Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-338/2025 24.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Kürdəmir rayonu Mollakənd kəndində yerləşən 25245 kv.m olan kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş torpaq sahəsinə mülkiyyət hüququnun tanınmaqla həmin torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Kürdəmir rayonu Mollakənd kəndində yerləşən 25245 kv.m olan kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş torpaq sahəsinə mülkiyyət hüququnun tanınmaqla həmin torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçının iddia ərizəsini onunla əsaslandırılmışdır ki, nəzərinizə çatdırmaq istəyirəm ki, aşığıda göstərtiyim iddia tələbim üzrə Şirvan İnzibati Məhkəməsinə daha öncə müraciət etmişəm lakin məhkəmə araşdırması zamanı hakim mənə bildirdi ki, Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli 64 nömrəli Sərəncamına əsaən Azərbaycan Respublikamın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən mənə verilmiş A 466232 nömrəli Torpaq sahəsinin plan və ölçüsünün İddiaçı məxsus olması faktının müəyyən edilməsi barədə rayon məhkəməsinə müraciət edim. Qeyd etdiyim fakt tsdiqi ilə rayon məhkəməsinin müvafiq qətnaməsi ilə təsdiq edilmişdir (iddia ərizəsinə əlavə olunub). Bildirmək istəyirəm ki, Kürdəmir rayon İcra Hakimiyyətinə mənə torpaq sahəsinin ayrılmasından ötrü müraciət etdim və mənim müraciətimə baxıldı. Belə ki, Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli 64 nömrəli Sərəncamı ilə Kürdəmir rayonunun Qarabucaq və Mollakənd kəndlərində məskunlaşmış axıska türklərinin həmin kəndlərdə torpaq islahatı aparılarkən onların istifadəsinə verilmiş torpaq sahəsinin mülkiyyətlərinə keçirilməsi və onlara torpağa mülkiyyət hüququna dair sənədlərin işlənməsinə köməklik göstərilməsi barədə müraciətləri nəzərə alınsın, rayonun Qarabucaq və Mollakənd kəndlərində torpaq payı almaq hüququ olan axıska türklərinin ümumi siyahısı və püşk ardıcıllığı siyahısı təsdiq edilsin, torpaq payı almaq hüququ olan axıska türklərini torpaq payı ilə təmin etmək məqsədi ilə əvvəllər ehtiyatda saxlanılmış toıpaq sahələri orta torpaq pay norması nəzərə alınmaqla onların mülkiyyətinə verilsin və torpaq payı almaq hüququ olan axıska türklərinin mülkiyyətinə toıpaq sahəsi verilməsinə və onlara torpağa mülkiyyət hüquqna dair sənədlərin işlənməsinə müvafiq köməklik göstərilməsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən xahiş edilmişdir. Bundan sonra Azərbaycan Respublikamın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon Şöbəsi tərəfindən mənə verilən həmin torpaq sahəsinin planı tərtib edilmişdir. Belə ki, qeyd edilən torpaq sahəsinə, yəni ki, 25245 kv.m torpaq sahəsinə mülkiyyət hüququmun qeydiyyata alınmasından ötrü çıxarışın verilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə ərizə ilə müraciət etdim və oradan mənə bildirildi ki, Kürdəmir rayonu, Mollakənd bələdiyyəsinin mülkiyyətində olan bələdiyyənin ehtiyyatfond torpaq sahəsindən Kürdəmir rayon icra Hakimiyyəti Başçısının sərəncamı ilə torpaq sahəsi ayrıla bilməz. Torpaq sahəsi bələdiyyə mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata alınaraq hərrac və müsabiqə yolu ilə yalnız icarəyə verilə bilər. Bu səbəbdən də ərizənizin icrası mümkün olmamışdır. Qeyd olunan səbəblərdən iddiaçı olaraq mən mülkiyyət hüququmu tanıtdıra bilmirəm. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir Şirvan İnzibati Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2-1(120)-3194/2023 nömrəli qərardadı ilə Kürdəmir rayonu Mollakənd bələdiyyəsinin zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə və üçüncü şəxs Kürdəmir rayonu Mollakənd bələdiyyəsinə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinin və üçüncü şəxs Kürdəmir rayonu Mollakənd bələdiyyəsinin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında Kürdəmir rayonu Mollakənd kəndində yerləşən 25245 kv.m olan kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş torpaq sahəsinə mülkiyyət hüququnun tanınmaqla həmin torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddiaçı iddia ərizəsindən görünür ki, Kürdəmir rayonu Mollakənd kəndində yerləşən 25245 kv.m olan kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş torpaq sahəsinə mülkiyyət hüququnun tanınmaqla həmin torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İş üzrə təyin edilmiş tikinti-texniki və yerşünaslıq ekspertizası nəticəsində təqdim edilmiş 10/5691 nömrəli ekpert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, (qərardadın 5-ci sualına cavab olaraq təqdim edilmiş) “...Mütəxəssis rəyinə əsasən Kürdəmir rayon icra Hakimiyyətinin Başçısının xx.xx.2013-cü il tarixli, 64 nömrəli sərəncamı ilə İddiaçı Kaysiyevica (X3) oğluna kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmış ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş A No-466232 (**********0003) saylı torpaq sahəsinin plan və ölçü sənədində əks olunan koordinatlarla müəyyənləşən 25245 kv.m torpaq sahəsinin 0.69 ha hissəsi "xxxx" MMC-nin **********39 reyestr nömrəli çıxarışla icarəsinə verilmiş 11.67 ha torpaq sahəsi ilə, 0.12 ha hissəsi **********0006 kadastr nömrəli (512T) "Torpaq sahəsinin planı və ölçüsü sənədi" (X2) ilə, 0.12 ha hissəsi **********0005 kadastr nömrəli (511T) Torpaq sahəsinin planı və ölçüsü sənədi (X4) ilə, 0. 12 ha hissəsi **********0004 kadastr nömrəli (510T) Torpaq sahəsinin planı və ölçüsü sənədi (X1) ilə üst-üstə düşür. Məhkəmə qeyd edir ki, İddiaçı yuxarıda qeyd olunan hüquqmüəyyənedici (Torpaq sahəsinin planı-ölçüsü sənədini və çıxarışı) sənədləri üst-üstə düşən hissədə mübahisələndirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarının 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarının 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Həmin Qərarın 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Həmin Qərarın 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Həmin Qərarın 8.4-cü bəndinə əsasən bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. Həmin Qərarın 8.5-ci bəndinə əsasən iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2). Mübahisələndirmə haqqında iddia onunla səciyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Mübahisələndirmə haqqında iddianın özəlliyi ondadır ki, iddianı təmin edən məhkəmə qərarı dəyişdirici təsirə malik olur. Yəni, belə bir məhkəmə qərarı inzibati aktın yaratdığı hüquqi nəticələri aradan qaldırmaqla, bilavasitə hüquqi vəziyyəti dəyişdirir. Belə olan halda məhkəmə “yardım etmək” vəzifəsini yerinə yetirərək, iddiaçıya arzuladığı məqsədə çatmaq üçün yanlış iddia tələbinin münasibi ilə əvəz olunmasını, hüquqmüəyyənedici (Torpaq sahəsinin planı-ölçüsü sənədini və çıxarışı) sənədləri üstüstə düşən hissədə mübahisələndirməsi tələbinin irəli sürə biləcəyi və ya iddia tələbini dəyişə biləcəyi barədə hüquqi yardım məktubu göndərmişdir. Beləliklə də məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, hazırkı iddia mümkün iddia deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd edilən məsələlərlə bağlı iddiaçıya 21 may 2025-cü il tarixli 2-1(120)-338/2025 saylı məktubla və məhkəmə iclasında şifahi qaydada iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqları izah olunmuşdur. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbini və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarında göstərilən tövsiyyələri rəhbər tutaraq iddiaçıya 21 may 2025-ci il tarixli, 2-1(120)-338/2025 saylı məktub ilə yuxarıda qeyd edilən məslələrlə bağlı hüquqi yardım göstərməsinə baxmayaraq, iddiaçı müəyyən edilmiş vaxt ərzində (məhkəmə iclası gününə kimi) məhkəmənin hüquqi yardım məktubuna münasibət bildirməmişdir. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı gələcəkdə mövcud problemləri həll etdikdən sonra mülkiyyət hüququnu qeydə almaq üçün yenidən inzibati orqana və ya məhkəməyə müraciət edə bilməsi üçün hazırki halda iddia mümkün sayılmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbini irəli sürməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Kürdəmir rayonu Mollakənd kəndində yerləşən 25245 kv.m olan kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş torpaq sahəsinə mülkiyyət hüququnun tanınmaqla həmin torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Kürdəmir rayonu Mollakənd kəndində yerləşən 25245 kv.m olan kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş torpaq sahəsinə mülkiyyət hüququnun tanınmaqla həmin torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-338/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-338/2025
24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver