Məhkəmə qərarları › İş №2-1(120)-3363/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3363/2023

22.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3363/2023 22.12.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2023-cü il tarixli, **********449200 nömrəli qərarın ləğv edilməsi iddia tələbi üzrə inzibati işə məhkəmənin inzibati binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********449200 nömrəli qərarın ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək, iddia tələbinin “”Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********449200 nömrəli qərarın ləğv edilməsi” kimi oxunması qərara alınmışdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 2022-ci il mənfəət vergisi üzrə xx.xx.2023-cü il tarixli, **********449200 nömrəli qərara əsasən kameral vergi yoxlaması nəticəsində müəssisəyə əlavə 21363.0 manat vergi məbləği hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarla kameral olaraq hesablanmış gəlir vergisi məbləğləri əsassız və qanunsuz olaraq hesablanmışdır. Göstərilən qərarın qəbul edilməsində əsas kimi qeyd edilmişdir ki, guya aparılan araşdırma zamanı e-qaimə ilə aparılan araşdırma zamanı e-qaimə ilə: BONTE-LM: MMC-dən (VÖEN1405S6SS61 ):BRAMOLS ES: MMC-dən (VÖEN **********).:LEDOREKS QRUP: MMC-dən (VOEN **********).;LENOLA: MMC-dən (VOEN **********). X1 (VÖEN 6000~’77682), X2(VOEN **********) e-qaimə ilə cəmi 106815.5 manat məbləğində mal (iş \ə xidməti alındığı müəyyən edilmişdir. Nəticədə qevd olunan malların riskli vergi ödəyicilərındən əldə edildiyini nəzərə alaraq, həmin malların təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin xərclər bölməsində əks etdirilməsi nəticəsində vergi məbləği üzrə 21363.1 manat məbləğində kənarlaşmanın olduğu ehtimal edilir. Qeyd olunanlar vergiyə cəlb edilən dövriyyənin azaldılması və vergidən yayınma riskinin olması kimi qiymətləndirildiyi qeyd edilmişdir. Bu kimi hallar barədə qeyd etmək istəyir ki, yuxarıda adları qeyd edilən müəssiə və fiziki şəxslər ilə “YUSİF-C" MMC arasında 2022-ci il tarixli imzalanmış müqavilələr və elektron qaimələr mövcuddur ki, həmin müqavilələrin tarixinə nəzər yetirdikdə müəyyən etmək mümkün olur ki, həmin dövr ərzində sözügedən vergi ödəyiciləri riskli vergi ödəyiciləri olmamışdırlar. Belə ki, vergi orqanının AVİS altsistemində qaimələr qarşı tərəfə yazılan zaman vergi orqanı tərəfindən ekranda bildiriş göstərərək həmin vergi ödəyicisinin riskli ödəyicilər siyahısında olmasını qeyd edir. Lakin qərardad sözügedən müəssisə və fiziki şəxslər ilə tərəflər arasında müqavilə imzalanan və qaimələr ünvanlanan zaman bu kimi bildiriş ekranda göstərilməmişdir. Bu səbəbdən həmın müəssisə və fiziki şəxslərlə həmiıı zaman müqavilələrə uyğun fəaliyyət göstərilmişdir. Bu göstərilənlərədən də aydın olur ki, vergi orqanı tərəflər arasında tərtib edilmiş müqavilələr və yazılmış qaimələrm tarixlərinə nəzər yetirmədən uzun bir müddət ötməsinə baxmayaraq kameral vergi yoxlaması həyata keçirtmiş və əsassız olaraq əlavə vergi məbləği hesablanmışdır. Bu kimi hallar vergi orqanı tərəfindən qanunsuz və əsassız qərarın qəbul edildiyinə dəlalət edir. Sözügedən iş üzrə səlahiyyətli orqan isə baxarkən və qərar çıxararkən işin faktiki hallarını düzgün təhlil etməmiş, lazımı qavdada və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, tətbiq edilməli olan hüquq normasını tətbiq etməmiş və yaxud düzgün təfsir etməmişdir. Cavabdeh orqan tərəfindən çıxarılmış qərar əsassız və qanunsuz olduğundan aşağıda qeyd olunan xüsusatlara əsasən hesab edir ki, xx.xx.2023-cü il tarixli, **********449200 nömrəli qərar tamamilə əsassızdır. 5 saylı Ərazi Vergilər idarəsi tərəlindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********449200 nömrəli qərarı Azərbaycan Respublikasının “İnzibatı İcraat haqqında" Qanununun və xergı qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv olunmalıdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən iddia ərizəsinə etiraz verilərək bildirilmişdir ki, İddiaçı MMC-nin (VÖEN: **********) cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli **********449200 nömrəli “vergilərin, sosial sığorta və işsizlik sığortas! haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi məhkəmədən xahiş etmişdir.İdarə aşağıda qeyd olunan səbəblərə görə iddia tələbi ilə razılaşmır və onu əsassız hesab edir. Belə ki, Dövlət Vergi Xidməti tərəfindən aparılan araşdırma zamanı tərəfinizdən 2022-ci il ərzində riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş vergi ödəyicilərindən e-qaimə ilə mal (iş və xidmət) əldə edildiyi müəyyən edilmişdir. Belə ki, aparılan araşdırma zamanı EBCJ seriyalı 595672 nömrəli e-qaimə ilə "xxxx" MMC-dən (VÖEN **********) 1800.0 manat məbləğində, EBCH seriyalı 732525 nömrəli, EBCİ seriyalı 722929 nömrəli, EBCK seriyalı 3443 nömrəli, EBCK seriyalı 269790 nömrəli və EBCK seriyalı 471520 nömrəli e-qaimə ilə "xxxx" MMCdən (VÖEN **********) cəmi 78605.0 manat məbləğində, EBCC seriyalı 838648 nömrəli eqaimə ilə "xxxx" MMC-dən (VÖEN **********) 10040.0 manat məbləğində, EBCD seriyalı 304367 nömrəli e-qaimə ilə "xxxx" MMC-dən (VÖEN **********) 3000.0 manat məbləğində, EBBU seriyalı 928137 nömrəli e-qaimə ilə X1 (VÖEN **********) 2580.0 manat məbləğində, EBBT seriyalı 279591 nömrəli və 435157 nömrəli e-qaimə ilə X2 (VÖEN **********) 10790.0 manat məbləğində, cəmi 106815.0 manat məbləğində mal (iş və xidmət) alındığı müəyyən edilmişdir. Qeyd olunan malların riskli vergi ödəyicilərindən əldə edildiyini nəzərə alaraq, həmin malların vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin xərclər bölməsində əks etdirilməsi nəticəsində vergi məbləği üzrə 21363.0 manat məbləğində kənarlaşmanın olduğu ehtimal edilmişdir. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********173400 nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında uyğunsuzluq məktubu göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinn 37-ci maddəsinə əsasən 5 iş günü ərzində təsdiqedici sənədlər və əsaslı izahat məktubu vergi orqanına təqdim edilmədiyi üçün 106815.0 manat məbləğində xərc nəzərə alınmamış və 2022-ci il Mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması zamanı əlavə hesablama aparılaraq xx.xx.2023-cü il tarixli **********449200 nömrəli əlavə vergi məbləğinin hesablanması barədə Qərar vergi ödəyicisinə göndərilmişdir.Nəzərə alınması zəruridir ki, işin faktiki halları araşdırılan zaman zaman BONTE-LM" MMC-nin (VÖEN **********), "xxxx" MMC-nin (VÖEN **********), "xxxx" MMC-nin (VÖEN **********), "xxxx" MMC-nin (VÖEN **********), fərdi sahibkar X5 (VÖEN **********) və fərdi sahibkar X6 (VÖEN **********) e-qaimə ilə "xxxx" MMC-yə təqdim etdiyi mallar onların alışında və ya idxalında müəyyən edilməmişdir. Beləliklə müəyyən olunur ki İddiaçı MMC-yə təqdim olunan mallar faktiki olaraq adları yuxarıda qeyd edilən vergi ödəyicilərində olmamışdır və əmtəəsiz əməliyyatlar aparılmışdır. Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1 -ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır.İnzibati araşdırma müddətində müəyyən olunmuşdur ki, İddiaçı MMC-nin qarşılıqlı əməliyyatlar apardığı BONTE-LM" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC-nin (VÖEN **********), "xxxx" MMC-nin (VÖEN **********) heç bir saxlanc yeri və anbarı mövcud deyildir. BONTE- LM" MMC (VÖEN **********) və "xxxx" MMC (VÖEN **********) təsisçisi və rəhbəri eyni şəxsdir, 4 gün ərzində 2 hüquqi şəxsin yaradılması, qısa müddət fəaliyyət göstərməsi və həmin hüquqi şəxslərin heç bir obyektinin mövcud olmaması və eyni zamanda aldığı mallar ilə təqdim etdiyi malların fərqli olması əmtəəsiz əməliyyatların aparılmasını bir daha sübut edir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarının 2.1.2-ci bəndinə əsasən qeyd olunan əməliyyatlar əmtəəsiz əməliyyatlar sayıldığı üçün, alışında və ya idxalında olmayan malları təqdim edən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab edilir. Vergi ödəyicisi əmtəəsiz (idxalında və ya alışında olmayan) mallar təqdim etdikdən sonra, riskli vergi ödəyicisi sihayısına daxil edilməsi barədə qanunamüvafiq tədbirlər görülür və sonda riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar çıxarılır. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 24.0.1 -ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1 -ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1 -ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1 -ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1 -ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir.Həmin Məcəllənin 24.0.1 -ci maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1 -ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar.Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.Həmin Məcəllənin 68.1 -ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir.Mülki Prosessual Məcəlləsinin 76.1 -ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Odur ki, İddiaçı MMC-nin iddia tələbi tam əsassızdır.Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən İddiaçı MMC-nin iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi vəkil X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirib, təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X11 iddia ərizəsinə etiraz edərək, iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı lazımi qaydada xəbərdar edilmişdir. Lakin, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarından, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə olan 31 may 2023-cü il tarixli, **********449200 nömrəli qərarı ilə müəssisəyə 2022-ci il hesabat dövrü üçün 45504,66 manat vergi hesablanmışdır. İş materiallarında olan cavabdeh vergi orqanının iddiaçıya ünvanladığı «kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında» 23 may 2023-cü il tarixli məktubunun təsdiq olunmuş surətindən görünür ki, Təqdim edilmiş bəyannamənin 1 nömrəli Əlavəsinin 1.1 kodlu (Əsas vəsaitlərinin dəyəri) və 1.3 kodlu (Ehtiyatlar) sətirlərinin “Dövr ərzində daxil olmuşdur” sütunundakı göstəricilərin cəmi ( 1049541.40 manat) bəyannamənin aid olduğu ilin müvafiq dövründə tərəfinizdən idxal edilmiş, elektron-qaimə lakturalar və alış aktları əsasında alınmış mallar (işlər, xidmətlər) barədə vergi orqanının məlumat bazasında olan ( 959886.40 manat) məbləğdən - 89655.00 manat fərqli olduğu üçün kənarlaşma yaranmışdır.Bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün Həmin dövr üçün dəqiqləşdirilmiş bəyannaməsinin (məlumatları) təqdim edilməsi tələb olunmuşdur. İş materiallarında olan cavabdeh vergi orqanının iddiaçıya ünvanladığı «kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında» 12 may 2023-cü il tarixli məktubunun təsdiq olunmuş surətindən görünür ki, vergi ödəyicisi tərəfindən aparılan araşdırma zamanı e-qaimə ilə "xxxx" MMC-dən (VÖEN **********), "xxxx" MMC-dən (VÖEN **********), "xxxx" MMC-dən (VÖEN **********), "xxxx" MMC-dən (VÖEN **********), X3 (VÖEN **********), X2 (VÖEN **********) cəmi 106815.5 manat məbləğində mal (iş və xidmət) alındığı müəyyən edildiyi, nəticədə qeyd olunan malların riskli vergi ödəyicilərindən əldə edildiyini nəzərə alaraq, həmin malların təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin xərclər bölməsində əks etdirilməsi nəticəsində vergi məbləği üzrə 21363.1 manat məbləğində kənarlaşmanın olduğu bildirilmiş, bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün dəqiqləşdirilmiş bəyannamə və zəruri sənədlərlə əsaslandırılmış izahat məktubunun 5 (beş) gün ərzində təqdim olunması tələb olunmuş, əks təqdirdə, Vergi Məcəlləsinin 37,67 və 83-cü maddələrinin tələblərinə əsasən vergi orqanının müəssisənin vergi, məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı üzrə öhdəliklərini yenidən hesablamaq hüququ olduğu qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, № 51 saylı alqı-satqı müqaviləsindən və ona əlavə edilmiş təsnifatdan görünür ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, № 22 saylı alqı-satqı müqaviləsindən və ona əlavə edilmiş təsnifatdan görünür ki, İddiaçı ilə X12 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, № 25 saylı alqı-satqı müqaviləsindən və ona əlavə edilmiş təsnifatdan görünür ki, İddiaçı ilə X13 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, № 53 saylı alqı-satqı müqaviləsindən və ona əlavə edilmiş təsnifatdan görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, № 52 saylı alqı-satqı müqaviləsindən və ona əlavə edilmiş təsnifatdan görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, № 008 saylı alqı-satqı müqaviləsindən və ona əlavə edilmiş təsnifatdan görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********456500 nömrəli qərarı ilə vergi ödəyicisi "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İş materiallarında olan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli, **********337800 nömrəli məktubunda göstərilmişdir ki, 5 saylı Ərazi Vergilər İdarəsində uçotda olan vergi ödəyicisi İddiaçınə (VÖEN **********) 2022-ci il mənfəət vergisi bəyannaməsi üzrə hesablanmış vergi məbləği barədə məlumatlar məhkəməyə göndərilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********532400 nömrəli qərarı ilə vergi ödəyicisi "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********960800 nömrəli qərarı ilə vergi ödəyicisi "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********796700 nömrəli qərarı ilə vergi ödəyicisi "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-cİ il tarixli **********247400 nömrəli qərarı ilə vergi ödəyicisi X12 riskli vergi ödəyicisi hesab edilmiş və vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-cİ il tarixli **********393200 nömrəli qərarı ilə vergi ödəyicisi X13 riskli vergi ödəyicisi hesab edilmiş və vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İş materiallarında olan 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli **********703900 nömrəli məktubunda göstərilmişdir ki, "xxxx" MMCnin (VÖEN **********) uçot baza məlumatlarına əsasən bəyannamə məlumatlarında kənarlaşmalar olduğu müəyyən olunaraq kameral qaydada 2022-ci il mənfəət vergisi bəyannaməsi üzrə cəmi 21363.0 manat məbləğində əlavə hesablama aparılmışdır.Bildiririk ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanın Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur.Həmin Məcəllənin 37.3-ci maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər.Dövlət Vergi Xidməti tərəfindən aparılan araşdırma zamanı 2022-ci il ərzində riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş vergi ödəyicilərindən e-qaimə ilə mal (iş və xidmət) əldə edildiyi müəyyən edilmişdir.Eyni zamanda bildiririk ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14- cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Belə ki, aparılan araşdırma zamanı EBCJ seriyalı 595672 nömrəli e-qaimə ilə "xxxx" MMC-dən (VÖEN **********) 1800.0 manat məbləğində, EBCH seriyalı 732525 nömrəli, EBCİ seriyalı 722929 nömrəli, EBCK seriyalı 3443 nömrəli, EBCK seriyalı 269790 nömrəli və EBCK seriyalı 471520 nömrəli e-qaimə ilə "xxxx" MMC-dən (VÖEN **********) cəmi 78605.0 manat məbləğində, EBCC seriyalı 838648 nömrəli e-qaimə ilə "xxxx" MMC-dən (VÖEN **********) 10040.0 manat məbləğində, EBCD seriyalı 304367 nömrəli e-qaimə ilə "xxxx" MMC-dən (VÖEN **********) 3000.0 manat məbləğində, EBBU seriyalı 928137 nömrəli e-qaimə ilə X1 (VÖEN **********) 2580.0 manat məbləğində, EBBT seriyalı 279591 nömrəli və 435157 nömrəli eqaimə ilə X2 (VÖEN **********) 10790.0 manat məbləğində, cəmi 106815.0 manat məbləğində mal (iş və xidmət) alındığı müəyyən edilmişdir. Nəticədə qeyd olunan malların riskli vergi ödəyicilərindən əldə edildiyini nəzərə alaraq, həmin malların vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin xərclər bölməsində əks etdirilməsi nəticəsində vergi məbləği üzrə 21363.0 manat məbləğində kənarlaşmanın olduğu ehtimal edilmişdir. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023cü il tarixli **********173400 nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında uyğunsuzluq məktubu göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinn 37-ci maddəsinə əsasən 5 iş günü ərzində təsdiqedici sənədlə əsaslı izahat məktubu vergi orqanına təqdim edilmədiyi üçün 2022-ci Mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması zamanı əlavə hesablama aparılaraq xx.xx.2023-cü iİ tarixli **********449200 nömrəli əlavə vergi məbləğinin hesablanması barədə Qərar vergi ödəyicisinə göndərilmişdir. Eyni zamanda bildirilmişdir ki, aparılan araşdırmalar zamanı yuxarıda adları qeyd olunan vergi ödəyiciləri tərəfindən e-qaimə ilə "xxxx" MMC-yə təqdim edilmiş mallar onların alışında və ya idxalında müəyyən edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarının 2.1.2-ci bəndinə əsasən qeyd olunan əməliyyatlar əmtəəsiz əməliyyatlar sayıldığı üçün, alışında və ya idxalında olmayan malları təqdim edən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab edilir.Vergi ödəyicisi əmtəəsiz (idxalında və ya alışında olmayan) mallar təqdim etdikdən sonra, riskli vergi ödəyicisi sihayısına daxil edilməsi barədə qanunamüvafiq tədbirlər görülür və sonda riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar çıxarılır. Əlavə olaraq bildirilmişdir ki, Dövlət Vergi Xidmətinin baza məlumatlarına əsasən "xxxx" MMC-nin (VÖEN **********) xx.xx.2023-cü il tarixə 2 işçisi (X8 - direktor, X9 icma fəhləsi) olduğu müəyyən edilmişdir. Eyni zamanda bildirilmişdir ki, gömrük orqanlarından əldə edilmiş məlumatlara əsasən cəmiyyət 2022-ci il ərzində idxal-ixrac əməliyyatı aparmadığı müəyyən edilmişdir. Aparılan araşdırmalar zamanı vergi ödəyicisinin Salyan rayonu, Qarabağlı kəndində 60 kv.m “Anbar” adlı aktiv təsərrüfat subyektinin (obyektinin) olduğu “Bank Respublika ASC-nin Şirvan filialında aktiv bank hesabının olduğu müəyyən edilmişdir. Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün 195 çağrı mərkəzinə və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.1-ci maddəsinə görə hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. MPM-in 76-cı maddəsinə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Həmin Məcəllənin 83.7-ci maddəsinə əsasən Vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır. Həmin Məcəllənin 221.2-ci maddəsinə görə sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür. Həmin Məcəllənin 221.3-cü maddəsinə əsasən sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər. Vergi ödəyicisi fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildikdə, bu Məcəllədə müəyyən olunmuş müddətdən gec olmamaq şərtilə vergi orqanına bəyannamə təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildiyi və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir. Məhkəmə iş üzrə iddianın növünə (mübahisələndirmə haqqında) görə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın dəlillərinə qanunvericiliyin sadalanan müddəalarının tələbləri baxımından qiymət verərək, mübahisələndirilən əlverişsiz inzibati aktın qəbulu üzrə inzibati icraatda müəyyən edilmiş aşağıdakı xüsusatları qeyd edir: Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cəmiyyət tərəfindən EBCJ seriyalı 595672 nömrəli e-qaimə ilə "xxxx" MMC-dən (VÖEN **********) 1800.0 manat məbləğində, EBCH seriyalı 732525 nömrəli, EBCİ seriyalı 722929 nömrəli, EBCK seriyalı 3443 nömrəli, EBCK seriyalı 269790 nömrəli və EBCK seriyalı 471520 nömrəli e-qaimə ilə "xxxx" MMC-dən (VÖEN **********) cəmi 78605.0 manat məbləğində, EBCC seriyalı 838648 nömrəli e-qaimə ilə "xxxx" MMC-dən (VÖEN **********) 10040.0 manat məbləğində, EBCD seriyalı 304367 nömrəli e-qaimə ilə "xxxx" MMC-dən (VÖEN **********) 3000.0 manat məbləğində, EBBU seriyalı 928137 nömrəli e-qaimə ilə X1 (VÖEN **********) 2580.0 manat məbləğində, EBBT seriyalı 279591 nömrəli və 435157 nömrəli e-qaimə ilə X2 (VÖEN **********) 10790.0 manat məbləğində, cəmi 106815.0 manat məbləğində mal (iş və xidmət) alındığı müəyyən edilmişdir. Nəticədə qeyd olunan malların riskli vergi ödəyicilərindən əldə edildiyini nəzərə alaraq, həmin malların vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin xərclər bölməsində əks etdirilməsi nəticəsində vergi məbləği üzrə 21363.0 manat məbləğində kənarlaşmanın olduğu ehtimal edilmişdir. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023cü il tarixli **********173400 nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında uyğunsuzluq məktubu göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinn 37-ci maddəsinə əsasən 5 iş günü ərzində təsdiqedici sənədlə əsaslı izahat məktubu vergi orqanına təqdim edilmədiyi üçün 2022-ci Mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması zamanı əlavə hesablama aparılaraq xx.xx.2023-cü iİ tarixli **********449200 nömrəli əlavə vergi məbləğinin hesablanması barədə Qərar vergi ödəyicisinə göndərilmişdir. Əsaslandırma kimi 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş olan Vergi Məcəlləsinin 13.2.82-ci maddəsi riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir) qeyd edilmişdir. Hal-hazırda vergi orqanı tərəfindən iddiaçıya «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2023-cü il tarixli, **********449200 nömrəli qərarla 2022-ci ilin bəyannamə və hesabat dövrü üçün ümumilikdə 45504.66 manat cərimə hesablanmışdır. Göründüyü kimi aparılan icraat zamanı cavabdeh vergi orqanı mübahisələndirilən inzibati aktın qəbul edilməsinin hüquqi əsasını və mübahisələndirilən qərarın qanuniliyini sübut edə bilməmişdir. Digər tərəfdən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 saylı Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli, 191 saylı Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”na əsasən elektron xidmətin təşkili üçün elektron xidmət bölməsində aidiyyəti üzrə göstərilən xidmətin adının, bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısının, müvafiq sənədlərin (ərizə, blank və digər) elektron formasının yerləşdirilməsi, şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsinin təmin edilməsi vergi orqanlarının vəzifəsidir. Vergi ödəyicisi olan hüquqi şəxslərin riskli vergi ödəyiciləri barədə məlumat mənbəyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 265 saylı qərarının 1.3 və 1.4-cü müddəalarına əsasən Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsi və X10. İddiaçı tərəfindən əməliyyatlar aparılan zaman digər tərəflərin riskli vergi ödəyicisi olması barədə iddiaçı tərəfindən məlumat alınacaq yeganə mənbə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsi və X10 ki, həmin əməliyyatlar zamanı qeyd olunan vergi ödəyiciləri həmin tarixdə riskli vergi ödəyiciləri siyahısında olmamışdır. Belə ki, cavabdehin təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktuba əsasən, İddiaçı (**********) ilə "xxxx" MMC (VÖEN **********) arasında olan elektron qaimə faktura tarixi xx.xx.2022-ci il, lakin riskli vergi ödəyicisi hesab edilməsi tarixi xx.xx.2023-cü il, "xxxx" MMC (VÖEN **********) arasında olan elektron qaimə faktura tarixi xx.xx.2022-ci il, lakin riskli vergi ödəyicisi hesab edilməsi tarixi xx.xx.2023-cü il, "xxxx" MMC (VÖEN **********) arasında olan elektron qaimə faktura tarixi xx.xx.2022-ci il, lakin riskli vergi ödəyicisi hesab edilməsi tarixi xx.xx.2022-ci il, "xxxx" MMC (VÖEN **********) arasında olan elektron qaimə faktura tarixi xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci illər, lakin riskli vergi ödəyicisi hesab edilməsi tarixi xx.xx.2023-cü il, X12 (VÖEN **********) arasında olan elektron qaimə faktura tarixi xx.xx.2022-ci il, xx.xx.2022-ci il, lakin riskli vergi ödəyicisi hesab edilməsi tarixi xx.xx.2022-ci il tarixli, X1 (VÖEN **********) arasında olan elektron qaimə faktura tarixi xx.xx.2022-ci il, lakin riskli vergi ödəyicisi hesab edilməsi tarixi xx.xx.2022-ci il tarixli qərarlar olmuşdur. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, hazırki inzibati mübahisə üzrə sübutetmə vəzifəsi iddiaçının deyil, məhz cavabdehin üzərinə düşür. Cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli həmin qərarı – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Belə ki, həmin aktın özündə yalnız Vergi Məcəlləsinin 59.1-ci (ödənilməmiş məbləğlərə əlavə faiz hesablanması barədə müddəalar əks olunmuş) maddəsinə, həmin Məcəllənin 62-ci və İPM-in 38.1-ci maddələrinə (qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş və inzibati məhkəmə icraatında kameral vergi yoxlamasının keçirilməsi üçün əsaslar, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu), inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Qanunvericiliklə («İnzibati icraat haqqında» Qanunun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırda mübahisələndirilən inzibati aktın qəbulu ilə həmin hallar uzlaşmır. Odur ki, mübahisələndirilən inzibati aktların özündə yazılı şəkildə əsaslandırılması yeterli qiymətləndirilmir. Həmçinin təqdim edilənə sənədlərə və hesablama barədə məlumatlara əsasən qərarın Vergilər Məcəlləsinin 109.9-cu maddəsi əsas götürülərək yazıldığı bildirilsə də, qeyd edilən mübahisəli aktın özündə həmin maddəyə istinad olunmamışdır. Bu isə o deməkdir ki, həmin qərarın qəbulunda «İnzibati icraat haqqında» Qanunun 48.1-ci maddəsinin tələbləri pozulmuşdur; «İnzibati icraat haqqında» Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 61.5-ci maddəsinə görə aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: (61.5.1) inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə, (61.5.2) inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda, (61.5.3) inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda, (61.5.4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.11 -ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin onuncu fəslindəki maddələr fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid olan münasibətləri tənzimləyir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən onuncu fəsil gəlir vergisinin və mənfəət vergisinin məqsədləri üçün tətbiq edilir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Həmin Məcəllənin 130.1 -ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan gəlir bu Məcəllənin tələblərinə əməl etmək üçün zəruri düzəlişləri aparmaq şərti ilə vergi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla hesablanmalıdır. Həmin Məcəllənin 130.4-cü maddəsinə əsasən mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparırlar. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur (139.1.). Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir (139.2.). Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi mənəvi cəhətdən köhnəlmiş və ya dəbdən düşmüş qüsurlu malın, yaxud digər səbəblər üzündən istehsalına çəkilmiş xərclərdən (satınalma qiymətindən) yüksək qiymətə satıla bilməyən malın (məhsulun) dəyərini onların satıla biləcəyi qiyməti əsas götürməklə qiymətləndirə bilər (139.3.). Vergi ödəyicisi onun ixtiyarında olan malların fərdi uçotunu aparmırsa, o, əmtəə-material ehtiyatlarının uçotunu orta maya dəyəri ilə qiymətləndirmə metodundan istifadə etməklə aparmaq hüququna malikdir (139.4.). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.1-ci maddəsinə görə kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olan redaksiyada tələblərinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 83.7-ci maddəsinə əsasən vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır. Məhkəmə müəyyən etdi ki, iddiaçı sahibkarlıq məqsədilə 4 hüquqi şəxsdən və 2 fiziki şəxsdən ayrı-ayrı vaxtlarda müxtəlif sayda elektron qaimə-faktura olmaqla sənaye malları almış və onları digər şəxslərə satmışdır. İddiaçı qeyd edir ki, o, mübahisəli malları elektron qaimə- faktura ilə almış, eyni zamanda elektron qaimə-faktura ilə başqa şəxslərə satmışdır. Vergi orqanı onun, yəni iddiaçının mübahisəli malları hansı şəxslərə satmasını elektron məlumatlarla görə bilir. O, əməliyyatlar həyata keçirərkən ilk növbədə elektron informasiya vasitəsilə qarşı tərəfin riskli vergi ödəyicisi olub-olmamasını aydınlaşdırır. Mübahisəli elektron qaimə-faktura ilə iddiaçı əməliyyatlar həyata keçirilən tarixlərdə həmin 4 hüquqi şəxs və 2 fiziki şəxs riskli vergi ödəyiciləri olmamışdırlar. İddiaçı həmin 4 hüquqi şəxs və 2 fiziki şəxslə elektron qaimə- faktura ilə əməliyyatlar həyata keçirdikdən sonra həmin hüquqi və fiziki şəxslərin riskli vergi ödəyiciləri olmaları barədə qərarlar qəbul edilmişdir. İddiaçı həmin hüquqi və fiziki şəxslərin riskli vergi ödəyiciləri olmaları barədə qərarlar qəbul edilməmişdən əvvəl onların riskli vergi ödəyiciləri olmalarını müəyyən edə bilməzdi. Cavabdeh isə zəruri araşdırma aparmadan iddiaçının həmin elektron qaiməfaktura üzrə əmtəəsiz əməliyyatlar aparmasına istinad edərək iddiaçıya əlavə mənfəət vergisi hesablamışdır. Cavabdeh tərəfindən mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, vergilər ehtimallara, formal mülahizələrə deyil, mənbəyi məlum olan məlumatlara söykənməli və əsaslandırılmalıdır. Vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2023-cü il tarixli, **********449200 nömrəli qərarı qəbul edən zaman həmin qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcud olubolmamasını nəzərə almamışdır. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz (maddə 3.8). Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir (maddə 3.11). Vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur (maddə 24.0.2). Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar (maddə 36.2). Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halları və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur (maddə 53.3). Məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2023-cü il tarixli, **********449200 nömrəli qərarı qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunu ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Beləliklə, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, vergi orqanı tərəfindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hallar isə mübahisələndirilən qərarın ləğvi üçün əsas hesab edilir. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edə bilər. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2023-cü il tarixli, **********449200 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə prosessual xərc yoxdur. Göstərilənlərə əsasən və İPM-in 2.2.1-ci, 4.1-ci, 14-ci, 23.1-ci, 32-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 70-ci, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia ərizəsi təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2023-cü il tarixli, **********449200 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar