Məhkəmə qərarları › İş №2-1(120)-332/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-332/2023

17.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-332/2023 17.04.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «onun hüququnun yarandığı 19 avqust 2019-cu il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 17 aprel 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi,10) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 19 avqust 2019-cu il tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa və staja görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əhalinin Əmək Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafıə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı arasında pensiya hüququnun yarandığı tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hal-hazıra kimi yaranmış fərqin hesablanaraq ödənilməsi məsələsi ilə əlaqədar mübahisə yaranmışdır. 01 yanvar 2006-cı il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün qeyd edilən tarixə kimi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasmın Qanununun 9-cu maddəsinin 8-ci bəndinə əsasən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi və hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi xahişi ilə cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına rəsmən müraciət etmiş, lakin cavabdeh 12 yanvar 2022 -ci il tarixli, **********8 nömrəli məktubla onun xahişini yerinə yetirməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, 01 yanvar 2006-cı ilə qədər topladıgı ümumi is stajı 25 ildən az təskil edir və qanunvericiliyin tələbləri baxımından ona güzəstli sərtlərlə yaşa görə əmək pensiyası təyinatı mümkün hesab edilmir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31-ci maddəsinin 31.1-ci bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. O, 19 avqust 1962-ci ildə Qazı-Məmməd şəhərində doğulmuş və hazırda Hacıqabul şəhərində yaşayır. Orta məktəbi bitirdikdən sonra Sumqayıt Kimya Texnologiyası Texnikumunun əyani şöbəsinə daxil olmuşdur. 25 noyabr 1980-ci il tarixində hərbi xidmətə çağırılması ilə əlaqədar akademik məzuniyyətə çıxanlmışdır. 22 noyabr 1980-30 yanvar 1983-cü il tarixdə həqiqi hərbi xidmətdə olmuşdur. 07 sentyabr 1982-ci il tarixdə Sumqayıt Kimya Texnologiyası Texnikumunun əyani şöbəsinə bərpa edilmiş, 30 aprel 1984-cü il tarixdə həmin texnikumu bitirmişdir. 10 iyun 1983-31 avqust 1983-cü il tarixlərində texnoloji praktikada (texnikumda təhsil dövründə) olmuşdur. 17 sentyabr 1984- 17 sentyabr 1985-ci il tarixdə "xxxx" İstehsalat-Təmir Müəssisəsinin Əli-X3 daimi təmir sahəsində qazan avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində çalışmışdır. 18 sentyabr 1985-ci ildə "xxxx" Xüsusiləşdirilmiş Müəssisəsinin X5 Stansiyasında yanacaq kimi istifadə edilməsi üçün Daş kömürün toz halına salınması və qazan avadanlığının təmiri üzrə 3-cü dərəcəli elektrik çilingəri peşəsinə işə qəbul edilmiş və 30 sentyabr 1992-ci il tarixdə "xxxx" müəssisəsinin Azərbaycan-Rusiya birgə Filialına keçirilməsi ilə əlaqədar işdən azad edilmişdir. 01 oktyabr 1992-ci il tarixdə "xxxx" Xüsusiləşdirilmiş Müəssisəsinin X5 Stansiyasında yanacaq kimi istifadə edilməsi üçün Daş kömürün toz halına salınması və qazan avadanlığının təmiri üzrə 3-cü dərəcəli elektrik çilingəri vəzifəsinə qəbul edilmiş və 01 aprel 1997-ci il tarixdə işdən azad edilmişdir. 01 aprel 1997-ci il tarixdə "xxxx" Dövlət Şirkətinin İstehsalat-Təmir Müəssisəsinin Təmirmexanikləşdirmə Sexinin Əli- Bayramlı Sahəsində qazan və turbin avadanlıqlannın təmiri üzrə elektrik çilingəri peşəsinə işə qəbul edilmiş və 15 may 2002-ci ildə işdən azad edilmişdir. 16 may 2002-ci ildə "xxxx" MMC-nin Kran Yolları və X2 Əli-Bayramlı sahəsində qazan və turbin avadanlıqlarınm təmiri üzrə çilingər peşəsinə işə qəbul edilmiş və 28 noyabr 2008-ci il tarixdə işdən çıxmışdır. 01 yanvar 2006-cı il tarixə kimi topladığı staj əsasında iddiaya baxıldığı üçün sonrakı dövrləri sadalamır və həmin dövrlər əmək kitabçasının surətində qeydlərlə əks edilir. Cavabdehin imtina məktubunu nəzərdən keçirdikdə məlum olur ki, güzəştli iş stajının 12 il 6 aydan çox olmasını, həmçinin, pensiya kapitalının məbləğini mübahisələndirmir və onun məbləğinin pensiya təyinatı üçün maneə olmadığını qəbul edir. Mübahisələndirilən yeganə məsələ onun 01 yanvar 2006-cı il tarixinə kimi topladığı ümumi iş stajının guya 25 ildən az olmasıdır ki, bu məsələnin həqiqətə uyğun olmaması sübuta yetirildiyi təqdirdə, ona güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun olması sübut edilmiş olacaqdır. Cavabdeh imtina məktubunda onun ümumi iş stajı dövrlərini sadalarkən, naməlum səbəblərdən 18 sentyabr 1985-30 sentyabr 1992-ci il tarixlərindəki 7 il 12 günlük iş stajını 6 il 3 ay 14 gün kimi qəbul etmişdir. Başqa sözlə, həmin dövr üçün əmək stajını 8 ay 28 gün az göstərmişdir. Halbuki, həmin 8 ay 28 günlük staj cavabdehin qəbul etdiyi 24 il 7 ay 6 günlük ümumi iş stajına əlavə edildikdə, 25 il 4 ay 16 gün ümumi əmək stajının olması müəyyən olunur. Cavabdehin qeyd edilən staj dövründə hansı səbəblə 01 yanvar 1992-30 sentyabr 1992-ci il tarixləri arasında olan dövrü əmək stajına daxil etməməsi ona məlum deyildir. Cavabdehin bu hərəkəti 7 il 12 günlük iş stajının bir hissəsini qəbul edib, digər hissəsinin qəbul etməməsi başa düşülən deyil, belə ki, cavabdeh heç bir əks arqument təqdim etməmişdir. Göründüyü kimi, cavabdeh işin düzgün həlli üçün tam, obyektiv, xidməti vəzifəsindən irəli gələn araşdırma aparmamış, onun xeyrinə olan halları nəzərə almamış, təqdim etdiyi sənədlərin mötəbərliyini əks sübutlarla təkzib etməmiş, özü əks sübutlar toplamamışdır. «İnzibati İcraat Haqqında» Azərbaycan Respublikasının Qanununun 19.1-ci maddəsində göstərilən “İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fıziki və ya hüquqi şəxslər tərəfındən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır” maddələrini pozmuşdur. Hazırda qüvvədə olan və Azərbaycan Respublikasında pensiya hüququnu tənzimləyən əsas qanun olan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən “Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafıq surətdə təyin edilir”. 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən “Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfındən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər-55 yaşma çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsinə əsasən, həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997ci ildən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Konstitusiyasınm 149-cu maddəsinin Vİİ hissəsinə görə fıziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktlann qüvvəsi geriyə şamil olunur. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunmur. 23 yanvar 2007-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüquq verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın 2. Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı bölməsində 2140000a—18455 şifrəsi ilə qeyd edilmiş qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların isini təmin edən ölcü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri güzəstli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə. ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prınsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasınm Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasımn Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsınə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uygun çıxarılmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinin 32.1-ci bəndinə müvafıq olaraq yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Yenə həmin Qanunun 37-ci maddəsinin 37.7-ci bəndinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğun olaraq normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsinin əsasları kimi xx.xx.1962-ci ildə anadan olduğunu, 37 il ağır işlərdə çalışdığını və 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yasa qörə əmək pensiyası hüququnun yarandığını və həmin tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməli olduğunu qeyd etmiş və iddia ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Nəzərinizə çatdırırıq ki, “Əmək Pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. İddiacı İddiaçı verilmiş xx.xx.2022 tarixli, **********8 nömrəli imtina məktubunda Mərkəzi filiala təqdim olunan sənədlərə əsasən Mərkəzi Filiala təqdim olunan sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, 1 yanvar 2006-cı il tarixinədək iddiaçının ümumi iş stajı (24 il 7 ay 6 gün, xx.xx.1979xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx-1982-xx.xx.1984-cü il, xx.xx.1984xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1997-ci il, xx.xx.1997xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Bu səbəbdən də onun güzəştli iş stajının olmadığı qeyd olunmuşdur. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensıyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Hesab edirlər ki, çavabdehin imtinası qanunidir və iddiacının iddia tələbi asağıda qeyd olunan əsaslara qörə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” AR Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İstinad olunan Qanunun məzmunundan göründüyü kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər vardır: 1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışmalı; 2. Kişilər 60 yaşına, qadınlar 55 yaşına çatmalı; 3. Kişilərin azı 25 il sığorta stajı olmaqla, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınların azı 20 il sığorta stajı olmaqla, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmalı; 4. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. İstinad olunan Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var. Bununla əlaqədar olaraq qeyd etməyi zəruri hesab edirlər ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun normalarının tətbiqi üçün aşağtdakı şərtlərin mövcudluğu zəruri hesab olunur:

1. Əmək şəraiti zərərli və agır olan digər işlərdə çalışan işçılər—istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfındən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilərin xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 il olmalıdır. 2. Bu müddətin azı 10 ilini əmək şəraitı zərərlı və agır olan işlərdə çalışmalıdırlar. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X11 qərarlarını, X11 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. İş üzrə icraat materiallarına əlavə edilmiş İddiaçı məxsus şəxsiyyət vəsiqəsindən məlum olur ki, iddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. İş üzrə icraat materiallarına "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixli, A6/17 nömrəli işin xarakteri haqqında arayış təqdim olunmuşdur. Belə ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-ci bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsınə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya huququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa gorə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərılən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmıs icmal məktubda məhkəmələrə izah olunmusdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində isləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmə iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəstli sərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənın mövqeyınə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şərailində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidır. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiacının tutduğu vəzifəyə və malik oldugu peşəyə gorə gordüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istlqaməti və s.) nəzərə alınmaqla muəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırki halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Hazırki işin hallarından müəyyən olunur ki, iddiaçının işlədiyi illər 25 ili tamamlamadığı üçün qanunvericiliyə müvafiq olaraq tamamlanmır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasэ Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan xx.xx.2012-ci il tarixdə Hacıqabul Rayon Polis şöbəsi tərəfindən verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Qazı-Məmməd şəhərində doğulmuş və ünvan 2 ünvanında yaşayır. İş materiallarına əlavə olunmuş 10 may 1984-cü il tarixli, ЖТ 022719 nömrəli diplomun və 22 noyabr 1980-ci il tarixli, HЗ ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətlərindən, həmçinin xx.xx.2021-ci il tarixli, 57 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdə Sumqayıt Kimya Texnologiyası Texnikumunun əyani şöbəsinə daxil olmuş, 22 noyabr 1980-ci il tarixdə hərbi xidmətə çağırılması ilə əlaqədar akademik məzuniyyətə çıxarılmış, 22 noyabr 1980-ci il tarixdən 30 yanvar 1983-cü il tarixədək 2 il 2 ay 8 gün həqiqi hərbi xidmətdə olmuş, 07 sentyabr 1982-ci il tarixdə Sumqayıt Kimya Texnologiyası Texnikumunun əyani şöbəsinə bərpa edilmiş, 27 aprel 1984-cü il tarixdə həmin texnikumu bitirmiş, təhsil müddəti 2 il 10 ay 12 gün təşkil etmişdir. İş materiallarında olan xx.xx.1962-ci tarixdə doğulmuş İddiaçı məxsus 15 iyun 1983-cü il tarixdə tərtib və təsdiq olunmuş ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən, o, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək "xxxx" İstehsalat-Təmir Müəssisəsinin Əli-X3 daimi təmir sahəsində qazan avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində 1 il, xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək "xxxx" Xüsusiləşdirilmiş Müəssisəsinin X5 Stansiyasında yanacaq kimi istifadə edilməsi üçün Daş kömürün toz halına salınması və qazan avadanlığının təmiri üzrə 3-cü dərəcəli elektrik çilingəri vəzifəsində 7 il 12 gün, xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək "xxxx" Xüsusiləşdirilmiş Müəssisəsinin X5 Stansiyasında yanacaq kimi istifadə edilməsi üçün Daş kömürün toz halına salınması və qazan avadanlığının təmiri üzrə 3-cü dərəcəli elektrik çilingəri vəzifəsində 4 il 6 ay, köçürmə yolu ilə xx.xx.1997-ci il tarixdən xx.xx.2002ci il tarixədək "xxxx" Dövlət Şirkətinin İstehsalat-Təmir Müəssisəsinin Təmirmexanikləşdirmə Sexinin Əli-Bayramlı Sahəsində (xx.xx.1998-ci il tarixdən birləşmə nəticəsində Sumqayıt mexanizasiyaların təmiri, mexaniki yığma və boru əymə sexində) qazan və turbin avadanlıqlannın təmiri üzrə 4-cü, 5-ci və 6-cı dərəcəli elektrik çilingəri vəzifəsində 5 il 1 ay 15 gün, xx.xx.2002-ci il tarixdən xx.xx.2008-ci il tarixədək "xxxx" MMC-nin Kran Yolları və X2 Əli-Bayramlı sahəsində (bir neçə dəfə adı dəyişdirilərək sonda "xxxx" ASC adlandırılmışdır) qazan və turbin avadanlıqlarının təmiri üzrə 6-cı dərəcə çilingər vəzifəsində 6 il 6 ay 12 gün, o cümlədən xx.xx.2006-cı il tarixədək 3 il 7 ay 15 gün işləmiş, bu müddət ərzində 24 il 2 ay 9 gün, o cümlədən xx.xx.2006-cı il tarixədək 21 il 5 ay 13 gün iş stajı toplamışdır. Qeyd olunan əmək kitabçasından həmçinin görünür ki, iddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2019-cu il tarixədək müxtəlif müəssisələrdə daha 10 il 9 ay 22 gün 6-cı dərəcə çilingər vəzifəsində işləmiş və xx.xx.2019-cu il tarixdən hal-hazıra kimi "xxxx" ASC "xxxx" MMC-də çilingər vəzifəsində işləyir. Beləliklə, işdə olan 10 may 1984-cü il tarixli ЖТ 022719 nömrəli diploma, 22 noyabr 1980-ci il tarixli, HЗ ******* nömrəli hərbi biletə və 15 iyun 1983-cü il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı təhsil, hərbi xidmət və iş illəri nəzərə alınmaqla xx.xx.2019-cu il tarixədək ümumilikdə 40 il 21 gün, o cümlədən xx.xx.2006-cı il tarixədək 26 il 6 ay 3 gün (təhsil-2 il 10 ay, 12 gün, hərbi xidmət-2 il 2 ay 8 gün, əmək fəaliyyəti-21 il, 5 ay, 13 gün) iş stajına malik olduğu müəyyən olunur. Həmçinin, iddiaçının xx.xx.1984-xx.xx.2006-cı il tarixlərində 21 il 5 ay 13 gün işlədiyi çilingər və elektrik çilingəri peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” fəsilində təsbit olunmuş və güzəştli şərtlərlə pensiya hüququ verən (“Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri) “a” fəhlələr bəndinin, habelə xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 Saylı Qərarının 2 №-li Əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ 2 №-li siyahısının, Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı”nın əsasən avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə 2140000a-l8455 saylı şifrəsinə əsasən xidmət üzrə çilingərlər və bütün adlardan olan elektrik çilingərləri kodlarının əhatə və təsir dairəsinə daxil olduğu müəyyən olunur. İş materiallarında olan “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” cavabdeh təşkilatın iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 13 oktyabr 2021-ci il tarixli **********5 nömrəli məktubla cavablandırılmış eyni məzmunlu 6 yanvar 2022-ci il tarixində daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bir daha bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına maiik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən az, 24 il 7 ay 6 gün (xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 01-FA/401 nömrəli “işin xarakteri haqqında güzəştli arxiv arayışı”nda bildirilir ki, 19 avqust 1962-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1984-cii ildə (əmr № 128-ok, xx.xx.1984-cü il) "xxxx"nin İstehsalat- Təmir Müəssisəsinin Əli-X3 daimi təmir sahəsində qazan avadanlıqlarının təmiri üzrə çilingər peşəsinə qəbul edilib və xx.xx.1985-ci ildə (əmr № 102-л, xx.xx.1985-ci il) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir. xx.xx.1985-ci ildə (Əmr № 786/ls, xx.xx.1985-cı il) SSRİ Energetika Naziriiyinin "xxxx" Xüsusiləşdirilmiş müəssisəsinin X5 Stansiyasmda yanacaq kimi istifadə edilməsi üçün Daş kömürün toz halına salınması və qazan avadanlığının təmiri üzrə 3-cü dərəcəli elektrik çilingəri peşəsinə işə qəbul edilib və xx.xx.1992-ci (Əmr № 270-ls, xx.xx.1992-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 29-cu maddəsinin 5-ci bəndinə əsasən "xxxx" Xüsusiləşdirilmiş müəssisəsinin Azərbaycan-Rusiya birgə Filialına keçirilməsi ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.1992-ci ildə (Əmr № 1-ok, xx.xx.1992ci il) "xxxx" Xüsusiləşdirilmiş müəssisəsinin X4 Stansiyasında yanacaq kimi istifadə olunması üçün Daş kömürün toz halına salınması və qazan avadanlığının təmiri üzrə 4-cü dərəcəli elektrik çilingəri peşəsinə işə qəbul edilib, xx.xx.1993-cü ildə ( 1795 №-li Sərəncam, xx.xx.1992-ci il ) "xxxx" Azərbaycan İstehsal müəssisəsinin adı dəyişdirilərək, “Azenerjimexanizasiyatəmir” adlandırılıb və xx.xx.1997-ci ildə (Əmr № 6/k, xx.xx.1997-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə (İstehsal-Təmir müəssisəsinə keçirilmə ilə əlaqədar) əsasən işdən azad edilmişdir. xx.xx.1997-ci ildən (əmr № 23a-ш, xx.xx.1997-ci il) "xxxx" Dövlət Şirkətinin İstehsalat- Təmir Müəssisəsinin Təmirmexanikləşdirmə sexinin Əli-Bayramlı sahəsində qazan və turbin avadanlıqlarının təmiri üzrə 4-cü dərəcəli elektrik çilingəri peşəsinə işə qəbul edilib və xx.xx.2002-ci ildə (əmr № 26-kş, xx.xx.2002-ci il) Azərbaycan Respııblikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir. xx.xx.2002-ci ildə (əmr №10-kş, xx.xx.2002-ci il) "xxxx" MMC-nin Kran Yolları və Komressorlar Təsərrüfatı sexinin Əli-Bayramlı sahəsində qazan və buxar qaz-turbin avadanlaqlarının təmiri üzrə 6-cı dərəcəli çilingər peşəsinə işə qəbul edilib və xx.xx.2008ci ildə (əmr № 04/11-kş, xx.xx.2008-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2009-cu ildən (əmr № 12/17-kş, xx.xx.2009-cu il) xx.xx.2012-ci ilədək (əmr № 152/17-kş, xx.xx.2012-ci il) "xxxx" ASC-nin Energetika Avadanlıqlannın Təmiri X7, Kran Yollarının Təmiri və Köməkçi Mexanizmlər sexində və Sumqayıt Texnologiyalar Parkının Ağır Maşınqayırmalar Departamentində çilingər işləmiş və xx.xx.2012-ci ildə (əmr № 48/6-kş, xx.xx.2012-ci il) Azərbaycan Respublikasınm Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar) əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2015-ci ildən (əmr № 14/19-irş, xx.xx.2015-ci il) xx.xx.2019-cu ilədək (əmr № 37/13-irş, xx.xx.2019-cu il) "xxxx" ASC-nin X1 və Təmiri İdarəsinin Təmir sexinin Şirvan sahəsində çilingər işləmiş və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinə 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təsəbbüsü ilə) əsasən işdən azad edilmişdir. Göstərilən peşələr, Azərbaycan Respublikasmın Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 Ne-li Qərarının 24-cü fəslinə əsasən Elektrik Stansiyalarında avadanlıqların təmiri üzrə qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasma xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri peşələrinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. Güzəştli pensiya üçün staj: 31 il, 08 ay, 01 gün təşkil edir. Məlumat üçün bildirilir ki, "xxxx"nin xx.xx.1978-ci il tarixli 401 №-li əmrinə əsasən “Azenerjitəmir” zavodu İstehsalat Təmir müəssisəsi adlandırılmışdır. "xxxx" ASC-nin xx.xx.2002-ci il tarixli, 13 №-li əmrinə əsasən İstehsalat-Təmir müəssisəsi ləğv edilmiş və yeni hüquqi şəxs kimi "xxxx" MMC yaradılmışdır. "xxxx" ASC-nin xx.xx.2004-cü il tarixli, AÜ 032 №-li əmrinə əsasən "xxxx" MMC "xxxx" MMC, "xxxx" ASC-nin xx.xx.2005-ci il tarixli AÜ 040 №-li əmrinə əsasən isə "xxxx" MMC, Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il 323 №-li sərəncamına əsasən "xxxx" ASC adlandırılmışdır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 10 nömrəli digər “işin xarakteri haqqında güzəştli arxiv arayışı”nda bildirilir ki, 19 avqust 1962-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1985-ci ildə (Əmr № 786/ls, xx.xx.1985-cı il) SSRİ Energetika Naziriiyinin "xxxx" Xüsusiləşdirilmiş müəssisəsinin X5 Stansiyasmda yanacaq kimi istifadə edilməsi üçün Daş kömürün toz halına salınması və qazan avadanlığının təmiri üzrə 3-cü dərəcəli elektrik çilingəri peşəsinə işə qəbul edilib və xx.xx.1992-ci (Əmr № 270-ls, xx.xx.1992-ci il ) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 29-cu maddəsinin 5-ci bəndinə əsasən "xxxx" Xüsusiləşdirilmiş müəssisəsinin Azərbaycan-Rusiya birgə Filialına keçirilməsi ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.1992-ci ildə (Əmr №1-ok, xx.xx.1992ci il) "xxxx" Xüsusiləşdirilmiş müəssisəsinin X4 Stansiyasında yanacaq kimi istifadə olunması üçün Daş kömürün toz halına salınması və qazan avadanlığının təmiri üzrə 4-cü dərəcəli elektrik çilingəri peşəsinə işə qəbul edilib, xx.xx.1993-cü ildə (1795 №-li Sərəncam, xx.xx.1992-ci il) "xxxx" Azərbaycan İstehsal müəssisəsinin adı dəyişdirilərək “Azenerjimexanizasiyatəmir” adlandırılıb və xx.xx.1997-ci ildə (Əmr № 6/k, xx.xx.1997-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə (İstehsal-Təmir müəssisəsinə keçirilmə ilə əlaqədar) əsasən işdən azad edilmişdir. xx.xx.1985-xx.xx.1997-ci il tarixlərində işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” fəsilinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxarqaz turbini) avadanlığının, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri “a” fəhlələr bəndinə əsasən xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 Saylı Qərarının 2 №-li Əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ 2 №-li siyahısının, Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı”nın əsasən avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə 2140000a-l8455 saylı şifrəsinə əsasən xidmət üzrə çilingərlər və bütün adlardan olan elektrik çilingərləri kodlarına uyğun güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Güzəştli pensiya üçün staj: 11 il, 06 ay, 13 gün təşkil edir. Hazırkı arayış işçiyə məxsus əmək kitabçasındakı qeydlər və Azərbaycan Respublikası Ali Məhkəməsinin ləğv edilmiş və fəaliyyət göstərməyən müəssisələrdə çalışan işçilərin ümumi və güzəştli iş stajınm təsdiq edilməsi ilə bağlı 18 noyabr 2020-ci il tarixli icmal məktubunun müddəaları əsasında verilir. "xxxx"ASC öz istehsalat profılinə görə hazırda fəaliyyət göstərməyən və ləğv edilmiş "xxxx" Xüsusiləşdirilmiş müəssisəsi ilə eyni istehsalat profıli üzrə ixtrisaslaşmışdır. İş materiallarında olan “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” cavabdeh təşkilatın iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubundan görünür ki, İddiaçı güzəştli iş stajının 12 il 6 aydan çox olması, həmçinin, pensiya kapitalının məbləğinin yetərli olması mübahisələndirilməmiş, ona güzəştli şərtlərlə pensiya təyinatindan imtinanın yeganə səbəbi kimi ümumi iş stajının 25 idən az olması qeyd olunmuşdur. Məhkəmə cavabdeh təşkilatın qeyd etdiyi səbəbi əsassız hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına maiik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı hüququnun yarandığı tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün onun 57 yaşı tamam olmalı, xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajına malik olmalı və bunun azı 12 il 6 ayı güzəştli iş stajı olmalıdır. Cavabdeh təşkilatın “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubunda iddiaçının təhsil, hərbi xidmət və əmək fəaliyyəti dövrü nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 24 il 7 ay 6 gün (xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1984cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil etməsi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən təsdiq olunmuşdur. Lakin qeyd olunan imtina məktubunda iddiaçının "xxxx" Xüsusiləşdirilmiş müəssisəsinin X5 Stansiyasmda yanacaq kimi istifadə edilməsi üçün Daş kömürün toz halına salınması və qazan avadanlığının təmiri üzrə 3-cü dərəcəli elektrik çilingəri peşəsində işlədiyi dövr xx.xx.1985-ci ildən xx.xx.1992-ci il tarixədək 6 il 3 ay 12 gün, yəni həmin müəssisədə faktiki əmək fəaliyyəti dövründən 9 ay az hesablanmışdır. Belə ki, iddiaçının əmək kitabçasında, həmçinin "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 01- FA/401 nömrəli “işin xarakteri haqqında güzəştli arxiv arayışı”nda İddiaçı "xxxx" Xüsusiləşdirilmiş müəssisəsinin X5 Stansiyasında yanacaq kimi istifadə edilməsi üçün Daş kömürün toz halına salınması və qazan avadanlığının təmiri üzrə 3-cü dərəcəli elektrik çilingəri peşəsinə xx.xx.1985-ci il tarixdə 786/ls nömrəli əmrlə işə qəbul edildiyi və xx.xx.1992-ci il tarixdə 270-ls nömrəli əmrlə işdən azad edildiyi təsbit olunmuş və məhkəmə iclasında qeyd olunan müəssisədə cavabdehin hesabladığı kimi 6 il 3 ay 12 gün deyil, 7 il 12 gün iş stajı topladığı müəyyən edilmişdir. Cavabdeh təşkilat yuxarıda adı çəkilən müəssisədə iddiaçının işlədiyi dövrün 9 ay az hesablanmasının əsasını təşkil edən nəinki dəlil-subutlarını məhkəməyə təqdim etməmiş, məhkəmə iclasında bu hesablamanın izahını belə verə bilməmişdir. Halbuki, hesablanmamış həmin müddət nəzərə alınacağı təqdirdə iddiaçının xx.xx.2006-cı il tarixə ümumi iş stajının 25 ildən çox (cavabdehin təsdiq etdiyi 24 il 7 ay 12 gün + 9 ay=25 il 4 ay 12 gün) təşkil etdiyi təsdiq olunacaqdı. Digər tərəfdən, cavabdeh təşkilatın məhkəməyə təqdim olunmuş iddiaya qarşı etirazında idiiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” AR Qanunun 9.1-ci maddəsinin tələbləri (vətəndaşın axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması; kişilər 60 yaşına, qadınların 55 yaşına çatması; kişilərin azı 25 il sığorta stajı olmaqla, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınların azı 20 il sığorta stajı olmaqla, bu müddətin azı 10 ilini həmin işlərdə çalışması); fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi), həmçinin, “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinin tələbləri (əmək şəraiti zərərli və agır olan digər işlərdə çalışan işçılər— istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfındən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilərin xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 il olması və bu müddətin azı 12 il 6 ayının əmək şəraitı zərərlı və agır olan işlərdə çalışması) sadanlansa da, hazırki mübahisə ilə bağlı iddiaçıya münasibətdə bu tələblərin hansının ödənilmədiyinin əsasları göstərilməmiş, yalnız cavabdeh təşkilatın “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubunda qeyd olunanlara istinad edilmişdir ki, buna da məhkəmə tərəfindən hüquqi qiymət verilmişdir. Beləliklə, işdə olan 10 may 1984-cü il tarixli, ЖТ 022719 nömrəli diploma, 22 noyabr 1980-ci il tarixli, HЗ ******* nömrəli hərbi biletə və 15 iyun 1983-cü il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı təhsil, hərbi xidmət və iş illəri nəzərə alınmaqla xx.xx.2019-cu il tarixədək ümumilikdə 40 il 21 gün, o cümlədən xx.xx.2006-cı il tarixədək 26 il 6 ay 3 gün (təhsil-2 il 10 ay, 12 gün, hərbi xidmət-2 il 2 ay 8 gün, əmək fəaliyyəti-21 il, 5 ay, 13 gün) iş stajına malik olduğu müəyyən olunur. Həmçinin, iddiaçının xx.xx.1984-xx.xx.2006-cı il tarixlərində 21 il 5 ay 13 gün işlədiyi çilingər və elektrik çilingəri peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” fəsilində təsbit olunmuş və güzəştli şərtlərlə pensiya hüququ verən (“Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri) “a” fəhlələr bəndinin, habelə xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 Saylı Qərarının 2 №-li Əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ 2 №-li siyahısının, Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı”nın əsasən avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə 2140000a-l8455 saylı şifrəsinə əsasən xidmət üzrə çilingərlər və bütün adlardan olan elektrik çilingərləri kodlarının əhatə və təsir dairəsinə daxil olduğu müəyyən olunur. İddiaçının 26 il 6 ay 3 gün sığorta stajını topladığı xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Bununla bağlı Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərinin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə tərkibi həmçinin qeyd etmişdir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə məhkəmə tərkibi qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün yuxarıda istinad olunan normalarla tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə ödənilmişdir. Belə ki, iddiaçının 01 yanvar 2006-cı il tarixə 25 ildən az olmayan ümumi və azı 12 il 6 ay güzəştli iş stajı mövcud olmuşdur. Ona pensiyanın təyin olunması üçün müraciət etdiyi tarixə iddiaçı tələb olunan yaş həddinə çatmışdır. Bu baxımdan, iddiaçı 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır. Beləliklə, məhkəmə tərəfindən aparılmış araşdırmalar nəticəsində və iş materiallarından olan mötəbərliyi mübahisələndirilməyən sübutlarla müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixə olan iş illəri, təhsil və hərbi xidmət illəri nəzərə alınmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtina dəlilləri qanunsuz, iddiaçının tələbi isə əsaslı olduğundan iddia tələbi təmin edilməli, iddiaçının tələbi üzrə cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyulmalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı hüququnun yarandığı 57 yaşdan, yəni, 19 avqust 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, həmin tarixdən hal-hazıra kimi əmək pensiyasında yaranacaq məbləğ fərqinin hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı 57 yaşdan, yəni, 19 avqust 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, həmin tarixdən hal-hazıra kimi əmək pensiyasında yaranacaq məbləğ fərqinin hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar