Məhkəmə qərarları › İş №2-1(120)-3364/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3364/2024

13.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3364/2024 13.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.N974-cü il tarixdə Astara şəhərində anadan olmuş, Astara rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə yararlı hesab edilərək xx.xx.N2-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmış, hərbi xidməti başa vurduğuna görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N94 nömrəli xx.xx.N6-ci il tarixli əmrinə əsasən N3 noyabr N6-ci il tarixdən ordudan tərxis olub ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissənin əsgəri olmuş, N nömrəli hərbi hissənin tərkibində xx.xx.N3-cü il tarixdən xx.xx.N4-cü il tarixdə kimi olan müddətlərdə Ağdam döyüş əməliyyatları bölgəsinə ezam olunmaqla döyüş əməliyyatlarında fəal iştirak edib fədakarlıq göstərmişdir. Komandir tərəfindən hərbi biletin 7-ci səhifəsində müvafiq qeydiyyat aparılmış imza edilməklə, hərbi hissənin möhürü ilə təsdiq etmişdir. Müharibədə iştirak etdiyinə görə Azərbaycan Respublikası Vətən müharibəsi veteranları birliyinin sədri Altay Məmmədov tərəfindən xx.xx.N7-ci il tarixdə N736 saylı “Müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. Həmin vəsiqəyə əsasən o vaxtı müharibə veteranları üçün nəzərdə tutulmuş imtiyazlardan istifadə etmişdir. N nömrəli hərbi hissənin əsgəri olsada N nömrəli hərbi hissənin tərkibində xx.xx.N3-cü il tarixdən xx.xx.N4-cü il tarixə kimi olan müddətdə fasilələrlə Ağdam döyüş əməliyyatları bölgəsinə ezam olunub, döyüş tapşırıqlarını yerinə yetirmişdir. Adına yazılmış H3-6229N28 nömrəli hərbi biletin 7-ci səhifəsində bu barədə müvafiq qeydiyyat vardır. Hərbi bilet dövlət orqanı tərəfindən yazılmış hüquq müəyyən edici sənəddir. Azərbaycan Respublikasının “Veteranlar haqqında” Qanunun 28 iyun N4cü il tarixdən qüvvəyə minmişdir. Qanunun 3-cü maddəsinə əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğruna döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. “Müharibə veteranı, Silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 2N6 nömrəli qərarı ilə qəbul edilmişdir. Həmin Əsasnamənin N-ci maddəsinin təlbərinə görə “NN-ci il oktyabrın 9-dan N4-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibindən hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N4-cü il tarixdən sonra döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar yaralanmış, xəsarət və ya kontuziya almış hərbi qulluqçulara-müdafiə, daxili, milli təhlükəsizlik orqanları və hərbi hissələr tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla tətlit olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirkaı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikası Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik Nazirlikləri tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. O, vaxtı qüvvədə olan Əsasnaməyə istinad edərək Müdafiə Nazirliyinin aparatı nəzdində, “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyaya müraciət etmiş, Komissiya xx.xx.2022-ci il tarixli iclasında müraciətinə baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Əsas götürülmüşdür ki, guya N və N nömrəli hərbi hissələr döyüş əməliyyatlarında iştirak etməyibdir. Ərizələrində və tələbini təsdiq edən hərbi biletə istinad edərək bildirmişdir ki, N nömrəli hərbi-hissənin əsgəri olmuş və N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. Onunla birlikdə N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak edən əsgərlərin “müharibə veteranı və vəsiqəsi olan şəxslər vardır. Həmin şəxsləri məhkəmə iclasına gətirib şahid qismində dindirilməsini xahiş edəcəkdir. “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiya” müraciəti üzrə ətraflı araşdırma aparmamış və nəticədə düzgün qərar qəbul etməmişdir. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, iddiaçı, ərizəsində xx.xx.N2-ci il tarixdə SHXÇDX-nin Astara rayon şöbəsi tərəfindən hərbi xidmətə çağrılaraq N nömrəli hərbi hissəyə göndərildiyini və xx.xx.N6-cı ildə hərbi xidmətdən tərxis edilərək ehtiyata buraxıldığını bildirmişdir. Həmçinin, N nömrəli hərbi hissənin əsgəri olarkən N nömrəli hərbi hissənin tərkibində xx.xx.N3-cü il tarixdən xx.xx.N4-cü il tarixədək Ağdam rayonuna ezam olunmaqla Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyim bildirərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının tələbinin mahiyyəti, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Hesab edirik ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin N-ci bəndinə əsasən: “N988-ci il fevralın N-dən N4-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N2 may N4-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma. kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı" adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi ilə əlaqədar ezam olunması və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılması nəzərdə tutulur. Ezam olunma dedikdə hərbi qullquçunun hərbi hissə komandirinin əmri ilə digər hərbi hissə və ya orqana müəyyən müddətə göndərilməsi nəzərdə tutulur. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən aşağıda qeyd olunan zəruri şərtlərin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxıl olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdə tutulur. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci ıl 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin hər hansı birinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 4/2- 384N nömrəli Arxiv arayışında qeyd olunmuşdur ki, N saylı hərbi hissə komandirinin xx.xx.N2-ci tarixli 3 nömrəlli əmrilə N nömrəli hərbi hissənin hərbi qulluqçusu, sıravi İddiaçı xx.xx.N2-ci il tarixdən şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli 68 nömrəli əmrilə Q.A.İrşadov N “A" nömrəli hərbi hissənin maddi təminat manqasında aşbaz- çörəkbişirən vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komanrinin xx.xx.N6-cı il tarixli, 236 nömrəli əmrilə E.Ş İsmayılov xidmət müddəti başa çatdığına ordu sıralarından tərxis edilmişdir. N nömrəli hərbi hissə komandirinin iyul N - may N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı döyüş əməliyyatları bölgəsinə ezamiyyətə göndərilməsi barədə məlumat aşkar olunmamışdır. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”sının xx.xx.2022-ci il tarixli, 4/3-7308 nömrəli məktubundan görünür ki, İddiaçı xidmət etdiyi N və N nömrəli hərbi hissələr Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığından ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Beləliklə iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı xidmət etdiyi N və N nömrəli hərbi hissələr döyüşlərdə iştirak edən hərbi hissələr siyahısında deyil və iddiaçının döyüş tapşırığının yerinə yetirilməsi üçün döyüş əməliyyatları aparılan rayonlara və hərbi hissələrə ezam olunması barədə məlumatlar aşkar edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Hörmətli məhkəmə, hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibatı aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-N4.3), cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.N), imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (İPM-N3.2 və N7). Azərbaycan Respublikası İPMnin N.2-ci maddəsindən və MPM-nin 8N-ci maddəsinə görə qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının N.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibatilqtisadi Kollegiyasının 20 iyun 20N7-ci il tarixli 2-N (N02)-NN6N/20N7 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-cı ıl sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bır tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallan sübut etməlidir, iddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” na dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarına əsasən Astara rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Astara rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia həm də əsaslıdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin görünür ki, İddiaçı xx.xx.N974-cü il tarixdə anadan olmuş, ünvan N ünvanda qeydiyyatdadır. İşdə olan xx.xx.N2-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.N3-cü il tarixdən xx.xx.N4-cü il tarixədək N nömrəli hərbi hissənrin tərkibində hərbi xidmətdə olmuşdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, 4/3-7308 nömrəli məktubundan görünür ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-2075 nömrəli və xx.xx.2022-ci il tarixli 4/2-384N nömrəli arayışlarına əsasən N və N nömrəli hərbi hissələr Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-N548 nömrəli məktubundan görünür ki, N №-li hərbi hissə komandirinin N iyul N2-ci il tarixli N №-li əmrilə N №i hərbi hissənin hərbi qulluqçusu, sıravi İddiaçı (əsas: § 5, sıra 66, əmrdə vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) xx.xx.N2- ci il tarixdən şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. N №-li hərbi hissə komandirinin N sentyabr N3-cü il tarixli N №-li əmrilə N №-li hərbi hissənin hərbi qulluqçusu, baş zenitçiizləyici, yefreytor İddiaçı (əsas: § N, sıra N) manqa komandiri vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin N5 dekabr N3-cü il tarixli 3N №-li əmrilə N №- li hərbi hissənin hərbi qulluqçusu, manqa komandiri, sıravi İddiaçı (əsas: § 5, sıra 8) baş radioteleqrafçı vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin N fevral N4-cü il tarixli N №-li əmrilə N №-li hərbi hissənin hərbi qulluqçusu, manqa komandiri-baş radioteleqrafçı, sıravi İddiaçı (əsas: § 3, sıra N) “kiçik çavuş” hərbi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N6-cı il tarixli müvafiq əmrinə əsasən ehtiyata tərxis olunmuş, N №-li hərbi hissənin hərbi qulluqçusu, baş kodlaşdırıcı- mirzə, çavuş İddiaçı N №-li hərbi hissə komandirinin N3 noyabr N6-cı il tarixli 236 №-li əmrilə (əsas: § 7, sıra 65, səh 96) xx.xx.N6-cı il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Astara RHK-na göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-N548 nömrəli məktubundan görünür ki, N №-li hərbi hissə komandirinin N iyul N2-ci il tarixli N №-li əmrilə N №-li hərbi hissənin hərbi qulluqçusu, sıravi İddiaçı (əsas: § 5, sıra 66, əmrdə vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) xx.xx.N2-ci il tarixdən şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. N №-li hərbi hissə komandirinin N sentyabr N3-cü il tarixli N №-li əmrilə N №-li hərbi hissənin hərbi qulluqçusu, baş zenitçiizləyici, yefreytor İddiaçı (əsas: § N, sıra N) manqa komandiri vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin N5 dekabr N3-cü il tarixli 3N №-li əmrilə N №- li hərbi hissənin hərbi qulluqçusu, manqa komandiri, sıravi İddiaçı (əsas: § 5, sıra 8) baş radioteleqrafçı vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin N fevral N4-cü il tarixli N №-li əmrilə N №-li hərbi hissənin hərbi qulluqçusu, manqa komandiri-baş radioteleqrafçı, sıravi İddiaçı (əsas: § 3, sıra N) "kiçik çavuş" hərbi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N6-cı il tarixli müvafiq əmrinə əsasən ehtiyata tərxis olunmuş, N №-li hərbi hissənin hərbi qulluqçusu, baş kodlaşdırıcı-mirzə, çavuş İddiaçı N №-li hərbi hissə komandirinin N3 noyabr N6-cı il tarixli 236 №-li əmrilə (əsas: § 7, sıra 65, səh 96) xx.xx.N6-cı il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Astara RHK-na göndərilmişdir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin iyul N2-may N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı döyüş əməliyyatları bölgəsinə ezam olunması barədə məlumat askar olunmamısdır. Bildiririk ki, N №-li hərbi hissə komandirinin N2-N6-cı il tarixli nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxıl olmamışdır. İşdə olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, N4NN nömrəli məktubunda qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli N №-li əmrində (əsas: §-5, səh-22, sıra-66, əmrdə hərbi rütbəsi “sıravi” yazılmışdır, vəzifəsi göstərilməmişdir, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) MDB-nin hərbi hissəsindən xidmətlərini davam etdirmək üçün gəlmiş, xx.xx.N2-ci il tarixdən N №-li hərbi hissənin şəxsi iıeyətinin siyahısına və bütün növ təminatlarla salınmış hərbi qulluqçuların siyahısında, sıravi İsmayılov Emir, Şaban oğlunun adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli N №-li əmrilə (əsas: §-N, səh-287, sıra-N, əmrdə hərbi rütbəsi “yefreytor” yazılmışdır) N №-li hərbi hissənin hərbi qulluqçusu, baş zenitçi-izləyici, yefreytor İddiaçı manqa komandiri, rabitə və izləyici postun rəisi vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin N5.N2. N3-cü il tarixli 3N №-li əmrilə (əsas: §-5, səh-72, sıra-8, əmrdə hərbi rütbəsi “sıravi" yazılmışdır) N №-li hərbi hissənin hərbi qulluqçusu, manqa komandiri, sıravi İddiaçı rabitə manqasında baş radioteleqrafçı vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli N №-li əmrilə (əsas: §-3, səh-6N, sıra-N) N №-li hərbi hissənin hərbi qulluqçusu, manqa komandiri-baş radioteleqrafçı, sıravi İddiaçı “kiçik çavuş” hərbi rütbəsi verilmişdir. N №-li hərbi hissənin hərbi qulluqçusu, baş kodlaşdırıcı-yazar, çavuş İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N6-cı il tarixli N94 əmrinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından ehtiyata tərxis olunduğundan N №-li hərbi hissə komandirinin xx.xx.N6-cı il tarixli 236 №-li əmrilə (əsas: §-7, sıra-65, səh-96, əmrdə hərbi rütbəsi “çavuş” yazılmışdır) xx.xx.N6-cı il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Astara RHKna göndərilmişdir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin iyul N2-ci il tarixdən dekabr N4-cü il tarixədək olan nizami hissə üzrə əmrlərində İddiaçı döyüş əməl'/yatları bölgəsinə ezam olunması barədə məlumat aşkar olunmamışdır. Bildiririk ki, N №-li hərbi hissə komandirinin N2-N6-cı il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Məhkəmə xx.xx.2024-cü il tarixli iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, İddiaçı ilə bir yerdə N2-ci ilin iyun ayında hərbi xidmətə getmişdirlər və onunla birlikdə döyüş əməliyyatlarında iştirak etmişlər və ona xx.xx.2002-ci il tarixində müharibə veteranı və vəsiqəsi verilmişdir. Məhkəmə xx.xx.2024-cü il tarixli iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, İddiaçı ilə bir yerdə N2-ci ilin iyun ayında hərbi xidmətə getmişdirlər və onunla birlikdə döyüş əməliyyatlarında iştirak etmişlər və ona xx.xx.2020-ci il tarixində müharibə veteranı və vəsiqəsi verilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. (maddə 3). Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir (maddə 7). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin N-ci bəndinə əsasən NN-ci il oktyabrın 9-dan N4-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N4-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında”Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin N-ci bəndinə əsasən NN-ci il oktyabrın 9-dan N4-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N4-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adı verilir. Qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər müharibə veteranı adının verilməsi üçün əsas hesab edilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 28.6-cı maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına, çağırış komissiyasının qərarı ilə çağırışdan azad edilib ehtiyata keçirilmiş, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlara, öz razılığı ilə hərbi qeydiyyata götürülmüş N9 yaşdan 40 yaşadək qadınlara və ehtiyatda olan zabitlərə hərbi bilet verilir. Müvafiq icra hakimiyyəti orqanından ehtiyata keçirilmiş zabitlərə hərbi biletin verilməsi həmin orqan tərəfindən həyata keçirilir. Hərbi biletlərin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə, işdə materiallarında olan iddiaçıya məxsus НЗ ******* nömrəli hərbi bileti mötəbər sübut hesab edir və həmin hərbi biletdə (təsdiq edilmiş) İddiaçı döyüş əməliyyatlarında iştirak etməsi ilə bağlı müvafiq qeydiyyat aparılmışdır. Eyni zamanda işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-N548 nömrəli məktubundan görünür ki, N №-li hərbi hissə komandirinin N iyul N2-ci il tarixli N №-li əmrilə N №i hərbi hissənin hərbi qulluqçusu, sıravi İddiaçı (əsas: § 5, sıra 66, əmrdə vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) xx.xx.N2- ci il tarixdən şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. N №-li hərbi hissə komandirinin N sentyabr N3-cü il tarixli N №-li əmrilə N №-li hərbi hissənin hərbi qulluqçusu, baş zenitçi-izləyici, yefreytor İddiaçı (əsas: § N, sıra N) manqa komandiri vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin N5 dekabr N3-cü il tarixli 3N №-li əmrilə N №- li hərbi hissənin hərbi qulluqçusu, manqa komandiri, sıravi İddiaçı (əsas: § 5, sıra 8) baş radioteleqrafçı vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin N fevral N4-cü il tarixli N №-li əmrilə N №-li hərbi hissənin hərbi qulluqçusu, manqa komandiri-baş radioteleqrafçı, sıravi İddiaçı (əsas: § 3, sıra N) “kiçik çavuş” hərbi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N6-cı il tarixli müvafiq əmrinə əsasən ehtiyata tərxis olunmuş, N №-li hərbi hissənin hərbi qulluqçusu, baş kodlaşdırıcı- mirzə, çavuş İddiaçı N №-li hərbi hissə komandirinin N3 noyabr N6-cı il tarixli 236 №-li əmrilə (əsas: § 7, sıra 65, səh 96) xx.xx.N6-cı il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Astara RHKna göndərilmişdir. Cavabdeh imtina və etiraz ərizələrində Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2- 2075 nömrəli və xx.xx.2022-ci il tarixli 4/2-384N nömrəli arayışlarına əsasən N və N nömrəli hərbi hissələr Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Lakin iş materiallarına əlavə edilən sənədlərə əsasən iddiaçının döyüş əməliyyatlarında iştirak etdiyi, döyüş əməliyyatları bölgəsinə ezam olunduğu, daha sonra hərbi hissəyə qayıtdığı və qanuni əsaslarla təxris edildiyi öz təsdiqini tapır. Belə olan halda, məhkəmə cavabdehin imtinasının qanunazidd və iddiaçının hüquqlarının pozulması halı kimi qəbul edir. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə döyüşdüyündən, ezamiyyət əmrlərinin olduğu müəyyən edildiyindən, eyni zamanda qanuni əsaslarla hərbi hissədən tərxis olunduğundan (hərbi biletində müvafiq qeydiyyat aparılmışdır və müvafiq əmrlər vardır) о, müharibə veteranı sayılır və bu barədə ona müvafiq vəsiqə verilməlidir. Qeyd olunan funksiyaları hərbi qulluqçulara münasibətdə hal-hazırda Müdafiə Nazirliyi həyata keçirdiyi üçün, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə N7). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə N9.N). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə N9.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, iddia təmin edilməli, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.N-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 8N və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar