Məhkəmə qərarları › İş №2-1(120)-3378/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3378/2023

05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3378/2023 05.10.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1, Üçüncü şəxs Şirvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 Cavabdehnə qarşı «iddiaçıların yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 05 oktyabr 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların ünvan 2 ünvanında yerləşən yataqxanaya pasport qeydiyyatına düşmələri və onlara şəxsiyyət vəsiqəsi verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçılar məhkəməyə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “onların ünvan 2 ünvanında yerləşən yataqxanaya qeydiyyata alınmaları öhdəliyinin Cavabdeh üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişlər. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Şirvan Şəhər İcra Hakimiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, onlar uzun illərdir ki, Şirvan Şəhər İcra Hakimiyyətinin balansında olan ünvan 2 ünvannda yerləşən yataqxanada yaşayırlar. Bununla bağlı İddiaçı2 ilə Şirvan Şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsi arasında kirayə müqaviləsi bağlanmışdır. Onların pasport qeydiyyatları Cavabdeh inzibati binası olan ünvan 4 ünvandan qeydiyyatdan çıxarılmışlar və hamısının şəxsiyyət vəsiqələri etibarsız hesab edilmişdir. İddiaçı2 ikinci qrup əlil, İddiaçı3 isə birinci qrup əlildir. Lakin şəxsiyyət vəsiqələri etibarsız hesab edildiyi üçün əlilliklərinin yenidən qiymətləndirilməsi mümkün olmamışdır. Onlar qeydiyyata düşmələri ilə bağlı Cavabdehnə müraciət etsələr də, onlara ünvanlanmış məkubda məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Şirvan Şəhər İcra Hakimiyyətinə müraciət edərək, onların yaşadıqları ünvan 2 ünvanında yerləşən yataqxanaya qeydiyyata düşmələrinə razılıq verilməsini xahiş etsələr də onlara razılıq verilməsindən imtina edilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Üçüncü şəxs Şirvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçılar iddia ərizəsində göstərirlər ki, ailə üzvləri ilə birlikdə Şirvan şəhəri, L-nt İbrahimov küçəsi 1 ünvanında yerləşən yataqxanada yaşayırlar. Şirvan Şəhər İcra Hakimiyyətinin tabeliyındə olan Mənzil Təsərrüfatı İdarəsı ilə Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır. Şirvan şəhəri, L-nt İbrahimov küçəsi 1 ünvanında yerləşən yataqxanaya yaşayış yeri üzrə qeydiyyata düşmələrı ilə bağlı müraciət etmişlər, lakin cavabdeh tərəfindən imtina edilmişdir. İddiaçılar tərəfindən cavabdehə qarşı verilmiş iddianı əsassız hesab edərək rədd edilməsini xahış edirlər. Belə ki, iddiaçılar Şirvan şəhəri, L-nt İbrahimov küçəsi 1 ünvanında yerləşən yataqxananın balans daşıyıcısı olan Şirvan Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Mənzıl Təsərrüfatı İdarəsində heç vaxt işləməmişlər. Həmin yataqxanada müvəqqəti olaraq yaşayırlar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsınin 91-ci maddəsinə əsasən yataqxanalarda yaşayış sahələri xüsusı təyınatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Mənzil Məcəllənin 93.1-ci maddəsinə əsasən yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində müvəqqəti yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin tələblərinə uyğun olaraq xüsusi təyinatlı yaşayış sahələri vətəndaşlara Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin Forması”na uyğun tərtib olunan və yazılı formada bağlanılan xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında həmin yaşayış sahəsinin haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün verilir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində yaşayış sahəsinə qeydiyyata alınma ilə bağlı hər hansı bir hüquq, vəzifə və ya şərt müəyyən edilməmişdir. Eyni zamanda bildirirlər ki, şəhər sakinlərinin Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aid olan yataqxana binalarının qəzalı vəziyyətdə olması və əsaslı təmir-bərpa işlərinin aparılması haqqında dövlət qurumlarına etdikləri çoxsaylı müraciətləri əsasında şəhər ərazisində olan yataqxana binalarının vəziyyəti ilə bağlı şəhər İcra Hakimiyyətinin müraciəti əsasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən yataqxana binalarına texniki baxış keçirilmiş, L-nt Mahmud İbrahimov küçəsi 1 ünvanında yerləşən yataqxana binasının tikinti norma və qaydalarına cavab vermədiyi (qəzalı olduğu), təhlükəsiz istismarının təmin edilməsi məqsədilə layihə əsasında bərpa-gücləndirmə və əsaslı təmir işlərinin yerinə yetirilməsinin məqsədəuyğun hesab olunduğu barədə rəy verilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinin 4-cü bəndinə əsasən şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda yaşayış yeri üzrə qeydiyyata almaqdan imtina edilir. Ona görə də cavbdehin iddiaçıların Şirvan şəhəri, L-nt İbrahimov küçəsi 1 ünvanında yerləşən yataqxanaya qeydiyyata alınmasına imtinasını əsaslı hesab edirlər. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə məlumat ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçılar İddiaçı2 və İddiaçı1, eləcə də üçüncü şəxsin nümayəndəsi X5 gəlmiş, digər iddiaçılar İddiaçı4, İddiaçı3 və cavabdehin nümayəndəsi isə gəlməmiş, bununla belə iddiaçılar ərizə ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X5 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş Cavabdeh İddiaçı2 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-13-14/2-H-15144/4/2023 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Sizin ünvan 2 ünvanına qeydiyyata düşməniz ilə əlaqədar Cavabdehnə ünvanladığınız ərizənizə Qeydiyyat və X4 baxılmışdır. Bildiririk ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 1-ci bəndinə əsasən, order, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, qeydiyyat vəsiqəsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya məhkəmənin qanuni qüvvəyə minmis qətnaməsi olmalıdır. Digər hallarda vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması qanuna ziddir. Odur ki, Sizin məhkəmə orqanına müraciət etməyiniz tövsiyə olunur. İş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş Şirvan Şəhər İcra Hakimiyyətinin İddiaçı2 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 5-8/2-266/2023 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Sizin ailə üzvlərinizlə birlikdə yaşayış yeri üzrə qeydiyyata alınmağınız haqqında Şirvan Şəhər İcra Hakimiyyətinə ünvanladığınız müraciətə baxılmışdır. Bildiririk ki, vətəndaşların yaşayış yeri və olduğu yer üzrə qeydiyyat məsələləri “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 5-ci maddəsinə əsarən yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə şəxsiyyət vəsiqəsini, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini müvafiq dövlət orqanına təqdim etməlidir. İzah olunur ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında», «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunlarına və digər normativ hüquqi aktlara əsasən Respublika ərazisində vətəndaşlar ərazi polis orqanlarının Qeydiyyat məsələləri xidmətləri tərəfindən yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alındığı üçün aidiyyəti üzrə Cavabdehnə müraciət edə bilərsiniz. İş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin İddiaçı2 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 18/2-H-19230 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Azərbaycan Respublikası Prezidentinin X1 Nazirliyinə daxil olmuş müraciətinizə Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası vətəndaşının yeni yaşayış yeri üzrə qeydiyyata alınması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hisəsinin 2-ci bəndində nəzərdə tutulan sənədlərdən biri-yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında Daxili İşlər Nazirliyinin ərazi polis orqanlarının və “ASAN xidmət” mərkəzlərindəki qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətləri tərəfindən həyata keçirilir. Odur ki, Siz və ailə üzvləriniz qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədlərlə istənilən “ASAN xidmət” mərkəzinə müraciət edəcəyiniz təqdirdə yeni yaşayış yeri üzrə qeydiyyata alına bilərsiniz. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə görə qanuni surətdə Azərbaycan Respublikasınıın ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə Azərbaycan dövlətinə mənsub olan, onun siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikası vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli cahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 1379 nömrəli arayışından görünür ki, İddiaçı2 ailə üzvləri İddiaçı4, İddiaçı1 və İddiaçı3 ilə birlikdə ünvan 11 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”ndən görünür ki, Şirvan Şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsi ilə İddiaçı2 arasında 15 aprel 2020-ci il tarixli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən ünvan 11 ünvanında yerləşən ümumi və yaşayış sahəsi 72,5 kvadrat metr olan 5 otaqlı yaşayış sahəsi haqqı ödənilməklə müvəqqəti olaraq iddiaçının və ailə üzvlərinin sahibliyinə və istifadəsinə verilmişdir. İddiaçı ailə üzvləri ilə birlikdə sözügedən yaşayış sahəsinə qeydiyyata alınmasını tələb edir. Şirvan Şəhər İcra Hakimiyyətinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında iddiaçıların Şirvan şəhəri, L-nt İbrahimov küçəsi 1 ünvanında yerləşən yataqxananın balans daşıyıcısı olan Şirvan Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Mənzil Təsərrüfatı İdarəsində heç vaxt işləmədikləri, həmin yataqxanada müvəqqəti olaraq yaşadıqları, Azərbaycan Respublikasının Mənzil Məcəlləsınin 91-ci maddəsinə əsasən yataqxanalarda yaşayış sahələrinin xüsusı təyınatlı mənzil fondunun yaşayış sahələrinə aid olduğu, həmin Məcəllənin 93.1-ci maddəsinə əsasən yataqxanalarda yaşayış sahələrinin vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində müvəqqəti yaşaması üçün nəzərdə tutulduğu, xüsusi təyinatlı yaşayış sahələrınin vətəndaşlara Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin Forması”na uyğun tərtib olunan və yazılı formada bağlanılan “xüsusı təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi” əsasında haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün verildiyi, həmçinin, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinin 4-cü bəndində təsbit olunmuş “şəxsın qeydiyyata alınmaq istədiyı ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda yaşayış yeri üzrə qeydiyyata almaqdan imtina edilir” tələblərinə istinad edilərək iddianın əsassız olduğu bildirilmişdir. Məhkəmə üçüncü şəxsin dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddiaçıların yaşadıqları Şirvan şəhəri, L-nt İbrahimov küçəsi 1 ünvanında yerləşən yataqxananın balans daşıyıcısı olan Şirvan Şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsi ilə İddiaçı2 arasında 15 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin Forması”na uyğun tərtib olunan və yazılı formada bağlanılan “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi” bağlanmış, həmin müqaviləyə əsasən ünvan 11 ünvanında yerləşən ümumi və yaşayış sahəsi 72,5 kvadrat metr olan 5 otaqlı yaşayış sahəsi haqqı ödənilməklə müvəqqəti olaraq iddiaçının və ailə üzvlərinin sahibliyinə və istifadəsinə verilmişdir. Məhkəmə Şirvan Şəhər İcra Hakimiyyətinin etirazında qeyd olunan “şəxsin qeydiyyata alınmaq istədiyi evin (yaşayış sahəsinin) uçmaq qorxusu altında olduqda yaşayış yeri üzrə qeydiyyata almaqdan imtina edilir” dəlilini də əsassız hesab edir. Belə ki, iş materiallarında olan 01 sentyabr 2022-ci il tarixli, 1651 nömrəli məktubdan və 15 dekabr 2022-ci il tarixli rəydən görünür ki, Şirvan Şəhər İcra Hakimiyyətinin müraciətinə əsasən Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun 2 №li memar-inşaat şöbəsinin konstruksiya sektorunun mühəndisləri Anar Vahid, Seymur Məmmədov, 3 №li memar-inşaat şöbəsinin konstruksiya sektorunun mühəndisi Emin Cəfərov Tikintidə X2 Agentliyinin 12 sentyabr 2022-ci il tarixli, 34/11257 nömrəli tapşırığına əsasən iddiaçıların yaşadıqları ünvan 13 ünvanda yerləşən yataqxana binasına vizual baxış keçirilmiş, baxış zamanı yataqxana binasının uzun müddət təmirsiz istismar edilməsi, binanın ön və arxa fasad hissələrindəki eyvanların beton mühafizə qatlarının aşınması, armatur millərinin açıqda qalaraq ciddi şəkildə korroziyaya uğraması, girişlərdə və dəhlizlərdə hörgü və suvaq qatlarının aşınması, ümumi sahələrdə mərtəbəarası örtüklərin beton mühafizə qatlarının aşınması, armaturların korroziyaya uğraması, əksər mənzillərdə ağac materialından olan döşəmələrdə deformasiyaların yaranması, binanın fasad hissələrindəki üzlük daşlarında çatların, qopmaların və boşalmaların yaranması, binada istilik sisteminin olmaması, mənzillərin ellektrik sobaları ilə qızdırılması, binanın kommunikasiya xətlərinin yararsız vəziyyətdə olması, yaşayış binasının mövcud tikinti norma və qaydalarına cavab verməməsi müəyyən olunmuş, ünvan 13 ünvanda yerləşən yataqxana binasının texniki cəhətdən məhdud işlək vəziyyətdə olması qeyd olunmuş, layihə əsasında bərpa-gücləndirmə və əsaslı təmir işlərinin yerinə yetirilməsi məqsədəuyğun hesab edilmişdir. Göründüyü kimi, rəydə Şırvan şəhəri, L-nt İbrahimov küçəsi 1 saylı ünvanda yerləşən yataqxana binasının qəzalı vəziyyətdə və uçmaq təhlükəsi altında olması, sakinlərin köçürülməli olması barədə heç bir göstəriş öz əksini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə Şirvan Şəhər İcra Hakimiyyətinin etirazında qeyd olunan dəlilləri əsassız hesab edir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün müddətində «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verilməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə, yaşayış yerinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. Sözügedən Qanunun 9-cu maddəsinə görə şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanının (Daxili İşlər Nazirliyinin) məlumatına əsasən yasayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikasının 08 dekabr 1999-cu il tarixli 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş «”Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə»nin 14-cü maddəsinə əsasən vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Azərbaycan Respublikası Prezidentinin 518 nömrəli 30 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»nin 3.1.10-cu bəndinə əsasən Daxili İşlər Nazirliyi daxili işlər orqanlarının səlahiyyətinə aid olan işlərin – Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin həllində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edir; Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçıların yaşadıqları yer üzrə qeydiyyata alınması zəruri olduğundan və onların başqa yaşayış yeri olmadığından (bu barədə cavabdeh inzibati orqanın heç bir arqumenti yoxdur), həmin ünvana qeydiyyata alınmasından imtina olunması qanuni sayılmamalı və iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, iddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 ünvan 2 ünvanında yerləşən yataqxanaya qeydiyyata alınması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78 – 79-cu, 81ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 ünvan 2 ünvanında yerləşən yataqxanaya qeydiyyata alınması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar