Məhkəmə qərarları › İş №2-1(120)-3300/2023

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3300/2023

18.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3300/2023 18.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı1 Cavabdehnə qarşı (Sabirabad “Asan xidmət” Mərkəzində Qeydiyyat şöbəsi və X6 üçüncü şəxs qismində cəlb edilməklə) sərəncamın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı1 cavabdehlər Cavabdehnə və Sabirabad “Asan xidmət” Mərkəzinə qarşı “sərəncamın və doğum haqqında şəhadətnamənin ləğv edilməsi” tələbi bаrədə qərar çıхаrılmаsmı məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2-1(120)-691/2022 nömrəli qərardadı ilə iddiaçının və Cavabdeh olduğu kimi saxlanılması, Sabirabad “Asan xidmət” Mərkəzinin cavabdeh sırasından çıxarılması, iddia tələbinə “Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli, 61 nömrəli sərəncamın ləğv edilməsi” kimi baxılması, Sabirabad “Asan xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin və X4 adi cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2-1(120)-691/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Cavabdeh Başçısının xx.xx.2021-ci il tarixli, 61 nömrəli sərəncamı ləğv edilmişdir. Üçüncü şəxs X6 qərardan apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(106)-135/2023 nömrəli qərardadı ilə üçüncü şəxs X5 apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2-1(120)-691/2022 nömrəli qərarı ləğv edilmiş, inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmıışdır. Qərardadda əsaslandırılmışdır ki, Cavabdeh Qəyyumluq və himayəçilik komissiyasının xx.xx.2021-ci il tarixli, l5 nömrəli qərarında və mübahisələndirilən həmin sərəncamda ifadə olunan mövqe "İnzibati icraat haqqında” Qanun anlamında inzibati akt və ya faktiki xarakterli hərəkət kimi qiymətləndirilə bilməz və bu baxımdan iddiaçı və üçüncü şəxs X7 üçün hüquqi nəticə yaratmır. Nəzərə almaq lazımdır ki, qeyd olunan qərar və sərəncam iddiaçının və üçüncü şəxs X5 birgə nikahlarından doğulmuş övladlarının soyadını dəyişdirmək hüququnu məhdudlaşdırmaq və ya həmin hüquqdan onları məhrum etmək keyfiyyətinə malik deyildir. Belə ki, yuxarıda istinad olunan normalar baxımından soyadın dəyişdirilməsi üzrə inzibati icraatı həyata keçirmək və həmin icraat nəticəsində soyadın dəyişdirilməsi ilə bağlı yekun qərar - inzibati akt qəbul etmək səlahiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına deyil, qeydiyyat şöbəsinə aiddir və yalnız qeydiyyat orqanının soyadın dəyişdirilməsi və ya dəyişdirilməsindən imtina edilməsi barədə qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Hazırkı mübahisə üzrə proses iştirakçılarına, xüsusilə də iddiaçıya izah olunmalıdır ki, soyadın, adın və ata adının dəyişdirilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” ilə müəyyən olunur. Həmin qaydalara əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq (xaricdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə) tərəfindən həyata keçirilir. Qəyyumluq və Himayəçilik Komissiyasının qərarı (qərarda ifadə olunan mövqeyi) və Cavabdeh sərəncamı yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi baxımından soyadın dəyişdirilməsi ilə bağlı rəy qismində qiymətləndirilməlidir. Həmin rəyin neqativ və ya pozitiv xarakter daşımasından asılı olmayaraq qeydiyyat şöbəsi tərəfindən soyadın dəyişdirilməsi ilə bağlı ərizə üzrə inzibati icraat başlanılmalı və icraat nəticəsində bu barədə müvafiq qərar qəbul edilməlidir (qeyd olunan rəyə icraat çərçivəsində qiymət verilməlidir). Qeydiyyat şöbəsi tərəfindən qəbul edilmiş qərar inzibati akt sayılır və həmin inzibati akt maraqlarına toxunan şəxs tərəfindən mübahisələndirilə bilər, yəni ilk baxışdan Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyasının qərarı və Cavabdeh sərəncamı inzibat akt təsəvvürü yaratsa da, onlar inzibati akt deyil və ayrıca hər hansı hüquqi nəticə yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, üçüncü şəxs X7 ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Birgə nigahından xx.xx.2018-ci il təvəllüdlü X11 dünyaya gəlmişdir. Ailədə olan söz-söhbətlər səbəbindən nigahları Sabirabad rayon məhkəməsinin 2(056)-197/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il tarixli, 184 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, övladı Ugur Babayevin saxlanılması üçün hər ay ondan sabit pul məbləğində 170 (yüz yetmiş) manat aliment alınması qət edilmişdir. Aliment pulunu hər ay vaxtlı-vaxtında ödəməsinə baxmayaraq qarşı tərəf övladı ilə onun ünsiyyət saxlamasına maneələr törətdiyi üçün məcbur qalıb pozulmuş hüquqlarının müdafiəsi üçün “uşaqla ünsiyyət hüququnun verilməsi” iddia tələbi ilə məhkəməyə müraciət etmiş və Sabirabad rayon Məhkəməsinin 2(056)-1471/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilmiş, ona övladı Ugur Babayev ilə anasının iştirakı ilə hər həftənin bazar günü saat 11:00-dan 14:00-dək görüş vaxtı müəyyən edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021- ci il tarixli, 2(106)-İ965/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, ona görüş vaxtının ananın iştirakı olmadan verilməsi qət edilmişdir. Üçüncü şəxs X7 ərizə verərək qanunsuz olaraq uşağın soyadını dəyişmişdir. Bu barədə yaxın müddətlərdə xəbər tutmuş və xəbər tutan kimi də araşdırma aparmışdır ki, uşağın soyadı hansı sənədlər əsasında dəyişdirilib. Uşağın soyadının qanunsuz dəyişdirildiyini bilən kimi, dərhal Azərbaycan Respublikası Baş Prokurorluğunun qaynar xəttinə müraciət etmiş və bu məsələ ilə bağlı Sabirabad rayon prokurorluğunda araşdırma aparılmış və cinayət işinin rədd edilməsi barədə xx.xx.2021 -ci il tarixdə qərar qəbul olunmuşdur. Həmin qərarda qeyd edilir ki, Ailə Məcəlləsinin 54.1 və 54.2-ci maddələrinin tələbləri pozularaq, onun razılığı olmadan qanunsuz olaraq övladı Ugur Babayevin soyadı "Məmmədzadə” soyadına Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi əsasında Cavabdeh Başçısının 31 may 2021-ci il tarixli, 61 nömrəli Sərəncamı əsasında dəyişdirilmişdir. Həmin Sərəncam əsasında da, Sabirabad "Asan xidmət” Mərkəzində övladına yeni doğum haqqında şəhadətnamə verilmiş və övladının soyadı "Babayev” soyadından "Məmmədzadə” soyadına dəyişdirilmişdir. Qeyd olunanlara əsasən Cavabdeh Başçısının 31 may 2021 -ci il tarixli, 61 nömrəli Sərəncamının ləğv edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər və onların nümayəndələri məhkəmə iclasına gəlməmişdir və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəlləsinin) 62.3-cü maddəsinə əsasən işə tərəflər və onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, İddiaçı1 iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verılənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İşdə olan xx.xx.2018-ci il tarixli, 9140 1 0684 03052018 nömrəli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X11 xx.xx.2018-ci il tarixdə doğulmuş, ata haqqında məlumat və ana haqqında məlumat qrafalarında müvafiq olaraq atası İddiaçı1 və anası isə X10 qeyd edilmişdir. Həmin doğum haqqında akt qeydinin surətindən həmçinin görünür ki, Sabirabad "Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli rəyinə əsasən ananın soyadı “Babayeva”-dan “Məmmədzadə”-yə, uşağın soyadı isə Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli, 61 nömrəli sərəncamına əsasən “Babayev”-dən “Məmmədzadə”-yə düzəliş olunmuşdur. İşdə olan Cavabdeh Qəyyumluq və himayəçilik komissiyasının xx.xx.2021-ci il tarixli, 15 nömrəli iclas protokolunun və qərarının surətlərindən görünür ki, Sabirabad rayonu, Cavad kəndində yaşayan X1 dəyişdirilərək doğum haqqında şəhadətnamədə X3 göstərilməsi qərara alınmışdır. İşdə olan Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli, 61 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, azyaşlı, 15 mart 2018-ci il təvəllüdlü X1 dəyişdirilərək “Məmmədzadə” soyadı ilə qeyd olunmasına razılıq verilməsi barədə Cavabdeh Qəyyumluq və himayəçilik komissiyasının 24 may 2021-ci il tarixli, 15 nömrəli protokolunun qərarı və uşağın valideyninin 05 may 2021-ci il tarixli ərizəsinin nəzərə alınması, X1 dəyişdirilərək “Məmmədzadə” soyadı ilə dövlət qeydiyyatının aparılmasına razılıq verilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli, AZ-İV 602341 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2018-ci il tarixdə doğulmuş, valideynləri qrafasında atası İddiaçı1 və anası isə X7 qeyd edilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh Qəyyumluq və himayəçilik komissiyasının xx.xx.2021-ci il tarixli, l5 nömrəli qərarında və mübahisələndirilən həmin sərəncamda ifadə olunan mövqe "İnzibati icraat haqqında” Qanun anlamında inzibati akt və ya faktiki xarakterli hərəkət kimi qiymətləndirilə bilməz və bu baxımdan iddiaçı və üçüncü şəxs X7 üçün hüquqi nəticə yaratmır. Qeyd olunan qərar və sərəncam iddiaçının və üçüncü şəxs X5 birgə nikahlarından doğulmuş övladlarının soyadını dəyişdirmək hüququnu məhdudlaşdırmaq və ya həmin hüquqdan onları məhrum etmək keyfiyyətinə malik deyildir. Belə ki, yuxarıda istinad olunan normalar baxımından soyadın dəyişdirilməsi üzrə inzibati icraatı həyata keçirmək və həmin icraat nəticəsində soyadın dəyişdirilməsi ilə bağlı yekun qərar - inzibati akt qəbul etmək səlahiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına deyil, qeydiyyat şöbəsinə aiddir və yalnız qeydiyyat orqanının soyadın dəyişdirilməsi və ya dəyişdirilməsindən imtina edilməsi barədə qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Soyadın, adın və ata adının dəyişdirilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” ilə müəyyən olunur. Həmin qaydalara əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq (xaricdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə) tərəfindən həyata keçirilir. Qəyyumluq və Himayəçilik Komissiyasının qərarı (qərarda ifadə olunan mövqeyi) və Cavabdeh sərəncamı yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi baxımından soyadın dəyişdirilməsi ilə bağlı rəy qismində qiymətləndirilməlidir. Həmin rəyin neqativ və ya pozitiv xarakter daşımasından asılı olmayaraq qeydiyyat şöbəsi tərəfindən soyadın dəyişdirilməsi ilə bağlı ərizə üzrə inzibati icraat başlanılmalı və icraat nəticəsində bu barədə müvafiq qərar qəbul edilməlidir (qeyd olunan rəyə icraat çərçivəsində qiymət verilməlidir). Qeydiyyat şöbəsi tərəfindən qəbul edilmiş qərar inzibati akt sayılır və həmin inzibati akt maraqlarına toxunan şəxs tərəfindən mübahisələndirilə bilər, yəni ilk baxışdan Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyasının qərarı və Cavabdeh sərəncamı inzibat akt təsəvvürü yaratsa da, onlar inzibati akt deyil və ayrıca hər hansı hüquqi nəticə yaratmır. Məhkəmə müəyyən etdiyi işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 1-ci maddəsinin yuxarıda qeyd edilən müddəalarından göründüyü kimi, inzibati orqanlar təkcə inzibati aktlar qəbul etmirlər, onlar fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli fəaliyyəti (hərəkətləri) də icra edirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə müvafiq icra hakimiyyəti orqanı bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. Digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, o valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, eləcə də üzrsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1 -ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Nazirlər Kabinetinin 12 may 2011 -ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”-nın 1.1-ci bəndinə görə bu Qaydalar "Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əlavələr edilməsi haqqında” 2010-cu il 31 may tarixli, 1016-İİİQD nömrəli Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli, 294 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri (bundan sonra qeydiyyat şöbəsi) və ya rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra - icra hakimiyyətinin nümayəndəliyi), xaricdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə konsulluqlar (bundan sonra - konsulluq) tərəfindən adların, ata adlarının və soyadların verilməsi, həmçinin qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən onların dəyişdirilməsi məsələlərini tənzimləyir. Həmin Qaydaların 6.2-ci bəndinə görə adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq (xaricdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə) tərəfindən həyata keçirilir. Hazırkı halda iddiaçının və üçüncü şəxs X5 hüquqi maraqları və məqsədləri birgə nikahlarından doğulmuş övladlarının soyadının dəyişdirilib-dəyişdirilməməsi ilə bağlıdır. Nail olmaq istədikləri məqsəd baxımından iddiaçı və üçüncü şəxs X2 dəyişdirilməsi üzrə normativ qaydalara uyğun davranmağa, soyadı dəyişdirməyə səlahiyyətli olan quruma müraciət edərək həmin orqan tərəfindən müvafiq qərarın qəbul olunmasını tələb etmək imkanından yararlanmağa borcludurlar. Soyadın dəyişdirilməsi proseduru, həmin proseduru aparmağa və soyadı dəyişdirməyə səlahiyyəti olan aidiyyəti orqanlar müvafiq qanunvericiliklə, o cümlədən Azərbaycan Respublikasının Ailə Məcəlləsi və Nazirlər Kabinetinin 12 may 2011 -ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” ilə tənzimlənir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Ailə Məcəlləsinin 54-cü maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Hazırkı mübahisəyə münasibətdə qeyd edilir ki, iş üzrə materiallardan üçüncü şəxs X5 övladının soyadının dəyişdirilməsi ilə bağlı Cavabdeh başçısına (Qəyyumluq və Himayəçilik Komissiyasına) müraciət etdiyi görünür. Yuxarıda istinad olunan normalarda şəxsin soyadının dəyişdirilməsi ilə bağlı səlahiyyətli orqan qismində Cavabdeh başçısı və ya onun yanında Qəyyumluq və Himayəçilik Komissiyası deyil, Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri müəyyən edilmişdir. İstinad olunan Qaydaların 1.5-ci bəndinə əsasən soyadın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Cavabdeh başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən razılıq və ya icazə verilməsini ifadə edən Cavabdeh Qəyyumluq və himayəçilik komissiyasının xx.xx.2021-ci il tarixli, 15 nömrəli qərarında və mübahisələndirilən həmin sərəncamda ifadə olunan mövqe "İnzibati icraat haqqında” Qanun anlamında inzibati akt və ya faktiki xarakterli hərəkət kimi qiymətləndirilə bilməz və bu baxımdan iddiaçı və üçüncü şəxs X7 üçün hüquqi nəticə yaratmır. Qeyd olunan qərar və sərəncam iddiaçının və üçüncü şəxs X5 birgə nikahlarından doğulmuş övladlarının soyadını dəyişdirmək hüququnu məhdudlaşdırmaq və ya həmin hüquqdan onları məhrum etmək keyfiyyətinə malik deyildir. Belə ki, iddiaçı tərəfindən yuxarıda istinad olunan normalar baxımından soyadın dəyişdirilməsi üzrə inzibati icraatı həyata keçirmək və həmin icraat nəticəsində soyadın dəyişdirilməsi ilə bağlı yekun qərar - inzibati akt qəbul etmək səlahiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına deyil, qeydiyyat şöbəsinə aiddir və yalnız qeydiyyat orqanının soyadın dəyişdirilməsi və ya dəyişdirilməsindən imtina edilməsi barədə qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Hazırkı mübahisə üzrə İddiaçı1 izah olunmalıdır ki, soyadın, adın və ata adının dəyişdirilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” ilə müəyyən olunur. Həmin qaydalara əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq (xaricdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə) tərəfindən həyata keçirilir. Qəyyumluq və Himayəçilik Komissiyasının qərarı (qərarda ifadə olunan mövqeyi) və Cavabdeh sərəncamı yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi baxımından soyadın dəyişdirilməsi ilə bağlı rəy qismində qiymətləndirilməlidir. Həmin rəyin neqativ və ya pozitiv xarakter daşımasından asılı olmayaraq qeydiyyat şöbəsi tərəfindən soyadın dəyişdirilməsi ilə bağlı ərizə üzrə inzibati icraat başlanılmalı və icraat nəticəsində bu barədə müvafiq qərar qəbul edilməlidir (qeyd olunan rəyə icraat çərçivəsində qiymət verilməlidir). Qeydiyyat şöbəsi tərəfindən qəbul edilmiş qərar inzibati akt sayılır və həmin inzibati akt maraqlarına toxunan şəxs tərəfindən mübahisələndirilə bilər, yəni ilk baxışdan Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyasının qərarı və Cavabdeh sərəncamı inzibat akt təsəvvürü yaratsa da, onlar inzibati akt deyil və ayrıca hər hansı hüquqi nəticə yaratmır. Hazırki vəziyyətdə iddiaçı tərəfindən uşağına verilmiş soyadın dəyişdirilməsi ilə bağlı səlahiyyət qeydiyyat şöbəsinə aid olduğu və yalnız qeydiyyat orqanının soyadın dəyişdirilməsi və ya dəyişdirilməsindən imtina edilməsi barədə mövqeyindən sonra inzibati qaydada və (və ya) məhkəməyə iddia ərizəsi ilə müraciət edilə bilər. Bununla belə məhkəmə gələcəkdə çətinliklərlə rastlaşmaması üçün iddiaçının nəzərinə çatdırır ki, uşağın soyadının dəyişdirilməsi ilə bağlı tələblə müraciət etməli, həmçinin həmin tələb üzrə cavabdeh orqan Cavabdeh deyil, Sabirabad “Asan xidmət” Mərkəzində Qeydiyyat şöbəsi olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı1 iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı1 Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Sədrlik edən Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar