Məhkəmə qərarları › İş №2-1(120)-3319/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3319/2025

19.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3319/2025 19.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Babayeva Gülnarə Eldar qızının katibliyi, cavabehin nümayəndəsi X21 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı qərarın, dövlət aktının və çıxarışın qismən ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi idarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş JN 172, kod 80617018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” üzrə Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli, 06 saylı qərarının X19 aid olan hissədə ləğv edilməsini və X22 adlı şəxsin adının JN 172, kod 80617018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”ndan və həmin dövlət aktının əsasında verilmiş **********64 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan çıxarılması öhdəliyinin qoyulması barədə qərar çıxarılması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, xx.xx.1979-cu il tarixdə doğulmuşdur. Hal-hazırda Cəlilabad rayonunda yaşayır. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli, 06 saylı qərarı ilə ona və ailə üzvlərinə Cəlilabad rayonunun Muğan kəndində 1,42 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin onlara verilməsinə dair JN 172, kod 80617018 nömrəli “Topraöa mülkiyyət hüququna dair dövlət aktı” tərtib edilmişdir. Onlar həmin dövlət aktı əsasında mülkiyyətlərində olan Muğan kəndindəki 1,42 ha torpaq sahəsi 13 dekabr 2019-cu il tarixində onların adına dövlət qeydiyyatına alınmış və reyestrdən çıxarış verilmişdir. X1 adlı şəxsin adı da qeyd olunmuşdur. Onların Cavid adlı ailə üzvləri yoxdur. Onun adı səhvən Cavid kimi qeyd olunmuşdur. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etsə də, müraciəti təmin olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə və İPM-nin 47-ci maddəsinə uyğun olaraq xx.xx.2025-ci il tarixli məhkəmə bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxslərə təqdim edilmiş, cavabdehə iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirmələri təklif olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim olunmamışdır. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etmir.Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi Aqrar İslahat komissiyasının qərarından, Dövlət aktından və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat **********64 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 51 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində X16 adının çıxarılmasıdır. Belə olan halda, iddiaçı hesab etmişdir ki, onların ailə üzvü olmayan İddiaçı adının mülkiyyətçilər sırasında olması onun və ailə üzvlərinin hüquqlarını pozulmuşdur. Prosessual qanunun tələbinə görə,inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati mübahisə üzrə iddia isə onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. (2.3-cü bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.”(9-cu bənd) Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddia ərizəsindən göründüyü kimi iddiaçının hüquqi marağı eyni zamanda Aqrar İslahat Komissiyasının qərarının ləğvindən ibarətdir. Məhkmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnamənin 3-cü bəndində Xidmətin vəzifələri aşağıdakı kimi göstərilmişdir: 3.0.18. Daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23 Daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.26 Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, iddiaçı, cavabdeh DƏDKR publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı Cəlilabad Rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli 06 saylı qərarının X19 münasibətdə ləğvinə dair tələbinə cavab verməli inzibati orqan olmadığı üçün iddiaçının tələbinə bu hissədə də baxıla bilməz. Məhkəmə hesab edir ki, hazırkı işə inzibati məhkəmə icraatı qaydasında baxılmalı deyil. Belə ki, məhkəmənin müvafiq sorğularına əsasən verilmiş: Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 18/2-12690 saylı cavab məktubunda qeyd olunmuşdur ki, X16 Azərbaycan Respublikasının ərazisində qeydiyyatı və sənədləşdirilməsi barədə məlumat müəyyən edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin 3-21-3-60/2-1240/2025 saylı, xx.xx.2025ci il tarixli cavab məktubu ilə təqdim olunmuş “Bakı fəhləsi” Y.İ.E.M ərazisində torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında X3, X6, X7, X8, X4, X16, X9 adları qeyd olunmuşdur. DƏDKR publik hüquq şəsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 3-21-3-44/2-3544/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubu ilə təqdim olunmuş Torpağa mülkiyyət hüququna dair JN 172, KOD 80617018 seriyalı dövlət aktının surətindən müəyyən olunur ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 06 nömrəli qərarı ilə X10, X12, X13, X14, X11, X19, X2 təsərrüfatı məhsullarının istehsalı üçün 1,42 ha torpaq sahəsi ayrılmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Cəlilabad rayonu, Muğan kəndində yerləşən 1,42 ha torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixdə X5, X8, X4, X16, İddiaçı, X6 paylı mülkiyyət hüquqları Daşınmaz əmlakın dövlət reyestrində 51 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydiyyata alınmışdır. Ədliyyə Nazirliyi Vətəndaşlıq X18 3-16-5/4-13-6518/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən İddiaçı doğumunun xx.xx.1979-cu ildə Cəlilabad rayonunun Muğan icra nümayəndəliyində qeydə alındığı, atasının xx.xx.1950-ci il təvəllüdlü X17, anasının isə xx.xx.1948-ci il təvəllüdlü X20 olduğu müəyyən edilmişdir.Atası A.Qarayev və anası G.Z.Qarayeva (Zeynalova) olan xx.xx.1968-ci il təvəllüdlü Kəmalə Qarayevanın, xx.xx.1969-cu il təvəllüdlü Bəxtiyar Qarayevin, xx.xx.1972-ci il təvəllüdlü Zəminə Qarayevanın, xx.xx.1974-cü il təvəllüdlü Zərifə Qarayevanın, xx.xx.1976-cı il təvəllüdlü Gülnarə Qarayevanın və xx.xx.1982-ci il təvəllüdlü Gülarə Qarayevanın doğumları Cəlilabad rayonunun Muğan icra nümayəndəliyində qeydə alınmışdır. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçının ailə üzvləri sırasında X30 adlı şəxs yoxdur və hazırda iddiaçı düzəliş edilməsini tələb etdiyi **********64 reyestr nömrəli çıxarış “Torpağa mülkiyyət hüququna dair” JN 172, KOD80617018 seriyalı dövlət aktı əsasında verilmişdir ki, həmin dövlət aktı da Cəlilabad rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mülki məhkəmə icraatı qaydasında “faktın müəyyən olunması” barədə iddia tələbi vasitəsilə iddiaçının yuxarıda adı çəkilən şəxsin X16 əslində İddiaçı olması müəyyən olunduqdan sonra, onun tərəfindən hazırkı tələblə əvvəlcə inzibati orqana, sonuncu tərəfindən müraciəti təmin olunmadığı halda isə inzibati məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ yaranmış olacaqdır. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə qanunla nəzərdə tutulmuş qaydada İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım məktubu göndərilərək, izah edilmişdir ki, Aqrar İslahat Komissiyasının qərarı əsasında sənədləşmə aparılarkən İddiaçı əvəzinə X22 qeyd olunmuşdur.Hüquqmüəyyənedici sənəddə yəni qismən ləğvini tələb etdiyi qərarda, aktda və çıxarışda və digər sənədlərdə göstərilən şəxsin Cavid deyil Cahid olması faktının müəyyən olunması üçün aidiyyəti üzrə rayon ( şəhər) məhkəməsinə müraciət etmək hüququ vardır. Hüquqmüəyyənedici sənədlərlə bağlı qeyd edilməlidir ki, iddiaçı onları verən təşkilat tərəfindən sənəddə olan səhvlər aradan qaldırılmadığı halda, hüquqmüəyyənedici sənədlərin ona məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi hüququna malikdir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və İPM-nin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı qərarın, dövlət aktının və çıxarışın qismən ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar