Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3342/2024 24.09.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.N73-cü il tarixdə Astara rayonu, Pensər kəndində anadan olmuşdur. Astara rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə yararlı hesab edilib xx.xx.N-cü il tarixdə hərbi xidmətə çağırılmışdır. Hərbi xidməti başa vurduğuna görə Müdafiə Nazirinin xx.xx.N97-ci il tarixli 3 nömrəli ərminə əssən xx.xx.N97-ci il tarixdən ordudan tərxis olub ehtiyata buraxılmışdır Hərbi andı xx.xx.N-cü il tarixdə N nömrəli hərbi hissədə qəbul etmişdir. N nömrəli hərbi hissə komandrinin xx.xx.N-cü il tarixli 76 nömrəli əmri ilə xx.xx.N-cü il tarixdən şəxsi həyətin siyahısına daxil edilmişdir. N nömrəli hərbi hissənin xx.xx.N-cü il tarixli N4N əmri ilə xx.xx.N-cü il tarixdən şəxsi heyətin siyahısından çıxarılmış və hərbi xidməti davam etdirmək üçün Goran şəhərinə göndərilmişdir. N nömrəli hərbi hissə komandrinin xx.xx.Ncü il tarixli 3 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilməklə baş mexanik vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandrinin xx.xx.N-cü il tarixli 27 nömrəli əmri ilə “Rabitə sisteminin təşkili və təmiri üçün döyüş tapşırığının yerinə yetirmək üçün xx.xx.N-cü tarixdən Cəbrayıl şəhər döyüş əməliyyatları bölgəsinə ezam olunmuş və N6 noyabr N-cü il tarixdən ezamiyyətdən qayıtmışdır. O, döyüş bölgəsi olan Cəbrayıl şəhərində əmrə əsasən ezamiyyətdə olmuş və həmin döyüş bölgəsində rabitə sistemini təşkil etmişdir. Cəbrayıl rayonu, Xələfli kəndində xx.xx.N92-ci il tarixdə mühasirəyə düşmüşlər. Mülki əhali Əfqan döyüşənləri ilə birlikdə Araz çayından İrana keçmişlər. İranda 2-gün az qalmışlar. Sonra onları İmişlidən sərhəddən keçirib ordumuza təhvil veriblər. Orada siyahı tərtib olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arixivi tərəfindən verilmiş xx.xx.202N -ci il tarixli 9/2-50N nömrəli Arxiv arayışı ilə təsdiq olunur ki, 5-ci tağımın baş mexaniki siravi İddiaçı N nömrəli hərbi hissə komandrinin xx.xx.N-cü il tarixli 27 nömrəli əmrilə (əsas §-2, bənd 2, səh - 30) xx.xx.N-cü il tarixdən xx.xx.N-cü il tarixədək rabitə sisteminin təşkili və təmir üçün Cəbrayıl şəhərinə ezamiyyətə göndərilmişdir. Bundan başqa hərbi biletinin 7-ci səhifəsində olan qeydlərlə təsdiq olunur ki, həqiqətən qeyd edilən tarixlərdə Cəbrayıl şəhərində döyüş əməliyyatlarında iştirak etmişdir. O, müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət etmişdir. Guya hərbi hissə komandrinin ərmində konkret olaraq ezam olunduğu hərbi hissə qeyd olunmadığına görə Komissiyanın xx.xx.20N-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Maraqlı burasıdır ki, o əsgər olmuş və verilən əmrləri döyüş bölgəsində yerinə yetirmişdir, hərbi hissənin qərargahında əmrlər düzgün yazılmayıbsa burada siravi əsgərin nə günahı vardır. Döyüşlərdə iştirakını təsdiq edən şahidlər vardır. Bunu Rota komandiri Ələkbər Hıimbətov və Səlim Nağıyev təsdiq edə bilərlər. Hesab edir ki, barəsində qanunsuzluq və ədalətsizlik edilmişdir. Pozulmuş hüquqlarının müdafiəsi üçün aiddiyyəti orqanlara müraciət etmiş, ona tövsiyə olunmuşdur ki, məhkəməyə müraciət etsin. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, İddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. İddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin N-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci ilin fevralın N-dən N94-cü ilin mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində-Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan(Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu .Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığınının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçularamüdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir.Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır.Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir.
1. Şəxsin xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması.
2. Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfhumuna AR Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır.İddiaçının xidmət keçdiyi N nömrəli hərbi hissə “Azərbaycan Respublikası Silahlı Qüvvələri yarandığı vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin siyahısı”na əsasən döyüş əməliyyatlarında iştirak etməmişdir.Digər tərəfdən iş materiallarında olan Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 05 fevral 2024- ci il tarixli arayışında N () nömrəli hərbi hissə komandirinin sentyabr-dekabr N-cü il tarixli, N nömrəli hərbi hissə komandirinin dekabr Ncü il tarixli, yanvar-may N94-cü il tarixli nizmai hissə üzrə əmrlərində iddiaçının xidməti və döyüş bölgəsinə döyüş tapşırığının yerinə yetirilməsi üçün ezamiyyətə göndərilməsi barədə məlumat olmadığı qeyd edilmişdir.Beləliklə də iddiaçının xidmət keçdiyi hərbi hissə bilavasitə döyüş əməliyyatlarında iştirak etmədiyindən, iddiaçının ezamiyyətinin məqsədi döyüş zonasına döyüş tapşırığının yerinə yetirilməsi ilə əlaqəli olmamişdır. Bu səbəbdən də Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiya əsaslı olaraq iddiaçıya “Müharibə veteram” statusunun verilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Yuxarıda qeyd olunanları nəzərə alaraq və AR İPM-nin N4.3, 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ
Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin N4 noyabr 20N-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur.Məhkəmə-Hüquq Şurasının N4 noyabr 20N-cu il tarixli, 4 nömrəli qərarına əsasən Astara rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Astara rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.N73-cü ildə anadan olmuş və Astara rayonu, Pensər kəndi qeydiyyatdadır. - İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.20N-cu il tarixli, **********4N nömrəli elektron arayışda göstərilmişdir ki, İddiaçı həqiqətən xx.xx.N-xx.xx.N97-ci il tarixlərində həqiqi hərbi xidmət keçmişdir. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2024-cu il tarixli, 3-25/2-H-9-N/2024 nömrəli arxiv arayışında göstərilmişdir ki, Verilir, İddiaçı ondan ötrü ki, Astara RHK-dan çağırılmış, N73-cü il təvəllüdlü İddiaçı N №-lı hərbi hissə komandirinin N aprel N-cü il tarixli 76 №-li əmrilə (əsas: § 2, səh N8, sıra 4N) xx.xx.N-cü il tarixdən şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək “sıravi” hərbi rütbəsi verilməklə kursant vəzifəsinə təyin olunmuşdur.N №-li hərbi hissə komandirinin N iyul N-cü ıl tarixli N4N №-li əmrilə kursant İddiaçı (əsas: § N0, səh 36, sıra 338) xx.xx.N-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq xidmətim davam etdirmək üçün Goran şəhərinə göndərilmişdir.N №-li hərbi hissədən gəlmiş İddiaçı N №-li hərbi hissə komandirinin N iyul N-cü il tarixli N №-li əmrilə (əsas: § N, səh N3, sıra N30, əmrdə hərbi rütbəsi göstərilməyib) şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək baş mexanik vəzifəsinə təyin olunmuşdur. Rabitə sisteminin təşkili və təmiri üçün baş mexanik, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N sentyabr N-cü il tarixli 27 №-li əmrilə (əsas: § 2, bənd 2, səh 30) xx.xx.N-cü il tarixdən Cəbrayıl şəhərinə ezamiyyətə göndərilmişdir.N №-li hərbi hissə komandirinin N6 noyabr N-cü ıl tarixli 9N №-lı əmrində baş mexanik, sıravi İddiaçı (əsas: § 2, sıra N0. səh 27, əmrdə atasının adı yazılmamışdır) qısamüddətli məzuniyyətdən gəlməsi barədə məlumat vardır.Azərbaycan Respublikası Müdafiə Nazirinin 07.0N N97-ci il tarixli müvafiq əmrinə əsasən baş əsgər İddiaçı həqiqi hərbi xidmətdən tərxis olunduğu üçün N №-li hərbi hissə komandirinin N yanvar N97-ci il tarixli N8 №-li əmrilə (əsas: § 2, sıra N, səh N, əmrdə vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Astara RHK-na göndərilmişdir.Qeyd edirik ki, N () Na-li hərbi hissə komandirinin sentyabr-dekabr N-cü il tarixli, N №-li hərbi hissə komandirinin dekabr N-cü il, yanvar-may N94-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və döyüş əməliyyatları bölgəsinə döyüş tapşırığını yerinə yetirmək üçun ezamiyyətə göndərilməsi barədə məlumat aşkar olunmamışdır. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2022-cu il tarixli, 4/2-N027 nömrəli arxiv arayışında göstərilmişdir ki, İddiaçı Astara RHK-dan çağırılmış, N73-cü il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 76 №-li əmrilə (əsas: §-2, səh-N8, sıra-4N) xx.xx.N-cü il tarixdən şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək “sıravi” hərbi rütbəsi verilmiş və “kursant” vəzifəsinə təyin olunmuşdur.N №-li hərbi hissə komandirinin xx.xx.Ncü il tarixli N4N №-li əmrilə (əsas: §-N0, səh-36, sıra-338) kursant İddiaçı xx.xx.N-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün Goran şəhərinə göndərilmişdir.N №-li hərbi hissədən gəlmiş İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli N №-li əmrilə (əsas: §-N, səh-N3, sıra-N30, əmrdə hərbi rütbəsi göstərilməyib) hərbi hissənin şəxsi heyətin siyahısına salınmış və bütün növ təminatlarla təmin edilərək URR bölüyünün 5-ci tağımında baş mexanik vəzifəsinə təyin olunmuşdur.5-ci tağımın baş mexaniki, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 27 №-li əmrilə (əsas: §-2, bənd-2, səh-30, məlumatlar əmrə olduğu kimi köçürülmüşdür) xx.xx.N-cü il tarixdən xx.xx.N-cü il tarixədək rabitə sisteminin təşkili və təmiri üçün Cəbrayıl şəhərinə ezamiyyətə göndərilmişdir.N №-li hərbi hissə komandirinin N6 noyabr N-cü il tarixli 9N №-li əmrində (əsas: §-2, səh -27, sıra -N0, əmrdə “qısamüddətli məzuniyətdən gəlmiş” yazılmışdır, atasının adı yazılmamışdır) istiqamətləndirici rabitə bölüyünün baş mexaniki, sıravi İddiaçı qısamüddətli məzuniyyətdən gəlmiş hesab edilərək vəzifəsinin icrasına başlaması barədə məlumat vardır.Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N97-ci il tarixli əmrinə müvafiq olaraq, baş əsgər İddiaçı həqiqi hərbi xidmətdən tərxis olunduğuna görə, N №-li hərbi hissə komandirinin xx.xx.N97-ci il tarixli N8 №-li əmrilə (əsas: §-2, sıra-N, səh-N, əmrdə vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Astara RHK-na göndərilmişdir.Müdafiə azirinin Katibliyi Mərkəzi Arxivi tərəfindən İddiaçı xidməti barədə xx.xx.20N-cu il tarixli 9/2-7948 №-li məktubla Müdafiə Nazirliyinin nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyasına və xx.xx.20N-cu il tarixli 9/2-7962 №-li məktubla SHXÇDX-nin Astara rayon şöbəsinə, NN,08.202N-ci il tarixli 4/2-209 №-li məktubla vətəndaşın ünvanına, xx.xx.202N -ci il tarixli 4/2-785 №-li məktubla Şirvan İnzibati Məhkəməsinə, xx.xx.202N -ci il tarixli 4/2- 2240 №-li məktubla Hüquq İdarəsinə cavab göndərilmişdir. Bildiririk ki, Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxiv tərəfindən İddiaçı xidməti barədə göndərilmiş Arxiv arayışlarında qeyd olunan məlumatlar N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərindən olduğu kimi köçürülmüşdür. - İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Astara rayon Polis şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-N8-65/2-9994/24 nömrəli məktubunda göstərilmişdir ki, Astara rayon Pensər kənd sakini xx.xx.N73-cü il təvəllüdlü İddiaçı məhkumluğu yoxdur, həmçinin onun barəsində və ya sonuncunun ərizəsi əsasında Astara rayon polis şöbəsində hər-hansı bir təqsirləndirıci material yoxdur. - İşdə olan НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.N-xx.xx.N97-ci illərdə hərbi hissədə hərbi xidmət keçməsi barədə məlumat var. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.20N-cu il tarixli N/7N-9NNN nömrəli məktubunda göstərilmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komıssiya”nın xx.xx.20N-cu ıl tarixli iclasında baxılmış və barəsində müəssəl qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Hərbi hissə komandirinin əmrində konkret olaraq ezam olunduğu hərbi hissə qeyd olunmadığına görə “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi məqsədə uyğun deyidir. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli N537 nömrəli məktubunda göstərilmişdir ki, Astara RHK-dan çağırılmış, N73-cü il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 76 №-li əmrilə (əsas: §-2, səh-N8, sıra-4N) xx.xx.N-cü il tarixdən şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək “sıravi” hərbi rütbəsi verilmiş və “kursant” vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli N4N №-li əmrilə (əsas: §- N0, səh-36, sıra-338) kursant İddiaçı xx.xx.N-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün Goran şəhərinə göndərilmişdir. N №-li hərbi hissədən gəlmiş İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli N №-li əmrilə (əsas: §-N, səh-N3, sıra-N30, əmrdə hərbi rütbəsi göstərilməyib) hərbi hissənin şəxsi heyətin siyahısına salınmış və bütün növ təminatlarla təmin edilərək URR bölüyünün 5-ci tağımında baş mexanik vəzifəsinə təyin olunmuşdur.5-ci tağımın baş mexaniki, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli, 27 №-li əmrilə (əsas: §-2, bənd-2, səh-30, məlumatlar əmrə olduğu kimi köçürülmüşdür) xx.xx.N-cü il tarixdən xx.xx.N-cü il tarixədək rabitə sisteminin təşkili və təmiri üçün Cəbrayıl şəhərinə ezamiyyətə göndərilmişdir.N №-li hərbi hissə komandirinin N6 noyabr N-cü il tarixli 9N №-li əmrində (əsas: §-2, səh -27, sıra -N0, əmrdə “qısamüddətli məzuniyətdən gəlmiş” yazılmışdır, atasının adı yazılmamışdır) istiqamətləndirici rabitə bölüyünün baş mexaniki, sıravi İddiaçı qısamüddətli məzuniyyətdən gəlmiş hesab edilərək vəzifəsinin icrasına başlaması barədə məlumat vardır. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N97-ci il tarixli N №-li əmrinə əsasən, baş əsgər İddiaçı həqiqi hərbi xidmətdən tərxis olunduğuna görə, N №-li hərbi hissə komandirinin xx.xx.N97-ci il tarixli N8 №-li əmrilə (əsas: §-2, sıra-N, səh-N, əmrdə vəzifəsi göstərilməmişdir) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Astara RHK-na göndərilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmamışdır. - İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara şəhər şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-43-7/2-859/24 nömrəli məktubunda qeyd edilmişdir ki, Astara rayonu Pensər kənd sakini xx.xx.N73-cü il təvəllüdlü İddiaçı qeydiyyat kartasına əsasən bildirirəm ki, o xx.xx.N-cü ildə keçmiş Astara RHK-ğı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və N nömrəli hərbi hissəyə göndərilmişdir. xx.xx.N- cü ildə xidmətini davam etdirməkdən ötrü N nömrəli hərbi hissəyə göndərilmiş və həmin hərbi hissənin tərkibində xx.xx.N-cü ildən xx.xx.N-cü ilədək Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. İddiaçı xx.xx.N97-ci ildə Azərbaycan Respublikası MN-nin 3 nömrəli xx.xx.N97-ci il tarixli əmrinə əsasən N nömrəli hərbi hissədən ehtiyata buraxılmışdır.İddiaçı yaralanması, xidmət yerini özbaşına tərk etməsi, fərariliyə və digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi, məhkum edilməsi, barəsində cinayət təqibinə xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə məlumat yoxdur. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli 2339 nömrəli məktubunda göstərilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin N9N-N94-cü illərdə döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmamışdır. - İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara şəhər şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-43-7/2-N274/24 nömrəli məktubunda qeyd edilmişdir ki, Astara rayonu Pensər kənd sakini xx.xx.N73-cü il təvəllüdlü İddiaçı qeydiyyat kartasına əsasən bildirirəm ki, o, xx.xx.N-cü ildə keçmiş Astara RHK-ğı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və N nömrəli hərbi hissəyə göndərilmişdir. xx.xx.N-cü ildə xidmətini davam etdirməkdən ötrü N nömrəli hərbi hissəyə göndərilmiş və həmin hərbi hissənin tərkibində xx.xx.N-cü ildən xx.xx.N-cü ilədək Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. İddiaçı xx.xx.N97-ci ildə Azərbaycan Respublikası MN-nin 3 nömrəli xx.xx.N97-ci il tarixli əmrinə əsasən N nömrəli hərbi hissədən ehtiyata buraxılmışdır.İddiaçı yaralanması, xidmət yerini özbaşına tərk etməsi, fərariliyə və digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi, məhkum edilməsi, barəsində cinayət təqibinə xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə məlumat yoxdur. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd:Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasınınərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmətyerini özbaşına tərk etməyə,fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş(2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və yabarələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.(maddə 3). Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar - öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti,Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir (maddə 7). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin N-ci bəndinə əsasən N9N-ci il oktyabrın 9-dan N94-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N94-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın N0-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın N0-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin N-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş,“Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdeh orqana müharibə veteranı statusunun və vəsiqəsinin verilməsini xahiş etmiş, lakin cavabdeh orqan tərəfindən imtina edilərək, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.20N-cu ıl tarixli iclasında baxılmış və barəsində müəssəl qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Hərbi hissə komandirinin əmrində konkret olaraq ezam olunduğu hərbi hissə qeyd olunmadığına görə “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi məqsədə uyğun deyildir. Məhkəmə tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara şəhər şöbəsi məhkəməyə xx.xx.2024-cü il tarixli, 3-43-7/2-859/24 nömrəli məktub ünvanlayaq qeyd etmişdir ki, iddiaçı xx.xx.N-cü ildə keçmiş Astara RHK-ğı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və N nömrəli hərbi hissəyə göndərilmişdir. xx.xx.N- cü ildə xidmətini davam etdirməkdən ötrü N nömrəli hərbi hissəyə göndərilmiş və həmin hərbi hissənin tərkibində xx.xx.N-cü ildən xx.xx.N-cü ilədək Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. İddiaçı xx.xx.N97-ci ildə Azərbaycan Respublikası MN-nin 3 nömrəli xx.xx.N97-ci il tarixli əmrinə əsasən N nömrəli hərbi hissədən ehtiyata buraxılmışdır. İddiaçı yaralanması, xidmət yerini özbaşına tərk etməsi, fərariliyə və digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi, məhkum edilməsi, barəsində cinayət təqibinə xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə məlumat yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli N537 nömrəli məktubunda göstərilmişdir ki, Astara RHK-dan çağırılmış, N73-cü il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 76 №-li əmrilə xx.xx.N-cü il tarixdən şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək “sıravi” hərbi rütbəsi verilmiş və “kursant” vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli N4N №-li əmrilə kursant İddiaçı xx.xx.N-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün Goran şəhərinə göndərilmişdir. N №-li hərbi hissədən gəlmiş İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətin siyahısına salınmış və bütün növ təminatlarla təmin edilərək URR bölüyünün 5-ci tağımında baş mexanik vəzifəsinə təyin olunmuşdur. 5-ci tağımın baş mexaniki, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli, 27 №-li əmrilə (əsas: §-2, bənd-2, səh-30, məlumatlar əmrə olduğu kimi köçürülmüşdür) xx.xx.N-cü il tarixdən xx.xx.N-cü il tarixədək rabitə sisteminin təşkili və təmiri üçün Cəbrayıl şəhərinə ezamiyyətə göndərilmişdir. N №-li hərbi hissə komandirinin N6 noyabr N-cü il tarixli 9N №-li əmrində (əsas: §-2, səh -27, sıra -N0, əmrdə “qısamüddətli məzuniyyətdən gəlmiş” yazılmışdır, atasının adı yazılmamışdır) istiqamətləndirici rabitə bölüyünün baş mexaniki, sıravi İddiaçı qısamüddətli məzuniyyətdən gəlmiş hesab edilərək vəzifəsinin icrasına başlaması barədə məlumat vardır. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N97ci il tarixli N №-li əmrinə əsasən, baş əsgər İddiaçı həqiqi hərbi xidmətdən tərxis olunduğuna görə, N №-li hərbi hissə komandirinin xx.xx.N97-ci il tarixli N8 №-li əmrilə (əsas: §-2, sıra-N, səh-N, əmrdə vəzifəsi göstərilməmişdir) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Astara RHK-na göndərilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmamışdır. Məhkəmə tərəfindən qeyd edilir ki, cavabdeh orqanın istinad etdiyi Hərbi hissə komandirinin əmrində konkret olaraq ezam olunduğu hərbi hissə qeyd olunmaması barədə dəlilin əskinə olaraq iddiaçının xx.xx.N- cü ildə xidmətini davam etdirməkdən ötrü N nömrəli hərbi hissəyə göndərilmiş və həmin hərbi hissənin tərkibində xx.xx.N-cü ildən xx.xx.N-cü ilədək Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə iştirak etməsi barədə məlumat Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara şəhər şöbəsi tərəfindən təqdim edilmişdir, həmçinin iddiaçıya məxsus NZ ******* saylı hərbi biletdə onun xx.xx.N-cü ildən xx.xx.N-cü ilədək Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə iştirak etməsi barədə qeyd öz əksini tapmışdır. Həmçinin məhkəmə tərəfindən müvafiq orqanlara sorğular göndərilmiş, cavab olaraq barəsində hər hansı cinayət işi və ya təqsirləndirici material aşkar olunmadığı müəyən edilmişdir. Buna görə məhkəmə hesab edir ki, ziddiyyətli hallar mövcud olduğu üçüncavabdeh orqan tərəfindən inzibati mübahisə araşdırılmalıdır. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun NN-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 6N-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi, inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in N4.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.N-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.N-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - (maddə 73.3.N) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; - (maddə 73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; - (maddə 73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Göstərilənlərə əsasən və İPM-in 4.N-ci, 23.N-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79-cu, 8N-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilə bilməz.
Hakim Amilya Hüseynova