Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3326/2025 07.11.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclаsının kаtibi X1 İddiaçı cavabdeh Azərbaycan Respublika Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya mərkəzi X3nə qarşı « Redaksiya tərəfindən Azərbaycan Respublika Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya mərkəzi X3nə ünvanladıqları 29 yanvar 2025-ci il tarixli, 06 nömrəli informasiya sorğusunun tam, doğru-düzgün, əl imzası ilə cavablandırılması üçün, aidiyyatı qurumun Respublika Gigiyena və Epidemiologiya mərkəzi X3n üzərinə məcburedici öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublika Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya mərkəzi X3nə qarşı « Redaksiya tərəfindən Azərbaycan Respublika Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya mərkəzi X3nə ünvanladıqları 29 yanvar 2025-ci il tarixli, 06 nömrəli informasiya sorğusunun tam, doğru-düzgün, əl imzası ilə cavablandırılması üçün, aidiyyatı qurumun Respublika Gigiyena və Epidemiologiya mərkəzi X3n üzərinə məcburedici öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. İddiaçı, cavabdehin nümayəndəsi, məhkəmə iclasına gəlməmişdilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə İddiaçı, və cavabdehin nümayəndəsinin, iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Azərbaycan Respunlikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemologiya Mərkəzi” X3 tərəfindən məhkəmə daxil olmuş xx.xx.2025-ci il tarixli 3-28- 15/2-1923/2025. nömrəli məktubunda qeyd edilmişdir ki, “Həqiqətlə üz-üzə” ictimai-siyasi hüquq qəzetinin təsisçisi və baş redaktoru İddiaçı Şirvan ərazisində müvafiq işlərin aparılması barədə sorğusu xx.xx.2025-ci il tarixdə “Respublikas Gigiyena və Epidemiologiya Mərkəzi” publik hüquqi şəxsı daxil olmuş və həmin sorğu aidiyyəti üzrə baxılması üçün xx.xx.2025-ci il tarixdə Şirvan şəhər Gigiyena və Epidemiologiya Mərkəzinəd göndərildiyi və Şirvan şəhər Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən 06 fevral 2025-ci il tarixli 13 nömrəli məktubla müraciəti müəllifinə müvafiq məlumat verildiyi qeyd edilmişdir.“ İddiaçı ünvanlanan 06 fevral 2025-ci il tarixli 13 nömrəli cavab məktubu məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər (maddə 67.1). Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər (maddə 67.2). Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir (maddə 67.3). Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında olan mübahisənin məhkəmədən kənar həll edildiyi üçün məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə onu da qeyd edir ki, iş üzrə icraata xitam verilməsi iddiaçı tərəfindən hüquqi marağına uyğun iddia ilə məhkəməyə yenidən müraciət olunmanı istisna etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublika Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya mərkəzi X3nə qarşı « Redaksiya tərəfindən Azərbaycan Respublika Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya mərkəzi X3nə ünvanladıqları 29 yanvar 2025-ci il tarixli, 06 nömrəli informasiya sorğusunun tam, doğru-düzgün, əl imzası ilə cavablandırılması üçün, aidiyyatı qurumun Respublika Gigiyena və Epidemiologiya mərkəzi X3n üzərinə məcburedici öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə bağlı iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-3326/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3326/2025
07.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver