmış və torpaq sahəsinin digər şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst- üstə düşdüyü məlum olmuşdur. Həmçinin torpaq sahəsinin faktiki vəziyyətə uyğun təyin edilmiş döngə nöqtələrinin koordinatları ilə torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkıpıə Komitəsinin Beyləqan rayon şöbəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planrvə ölçüsü” sənədində göstərilən döngə nöqtələrinin koordinatları arasında 15 metr fərq ğlması müəyyən edilmişdir. Eyni zamanda araşdırma zamanı müraciətdə qeyd etdiyi 0,004 ha torpaq sahəsi üzərində digər şəxsin mülkiyyət hüququnun dövlət qeydiyyatının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrinə uyğun olaraq aparıldığı məlum olmuşdur. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair ədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 1-ci dinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinin tələblərinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. Bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası tununun 16.6-cı maddəsinə əsasən dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir, Həmin Qanunun 2.3-cü və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinin 4-cü bəndinə əsasən rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxılır. İşdə olan Beyləqan rayonu Mil bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 07 nömrəli arayışının surətindən görünür ki, Mil qəsəbə sakini İddiaçı Mil qəsəbə bələdiyyəsi tərəfindən xx.xx.2012-ci il tarixli, 01 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi ücün istifadəsinə verilmiş 0.10 ha həyətyanı torpaq sahəsi ilə Mil qəsəbə sakini X4 Azərbaycan Respublikası ƏMDX-nın yanında DƏDRX tərəfindən sahibkarlıq məqsədi ilə mülkiyyətinə verilmiş (qeydiyat nömrəsi **********) 40 kv.metr torpaq sahəsinin Mil bələdiyyəsində saxlanılan ilkin sənədləri əsasında döngə nöqtələrinin koordinatları üzrə torpaq sahələri üst-üstə düşmür. İşdə olan Beyləqan rayonu Mil bələdiyyəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, 115 nömrəli məktubundan görünür ki, həqiqətəndə Mil bələdiyyəsi 14 Yanvar 2012-ci il tarixdə 01 saylı iclas protokolunun qərarı ilə 0.10 ha həyətyanı torpaq sahəsi satmış və qanunvericiliyin tələbləri əsasında sənədləşdirilmişdir. Ayrılmış həyətyanı torpaq sahəsinin yerqurluşu planı ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəcəkmə komitəsinin Beyləqan rayon şövbəsinin mütəxəsisi tərəfindən işlənərək aidiyyəti üzrə təsdiq edilmişdir. Ona həyətyanı torpaq sahəsi satıldıqdan sonra Mil bələdiyyəsi ona ayrılıb təhkim edilmiş həyətyanı torpaq sahəsi ilə qəsəbədaxili avtomobil yolunun arasında qalan bələdiyyə mülkiyyətinə aid olan 40 kv və 60 kv metr torpaq sahəsinin hərraca çıxararaq sahibkarlıq məqsədi ilə satılmışdır. Həmin satılmış 40 kv və 60 kv metr torpaq sahəsi ilə üst-üstə düşməsi mümkün deyildir. Onun həyətyanı torpaq sahəsi tərtib edilmiş yerqurluşu Planına istına edilməlidir, ona görə ki, Torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilərkən həmin dövrün texniki imkanları indiki tələblərə cavab verməyə bilər. Bir daha bildiririk ki, istifadəsində olan həyətyanı torpaq sahəsi tərtib edilmiş yerqurluşu planına əsaslanmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7428 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: Beyləqan rayonu Mil bələdiyyəsinin 14 yanvar 2012-ci il tarixli, 01 saylı qərarı və “Torpaqların alqı-satqısına dair” xx.xx.2012-ci il tarixli akt əsasında Beyləqan rayonu Mil qəsəbəsinin ərazisində fərdi yaşayış evi tikmək məqsədi ilə İddiaçı satılmış 0.10 ha torpaq sahəsinin hüdudlarını ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsi tərəfindən tərtib olunmaqla təsdiq edilmiş yerquruluşu planınında olan istinad nöqtələrindən istifadə edilməklə naturada koordinatları müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: Beyləqan rayonu Mil bələdiyyəsinin 14 yanvar 2012-ci il tarixli, 01 saylı qərarı və “Torpaqların alqı-satqısına dair” xx.xx.2012-ci il tarixli akt əsasında Beyləqan rayonu Mil qəsəbəsinin ərazisində fərdi yaşayış evi tikmək məqsədi ilə İddiaçı satılmış 0.10 ha torpaq sahəsi ayrılan zamanı (2012-ci ildə) bələdiyyə mülkiyyətinə aid olmaqla, yaşayış məntəqələrinin torpaqlan kateqoriyasına aid boş torpaq sahasi olmuşdur. Hazırda isə yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid xüsusi mülkiyyətdə olan həyətyanı torpaq sahəsidir. Qərardadın üçüncü sualı üzrə: Beyləqan rayonu Mil bələdiyyəsinin 14 yanvar 2012-ci il tarixli, 01 saylı qərarı və “Torpaqların alqı-satqısına dair” xx.xx.2012-ci il tarixli akt əsasında Beyləqan rayonu Mil qəsəbəsinin ərazisində fərdi yaşayış evi tikmək məqsədi ilə İddiaçı satılmış 0.10 ha torpaq sahəsi ayrılan zamanı (2012-ci ildə) bələdiyyə mülkiyyətinə aid olmaqla, yaşayış məntəqələrinin torpaqlan kateqoriyasına aid boş torpaq sahasi olmuşdur. Hazırda isə yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid xüsusi mülkiyyətdə olan həyətyanı torpaq sahəsidir. Beyləqan rayonu Mil bələdiyyəsinin 14 yanvar 2012-ci il tarixli, 01 saylı qərarı və “Torpaqların alqısatqısına dair” xx.xx.2012-ci il tarixli akt əsasında Beyləqan rayonu Mil qəsəbəsinin ərazisində fərdi yaşayış evi tikmək məqsədi ilə İddiaçı satılmış 0.10 ha torpaq sahəsinin hüdudlarının koordinatları ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsi tərəfindən tərtib olunmaqla təsdiq edilmiş yerquruluşu planınında olan ölçü göstəriciləri ilə uyğundur. Qeyd olunan 0.10 ha torpaq sahəsinin naturada hüdudlarının koordinatları ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış A № 404623 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan koordinatlar arasında uyğunsuzluq mövcuddur. Ona görə də 0.10 ha torpaq sahəsinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsi tərəfindən tərtib olunmaqla təsdiq edilmiş yerquruluşu planınında olan ölçü göstəricilərinə əsasən, koordinatlarında düzəliş edilməsiməqsədəmüvafiqdir. Qeyd olunan 0.10 ha torpaq sahəsinin naturada yerləşdiyi ərazisi X5 X6 qeyd edilmişdir. Qərardadın dördüncü sualı üzrə: Qeyd edilən 0.10 ha torpaq sahəsinin faktiki istifadə vəziyyəti ile A No 404623 nömrəli Torpaq sahesinin planı və ölçüsü sənədində qeyd olunan olçu göstəriciləri uyğun olsa da, koordinatlarında uyğunsuzluq mövcuddur. Qərardadın beşinci sualı üzrə: Beyləqan rayonu Mil bələdiyyəsinin 14 yanvar 2012-ci il tarixli, 01 saylı qərarı ve “Torpaqların alqısatqısına dair” xx.xx.2012-ci il tarixli akt əsasında Beyləqan rayonu Mil qəsəbəsinin ərazisində fərdi yaşayış evi tikmək məqsədi ilə İddiaçı satılmış 0.10 ha torpaq sahəsi Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsinin ölçüləri ilə eynilik təşkil edir və İddiaçı istifadəsindədir. Həmin 0.10 ha torpaq sahəsinə aid Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlarda isə texniki qüsurlar mövcuddur və ona görə də ölçü üzrə göstəricilərə əsasən, koordinatlarda düzəliş edilməsi məqsədə müvafiqdir.Qərardadın altıncı sualı üzrə: Beyləqan rayonu Mil bələdiyyəsinin 14 yanvar 2012-ci il tarixli, 01 saylı qərarı və “Torpaqların alqısatqısına dair” xx.xx.2012-ci il tarixli akt əsasında Beyləqan rayonu Mil qəsəbəsinin ərazisində fərdi yaşayış evi tikmək məqsədi ilə İddiaçı satılmış 0.10 ha torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsi tərəfindən tərtib olunmaqla təsdiq edilmiş yerquruluşu planınında qeyd olunan hüdudlarının koordinatları daxilində yerləşir. Qeyd edilən 0.10 ha torpaq sahəsinin hüdudlarının koordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Qərardadın yeddinci sualı üzrə: Beyləqan rayonu Mil bələdiyyəsinin 14 yanvar 2012-ci il tarixli, 01 saylı qərarı və “Torpaqların alqısatqısına dair” xx.xx.2012-ci il tarixli akt əsasında Beyləqan rayonu Mil qəsəbəsinin ərazisində fərdi yaşayış evi tikmək məqsədi ilə İddiaçı satılmış 0.10 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhv yoxdur. Qərardadın səkkizinci sualı üzrə: Beyləqan rayonu Mil bələdiyyəsinin 14 yanvar 2012-ci il tarixli, 01 saylı qərarı və “Torpaqların alqı-satqısına dair” xx.xx.2012-ci il tarixli akt əsasında Beyləqan rayonu Mil qəsəbəsinin ərazisində fərdi yaşayış evi tikmək məqsədi ila İddiaçı satılmış 0.10 ha torpaq sahəsi digər şəxslər tərəfindən istifadə olunmur Ancaq araşdırma zamanı müəyyən olunmuşdur ki, Beyləqan rayonu Mil bələdiyyəsinin 14 yanvar 2012-ci il tarixli, 01 saylı qərarı və “Torpaqların alqısatqısına dair” xx.xx.2012-ci il tarixli akt əsasında Beyləqan rayonu Mil qəsəbəsinin ərazisində fərdi yaşayış evi tikmək məqsədi ilə İddiaçı satılmış 0.10 ha torpaq sahesinin ərazisində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqinda daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********22 olan, xx.xx.2019-cu il tarixli çıxarışla X2 xüsusi mülkiyyətinə verilmiş 40 kv.m torpaq sahəsi qeyd olunmuşdur. Qərardadın doqquzuncu sualı üzrə: Beyləqan rayonu Mil bələdiyyəsinin 14 yanvar 2012-ci il tarixli, 01 saylı qərarı və “Torpaqların alqı-satqısına dair” xx.xx.2012-ci il tarixli akt əsasında Beyləqan rayonu Mil qəsəbəsinin ərazisində fərdi yaşayış evi tikmək məqsədi ilə İddiaçı satılmış 0.10 ha torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir və təyinatı üzrə həyətyanı torpaq sahəsi kimi istifadə edilir. Qərardadın onuncu sualı üzrə: Beyləqan rayonu Mil bələdiyyəsinin 14 yanvar 2012-ci il tarixli, 01 saylı qərarı və "Torpaqların alqı-satqısına dair xx.xx.2012-ci il tarixli akt əsasında Beyləqan rayonu Mil qəsəbəsi ərazisində fərdi yaşayış evi tikmək məqsədi ilə İddiaçı satılmış 0.10 ha torpaq sahəsinin ərazisində İddiaçı məxsus mişar daşı vasitəsi inşa edilmiş 13.60 m x 13.0 m ölçüdə bir mərtəbəli yaşayış evi ve mübahisəli olan hissəsində isə mişar daşı vasitəsi inşa edilmiş 9.70 m x 4.00 m qeyri- yaşayış binası (köməkçi tikili) mövcuddur. Göründüyü kimi cavabdeh inzibati orqan mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmasını, qanuni və əsaslı qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Halbuki, inzibati orqan kimi cavabdeh inzibati orqan iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun və digər qanunların tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq nəticəyə gəlməli idi. Hazırki işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının ərizəsi əsasında “İnzibati icraat haqqında” Qanunun müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Həmin inzibati icraatın aparılmaması nəticəsində iddiaçının müraciəti üzrə zəruri faktiki və hüquqi hallar da müəyyən olunmamışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları, torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1-139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. 16-cı maddəsinə əsasən: 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş və həmin Fərmanın 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 516 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamənin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsinin və verilməsinin təmin edilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyətinə aid edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının torpaq sahəsi üzrə faktiki vəziyyətlə mövcud elektron baza məlumatları arasında uyğunsuzluğun cavabdeh tərəfindən aradan qaldırılması mümkün olduğu halda cavabdeh inzibati orqan iddiaçının müraciəti ilə bağlı zəruri inzibati icraat aparmamış və əsaslandırılmamış, formal “imtina” vermişdir. Məhkəmə qeyd edir ki, inzibati orqan kimi cavabdeh iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun və digər qanunların tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq nəticəyə gəlməli idi. Hazırki işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının ərizəsi əsasında “İnzibati icraat haqqında” Qanunun müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Həmin inzibati icraatın aparılmaması nəticəsində iddiaçının ərizəsi üzrə zəruri faktiki və hüquqi hallar da müəyyən olunmamışdır. Həmçinin, cavabdeh inzibati orqan inzibati icraat zamanı iş üzrə faktiki hallarla bağlı sualları izah etmək üçün öz təşəbbüsü ilə ekspertizanın təyin olunması haqqında hər hansı qərar qəbul etməmişdir. Cavabdeh iddiaçıya onun müraciəti ilə əlaqədar tam, dəqiq, ətraflı məlumat verməmiş, bununla da “İnzibati icraat haqqında” Qanunun tələblərini pozmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun : 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz . 41.1-ci maddəsinə əsasən inzibati icraat zamanı iş üzrə faktiki hallarla bağlı sualları izah etmək üçün inzibati orqan maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspert və ya mütəxəssis cəlb edə bilər. 41.2-ci maddəsinə əsasən inzibati orqan ekspertizanın təyin olunması haqqında qərar qəbul edir və həmin qərarda ekspert rəyinin tələb olunduğu sualların dairəsini (ekspert araşdırmasının predmetini) müəyyənləşdirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətkərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən doğur) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73-cü maddəsi tətbiq oluna bilər. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7428 nömrəli ekspert rəyində də iddiaçının və üçüncü şəxsin mülkiyyətlərinə verilən torpaq sahələrii üzrə faktiki vəziyyətlə mövcud elektron baza məlumatları arasında uyğunsuzluq müəyyən edildiyini, koordinatlar arasında uyğunsuzluqların mövcud olduğu,təsdiq edilmiş yerquruluş planlarında olan ölçü göstəricilərinə əsasən koordinatlarında düzıəliş edilməsinin məqsədəmüvafiq olduğu, onun aradan qaldırılmasının mümkün olduğu bildirilmişdir. Eləcə də, mütəxəssis rəyinə edilən mübahisəli ərazinin ölçü planına əsasən koordinatlar arasında uyğunsuzluqlar və koordinat fərqlərinin olduğu müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçının və üçüncü şəxsin torpaq sahəsi üzrə faktiki vəziyyətlə mövcud elektron baza məlumatları arasında uyğunsuzluğun cavabdeh tərəfindən aradan qaldırılması mümkün olduğu halda cavabdeh inzibati orqan iddiaçının müraciəti ilə bağlı zəruri inzibati icraat aparmamış və əsaslandırılmamış, formal “imtina” vermişdir. Qeyd edilən hallar tərəflərlə müzakirə edilmiş və həm iddiaçı, həm də üçüncü şəxs uyğunsuzluğun aradan qaldırılmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə bir daha qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının ərizəsi əsasında zəruri inzibati icraat aparılmadığından işin faktiki və hüquqi halları tam müəyyən edilməmişdir. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması öhdəliyi qoyulmalıdır. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya və üçüncü şəxsə izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində uyğunsuzluq aradan qaldırılacağı təqdirdə digər tələbləri ilə bağlı inzibati orqana müraciət etməli və müraciətin təmin edilməsindən “imtina” ediləcəyi halda tərəflərin həmin “imtina”nı məhkəmədə mübahisələndirmək hüquqları saxlanılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli, 3-16-16/2- 10/7428 nömrəli ekspert rəyinə uyğun müvafiq uyğunsuzluqların aradan qaldırılması ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddiaçının iş üzrə verilmiş ekspert rəyi ilə bağlı hesab edir ki, prosessual xərclər İddiaçı tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7428 nömrəli ekspert rəyinə uyğun müvafiq uyğunsuzluqların aradan qaldırılması ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması öhdəliyi qoyulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar