Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-335/2021 08.04.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin nümayəndəsi X2 (Daxili Qoşunların Baş İdarəsində Katibliyin hüquq xidmətinin rəisi, polkovnik-leytenant, ünvan 1 ünvanda yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinə qarşı «xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək təkrarən hərbi xidmətdə müddətdən artıq hərbi qulluqçu kimi qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq, ona müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçu kimi yüksək yeni pensiyanın təyin edilməsi məlumat vərəqəsinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı xx xxxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, məhkəmədən iddiaçı və cavabdeh olduğu kimi saxlanılmaqla, iddia tələbinə xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək təkrarən hərbi xidmətdə müddətdən artıq hərbi qulluqçu kimi qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2-1(120)-335/2021 saylı qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı Masallı rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılaraq xx xxxx 1987-ci ildən xx xxxx 1989-cu ilə qədər SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi keçmişdir. xx xxxx 1992-ci ildən xx xxxxxx 1992-ci ilə qədər X6 rayonunda gedən döyüşlərdə təkrar hərbi xidmət keçmişdir. xx xxxx 1992-ci ildə döyüşlər vaxtı ağır güllə yarası almışdır. xx xxxxxx 1993-cü ildə hərbi həkim komissiyası tərəfindən xidmətə yararsız sayılmışdır. Hal-hazırda Qarabağ müharibəsinin İİ qrup əlilidir. SSRİ Silahlı Qüvvələrində 1971-ci il təvəllüddə onun həmkarları pensiya təqaüdünü alıblar, o isə bu günə qədər pensiyasını ala bilməmişdir. Eyni zamanda xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək təkrar hərbi xidmətini Daxili Qoşunların sıralarında Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşən ordunun tərkibində könüllü olaraq döyüş əməliyyatlarında iştirak etmişdir. Halhazırda 2-ci qrup Qarabağ əlilidir. Pensiya təqaüdünü DSMF-nin Masallı rayon şöbəsindən alır. Lakin qanunvericiliyə uyğun olaraq ona müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçu kimi yüksək yeni pensiyanın təyin edilməsi qanunamüvafiqdir və bu haqda məlumat vərəqəsi hazırlanmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xx.xx.2019-cu il tarixli 132/23-241/3M №-li arxiv arayışında arxiv sənədlərinə istinad edilərək qeyd edilir ki, X1 xx.xx.1992-ci il tarixli 96 №-li əmrilə Azərbaycan Respublikası Hərbi Komissarlığı tərəfindən toplanışa çağırılmış hərbi mükəlləfiyyətlərin siyahısında xx.xx.1992-ci il tarixdən Daxili Qoşunların şəxsi heyətinin siyahısına müvəqqəti daxil edilmişdir. xx.xx.1992-ci il tarixdən sonrakı müddətlərdə onun, yəni İddiaçı Daxili Qoşunların tərkibində xidmət keçməsi və şəxsi heyətin siyahısından çıxarılması barədə hər hansı məlumat aşkar olunmayıb. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməyi barədə məlumat daxil olmayıb. Halbuki o, xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək Azərbaycan Respublikasınını müdafiəsində döyüşən ordunun tərkibində DİN-nin Daxili Qoşunlarının sıralarında olan N saylı hərbi hissədə Ağdərə istiqamətində ağır döyüşlərdə atəşkəs elan edilənə qədər döyüş əməliyyatlarında iştirak etmiş və həmin döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanmışdır. Ərizəyə əlavə olunan hərbi biletində göstərilmişdir ki, o, Azərbaycan Respublikası SHXÇDX-nin Füzuli rayon şöbəsi tərəfindən xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixinədək elan olunan atəşkəsə qədər döyüşən ordunun tərkibində N saylı təkrar həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.1994-cü il tarixində DİN-nin Daxili Qoşunlarının sıralarında N saylı hərbi hissəyə göndərilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında xx xxx 1994-cü il tarixində atəşkəs elan edilənədək iştirak etmişdir. Ona görə də hərbi biletində həmin qeydlər aparılmışdır. Bu sahəni tənzimləyən aidiyyəti maddi hüquq normalarından olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 saylı qərarı əsasında Azərbaycan Respublikası Müdafiə nazirinin x xxxxxx 1998-ci il tarixli 4 saylı əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair təlimatının 1.6-cı bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliklərinin orqanları və ya hərbi hissələr tərəfindən verilmiş arayışlar) əsasında verilir. Onun yuxarıda göstərdiyi kimi hərbi biletində xx xxx 1994-cü il tarixinə qədər cəbhə bölgəsində döyüş əməliyyatları aparan N saylı hərbi hissədə xidmət etdiyini təsdiq edən qeydlər vardır, ancaq DİN-nin Daxili Qoşunlarının xx.xx.2020-ci il tarixli 13-2/2949-19 №-li arxiv arayışına qeyd edilib ki, onun N saylı hərbi hissədə xidməti barəsində məlumat daxil olmamışdır. Qanunda da göstərilmişdir ki, hərbi biletdə aparılan qeydlər veteran vəsiqəsinin verilməsi üçün əsasdır. Odur ki, iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı və üçüncü şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı ilə bağlı iclasda izahat verərək, bildirdi ki, iddiaçının Şirvan İnzibati-İqtisadi Məhkəməsində cavabdehə qarşı müddətdən artıq hərbi qulluqçu kimi məlumat vərəqəsinin hesablanaraq Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası olmuş və Şirvan İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(086)-1261/2019 saylı qərarı ilə iddia təmin edilməmişdir. Hazırda isə iddiaçı cavabdehə qarşı xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək təkrarən hərbi xidmətdə müddətdən artıq hərbi qulluqçu kimi qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia qaldırmışdır. Odur ki, iddianın həllini məhkəmənin mülahizəsinə buraxaraq, qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materialını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddia təmin edilməməlidir. Belə ki, iş materialında olan xx.xx.2005-ci il tarixdə Masallı RPŞ tərəfindən verilmiş Seriya AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1969-cu il tarixdə Masallı rayonu, Tüklə kəndində doğulmuş, Masallı rayonu, Tüklə kəndində qeydiyyatdadır. İş materialında olan xx.xx.1987-ci il tarixdə Masallı rayon Hərbi Komissarlığı tərəfindən İddiaçı verilmiş H3 ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, o, xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək hərbi xidmətdə olmuşdur. O, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının tərkibində Dağlıq Qarabağın azad olunması ilə bağlı Ağdərə rayonunda gedən döyüşlərdə iştirak etmişdir. İş materialında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, 44 nömrəli arxiv arayışının surətindən görünür ki, İddiaçı X1 xx.xx.1992-ci il tarixli, 96 №-li əmrilə Azərbaycan Respublikası hərbi komissarlığı tərəfindən toplanışa çağırılmış hərbi mükəlləfiyyətlilərin siyahısında xx xxxx 1992-ci il tarixdən Daxili Qoşunların şəxsi heyətinin siyahısına müvəqqəti daxil edilmişdir. X1 xx.xx.1992-ci il tarixli, 98 №-li əmrilə Ağdərə şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmanlıq və şücaət göstərərək yaralanmış hərbi mükəlləfiyyətlilərin siyahısında 10 min manat həcmində pul mükafatı ilə mükafatlandırılmışdır. xx xxxxxx 1992-ci il tarixdən sonrakı müddətlərdə İddiaçı Daxili Qoşunların tərkibində xidmət keçməsi və şəxsi heyətin siyahısından çıxarılması barədə hər hansı bir məlumat aşkar olunmamışdır. İş materialında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi-Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 62 saylı Qərarının təsdiq edilmiş surətində qeyd olunur ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmətdə olarkən İddiaçı Ağdarə şəhəri uğrunda gedən döyüşlərdə güllə ilə yaralanaraq müalicə olunduğu və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-həkim komissiyasında xx.xx.1993cü il tarixdə şəhadətləndirildiyi xəstəlik-diaqnoz: “Döş qəfəsinin sol yarısının odlu silah kor güllə yaralanması, İV qabırğanın, kürək sümüyü cisminin sınığı, hemopnevmotoraksa (xx.xx.1992) sonrakı İV qabırğanın və sol kürək sümüyünün daxili kənarının qeyri-düzgün bitişmiş sınıqları. Xarici tənəffüs funksiyasının İ (birinci) dərəcəli pozulması”. (DİN DQ Komandanının R/6162 saylı xx.xx.2018-ci il tarixli göndərişi, SHXÇDX-nin Masallı rayon şöbəsində xx.xx.2018-ci il tarixli, 1027 saylı məktubu, 361 saylı arayışı, göndərişi, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından xx.xx.1993-cü il tarixli, 93 saylı arayış və DQBİ Arxivindən xx.xx.2018-ci il tarixli, 582 saylı arxiv arayışı ilə təsdiq edilir). “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. İş materialında olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2- 1(086)-1261/2019 saylı qərarı ilə müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə qarşı müddətdən artıq hərbi qulluqçu kimi məlumat vərəqəsinin hesablanaraq Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməmişdir. İş materialında olan Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2- 1(086)-1261/2019 nömrəli məktubu ilə müəyyən olunur ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)-1261/2019 nömrəli iş üzrə xx xxx 2019-cu il tarixli qərarı xx xxxxxx 2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Qeyd olunan qərardan verilmiş apelyasiya şikayəti Şirvan Apelyasiya Məhkəməsi tərəfindən təmin edilməmiş və xx xxxxxxx 2019-cu il tarixli, 2-1(106)-600/2019 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmış, həmin qərardan verilmiş kassasiya şikayəti də Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(102)-780/2020 nömrəli qərarı ilə təmin edilməmiş və dəyişdirilmədən saxlanılmışdır. İş materialında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları İdarəsinin xx.xx.2020-ci il tarixli xx-xx/3491-2340M saylı məktubunda qeyd edilmişdir ki, Daxili İşlər nazirinin müavini –Daxili Qoşunların komandanına ünvanladığınız ərizənizə Daxili Qoşunların Baş İdarəsində tərəfimizdən baxıldı. Müraciət etdiyiniz məsələ ilə əkaqədar bildiririk ki, Daxili Qoşunların arxivində X7 tərkibində müddətdən artıq həqiqi hərbi xidmət keçməniz barədə məlumatlar aşkar edilmədiyinə görə qaldırdığınız məsələnin həlli ilə əlaqədar müvafiq köməkliyin göstərilməsi imkanımız xaricindədir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək keçmiş Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı xx.xx.1992-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, Ağdərə rayonu uğrunda gedən döyüşlərdə yaralanmışdır. İddiaçı Şirvan İnzibati-İqtisadi Məhkəməsində cavabehə qarşı müddətdən artıq hərbi qulluqçu kimi məlumat vərəqəsinin hesablanaraq Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia qaldırmış və Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(086)-1261/2019 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Hazırda iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək təkrarən hərbi xidmətdə müddətdən artıq hərbi qulluqçu kimi qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. xx.xx.1992-ci il tarixdə qəbul edilmiş, hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş və xx.xx.2011-ci il tarixədə qüvvədən düşmüş “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa (həmin tarixə olan redaksiyada) əsasən, hərbi xidmət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə tapşırılan vəzifələrin yerinə yetirilməsi üzrə dövlət xidmətinin xüsusi növüdür. Hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda hərbi xidmətdən ibarətdir (maddə 2). Həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: əsgərlərin və matrosların, çavuşların müddətli həqiqi hərbi xidməti; əsgərlərin və matrosların, çavuşların müddətdən artıq həqiqi hərbi xidməti; gizirlərin və miçmanların həqiqi hərbi xidməti; hərbi-məktəb kursantlarının həqiqi hərbi xidməti; zabitlərin həqiqi hərbi xidməti. Bu Qanunla müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar müddətli həqiqi hərbi xidmətdə, Qanunla müəyyən edilmiş müddətdən artıq həqiqi hərbi xidmət keçənlər isə müddətdən artıq həqiqi hərbi xidmətdə hesab olunurlar. Qoşunların və ya donanmanın şəxsi heyətinin komplektləşdirilməsi üsullarına görə hərbi xidmət könüllü (müddətli hərbi xidmətdən başqa, xidmətin bütün növləri) və çağırış üzrə (müddətli həqiqi hərbi xidmət) xidmətlərə bölünür. Ehtiyatda xidmət toplanışlar keçməkdən və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarətdir (maddə 5). Hərbi xidmətin müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikası vətəndaşları və digər şəxslər aşağıdakı hərbi xidmətlərə könüllü daxil ola və qəbul edilə bilərlər: a) əsgərlərin, matrosların və çavuşların müddətdən artıq hərbi xidmətinə — qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbixidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlərdən, gizirlərdən və miçmanlardan başqa), habelə 19 yaşından 40 yaşınadək qadınlar (maddə 13). “MDB-nin Birləşmiş Silahlı Qüvvələrindən tərxis olunaraq ehtiyata buraxılmış hərbi mükəlləfiyyətlilərin həqiqi hərbi xidmətə çağırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1992-ci il tarixli, 77 nömrəli Fərmanından görünür ki, döyüş əməliyyatlarının aparıldığı və Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı şəraitdə komandir kadrları çatışmadığına və mükəmməl hərbi təlim keçmiş şəxsi heyətə ehtiyac olduğuna görə MDB-nin Birləşmiş Silahlı Qüvvələrindən 1991 və 1992-ci illərdə tərxis olunaraq ehtiyata buraxılmış hərbi mükəlləfiyyətlilərin həqiqi hərbi xidmətə çağırılması, Azərbaycan Respublikası Silahlı Qüvvələri heyətində xidmət edən əsgər və serjantların xidmət müddətlərinin respublika ərazisində gedən döyüş əməliyyatlarının müddətinə uyğun olaraq uzadılması qərara alınmışdır. xx.xx.2011-ci il tarixdə qəbul edilmiş və hazırda qüvvədə olan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir (maddə 2.0.2). Ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir (maddə 2.0.3). Hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir (maddə 24). Həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: müddətli həqiqi hərbi xidmət; hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti; müddətdən artıq həqiqi hərbi xidmət; gizirlərin və miçmanların həqiqi hərbi xidməti; zabitlərin həqiqi hərbi xidməti (maddə 28.1). Müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara bu Qanunla müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar aiddirlər (maddə 28.2). Müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara bu Qanunun 36.1.1-ci maddəsində müəyyən edilmiş şəxslər aiddirlər (maddə 28.5).Həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: müddətdən artıq həqiqi hərbi xidmətə – ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar (maddə 36.1 və 36.1.1). Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(086)- 1261/2019 saylı qərarı ilə müəyyən edilmişdir ki, İddiaçı müddətdən artıq deyil, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq hesab edir ki, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1994cü il tarixədək müddətli həqiqi hərbi xidmət keçməsi müəyyən olunduğundan onun xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək təkrarən hərbi xidmətdə müddətdən artıq hərbi qulluqçu kimi qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə işin yuxarda qeyd olunan hallarına və sadalanan hüquq normalarına məcmu halda qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinə qarşı «xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək təkrarən hərbi xidmətdə müddətdən artıq hərbi qulluqçu kimi qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddiası təmin edilməməlidir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 4, 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinə qarşı «xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək təkrarən hərbi xidmətdə müddətdən artıq hərbi qulluqçu kimi qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddiası təmin edilməsin. Qərаrdаn, оnun tаm fоrmаdа təqdim оlunduğu gündən 30 (оtuz) gün müddətində Şirvаn İnzibаti Məhkəməsi vаsitəsi ilə Şirvаn Аpеlyаsiyа Məhkəməsinə (Şirvаn şəhəri, Nахçıvаn küçəsi 3) şikаyət vеrilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-335/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-335/2021
08.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver