Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3403/2025 19.02.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sabirabad rayon Quruzma Bələdiyyəsinə qarşı X11 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Səfərova Ülkər Calal qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sabirabad rayonu Quruzma Bələdiyyəsinə qarşı X11 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla qərarın ləğv olunması tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq məhkəmə iclasında baxaraq, TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Əliyev X9 rayonu Quruzma Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Sabirabad rayonu Quruzma Bələdiyyəsi ilə X3 Sabirabad rayonu Quruzma kəndində yerləşən 19,7 ha örüş otlaq sahəsi istifadəsi üçün verilmiş xx.xx.2018-ci il tarixli, 117 nömrəli icarə müqaviləsinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Sabirabad rayonunun Quruzma Bələdiyyəsinin xüsusi mülkiyyətində olan 19,7 ha örüş otlaq sahəsinin qiymətləndirilərək hərraca çıxarılması üçün verilmiş qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X2 Rayon Məhkəməsinə müraciət edərək ərizəsində göstərmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, **********59 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ona Sabirabad rayonu Quruzma kəndində yerləşən Quruzma Bələdiyyəsi tərəfindən icarəsinə 19,7 ha örüş sahəsi verilmişdir. Cavabdehlər yəni o və digər şəxslərin təqsiri nəticəsində icarəsində olan torpaq sahəsindən 2 (iki) ildir ki, istifadə edə bilmir. Ərizəsini onunla əsaslandırmışdır ki, onu torpaq sahəsinə buraxmırlar, öz heyvanlarını otarırlar və otlaq sahəsini məhv edirlər. Daha sonra onun barəsində Sabirabad Rayon Polis Şöbəsinə müraciət etmişdir.Halbu ki, Dəmirov Təhməz torpaq sahəsini yararsız hala salmışdır. Təhməz Dəmirovun iddia tələbinin qismən təmin edilməsi DƏDRX tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, **********59 reyestr nömrəli, ********** qeydiyyat nömrəlii çıxarışa əsasən Sabirabad rayonu Quruzma Bələdiyyəsi tərəfindən X3 icarəsinə verilmiş Sabirabad rayonu Quruzma kəndində yerləşən 19,7 ha örüş, otlaq torpaq sahəsindən cavabdehlər X6, İddiaçı, X15, X13 və X4 qanunsuz istifadələri dayandırılması və onlar həmin torpaq sahəsindən çıxarılması, iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qaldığı üçün apellyasiya şikayəti vermiş, şikayətinə əsasən iş hal hazırda Şirvan Apellyasiya Məhkəməsinin icraatında olmaqla baxılır.Quruzma kəndinin 32 ha otlaq sahəsi Qaraqaşlı kənd sakini X7 qanunsuz olaraq icarəyə verilmişdir. Kənd sakinləri torpaq sahəsindən məhrum olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra məhkəmənin 2-1(120)-3403/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş və İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahat verərək məhkəmədən iddianın mümkün hesab edirlərək təmin olunmasını xahiş etdilər. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. ƏSASLANDİRMA HİSSƏSİ TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2 .Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iş üzrə iddia tələbindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə çatmaq istədiyi hüquqi nəticə üçüncü şəxsin icarə hüquqlarının qeydə alınmasına əsas olan qərarın və qərar əsasında bağlanmış icarə müqaviləsinin ləğv olunmasına nail olmaqdan ibarətdir Hazırkı halda işin hallarına nəzər salınanda görünür ki, Məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin 3-21-3-38/2-1303/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubu ilə təqdim edilmiş: Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinən RX seriyalı ******* reyestr nömrəli çıxarışla Sabirabad rayonu Quruzma kənndində yerləşən kənd təsərrüfatı təyinatlı 19,7 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 50 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində Sabirabad rayonu Quruzma Bələdiyyəsinin mülkiyyət hüququ qeydə alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən verilmiş AM seriyalı 005060 nömrəli şəhadətnamənin surətindən müəyyən olunur ki, X1 ona görə verilmişdir ki, o, Sabirabad rayon ərazisində yerləşən Quruzma bələdiyyəsinin, mülkiyyətində olan 19,7 ha olan torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 7 saylı Şirvan Ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən xx.xx.2018-ci il tarixdə keçirilmiş torpaq müsabiqəsinin, hərracın qalibidir. Torpaq sahəsini müsabiqədə 425 manat məbləğinə satın almışdır. Şəhadətnamə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə auksion Mərkəzinin 7 saylı Şirvan ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən xx.xx.2018-ci il tarixdə 66 nömrə ilə qeydiyyata alınmaqla hərracın, müsabiqənin qalibinə verilir. xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin surətindən müəyyən olunur ki, Sabirabad rayonu Quruzma Bələdiyyəsi mülkiyyətində olan 19,7 ha olan torpaq sahəsini X3 icarəsinə vermişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çxarışdan müəyyən olunur ki, Sabirabad rayonu Quruzma Kəndində yerləşən kənd təsərrüfat təyinatlı (Örüş otlaq) 19,7 ha torpaq sahəsi Sabirabad “Asan xidmət” mərkəzində notariat kontorunun 3M-117 nömrəli xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 50 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində xx.xx.2018-xx.xx.2033-cü il tarixədək X3 icarə hüquqları qeydə alınmışdır. Sabirabad rayon Quruzma Bələdiyyəsinin 153 №-li, xx.xx.2025-ci il tarixli və 198 nömrəli xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Quruzma Bələdiyyəsinin inzibati ərazisində yerləşən 19,7 ha torpaq sahəsi ilə bağlı Bələdiyyənin qərarı əsasında prosedura başlanılması və hərraca çıxarılması barədə qərar mövcuddur. Həmin torpaq sahəsinin prosedura başlanılması xx.xx.2027-ci il tarixli və 07 saylı X12 ilə təsdiq olunmuşdur. Hərraca çıxarılması isə xx.xx.2018-ci il tarixli 03 saylı Quruzma bələdiyyəsinin qərarı ilə təsdiq olunmuşdur.Hal-hazırda sözügedən torpaq sahəsindən istifadə edən şəxs xx.xx.2018-ci il tarixli icarə müqaviləsi əsasında Qaraqaşlı kənd sakini X8r.İstifadə hüququ icarə müqaviləsi ilə sənədlə tənzimlənir. Torpaq örüş sahəsi kimi malqara otarılması məqsədilə istifadə olunur. Bununla yanaşı icarəyə verilmiş torpaq sahəsinin 4 hektarı X11 tərəfindən və Quruzma bələdiyyəsinin razılığı ilə digər şəxslərə subicarəyə verilmişdir. Sub icarədə olan torpaq sahələrində örüş təyinatlı torpaq sahəsi kimi istifadə olunur. Quruzma Bələdiyyəsi tərəfindən torpaq sahəsinin ləğvi, başqa şəxsə verilməsi və ya təyinatının dəyişdirilməsi barədə hər hansı qərar qəbul edilməmişdir. İddianın mümkünlüyü və buna dair məhkəmənin mövqeyi. Subyektiv hüququn olmaması ilə bağlı. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır. Məhkəmə subyektiv hüquqa anlayış verərək qeyd edir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Bu baxımdan, inzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar bir qayda olaraq şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini və hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir. Məhz bu baxımdan, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və onların həll edilməsinin prosessual prinsipləri və qaydaları İnzibati-Prosessual Məcəllənin normaları ilə müəyyən edilir (İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsi). Hazırkı halda iddiaçının subyektiv hüququnun pozulduğu iş materialları ilə müəyyən edilmir. Belə ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarı) İnzibati mübahisə üzrə iddia isə onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilsin. Məhkəmə hesab edir ki, hazırki işdə iddiaçının subyektiv hüquqi mövcud deyildir. Belə ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinən RX seriyalı ******* reyestr nömrəli çıxarışla Sabirabad rayonu Quruzma kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 19,7 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 50 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində Sabirabad rayonu Quruzma Bələdiyyəsinin mülkiyyət hüququ qeydə alınmışdır. Quruzma Bələdiyyəsi mülkiyyətində olan torpaq sahəsini qanunun tələbini pozmadan üçüncü şəxsin icarəsinə vermiş, üçüncü şəxs də öz növbəsində icarə hüququnu daşınmaz əmlakı dövlət reyestrində qeydə aldırmışdır. Bundan əlavə iddiaçı torpaq sahəsinin üçüncü şəxsin icarəsində olması kənd sakinlərinin hüquqlarını pozduğunu bildirsə də, məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, mübahisə predmeti olan 19,7 ha torpaq sahəsi halhazırda onun tərəfindən istifadə olunur. Beləliklə iddiaçının həmin torpaq sahəsinə dair Bələdiyyənin qərarını mübahisələndirmək hüququnun mövcudluğu müəyyən olunmur. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçının subyektiv hüququ müəyyən olunmadığı üçün iddiaçıya İPM-nin 13-cü maddəsinə əsasən göstərilməsi nəzərdə tutulan hüquqi yardım hazırkı iş üzə məqsədə müvafiq hesab olunmamışdır. İddianın mümkünlük məsələsi iddiaçı ilə məhkəmə iclasında müzakirə olunmuşdur. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-nin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Sabirabad rayonu Quruzma Bələdiyyəsinə qarşı X11 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla qərarın ləğv olunması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva
Məhkəmə qərarları › İş №2-1(120)-3403/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3403/2025
19.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver