Məhkəmə qərarları › İş №2-1(120)-3397/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3397/2025

13.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3397/2025 13.08.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X11 iştirakı ilə, İddiaçının nümayəndəsi İddiaçı iştirakı ilə, İddiaçı X1 cavabdeh Masallı rayon Polis şöbəsinə qarşı “üçüncü şəxslər X16, X12, X8, X26, X20, X5, X27, X28 və onun övladı X29, X30 və onun övladı X13, X14 və onun övladı X17, X40 və onun övladı X21 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Masallı rayon Polis şöbəsinə qarşı “X36. X50, X61, X31, X37, X22, X18, X51, X41, X9, X42, X40, X52, X23 və X30 Dövlət Reyestrindən verilmiş çıxarışla mülkiyyətində olan Masallı şəhəri, Mircavadbəy Talışxanov prospekti, ev 48-dən qeydiyyatdan çıxarılmalarının öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 2-1(120)-3397/2025 nömrəli qərardadı ilə, X28, X14, X16, X12, X8, X26, X20, X5, X24, X52 və X53 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 2-1(120)-3397/2025 nömrəli qərardadı ilə, əsl olmayan İddiaçı əsl iddiaçı X4 ilə əvəz edilməsi barədə qərardad qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 13 avqust 2025-ci il tarixli, 2-1(120)-3397/2025 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək, “üçüncü şəxslər X16, X12, X8, X26, X20, X5, X27, X28 və onun övladı X29, X30 və onun övladı X13, X14 və onun övladı X17, X40 və onun övladı X21 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə”mkimi baxılması qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 4 ev İddiaçı mülkiyyətindədir. Həmin mənzili alqı-satqı müqaviləsi əsasında almışdır. xx.xx.2009-cu il tarixdə isə həmin mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti qeydiyyat nömrəsi ********** olan hüquqların X34 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış almışdır. Alqı-satqı müqaviləsindən sonra həmin evdə qeydiyyatda olanlar və yaşayanlar oradan köçüblər. Həmin evi alandan sonra orada evin əvvəlki mülkiyyətçisi və yaxın qohumu X36, X50, X61, X31. X37, X22. X18, X51, X41, X9, X42, X40, X3 Dəniz Nicat qızı və X30 qeydiyyatda olduqları bilinmişdir. X6 Murad Valeh oğlu, X61, X32. X37, X22. X18, X51. X41. X9, X42, X40. X3 Dəniz Nicat qızı və X30 qeydiyyatdan çıxarılması barədə Masallı Rayon Polis şöbəsinə müraciət edilib. Lakin həmin təşkilatdan rəsmi qaydada imtina məktubu verilərək məhkəməyə müraciət etmək hüquqları izah olunub. X36. X50, X61, X31, X37, X22, X18, X51, X41, X9, X42, X40, X52, X23 və X30 mənə məxsus və Dövlət Reyestrindən verilmiş Çıxarışla mənim mülkiyyətimdə olan Masallı şəhəri, Mircavadbəy Talışxanov prospekti, ev 48-dən qeydiyyatdan çıxarılmalarının bir vəzifə kimi cavabdeh təşkilat Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı Rayon Polis Şöbəsinin üzərinə qoyası barədə yekun məhkəmə aktı qəbul edilməsi xahiş olunur. İddiaçının nümayəndəsi İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi və 3-cü şəxslər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların X34 daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, **********25-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanı mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - Daxili İşlər Nazirliyinin № ******* saylı, xx.xx.2025-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışında adları çəkilən vətəndaşlar haqqında məlumatı təqdim edir: İddiaçı, xx.xx.1982; X36, xx.xx.2017; X50, xx.xx.2007; X55, xx.xx.1988; X47 Oğlu, xx.xx.2014; X65 Oğlu, xx.xx.1987; X37, xx.xx.1965; X4, xx.xx.1956; X69 Qızı, xx.xx.1958; X22, xx.xx.1974; X18, xx.xx.1978; X51, xx.xx.2006; X41, xx.xx.2003; X9, xx.xx.1982; X42, xx.xx.2017; X48 Qızı, xx.xx.2016; X35 Qızı, xx.xx.2006; X40, xx.xx.1977; X52, xx.xx.1997; X39 Qızı, xx.xx.2009; X23, xx.xx.2010; X49 Oğlu, xx.xx.2008; X53, xx.xx.1989. - Masallı rayon Polis şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Masallı şəhəri, Mircavadbəy Talışxanov prospekti, ev 48 ünvanda yerləşən yaşayış evində daimi qeydiyyata alınmış X36, X50, X61, X33, X37, X22, X18, X51, X41, X9, X42, Kazımzadə Səid Həşim oğlu. X54. X23 və X30 yaşayış evindən qeydiyyatdan çıxarılması tələbi xahiş edilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun, eləcə də DİN-in müvafiq əmri ilə təsdiq edilmiş Təlimatın tələblərinə uyğun olaraq vətəndaşın yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilir. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı RPŞ-nə təqdim edilmədiyinə görə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq tələbin tərəfimizdən imtina edilməklə mülki qaydada məhkəməyə müraciət edilməsinin məqsədə müvafiq olduğu bildirilir. Məhkəmə araşdırılması zamanı göndərilmiş sorğulara cavab məktublarından görünür ki: - İşə əlavə olunan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3- 44/2-3333/25 nömrəli məktuba əsasən, xx.xx.2009-cu il tarixli, **********25-10301 reyestr nömrəli, çıxarışın və həmin çıxarışın verilməsinə əsas olan sənədlərin təsdiq olunmuş surəti təqdim olunur. (Çıxarış: X2 verilmişdir ondan ötrü ki, Masallı şəhəri, Mircavadbəy Talışxanov küçəsində mülkiyyətində olan 0.09 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 123.9 kv.m yaşayış, 129.1 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 162 nömrəli vərəqində qeydiyyata alınmışdır) Sorğuda qeyd olunan vətəndaşların ünvan 4 ünvanda istifadə hüquqlarının olub-olmaması barədə məlumat Ərazi İdarəsinin arxivində aşkarlanmadığı bildirilir. Çıxarışa əsas olan hüquqmüəyyənedici sənəd olaraq xx.xx.2004-cü il tarixli, 1099/1 saylı qeydiyyat vəsiqəsi, texniki pasport, JN 117A seriyalı, KOD 80501039 saylı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsi” təqdim edilmişdir. - İşə əlavə olunan Masallı şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 5-66-1/2-121/25 nömrəli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixli sorğuya cavab olaraq bildirilir ki, X55, X31, X37, X22, X19,X56, X43, X9, X40, X52 və X7 şəhəri Mircavabəy Talışxanov prospekti ev 48 ünvanında yaşamırlar. - İşə əlavə olunan Masallı rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli, 97/2- 17494/25 nömrəli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixli sorğuya cavab olaraq bildirilir ki, qeyd olunan şəxslərin şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlər Daxili İşlər Nazirliyinin müvafiq əmrinə əsasən 05 il saxlanıldıqdan sonra yandırılma yolu ilə məhv edilmişdir. Qeyd edirik ki, “Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanına əsasən Masallı RPŞ- nin QMQ-da şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi funksiyası dayandırılmışdır. Bu səbəbdən RPŞ-in arxivində hər hansı şəxsiyyət vəsiqələrinin verilməsinə əsas olan sənədlər mövcud deyildir. - İşdə olan Masallı Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13-334/25 saylı məktubuna əsasən, iddiaçının üçüncü şəxslərlə qohumluq əlaqəsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxsin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxsin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür(maddə 2). Müvafiq icra hakimiyyəti orqanları («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan bu hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında (maddə 9). Məhkəmə müəyyən etdi ki, Masallı şəhəri, Mircavadbəy Talışxanov prospekti, ev 4küçəsi, ev 48 saylı mənzil iddiaçı X1 mülkiyyətindədir. İddiaçı Masallı rayon Polis şöbəsinə müraciət edərək, ünvan 4 mənzildə qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Bu müraciətlə əlaqədar vətəndaş X2 cavabdeh tərəfindən imtina edilmiş və məhkəmə orqanına müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Belə ki, icraat materiallarından müəyyən olunur ki, üçüncü şəxslər iddiaçı X2 məxsus oğluna Masallı şəhəri, Mircavadbəy Talışxanov prospekti, ev 4küçəsi, ev 48 saylı mənzildə yaşamırlar. Göründüyü kimi üçüncü şəxslərin iddiaçıya məxsus olan mənzildə yaşamaması və qeydiyyatının formal xarakter daşıması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxsin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmasına maneə təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxsin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxsin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Bundan başqa, qeyd olunan Qərarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxsin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxsin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Beləliklə, iddia təmin edilməli, üçüncü şəxslər X16, X12, X8, X26, X20, X5, X27, X28 və onun övladı X29, X30 və onun övladı X13, X14 və onun övladı X17, X40 və onun övladı X21 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Masallı rayon Polis şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc (məhkəmə xərci) yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia ərizəsi təmin edilsin. Üçüncü şəxslər X16, X12, X8, X26, X20, X5, X27, X28 və onun övladı X29, X30 və onun övladı X13, X14 və onun övladı X17, X40 və onun övladı X21 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Masallı rayon Polis şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və yaproses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar