Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3368/2025 03.11.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsin Sosial Ödənişlərin X15 Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsin Sosial Ödənişlərin X15 Filialı qarşı “hüququ yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsin Sosial Ödənişlərin X2rşı iddia ərizəsi ilə müraciət edərək xx.xx.2025-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3368/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilərək “hüququ yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəqiqləşmə aparılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1960-ci ildə Saatlı rayonunun Sarıcalar kəndində anadan olub və hal-hazırda həmin kənddə əlilliyəyır. Hazırda 65 yaşı var və 25 ildən artıq əmək stajına malikdir. Qeyd edir ki, xx.xx.1974-xx.xx.1977-ci illər tarixlərində əyani formada təhsil alıb. Daha sonra, xx.xx.1978-xx.xx.1980-cı illər tarixlərində Sovet Ordusunda həqiqi hərbi xidmət keçib. 25 ildən artıq müddətdə müxtəlif idarə və müəssisələrdə çalışıb. Həmin iş dövrləri əmək kitabçasında qeyd olunmuşdur. Bu əmək stajı nəzərə alınaraq yaşa görəpensiya təyin edilib. Lakin daha sonra əlillik dərəcəsi ləğv olunduğu üçün pensiya ödənişi dayandırılmışdır. Bu ilin 5 fevral tarixində 65 yaşı tamam olduğu üçün, əyani təhsil aldığı illərin, hərbi xidmətdə olduğu müddətin və əmək kitabçasında əks olunmuş iş illərinin əmək stajına daxil edilərək ona yaşa görəəmək pensiyasının təyin edilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna müraciət edib. Lakin cavab olaraq bildirildi ki, sığorta stajı qanunvericilikdə nəzərdə tutulmuş 25 ildən az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin olunması mümkün deyil. Əsas kimi əmək kitabçasında yer alan aşağıdakı dövrlərin düzgün doldurulmadığı göstərilmişdir. xx.xx.1980-ci il tarixi; xx.xx.1980-xx.xx.1981-ci illər; xx.xx.1981-xx.xx.1983-cü illlər xx.xx.1991-xx.xx.1998-ci illər. Qeyd olunan səbəblərə görə həmin dövrlər əmək stajı kimi nəzərə alınmamışdır. Hesab edir ki, cavabdeh orqanın bu hərəkətləri qanunsuzdur və hüquqlarının pozulmasına səbəb olmuşdur. Ona görə iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsin Sosial Ödənişlərin X15 Filialının Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixdən xx.xx.2021-d il tarixədək pensiya yaş həddi kişilər uçün 65 yaş müəyyən edilmişdir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçı İ.Əliyevə yaşa görə əmək pensiyası 65 yaşdan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: > fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; > azı 25 il sığorta stajı olduqda İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçının yaşa görə əmək pensiyası yaşı "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2025-cı il tarixində tamam olur. (İş materiallarında olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinə əsasən müəyyən olunur). Lakin yuxarıda qeyd olunan maddənin müddəalarına müvafiq olaraq iddiaçının həmin tarixə azı 25 il sosial sığorta stajının, yaxud fərdi hesabının sığorta hissəsində 46080 manat pensiya kapitalının olması öz təsdiqini tapmamışdır. Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun hakimiyyəti müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən diger dövrlərin məcmusudur. Azerbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-cı il tarixli «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1,1.0,2,1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarına müvafiq olaraq pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında’ Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları’nın 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1- dək olan dövr üzrə “Sosial sığorta haqqında’ Azerbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə aşağıdakı sənədlərə əsasən müəyyən edilir: >əmək kitabçası; >əmək kitabçası olmadtqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı; >həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan melumatların üzləşdiriiməsı nəticəsində tərtib olunan akta. Təqdim edilmiş sənədlərin sürətləri və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən əsasən iddiaçının ümumi sığorta stajı əmək fəaliyyəti dövrləri, o cümlədən xx.xx.1974-cü il tarixindən xx.xx.1977-ci il tarixinədək əyani təhsil aldığı illər və xx.xx.1978-ci il tarixindən 30,04.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla 21 il 2 ay 5 gün təşkil edir. Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 №-li Qərarı ilə təsdiq edilmiş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə'nin 2.3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 №-li Qərarı ilə təsdiq edilmiş İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə işçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın: > 1.1-ci bəndi: əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir: > 3.1-ci bəndi: əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır; > 3.4-cü bəndi: əmək kitabçasının birinci səhifəsində işçinin özü haqqında məlumatları işçi öz imzası ilə təsdiq edir; > 3.11-ci bəndi: əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. > 7.1-cı bəndi: bu əsasnamənin 3.10-cu bəndinə müvafiq olaraq dublikat almaq hüququna malik olan işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. İşəgötürən 15 gün ərzində bu müraciətə baxıb onu həll etməlidir. Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə ‘Dublikat sözü yazılır; > 7.2-ci bəndi: Əmək kitabçası, yaxud əlavə içliyin dublikatı ümumi qayda üzrə doldurulur; > 7.3-cü bəndi: əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Keçmişdəki iş haqqında əmək kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir. Qeyd edilən qanunvericilik normalarının tələblərindən görünür ki, “Əmək pensiyaları haqqında" Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd kimi ilk növbədə əmək kitabçası əsas götürülür. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda, əmək stajını təsdiqedici sənəd kimi arxiv arayışları, əmrlərdən çıxarışlar, əməkhaqqı cədvəlləri və s, qəbul edilir. Eyni zamanda qanunvericilik əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə əmək kitabçasının dublikatının tərtib edilməsini də mümkün sayır, bir halda ki, işəgötürəndə işçinin əmək stajı barədə əmrlər, sərəncamlar mövcud olsun. Başqa sözlə, əmək kitabçasındakı qeydlər yalnız işçinin əmək fəaliyyəti barədə hüquqmüəyyənedici sənədlər əsasında tərtib edilir. Yuxarıda qeyd edilən Qaydaların 3.1-ci bəndinin tələblərinə əsasən iddiaçıya məxsus əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1980-cı il tarixində, 04.12 1980-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək və 20 06.1991-ci il tarixindən xx.xx.1998-ci il tarixinadək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (xx.xx.1980-ci il işə daxil olma tarixi qeyd olunsa da, işdən azad olma tarixi oxunaqlı olmadığından, xx.xx.1980-ci il işə daxil olma tarixi və əmri arasında uyğunsuzluq olduğundan, 16.09,1981-ci il tarixindən 27,05.1983-cü il tarixinadək və xx.xx.1991-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək olan dövrlərdə qaralama olduğundan) həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Hazırda iddia ərizəsinə əlavə edilmiş Saatlı rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli arayışı isə Mərkəzi Filial tərəfindən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında imtina cavabı verildikdən sonra əldə olunmuşdur. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018cı ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda. Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə pensiya təyin edilərkən, 2006- cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. İddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 19 il 10 ay 1 gün sığorta stajına uyğun olaraq 20427,54 manat, xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək 103,64 manat olmaqla (2025-ci il tarixinə indeksləşdirilmiş) ümumilikdə 20531,18 manat təşkil edir ki, bu məbləğ onun pensiya yaşı tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 46080 manat pensiya məbləğindən azdır və əmək pensiyasının minimum məbləğindən (320 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-cı il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Sadalanan qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, iddiaçının qanunla tələb edilən sosial sığorta stajı və yə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı qanunvericiliklə tələb olunan həddən az olduğundan ona yaşa görə əmək pensiyası teyin edilməsi qanunamüvafiq deyildir. Yuxarıda qeyd edilənləri və İPM 47-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmədən, “yaşa görə əmək pensiyasının təyin edilməsi” iddiasının təmin olunmaması barədə qərar qəbul etməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli 2 №-li qərarına əsasən Saatlı rayonunun ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 may 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - AZE******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1960-cı il tarixdə doğulmuş Əsədov X3 rayonu, Sarıcalar kənd ünvanında qeydiyyatdadır. - İşdə olan B №315283 nömrəli, xx.xx.1977-ci il tarixli diplomun surətindən görünür ki, İddiaçı 1974-1977-ci illərdə Geniş profilli traktorçu-maşınçı və k/t texnikası tmiri üzrə çilingər ixtisasını bitirmişdir. - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X15 Filialının İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-1/2-Ə-46437/2025 saylı imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialından daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Sosial Ödənişlərin X15 Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyi sənədlərin surətlərində və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən xx.xx.1974-cü il tarixdən xx.xx.1977-ci il tarixinədək əyani təhsil illəri, xx.xx.1978-cı il tarixindən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla cəmi sığorta stajı 21 il 2 ay 5 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 01.01 2006-cı il tarixədək 19 il 10 ay 1 gün sığorta stajına uyğun olaraq 20427,54 manat, 01,09.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 103,64 manat (2025-ci il tarixinə indeksləşdirilmiş), ümumilikdə 20531,18 manat təşkil edir ki, bu məbləğ pensiya yaşı tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 46080 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (320 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1980-ci il tarixində, xx.xx.1980-ci il tarixdən xx.xx.1981 -ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixinədək və xx.xx.1991-ci il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (xx.xx.1980-ci il işə daxil olma tarixi qeyd olunsa da, işdən azad olma tarixi oxunaqlı olmadığından, xx.xx.1980-ci il işə daxil olma tarixi və əmri arasında uyğunsuzluq olduğundan, xx.xx.1981-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək və xx.xx.1991-ci il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövrlərdə qaralama olduğundan) həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Sözügedən dövrlər üzrə əmək fəaliyyətini təsdiq edən zəruri sənədləri (əmək haqqı cədvəlləri və əmr kitablarından çıxarış) yaşayış yeri üzrə Fondun müvafiq qurumuna və ya DOST Mərkəzlərinə təqdim etməklə təkrar müraciəti əsasında həmin dövrün sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən bildirilir ki, aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu üçün (VÖEN: **********) sizə yaşa görə sosial müavinətin təyin edilməsi mümkün olmayıb. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. -İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin X15 Filialının məhkəməyə ünvanladığı xx.xx.2025-cü il tarixli 3-17-1/2-110343/2025 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə X6 Sosial Ödənişlərin X15 Filialına daxil olmuş Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2- 1(120)- 3368/2025 nömrəli sorğusuna aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. İddiaçı Səməndər oğlu xx.xx.2025-ci il tarixində pensiya yaşına çatmışdır. İddiaçı təqdim etdiyi 315283 nömrəli diplomun surətində qeyd olunan məlumata əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1977ci il tarixinədək əyani təhsil illəri, ******* nömrəli hərbi biletin surətində qeyd olunan məlumatlara əsasən xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr, əmək kitabçasının surətində qeyd olunan məlumata əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək, xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixədək əmək fəaliyyəti dövrləri, o cümlədən, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində qeydə alınmış xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək dövrlər daxil edilməklə ümumilikdə 21 il 2 ay 5 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1980-ci il tarixdə, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək və xx.xx.1991-ci il tarixindən xx.xx.1998ci il tarixədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (xx.xx.1980-ci il işə daxil olma tarixi qeyd olunsa da, işdən azad olma tarixi oxunaqlı olmadığından, xx.xx.1980-ci il işə daxil olma tarixi və əmri arasında uyğunsuzluq olduğundan, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək və xx.xx.1991-ci il tarixindən xx.xx.1998-ci il tarixədək olan dövrlərdə qaralama olduğundan) həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. - İşdə olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1974-xx.xx.2004cü illərdə əmək fəaliyyəti dövrləri ilə məşğul olmuşdur, o cümlədən xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Saatlı şəhəri “Azelektomontaj” trestinin MK-1 də traktorçu, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci ilədək Saatlı rayon X7nda Neft anbarında fəhlə, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü ilədək Saracalar TTİ-də sürücü, xx.xx.1991-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Saatlı T.B təchizat bazasında kran sürücüsü işləmişdir. - İşdə olan X14 Rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-48-37, R A/25 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Saatlı Rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli 3-48-37.RA/27 nömrəli arayışına əsasən, Saatlı rayon Dövlət Arxiv İdarəsinin rəhbərliyi müraciətinə cavab olaraq, Saatlı rayon Dövlət Arxiv İdarəsində qorunan Fond № 7 Saatlı rayon Azərselxoz-texnika X1 əmr kitablarından İddiaçı dair əmrləri təqdim edir. Əmr № 492 Saatlı rayon X7 xx.xx.1980-ci il tarixli. İddiaçı Səməndər oğlu öz ərizəsinə əsasən xx.xx.1980-ci il tarixindən Sarıcalar neft anbarına fəhlə qəbul edilsin. Saatlı rayon X7 X17, Əmr №331. Saatlı rayon X7 idarəsi 16/İX-1981-ci il tarixli İddiaçı Saatlı rayon X7 fəhləsi öz ərazisinə əsasən 16 sentyabr 1981-ci il tarixində işdən azad edilsin. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin X15 Filialının məhkəməyə ünvanladığı xx.xx.2025-cü il tarixli 3-17-1/2-248981/2025 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı əmək fəaliyyəti dövrünə dair yoxlama aktları təqdim edilmişdir. Belə ki, 10 oktyabr 2025-ci il tarixli aktdan məlumdur ki, ƏƏSMN tabeliyində DSMF PHŞ Mil-Muğan R.F-nın Saatlı rayon qəbul şöbəsinin baş mütəxəssisi X13 ƏƏSMN tabeliyində DSMF PHŞ Mil-Muğan R.F-nın Saatlı rayon qəbul şöbəsinin baş mütəxəssisi X9 yoxlanılan idarənin Saatlı rayon Dövlət Arxivi müəssisə tərəfindən iştirak edənin S.A.A adı X11 iştirakı ilə bu aktı tərtib edir ondan ötrü ki, İddiaçı Səməndər oğlunun (qızının) Saatlı rayon kənd təsərrüfatı texnika birliyində 1980-1981-ci illər (illərini göstərməklə) sığorta stajına daxil edilən əmək stajını yerində qarşılıqlı yoxladılar. Müəyyən edildi ki, vətəndaş Əsədov X4 rayon kənd təsərrüfatı texnika birliyinin Saatlı rayon Dövlət Arxivində saxlanılan əmr kitabında xx.xx.1980-ci il tarixli 492 saylı əmrə əsasən birliyin Sarıcalar neft anbarında fəhlə vəzifəsinə qəbul edilmişdir. xx.xx.1981-ci il tarixli 331 saylı əmrlə isə öz ərizəsinə əsasən işdən azad edilmişdir. Saatlı rayon kənd təsərrüfatı texnika birliyinin əmək haqqı kitabları Saatlı rayon Dövlət Arxivində saxlanmadığı üçün İddiaçı 1980-1981-ci illər üzrə əmək haqqını araşdırmaq mümkün olmadı. Digər 10 oktyabr 2025-ci il tarixli aktdan müəyyən olunur ki, Hüquqi ünvanı məlum olmayan Saatlı rayon Sarıcalar MSU idarəsinin arxiv sənəd materiallarının Saatlı rayon Dövlət Arxivində saxlanılmaması səbəbindən vətəndaşın işə girmə və işdən çıxma əmrlərini, habelə əmək haqqını araşdırmaq mümkün olmadı. Digər 10 oktyabr 2025-ci il tarixli aktdan məəyyən olunur ki, hüquqi ünvanı məlum olmayan Saatlı rayon Təchizat Bazasının arxiv sənəd materiallarının Saatlı rayon Dövlət Arxivində saxlanılmaması səbəbindən İddiaçı işə girmə və işdən çıxma əmrlərini habelə əmək haqqını araşdırmaq mümkün olmadı. Məhkəmə tərəfindən müəyyən edilir ki, işin tərəflər arasında mübahisə doğuran halı iddiaçının 25 il ümumi iş stajına malik olub – oİmamasıdır. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Cavabdeh orqan tərəfindən təqdim edilən məlumat əsasında İddiaçı təqdim etdiyi 315283 nömrəli diplomun surətində qeyd olunan məlumata əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1977-ci il tarixinədək əyani təhsil illəri, ******* nömrəli hərbi biletin surətində qeyd olunan məlumatlara əsasən xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr, əmək kitabçasının surətində qeyd olunan məlumata əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək, xx.xx.2004-cü il tarixdən xx.xx.2004cü il tarixinədək əmək fəaliyyəti dövrləri, o cümlədən, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində qeydə alınmış xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək dövrlər daxil edilməklə ümumilikdə 21 il 2 ay 5 gün mübahisələndirilməyən dövr kimi sığorta stajı müəyyən edilmişdir. Məhkəmə tərəfindən hesab edilir ki, hazırkı iş üzrə mübahisəli məsələ üzrə ümumilikdə İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Saatlı şəhəri “Azelektomontaj” trestinin MK-1 də traktorçu, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci ilədək Saatlı rayon X7nda Neft anbarında fəhlə, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü ilədək Saracalar TTİ-də sürücü, xx.xx.1991-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Saatlı T.B təchizat bazasında kran sürücüsü işlədiyi, yəni həmin dövrlərdə iddiaçının əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X8 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Bundan başqa, adıçəkilən normanın iddiaçıya tətbiq olunması sosial ədalət prinsipinin də qorunmasına gətirib çıxarır. Məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Məhkəmənin qənaətinə görə iddiaçı əmək kitabçasındakı iş illəri nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Saatlı şəhəri “Azelektomontaj” trestinin MK-1 də traktorçu, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci ilədək Saatlı rayon X7nda Neft anbarında fəhlə, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü ilədək Saracalar TTİ-də sürücü, xx.xx.1991-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Saatlı T.B təchizat bazasında kran sürücüsü işləməsi halı müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə iddiaçı əmək kitabçasındakı iş illəri nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. İlk öncə məhkəmə tərəfindən nəzərə çatdırılır ki, iddiaçının əlilliyə görə əvvəllər ona pensiya təyin edilməsi məlum olduğu üçün cavabdeh orqana sorğu göndərilmiş və iddiaçıya məxsus əlilliyə görə pensiya işi məhkəmə iş materiallarına əlavə edilmişdir. Daxil olmuş 120765 saylı əlilliyə görə pensiya işinə nəzərə yetirildikdə iddiaçıya əlilliyə görə pensiya təyin edilən zaman cavabdeh orqanın hazırda mübahisələndirdiyi İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Saatlı şəhəri “Azelektomontaj” trestinin MK-1 də traktorçu, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci ilədək Saatlı rayon X7nda Neft anbarında fəhlə, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü ilədək Saracalar TTİ-də sürücü, xx.xx.1991-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Saatlı T.B təchizat bazasında kran sürücüsü işlədiyi dövrlər sosial siğorta stajı olaraq qəbul edilmiş və iddiaçıya əlilliyə görə pensiya təyin edilmişdir. İddiaçı tərəfindən eyni əmək kitabçasının surəti təqdim edildiyi halda- əlillik üzrə pensiya təyin edildiyi vaxt mübahisələn dövrlər cavabdeh orqan tərəfindən qəbul edilmiş, lakin yaşa görə əmək pensiyası təyin edilən vaxtda həmin dövrlər qəbul edilməmiş və baş verən ziddiyyətli hal üzrə heç bir münasibət bildirməmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya əlilliyə görə pensiya təyin edilən zaman əmək kitabçası mötəbər sübut olaraq qəbul edildiyi halda, hazırki vəziyyətdə yaşa görə pensiya təyinatı zamanı nəzərə alınmaması qanuni hesab edilə bilməz. Həmçinin əlilliyə görə pensiya işində olan xx.xx.2011-ci il tarixli məktubdan görünür ki, Saatlı təsərrüfat hesablı X12 İnkişaf Nazirliyinin xx.xx.2004-cü il tarixli, DƏÖD-04/972 saylı sərəncamına əsasən xx.xx.1997-ci il tarixdə özəlləşdirilərək Aran-Aqroservis Səhmdar Cəmiyyəti yaradılmışdır. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun işə daxil olması, həmin müəssisələrdə işləməsi və əmək haqqı alması, o cümlədən müəssisə və idaərələrin fəaliyyətinin olması tam sübuta yetirilir. Qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrlərdə Saatlı şəhəri “Azelektomontaj” tresti, Saatlı rayon X7, Saatlı təsərrüfat hesablı Təchizat Bazası mövcud olmuş, iddiaçı Saatlı şəhəri “Azelektomontaj” tresti, Saatlı rayon X7, Saatlı təsərrüfat hesablı Təchizat Bazasında işləmiş və əmək haqqı almış, sadəcə olaraq Saatlı şəhəri “Azelektomontaj” tresti, Saatlı rayon X7nın sənədləri natamam, Saatlı təsərrüfat hesablı Təchizat Bazasının sənədləri tam arxivə təhvil verilmədiyindən iddiaçının əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir. Məhkəmə bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi Saatlı şəhəri “Azelektomontaj” tresti, Saatlı rayon X7, Saatlı təsərrüfat hesablı Təchizat Bazasında işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. Cavabdeh orqan tərəfindən imtina məktubundan göstərilmişdir ki, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1980-ci il tarixdə, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək və xx.xx.1991-ci il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (xx.xx.1980-ci il işə daxil olma tarixi qeyd olunsa da, işdən azad olma tarixi oxunaqlı olmadığından, xx.xx.1980-ci il işə daxil olma tarixi və əmri arasında uyğunsuzluq olduğundan, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək və xx.xx.1991-ci il tarixindən xx.xx.1998-ci il tarixədək olan dövrlərdə qaralama olduğundan) həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Məhkəmə tərəfindən iddiaçıya məxsus əmək kitabçasına baxış keçirilmiş və onun xx.xx.1980-ci il tarixdə Saatlı şəhəri “Azelektomontaj” trestinin MK-1 də traktorçu vəzifəsinə işə qəbul edildiyi, xx.xx.1980-ci il tarixdə işdən azad olunduğu barədə məlumat ətraflı öz əksini tapmışdır, oxunaqlıdır və əmək kitabçası rus dilində Azərbaycan dilinə tərcümə edilərək təsdiq edilmiş surəti iş materiallaırna əlavə edilmişdir. Məhkəmə tərəfindən verilmiş sorğu əsasında Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Saatlı Rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli 3-48-37.RA/27 nömrəli arayışına və xx.xx.2025-ci il tarixli yoxlama aktına əsasən, vətəndaş Əsədov X4 rayon kənd təsərrüfatı texnika birliyinin Saatlı rayon Dövlət Arxivində saxlanılan əmr kitabında xx.xx.1980-ci il tarixli 492 saylı əmrə əsasən birliyin Sarıcalar neft anbarında xx.xx.1980ci il tarixdən fəhlə vəzifəsinə qəbul edilməsi barədə məlumat aşkar edilmişdir. Həmçinin xx.xx.1981-ci il tarixli 331 saylı əmrlə isə öz ərizəsinə əsasən işdən azad edilməsi barədə məlumat da öz əksini tapmışdır. Məhkəmə tərəfindən əmək kitabçasına baxış keçirilən zaman xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək və xx.xx.1991-ci il tarixindən xx.xx.1998-ci il tarixədək olan dövrlərdə qaralama müəyyən edilməmişdir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Odur ki, məhkəmə İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Saatlı şəhəri “Azelektomontaj” trestinin MK-1 də traktorçu, xx.xx.1980-ci il tarixdən xx.xx.1981ci ilədək Saatlı rayon X7nda Neft anbarında fəhlə, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü ilədək Saracalar TTİ-də sürücü, xx.xx.1991-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Saatlı T.B təchizat bazasında kran sürücüsü işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını və arxiv arayışını mötəbər sübut hesab edir. Cavabdeh inzibati orqan iddiaçının işlədiyi idarənin sənədlərinin, xüsusilə də əmək haqqı cədvəllərinin tam şəkildə arxivə təhvil verilməməsi və yaxud hər hansı formada aşkar edilməməsi səbəbindən, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçı İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Saatlı şəhəri “Azelektomontaj” trestinin MK-1 də traktorçu, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci ilədək Saatlı rayon X7nda Neft anbarında fəhlə, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü ilədək Saracalar TTİ-də sürücü, xx.xx.1991-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Saatlı T.B təchizat bazasında kran sürücüsü işləməsi onun əmək kitabçasında qeyd olunduğu, arxivdən əldə edilmiş müvafiq əmrlərlə işə daxil olması və xaric olması təsdiq olunduğu üçün həmin zavod tərəfindən müəyyən dövr üçün idarəyə məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin (əmrlər kitabının və əmək haqqı cədvəllərinin) arxivə təhvil verilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Məhkəmə hesab edir ki, iddiaçının İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Saatlı şəhəri “Azelektomontaj” trestinin MK-1 də traktorçu, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci ilədək Saatlı rayon X7nda Neft anbarında fəhlə, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü ilədək Saracalar TTİ-də sürücü, xx.xx.1991-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Saatlı T.B təchizat bazasında kran sürücüsü işlədiyi illər üzrə ona məxsus sənədlərin arxivə təhvil verilməməsi və yaxud saxlanılmaması idarədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1479/2021 nömrəli və xx.xx.2021ci il tarixli, 2-1(102)-1640/2021 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63yaşına çatmış kişilərin və60yaşına çatmış qadınlarınfərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25ilsığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görəəmək pensiyasıtəyin edilmiş şəxslər istisna olmaqla) yaşa görəəmək pensiyası hüququ vardır. Qeyd:Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçı xx.xx.1960-ci ildə anadan olmuşdur, onun yaşa görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən pensiya hüququ yaranmış olur. İddiaçıya sosial müavinət təyin edilmişdir. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X15 Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddia ərizəsi təmin edilsin. İddiaçı pensiya hüququnun yarandığı gündən yaşa görə əmək pensiyası təyin edilsin və həmin vaxtdan (sosial müavinət çıxılmaqla) ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsin Sosial Ödənişlərin X15 Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-3368/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3368/2025
03.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver