Məhkəmə qərarları › İş №2-1(120)-336/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-336/2025

02.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-336/2025 02.02.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2023-cü ildə qərarın ləğv edilməsi və xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi iş stajı və işlədiyi ümumi illəri nəzərə alaraq ona əmək pensiyasının yenidən hesablanması” tələbinə dair işə Şirvan şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hərbi xidmətdə olduğu illəri, təhsil aldığı illəri, əmək kitabçasında göstərilən iş illərinin ümumi iş stajına daxil etməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-336/2025 nömrəli, xx.xx.2026-cı il tarixli qərardadı ilə, İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, iddia tələbinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2023-cü ildə qərarın ləğv edilməsi və xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi iş stajı və işlədiyi ümumi illəri nəzərə alaraq ona əmək pensiyasının yenidən hesablanması” kimi baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, yaşa görə əmək pensiyası alır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən ona yaşa görə əmək pensiyası təyin edilib. Belə ki, cavabdeh tərəfindən ona əmək pensiyası təyin edilməsinə dair inzibati aktda onun əmək stajı tamlıqla və dəqiqliklə nəzərə alınmayıb. Belə ki, onun əmək kitabçasında qeyd edilən əmək stajını və fərdi hesabının sığorta hissəsində yığılmış 57.805.08 manatı nəzərə almadan 525.81 manat pensiya təyin etmişdir. O, cavabdeh orqana ona təyin olunmuş pensiya məbləğinin yenidən hesablanması barədə müraciət etdi lakin cavabdeh orqan ona imtina edici məktubla bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Qarabağ regional filialından daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1 - dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtormdaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda. Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1 -dək sığorta stajı 25 il hesablanır. xx.xx.2006-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 57.805,08 manat pensiya kapitalı əsasında, xx.xx.2006-cı il tarixinədək sığorta stajı 25 il hesablanmaqla xx.xx.2021-ci il tarixindən 508.52 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının məbləği xx.xx.2022-ci il tarixindən isə 525,81 manata çatdırılmışdır. “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixinədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. Yaşa görə əmək pensiyasının məbləği qanunvericiliyin tələbləri baxımından düzgün hesablanmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı məhkəməyə ünvanladığı iddiaya yazılı münasibətində (etirazında) qeyd edir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona iş illərinin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, lakin İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi dövrlər üzrə əmr və əmək haqqı kitablarının yerində yoxlanılması mümkün olmadığından sığorta stajına daxil edilməsinin mümkün olmadığı qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə,qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019-2022-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. "Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsində qeyd olunmuşdur ki, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasən pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında" Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Maddələrin məzmunundan da göründüyü kimi, şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Əmək haqqının alınmadığı aylar işçisinin həmin dövrdə sosial sığorta münasibətlərinin iştirakçısı olmadığını göstərir. İddiaçıya (təhsil illəri də nəzərə alınmaqla) 22 il 08 ay sosial sığorta stajı 25 ilə çatdırılmaqla yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2006-cı il tarixdən hüququnun yarandığı xx.xx.2021-ci il tarixədək toplanmış 57805,08 manat pensiya kapitalı əsasında pensiyasın aylıq məbləği 525,81 manat olmaqla ödənilir. Mübahisəli sosial sığorta stajı 05 il 04 ay 09 gündür: xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “Xüsusiləşdirilmiş Təmir Tikinti İdarəsi"ndə işlədiyi dövrlər faktiki və arxiv sənədlərin təhvil verildiyi ünvan məlum olmadığından həmin dövrlərin digər təsdiqedici sənədlər əsasında (arxiv arayışları, əmək haqqı cədvəlləri, əmrlər kitabı və s.) qarşılıqlı yoxlama aparılması mümkün olmamışdır. Lakin, İddiaçı avtomatlaşdırılmış pensiya təyinatı həyata keçirilən zaman xx.xx.2006-cı il tarixədək 25 il sosial sığorta stajı güzəşt olunmuşdur. Qeyd olunan maddi normalara istinad edərək belə nəticəyə gəlmək olar ki, İddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması qanunamüvafiq hesab edilmir. İcraatda olan 2-1 (120)-3190/2023 nömrəli inzibati iş üzrə İddiaçı "yaşa görə əmək pensiyasının yenidən hesablanmasının öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X7 iddia ərizəsinə etiraz edərək, iddia tələbinin rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, lakin iddiaçı isə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin qismən əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Füzuli rayonunun ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilən sübutlarla əsaslandırmışdır: - AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1956-cı il tarixdə doğulmuş İddiaçı ünvan 1i ünvanında qeydiyyatdadır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 15 mart 2022-ci il tarixli **********5 nömrəli məktubuna əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Qarabağ regional filialından daxil olmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. xx.xx.2006-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 57.805,08 manat pensiya kapitalı əsasında, xx.xx.2006cı il tarixinədək sığorta stajı 25 il hesablanmaqla xx.xx.2021 -ci il tarixindən 508.52 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının məbləği xx.xx.2022-ci il tarixindən isə 525,81 manata çatdırılmışdır. “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixinədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022- ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçının yaşa görə əmək pensiyasının məbləği qanunvericiliyin tələbləri baxımından düzgün hesablanmışdır. İşdə olan İT-İ ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.2021-ci ilədək müxtəlif müəssisələrdə işləmişdir. İşdə olan ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı Sumqayıt şəhər hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 29 sentyabr 2023-cü il tarixli 3-17-1/2-225301/2023 nömrəli məktubuna əsasən, İddiaçı iddiasına dair iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş xx.xx.2023-cü il tarixli 2-1 (120)-3190/2023 nömrəli məktuba baxılmışdır. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.2.1-ci maddəsinə əsasən pensiya yaşına çatdığı xx.xx.2021-ci il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən onun fərdi hesabın sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il hesablanır. İddiaçının əmək pensiyası xx.xx.2006-cı il tarixinədək 25 il ümumi iş stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 54175,28 manat pensiya sığorta kapitalına əsasən aşağıda verilmiş qaydada hesablanmışdır: 25 il tam iş stajı x 306 manat =7650 manat; 7650 manatın xx.xx.2021 -ci il tarixinədək indeksləşdirilmiş məbləği: xx.xx.2006- 7650.0 manat; xx.xx.2007-8.3%-lə 8284.95; xx.xx.2008-16.7%-lə 9668.53; xx.xx.2009-20.8%-lə 11679.59; xx.xx.2010-1.5 faizlə-11854.78; xx.xx.2011-5.7%-lə 12530.50; xx.xx.2012-7.9%lə 13520.41; xx.xx.2013-1.1-lə 13669.14; xx.xx.2014-2.4%-lə 13997.20; xx.xx.2015-1.4%lə 14193.16; xx.xx.2016-4.0%-lə 14760.89; xx.xx.2017-12.4%-lə 16591.24; xx.xx.2018- 5.7%-lə 17536.94; xx.xx.2019-3%-lə 18063.05; xx.xx.2020-2.6%-lə 18532.68; xx.xx.2021- 2.8%-lə 19051.60. Beləliklə, iddiaçının əmək pensiyasının sığorta hissəsi xx.xx.2022-ci il tarixinədək cəmi 73226,88 manat 19051,60+54175,28=73226,88 manat; 73226,88/144=508,52 manat) pensiya sığorta kapitalına əsasən 508,52 manat müəyyən edilmişdir. Əmək pensiyasının faktiki sığorta stajı əsasında hesablanması məqsədilə iddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Təqdim edilmiş təhsil haqqında sənədin surətinə əsasən iddiaçının xx.xx.1973-cü il tarixindən xx.xx.1976cı il tarixinədək təhsil illəri, hərbi biletin surətinə əsasən xx.xx.1976- cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1981 -ci il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək, xx.xx.1989-cu il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1998-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək, xx.xx.2001-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrü üzrə cəmi xx.xx.2006-cı il tarixinədək 22 il 8 ay 2 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək Xüsusiləşdirilmiş Təmir Tikinti İdarəsindəki əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır (xx.xx.1997-ci il tarixində işdən çıxma əmri rus dilində möhürlə təsdiq olunmuşdur). X5 və araşdırma şöbəsinin xx.xx.2022-ci il tarixli xidməti məruzəsinə əsasən sözügedən müəssisənin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından həmin dövrlərin araşdırılması mümkün olmamış və bu səbəbdən sığorta stajına daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının xx.xx.2006-cı il tarixinədək sığorta stajı 25 il olaraq saxlanılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa xx.xx.2023cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə uyğun olaraq 2022-ci il üzrə əmək pensiyaçılarına münasibətdə müəyyən edilmiş maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Həmçinin, Qanunun 29.1 -ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir. İddiaçının əmək pensiyasının məbləği Qanunun 29.1-ci maddəsinə əsasən 3,4% indeksləşdirilməklə xx.xx.2022-ci il tarixindən 525,08 manata, xx.xx.2023-cü il tarixindən isə 16,66 manat maddi yardım əlavə edilərək və 14,7% indeksləşdirilməklə 622,21 manata çatdırılmışdır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 08 sentyabr 2023-cü il tarixli 3-17-1/2-206966/2023 nömrəli məktubuna əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş xx.xx.2023-cü il tarixli 2-1 (120)-3190/2023 nömrəli məktuba aidiyyəti üzrə baxılmışdır. İddiaçı təqdim etdiyi təhsii haqqında sənədin surətinə əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək təhsil illəri, hərbi biletin surətinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci ii tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1981-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək, xx.xx.1989-cu il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1998-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək, xx.xx.2001-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrü üzrə ümumilikdə xx.xx.2006-cı il tarixinədək 22 il 8 ay 2 gün mübahisələndiriiməyən sığorta stajı müəyyən edilmişdir. İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək Xüsusiləşdirilmiş Təmir Tikinti İdarəsindəki əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır (xx.xx.1997 ci ıl tarixində işdən çıxma əmri rus dilində möhürlə təsdiq olunmuşdur). X5 və araşdırma şöbəsinin xx.xx.2022-ci il tarixli xidməti məruzəsinə əsasən sözügedən müəssisənin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından həmin dövrlərin araşdırılması mümkün olmamış və bu səbəbdən sığorta stajına daxil edilməmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən İddiaçı xx.xx.2006-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində 65840.07 manat (2023-cü il tarixinə indeksləşdirilmiş məbləğ - 65840,07 manat, 2022-ci il tarixinə indeksləşdirilmiş məbləğ - 57.805,08 manat, 2021-ci il tarixinə indeksləşdirilmiş məbləğ - 54175,32 manat) pensiya kapitalı qeydə alınmışdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 22—1.1 -ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunanın 2006-cı il yanvarın 1-dok sığorta stajı 25 il hesablanır. İddiaçı xx.xx.2006-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 54175,32 manat pensiya kapitalı əsasında, Qanunun 22- 1.1-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixinədək sığorta stajı 25 il hesablanmaqla xx.xx.2021-ci il tarixindən 508.52 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. İşdə olan Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 07 dekabr 2023-cü il tarixli **********148300 nömrəli məktubuna əsasən, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə daxil olmuş müraciətinə qanunvericiliyə uyğun olaraq baxılmışdır. “Abadlıq” şəhər təyinatlı obyektlərin abadlaşdırılması trestinin nəzdində Xüsusiləşdirilmiş Təmir-Tikinti İdarəsi xx.xx.1997-ci il tarixdə D-1810 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 25 iyul 2023-cü il tarixli 3-17-1/2-166883/2023 nömrəli məktubuna əsasən, icraatda İddiaçı Çapərxan oğlunun cavabdeh Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması" iddia tələbi üzrə inzibati iş vardır. İşdə olan xx.xx.2023-cü il tarixli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarın surətinə əsasən, X4 barəsində xx.xx.1997-ci ildə işdən çıxma əmrinin rus dilində möhürlə təsdiq olunması səbəbindən həmin illər sosial siğorta stajında nəzərə alınmamışdır. Yenidən hesablanmış əmək pensiyası məbləği 622.21 manat hesablanmışdır. İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 10 oktyabr 2023-cü il tarixli 3-29/2-6773/2023 nömrəli məktubuna əsasən, Azərbaycan Respublikası Şirvan inzibati Məhkəməsinin icraatında olan 2-1(120)- 3190/2023 saylı inzibati iş üzrə iddiaçı X1 iddia tələbi ilə bağlı zəruri məlumatın məhkəməyə təqdim edilməsinə dair sorğuya (daxil olma: 3-29/1-6645/2023; xx.xx.2023) Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyində baxılmışdır. X4 həqiqətən, 1984-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) "Sənaye və mülki tikinti” ixtisası üzrə qiyabi şöbəyə daxil olmuş və 1990-cı ildə tam kursu bitirmişdir. Ona PB № 030714 nömrəli diplom verilmişdir. Sumqayıt Politexnik Texnikumunun sənədləri Azərbaycan Respublikasının Milli Arxiv idarəsinin Sumqayıt filialına təhvil verildiyindən sözügedən sorğunun cavablandırılması imkan xaricindədir. İşdə olan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, istehlak qiymətləri indeksi – 2006-108.3%, 2007-116.7%, 2008- 120.8, 2009-101.5%, 2010-105.7%, 2011-107.9%, 2012-101.1%, 2013-102.4, 2014- 101.4%, 2015-104.0%, 2016-112.4%, 2017-112.9%, 2018-102.3, 2019-102.6%, 2020- 102.8%, 2021-106.7%, 2022-113.9%, 2023-108.8%, 2024-cü ilin yanvar ayı 101.7 % müəyyən edilmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 12 mart 2024-cü il tarixli 3-17-1/2-60311/2024 nömrəli məktubuna əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş xx.xx.2024-cü il tarixli 2-1(120)- 843/2024 nömrəli məktuba aidiyyəti üzrə baxılmışdır. İddiaçı təqdim etdiyi təhsil haqqında sənədin surətinə əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək təhsil illəri, hərbi biletin surətinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1981-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək, xx.xx.1989-cu il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1998-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək, xx.xx.2001-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrü üzrə ümumilikdə xx.xx.2006-cı il tarixinədək 22 il 8 ay 2 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək Xüsusiləşdirilmiş Təmir Tikinti İdarəsindəki əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır (xx.xx.1997-ci il tarixində işdən çıxma əmri rus dilində möhürlə təsdiq olunmuşdur). X5 və araşdırma şöbəsinin xx.xx.2022-ci il tarixli xidməti məruzəsinə əsasən sözügedən müəssisənin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından həmin dövrlərin araşdırılması mümkün olmamış və bu səbəbdən sığorta stajına daxil edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22—1.1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunanın 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Qeyd olunan maddəyə müvafiq olaraq vətəndaşın xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajı nəzərə alınmşdır. Qanunun 27.1 -ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. İddiaçı xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajına əsasən həmin tarixə hesablanan pensiya kapitalının məbləği 7650 manat təşkil edir: 25x306=7650 manat. Həmin kapitalın xx.xx.2021 -ci il tarixinə indeksləşdirilmiş məbləği 19051,60 manat təşkil edir: SH - 19051,60:144=132,30. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən İddiaçı xx.xx.2006-cı il tarixindən 01,04.2020-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində 54175,32 manat (2021 -ci il tarixinə indeksləşdirilmiş məbləğ) pensiya kapitalı qeydə alınmışdır. 54175,32:144=376,22. xx.xx.2021- 132,30+376,22=508,52. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 01.01.2022 - 508,52+508,52x3,4%=525,81 manat. Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən vətəndaşın əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 542,47 manat müəyyən edilib: 525,81+(200/12)=542,47 manat. Qanunun 29.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən İddiaçı əmək pensiyasının məbləği indeksləşdirilərək 622,21 manata çatdırılmışdır: xx.xx.2023-542,47+542,47x14,7%=622,21 manat; xx.xx.2024- 622,21+622,21x11,2%=691,90 manat. Zərurət yaranarsa növbəti məhkəmə iclasında mütəxəssisin iştirakı təmin ediləcəkdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-843/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/2849 nömrəli ekspert rəyinin nəticəsindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilənləri nəzərə almaqla ekspert qarşısında qoyulmuş suallara müvafiq olaraq İddiaçı pensiya məbləğinin indeksləşdirilərək xx.xx.2024-cü il tarixdən 691,90 manat təşkil etdiyi müəyyən edilir. xx.xx.2026-cı il tarixli məhkəmə iclasında iştirak etmiş mütəxəssis X6 bildirmişdir ki, İddiaçı təqdim etdiyi təhsil haqqında sənədin surətinə əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək təhsil illəri, hərbi biletin surətinə əsasən xx.xx.1976cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1981-ci il tarixindən 01,07.1985-ci il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək, xx.xx.1989-cu il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1998-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək, xx.xx.2001-ci il tarixindən 01.01,2006-cı il tarixinədək əmək fəaliyyəti dövrü üzrə ümumilikdə xx.xx.2006-cı il tarixinədək 22 il 8 ay 2 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Həmçinin İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək Xüsusiləşdirilmiş Təmir Tikinti İdarəsindəki əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır (xx.xx.1997-ci il tarixində işdən çıxma əmri rus dilində möhürlə təsdiq olunmuşdur). Sözügedən müəssisənin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından həmin dövrlərin araşdırılması mümkün olmamış və bu səbəbdən sığorta stajına daxil edilməmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə Qanunun 27.1 -ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. İddiaçı xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajına əsasən həmin tarixə hesablanan pensiya kapitalının məbləği 7650 manat təşkil edir: 25x306=7650 manat. Həmin kapitalın xx.xx.2021-ci il tarixinə indeksləşdirilmiş məbləği 19051,60 manat təşkil edir: Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən İddiaçı xx.xx.2006-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində 54175,32 manat (2021 -ci il tarixinə indeksləşdirilmiş məbləğ) pensiya kapitalı qeydə alınmışdır. 54175,32:144=376,22, xx.xx.2021-132,30+376,22=508,52. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. xx.xx.2022-508,52+508,52x3,4%=525,81 manat. Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən. Qeyd olunan maddənin tələblərinə əsasən vətəndaşın əmək pensiyasının məbləği xx.xx.2021-cü il tarixindən 542,47 manat müəyyən edilib: 525,81+(200/12)=542,47 manat. Qanunun 29.1ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən İddiaçı əmək pensiyasının məbləği indeksləşdirilərək 622,21 manata çatdırılmışdır:xx.xx.2022- 542,47+542,47x14,7%=622,21 manat, xx.xx.2024-622,21+622,21x11,2%=691,90 manat. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-336/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə, təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 avqust 2025-ci il tarixli 9/3613 nömrəli ekspert rəyinin nəticəsindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən, ekspert qarşısında qoyulmuş suallara müvafiq olaraq İddiaçı pensiya məbləğinin indeksləşdirilərək xx.xx.2024-cü il tarixindən 691,90 manat təşkil etdiyi müəyyən edilir. O cümlədən qeyd edilir ki, İddiaçı əmək pensiyası hesablanarkən qeydə alınmış pensiya sığorta kapitalı və indeksləşdirmə düzgün nəzərə alınmışdır. Məhkəmə tərəfindən qeyd edilir ki, cavabdeh inzibati orqan tərəfindən İddiaçı xx.xx.1992-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək Xüsusiləşdirilmiş Təmir Tikinti İdarəsindəki işlədiyi illər mübahisə edilmişdir. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Xüsusiləşdirilmiş Təmir Tikinti İdarəsindəki işlədiyi dövrlər ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə görə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0. 1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aidıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0. 3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. 1.0. 5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; 20.14. Bu qanunun 20.1.11 -ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarıxınədək təminat xərclıyindəkı sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1.hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin - 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla; Həmin Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək bu Qanunun 20- ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1 -ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeyd edilən normanın icrası olaraq Azərbaycan Respublikası Prezidentinin (xx.xx.2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.1 -ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 26.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərim Azərbaycan Respublikasının Prezidenti həyata keçirir) 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” təsdiq edilmişdir. Həmin Qaydaların 1.1-ci bəndinə əsasən bu Qayda “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1 -ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi - bundan sonra əmək haqqı) artırıldıqda yenidən hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: … 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; ... Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. ... “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan tələblərinə görə, inzibati orqanlar qanuna riayət etməyə borcludurlar. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Obyektiv araşdırma prinsipini təsbit edən normaya əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi qərarını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın icraatla bağlı hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, inzibati aktı qəbul etməsinin səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə tərəfindən araşdırmalı hal odur ki, İddiaçı xx.xx.1992-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək Xüsusiləşdirilmiş Təmir Tikinti İdarəsindəki işlədiyi illərinin sosial sığorta stajına daxil edilməsinin “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə zidd olub-olmamasıdır. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. Eyni zamanda, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Cavabdehin imtinasının, eləcə də etirazının əsas dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən əmək kitabçası təqdim olunsa da, İddiaçı xx.xx.1992-ci il tarixindən xx.xx.1997ci il tarixədək Xüsusiləşdirilmiş Təmir Tikinti İdarəsindəki işlədiyi dövrlər sığorta stajına əlavə edilmədiyi bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı və s.) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Digər tərəfdən, həmin tələblərə və prosedurlara uyğun aparılmış icraat üzrə materiallar və həmin materiallar üzrə inzibati orqanın qəbul etdiyi əsaslandırılmış qərar, maraqlı şəxsin narazı qaldığı təqdirdə həmin qərarın mübahisələndirilməsi imkanlarının qiymətləndirilməsi və onun səmərəli hüquqi müdafiə imkanları ilə təchiz olunması məqsədlərinə xidmət edir. Başqa sözlə, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə düzgün və qanunauyğun qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Qeyd olunmalıdır ki, şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyri-məqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “Əmək pensiyaları haqqında” Qanunun və “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də, cavabdeh özünün təyinatla bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur. Məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində deyilirdi ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı əmək fəaliyyətinə xx.xx.1972-ci il tarixdən başlayaraq müxtəlif müəssisələrdə işləmişdir. Əmək kitabçasının qeydlərinə əsasən həmçinin, cavabdehin mübahisələndirdiyi İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Xüsusiləşdirilmiş Təmir Tikinti İdarəsində işləməsi də müəyyən olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyitarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a(X12) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Hazırda cavabdehin mübahisələndirdiyi İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Xüsusiləşdirilmiş Təmir Tikinti İdarəsindəki işlədiyi dövrlər də həmin qanun qüvvəyə minənədək olan dövrlə əhatə olunduğundan, bu müddətdə iddiaçının iş stajının əmək kitabçasında qeyd edilməsi həmin dövrün onun sığorta stajına daxil edilməsi üçün yetərli əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisəli məsələ İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Xüsusiləşdirilmiş Təmir Tikinti İdarəsindəki işlədiyi dövrlərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Bundan başqa, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. İddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. İddiaçının pensiya işindən görünən odur ki, inzibati orqan ilk dəfə iddiaçıya xx.xx.2021-ci ildə yaşa görə əmək pensiyası təyin etmiş, bundan sonra xx.xx.2023-cü il tarixdə pensiyanın yenidən hesablanması barədə qərar qəbul edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin hər hansı bir məsələ ilə əlaqədar müddət tətbiq etməkdə məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etməkdən ibarətdir. Digər tərəfdən, qanunverici cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddətin axımının başlanmasını buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bu zaman bildiyi və ya bilməli olduğu vaxtın fərqli vəziyyətlər olduğu da nəzərə alınmalıdır. Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, məhkəmələr bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir. Qeyd edilənlərin hazırkı işə tətbiqi ilə bağlı məhkəmə qeyd edir ki, pensiya təminatı sistemi dövlətin həyata keçirdiyi sosial müdafiə siyasətinin ən mühüm və əsas istiqamətlərindən biridir və cavabdeh inzibati orqan dövlətin ona verdiyi səlahiyyətə əsasən bu təminatın reallaşdırılması üçün zəruri olan bütün addımları atmaqda mükəlləfdir. Digər inzibati orqanlar kimi pensiya təminatını həyata keçirən cavabdeh də öz fəaliyyət sferasına aid bütün normativ hüquqi aktları dəqiq bilməli və onları düzgün tətbiq etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1.4-cü bəndinə görə əmək pensiyasının yenidən hesablanmasına əsas olan hallardan biri də Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığının aşkar edilməsi halıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də, “lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140). “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində deyilirdi ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. İddiaçı həmçinin ona təyin edilmiş əmək pensiyasının məbləği ilə razı olmadığını və buna görə pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə görə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə görə yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun 10.3-cü maddəsinə görə yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T, burada: YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK- sığortaolunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun 10.4-cü maddəsinə görə yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=BH+SH+YH, burada: P- yaşa görə əmək pensiyasıdır; BH - yaşa görə əmək pensiyasının baza hissəsidir; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir. Həmin Qanunun 26.1-ci maddəsinə görə bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Həmçinin Qanunun 29 1 -ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən əmək pensiyası indeksləşdirilərək xx.xx.2024-ci il tarixindən 691.90 manata çatdırılmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İddiaçının ötən dövr üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi tələbindən qanuni əsaslarla imtina olunduğundan, işin bu cür halında isə cavabdeh tərəfindən hər hansı qanunsuz hərəkətə yol verilməsi hər hansı dəlil ilə sübuta yetirilmədiyindən, iddia təmin edilməməlidir. İddiaçının pensiya işindən və qanunvericiliyin qeyd olunan müddəalarından görünür ki, iddiaçıya təyin edilmiş əmək pensiyasının məbləği düzgün hesablanaraq ödənilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/2849 nömrəli ekspert rəyi və 19 avqust 2025-ci il tarixli 9/3613 nömrəli ekspert rəyinin nəticəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən mülki iş materiallarında olan sənədləri və rəyin tədqiqat posesinin təsviri hissəsində göstərilənləri nəzərə almaqla ekspert qarşısında qoyulmuş suallar üzrə İddiaçı yaşa görə əmək pensiyasının məbləği indeksləşdirilərək qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün hesablanmışdır. Məhkəmə hesab edir ki, prosessual xərc - məhkəmə ekspertizasının keçirilməsinə görə 100 (bir yüz) və 150 (bir yüz əlli) manat ekspertiza tədqiqatının dəyəri iddiaçıdan tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı. Nəticəvi hissə: İddiaçı iddia ərizəsi qismən təmin edilsin. İddiaçı barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli qərarı qeyd hissədə “xx.xx.1997-ci ildə işdən çıxma əmrinin rus dilində möhürlə təsdiq olunması səbəbindən həmin illər sosial siğorta stajında nəzərə alınmamışdır) ləğv edilsin. İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Xüsusiləşdirilmiş Təmir Tikinti İdarəsindəki işlədiyi iş stajı sığorta stajı kimi nəzərə alınaraq, ona yaşa görə təyin edilmiş əmək pensiyasının məbləğinin yenidən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının keçirilməsinə görə 100 (bir yüz) və 150 (bir yüz əlli) manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22.Hesab №AZ34CTRE********************) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvanşəhəri, Naxçıvanküçəsi 3) şikayət verilə bilər. Hakim Amilya Hüseynova İş №2-1(120)–336/2025 Qərardad (yanlışlığın düzəldilməsi barədə) 02 mart 2026-cı il Şirvan şəhəri Şirvan İnzibati Məhkəməsi Hakim Hüseynova Amilya Aqil qızı, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2023-cü ildə qərarın ləğv edilməsi və xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi iş stajı və işlədiyi ümumi illəri nəzərə alaraq ona əmək pensiyasının yenidən hesablanması” barədə iddia tələbi üzrə qəbul edilmiş Şirvan İnzibati Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2-1(120)–336/2025 nömrəli qərardadında buraxılmış yanlışlığın düzəldilməsinə dair məsələyə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hərbi xidmətdə olduğu illəri, təhsil aldığı illəri, əmək kitabçasında göstərilən iş illərinin ümumi iş stajına daxil etməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-336/2025 nömrəli, xx.xx.2026-cı il tarixli qərardadı ilə, İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, iddia tələbinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2023-cü ildə qərarın ləğv edilməsi və xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi iş stajı və işlədiyi ümumi illərinin nəzərə alaraq ona əmək pensiyasının yenidən hesablanması” kimi baxılması qərara alınmışdır. Məhkəmə qərardadı qəbul edildikdən sonra məlum olmuşdur ki, qərarda texniki yanlışlığa yol verilərək, qərardadın təsviri hissəsində və nəticə hissəsində “iddia tələbinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2023-cü ildə qərarın ləğv edilməsi və xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi iş stajı və işlədiyi ümumi illəri nəzərə alaraq ona əmək pensiyasının yenidən hesablanması” cümləsi əvəzinə, “iddia tələbinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2023-cü ildə qərarın ləğv edilməsi və xx.xx.1992-ci illərdə işlədiyim sosial sığorta stajının və işlərin ümumi illəri nəzərə alaraq mənə əmək pensiyasının yenidən hesablanması” kimi qeyd edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, məhkəmə qərardadında yol verilmiş aşkar yanlışlıq düzəldilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 76.1-cı maddəsinə əsasən məhkəmə məhkəmə qərarının mətnində olan aşkar yazı və hesab səhvlərini və ya digər aşkar yanlışlıqları düzəltməyə borcludur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən məhkəmə qərarının mətninə düzəlişlər barədə məhkəmə qərardad qəbul edir. Qərardad şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2-1(120)–336/2025 nömrəli qərardadında yol verilmiş yanlışlıq düzəldilməli, qərardadın təsviri hissəsində və nəticə hissəsində “xx.xx.2023-cü ildə qərarın ləğv edilməsi və xx.xx.1992-ci illərdə işlədiyim sosial sığorta stajının və işlərin ümumi illəri nəzərə alaraq mənə əmək pensiyasının yenidən hesablanması” sözləri əvəzinə, “xx.xx.2023-cü ildə qərarın ləğv edilməsi və xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi iş stajı və işlədiyi ümumi illəri nəzərə alaraq ona əmək pensiyasının yenidən hesablanması” sözləri kimi oxunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 76, 80-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: Şirvan İnzibati Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2-1(120)–336/2025 nömrəli qərardadında yol verilmiş yanlışlıq düzəldilsin. Qərardadın təsviri və nəticə hissəsində “xx.xx.2023-cü ildə qərarın ləğv edilməsi və xx.xx.1992-ci illərdə işlədiyim sosial sığorta stajının və işlərin ümumi illəri nəzərə alaraq mənə əmək pensiyasının yenidən hesablanması” sözləri, “xx.xx.2023-cü ildə qərarın ləğv edilməsi və xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi iş stajı və işlədiyi ümumi illəri nəzərə alaraq ona əmək pensiyasının yenidən hesablanması” sözləri kimi oxunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim: Amilya Hüseynova AZƏRBAYCAN RESPUBLİKASİ ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ AZ-1800, Şirvan şəhəri, H.Z.Tağıyev küç., 10 Tel: (021) 215-12-82, Faks: (021) 215-21-44 www.shirvanadministrativecourt.gov.az Elektron ünvan İş № 2-1(120)–336/2025 02 mart 2026-cə il İddiaçı ünvan 1i. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küçəsi 143 Şirvan İnzibati Məhkəməsinin inzibati iş üzrə qəbul edilmiş 02 mart 2026-cı il tarixli, 2-1(120)–336/2025 nömrəli məhkəmə qərardadının surəti Sizə göndərilir. Qoşma: « » vərəqdə. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar