Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3376/2025 17.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “qərarın ləğv edilməsi və həqiqi hərbi xidmətə yararlı hesab edilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Museyibzadə Eltun Elşən oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X4, Üçüncü şəxsin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “qərarın ləğv edilməsi və həqiqi hərbi xidmətə yararlı hesab edilməsi” barədə iddia tələbi üzrə inzibati işə Şirvan şəhərində məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı Cavabdehnə qarşı “hərbi xidmətə yararsız hesab edilməsi barədə cavabdeh SHXÇDX-nin Hacıqabul rayon şöbəsinin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və onun həqiqi hərbi xidmətə yararlı hesab edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdeh əsl cavabdehlə əvəz edilmiş və iddia tələbi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli Qərardadı ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2003-ci il tarixdə Hacıqabul rayonunda anadan olmuş, xx.xx.2019 cu il tarixdə Hərbi komissiyasından keçmiş və Hərbi xidmətə yararlı olmuşdur. Bu barədə Səfərbərlik və Hərbi xidmət çağırış üzrə Dövlət xidməti 174539 nömrəsi ilə qeydiyyata alınmışdır. Nəzərə çatdırır ki, 19 yanvar 2024-cü il tarixdə “Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanası” 16458 nömrəli sağlamlıq vəziyyətinin müəyyən edilməsi haqda SHXÇD-nin xx.xx.2024-cü il tarixli 176 nömrəli göstərişi ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər stasionar müayinədə olmuşdur. Müayinənin nəticəsi hər iki pəncədə deformasiya baxışıda ikitərəfli əlamətlər qeyd edilmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə Həqiqi-Hərbi xidmətə yararlı olmağı barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən müayinədə olmuş müayinə nəticəsi Hərbi xidmətə yararlı “olmamağı” barədə komissiya qərar qəbul etmişdir. Bundan sonra hərbi xidmətə yararsız hesab edilməsi barədə cavabdeh SHXÇDX-nin Hacıqabul rayon şöbəsi xx.xx.2025-ci il tarixli qərar qəbul etmişdir. Hesab edir ki, həmin qərar ləğv edilməlidir. Belə ki, “Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanası” 16458 nömrəli sağlamlıq vəziyyətinin müəyyən edilməsi haqda SHXÇD-nin xx.xx.2024-cü il tarixli 176 nömrəli göstərişi ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər stasionar müayinədə olmuş müayinə nəticəsi dərəcəsi Həqiqi-hərbi xidmətə yararlı olmağı qeyd edilmişdir. Lakin cavabdehin sözügedən qərarı isə Həqiqi-hərbi xidmətə yararlı olmamağı barədə ədalətsiz olaraq qəbul etmişdir. Nəzərə çatdırır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmiş ki, həmin qərarı rəsmi qaydada ona verilsin. Lakin qərar bu günə kimi ona nə rəsmi qaydada nə də ki, poçt vasitəsi ilə də verilməmişdir. Həmin qərar tam qanunsuz və ədalətsizdir. Belə ki, onun hazırda heç bir xəstəliyi yoxdur. Tam sağlam və Həqiqi- Hərbi xidmətə yararlıdır, buna görə də cavabdeh onu xəstəliyi olmadığı halda xəstə kimi göstərmiş, bu barədə qərar qəbul etmiş, və həmin qərar qərəzli olaraq ona verilməmişdir. Bir sözlə o, hazırda heç bir xəstəlikdən əziyyət çəkmir. “Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanası” 16458 nömrəli sağlamlıq vəziyyətinin müəyyən edilməsi haqda SHXÇD-nın xx.xx.2024-cü il tarixli 176 nömrəli sənədləri əsasında sübuta yetmişdir. Belə qənaətə gəlir ki, qərar qanunsuz olduğundan ləğv edilməli və onun Həqiqi Hərbi xidmətə “yararlı” olmağı barədə qərar qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Üçüncü şəxsin etirazı: Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Hüquqi Şəxs tərəfindən verilmiş etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı (FİN: xxxxxxx) barəsində əsas M21.5 XBT kodu, “Qazanılma caynağabənzər əl, çəpəllik, boş pəncə (yüksək tağla) və pəncənin əyriliyi (əyripəncəlik)” diaqnozu ilə Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən “Xəstəliklər Cədvəlinin” 61-ci maddəsinin (Qazanılma caynağabənzər əl, çəpəllik, boş pəncə (yüksək tağla) və pəncənin əyriliyi (əyripəncəlik) ) “B” bəndinin 1-ci qrafasının “C” kateqoriyası üzrə və əlavə İ 86.1 XBT kodu, “Xayalıq venalarının varikoz genəlməsi” diaqnozu ilə Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən “Xəstəliklər Cədvəlinin” 42-ci maddəsinin (Aortanın, magistral və periferik arteriyaların və venaların, limfa damarlarının xəstəlikləri və zədələnmələrinin nəticələri:.) “D” bəndinin 1-ci qrafasının “Ç” kateqoriyası üzrə rəy təsdiqlənərək müvafiq göndəriş (forma 44) formalaşdırılmışdır. Bundan sonra iddiaçı yekun tibbi müayinəsinin həyata keçirilməsi üçün Agentliyə yaxınlaşaraq qəbul həkiminə yönləndirilmişdir. Yekun tibbi müayinə zamanı əsas xəstəlik üzrə: Diaqnoz: Maddə 61 Yastıayaqlılıq və ayağın digər deformasiyaları: DTSERA-da aparılan klinik, instrumental müayinələrə, qəbul həkiminin rəyinə əsasən “Funksiyanın mühüm dərəcədə pozulması ilə sağ tərəfli boş pəncə” diaqnozu təyin olunur. Maddə 61. Bənd a. Kateqoriya D Yanaşı xəstəlik üzrə: Maddə 42: Xayalıq venalarının varikoz genəlməsi diaqnozu. DTSERA-da aparılan klinik, instrumental müayinələrə, qəbul həkiminin rəyinə əsasən, “İki tərəfli varikoselektomiya əməliyyatından sonrakı dəri çapığı” diaqnozu təyin olunur. Maddə tətbiqinə əsas yoxdur. Qəbul həkiminin obyektiv müayinəsi nəticəsində D-z: Yastıayaqlılıq və ayağın digər deformasiyaları: və Xayalıq venalarının varikoz genəlməsi diaqnozları təyin edilmiş və Əsasnaməyə uyğun olaraq çağırışçının sağlamlıq vəziyyətinə dair rəy formalaşdırılmış və həmin rəy tibbi müayinə nəticələri və digər sənədlər əlavə edilməklə yekun tibbi müayinəyə dair qərarın qəbul edilməsi üçün müvafiq Tibbi qiymətləndirmə komissiyasına göndərilmişdir. Çağırışçıya müayinə nəticələri əsasında Yastıayaqlılıq və ayağın digər deformasiyaları: və Xayalıq venalarının varikoz genəlməsi diaqnozları təyin edildiyi üçün tibbi qiymətləndirmə komissiyası tərəfindən hərbi xidmətə yararlılığının göndərişdə qeyd edilən kateqoriya üzrə deyil, “Xəstəliklər Cədvəlinin” 61 və 42-ci maddəsi üzrə-daha ağır qiymətləndirilərək fərqli kateqoriya üzrə təsdiq barədə xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. Çağırışçıya təyin edilmiş diaqnozlar üzrə ona dair müvafiq 42-ci və 61-ci maddələr üzrə qərar qəbul edilməsi tam qanunidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edirlər. Tərəflərin iştirakı və izahatları: İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etmişdirlər. Şifahi məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X8 iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Məhkəmə hesab edir ki, hazırkı iddianın “mübahisələndirmə və məcburetmə haqqında iddia” növünün mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun: 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İnzibati Prosessual Məcəllənin: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Həmçinin iddiaçının və cavabdehin ünvanı Hacıqabul rayonudur. İPM-in 8.1.2-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən, Hacıqabul rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Xüsusi mümkünlük şərti kimi iddiaçı tərəfindən prosessual müddət ötürülməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür.
Faktiki hallar və sübutlar:
İş materiallarında olan: Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdə anadan olmuş, Hacıqabul rayonu Rəncbər kəndində qeydiyyatdadır. xx.xx.2019-cu il tarixli, İQ № 174539 nömrəli İlkin Hərbi Xidmətə qeydiyyata alınma haqqında vəsiqənin surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə İlkin Hərbi Xidmətə qeydiyyata alınma Komissiyasının qərarı ilə “Hərbi Xidmətə yararlı” hesab edilmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasının qərarından görünür ki, İddiaçı “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər Cədvəli”nin 42-ci maddəsinin qrafa 1, bənd D, Ç kateqoriyasında qeyd olunan “Xəyalıq venalarının varikoz genəlməsi” və həmin Cədvəlin 61-ci maddəsinin qrafa 1, bənd B, C kateqoriyasında qeyd olunan “Qazanılma caynağabənzər əl, çəpəlik, boş pəncə (yüksək tağla) və pəncənin əyriliyi (əyripəncəlik)” diaqnozu qoyulmuşdur. Tibbi Qiymətləndirmə Komissiyasının yekun tibbi müayinə qərarı ilə Səfərbərlik tərəfindən “C” , DTSERA tərəfindən isə “D” kateqoriyası üzrə rəy verilmiş və daha ağır statusda qiymətləndirilmişdir. Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X11 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, T 454/2025 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 2003cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı “MN Baş Klinik Hospital”a həkim-mütəxəssislərin müayinəsinə göndərilmiş və xx.xx.2025-ci il tarixdə aparılmış (əyani və rentgen) müayinələrin nəticəsində ona MN Baş travmatoloqu tərəfindən “Sağlam” diaqnozu müəyyən edilmişdir. Qeyd edilən diaqnoza uyğun olaraq İddiaçı hərbi xidmətə yararlıdır kimi qiymətləndirilir. Cavabdeh qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərarı əsasında İddiaçı “Xəstəliklər Cədvəli”nin 61A maddəsi üzrə “Yastıayaqlılıq və ayağın digər deformasiyaları:-a) funksiyaların mühüm dərəcədə pozulması” diaqnozu ilə həqiqi hərbi xidmətə yararsız hesab edilmişdir.
Tətbiq olunan hüquq:
Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 76-cı maddəsinin 1-ci bəndinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. “İnzibati icraat haqqında” Qanunun: 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun: Maddə 3. Azərbaycan Respublikasında hərbi vəzifə və hərbi xidmət 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. Maddə 12. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması 12.1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi üsullarına görə hərbi xidmət çağırış üzrə və könüllü xidmətlərə bölünür. 12.2. Hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 12.2.1. müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları; Maddə 14. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının vəzifələri 14.1. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə yetirirlər: 14.1.1. çağırışçıların tibbi müayinəsini təşkil etmək və bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul etmək; 14.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək; 14.1.3. xüsusi hərbi ixtisaslar üzrə hazırlanması üçün çağırışçıları tibbi, psixoloji və başqa göstəricilərə görə səmərəli bölüşdürmək; 14.1.4. müvafiq icra hakimiyyəti orqanının say bölgüsü üzrə çağırışçıları müddətli həqiqi hərbi xidmətin keçirilməsi yerinə göndərmək; 14.1.5. bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək. ...
Maddə 15. Tibbi müayinədən keçməyin məcburiliyi və rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının qərarı 15.1. Müddətli həqiqi hərbi xidmətə çağırılmalı olan vətəndaşlar çağırışa 2 ay qalmış müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada mütləq tibbi müayinədən keçirilirlər. Tibbi müayinəyə cəlb olunan çağırışçılar bu Qanunun 6.2-2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılırlar. Çağırışçılar çağırış vərəqəsində qeyd olunan müddətdə müvafiq tibb müəssisəsinə gəlməlidirlər. Tibbi müəssisələr tərəfindən aparılmış tibbi müayinələrin nəticələri, həmçinin bu Qanunun 15.3-cü maddəsində nəzərdə tutulan yekun tibbi müayinənin nəticələri elektron formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) X2 ötürülür. 15.1-1. Narkomanlığın erkən müəyyən edilməsi və profilaktikası məqsədilə müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçirilməsi təmin edilir. 15.2. Bu Qanunun 15.3-cü maddəsi nəzərə alınmaqla, tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir. 15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsi və çağırışdan azad etmə Maddə 18. Çağırışa möhlət verilməsi 18.1. Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir: 18.1.1. ailə vəziyyətinə görə; 18.1.2. sağlamlıq vəziyyətinə görə; 18.1.3. təhsili davam etdirmək üçün; 18.1.4. Azərbaycan Respublikası Milli Məclisinin deputatı və bələdiyyələrə üzv seçilmək üçün namizədliyi qeydə alınmış şəxslərin seçki fəaliyyəti ilə əlaqədar (namizədliyi qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc olunduğu günədək); 18.1.5. deputat, hakim, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkil (ombudsman) fəaliyyəti ilə əlaqədar. 18.2. Çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 3 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar. Maddə 20. Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilməsi 20.1. Tibbi müayinə zamanı müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilir. 20.2. Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər. 20.3. Sağlamlıq vəziyyətinə görə 1 il müddətinədək möhlət verilmiş çağırışçılar möhlət müddəti bitdikdən sonra, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar isə 30 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Maddə 23. Müddətli həqiqi hərbi xidmətə çağırışdan azadetmə 23.1. Dinc dövrdə aşağıdakı vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək ehtiyata keçirilirlər: 23.1.1. fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar; 23.1.2. sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılmış çağırışçılar; ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: 2.1. İlkin hərbi qeydiyyata alınan, müddətli həqiqi xidmətə çağırılan və ehtiyatda olan vətəndaşların şəhadətləndirilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən təşkil edilir. Zabit hərbi rütbəsi verilməklə ehtiyata götürülmüş vətəndaşlar hərbi xidmətə çağırılarkən, şəhadətləndirilmənin təşkili Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə həvalə olunur. 2.2. İlkin hərbi qeydiyyata alınarkən şəhadətləndirilməyə qədər vətəndaşlara dövlət tibb müəssisələrində (bundan sonra – tibb müəssisələri) hər il tibbi baxışlar, müayinələr (müşahidələr), habelə müalicə-sağlamlıq tədbirləri keçirilir və profilaktik peyvəndlər edilir. Tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərinin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi tibb müəssisələrinə həvalə olunur. Tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərinin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi, qeydiyyat və hesabat aparılması, bu iş üzərində nəzarətin həyata keçirilməsi qaydaları Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə birlikdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. 2.3. Vətəndaşların şəhadətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, habelə digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Vahid X2 (bundan sonra – VEİS) inteqrasiya edilir. Qeyd olunan dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatlarının və sistemlərinin VEİS-yə inteqrasiyası və məlumat mübadiləsi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq X3 Sistemi vasitəsilə həyata keçirilir. 2.4. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin göndərişinə əsasən vətəndaşlar şəhadətləndirilmə prosesində tələb olunan müayinələrdən keçirlər. Çağırışaqədər yaş həddində olanların və çağırışçıların şəhadətləndirilməsi prosesində müayinələrin həyata keçirilməsi məqsədilə göndəriləcəkləri tibb müəssisələrinin siyahısı, habelə keçəcəkləri tibbi müayinələrin həcmi və qaydası Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. 2.5. Tibb müəssisələrinin rəhbərləri və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin rəhbərləri vətəndaşların vaxtında müayinə (müalicə) olunmasını təmin edirlər. 2.6. Çağırışaqədər yaş həddində olanların sağlamlıq vəziyyətinə dair məlumatlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin elektron informasiya sistemlərindən əldə olunaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çağırışçının uçot kartına əlavə olunur. 2.7. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışaqədər yaş həddində olanların qanuni nümayəndələrini və çağırışçıları onların X3 Sistemində yaradılan elektron kabinetlərinə (bundan sonra – elektron kabinet) elektron formada çağırış vərəqəsi göndərməklə (bu mümkün olmadıqda çağırış vərəqəsi poçt rabitəsi və ya digər vasitələrlə və şəxsən təqdim olunmaqla) tibbi müayinələrin keçiriləcəyi tibb müəssisəsi və keçməli olduqları müayinə metodları, müəyyən edilmiş vaxtda yaxınlaşmalı olduqları müvafiq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyası və gəlməmələrinin nəticələri barədə məlumatlandırır. Çağırış vərəqəsi elektron formada təqdim olunması üçün VEİS-də “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd formasında (bundan sonra – elektron sənəd) formalaşdırılır və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəzifəli şəxslərinin təkmil sertifikatlı gücləndirilmiş elektron imzası (bundan sonra – elektron imza) ilə təsdiqlənir və real vaxt rejimində VEİS üzərindən X3 Sisteminə göndərilərək vətəndaşın və ya onun qanuni nümayəndəsinin həmin informasiya sistemində tanış olması və elektron sənəd formasında əldə etməsi imkanı təmin olunur. Eyni zamanda, vətəndaşa və ya onun qanuni nümayəndəsinə çağırış vərəqəsinin elektron kabinetdə yerləşdirilməsi, elektron kabinetin internet ünvanı və daxilolma qaydası ilə bağlı məlumat X3 Sistemi üzərindən bildiriş və (və ya) qısa mesaj-SMS vasitəsilə göndərilir. 2.8. Tibb müəssisələri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin göndərişi əsasında çağırışaqədər yaş həddində olanların və çağırışçıların tibbi müayinələrdən mümkün qısa vaxt ərzində növbədənkənar keçirilməsini təmin etməlidirlər. 2.9. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların tibb müəssisələri tərəfindən həyata keçirilən tibbi müayinələrinin nəticələri müvafiq elektron informasiya sistemi vasitəsilə VEİS-yə ötürülür, eləcə də vətəndaşa və ya onun qanuni nümayəndəsinə təqdim edilir. 2.10. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən yaradılmış ilkin hərbi qeydiyyata alma komissiyası və hərbi həkim komissiyaları tərəfindən bu Əsasnamənin 2.9-cu bəndində qeyd olunan tibbi müayinə nəticələri təhlil edilir və müvafiq olaraq azı 9 (doqquz) nəfərdən ibarət həkim və mütəxəssis (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermatoveneroloq, psixoloq və zərurət olduqda digər ixtisaslardan olan həkim-mütəxəssislər cəlb edilməklə) tərəfindən çağırışaqədər yaş həddində olanların və çağırışçıların əyani tibbi müayinəsi aparılır. Əyani tibbi müayinəyə dair VEİS-də elektron sənəd formasında rəy formalaşdırılaraq, həkim və mütəxəssislərin elektron imzası ilə təsdiqlənir. Rəy barədə vətəndaşların məlumatlandırılması bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulmuş qaydada onların elektron kabinetləri vasitəsilə həyata keçirilir, məlumatlar həmçinin çağırışçının uçot kartına əlavə edilir. 2.11. Hərbi həkim komissiyalarında tibbi müayinələrin həyata keçirildiyi otaqlarda tibbi müayinə və yerində baxış proseslərinin video və səs qeydlərinin aparılması təmin olunur və həmin qeydlərin aparılmasının monitorinqi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən mütəmadi olaraq həyata keçirilir. 2.12. Tibb müəssisələrinin rəhbərləri ilə razılaşdırılmış həkim-mütəxəssislərin və orta tibb işçilərinin fərdi tərkibini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə razılaşdırmaqla təsdiq edir. 2.13. Çağırışaqədər yaş həddində olanların bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan müvafiq kateqoriyalar üzrə şəhadətləndirilməsi bu Əsasnamənin 2.14-cü bəndi nəzərə alınmaqla ilkin hərbi qeydiyyata alma komissiyası tərəfindən ilkin hərbi qeydiyyat prosesi yekunlaşdırıldıqdan sonra aparılır. Çağırışçılar bu Əsasnamənin 2.10-cu bəndində qeyd olunan tibbi müayinə nəticələrinə əsasən şəhadətləndirilərkən Hərbi həkim komissiyaları tərəfindən VEİS-də elektron sənəd formasında çağırışçı barəsində bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan müvafiq kateqoriyalar üzrə rəy formalaşdırılır və komissiya üzvlərinin elektron imzası ilə təsdiqlənməklə məlumatlar hər bir çağırışçının uçot kartına daxil edilir. Həmin rəy əsasında rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən VEİS-də elektron imza ilə təsdiqlənməklə, elektron sənəd formasında çağırışçının şəhadətləndirilməsi üzrə yekun qərar formalaşdırılır. Vətəndaşların və ya qanuni nümayəndələrinin çağırışaqədər yaş həddində olanlar və çağırışçılar barəsində formalaşdırılan rəylər və çağırışçının şəhadətləndirilməsi üzrə yekun qərar barədə məlumatlandırılması bu Əsasnamənin 2.7ci bəndində nəzərdə tutulmuş qaydada onların elektron kabinetləri vasitəsilə həyata keçirilir. 2.14. Çağırışaqədər yaş həddində olanların və çağırışçıların bu Əsasnamənin 2.10-cu bəndində qeyd olunan tibbi müayinə nəticələrinə əsasən diaqnozun dəqiqləşdirilməsi, yaxud müalicə zərurəti yarandığı halda, onlar ilkin hərbi qeydiyyata alma komissiyalarının, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının və Mərkəzi Çağırış Komissiyasının qərarı ilə ixtisaslaşmış tibb müəssisələrinə əlavə ambulator və ya stasionar tibbi müayinələrin keçirilməsinə və ya müalicəyə göndərilirlər. Aparılmış tibbi müayinənin nəticələri barədə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilmiş formada onların sağlamlıq vəziyyətinin müayinə aktı tərtib edilir, tibb müəssisələri tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin elektron informasiya sistemlərindən VEİS-yə ötürülür və vətəndaşa təqdim edilir. 2.15. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A - hərbi xidmətə yararlıdır; B - sıradankənar hərbi xidmətə yararlıdır; C - dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç - hərbi xidmətə müvəqqəti yararsızdır; D - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün “Xəstəliklər cədvəli”nə və ƏTCyə uyğun olaraq hərbi xidmət keçməyə görə təyinat göstəricisi müəyyən edilir. 2.16. İlkin hərbi qeydiyyata alınma üzrə komissiya sədrinin qərarı ilə ilkin hərbi qeydiyyata alınarkən, vətəndaşların hərbi-uçot ixtisasları üzrə hazırlanmasını həyata keçirən ictimai təşkilatlarda təhsil almağa, habelə onların nəqliyyat vasitələrini idarə etməyə yararlılığı müəyyən olunur. 2.17. Hərbi həkim komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar barəsində bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan “B”, “C”, “Ç” və “D” kateqoriyaları üzrə verilmiş rəylər nəzarət qaydasında baxılması üçün VEİS üzərindən Mərkəzi Hərbi Həkim Komissiyasına göndərilir. Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən həmin rəylərin tibbi, texniki tələblərə və qanunvericiliyə uyğunluğu elektron formada yoxlanılır. Bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan “B”, “C”, “Ç” və “D” kateqoriyaları üzrə hərbi həkim komissiyasının qəbul etdiyi rəy Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiqlənmədikdə və “B”, “C”, “Ç” və “D” kateqoriyalarından birinə dəyişdirilmədikdə “A” kateqoriyası üzrə rəy tərtib olunur və şəhadətləndirmə üzrə yekun qərarın verilməsi məqsədilə VEİS üzərindən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarına göndərilir. Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan “B”, “C”, “Ç” və “D” kateqoriyalarına dair VEİS-də elektron sənəd formasında formalaşdırılan müvafiq rəy komissiya üzvlərinin elektron imzası ilə təsdiq edilir. 2.18. Barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan “B”, “C”, “Ç” və “D” kateqoriyalarına dair rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Agentlik tərəfindən bu Əsasnamənin İİ-1-ci hissəsinə uyğun olaraq həyata keçirilir. 2.19. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi zamanı rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.2.2–15.2.5-ci maddələrində nəzərdə tutulmuş qərarlar Agentlik tərəfindən keçirilmiş yekun tibbi müayinə nəticələri əsasında qəbul edilir. 2.20. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçıları rayon, şəhər, şəhərdə rayon çağırış komissiyası tərəfindən qəbul edilmiş qərarlarla dərhal bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulmuş qaydada onların elektron kabinetləri vasitəsilə məlumatlandırır. 2.21. Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 (üç) il müddətinədək, hər dəfə 1 (bir) ildən artıq olmamaq şərtilə verilir. 3 (üç) ildən sonra sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər. Vətəndaşın tibbi müayinəsini (müalicəsini) vətəndaşların ilkin hərbi qeydiyyata alınması üzrə komissiyanın və ya çağırış komissiyasının hərbi xidmətə cari çağırış üzrə işi qurtarana qədər başa çatdırmaq mümkün olmadıqda, onun hərbi xidmətə müvəqqəti yararsızlığı haqqında qərar çıxarılmır. Bu halda, həkim-mütəxəssis təkrar şəhadətləndirilməyə gəlmə vaxtını göstərməklə, vətəndaşın tibbi müayinəsinin (müalicəsinin) zəruriliyi haqqında rəy verir. Vətəndaş həmin rəy barədə dərhal bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulmuş qaydada onun elektron kabineti vasitəsilə məlumatlandırılır. 2.22. İlkin hərbi qeydiyyata alınarkən və ya hərbi xidmətə çağırılarkən hərbi xidmətə müvəqqəti yararsız sayılmış vətəndaş tibbi müayinədən (müalicədən) imtina etdikdə və ya yayındıqda, 3 aydan sonra təkrar şəhadətləndirilməlidir. Əgər təkrar şəhadətləndirilmə zamanı vətəndaşın sağlamlıq vəziyyətinin pisləşməsi əlamətləri aşkar edilməzsə, yaxud onun hərbi xidmətə çağırılmasına mane ola biləcək xəsarətin və ya xəstəliyin aşkar əlamətləri olmazsa, o, hərbi xidmətə yararlı, yaxud müvafiq təyinat göstəricisi ilə hərbi xidmətə yararlı hesab edilir. 2.23. Sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırılmalı olmayan vətəndaşların hərbi xidmətə çağırılması hallarını istisna etmək məqsədi ilə, hərbi xidmətə çağırılmış vətəndaşlar bilavasitə xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışdan keçirlər. Hərbi xidmətə çağırılmış vətəndaşların xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışının təşkili, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan azad edilmiş və ya möhlət almış vətəndaşların, habelə şəhadətləndirilmənin nəticələrinə görə onların barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında çıxarılmış qərarlarla razı olmadıqlarını bildirən vətəndaşların nəzarət qaydasında şəhadətləndirilmələrinin təşkili Mərkəzi Çağırış Komissiyasına həvalə olunur. 2.24. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan azad edilmiş və ya möhlət almış vətəndaşların nəzarət qaydasında şəhadətləndirilməsi onların Mərkəzi Çağırış Komissiyasına təqdim edilmiş şəxsi işləri və tibbi sənədlərinin öyrənilməsi əsasında qiyabi keçirilir. Sonra isə Mərkəzi Çağırış Komissiyasının əsaslandırılmış qərarı ilə nəzarət qaydasında şəhadətləndirilmə əyani keçirilir. 2.25. Tibbi baxış və nəzarət qaydasında şəhadətləndirilmə Mərkəzi Çağırış Komissiyasının qərarı ilə bu Əsasnamənin 2.10-cu bəndində nəzərdə tutulmuş ixtisaslardan olan həkim-mütəxəssislər tərəfindən həyata keçirilir. 2.26. Xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxış və ya nəzarət qaydasında şəhadətləndirilmə zamanı vətəndaşın sağlamlıq vəziyyətində onun hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişə biləcək faktlar aşkar edildikdə, Mərkəzi Çağırış Komissiyası rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının müvafiq qərarını ləğv edir, bu barədə vətəndaşı bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulmuş qaydada elektron kabineti vasitəsilə məlumatlandırır, həmçinin qərarı ləğv edilmiş komissiyaya məlumat verir. 2.27. Nəzarət qaydasında şəhadətləndirilmənin təşkili və keçirilməsi qaydalarını Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müəyyən edir. 2-1.1. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar barəsində bu Əsasnamənin 2.18-ci bəndində qeyd olunan qərarların qəbul edilməsi üçün yekun tibbi müayinənin (bundan sonra – yekun tibbi müayinə) aparılması məqsədilə VEİS, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, habelə digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş X2 (bundan sonra – MEİS) inteqrasiya edilir. VEİS-nin, həmçinin qeyd olunan dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatlarının və sistemlərinin MEİS-yə inteqrasiyası və məlumat mübadiləsi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq X3 Sistemi vasitəsilə həyata keçirilir. 2-1.2. Agentlik çağırışçının yekun tibbi müayinəsini MEİS-nin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə (bundan sonra – altsistem) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ötürülmüş tibbi müayinə nəticələri və çağırışçıların əyani tibbi müayinəsi əsasında həyata keçirir. 2-1.3. Bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan hərbi xidmətə yararlılıq haqqında “B”, “C”, “Ç” və “D” kateqoriyaları üzrə hərbi həkim komissiyaları tərəfindən çağırışçıya dair verilmiş rəy Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiqləndiyi halda VEİS üzərindən bu Əsasnamənin əlavəsinə uyğun göndəriş (forma 44) formalaşdırılaraq yekun tibbi müayinənin aparılması üçün altsistemə ötürülür. 8.1. “Xəstəliklər cədvəli”ndə aşağıdakı kateqoriyalardan olan vətəndaşların sağlamlıq vəziyyətinə tələblər nəzərdə tutulmuşdur: İ qrafa — ilkin hərbi qeydiyyata alınan, hərbi xidmətə çağırılan vətəndaşlar; İİ qrafa — çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçular; əsgərlərin, matrosların çavuşların tutduğu vəzifələr üzrə hərbi xidmətə könüllü daxil olan ehtiyatda olan əsgərlər, matroslar, çavuşlar. İİİ qrafa — zabitlər, gizirlər, miçmanlar və könüllü (kontrakt üzrə) hərbi xidmət keçən hərbi qulluqçular; hərbi xidmətə, hərbi toplanışa çağırılan hərbi xidmət keçməmiş ehtiyatda olan zabitlər; zabitlərin, gizirlərin, miçmanların tutduğu vəzifələr üzrə hərbi xidmətə könüllü daxil olan ehtiyatda olan zabitlər, gizirlər, miçmanlar. 8.2. Hərbi toplanışa çağırılan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda hərbi xidmətə könüllü daxil olan, hərbi liseylərə, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olan, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı “Xəstəliklər cədvəli”nin qrafalarının tətbiqi qaydaları Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. 8.3. “Xəstəliklər cədvəli”ndə hərbi xidmətə yararlılığın aşağıdakı kateqoriyaları nəzərdə tutulmuşdur: “A” — hərbi xidmətə yararlıdır; “B” — sıradankənar hərbi xidmətə yararlıdır; “C” — sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; “Ç” — hərbi xidmətə müvəqqəti yararsızdır; “D” — həm dinc dövrdə, həm də müharibə dövründə, hərbi xidmətə yararsızdır; ...
Məhkəmənin mövqeyi:
Məhkəmə tərəfləri dinləyərək, iddia, etiraz ərizəsini, iş materiallarında olan sübutları qərəzsiz və obyektiv şəkildə araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, xx.xx.2019-cu il tarixli, İQ № 174539 nömrəli İlkin Hərbi Xidmətə qeydiyyata alınma haqqında vəsiqənin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2019cu il tarixdə İlkin Hərbi Xidmətə qeydiyyata alınma Komissiyasının qərarı ilə “Hərbi Xidmətə yararlı” hesab edilmişdir. Sonuncu dəfə iddiaçının sağlamlıq vəziyyəti qiymətləndirilmiş və Tibbi Qiymətləndirmə Komissiyasının yekun tibbi müayinə qərarı ilə Səfərbərlik tərəfindən “C” , DTSERA tərəfindən isə “D” kateqoriyası üzrə rəy verilmiş və daha ağır statusda qiymətləndirilmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə İddiaçı “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər Cədvəli”nin 42-ci maddəsinin qrafa 1, bənd D, Ç kateqoriyasında qeyd olunan “Xəyalıq venalarının varikoz genəlməsi” və həmin Cədvəlin 61-ci maddəsinin qrafa 1, bənd B, C kateqoriyasında qeyd olunan “Qazanılma caynağabənzər əl, çəpəlik, boş pəncə (yüksək tağla) və pəncənin əyriliyi (əyripəncəlik)” diaqnozu qoyulmuşdur. Cavabdeh qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərarı əsasında İddiaçı “Xəstəliklər Cədvəli”nin 61A maddəsi üzrə “Yastıayaqlılıq və ayağın digər deformasiyaları:-a) funksiyaların mühüm dərəcədə pozulması” diaqnozu ilə həqiqi hərbi xidmətə yararsız hesab edilmişdir. İddiaçı inzibati orqanın əlverişsiz inzibati aktı ilə razılaşmamış və məhkəmə qaydasında həmin aktı mübahisələndirmişdir. İddiaçının sağlamlıq vəziyyətinin yoxlanılması və onun hərbi xidmətə yararlı olubolmamasını müəyyən etmək üçün iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Məhkəmə üçün mötəbər sübut əhəmiyyəti daşıyan Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X11 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, T 454/2025 nömrəli ekspert rəyi ilə müəyyən edilir ki, 2003-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı “MN Baş Klinik Hospital”a həkim-mütəxəssislərin müayinəsinə göndərilmiş və xx.xx.2025-ci il tarixdə aparılmış (əyani və rentgen) müayinələrin nəticəsində ona MN Baş travmatoloqu tərəfindən “Sağlam” diaqnozu müəyyən edilmişdir. Qeyd edilən diaqnoza uyğun olaraq İddiaçı hərbi xidmətə yararlıdır kimi qiymətləndirilir. Məhkəmə həmin rəyi digər sübutlarla birgə məcmu halında qiymətləndirərək mötəbər sübut kimi qəbul edir və hesab edir ki, cavabdeh inzibati orqanın qəbul etdiyi mübahisələndirilən inzibati akt qanunsuz və əsassız olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə olan halda məhkəmə bu nəticəyə gəlir ki, Cavabdeh iddiaçının hərbi xidmətə yararsız hesab edilməsi barədə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli və onun həqiqi hərbi xidmətə yararlı hesab edilməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və İnzibati Prosessual Məcəllənin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı barəsində Cavabdeh hərbi xidmətə yararsız hesab edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı həqiqi hərbi xidmətə yararlı hesab edilməsi barədə qərar qəbul edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim: Pərvanə Qurbanova