Məhkəmə qərarları › İş №2-1(120)-340/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-340/2025

05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-340/2025 05.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Şirvan şəhərində,məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-848/2024 nömrəli, 01 iyul 2024-cü il tarixli qərardadı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1955-ci ildə Füzuli rayonu Mahmudlu-2 kəndi kəndndə anadan olmuşdur. A3E ******* nömrəli əmək kitabçasındakı qeydlərə əsasən sığorta stajı aşağıdakı qaydadadır: xx.xx.1973-cü ildə Füzuli rayonu N.Nərimanov adına kolxozun 7 nömrəli, 01.07.73 tarixli əmrinə əsasən kolxoz üzvlüyünə qəbul edilmiş və yeni yaradılmış «Qarabağ» kolxozuna keçirilməyi ilə əlaqədar N.Nərimanov adına kolxozun 6 nömrəli, xx.xx.1989-cu il tarixli əmrinə əsasən kolxoz üzvlüyündən azad edilmiş. İşlədiyi müddətdə hər ay əmək haqqı almış - əmək stajı 15 il 11 ay; xx.xx.1989-cu ildə «Qarabağ» kolxozu üzrə 1 nömrəli, xx.xx.1989-cu il tarixli əmrə əsasən «Qarabağ» kolxozuna üzv qəbul edilmişdir. «Qarabağ» kolxozunun bazasında fermer təsərrüfatlarının yaradılması ilə əlaqədar kolxozun 4 nömrəli, xx.xx.1994-cü il tarixli ərminə əsasən kolxoz üzvlüyündən azad edilmişdir. İşlədiyi müddətdə hər ay əmək haqqı almış - əmək stajı 5 il 5 ay 10 gün; xx.xx.1994-cü ildə «Savalan» kəndli fermer təsərrüfatının 1 nömrəli, xx.xx.1994-cü il tarixli əmrinə əsasən təsərrüfata üzv qəbul edilməklə 04 nömrəli xx.xx.1994-cü il tarixli əmrə əsasən təsərrüfatda mexanik və uçot sazlayıcısı işinə təyin edilmişdir. xx.xx.2009-cu ildə həmin vəzifədən azad edilmiş. İşlədiyi müddətdə hər ay əmək haqqı almış - əmək stajı 14 il 10 ay;xx.xx.2009-cu ildə X7 İdarəsinin 10/1 nömrəli xx.xx.2009-cu il tarixli əmrinə əsasən idarədə maşinist vəzifəsinə qəbul edilmişdir. İdarənin 4/3 nömrəli, xx.xx.2010- cu il tarixli əmrinə əsasən həmin vəzifədən azad edilmişdir. İşlədiyi müddətdə hər ay əmək haqqı almışdır — əmək stajı 6 aydır; Beləklə, əmək kitabçasındakı qeydlərə əsasən sığorta stajı 27 il 1 ay təşkil edir.Bundan başqa, o xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək keçmir SSRİ Müdafiə Nazirliyinin həqiqi hərbi xidmətində olmuşdur. Beləliklə, əmək kitabçasındakı qeydlərə həqiqi hərbi xidmət müddəti də əlavə olunmaqla ümumilikdə sosial sığorta stajı 29 il 1 ay təşkil edir. Lakin Azərbaycan Respublikası X9 Filialından verilmiş xx.xx.2020-ci il tarixli 18 nömrəli arxiv arayışında sosial sığorta stajının 1977-ci ildən 1989-cu ildən hesablanması göstərilmişdir. Eləcə də müraciəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ona ünvanladığı xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubda sosial sığorta stajının 29 il 1 ay kimi nəzərə alınmasından imtina edilmiş və sosial sığorta stajının 17 il 1 ay 8 gün təşkil etdiyi göstərilmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “işlədiyi illərin sosial sığorta stajı kimi hesablanaraq yaşa görə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(120)-3196/2023 nömrəli inzibati iş vardır.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutaraq, sözügedən tələb üzrə qaldırılmış iddiaya qarşı etiraza əlavəni təqdim edir. 2-1 (120)-3196/2023 nömrəli iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı 08 dekabr 2021-ci il tarixdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. İddiaçıya **********0 nömrəli, xx.xx.2022-ci tarixli məktubla imtina cavabı verilmişdir. Cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. İddiaçı xx.xx.1973-cü ildən xx.xx.1989-cu ilədək Füzuli rayonu N.Nərimanov adına kolxozunda və xx.xx.1989-cu ildən xx.xx.1994-cü ilədək Füzuli rayonu “Qarabağ” kolxozunda işlədiyi dövrlər, habelə xx.xx.2009-cu ildən xx.xx.2010- cu ilədək X7 İdarəsində maşinist vəzifəsində işlədiyi dövr mübahisələndirilmişdir. İddiaçının Mərkəzi filiala təqdim etdiyi № ******* əmək kitabçasında xx.xx.1973- cü ildən xx.xx.1989-cu ilədək Füzuli rayonu N.Nərimanov adına kolxozunda və xx.xx.1989-cu ildən xx.xx.1994-cü ilədək Füzuli rayonu “Qarabağ” kolxozunda işlədiyi dövrlər qeyd olunsa da, imza və möhürlərin qeyri-dəqiq görsənməsi səbəbilə həmin illərin mötəbərliyinə şübhə yaranmışdır. Lakin cavabdeh tərəfindən Milli Arxiv İdarəsinə verilmiş sorğuya cavab olaraq göndərilmiş 08 avqust 2023-cü il tarixli məktubda illər üzrə əmək haqqı cədvəlləri aşkar edilmişdir. Cavab məktubuna əsasən qarşılıqlı yoxlama keçirilmiş, tərtib olunmuş 23 avqust 2023-cü il tarixli akta əsasən 1977-1988-ci illər ərzində Füzuli rayon Əhmədbəyli kənd “N.Nərimanov” adına kolxozda işlədiyi müddət üzrə əmək haqqı aldığı dövr 9 il 2 ay, 1989-1994-cü illər üzrə ilədək Füzuli rayonu “Qarabağ” kolxozunda 6 il əmək fəaliyyəti dövrü iddiaçının sosial sığorta stajına daxil edilmişdir. Beləliklə, iddiaçının təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixədək 1 il 11 av 8 gün hərbi xidmət dövrü. Dövlət X4 xx.xx.2020-ci il tarixli 18 №-li arayışa əsasən 1977-1988-ci illər ərzində Füzuli rayon Əhmədbəyli kənd “N.Nərimanov” adına kolxozda işlədiyi müddət üzrə əmək haqqı aldığı dövr 9 il 2 ay, əmək kitabçasının surətinə əsasən 1989- 1994-cü illər üzrə 6 il əmək fəaliyyəti dövrü olmaqla onun ümumi 17 il 1 ay 8 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 il) azdır. İddiaçının iddia ərizəsində xx.xx.1994-cü ildən xx.xx.2009-cu ilədək “Savalan” kəndli fermer təsərrüfatında və xx.xx.2009-cu ildən xx.xx.2010-cu ilədək X7 İdarəsində işlədiyini iddia etdiyi dövrlər barədə Milli Arxiv İdarəsinə göndərilmiş sorğu və keçirilmiş qarşılıqlı yoxlama zamanı arxivdə heç bir məlumat aşkar edilməmişdir. Bu səbəbdən həmin dövrlər sosial sığorta stajına daxil edilməmişdir. Həmçinin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək olan sığorta stajına (17 il 1 ay 8 gün) uyğun olaraq 13034.49 manat olmaqla qanunvericiliklə tələb olunan pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən sonra pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir.Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən,sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasinin Qanununun 11 -ci maddəsinə əsasən sığortaolunanın yəni iddiaçının hüquq və vəzifələri göstərilmişdir. Həmin maddəyə əsasən sığortaolunanın hüquqları, sığortaolunanın məcburi dövlət sosial sığortası üzrə sığorta etməyi sığortaedəndən tələb etmək, sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək və sosial sığorta ödəmələri təyin edilərkən sığortaçıdan və ya sığortaedəndən özünün sığorta stajı barədə məlumat almaqdır.Sığortaolunanların vəzifələri isə sosial sığorta haqqını vaxtında ödəmək və sosial sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri sığortaçıya və ya sığortaedənə təqdim etməkdir.Həmin Qanunun 21.1 -ci maddəsinə əsasən Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1 -ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın.Digər tərəfdən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 21 noyabr 2011- ci il tarixli 17 №-li qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları”nın 3.1.1 -ci bəndinə görə, qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1 -ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018- ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019-2022-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır.Göstərilən müddəanın tələblərinə əsasən, İddiaçı fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmadığı üçün ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi mümkün olmamışdır.“Sosial müavinətlər haqqında“ Azərbaycan Respublikasının Qanunun 7.0.2-ci maddəsinə əsasən, yaşa görə müavinət şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq iddiaçıya xx.xx.2020-ci il tarixindən 130 manat (xx.xx.2022-ci il tarixdən 180 manat) məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Yuxarıda qeyd edilənləri, AR MPM-nin 154-cü və AR İPM 47-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmədən, İddiaçı inzibati iş üzrə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı etiraza əlavə təqdim edərək göstərmişdir ki, İddiaçı xx.xx.1973-cü ildən xx.xx.1989cu ilədək Füzuli rayonu N.Nərimanov adına kolxozunda və xx.xx.1989-cu ildən xx.xx.1994cü ilədək Füzuli rayonu “Qarabağ” kolxozunda işlədiyi dövrlər, habelə xx.xx.2009-cu ildən xx.xx.2010- cu ilədək X7 İdarəsində maşinist vəzifəsində işlədiyi dövr mübahisələndirilmişdir. İddiaçın Mərkəzi filiala təqdim etdiyi № ******* əmək kitabçasında xx.xx.1973- cü ildən xx.xx.1989-cu ilədək Füzuli rayonu N.Nərimanov adına kolxozunda və xx.xx.1989-cu ildən xx.xx.1994-cü ilədək Füzuli rayonu “Qarabağ” kolxozunda işlədiyi dövrlər qeyd olunsa da, imza və möhürlərin qeyri-dəqiq görsənməsi səbəbilə həmin illərin mötəbərliyinə şübhə yaranmışdır. Lakin cavabdeh tərəfindən Milli Arxiv İdarəsinə verilmiş sorğuya cavab olaraq göndərilmiş 08 avqust 2023-cü il tarixli məktubda illər üzrə əməkhaqqı cədvəlləri aşkar edilmişdir. Cavab məktubuna əsasən tərəfimizdən qarşılıqlı yoxlama keçirilmiş, tərtib olunmuş 23 avqust 2023-cü il tarixli akta əsasən 1977-1988-ci illər ərzində Füzuli rayon Əhmədbəyli kənd “N.Nərimanov” adına kolxozda işlədiyi müddət üzrə əmək haqqı aldığı dövr 9 il 2 ay, 1989-1994-cü illər üzrə ilədək Füzuli rayonu “Qarabağ” kolxozunda 6 il əmək fəaliyyəti dövrü iddiaçının sosial sığorta stajına daxil edilmişdir. Beləliklə, iddiaçının təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixinədək 1 il 11 av 8 gün hərbi xidmət dövrü. Dövlət X4 xx.xx.2020-ci il tarixli 18 №-li arayışa əsasən 1977-1988-ci illər ərzində Füzuli rayon Əhmədbəyli kənd “N.Nərimanov” adma kolxozda işlədiyi müddət üzrə əmək haqqı aldığı dövr 9 il 2 av, əmək kitabçasının surətinə əsasən 1989- 1994-cü illər üzrə 6 il əmək fəaliyyəti dövrü olmaqla onun ümumi 17 il 1 av 8 gün mübahisələndirilməvən sığorta stajı hesablanmışdır ki. bu da tələb olunan müddətdən (25 il) azdır. İddiaçının iddia ərizəsində xx.xx.1994-cü ildən xx.xx.2009-cu ilədək “Savalan” kəndli fermer təsərrüfatında və xx.xx.2009-cu ildən xx.xx.2010-cu ilədək X7 İdarəsində işlədiyini iddia etdiyi dövrlər barədə Milli Arxiv İdarəsinə göndərilmiş sorğu və keçirilmiş qarşılıqlı yoxlama zamanı arxivdə heç bir məlumat aşkar edilməmişdir. Bu səbəbdən həmin dövrlər sosial sığorta stajına daxil edilməmişdir. Həmçinin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək olan sığorta stajına (17 il 1 ay 8 gün) uyğun olaraq 13034.49 manat olmaqla qanunvericiliklə tələb olunan pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən sonra pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasinin Qanununun 11 -ci maddəsinə əsasən sığortaolunanın yəni iddiaçının hüquq və vəzifələri göstərilmişdir. Həmin maddəyə əsasən sığortaolunanın hüquqları, sığortaolunanın məcburi dövlət sosial sığortası üzrə sığorta etməyi sığortaedəndən tələb etmək, sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək və sosial sığorta ödəmələri təyin edilərkən sığortaçıdan və ya sığortaedəndən özünün sığorta stajı barədə məlumat almaqdır. Sığortaolunanların vəzifələri isə sosial sığorta haqqını vaxtında ödəmək və sosial sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri sığortaçıya və ya sığortaedənə təqdim etməkdir. Həmin Qanunun 21.1 -ci maddəsinə əsasən Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1 -ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Digər tərəfdən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 21 noyabr 2011- ci il tarixli 17 №-li qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları”nın 3.1.1 -ci bəndinə görə, qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1 -ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018- ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019-2022-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Göstərilən müddəanın tələblərinə əsasən, İddiaçı fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmadığı üçün ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi mümkün olmamışdır. “Sosial müavinətlər haqqında“ Azərbaycan Respublikasının Qanunun 7.0.2-ci maddəsinə əsasən, yaşa görə müavinət şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq iddiaçıya xx.xx.2020-ci il tarixindən 130 manat (xx.xx.2022-ci il tarixdən 180 manat) məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı etiraza əlavə təqdim edərək göstərmişdir ki, İddiaçı mübahisələndirilməyən sosial sığorta stajı 21 il 4 ay 11 gün təşkil edir. Onun ümumi sosial sığorta stajına aşağıdakı mübahisələndirilməyən dövrlər daxildir: İddiaçının təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək 1 il 11 ay 8 gün hərbi xidmət dövrü. Tərtib olunmuş 23 avqust 2023-cü il tarixli qarşılıqlı yoxlama aktına əsasən 1977- 1987-ci illər ərzində Füzuli rayon Əhmədbəyli kənd “N.Nərimanov” adına kolxozda işlədiyi və xx.xx.1989-cu ildən xx.xx.1994-cü ilədək Füzuli rayonu “Qarabağ” kolxozunda işlədiyi dövrlər. İddiaçının iddia ərizəsində xx.xx.1994-cü ildən xx.xx.2009-cu ilədək “Savalan” kəndli fermer təsərrüfatında və xx.xx.2009-cu ildən xx.xx.2010-cu ilədək X7 İdarəsində işlədiyini iddia etdiyi dövrlər barədə Milli Arxiv İdarəsinə göndərilmiş sorğu və keçirilmiş qarşılıqlı yoxlama zamanı arxivdə heç bir məlumat aşkar edilməmişdir. Bu səbəbdən həmin dövrlər sosial sığorta stajına daxil edilməmişdir. İddiaçının fərdi hesabının sığorta hissəsində-qeydə alınmış pensiya kapitalı xx.xx.2006- cı il tarixədək olan sığorta stajına (17 il 1 ay 8 gün) uyğun olaraq 13034.49 manat olmaqla qanunvericiliklə tələb olunan pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən sonra pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçıya xx.xx.2020-ci il tarixdən 130 manat (xx.xx.2022-ci il tarixdən 180 manat) məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli 2 №-li qərarına əsasən Füzuli şəhərinin ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 may 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - İşdə olan Azərbaycan Respublikasının Dövlət X4 xx.xx.2022-ci il tarixli 18 nömrəli arxiv arayışında göstərilmişdir ki, Füzuli rayon Əhmədbəyli kənd “N.Nərimanov ” adma kolxozunun əmək günlərinin qeyd kitabına əsasən İddiaçı həmin kolxozda 1977-1988-ci illərdə işləyərək adına əmək haqqı yazılması qeyd edilmişdir. - AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1955-ci il tarixdə doğulmuş Əliyev X3 rayonu, Mahmudlu-2 K. ünvanında qeydiyyatdadır. - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********0 saylı imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 10 saylı regional ərazi filialından daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesablarının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1- dək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019-2022-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1974-cü ildən, xx.xx.1976-cı ilədək hərbi xidmətdə olduğu dövr, eyni zamanda əmək kitabçasında qeyd edilən digər dövrlər nəzərə alınmaqla sığorta stajı 17 il 1 ay 8 gün təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Həmçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək sığorta stajına (17 il 1 ay 8 gün) uyğun olaraq 13034.49 manat olmaqla qanunvericiliklə tələb olunan pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Eyni zamanda xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Siğorta stajını təsdiq edən əlavə sənəd təqdim edəcəyi təqdirdə sığorta stajı qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrləri zərurət olduğu halda araşdırıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq sizə xx.xx.2020-ci il tarixindən 130 manat (xx.xx.2022-ci il tarixindən 180 manat) məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir.“İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. - İş materiallarında olan AA124038 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdən məcburi köçkündür - НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1974xx.xx.1976-cı illərdə Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. - İşdə olan xx.xx.1976-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1973-ci il tarixdən xx.xx.2010-cu il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Məhkəmə araşdırılması zamanı göndərilmiş sorğulara cavab məktublarından görünür ki: - İşdə olan Azərbaycan Respublikasının Dövlət X4 xx.xx.2023-cü il tarixli 3-48-DA- 3F/2-60/2023 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı 26 avqust 2020-ci il tarixli 18 nömrəli arayışın verilməsinə əsas olan sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə göndərilmişdir. -İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-1/2-213754/2023 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı müraciətinə dair inzibati icraat materiallarının surəti məhkəməyə göndərilmişdir. -İşdə olan Dövlət Statistika Komitəsiniin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-34/2-3312/01-3/2023 nömrəli məktubunda göstərilmişdir ki, X7 İdarəsi 24 iyul 1996-cı il tarixdən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində “Savalan” kəndli fermer təsərrüfatı adı ilə 11 statistik vahidin qeydiyyatına dair məlumat mövcuddur. Onlardan 7-si xx.xx.1996-xx.xx.2000-ci il tarixləri ərzində qeydiyyata alınmış və hal-hazırda qeydiyyatdadırlar, 4-ü isə xx.xx.1996-xx.xx.2006-cı il tarixlərdə müxtəlif dövrlərdə qeydiyyatda olmuşlar. “Savalan” kollektiv fermer təsərrüfatı (sonradan “X5” MMC) 24 iyul 1996-cı il tarixdən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Füzuli rayonu üzrə qeydiyyatdadır. Statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız “ada” görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq, gələcəkdə maraqlandıracaq bu və ya digər müəssisəyə dair məlumatların statistik vahidlərin Dövlət reyestrində axtarışının dəqiq aparılması üçün onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) və yaxud statistik identifikasiya kodunun təqdim olunmasını, bunların heç biri olmadığı halda isə hüquqi şəxslərin qeydiyyat orqanı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmək xahiş olunur. - İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-21-3/2-19361/2023 nömrəli məktubunda göstərilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında olan inzibati işlə əlaqədar “Savalan” kəndli fermer təsərrüfatı və X7 İdarəsi ilə bağlı müvafiq məlumatların təqdim edilməsi barədə məktuba Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 3.0.11 -ci yarımbəndinə əsasən kommersiya hüquqi şəxslərin, publik hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərin dövlət qeydiyyatını həyata keçirmək və dövlət reyestrini aparmaq Dövlət Vergi Xidmətinin vəzifələrinə aid edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məktubda qeyd olunan “Savalan” kəndli fermer təsərrüfatı və X7 İdarəsi ilə bağlı müvafiq məlumatların əldə olunması üçün aidiyyəti üzrə müraciət edilməsi tövsiyə olunur - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-1/2-56115/2024 nömrəli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş xx.xx.2024-cü il tarixli 2-1(120)-848/2024 nömrəli məktuba aidiyyəti üzrə baxılmışdır. İddiaçı xx.xx.2020-ci il tarixində pensiya yaşına çatmışdır. İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1973- cü il tarixindən xx.xx.1994-cü il tarixinədək kolxozdakı əmək fəaliyyəti dövrü olmaqla onun 01.01,2006-cı il tarixinədək mübahisələndirilməyən sığorta stajı 21 il 4 ay 11 gün gün təşkil edir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən xx.xx.2006-cı il tarixindən sonra iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. - İşdə olan xx.xx.2023-cü il tarixli aktda göstərilmişdir ki, İddiaçı sığorta stajına daxil edilən əmək stajını yerində qarşılıqlı yoxlanılmışdır.Müəyyən edilmişdir ki, vətəndaş İddiaçı 1973-cü il tarixdən 1994- cü il tarixəədək Füzuli rayon “N.Nərimanov” və “Qarabağ” kolxozunda işləmişdir. Yoxlama zamanı məlum olmuşdur ki, İddiaçı 1973-cü ildə və 1977- 1988-ci illərdə Füzuli rayon “N.Nərimanov kolxozunda, 1989-1994-cü illərdə isə “Füzuli” rayon “Qarabağ” kolxozunda işləmişdir və həmin şəxsi hesablarda ad soyad qeyd olunsa da ata adı qeyd olunmamışdır. - İşdə olan Azərbaycan Respublikasının Dövlət X4 xx.xx.2024-cü il tarixli 3-48-DA- 3F/2-11/2024 nömrəli məktubunda göstərilmişdir ki, Füzuli rayonu üzrə təsərrüfat fəaliyyəti həyata keçirmiş kolxozların minimum əmək və adam günü normativləri barədə hər hansı sənəd materialları (məs: kolxozun iclas protokolları və s) X9 filialına təhvil verilməyib. İddiaçı işlədiyi "N.Nərimanov" və "Qarabağ" adına kolxozlarda aldığı əmək haqqına aid məlumatlar 22 avqust 2023-cü il tarixli yoxlama aktında göstərilmişdir. İddiaçı 1994-2009cu ilədək işlədiyi "Savalan" kəndli fermer təsərrüfatının və 2009-2010-cu il tarixədək işlədiyi X7 İdarəsinin sənədləri X9 filialına təhvil verilməyib. - İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Füzuli Rayon Vergilər Şöbəsinin xx.xx.2024-cü il tarixli **********927300 nömrəli məktubunda göstərilmişdir ki, “SAVALAN KƏNDLİ TƏSƏRRÜFATİ'’ Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) xx.xx.2004-cü il tarixdə vergi orqanında qeydiyyata alınmışdır. Dövlət Vergi Xidmətinin baza məlumatlarına əsasən Qeydiyyata alındığı gündən bu. günədək vergi ödəyicisinin fəaliyyəti olmamışdır. Hal-hazırda vergi ödəyicisinin fəaliyyəti passivdir.Adı məktubda qeyd olunmuş digər ödəyici “X7 İDARƏSİ” (VÖEN **********) xx.xx.2005-ci il tarixdə vergi orqanında qeydiyyatdan keçmişdir.Dövlət Vergi Xidmətinin baza məlumatlarına əsasən xx.xx.2009-xx.xx.2010-cu il tarixlərdə vergi ödəyicisinin fəaliyyəti olmuş və hal-hazırda fəaliyyəti aktivdir. -İş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli, 3-36-3/2-817/2024 nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş Əliyev X3 rayonu, Qarabağ kəndində faktiki olaraq məskunlaşmışdır. -İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-1/2-150655/2024 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş xx.xx.2024-cü il tarixli 2-1(120)-848/2024 nömrəli məktuba aidiyyəti üzrə baxılmışdır. xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilən yaş həddinə (64 il 6 ay) çatmışdır. Vətəndaşın müraciətinə dair inzibati icraat materiallarının surəti 3-17-1/2-56115/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə təqdim edilmişdir. -İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydə alınmış İddiaçı fərdi şəxsi hesabında məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri nisbətində xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat aşkar edilməmişdir. - Məhkəmə iclasında iştirak edən şahid X2 ifadəsində bildirmşdir ki, iddiaçının qardaşıdır, “Savalan” KFT-nin rəhbəri olmuşdur. “Savalan” KFT 1994-cü ildən 2010-ci ilədək fəaliyyət göstərib və 36 işçisi olub. İddiaçı həmin kəndli fermer təsərrüfatında texnikalar üzrə mexanik kimi əmək fəaliyyətində olub. Kəndli fermer təsərrüfatı ləğv edildikdən sonra ona aid bütün sənədlər təsərrüfatın mühasibinin evində saxlanılırdı. Həmin mühasib rəhmətə gedəndən sonra onun həyat yoldaşı bu sənlərin hamısını çaya atmışdır, bununla da heç bir sənəd qalmamışdır. İddiaçı işlədiyi müddətdə əmək haqqı almışdır. Məhkəmə qənaətini əsaslandırmaq üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Yuxarıda qeyd edilən hüquq normalarını hazırkı işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə hesab edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun normalarına əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı və ya azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası təyin olunur. Lakin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tələb olunan sosial sığorta stajını toplamamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən,1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.” “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Belə ki, iddiaçının sığorta stajını təsdiq edən sənədlər təqdim edilən əmək kitabçası, arxiv arayışları və hərbi bileti olmuşdur. Yəni, cavabdeh orqan tərəfindən iddiaçının mübahisələndirilməyən sosial siğorta stajı 21 il 4 ay 11 gün təşkil edir. Belə ki, iddiaçının təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1976cı il tarixədək 1 il 11 ay 8 gün hərbi xidmət dövrü, tərtib olunmuş 23 avqust 2023-cü il tarixli qarşılıqlı yoxlama aktına əsasən 1977-1987-ci illər ərzində Füzuli rayon Əhmədbəyli kənd “N.Nərimanov” adına kolxozda işlədiyi və xx.xx.1989-cu ildən xx.xx.1994-cü ilədək Füzuli rayonu “Qarabağ” kolxozunda işlədiyi dövrlər. Cavabdeh orqan iddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən, xx.xx.1994-cü il tarixdən xx.xx.2009-cu ilədək “Savalan” kəndli fermer təsərrüfatında və xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək X7 İdarəsində işlədiyi dövrlər arxiv məlumatlarında tapılmadığı üçün iddiaçının 25 ildən az siğorta stajı dövrünün mövcud olduğunu müəyyən etmişdir. Yuxarıda qeyd edilən hüquq normalarına əsasən iddiaçının hərbi xidmətdə olduğu müddət, “N.Nərimanov” adına kolxoz, “Qarabağ” adına kolxozunda işləyib, əmək haqqı aldığı dövrlər sığorta stajına daxil olur. Belə ki, iddiaçı tərəfindən əmək kitabçası təqdim edilmiş, onun yuxarıda qeyd olunan illər üzrə müxtəlif yerlərdə işləməsi əmək kitabçası və arxiv arayışlarına uyğun olaraq müəyyən edilmişdir. Məhkəmə də iddiaçının hərbi xidmətdə olduğu müddəti və kolxozlarda işləyib, əmək haqqı aldığı dövrü sığorta stajı kimi qəbul edir. Buna baxmayaraq iddiaçının tələb olunan sığorta stajı kifayət etmir. Belə ki, İşdə olan xx.xx.2023-cü il tarixli aktda göstərilmişdir ki, İddiaçı sığorta stajına daxil edilən əmək stajını yerində qarşılıqlı yoxlanılmışdır.Müəyyən edilmişdir ki, vətəndaş İddiaçı 1973-cü il tarixdən 1994- cü il tarixəədək Füzuli rayon “N.Nərimanov” və “Qarabağ” kolxozunda işləmişdir. Yoxlama zamanı məlum olmuşdur ki, İddiaçı 1973-cü ildə və 1977-1988-ci illərdə Füzuli rayon “N.Nərimanov kolxozunda, 1989-1994-cü illərdə isə “Füzuli” rayon “Qarabağ” kolxozunda işləmişdir və həmin şəxsi hesablarda ad soyad qeyd olunsa da ata adı qeyd olunmamışdır. - İşdə olan Azərbaycan Respublikasının Dövlət X4 xx.xx.2024-cü il tarixli 3-48-DA- 3F/2-11/2024 nömrəli məktubunda göstərilmişdir ki, Füzuli rayonu üzrə təsərrüfat fəaliyyəti həyata keçirmiş kolxozların minimum əmək və adam günü normativləri barədə hər hansı sənəd materialları (məs: kolxozun iclas protokolları və s) X9 filialına təhvil verilməyib. İddiaçı işlədiyi "N.Nərimanov" və "Qarabağ" adına kolxozlarda aldığı əmək haqqına aid məlumatlar 22 avqust 2023-cü il tarixli yoxlama aktında göstərilmişdir. İddiaçı 1994-2009cu ilədək işlədiyi "Savalan" kəndli fermer təsərrüfatının və 2009-2010-cu il tarixədək işlədiyi X7 İdarəsinin sənədləri X9 filialına təhvil verilməyib. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasından müəyyən olunur ki, iddiaçının xx.xx.1994-cü il tarixdə 04 saylı əmrlə "Savalan" kəndli fermer təsərrüfatında əmək fəsliyyətinə başlaması barədə məlumat öz əksini tapmışdır, lakin həmin fermer təsərrüfatından işdən azad edilməsi barədə məlumat əmək kitabçasında öz əksini tapmamışdır, həmçinin X7 İdarəsinə xx.xx.2009-cu il tarixdə işə qəbul olması və xx.xx.2010-cu il tarixdə işdən azad olması barədə məlumat qeyd edilsə də, həmin dövrlər üzrə iddiaçının adına pensiya kapitalı müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2009-cu ilədək “Savalan” kəndli fermer təsərrüfatında və xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək X7 İdarəsində işlədiyi həmin dövrlər sığorta stajı kimi tam (əmək haqqı almadığı və arxivdə aşkar edilmədiyi dövrlər də) qəbul edilmiş olsa belə pensiya təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajı yaranmır. Başqa sözlə, iddiaçının ona yaşa görə əmək pensiyası təyin edilməsi məqsədilə təqdim etdiyi sənədlərə müvafiq olaraq Qanunla tələb edilən 25 ildən az sığorta stajı mövcuddur. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən sonrakı dövrdə sosial siğorta stajı və pensiya kapitalı qeydə alınmamışdır.Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələb olunan sosial sığorta stajı yaranmır. İddiaçıya yaşa 130 manat məbləğində yaşa görə sosial müavinət təyin olunmuşdur. xx.xx.2022-ci il tarixdən 180 manata çatdırılmışdır. Göründüyü kimi, cavabdehin iddiaçıya yaşa görə pensiya təyin edilməsindən imtina etməsi qanuni olmuşdur və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Qeyd edilənlərə görə məhkəmə hesab edir ki, cavabdeh haqlı olaraq iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı işlədiyi illərin iş stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdehin iddiaçıya ünvanladığı cavab məktubu işin maddi hüquqi əsasları və müraciətin yekun nəticəsi baxımından qanuni və əsaslı olmuşdur. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıbyaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin–ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulubqoyulmamasından asılı olmayaraq -sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §4753; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §7677, Karsonun işi (Carson), § 64). Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdehin iddiaçıya ünvanladığı cavab məktubu işin maddi hüquqi əsasları və müraciətin yekun nəticəsi baxımından qanuni və əsaslı olmuşdur. Məhkəmə hesab etmişdir ki, iş materiallarında olan sənədlərə əsasən aparılmış riyazi hesablamalara görə iddiaçı 2006-cı il 1 yanvar tarixədək 25 ildən az ümumi əmək stajını toplamışdır ki, bu da qanunvericiliyin tələbləri nəzərə alındığı halda ona yaşa görə pensiya təyinatının aparılması üçün kifayət deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından iddiaçı X1 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68, 69, 75, 81 və 85-cimaddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar