Məhkəmə qərarları › İş №2-1(120)-3335/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3335/2025

01.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3335/2025 01.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh İmişli rayonu Yalavac Bələdiyyəsinə qarşı “İmişli şəhəri, S.Bəhlulzadə küçəsi ev 19 saylı ünvanda qeydiyyatda olan X5 adına çıxarılmış İmişli rayon Rəsullu (hazırki Yalavac) Bələdiyyəsinin 10 may 2007-ci il tarixli 07 saylı qərarının və 22 may 2007-ci il tarixli torpaqların alqı-satqısına dair aktının etibarsız hesab edilərək ləğv olunaraq İmişli rayonunun Rəsullu kəndində yerləşən 29 hektar torpaq sahəsinin ona icarəyə verilməsi ilə bağlı müqavilə bağlanılması və həmin torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında istifadəsində olan 1 hektar sahibkarlıq məqsədilə xüsusi mülkiyyətinə verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh İmişli rayonu Yalavac Bələdiyyəsinə qarşı “İmişli şəhəri, S.Bəhlulzadə küçəsi ev 19 saylı ünvanda qeydiyyatda olan X5 adına çıxarılmış İmişli rayon Rəsullu (hazırki Yalavac) Bələdiyyəsinin 10 may 2007-ci il tarixli 07 saylı qərarının və 22 may 2007-ci il tarixli torpaqların alqı-satqısına dair aktının etibarsız hesab edilərək ləğv olunaraq İmişli rayonunun Rəsullu kəndində yerləşən 29 hektar torpaq sahəsinin ona icarəyə verilməsi ilə bağlı müqavilə bağlanılması və həmin torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında istifadəsində olan 1 hektar sahibkarlıq məqsədilə xüsusi mülkiyyətinə verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 18 mart 2006-cı il tarixdə İmişli rayonu Rəsullu (hazırkı Yalavac) Bələdiyyəsi ilə İmişli şəhəri S.Bəhlulzadə küçəsi ev 19 saylı ünvanda qeydiyyatda olan və yaşayan X13 ilə, Rəsullu kəndində yerləşən 30 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə imzalamışdırlar. Həmin Bələdiyyənin 10 may 2007-ci il tarixdə 07 saylı iclas protokoluna əsasən X14 şəhəri S.Bəhlulzadə küçəsi ev 19 saylı ünvanda yaşayan X7 22 may 2007-ci il tarixli torpaqların alqı-satqısına dair aktla İmişli rayonu Rəsullu kəndində yerləşən, Rahilə Hüseynovanın icarəsində olan 30 hektarın 1 (bir) hektarı daxili sənədlə ona satılmışdır. Lakin 01 dekabr 2020-ci il tarixdə qəfləti ürək dayanmasından X13 vəfat etmişdir. X5 vəfatından sonra sözü gedən 1 (bir) hektar torpaq sahəsi 6 saylı Beyləqan Ərazi İdarəsindən qeydiyyatdan keçməmişdir və nəticə etibarı ilə İmişli rayon Rəsullu (hazırkı Yalavac) Bələdiyyəsinin mülkiyyətində qalmaqda davam etmişdir. İmişli rayonu Yalavac Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 02 nömrəli protokolundan görünür ki, xx.xx.2006-cı il tarixli, 03 nömrəli qərarı ilə X5 adına 30 hektar torpaq sahəsi ayrılmış və xx.xx.2006-cı ildə R.Hüseynova ilə Yalavac Bələdiyyəsi arasında uzun müddətə icarə müqaviləsi bağlandığından sonuncunun vəfatından sonra onun vərəsələrinin notarial qaydada təsdiq edilmiş ərizəsinə əsasən həmin torpaq sahəsi X10 icarəsinə verilmiş, xx.xx.2022-ci il tarixdə torpaq sahəsinin subicarəyə verilməsi haqqında xx.xx.2006-cı il tarixli müqavilənin 2 saylı əlavəsinə əsasən və Yalavac Bələdiyyəsinin xx.xx.2022ci il tarixli, 02 saylı protokoluna əsasən xx.xx.2022-ci il tarixdə Yalavac Bələdiyyəsinin razılığı ilə X17 arasında mənim X3 arasında İmişli rayonunun Rəsullu kəndində yerləşən 30 ha torpaq sahəsinə subicarə müqaviləsi bağlanılmışdır. X3 02.08. 2022-cü ildə vəfat etmişdir. Onun ölümündən sonra Yalavac Bələdiyyəsinin yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında arayışa əsasən 30 ha torpaq sahəsi və onun daxilində olan 1 ha torpaq sahəsi onun istifadəsindədir və hər il icarə haqqını ödəyir. İş materiallarına əlavə edilmiş X11 İmişli rayonu Yalavac Bələdiyyəsinə göndərdiyi ərizəsindən görünür ki, İmişli rayonunun Rəsullu kəndində yerləşən xx.xx.2006-cı il tarixli icarə müqaviləsi əsasında ona icarəyə verilmiş 30 hektar torpaq sahəsinin sahibkar İddiaçı ilə icarə müqaviləsi bağlamasına etirazı olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş İmişli rayonu Yalavac Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 1 nömrəli məktubundan görünür ki, İmişli şəhəri S.Bəhlulzadə küçəsi ev 19 saylı ünvanda qeydiyyatda olan X5 adına çıxarılmış İmişli rayonu Rəsullu (Yalavac) Bələdiyyəsinin 10 may 2007ci il tarixli 07 saylı qərarının, 22 may 2007-ci il tarixli torpaqların alqı-satqısına dair aktının etibarsız hesab edilərək ləğv olunması, İmişli rayonunun Rəsullu kəndində yerləşən və istifadəmdə olan 1 hektar torpaq sahəsinin sahibkarlıq məqsədi ilə adıma keçirilməsi bələdiyyənin səlahiyyətinə aid olmadığından imtina olunmuşdur. Ona görə də İmişli şəhəri S.Bəhlulzadə küçəsi ev 19 saylı ünvanda qeydiyyatda olan X5 adına çıxarılmış İmişli rayonu Rəsullu (hazırkı Yalavac) Bələdiyyəsinin 10 may 2007-ci il tarixli 07 saylı qərarının, 22 may 2007-ci il tarixli torpaqların alqısatqısına dair aktının etibarsız hesab edilərək ləğv olunması və İmişli rayonunun Rəsullu kəndində yerləşən və istifadəsində olan 1 hektar torpaq sahəsinin sahibkarlıq məqsədi ilə adına keçirilməsindən ötrü inzibati məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələblərini müdafiə etdiyini və qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X18 iddianın mümkün hesab olunmamasını məhkəmədən xahiş etmişdir. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan xx.xx.2006-cı il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” X8 surətindən görünür ki, Rəsullu bələdiyyəsinin sədri X20 ilə İmişli şəhər sakini X12 arasında 30 hektar torpaq sahəsinin icarəyə verilməsinə dair 99 illik icarə müqaviləsi bağlanmışdır. İş materialında olan İmişli rayonu Rəsullu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 07 nömrəli iclas protokolundan çıxarışından görünür ki, İmişli şəhər sakini S. Bəhlulzadə 19 saylı ünvanında yaşayan X2 Bələdiyyəsinin yararsız torpaq sahəsindən 1 ha tikinti altına alqı-satqı yolu ilə 1 ha torpaq sahəsi satılması qərara almışdır. İş materialında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, İmişli şəhəri, S.Bəhlulzadə küçəsi, ev 19 sakini X7 İmişli rayonu Rəsullu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 07 saylı qərarı ilə İmişli rayonunun Rəsullu kəndində yerləşən 1.0 hektar sahibkarlıq məqsədilə torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İş materialında olan xx.xx.2007-ci il tarixli Torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, İmişli rayonu Rəsullu bələdiyyəsi tərəfindən 1 hektar torpaq sahəsi 835 manata X1. İş materiallarında olan İmişli rayon qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli, AZ-İİ 112567 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2020-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin dekabr ayının 21 günündə 732 nömrə ilə qeyd edilmişdir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun (həmin tarixə olan redaksiyada) 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyə əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativhüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Belə ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun 48-ci maddəsi:

1. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə uyğun olaraq, bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər.

2. Bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz.

3. Bələdiyyənin öz səlahiyyətləri daxilində qəbul etdiyi qərarlar təşkilati-hüquqi formasından asılı olmayaraq, bələdiyyənin ərazisində yerləşən bütün hüquqi və fiziki şəxslər tərəfindən hökmən icra edilməlidir.

4. Bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər.

5. Bələdiyyə qərarlarının icra edilməməsi qanuna müvafiq surətdə məsuliyyətə səbəb olur. Qanunun 49-cu maddəsi: Bələdiyyələrin, bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin müraciətlərinə dövlət orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, digər şəxslər və onların vəzifəli şəxsləri bir ay müddətində baxmalıdırlar. 49-1. Müvafiq icra hakimiyyəti orqanı bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək edir və onlara yerli özünüidarəetmə fəaliyyətinin qanunauyğun həyata keçirilməsi sahəsində metodoloji yardım göstərilməsi üzrə tədbirlər görür. İşin faktiki hallarından da göründüyü kimi Şənlik bələdiyyə sədrinin xx.xx.2001-ci il tarixli, 6 saylı sərəncamının ləğv edilməsini mübahisələndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 4-cü fəslinə əsasən bələdiyyələr yerli özünüidarəni və öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsi ilə həyata keçirir, bələdiyyənin iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edirlər. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən bələdiyyələr seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial yerli özünüidarəetmə orqanıdır. Həmin Qanunun 48-ci maddəsinə əsasən bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə iddiaçının nəzərinə çatdırır ki, bələdiyyə kollegial orqan olduğundan bələdiyyənin fəaliyyəti ilə bağlı, o cümlədən bələdiyyənin səlahiyyətinə aid olan mübahisələrlə bağlı məsələlər bələdiyyə iclasının müzakirəsinə çıxarılmalı, müzakirəyə çıxarılan bütün məsələlər protokollaşdırılmalı, baxılan məsələlərə dair qərarlar qəbul edilməli, protokol iclasın sədri və katibi tərəfindən imzalanmalı və bələdiyyənin möhürü ilə təsdiq edilməlidir. İş üzrə bələdiyyə tərəfindən 10 may 2007-ci il tarixli 07 saylı qərarı qəbul edilmişdir ki, bələdiyyə tərəfindən qeyd edilən qərarın ləğv edilməsi üçün məhkəmə qərarının olmasına ehtiyac yoxdur. Belə ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun 48-ci maddəsinin 4-cü hissəsinə əsasən Bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna bilər. Məhkəmə hesab edir ki, bələdiyyə həmin mübahisəni bələdiyyə iclasının müzakirəsinə çıxarılmalı və ləğvi ilə bağlı müvafiq qərar qəbul etmək səlahiyyətinə malikdir. Digər arqumenti “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin 2-ci bəndi ilə bağlıdır ki, həmin bənddə qeyd edilmişdir ki, Bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Həmin hissə də məhkəmə bildirilir ki, hazırki iş üzrə hərəkətləri həmin bəndlə müqayisə etmək düzgün deyil. Belə ki, bələdiyyə tərəfindən qəbul ediləcək qərar digər üçüncü şəxslərin hüquqlarını pozacağı təqdirdə həmin şəxslər bələdiyyə iclaslarına dəvət edilməli, qərar onlara elan edilməli və həmin şəxslər tərəfindən hüquqları pozulduğu hesab edilərsə bələdiyyənin iclas protokolu ilə qəbul etdiyi qərarı məhkəmə qaydasında mübahisələndirmək hüququ vardır. Eləcə də, iddiaçının hüquqi maağı qeyd edilən torpaq sahəsi ilə bağlı hüquqlarının tanınmasıdır ki, həmin hissə də məhkəmə qeyd edir ki, torpaq sahəsi ilə bağlı ilk növbədə bələdiyyə müvafiq inzibati orqana müraciət edərək mülkiyyət hüquqlarını təsdiq edən çıxarış əldə etməli, daha sonra hal-hazırda qüvvədə olan qanunvericiliyin tələbləri üzrə müvafiq hərəkətləri həyata keçirməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının hal-hazırki tələb üzrə subyektiv hüququ olmamışdır. Belə ki, qeyd edilən tələblə bağlı müvafiq bələdiyyəyə müraciət edə bilər ki, bələdiyyə tərəfindən müraciəti əsasında qəbul edilən qərar onun üçün əlverişsiz inzibati akt olacağı təqdirəd məhkəməyə müraciət hüququ yaranacaqdır. Odur ki, iddiaçının tələbi üzrə müraciəti mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 17 aprel 2025-ci il tarixli hüquqi yardım məktubu ünvanlanaraq, həmin hüquqi yardım məktubuna münasibət bildirmək təklif olunmuş, lakin hüquqi yardım məktubu xx.xx.2025-ci il tarixdə poçt xəbərnaməsinə imza edilərək qəbul edilməsinə baxmayaraq, hüquqi yardım məktubuna heç bir münasibət bildirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh İmişli rayonu Yalavac Bələdiyyəsinə qarşı “İmişli şəhəri, S.Bəhlulzadə küçəsi ev 19 saylı ünvanda qeydiyyatda olan X5 adına çıxarılmış İmişli rayon Rəsullu (hazırki Yalavac) Bələdiyyəsinin 10 may 2007-ci il tarixli 07 saylı qərarının və 22 may 2007-ci il tarixli torpaqların alqı-satqısına dair aktının etibarsız hesab edilərək ləğv olunaraq İmişli rayonunun Rəsullu kəndində yerləşən 29 hektar torpaq sahəsinin ona icarəyə verilməsi ilə bağlı müqavilə bağlanılması və həmin torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında istifadəsində olan 1 hektar sahibkarlıq məqsədilə xüsusi mülkiyyətinə verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar