Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3332/2025 03.02.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil X3rşı “sertifikasiya imtahanının nəticəsinin ona münasibətdə ləğv edilməsi, onun təkrar sertifikasiyaya buraxılması” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil X3rşı “sertifikasiya imtahanının nəticəsinin ona münasibətdə ləğv edilməsi, onun təkrar sertifikasiyaya buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə mümkünlük məsələsinə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil X3rşı 06 iyun 2024-cü il tarixdə keçirilmiş ibtidai sinif müəllimlərinin sertifikasiyası imtahanının nəticəsinin ona münasibətdə ləğv edilməsi, onun təkrar sertifikasiyaya buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi ilə əvəz olunmuşdur. İddiaçının əsaslandırması: İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1986-cı il tarixdə Astara rayonunda anadan olmuş və hal-hazırda Astara rayonunun Miki kəndində qeydiyyatda olmaqla yaşayır. Miki kənd ümumi orta məktəbinin 15 sentyabr 2006-cı il tarixli, 89 nömrəli əmri ilə həmin məktəbə ibtidai sinif müəllimi təyin edilməklə işə qəbul olunmuşdur. 27 iyun 2024-cü il tarizə kimi həmin məktəbdə ibtidai sinif müəllimi vəzifəsində işləmişdir. Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yaraddığının yoxlanılması məqsədi ilə 2023-cü il tarixdə keçirilən sertifikasiyada iştirak etsə də imtahan keçirən orqan olan X4 Təhsil idarəsinin təşkil etdiyi kompüter vasitəsilə imtahan keçirilən zaman kompüterdə nasazlıq yarandığından bir neçə digər imtahan iştirakçısı kimi o da imtahan suallarını kompüterdə qeyd edə bilməmiş və nəticədə imtahan kompüter nasazlığı səbəbindən yarımçıq dayandırılmışdır. Lakin nəticələr elan olunarkən qeyri-məqbul nəticə qeydə alınmış və texniki səbəblər nəzərə alınmamışdır. Lakin həmin vaxt istər məktəbin direktoru, istərsə də imtahanı təşkil edən Lənkəran-Astara Regional Təhsil İdarəsi komputerlərdə yaranmış nasazlıq səbəbindən imtahanın yarımçıq dayandırılmasına heç bir münasibət bildirməmiş və nəticələr qeyri-məqbul olaraq qeydə alınmışdır. Həmin vaxt bu barədə həm diretkora həm də imtahan təşkilatçısı olan X4 Təhsil idarəsinə etirazlarını bildirməklə imtahanın yenidən təşkil edilməsini və komputerlərdə yaranmış nasazlıqların aradan qaldırılmasını tələb etsələr də növbəti ildə təkrar sertifıkasiyanın keçiriləcəyi bildirilməklə şanslarının olduğunu bildirməklə yenidən imtahanın təşkil edilməsi mümkün olmamışdır. xx.xx.2024-cü il tarixdə keçirilən təkrar sertifikasiya zamanı isə səhhəti ilə əlaqədar olaraq imtahanda iştirak edən zaman cavabdehlərdən ona köməkçi təyin edilməsini tələb etmiş, imtahan günü imtahan zalında olan zaman əllə hesablanan məsələlərin kağız daşıyıcıda həll edib cavablarını tapmaqdan ötrü qələmi əldə tutub hesablama işinin həyata keçirilməsi zərurəti yaranmış və həmin vaxt onun sağ əli əməliyyat olunduğundan əl barmaqları işləmədiyindən qələmi əlində tutub məsələləri həll edib cavab variantını komputerdə qeyd edə bilməmişdir. Həmin vaxt həm cavabdehlərə bu barədə dəfələrlə müraciət etsə də heç bir müsbət nəticə əldə edilməmiş və qanunvericiliklə ona köməkçi təyin edilməli olduğu halda cavabdehlər qərəzli olaraq bunu etməmiş və nəticədə hesablanma aparılmasına ehtiyac olmayan suallar sol əlindən istifadə etməklə komputerin mışqası vasitəsilə elektron cavab kartında qeyd edilmiş digər suallar isə hesablama aparılması zəruriliyindən və onun da sağ əməliyyat nəticəsində iflic olmaqla işləmədiyindən cavablandırmaq mümkün olmamışdır. Qeyd edir ki, sağ əli 25 may 2024-cü il tarixdə şəxsi təsərrüfatında işləyərkən əlin içəri tərəfindən biləkdən sinirlərin və şah damarının kəsilməsi ilə nəticələnən xəsarət almış və təcili Tibbi yardımla Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılmışdır. Orada əməliyyat olunmuş və damarlar tikilsə də əl öz fəaliyyətini bərpa etməmiş və müalicəsi hazırda da davam edir. Bununla bağlı olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanası tərəfindən ona 18-1-580-1718/2024 saylı, 11 iyun 2024-cü il tarixli arayış da verilmiş və həmin arayış cavabdehlərə tərəfindən təqdim edilmişdir, lakin buna baxmayaraq cavabdehlər həmin üzrlü səbəbləri nəzərə almadan qərəzli olaraq onun sərbəst şəkildə imatahan verməyinə süni surətdə maneə yaratmaqla (köməkçi təyin etrnəməklə) imtahanda zəif nəticə göstərməyinə səbəb olmuşlar. Bundan sonra 27 iyun 2024-cü il tarixli, 70 saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən azad olunmağı barədə əmr imzalanmışdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı 6 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırma imtahanlarından aşağı bal toplamış və onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 3-29-69/3-2-13F/2024 saylı, 27 iyun 2024-cü il tarixli əmrinə əsaslanmaqla ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli, 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.2-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Həmin Qaydanın 5.3-cü bəndinə əsasən isə təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar və eynilə həmin qaydanın 5.4-cü maddəsinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi nəzərdə tutulduğundan, iddiaçının təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edilməklə, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməsi qanuna uyğundur. İddiaçı ərizəsində bildirir ki, 2023-cü ildə keçirilmiş sertifikasiya imtahanında iştirak edərkən imtahanın kompüter vasitəsilə aparılması zamanı texniki nasazlıq baş vermiş, bu səbəbdən imtahan sualları tam cavablandıra bilməmiş və imtahanı yarımçıq dayandırılmışdır. Yaranmış texniki problem nəzərə alınmadan nəticəsi qeyri-məqbul kimi qeydə alınmışdır. Bununla bağlı qeyd edir ki, sertifikatlaşdırma imtahanı Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli, 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” və digər müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun olaraq, ölkə ərazisində vahid standartlar əsasında təşkil edilmiş və keçirilmişdir. İmtahan prosesi bütün namizədlər üçün eyni vaxtda, eyni qaydalar çərçivəsində, bərabər imkanlar təmin olunmaqla həyata keçirilmişdir. Şirvan İnzibati Məhkəməsinin göndərdiyi sorğuya cavab olaraq da bildirilmişdir ki, iddiaçının iştirak etdiyi sertifikatlaşdırma prosesləri zamanı kompüterlərdə hər hansı texniki nasazlıq qeydə alınmamışdır. Beləliklə, imtahanın təşkili və keçirilməsi zamanı hər hansı ayrı-seçkilik, subyektiv yanaşma və ya qeyri-bərabər münasibət hallarına yol verilməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə keçirilmiş təkrar sertifikasiya imtahanında sağ əlindən əməliyyat olunduğu, barmaqlarının hərəkətsiz olduğu və yazı yaza bilmədiyi üçün köməkçi ilə təmin edilmədən imtahanda iştirak etdiyini, nəticədə hesablama tələb edən tapşırıqları icra edə bilmədiyini iddia etmişdir. Bununla bağlı qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının müvafiq qərarında açıq şəkildə göstərilmişdir ki, qüvvədə olan qanunvericilikdə işçilərin üzrlü səbəblərdən təkrar sertifikatlaşdırma imtahanında iştirak etmədiyi hallarda sertifikatlaşdırmanın təxirə salınması ilə bağlı hər hansı xüsusi qayda nəzərdə tutulmamışdır. Bu baxımdan, iddianın təmin edilməsi üçün qanuni əsasların mövcud olmadığı qənaətinə gəlinmişdir. Qeyd olunan hüquqi mövqe yalnız ümumi xarakter daşımır, eyni zamanda ilkin sertifikasiya imtahanında iştirak edərək müvəffəqiyyət qazana bilməyən və təkrar sertifikasiya imtahanında da müxtəlif səbəblərdən, o cümlədən üzrlü səbəblərdən uğur əldə etməyən şəxslərə də şamil edilə bilər. Belə ki, nəzərə alsaq ki, iddiaçı ilkin sertifikasiya imtahanında tələb olunan 60 baldan cəmi 16 bal toplamış, yəni keçid balını təmin edə bilməmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq ona təkrar sertifikasiya imtahanında iştirak etmək imkanı yaradılmışdır. Lakin iddiaçı təkrar sertifikasiya imtahanında da tələb olunan keçid balını toplaya bilməmiş, belə ki, 60 baldan yalnız 25 bal əldə etmişdir. İddiaçı bunun səbəbini səhhəti ilə əlaqələndirərək, guya imtahan zamanı ona qərəzli şəkildə köməkçi təmin edilmədiyini bildirmişdir. Bununla əlaqədar olaraq bildiririk ki, Şirvan İnzibati Məhkəməsinin bizə ünvanladığı rəsmi sorğuya verilən cavabda da açıq şəkildə qeyd edilmişdir ki, təhsilverənlərin sertifikatlaşdırılması imtahanı zamanı iddiaçının səhhəti ilə bağlı köməkçi ayrılması barədə hər hansı yazılı və ya şifahi müraciəti qeydə alınmamışdır. Bu isə iddiaçının irəli sürdüyü iddiaların faktiki əsaslara söykənmədiyini və sübutlarla təsdiq olunmadığını bir daha göstərir. Sertifikatlaşdırılmadan keçmək hər bir təhsilverənin vəzifəsidir (“Təhsil haqqında” Qanunun 33.3.9-cu, “Ümumi təhsil haqqında” Qanunun 23.3.2-ci maddələri). “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 36-2-ci maddəsinin, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinin və Əmək Məcəlləsinin 67-2-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın tələblərinə uyğun olaraq, dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər məcburi sertifikatlaşdırmadan keçməlidir və sertifikatlaşdırmadan keçməyən şəxslərin pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ yoxdur. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 36-2-ci, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci və Əmək Məcəlləsinin 67-2-ci maddələrində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nda sertifikatlaşdırmadan keçirilməyən təhsilverənlərin siyahısı qeyd olunmuşdur. Eyni zamanda, 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakının könüllü olması qeyd olunmuşdur. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 36- 2.1-ci maddəsinə əsasən dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1 -ci maddəsinə əsasən dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsin 67-2-ci maddəsinin 1 -ci hissəsinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 36-2.5-ci maddəsinə və "Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 28-ci maddəsinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Azərbaycan Respublikasının Əmək Məcəlləsin 67-2-ci maddəsinin 4-cü hissəsinə əsasən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil X3rşı “08 iyun 2024-cü il tarixdə keçirilmiş ibtidai sinif müəllimlərinin sertifikasiyası imtahanının nəticəsinin ona münasibətdə ləğv edilməsi, onun təkrar sertifikasiyaya buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” tələbi əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Bundan başqa cavabdeh inzibati orqan iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək ərizədə qeyd etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil X3rşı “08 iyun 2024-cü il tarixdə keçirilmiş ibtidai sinif müəllimlərinin sertifikasiyası imtahanının nəticəsinin ona münasibətdə ləğv edilməsi, onun təkrar sertifikasiyaya buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsi üzrə bildirir ki, iş üzrə iddia müddəti keçmişdir və bu səbəbdən iddianın təmin edilməsi mümkün deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinə əsasən, iddia 30 gün müddətində qaldırıla bilər. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlər, o cümlədən iddiaçı sertifikatlaşdırmanın nəticələri barədə məlumatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na uyğun olaraq, “Şəxsi kabinet” vasitəsilə əldə etmişdir. “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 3.22-ci bəndinə əsasən sertifikatlaşdırmanın nəticələri ilə razılaşmayan təhsilverənlər məhkəməyə və (və ya) nəticənin “Şəxsi kabinet”inə göndərildiyi tarixdən 30 (otuz) iş günü müddətində inzibati qaydada Nazirliyə şikayət verə bilərlər. Nazirlik təhsilverənin şikayətinə onun iştirakı ilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun baxır. "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 76.1 -ci maddəsinə əsasən həmin Qanunun 76.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati şikayətin verilməsi şikayət olunan inzibati aktın icrasını dayandırmır. Beləliklə, sertifikatlaşdırmanın nəticəsi - inzibati akt xx.xx.2024-cü il tarixdə təqdim olunmuşdur. İddiaçı isə xx.xx.2025-ci il tarixdə, yəni 10 ay 2 gün sonra məhkəməyə müraciət etmişdir. Bu da iddia müddətinin artıq keçdiyini və müddətin bərpa edilməsi üçün hər hansı bir əsasın olmadığını bildirir. Qeyd edilənləri nəzərə alaraq, iş üzrə iddia müddətinin tətbiq olunmasını və iddia müddətinin keçməsi ilə əlaqədar iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Tərəflərin iştirakı və izahatları: İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq hazırlıq icraatına başlanılmış və İPM-in 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izah olunanların ona aydın olduğunu bildirərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Miki kənd ümumi orta məktəbinin xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, ümumi orta məktəbin ibtidai sinif müəllimi İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 70 nömrəli əmrdən görünür ki, İddiaçı ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə “ƏMnin 70 “c” peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə” maddəsinə əsasən, xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X9 “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X8 xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı Əlişan oğlu xx.xx.2024-cü il tarixində Lənkəran Rayon Mərkəzi X2 şəxsin Təcili Yardım şöbəsinə daxil olmuş və ona “S 51.7 Saidin çoxsaylı açıq yarası” diaqnozu qoyulmuş və xəstəyə tibbi yardım göstərilmişdir. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X9 “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X8 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1986-cı il təvəllüdlü İddiaçı xx.xx.2024-cü il tarixində “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X9ə müraciət etmişdir. Xəstəyə “S51.7 Sağ saidin iç səthinin kəsilmiş, didilmiş yarası” diaqnozu qoyulmuşdur. Xəstəyə ilkin tibbi yardım olunmuş, yara içi cərrahi işlənilmiş, yaxınlaşdırıcı tikiş qoyulmuş və təkrari baxış məsləhət görülmüşdür. Əməliyyatdan sonrakı 10-15 gün müddətində sağ əlin öz funksiallığını itirməsi mümkündür. Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “06 iyun 2024-cü il tarixdə keçirilmiş ibtidai sinif müəllimlərinin sertifikasiyası imtahanının nəticəsinin ona münasibətdə ləğv edilməsi, onun təkrar sertifikasiyaya buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə baxılması ilə əlaqədar müvafiq məlumatın və sənədlərin təqdim olunması barədə daxil olmuş məktubunuza baxılmışdır. Məsələ ilə bağlı aşağıdakı məlumatları təqdim edirik: İddiaçının 2024-cü il üzrə sertifikatlaşdırma və təkrar sertifikatlaşdırma imtahanlarında iştirak etdiyi zalın videogörüntüləri haqqında bildiririk ki, serverlərdə yüklənmənin qarşısının alınması məqsədilə imtahan zallarının çoxluğu və kamera sayının həddindən artıq olması səbəbilə görüntülər müəyyən vaxt keçdikdən sonra ardıcıl silinir. Bu səbəbdən İddiaçı iştirak etdiyi imtahan seanslarına dair videogörüntülərin təqdim olunması mümkün olmamışdır. İddiaçının təkrar sertifikatlaşdırma imtahanı zamanı seçimlərini əks etdirən imtahan loqları təqdim edilir. İddiaçının iştirak etdiyi sertifikatlaşdırma prosesləri zamanı kompüterlərdə hər hansı texniki nasazlıq qeydə alınmamışdır. İmtahan kompüterdə elektron qaydada həyata keçirildiyi üçün imtahan zamanı protokol tərtib edilmir. İddiaçı 2023-cü ildə keçirilmiş imtahan üzrə apellyasiyaya müraciət etməmişdir. 2024-cü il üzrə iddiaçının portal.edu.az platformasının “Sertifikatlaşdırma” altsistemindən “Şəxsi kabinet” vasitəsilə apellyasiya müraciəti etmişdir. Təhsilverənlərin sertifikatlaşdırılması imtahanı zamanı iddiaçının səhhəti ilə bağlı hər-hansı köməkçinin ayrılması ilə bağlı bildiririk ki, imtahan zamanı köməkçinin ayrılması barədə hər hansı müraciəti qeydə alınmamışdır. Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024cü il tarixli, 3-29-69/3-2-13F/2024 nömrəli əmrində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ii 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ile təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1”nin 5.5.11-ci yarımbəndini rəhbər tutaraq əmr edirəm:
1. Bakı Şəhəri üzrə Təhsil idarəsi (Nərminə Hüseynova), Abşeron-Xızı Regional Təhsil İdarəsi (İlhamə Abdullayevə), X6 Təhsil İdarəsi (Rövşən Əliyev), Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi (Anar Qədiməliyev), Qazax-Tovuz Regional Təhsil İdarəsi (Arslan Hacıyev), Qarabağ Regional Təhsil İdarəsi (Anar Məcidov), Quba-Xaçmaz Regional Təhsil idarəsi (Coşqun Əliyev), Lənkəran-Astara Regional Təhsil İdarəsi (Bəhruz Mehdiyev), X7 Təhsil İdarəsi (Elçin Kərimov), Mil-Muğan Regional Təhsil idarəsi (Rəşad Musayev), Şəki- Zaqatala Regional Təhsil İdarəsi (Günay Mahmudova), X5 Təhsil İdarəsi (Fuad Bədəlov) və Şirvan-Salyan Regional Təhsil İdarəsinə (Sənan Mənsimli) tapşırılsın ki, 08 iyun 2024cü il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin (siyahı əlavə olunur) əmək müqavilələri 2024-cü ilin 27-28 iyun tarixlərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsini və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsini təmin etsinlər. Sənədlərlə və müraciətlərlə iş sektoru (Aylan Məmmədova) bu əmrin surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etsin. Elm və Təhsil Nazirliyinin 25 iyun 2024-cü il tarixli, 3-29/3-2-439F/2024 nömrəli əmrində qeyd olunur ki, Təkrar sertifikatlaşdırmanın test mərhələsinin nəticələri barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 5.5.10-cu yarımbəndini rəhbər tutaraq əmr edirəm: 1. “8 iyun 2024-cü il tarixində təkrar sertifikatlaşdırmanın test mərhələsindən keçməyən təhsilverənlərin siyahısı” təsdiq edilsin (əlavə olunur). 2. Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (E.Bağırov) və Peşə Təhsili Üzrə Dövlət Agentliyinə (C.Kərəmov) tapşırılsın: 2.1. Təkrar sertifikatlaşdırmanın test mərhələsindən keçməyən təhsilverənlərin əmək müqaviləsinin 2024-cü ilin 27-28 iyun tarixlərində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsini və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsini təmin etsinlər.
Əsaslandırma hissəsi:
Tətbiq olunan hüquq:
Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 62. İnzibati aktın qəbul olunması haqqında məlumat verilməsi 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. 62.3. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. 62.4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda yazılı inzibati akt mediada dərc olunur. İnzibati akt dərc edildiyi gündən 10 gün keçdikdən sonra elan olunmuş sayılır. 62.5. Yazılı inzibati aktın mediada dərc olunması qaydası müvafiq inzibati orqan tərəfindən müəyyən edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati Prosessual Məcəllənin: 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.
Məhkəmənin mövqeyi:
Məhkəmə tərəfi dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri obyektiv və qərəzsiz şəkildə nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə müəyyən edir ki, iddiaçı 06 iyun 2024-cü il tarixdə keçirilmiş ibtidai sinif müəllimlərinin sertifikasiyası imtahanının nəticəsinin ona münasibətdə ləğv edilməsi, onun təkrar sertifikasiyaya buraxılmasını xahiş etmişdir. Belə ki, iş materiallarında olan Miki kənd ümumi orta məktəbinin direktor əvəzinin xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, iddiaçı barəsində Azərbaycan Respublikası Nazirlər kabinetinin 2020-ci il 30 aprel tarixli, 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Ümumi Təhsil müəssisilərində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcələsinin 70 ci maddəsinin “C” bəndini rəhbər tutaraq, Təhsilverənlərin peşəkarliq səviyyəsini və peşə yararlılığının yoxlanması məqsədi ilə 8 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırma “Dövlət ümumi təhsil müəsisələrində (ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən Astara rayon T. Rüstəmov adına Miki kənd Ümumi orta məktəbin ibtidai sinif müəllimi İddiaçı təkrar sertifikatlaşmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi 27 iyun 2024-cü il tarixində ləğv edilmişdir. Belə ki, Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-29-69/3-2-13F/2024 nömrəli əmrində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ile təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1”nin 5.5.11-ci yarımbəndini rəhbər tutaraq Bakı Şəhəri üzrə Təhsil idarəsi (Nərminə Hüseynova), Abşeron-Xızı Regional Təhsil İdarəsi (İlhamə Abdullayevə), X6 Təhsil İdarəsi (Rövşən Əliyev), Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi (Anar Qədiməliyev), Qazax- Tovuz Regional Təhsil İdarəsi (Arslan Hacıyev), Qarabağ Regional Təhsil İdarəsi (Anar Məcidov), Quba-Xaçmaz Regional Təhsil idarəsi (Coşqun Əliyev), Lənkəran-Astara Regional Təhsil İdarəsi (Bəhruz Mehdiyev), X7 Təhsil İdarəsi (Elçin Kərimov), Mil-Muğan Regional Təhsil idarəsi (Rəşad Musayev), Şəki-Zaqatala Regional Təhsil İdarəsi (Günay Mahmudova), X5 Təhsil İdarəsi (Fuad Bədəlov) və Şirvan-Salyan Regional Təhsil İdarəsinə (Sənan Mənsimli) tapşırılsın ki, 08 iyun 2024-cü il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin (siyahı əlavə olunur) əmək müqavilələri 2024-cü ilin 27-28 iyun tarixlərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsini və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsini təmin etsinlər. Sənədlərlə və müraciətlərlə iş sektoru (Aylan Məmmədova) bu əmrin surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etsin. Məhkəmə hüquqi yardım məktubları göndərərək iddiaçıya izah etmişdir ki, iddia tələbi dügün müəyyən edilməmişdir. Belə ki, iddiaçı hüquqi marağına uyğun olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin 27 iyun 2024-cü il tarixli təkrar sertifikasiyadan keçməyən şəxslər barəsində qəbul etdiyi əmri ona aid hissədə mübahisəndirməlidir. İddiaçı tərəfindən tələbin dəyişdirilməsi barədə ərizə təqdim edilməmişdirr. İddiaçı iddia tələbini dəyişsə belə, məhkəmə həmçinin izah etmişdir ki, həmin iş üzrə verilmiş iddia İPM-in 2.2.1-ci və 32-ci maddələrinə əsasən mübahisələndirmə haqqında iddiadır. Qanunvericinin tələbinə görə bu növ iddialar İPM-in 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. Belə ki, işin araşdırılması zamanı müəyyən olunmuşdur ki, sertifikatlaşdırmanın nəticəsi barədə inzibati akt xx.xx.2024-cü il tarixdə Şəxsi kabinet vasitəsi ilə İddiaçı təqdim olunmuşdur. İddiaçı isə mübahisələndirdiyi inzibati aktdan şikayətlə xx.xx.2025-ci il tarixdə, yəni kifayət qədər uzun müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə bir daha diqqətə çatdırır ki, iddiaçının iddia tələbi müvafiq inzibati aktın ləğvinə yönəlməklə mübahisələndirmə iddia növünə aiddir. Qanunvericinin tələbinə görə, həmin növ iddialar inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmçinin “İnzibati icraat haqqında” Qanunun tələblərinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Beləliklə də, iş materiallarından müəyyən olunur ki, iddiaçı inzibati aktı məhkəmə qaydasında mübahisələndirmək üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Məhkəmə işin faktiki və hüquqi əsaslarını birgə təhlil edərək belə nəticəyə gəlir ki, iddia tələbi düzgün müəyyən edilmədiyi və iddiaçı mübahisə üzrə qanunvericinin müəyyən etdiyi prosessual müddət ötürüldükdən sonra, yəni inzibati aktın qəbul edildiyi vaxtdan kifayət qədər uzun müddət keçdikdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İnzibati Prosessual Məcəllənin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlarla bağlı məhkəmə tərəfindən iddiaçıya müxtəlif tarixlərdə hüquqi yardım məktubu ünvanlanaraq qanunvericiliyin mümkünlük məsələsi ilə bağlı müddəaları izah edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.
Nəticəvi hissə:
Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 2, 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə
qərara aldı:
Vəsatət təmin edilsin və iddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim: Pərvanə Qurbanova