Məhkəmə qərarları › İş №2-1(120)-3323/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3323/2025

12.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3323/2025 12.09.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1rşı “ölmüş 1 baş iribuynuzlu heyvanın yenisi ilə əvəzlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 12 sentyabr 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ölmüş heyvanların yenisi ilə əvəzlənməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X7 ilə əvəz olunmasını, iddia tələbinin dəyişdirilərək “ölmüş 1 baş iribuynuzlu heyvanın yenisi ilə əvəzlənməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X7 ilə əvəz olunmuş, eləcə də iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, müraciəti əsasmda 20 aprel 2021ci il tarixdən “Maldarlıq təsərrüfatı özünəməşğullııq" istiqaməti üzrə X3 X9 Məşğuliuq Filialında qeydiyyata ahnmış və xx.xx.2023-cü il tarixdə seçdiyi istiqamət üzrə müvafiq olaraq 3 baş mayalanmış iribuynuzlu ana heyvanla (inək) təmin olunmuş və bu barədə onunla müqavilə bağlanmışdır. Həmin ana inəklərdən biri birka №-si 02533 (81985) olan heyvan 19.01 2024-cıı il tarixdə qəflətən ölmıışdür. Bu zaman gecikmədən. həmin gün heyvanın ölməsi barədə Filiala və baytar həkimə müraciət etmişdir. Baytar həkim xx.xx.2024-cü il tarixdə ölmüş heyvanı yararaq, ölümünün səbəbi barədə 10 nömrəli protokol və qonşuların iştrakı ilə xx.xx.2024-cü il tarixli Akt tərtib olunmuş və ölmüş heyvanm fotoşəkillərini çəkmişlər. Bundan sonra qüvvədə olan Qanunvericiliyə və qaydalara əsasən, ölmüş heyvanın əvəz olunması və dəyişdirilməsi üçün tələb olunan sənədlər Filiala təqdim edilmişdir. Filial ünvanına göndərdiyi imtina məktubunda qeyd edir ki, tərəfindən təqdim olunmuş sənədlər aidiyyəti üzrə podratçı şirkətə göndərilmiş, lakin müvafiq şirkət tərəfindən təqdim etdiyi sənədlərdə iribuynuzlu heyvanın xəstə olduğunu göstərən heç bir kliniki əlamət qeyd edilmədiyi, dəqiq xəstəlik diaqnozu qoyulmadıgı, hansı müayinələrə və kliniki əlamətlərə görə diaqnoz qoyulduğu qeyd edilmədiyi üçün, əmlakın yenisi ilə əvəz olunması mümkün olmamışdır. Hakbuki, baytar həkimin ölmüş heyvanın müayinəsi zamanı tərtib etdiyi 10 nömrəli protokolun 25-ci bəndində ölümüıı səbəbi aydın qeyd edilmişdir. Bundan sonra 2 müraciəti də Filial tərəfındən ona təqdim etdiyi sənədləri araşdırmadan və oııa qüvvədə olan Qanunvericiliyə əsasən qiymət vermədən, ünvanına eyni məzmunlu cavab məktubları göndərilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbinin əsassız olduğunu bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialarında olan xx.xx.2023-cü il tarixli, 2023/ÖM/01391 nömrəli müqavilədən görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 Mərkəzi Mühasibatlıq və Təminat Filialının adından filialın müdir müavini X12 ilə “Özünəməşğulluğa cəlb olunmuş şəxs” İddiaçı arasında “Məşğulluq haqqında” Azərbaycan Respublikaı Qanununun 24-cü maddəsinə uyğun olaraq, özünəməşğulluğun təşkili üçün özünəməşğulluğa cəlb olunmuş şəxsə natura şəklində əmlakın verilməsi barədə müqavilə bağlanmışdır. İş materiallarında olan X3 Mərkəzi Mühasibatlıq və Təminat Filialının əməkdaşı və İddiaçı tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli aktdan görünür ki, kəmiyyət və keyfiyyət baxımından istismara yararlı 3 baş iribuynuzlu heyvan-inək və 800 kq qarışıq yem həmin tarixdə iddiaçıya təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikaı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi X5 Xidmətləri Mərkəzinin Kürdəmir rayon idarəsinin möhürü ilə təsdiq edilmiş, idarənin əməkdaşı, özəl baytar həkim, iddiaçı və qonşusu tərəfindən imzalanmış 17 iyul 2023-cü il tarixli aktdan görünür ki, İddiaçı müraciəti əsasında özünəməşğulluq xətti ilə ona verilmiş birka №-si 02533 (81985) olan iribuynuzlu heyvana baxış keçirilmiş, heyvanda müxtəlif xroniki daxili xəstəliyin olduğu müəyyən edilmiş, uzun müddətli müalicəyə ehtiyacın olduğu, gələcəkdə həmin heyvandan damazlıq məqsədilə istifadə etməyin iqtisadi cəhətdən səmərəli olmadığı bildirilmişdir. İş materiallarında olan 19 yanvar 2024-cü il tarixli aktdan və həmin tarixli 010 nömrəli yarma protokolundan görünür ki, İddiaçı özünəməşğulluq xətti ilə verilmiş birka №si 02533 (81985) olan heyvan ağ ciyər toxumasının irinli, çürüntülü iltihaba tutulması nəticəsində tövlə şəraitində qəflətən ölmüşdür. İddiaçı ölmüş 1 baş iribuynuzlu heyvanın yenisi ilə əvəzlənməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X7 İddiaçı ünvanlanldığı xx.xx.2024-cü il tarixli, 3-17-2/2- 13-27733/24 və xx.xx.2024-cü il tarixli, 3-17-2/2-13-32165/2024 nömrəli məktublarında bildirmişdir ki, Sizin özünüməşğulluq layihəsi çərçivəsində verilmiş əmlakların dəyişdirilməsinə köməklik göstərilməsi ilə bağlı müraciətinizə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 X11 Məşğulluq filialında (bundan sonra - Filial) baxılmışdır. Müraciətinizin araşdırılması və dəqiqləşdirilməsi məqsədilə Filialın əməkdaşı tərəfindən həyat yoldaşınız Əlibaba Babayev ilə əlaqə (***-***- **-**) saxlanılmışdır. Bildiririk ki, Siz 20 aprel 2021-ci il tarixdən “maldarlıq təsərrüfatı” özünüməşğulluq istiqaməti üzrə Filial tərəfindən qeydiyyata alınmış, 21 iyun 2023-cü il tarixdə seçdiyiniz istiqamət üzrə müvafiq əmlaklarla təmin edilmiş, 17 iyul 2023-cü il tarixdə isə əmlak (bir baş iribuynuzlu heyvan) tələf olduğu üçün dəyişdirilməsi ilə bağlı müraciət etmisiniz. Nəzərinizə çatdırırıq ki, tərəfiər arasında bağlanılmış müqaviləyə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs təhvil aldığı əmlakda hər hansı bir qüsur aşkar etdiyi halda bu barədə məlumatı, habelə qüsurları təsdiq edən sənədləri (aktlar, mütəxəssis rəyi, foto şəkil və s.) əmlakı təhvil aldıqdan ən geci 30 gün müddətində Filiala təqdim etməlidir. Qeyd edək ki, Sizin 1 baş iribuybuzlu heyvanın tələf olması barədə təqdim etdiyiniz sənədlər aidiyyəti üzrə podratçı şirkətə göndərilmiş, lakin müvafiq şirkət tərəfindən təqdim etdiyiniz sənədlərdə iribuynuzlu heyvanın xəstə olduğunu göstərən heç bir kliniki əlamət qeyd edilmədiyi, dəqiq xəstəlik diaqnozu qoyulmadığı, hansı müayinələrə və kliniki əlamətlərə görə diaqnoz qoyulduğu qeyd edilmədiyi üçün əmlakın yenisi ilə əvəz olunması mümkün olmamışdır. Məhkəmə İddiaçı ölmüş 1 baş iribuynuzlu heyvanın yenisi ilə əvəzlənməsi barədə müraciətinin təmin edilməsindən cavabdeh inzibati orqanın imtina etməsini əsaslı hesab edir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2023/ÖM/01391 nömrəli müqavilənin “Özünəməşğulluğa cəlb olunmuş şəxsin vəzifələri” təsbit edilmiş 3.3-cü bəndinin 3.3.6-cı yarımbəndinə əsasən iddiaçı “təhvil aldığı əmlakda hər hansı bir qüsur aşkar olunduğu halda, bu barədə məlumatı, habelə qüsurları təsdiq edən sənədləri (aktlar, mütəxəssis rəyi, fotoşəkil və s.) əmlakı təhvil aldıqdan ən geci 30 (otuz) gün ərzində Filiala təqdim etmək” öhdəliyi götürmüşdür. Həmçinin, həmin müqavilənin 3.3-cü bəndinin 3.3.7-ci yarımbəndinə əsasən iddiaçı “əmlakın sonradan korlanma və məhv olması hallarında bu barədə dərhal Filiala məlumat vermək, habelə məhv olma hallarının yaranmasını və səbəblərini təsdiq edən sənədləri (aktlar, mütəxəssis rəyi, fotoşəkil və s.) Filiala təqdim etmək” öhdəliyi götürmüşdür. X10 Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi X5 Xidmətləri Mərkəzinin Kürdəmir rayon idarəsinin möhürü ilə təsdiq edilmiş, idarənin əməkdaşı, özəl baytar həkim, iddiaçı və qonşusu tərəfindən imzalanmış 17 iyul 2023-cü il tarixli aktda və birka №-si 02533 (81985) olan iribuynuzlu heyvanın ağ ciyər toxumasının irinli, çürüntülü iltihaba tutulması nəticəsində tövlə şəraitində qəflətən ölməsi barədə 19 yanvar 2024-cü il tarixli akt və ona əlavə edilmiş yarma protokolunda İddiaçı özünəməşğulluq xətti ilə verilmiş birka №-si 02533 (81985) olan iribuynuzlu heyvana baxış keçirildiyi, heyvanda müxtəlif xroniki daxili xəstəliyin olduğunun müəyyən edildiyi, uzun müddətli müalicəyə ehtiyacın olduğu, gələcəkdə həmin heyvandan damazlıq məqsədilə istifadə etməyin iqtisadi cəhətdən səmərəli olmadığı bildirilsə də, həmin heyvanda hansı xroniki xəstəliklərin olduğu, 17 iyul 2023-cü il tarixdən sonra həmin xəstəliklər üzrə hansı müalicənin aparıldığı, müalicə aparıldığı təqdirdə istifadə olunan dərman preparatları barədə heç bir məlumat verilməmiş, habelə 17 iyul 2023-cü il tarixli aktda qeyd olunmuş “müxtəlif xronoki xəstəliklər”lə bundan 6 ay sonra, yəni 19 yanvar 2024-cü il tarixdə birka №-si 02533 (81985) olan iribuynuzlu heyvanın ölməsi arasında hansı səbəbli-əlaqənin .mövcud olması müəyyən edilməmiş, bu barədə məhkəməyə heç bir sənəd təqdim olunmamışdir. Göründüyü kimi, İddiaçı tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2023/ÖM/01391 nömrəli müqavilənin “Özünəməşğulluğa cəlb olunmuş şəxsin vəzifələri” təsbit edilmiş 3.3-cü bəndinin 3.3.6-cı və 3.3.7-ci yarımbəndlərinin tələblərini qismən icra etmiş, bununla da müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Məşğulluq haqqında” Qanunun 24.1-ci maddəsi ilə natura şəklində material, avadanlıq və digər əmlakın verilməsi ilə bağlı müqavilənin bağlanması nəzərdə tutulmuş, bu müqavilənin bağlana biləcəyi xüsusi subyektlərin konkret dairəsi (işsiz, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan, digər məşğulluğu olmayan işaxtaran şəxs) göstərilmiş, müqavilənin bağlanacağı subyektin müəyyənləşdirilməsi üçün xüsusi prosedurlar və müqavilənin müddəti müəyyənləşdirilmişdir. Həmin Qanunun 24-cü maddəsində özünüməşğulluğun təşkilinə dair müqavilə əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin məsuliyyəti ilə bağlı, habelə müqavilə münasibətlərini tənzimləyən bir sıra normalar müəyyən olunmuşdur. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özünüməşğulluğun təşkili Qaydası”nın 7 və 8-ci maddələri ilə özünüməşğulluğun təşkili üçün əmlakın verilməsi, bununla bağlı, özünüməşğulluğa cəlb olunmuş şəxslə X3 müvafiq yerli qurumları və ya DOST mərkəzləri arasında müqavilənin bağlanması, özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin həmin qurumlar və ya mərkəzlər tərəfindən dövri monitorinqinin aparılması ilə bağlı müddəalar öz əksini tapmışdır. Göründüyü kimi inzibati orqanlar özünüməşğulluğa cəlb olunmuş şəxs hakimiyyəttabeçilik münasibətlərində olmasalar da, müqavilənin bağlanması proseduru və müqavilənin bir sıra şərtləri məhz inzibati xarakterli normativ hüquqi aktlarla müəyyən edilmişdir. Həmin şərtlər isə tərəflər üçün məcburi xarakterə malikdir. Qeyd olunanlara əsasən məhkəmə iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirilməmiş hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu səbəbdən də iddia tələbini əsassız, cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə hesab edir ki, iddia təmin edilməməldir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1rşı “ölmüş 1 baş iribuynuzlu heyvanın yenisi ilə əvəzlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1rşı “ölmüş 1 baş iribuynuzlu heyvanın yenisi ilə əvəzlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar