Məhkəmə qərarları › İş №2-1(120)-338/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-338/2023

07.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-338/2023 07.02.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X8, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2022-ci il tarixli, **********0529 nömrəli, **********0523 nömrəli, **********0521 nömrəli və **********0517 nömrəli qərarlarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 07 fevral 2023-cü il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Masallı şəhəri, H.Əliyev prospektində yerləşən “Masallı Mall” Ticarət obyekti ilə bağlı barəsində tərtib etdiyi maliyyə sanksiyalarının və cərimələrin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin barəsində tərtib etdiyi xx.xx.2022-ci il tarixli, **********0529 nömrəli, **********0523 nömrəli, **********0521 nömrəli və **********0517 nömrəli qərarların ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfındən xx.xx.2022 ci il tarixdə saat 12:16-da, ona məxsus (VÖEN **********) Masallı şəhəri, H.Əliyev prospektində yerləşən “Masallı Mall” adlanan magazada nəzarət kitabının, nəzarət kassa aparatının olmadıgı halda, əhali ilə pul hesablaşmalarının həyata kecirilməsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 6.1.9-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatının istismarı Qaydaları”nın 8.3.16-cı bəndinin tələblərini pozma və buna görə Vergi Məcəlləsinin 8.7-ci maddəsinə əsasən 06 yanvar 2022-ci il tarixli Seriya DVX 000634 saylı aktla maliyyə sanksiyası tətbiq edilməsi tövsiyyə edilmişdir. O, tərtib olunan akt yazılışında iştirak edərək aşagıdakı qeydləri akta əlavə etmişdir: kassa aparatı sifariş vermiş, qısa müddət ərzində aparatın qoyulmasını təmin edəcəkdir. Bu səbəbə obyektdə kassa aparatı yoxdur. Servis xidmətinə obyekt acılan vaxta qədər kassa aparatı ilə baglı müraciət etmişdir. 6 saylı Ərazi Vergilər Baş İdarəsi 08 yanvar 2022-ci il tarixdə, 06 yanvar 2022-ci il tarixdə təıtib edilmiş Seriya DVX 000634 saylı akt əsasında Seriya DVX 001275 saylı protokol təıtib edərək sənədləri və nümunə kimi əşyaları götürmüşdür. Elektron alış aktlarının, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya götürülmüş mallara görə təhvil-qəbul aktının və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə 8114,49 manat məbləgində məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2022-ci il tarixdə **********0529 saylı qərar verilmişdir. Bundan sonra, **********0530 saylı Tələbnamə ünvanına göndərilərək 8114,49 manat vəsaitin xx.xx.2022-ci il tarixə qədər ödənilməsi tələb edilmişdir. Bundan başqa, 6 saylı Ərazi Vergilər Baş İdarəsi xx.xx.2022-ci il tarixli, **********0523 saylı qərarla Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 3 nəfər fıziki şəxsi işlərin yerinə yetirilməsinə görə işə cəlb etməklə baglı 6000 manat məbləgində maliyyə sanksyası tərtib edərək onu vergi məsuliyyətinə cəlb etmişdir. Eyni zamanda, həmin qərardan irəli gələn **********0524 saylı Tələbnamə tərtib edərək 6000 manat vəsaiti xx.xx.2022-ci il tarixə kimi ödəməsini tələb etmişdir. Bundan başqa, 6 saylı Ərazi Vergilər Baş İdarəsi xx.xx.2022-ci il tarixli, **********0517 saylı qərarla Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması ilə bağlı təqvim ili ərzində birinci dəfə yol verilən xətaya görə onu 1000 manat məbləgində vergi məsuliyyətinə cəlb etmişdir. Bu barədə **********0518 saylı Tələbnaməni ünvanına göndərərək xx.xx.2022-ci il tarixə qədər 1000 manat vəsaiti ödəməsini tələb etmişdir. Bütün bunlarla yanaşı, 6 saylı Ərazi Vergilər Baş İdarəsi xx.xx.2022-ci il tarixdə **********0521 saylı qərar qəbul edərək Azərbaycan Respublikası VM-nın 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi qüvvəyə minmədən 2 nəfər fıziki şəxsin işə cəlb edilməsi ilə baglı 4000 manat maliyyə sanksiyası tərtib etmişdir. Həmin qərar əsasında **********0522 sayl tələbnaməni ünvanına göndərərək xx.xx.2022-ci il tarixədək 4000 manat vəsaitin ödənilməsini tələb etmişdir. Hesab edir ki, yuxarıda sadalanan cərimə və maliyyə sanksiyaları ləğv edilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçı cavabdehə qarşı xx.xx.2022-ci il tarixli, **********0529; **********0523; **********0521; **********0517 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Aşağıda qeyd olunan səbəblərdən hesab edirlər ki, iddia ərizəsi üzrə iddia tələbi tam əsassızdır. Öncəliklə iddianın əsassızlığı ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edirlər: Təqdim edilən iddia ərizəsi üzrə mübahisə predmeti ilə əlaqədar bildirirlər ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 41-ci və 50-ci maddələrinə əsasən vergi ödəyicisi İddiaçı (VÖEN: **********) məxsus, ünvan 3 ünvanında yerləşən “Masallı Mall” (Bazar) (**********-64002) obyektində 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********8980 nömrəli və ünvan 5 ünvanında yerləşən “Masallı Mall- 2” (**********-64001) obyektində 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********8983 nömrəli qərarları ilə operativ vergi nəzarəti tədbirləri keçirilmişdir. Operativ vergi nəzarəti tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixli, 005534 nömrəli, 06.01,2022-ci il tarixli, 005480 nömrəli, xx.xx.2022-ci il tarixli, 008422 nömrəli və xx.xx.2022-ci il arixli, 005528 nömrəli aktlar tərtib olunmuşdur. Tərtib olunmuş aktlar və digər təsdiqedici sənədlər əsasında vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********0523 nömrəli qərarla Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 6000 manat, xx.xx.2022-ci il tarixli, **********0521 nömrəli qərarla Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat, xx.xx.2022-ci il tarixli, **********0517 nömrəli qərarla Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat, xx.xx.2022-ci il tarixli **********0529 nömrəli qərarla Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə -faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarıtmış mallara dair malların qaytarılması aktının olmamasına görə 8114,49 manat maliyyə sanksiyaları tətbiq edilmişdir. Operativ vergi nəzarəti zamanı vergi qanunvericiliyinin pozulması faktlarını təsdiq edən işlərin yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin izahatları və həmin şəxslərin şəxsiyyətlərini təsdiq edən sənədin adı və rekvizitləri akta əlavə edilmişdir. Həmçinin xx.xx.2022-ci il tarixdə saat 12:16-da vergi ödəyicisi İddiaçı fəaliyyət göstərdiyi obyektdə müştəri qismində alınmış məhsula görə ödəniş müqabilində NKA-ya çek vurulmamışdır. İddia ərizəsində qeyd olunan faktları, dəlilləri və arqumentləri təkzib edən sübutların təsdiq olunmuş surətləri məhkəməyə təqdim olunmuşdur. Eyni zamanda iddiaçı sanki özünü müdafiə məqsədi ilə qeyd etmək istədiyi faktın belə mübahisələndirilən inzibati aktın qanuni və əsaslı olmasını təsdiq etməsi də iddia ərizəsində aşkar görünməkdədir. İddia ərizəsində qeyd olunan dəlillərin əsassızlığı ilə bağlı qeyd etməyi zəruri hesab edirəm ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsi üzrə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsinin əsasını Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığı təşkil edir. Vergi məsuliyyətinə cəlb edilməsi üçün əsas olan mübahsiə predmeti üzrə əməlin (hərəkət və ya hərəkətsizliyin) baş verməsi hüquq pozuntusu sayılmaqla əməli törədən şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün əsas yaradır. Beləliklə də, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hal hesab edilmədiyindən iddiaçının iddia ərizsində qeyd etdiyi fakların əsassızlığı bir daha təsdiqini tapır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X15 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə əsasən Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 61.1-ci maddəsinə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə görə inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İşdə olan xx.xx.2018-ci il tarixli, seriya AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin və fiziki şəxsin vergi uçotu haqqında xx.xx.2021-ci il tarixli şəhadətnamənin surətlərindən görünür ki, xx.xx.1983-cü il tarixdə Masallı rayonunun Yeyənkənd kəndində doğulmuş İddiaçı xx.xx.2021-ci il tarixdə vergi ödəyicisi kimi 6 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmış və ona ********** eyniləşdirmə nömrəsi verilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması (50.1.3); Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi (50.1.7); malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi (50.1.13). Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Qeyd olunan Məcəllənin 50.6-cı maddəsinəəsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Həmin Məcəllənin 53.6-cı maddəsinə əsasən vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin bir neçə pozuntusuna yol verildikdə, maliyyə sanksiyaları hər pozuntuya münasibətdə ayrıca tətbiq edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, **********8983 nömrəli Qərarın vergi orqanı tərəfindən təsdiq olunmuş surətindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 41-ci və 50-ci maddələrini əsas tutaraq “Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi, “Nağd pul hesablaşmalarının aparılması qaydaları”na riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək fərdi sahibkar İddiaçı məxsus Masallı şəhəri, H.Əliyev prospektində yerləşən “Masallı-Mall- 2” ticarət obyektində “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərar qəbul etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, **********8985 nömrəli Tələbnamənin vergi orqanı tərəfindən təsdiq olunmuş surətindən görünür ki, Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 42-ci və 50-ci maddələrini əsas tutaraq “Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması”nı İddiaçı tələb etmiş və iddiaçı həmin Tələbnamənin surətini almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2022ci il tarixli, DVX seriyalı 008422 nömrəli Aktın, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********0517 nömrəli qərarının və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********0518 nömrəli Tələbnamənin vergi orqanı tərəfindən təsdiq olunmuş surətlərindən görünür ki, fərdi sahibkar İddiaçı məxsus ünvan 3ndə yerləşən “Masallı-Mall” ticarət obyektində keçirilən operativ vergi nəzarəti zamanı Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16-cı bəndinin tələblərinin pozulduğu aşkar olunmuş, bununla əlaqədar Vergi Məcəlləsinin 58.7ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuş, “Əhali ilə pul hesablaşmalarının aparılması qaydaları”nın pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən İddiaçı 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edilmiş və həmin məbləğin xx.xx.2022-ci il tarixə kimi ödənilməsi vergi ödəyicisindən tələb olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2022-ci il tarixli, DVX seriyalı 005480 nömrəli Aktın və həmin akta edilmiş əlavələrin, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********0521 nömrəli qərarının və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********0522 nömrəli Tələbnamənin vergi orqanı tərəfindən təsdiq olunmuş surətlərindən görünür ki, fərdi sahibkar İddiaçı məxsus Masallı şəhəri, H.Əliyev prospektində yerləşən “Masallı-Mall-2” ticarət obyektində keçirilən operativ vergi nəzarəti zamanı “Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinin pozularaq 2 (iki) nəfər fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən iddiaçı tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkar olunmuş, bununla əlaqədar Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuş, qeyd olunan pozuntuya görə vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən İddiaçı 4000 manat məbləğində vergi məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edilmiş və həmin məbləğin xx.xx.2022-ci il tarixə kimi ödənilməsi vergi ödəyicisindən tələb olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2022-ci il tarixli, DVX seriyalı 005534 nömrəli Aktın və həmin akta edilmiş əlavələrin, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********0523 nömrəli qərarının və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********0524 nömrəli Tələbnamənin vergi orqanı tərəfindən təsdiq olunmuş surətlərindən görünür ki, fərdi sahibkar İddiaçı məxsus ünvan 3ndə yerləşən “Masallı-Mall” ticarət obyektində keçirilən operativ vergi nəzarəti zamanı “Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinin pozularaq 3 (üç) nəfər fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən iddiaçı tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkar olunmuş, bununla əlaqədar Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuş, qeyd olunan pozuntuya görə vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən İddiaçı 6000 manat məbləğində vergi məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edilmiş və həmin məbləğin xx.xx.2022-ci il tarixə kimi ödənilməsi vergi ödəyicisindən tələb olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2022-ci il tarixli, DVX seriyalı 005528 nömrəli Aktın, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********0529 nömrəli qərarının və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********0530 nömrəli Tələbnamənin vergi orqanı tərəfindən təsdiq olunmuş surətlərindən görünür ki, vergi ödəyicisi İddiaçı fəaliyyət göstərdiyi ünvan 3ndə yerləşən “Masallı-Mall” ticarət obyektində keçirilən operativ vergi nəzarəti zamanı alış dəyəri 81144,90 manat təşkil edən malların rəsmi alış sənədi olan elektron qaimə-faktura əsasında alınmadığı, bununla da Vergi Məcəlləsinin 16.1.3-cü, 71-ci və 130-cu maddələrinin tələblərinin pozulduğu aşkar olunmuş, bununla əlaqədar Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən 8114,49 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuş, qeyd olunan pozuntuya görə vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən Vergi Məcəlləsinin 71- 1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesabfaktura (invoys), alış aktları və ya Vergi Məcəlləsinin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə İddiaçı 8114,49 manat məbləğində vergi məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edilmiş və həmin məbləğin xx.xx.2022-ci il tarixə kimi ödənilməsi vergi ödəyicisindən tələb olunmuşdur. İş materiallarında olan iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ticarət obyektlərində vergi orqanının nümayəndələri tərəfindən keçirilən operativ vergi nəzarətinin nəticələri üzrə tərtib olunmuş “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2022-ci il tarixli, DVX seriyalı 008422 nömrəli, “Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2022-ci il tarixli, DVX seriyalı 005480 nömrəli və xx.xx.2022-ci il tarixli, DVX seriyalı 005534 nömrəli, həmçinin, “Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2022-ci il tarixli, DVX seriyalı 005528 nömrəli Aktlar İddiaçı tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ticarət obyektlərində vergi orqanının nümayəndələri tərəfindən keçirilən operativ vergi nəzarətinin nəticələrinə dair tərtib olunmuş aktlar üzrə İddiaçı verdiyi izahatlardan, habelə iş materiallarına əlavə olunmuş və vergi ödəyicisinin imzaladığı xx.xx.2022-ci il tarixli, DVX seriyalı 000634 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akta iddiaçının yazdığı qeyddən görünür ki, İddiaçı ona məxsus ünvan 3ndə yerləşən “Masallı- Mall” ticarət obyektində 3 (üç) nəfər fiziki şəxs-X7, X3 və X1 şəhəri, H.Əliyev prospektində yerləşən “Masallı-Mall-2” ticarət obyektində isə 2 (iki) nəfər fiziki şəxs-X11 və X10 ilə əmək müqaviləsi (kontraktı) bağlanmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyini, həmçinin həmin obyektlərdə NKA quraşdırılmadığını təsdiq etmiş, qısa müddət ərzində NKA quraşdırılmasının və 5 nəfər işçi ilə əmək müqaviləsinin bağlanılmasının təmin ediləcəyini bildirmişdir. İş materiallarında olan fiziki şəxslər X7, X3, X4, X11 və X5 izahatlarında əmək müqaviləsi (kontraktı) bağlanmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiklərini təsdiq etmişlər. İş materiallarında olan “Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” tərtib olunmuş xx.xx.2022-ci il tarixli, DVX seriyalı 005528 nömrəli Aktda qeyd edilənlərlə bağlı verdiyi izahatında iddiaçı aktda yazılanlara etiraz etməyərək mağazada olan alış dəyəri 81144,90 manat, satış dəyəri 178240,90 manat təşkil edən malları Binə və Sədərək ticarət mərkəzlərində müxtəlif insanlardan aldığını bildirmişdir. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********8983 nömrəli Qərarına əsasən “Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi, “Nağd pul hesablaşmalarının aparılması qaydaları”na riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək fərdi sahibkar İddiaçı məxsus ünvan 3ndə yerləşən “Masallı-Mall” və H.Əliyev prospektində yerləşən “Masallı- Mall-2” ticarət obyektlərində “Operativ vergi nəzarəti tədbirləri” həyata keçirilmiş, operativ vergi nəzarəti zamanı iddiaçı tərəfindən 5 nəfər fiziki şəxsin əmək müqaviləsi (kontrakt) bağlanmadan işlərin yerinə yetirilməsinə və xidmətlərin göstərilməsinə cəlb edildiyi, həmçinin obyektdə “Nağd pul hesablaşmalarının aparılması qaydaları”nın pozulması, habelə Vergi Məcəlləsinin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmaması faktları aşkar edilmiş, operativ vergi nəzarəti tədbirlərinin nəticələri xx.xx.2022-ci il tarixli, DVX seriyalı 008422 nömrəli, xx.xx.2022-ci il tarixli, DVX seriyalı 005480 nömrəli, xx.xx.2022-ci il tarixli, DVX seriyalı 005534 nömrəli və xx.xx.2022ci il tarixli, DVX seriyalı 005528 nömrəli Aktlarla rəsmiləşdirilmiş, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” aklara müvafiq olaraq xx.xx.2022-ci il tarixli, **********0517 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən İddiaçı 1000 manat məbləğində, xx.xx.2022-ci il tarixli, **********0521 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 4000 manat məbləğində, xx.xx.2022-ci il tarixli, **********0523 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 6000 manat məbləğində və xx.xx.2022-ci il tarixli, **********0529 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 8114,49 manat məbləğində vergi məsuliyyətinə cəlb olunmuşdur. İddiaçı iddia ərizəsində xx.xx.2022-ci il tarixli, **********0529 nömrəli, **********0523 nömrəli, **********0521 nömrəli və **********0517 nömrəli qərarlarının ləğv edilməsini tələb etmiş, buna əsas kimi qısa müddət ərzində NKA quraşdırılmasının və 5 nəfər işçi ilə əmək müqaviləsinin bağlanılmasının təmin ediləcəyini, cavabdeh təşkilat isə iddiaya qarşı etirazında həmin dəlillərin əsassız olduğunu bildirmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddiaçının dəlilləri əsassızdır və o, vergi orqanının mübahisələndirilən Qərarlarının ləğv edilməsini tələb etməkdə haqlı deyildir. Belə ki, iş materiallarından göründüyü kimi, İddiaçı mübahisələndirdiyi xx.xx.2022-ci il tarixli, **********0523 nömrəli, **********0521 nömrəli və **********0517 nömrəli qərarların qəbul edilməsi üçün əsas olmuş operativ vergi nəzarəti tədbirlərinin nəticələri haqqında tərtib olunmuş xx.xx.2022-ci il tarixli, DVX seriyalı 008422 nömrəli, xx.xx.2022-ci il tarixli, DVX seriyalı 005480 nömrəli, xx.xx.2022-ci il tarixli, DVX seriyalı 005534 nömrəli aktları heç bir etiraz və irad bildirmədən imzalamış, həmin aktlar üzrə verdiyi izahatlarında, habelə iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, DVX seriyalı 000634 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akta yazdığı qeyddə ona məxsus ünvan 3ndə yerləşən “Masallı-Mall” ticarət obyektində 3 (üç) nəfər fiziki şəxs-X7, X3 və X4, Masallı şəhəri, H.Əliyev prospektində yerləşən “Masallı-Mall-2” ticarət obyektində isə 2 (iki) nəfər fiziki şəxs-X11 və X10 ilə əmək müqaviləsi (kontraktı) bağlanmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyini, həmçinin həmin obyektlərdə NKA quraşdırılmadığını, bununla da Azərbaycan Respublikası “Əmək Məcəlləsinin 49-cu maddəsinin və Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16-cı bəndinin tələblərini pozduğunu təsdiq etmişdir. Azərbaycan Respublikası “Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmçinin, Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.6-cı və 8.3.16-cı bəndlərinə əsasən NKA-nın vergi orqanlarında qeydiyyata alınmasını və qeydiyyatdan çıxarılmasını, habelə pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək istifadəçinin vəzifəsidir. Bundan başqa, xx.xx.2022-ci il tarixli, **********0529 nömrəli qərarın qəbul edilməsi üçün əsas olmuş operativ vergi nəzarətinin nəticəsi haqqında tərtib olunmuş xx.xx.2022-ci il tarixli, DVX seriyalı 005528 nömrəli Aktda qeyd olunan “sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya Vergi Məcəlləsinin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasını mübahisələndirməmiş, heç bir etiraz və irad bildirmədən imzalamış, bununla əlaqədar verdiyi izahatında isə yalnız həmin malların Binə və Sədərək ticarət mərkəzlərində ayrı-ayrı insanlardan aldığını bildirmiş, nəticə etibarı ilə Vergi Məcəlləsinin 16.1.3-cü, 71-ci və 130-cu maddələrinin tələblərini pozduğunu təsdiq etmişdir. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 71-1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim (tərtib) etməlidir. Qeyd olunan Məcəllənin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Həmin Məcəllənin 130.2-ci maddəsinin tələbinə görə vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur İddiaçı iddia ərizəsində vergi orqanının xx.xx.2022-ci il tarixli, **********0529 nömrəli, **********0523 nömrəli, **********0521 nömrəli və **********0517 nömrəli qərarlarının ləğv edilməsini tələb etsə də, tələbinin hüquqi əsaslarını göstərməmiş, təklif olunmasına baxmayaraq, məhkəməyə bunula əlaqədar heç bir sübut təqdim etməmiş, yalnız qısa müddət ərzində NKA quraşdırılmasının və 5 nəfər işçi ilə əmək müqaviləsinin bağlanılmasının təmin ediləcəyini bildirməklə mübahisələndirdiyi qərarlarda qeyd olunan pozuntuların mövcudluğunu bir daha təsdiq etmişdir. Beləliklə, iş üzrə təqdim və məhkəmə iclasında tədqiq olunmuş sənədlərə əsasən müəyyən olunur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********8983 nömrəli Qərarına əsasən fərdi sahibkar İddiaçı məxsus ünvan 3ndə yerləşən “Masallı-Mall” və H.Əliyev prospektində yerləşən “Masallı-Mall-2” ticarət obyektlərində “Operativ vergi nəzarəti tədbirləri” həyata keçirilmiş, operativ vergi nəzarəti zamanı iddiaçı tərəfindən 5 nəfər fiziki şəxsin əmək müqaviləsi (kontrakt) bağlanmadan işlərin yerinə yetirilməsinə və xidmətlərin göstərilməsinə cəlb edildiyi, həmçinin obyektdə “Nağd pul hesablaşmalarının aparılması qaydaları”nın pozulması, habelə Vergi Məcəlləsinin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmaması faktları aşkar edilmiş, operativ vergi nəzarəti tədbirlərinin nəticələri xx.xx.2022-ci il tarixli, DVX seriyalı 008422 nömrəli, xx.xx.2022-ci il tarixli, DVX seriyalı 005480 nömrəli, xx.xx.2022-ci il tarixli, DVX seriyalı 005534 nömrəli və xx.xx.2022-ci il tarixli, DVX seriyalı 005528 nömrəli Aktlarla rəsmiləşdirilmiş, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” aklara müvafiq olaraq xx.xx.2022-ci il tarixli, **********0517 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən İddiaçı 1000 manat məbləğində, xx.xx.2022-ci il tarixli, **********0521 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 4000 manat məbləğində, xx.xx.2022-ci il tarixli, **********0523 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 6000 manat məbləğində və xx.xx.2022-ci il tarixli **********0529 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən Vergi Məcəlləsinin 71- 1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 8114,49 manat məbləğində vergi məsuliyyətinə cəlb olunmuş, bu zaman vergi orqanı tərəfindən vergi qanunvericiliyin tələblərinin pozulması, habelə vergi ödəyicisinin hüquqlarına müdaxilə edilməsi hallarına yol verilməmişdir. İPM-nin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Bütün qeyd edilənlərə məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2022-ci il tarixli, **********0529 nömrəli, **********0523 nömrəli, **********0521 nömrəli və **********0517 nömrəli qərarlarının ləğv edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2022-ci il tarixli, **********0529 nömrəli, **********0523 nömrəli, **********0521 nömrəli və **********0517 nömrəli qərarlarının ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar