Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3305/2025 23.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “X3 adına verilmiş JN-615 nömrəli 60801004 kodlu Dövlət Aktının etibarsız (ləğv) edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli 05 nömrəli qərarına əsasən X3 adına olan JN:615 saylı (kod ********) “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə X4, X6, X7, X9 iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan Ağcabədi rayonu keçmiş Üzeyir Hacıbəyov kolxozu ərazisində yerləşən ümumi sahəsi 2.9998 ha olan torpaq sahəsini qanunsuz zəbt etmiş X1 torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə baxışı zamanı məhkəmə tərəfindən ekspertiza təyin olunmuş və 2- (017)-42/2023 nömrəli mülki iş üzrə 25 iyun 2023-cü il tarixli 10-2392 nömrəli ekspertiza rəyinə əsasən Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən xx.xx.2017ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən, mülkiyyət hüququ ilə ona məxsus olan 2.9998 ha torpaq sahəsinin Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli 05 nömrəli qərarına əsasən X5 və ailə üzvlərinə JN:615 saylı (kod ********) "Torpağa mülkiyyət hüququna” dair Dövlət aktı ilə verilmiş 2.82 ha torpaq sahəsinin 2.65 ha hissəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, sözügedən torpaq sahəsi mərhum əri X8 tərəfindən xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən onun mülkiyyətinə keçmişdir. Həmin torpaq sahəsi illərdir ki, üçüncü şəxs qismində cəlb olunan X2 istifadəyə verilmişdir və S.Allahverdiyev 2021-ci ilədək bizə torpaq sahəsindən istifadəyə görə illik nağd pul və ya natura şəklində haqq ödəmişdir. Lakin əri öldükdən sonra S.Allahverdiyev müvafiq haqqı ödəməyi dayandırmaqla mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Qeyd etmək istəyir ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə və 6 saylı Beyləqan ərazi idarəsinə sorğu verməyinə baxmayaraq həm 1 saylı Bakı ərazi idarəsi, həm də 6 saylı Beyləqan ərazi idarəsi məsələ ilə bağlı hüquqmüəyyənedici sənədin yalnız məhkəmə sorğusu əsasında təqdim edilə biləcəyini cavab olaraq bildirmişdir. Həmçinin İddiaçı Mirzalı qızı tərəfindən Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli 05 nömrəli qərarına əsasən X5 və ailə üzvlərinə JN:615 saylı (kod ********) "Torpağa mülkiyyət hüququna” dair Dövlət aktının ləğv edilməsi ilə bağlı 6 saylı Beyləqan ərazi idarəsinə müraciət edilməsinə baxmayaraq bu günədək müraciətə rəsmi qaydada cavab verilməmiş, şifahi qaydada müraciət edildikdə isə mübahisənin yalnız məhkəmə qaydasında həll edilə bilinəcəyi iddiaçıya bildirilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qarar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3204/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə, İddiaçı Cavabdehnə qarşı “Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli 05 nömrəli qərarına əsasən X3 adına olan JN:615 saylı (kod ********) “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ləğv edilməsi” barədə iddiası mümkün sayılmamışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3204/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəf apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-231/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə, İddiaçı vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş. Şirvan İnzibati Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2-1(120)-3204/2024 nömrəli qərardadı ləğv edilərək, inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılması qərara alınmışdır. Qərardadda göstərilmişdir ki, torpaq islahatı zamanı Aqrar islahat Komissiyaları müvafiq ərazidə yaşayan subyektlərin dairəsini, sayını və onlara verilməli olan torpaq pay normasını müəyyən etmiş, verilməli olan torpaq sahəsinin kooodinatları isə həmin dövrdə səlahiyyətli qurum (DTXÇ Komitəsi) tərəfindən müəyyən edilmiş və müvafiq dövlət aktları verilmişdir. Başqa sözlə, müvafiq ərazidə yaşayan şəxslərin torpaq payı almaq hüququ Aqrar islahat Komissiyalarının qərarları ilə tanınsa da, hazırki halda iddiaçının hüquqi marağı üçüncü şəxslərin pay hüququndan məhrum edilməsi ilə deyil, pay verilmiş sahənin koordinatlarının düzgün işlənməməməsi ilə bağlıdır. İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Tərəflərə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, Cavabdeh nümayəndəsi və 3-cü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və 3-cü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfindən İddiaçı hüquqi yardım edilmişdir. İddiaçı nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə təqdim edərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının “işə xitam verilməsi barədə” ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. - 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə hesab edir ki, şərh olunan normativ hüquqi aktda iddiaçının ərizəsinə əsasən iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılması birbaşa nəzərdə tutulmasa da, inzibati mübahisənin onun iradəsinə uyğun olaraq sona çatdırılmasının mümkünlüyü təsbit olunmuşdurvə iddiaçının (və ya nümayəndəsinin) belə ərizəsi faktiki olaraq onun mübahisə ilə bağlı marağının itməsi səbəbindən iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul olunması ilə nəticələnə bilər. Başqa sözlə,iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddia ərizəsinin qaytarılması barədə ərizə verdikdə, bu o anlama gəlir ki, iddiaçı iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55 və 80ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı nümayəndəsi Nümayəndə2 ərizəsi təmin olunsun. İddiaçı Cavabdehnə qarşı “X3 adına verilmiş JN-615 nömrəli 60801004 kodlu Dövlət Aktının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-3305/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3305/2025
23.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver