Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-332/2022 01.02.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin 2 saylı Şirvan-Salyan regional ərazi filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin 2 saylı Şirvan-Salyan regional filialına qarşı «işlədiyi illər sığorta stajına daxil edilməklə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 01 fevral 2022-ci il tarixdə, məhkəmənin binasında (ünvan: Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 10) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin 6 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1972-1977-ci və 1978-1996-cı illərdə Neftçala rayon “Nizami” adına kolxozda işlədiyi və X9 Texnikumunda “Zoomexanik” ixtisası üzrə təhsil aldığı 1975-1978-ci illəri sığorta stajı kimi müəyyən edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin hazırlıq icraatı mərhələsində iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin 6 saylı regional ərazi filialının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin 6 saylı regional ərazi filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı ilə əvəz ilə əvəz olunmuşdur. Bundan əlavə iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin 2 saylı Şirvan-Salyan regional filialı ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin 2 saylı Şirvan- Salyan regional filialı ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, yaşa görə əmək pensiyası təyin olunması üçün DSMF 6 saylı Regional Ərazi Filialına müraciət etmişdir. Ona DSMF 6 saylı Regional Ərazi Filialı tərəfindən “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiyaların təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarına əsaslanaraq məktubla imtina edilərək, yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. O, 1972-1977-ci və 1978-1996-cı illərdə Neftçala rayon “Nizami” adına kolxozda işləmiş və əmək haqqı almışdır. Həmin illərdə yuxarıda qeyd etdiyi kolxozda işləməyi Neftçala rayon Dövlət Arxivinin 12.02.2020-ci il tarixli, 11 nömrəli arxiv arayışı ilə təsdiq olunur. Bundan başqa X9 Texnikumunda “Zoomexanik” ixtisası üzrə 1975-1978-ci illərdə oxumuş və diplom almışdır. İddiaçı göstərilənlərə əsaslanaraq, 1972-1977-ci və 1978-1996-cı illərdə Neftçala rayon “Nizami” adına kolxozda işlədiyi və X9 Texnikumunda “Zoomexanik” ixtisası üzrə təhsil aldığı 1975-1978-ci illəri sığorta stajı kimi müəyyən edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin 2 saylı Şirvan-Salyan regional ərazi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı 20.09.2021-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun 6 saylı regional ərazi filialına yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Lakin ərizəçinin müraciətinə baxılaraq, arxiv arayışı ilə təsdiq edilən iş illəri əmək kitabçasında öz əksini tapmadığından və Salyan rayon X6 tərəfindən verilmiş 015315 nömrəli diplom ilə X10 filialı tərəfindən verilmiş 30.06.2021-ci il tarixli, 368 nömrəli arxiv arayışı arasında uyğunsuzluq olduğu üçün həmin illərin sosial sığorta stajına daxil edilməsi qanunvericiliyə əsasən mümkün olmadığı bildirilmişdir. İddiaçı 1972, 1977, 1978-1996-cı illərdə “Nizami” adına kolxozda çalışdığını iddia edir. Qeyd olunan illər üzrə iddiaçının əldə etdiyi əmək haqqları X7 filialının 12.02.2020-ci il tarixli, 11 nömrəli arayışında qeyd olunmuşdur. Lakin iddiaçının işlədiyini iddia etdiyi dövrlər əmək kitabçasında öz əksini tapmadığı üçün qanunvericilik normalarının tələblərinə əsasən həmin dövrlər sosial sığorta stajına daxil edilməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Mübahisəli müddətlər üzrə qüvvədə olmuş “X1 haqqında” Qanunun “Əmək pensiyası hüququ olan şəxslər” adlanan 3-cü maddəsinə görə qanunla nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi, yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlərin - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun “Pensiyaların ödənilməsi üçün vəsait” adlanan 10-cu maddəsinə görə isə bu Qanunla təyin edilmiş dövlət pensiyalarının ödənilməsi Respublika Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına həyata keçirilir. Həmin vəsait aşağıdakılardan əmələ gəlir: mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisə, idarə və təşkilatların sosial sığorta ayırmaları. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasən pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında" Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Göründüyü kimi, istər hazırda qüvvədə olan, istərsə də mübahisəli dövrlər üzrə qüvvədə olan pensiya qanunvericiliyinə görə işçiyə pensiya ödənilməsi üçün müəssisə tərəfindən müvafiq sosial sığorta ödənişi aparılması mütləqdir və yalnız bu halda iş müddəti sosial sığorta stajına daxil edilir. Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçiiərininxidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əməkkitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli 638 nömrəli qərar ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə“ Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Maddələrin məzmunundan görünür ki, sosial sığorta stajını təsdqi edən sənəd əmək kitabçasıdır. Digər zəruri məsələ isə Salyan rayon X6 tərəfindən verilmiş 01.03.1978-ci il tarixli, 015315 nömrəli diplom ilə X10 filialı tərəfindən verilmiş 30.06.2021-ci il tarixli, 368 nömrəli arxiv arayışı arasında uyğunsuzluğun olmasıdır. Belə ki, 01.03.1978-ci il tarixdə Salyan rayon X6 tərəfindən verilmiş 015315 nömrəli diplomda İddiaçı 1975-ci il tarixdən 1978-ci il tarixədək təhsil aldığı qeyd olunmuşdur. X10 filialı tərəfindən verilmiş 30.06.2021-ci il tarixli 368 nömrəli arxiv arayışında isə İddiaçı 21.08.1973-cü il tarixdə Salyan rayon X8 qəbul edildiyi, 04.05.1974-cü il tarixdən 19.05.1976-cı il tarixədək hərbi hissədə xidmət etdiyi, 19.05.1976-cı il tarixdən Texnikuma bərpa edildiyi və 28.02.1978-ci il tarixdə Texnikumu bitirdiyi qeyd olunmuşdur. Göründüyü kimi İddiaçı təhsil aldığı dövrlər üzrə zəruri sənədlər arasında uyğunsuzluq mövcuddur. Belə olan halda İddiaçı tələb olunan 25 il sığorta stajına və ya pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığından onun yaşa görə pensiya almaq hüququ yaranmır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı xx.xx.1956-cı il tarixdə Neftçala rayonu Qaçaqkənd kəndində anadan olmuş, 06 may 1974-cü ildən 07 may 1976cı il tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş (2 il 01 gün); Neftçala rayon sabiq “Nizami” adına kolxozda 1972-ci ildə 137 adam günü, 1977-ci ildə 61 adam günü, 1978-ci ildə 281 adam günü, 1979-cu ildə 310 adam günü, 1980-ci ildə 344 adam günü, 1981-ci ildə 320 adam günü, 1982-ci ildə 290 adam günü, 1983-cü ildə 237 adam günü, 1984-cü ildə 278 adam günü, 1985-ci ildə 325 adam günü, 1986-cı ildə 330 adam günü, 1987-ci ildə 315 adam günü, 1988-ci ildə 294 adam günü, 1989-cu ildə 303 adam günü; 1990-cı ildə 290 adam günü, 1991-ci ildə 298 adam günü, 1992-ci ildə 327 adam günü, 1993-cü ildə 347 adam günü, 1994-cü ildə 283 adam günü, 1995-ci ildə 335 adam günü, 1996-cı ildə 343 adam günü işləmişdir. İş materiallarında olan Neftçala rayon Dövlət Arxivinin 12.02.2020-ci il tarixli, 11 saylı Arayışından görünür ki, Neftçala rayon sabiq “Nizami” adına kolxozda kişilər üçün 1972, 1977-1985-ci illərdə adam günləri minimum 220 gün, 1986-1996-cı illərdə adam günləri minimum 200 gün müəyyən olunmuşdur. Qeyd olunan normalara əsasən iddiaçı 1972 və 1977-ci illərdə kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirməmişdir. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Neftçala Rayon Şöbəsinin 11.02.2020-ci il tarixli, 149 nömrəli arayışından görünür ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı 06.05.1974-cü ildən 07.05.1976-cı il tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. (Əsas: NZ-3043592 saylı hərbi bilet). Bundan əlavə, iş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin Neftçala rayon qəbul şöbəsinin mütəxəssisi X5, Neftçala rayon Dövlət Arxivinin müdiri Vidadi Həmzəyevin iştirakı ilə tərtib edilmiş 03 sentyabr 2021-ci il tarixli Aktda göstərilmişdir ki, İddiaçı 1972-1996-cı illərdə Neftçala rayon Dövlət Arxivində mühafizə olunan keçmiş “Nizami” adına kolxozda iş stajı, əmək günləri və əmək haqqları yerində qarşılıqlı şəkildə yoxlanıldı. Yoxlama zamanı müəyyən edildi ki, İddiaçı keçmiş Neftçala rayon sabiq “Nizami” adına kolxozda 1972-ci ildə 220 adam gününə qarşı 137 adam günü, 1977-ci ildə 220 adam gününə qarşı 61 adam günü, 1978-ci ildə 220 adam gününə qarşı 281 adam günü, 1979-cu ildə 220 adam gününə qarşı 310 adam günü, 1980-ci ildə 220 adam gününə qarşı 344 adam günü, 1981ci ildə 220 adam gününə qarşı 320 adam günü, 1982-ci ildə 220 adam gününə qarşı 290 adam günü, 1983-cü ildə 220 adam gününə qarşı 237 adam günü, 1984-cü ildə 220 adam gününə qarşı 278 adam günü, 1985-ci ildə 220 adam gününə qarşı 220 adam günü, 1986cı ildə 200 adam gününə qarşı 330 adam günü, 1987-ci ildə 200 adam gününə qarşı 315 adam günü, 1988-ci ildə 200 adam gününə qarşı 294 adam günü, 1989-cu ildə 200 adam gününə qarşı 303 adam günü; 1990-cı ildə 200 adam gününə qarşı 290 adam günü, 1991ci ildə 200 adam gününə qarşı 298 adam günü, 1992-ci ildə 200 adam gününə qarşı 327 adam günü, 1993-cü ildə 200 adam gününə qarşı 347 adam günü, 1994-cü ildə 200 adam gününə qarşı 283 adam günü, 1995-ci ildə 200 adam gününə qarşı 335 adam günü, 1996cı ildə 200 adam gününə qarşı 343 adam günü qazanmışdır. Yoxlama zamanı heç bir qanunsuzluq aşkar edilməmişdir. Bundan əlavə, iş materiallarında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin 04.05.2021-ci il tarixli, **********667400 saylı Sosial sığorta ödənişləri barədə arayışından görünür ki, İddiaçı tərəfindən 2020-ci ilin 1-ci, 2-ci, 3-cü, 4-cü və 2021-ci ilin 1-ci rübləri üçün təqdim edilmiş Məcburi dövlət sığorta bəyannaməsi məlumatlarına əsasən 01.01.2020-ci il tarixdən 31.03.2021-ci il tarixədək 1 il, 3 ay üzrə 325,0 manat Məcburi dövlət sığorta haqqı hesablanmış və 325,0 manat Məcburi dövlət sığorta haqqı dövlət büdcəsinə ödənilmişdir. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası X10 filialının 19.10.2021-ci il tarixli, 556 saylı Arxiv Çıxarışından görünür ki, X10 filialında mühafizə olunan X9 Texnikumunun arxiv sənədlərində, o cümlədən 1973-1978-ci illərə aid şəxsi heyət üzrə əmrlərindən X3 Azad Absəməd oğlu 21.08.1973-cü il tarixli, 169 nömrəli əmrə əsasən qəbul komissiyasının 21.08.1973-cü il tarixli, 6 nömrəli iclas protokolunun qərarına əsasən zootexnik ixtisası üzrə 10 illik bazadan İİ-kursa Texnikuma qəbul edilmiş, 04.05.1974-cü il tarixli, 74 nömrəli əmrlə ordu sırasına getmiş hesab edilmiş, 19.05.1976cı il tarixli, 77 nömrəli əmrlə ordu sırasından qayıtdığından İİ – zootexnik kursuna bərpa edilmişdir. 05.10.1977-ci il tarixli, 139 nömrəli əmrlə 20.06.1977-ci il tarixdən 05.10.1977-ci il tarixə kimi texnoloji istehsalat təcrübəsində olmuş əyani zootexnik kurs tələbəsi İddiaçı istehsalat təcrübəsindən qayıtmış hesab edilmiş, 28.02.1978-ci il tarixli, 27 nömrəli əmrlə zootexnik ixtisas vermə komissiyasının 24.02.1978-ci il tarixli, 19 nömrəli protokolla 25.02.1978-ci il tarixli, 21 nömrəli protokola əsasən İddiaçı texnikumu bitirmiş hesab edilmişdir. Bundan əlavə, iş materiallarında olan Ö № 015315 saylı, 01.03.1978-ci il tarixli Diplomun surətindən görünür ki, İddiaçı 1975-ci ildə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin AK. F.Ə.Məlikov adına X9 Texnikumuna daxil olmuş və 1978-ci ildə həmin Texnikumun zootexnik ixtisası üzrə tam kursu bitirmişdir. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qüvvəyə mindiyi tarixədək qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. (01.01.2006-cı il tarixədək müəyyən edilmiş pensiya hüquqlarınız pensiya kapitalına çevrilməklə). Belə ki, təqdim etdiyiniz sənədlərdə Neftçala rayon arxivi tərəfindən verilmiş 12.02.2020-ci il tarixli, 11 saylı arxiv arayışında göstərilən “Nizami” adına kolxozda 1972, 1977, 1978-1996-cı illər arasında işlədiyiniz illərə aid adınıza əmək kitabçası açılmadığı üçün və 01.03.1978-ci ildə X9 Texnikumu tərəfindən verilmiş (1975-1978) Ö № 015315 nömrə ilə X10 Filialı tərəfindən verilmiş təhsil müddəti ilə bağlı 30.06.2021-ci il tarixli, 368 nömrəli arxiv arayışında uyğunsuzluq olduğu üçün qanunvericilyin tələblərinə uyğun olaraq həmin illərin tərəflərindən sığorta stajı kimi nəzərə alınması mümkün hesab edilməmişdir. Yəni, həmin dövr nəzərə alınmadıqda yaşa görə əmək pensiyası hüququ verən pensiya kapitalına və ya 25 il ümumi iş stajına malik olmadığınız üçün Sizə yaşa görə əmək pensiyası təyin etmək mümkün deyil. İddiaçının kolxozda işlədiyi illərin əmək kitabçasında qeyd olunmaması səbəbindən onun işlədiyi illərin sosial sığorta stajına daxil edilməsindən cavabdehin imtina dəlilini əsassız sayan məhkəmə qeyd edir ki, qüvvədən düşmüş “X1 haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2- ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, 23 sentyabr 1992-ci il tarixli “X1 haqqında” Qanunun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Beləliklə, iddiaçının kolxozda işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1972, 1977-1996-cı illərdəki əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə Neftçala rayon sabiq “Nizami” adına kolxozda işlədiyi Neftçala rayonu Dövlət Arxivi tərəfindən verilmiş 12.02.2020-ci il tarixli, 11 nömrəli arxiv arayışı ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının Neftçala rayon sabiq “Nizami” adına kolxozda işlədiyi 1978-1996-cı illər onun sosial sığorta stajına tam daxil edilməlidir. O, 1972 və 1977-ci illərdə kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirmədiyindən iddiaçının həmin illərdə iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik işlədiyi müddət onun sosial sığorta stajına daxil edilməklə, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin 2 saylı Şirvan-Salyan regional ərazi filialının üzərinə qoyulmalıdır. Belə ki, “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi xx.xx.1956-cı il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası hüququ 65 yaşının tamam olduğu 25.03.2021-ci il tarixdə yaranmışdır. İddiaçının 1972, 1977-1996-cı illərdə Neftçala rayon sabiq “Nizami” adına kolxozda işlədiyi müddət, 1975-1978-ci illərdə X9 Texnikumunda əyani təhsil aldığı müddət və hərbi xidmət illəri nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının 1972 və 1977-ci illərə dair təqdim etdiyi arayışdakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilibyetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən «X1» haqqında Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Neftçala rayonu Dövlət Arxivi tərəfindən verilmiş 12.02.2020-ci il tarixli, 11 nömrəli arayışından müəyyən edilir ki, Neftçala rayon sabiq “Nizami” adına kolxozda kişilər üçün 1972 və 1977-ci illərdə adam günləri minimum 220 gün müəyyən olunmuşdur. Buna qarşılıq iddiaçı tərəfindən minimum əmək iştirakı norması 1972 və 1977-ci illərə münasibətdə iddiaçı minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də həmin illər ona tam əmək stajı kimi hesablana bilməz. Həmin illər iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının 1972, 1977-ci illərdə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir - (137+ 61) × 12 = 2376/220= 10 ay 08 gün; ümumilikdə 19 il 10 ay 08 gün. Beləliklə, iddiaçının 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Bundan başqa X9 Texnikumu tərəfindən verilmiş 01.03.1978-ci il tarixli, Ö № 015315 nömrəli diplom ilə X10 Filialı tərəfindən verilmiş təhsil müddəti ilə bağlı 30.06.2021-ci il tarixli, 368 nömrəli arxiv arayışında uyğunsuzluq olması, yəni 01.03.1978ci il tarixdə X9 Texnikumu tərəfindən verilmiş 01.03.1978-ci il tarixli, Ö № 015315 nömrəli diplomda İddiaçı 1975-ci il tarixdən 1978-ci il tarixədək təhsil aldğının qeyd edilməsi, X10 Filialı tərəfindən verilmiş 30.06.2021-ci il tarixli, 368 nömrəli arxiv arayışında isə İddiaçı 21.08.1973-cü il tarixdə X9 Texnikumuna qəbul edildiyi, 04.05.1974-cü il tarixdən 19.05.1976-cı il tarixədək hərbi hissədə xidmət etdiyi, 19.05.1976-cı il tarixdən Texnikuma bərpa edildiyi və 28.02.1978-ci il tarixdə Texnikumu bitirdiyinin qeyd olunduğu, iddiaçı A.Ə.Ələkbərovun təhsil aldığı dövrlər üzrə zəruri sənədlər arasında uyğunsuzluğun mövcud olması barədə cavabdeh inzibati orqanın etiraz dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının həqiqətən X9 Texnikumunda zootexnik ixtisası üzrə 1975-1978-ci illərdə əyani təhsil aldığı Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin AK. F.Ə.Məlikov adına X9 Texnikumu tərəfindən ona verilmiş Ö № 015315 nömrəli diplomla öz təsdiqini tapmışdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı Neftçala rayonu Dövlət Arxivinin 12.02.2020-ci il tarixli, 11 nömrəli arxiv arayışında göstərilən Neftçala rayon sabiq “Nizami” adına kolxozda 1978-1996-cı illərə dair iş stajı, eləcə də 1972 və 1977-ci illərə dair iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət, həmçinin 1975-1978-ci illərdə X9 Texnikumunda əyani təhsil aldığı müddət və hərbi xidmət illəri nəzərə alınmaqla hüququ yarandığı vaxtdan ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin 2 saylı Şirvan-Salyan regional filialının üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı Neftçala rayon Dövlət Arxivinin 12.02.2020-ci il tarixli, 11 nömrəli arxiv arayışında göstərilən Neftçala rayon sabiq “Nizami” adına kolxozda 1978-1996-cı illərə dair iş stajı, eləcə də 1972 və 1977-ci illərə dair iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət, həmçinin 1975-1978-ci illərdə X9 Texnikumunda əyani təhsil aldığı müddət və hərbi xidmət illəri nəzərə alınmaqla hüququ yarandığı vaxtdan ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin 2 saylı Şirvan-Salyan regional filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-332/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-332/2022
01.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver