Məhkəmə qərarları › İş №2-1(120)-341/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-341/2024

15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-341/2024 15.02.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “X7 və ailə üzvlərinin adına əlavə olaraq verilmiş, Saatlı rayonunun Sarıcalar kəndində yerləşən 3.598 ha torpağa dair A№ 735189 saylı plan-ölçünün, **********04 reyestr nömrəli çıxarışın və 0.4357 ha torpağa dair A№ 735188 saylı plan-ölçünün, **********05 reyestr nömrəli çıxarışın ləğv edilməsi” tələbi ilə bağlı iddiası üzrə işə Şirvan İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “X7 və ailə üzvlərinin adına əlavə olaraq verilmiş, Saatlı rayonunun Sarıcalar kəndində yerləşən 3.598 ha torpağa dair A№ 735189 saylı plan-ölçünün, **********04 reyestr nömrəli çıxarışın və 0.4357 ha torpağa dair A№ 735188 saylı plan-ölçünün, **********05 reyestr nömrəli çıxarışın ləğv edilməsi” tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X12 və ailə üzvləri X9, X8 və X4 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdirlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Saatlı rayon Məhkəməsinin qanunu qüvvəsini almış xx.xx.2017-ci il tarixli, 2(055)-129/2017 saylı qiyabi qətnaməsi ilə Saatlı Rayon Aqrar islahat Komissiyasının 25 mart 2005-ci il tarixli, 01 saylı qərarına əsasən X7 və onun ailə üzvləri-X5, X13iu və X2 mülkiyyətlərinə verilmiş Saatlı rayon Sarıcalar kəndində yerləşən 0.4357 ha və 0.3598 ha torpaq sahələrini 676 manat müqabilində ona satılması barədə alqı-satqı müqaviləsi bağlanmış və həmin torpaq sahələri üzərində onun mülkiyyət hüququ tanınmışdır. Həmin qətnamənin əsasında Saatlı rayon Sarıcalar kəndində yerləşən 0.4357 ha və 0.3598 ha torpaq sahələri xx.xx.2017-ci il tarixli, ********** nömrə ilə qeydiyyata alınmış RX ******* saylı, **********03 reyestr nömrəli və xx.xx.2017-ci il tarixli, ********** nömrə ilə qeydiyyata alınmış RX ******* saylı, **********36 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışlarla adına rəsmiləşdirilmişdir. Lakin bu günlərdə ona məlum olmuşdur ki, X12 dələduzluq etmiş, 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət edərək 2015-ci ildə ona satıldığı, 2017-ci ildən isə rəsmi olaraq onun mülkiyyətinə verilmiş Saatlı rayon Sarıcalar kəndində yerləşən 0.4357 ha və 0.3598 ha torpaq sahələrinə dair öz adına dövlət reyestrindən çıxarışlar almışdır. X12 həmin torpaq sahələrini özünün və digər ailə üzvlərinin razılığı ilə 2015-ci ildə ona satmış və 2017-ci ildən bəri mülkiyyətinə verilərək, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri RHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmış çıxarışlarla rəsmiləşdirilmişdir. Məlumat aldıqdan dərhal sonra nümayəndəsi vasitəsi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri RHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etmiş və X7 adına verilmiş çıxarışların ləğv olunmasına, həmçinin, başqa şəxslərə satılmasının qarşısının alınmasına köməklik göstərilməsini xahiş etmişdir. Həmin ərizə ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri RHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən Anar Rzayevin imzası ilə ona ünvanlanmış **********83 saylı cavab məktubunda onun adına Saatlı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(055)-129/2017 saylı qanunu qüvvəsin almış qiyabi qətnaməsi ilə mülkiyyətinə verilmiş Saatlı ravonunun Sarıcalar kəndi ərazisində yerləşən 0.4357 ha və 0.3598 ha torpaq sahələrinə əlavə olaraq digər şəxsin və ailə üzvlərinin adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədinin ləğv edilməsi barədə müraciətinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Saatlı rayonunun Sarıcalar kəndi ərazisində yerləşən, Saatlı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(055)-129/2017 saylı qanunu qüvvəsin almış qiyabi qətnaməsi ilə X12 və ailə üzlərindən əldə etdiyi 0.4357 ha və 0.3598 ha torpaq sahələrinə dair X7 və ailə üzvlərinin adına əlavə olaraq verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi hüquq sahiblərinin müraciəti və ya məhkəmənin qərarı əsasında aparılır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri RHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən X7 və ailə üzvlərinin adına əlavə olaraq verilmiş Saatlı rayonunun Sarıcalar kəndində yerləşən 3.598 ha torpağa dair A№ 735189 saylı Plan-ölçünün, **********04 reyestr nömrəli çıxarışın və 0.4357 ha torpağa dair A№ 735188 saylı Plan-ölçünün, **********05 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmənin keçmiş iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinə uyğun izahatlar verərək tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 tələblə mübahisələndirilən 3.598 ha və 0.4357 ha torpaq sahələrinin üçüncü şəxslərə verilən torpaq sahələri ilə eyni ərazi olduğunu, qeyd edilən torpaq sahələrinə elektron bazada yaranan səhvlərə görə ikinci dəfə fərqli şəxslərə çıxarış verildiyini bildirərək qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmənin keçmiş iclasında iştirak edən üçüncü şəxs X12 iddianı qəbul etmədiklərini bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, X7 və ailə üzvlərinin adına əlavə olaraq verilmiş, Saatlı rayonunun Sarıcalar kəndində yerləşən 3.598 ha torpağa dair A№ 735189 saylı plan-ölçünün, **********04 reyestr nömrəli çıxarışın və 0.4357 ha torpağa dair A№ 735188 saylı plan-ölçünün, **********05 reyestr nömrəli çıxarışın ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Saatlı rayonu Sarıcalar kənd sakini X10 Saatlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 01 nömrəli qərarları ilə 3598 kv.m və 4357 kv.m kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İşdə olan Saatlı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(055)-129/2017 nömrəli qiyabi qətnaməsindən görünür ki, X7 və ailə üzvləri X6, X9 və X2 Saatlı rayon Aqrar İslahat Komissiyasının 25 mart 2005-ci il tarixli, 01 saylı qərarı ilə mülkiyyətlərinə verilmiş, Saatlı rayon Sarıcalar kəndində yerləşən 4357 kv.m və 3598 kv.m torpaq sahələrini İddiaçı 676 manata satmaları barədə alqı-satqı müqaviləsi bağlanılmış hesab edilsin və həmin torpaq sahələri üzərində İddiaçı mülkiyyət hüququ tanınsın. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verimiş xx.xx.2017-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışdan görünür ki, Saatlı rayonu, Sarıcalar kəndində yerləşən 0.3598 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində **********36 qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verimiş xx.xx.2017-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışdan görünür ki, Saatlı rayonu, Sarıcalar kəndində yerləşən 0.4357 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində **********77 qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********683 nömrəli məktubundan görünür ki, Saatlı rayonu, Sarıcalar kəndi ərazisində yerləşən Saatlı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(055)-129/2017 saylı qanunu qüvvəsin almış qiyabi qətnaməsi ilə X12 və ailə üzlərindən əldə etdiyini 0.4357 ha və 0.3598 ha torpaq sahələrinə dair X7 və ailə üzvlərinin adına əlavə olaraq verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi hüquq sahiblərinin müraciəti və ya məhkəmənin qərarı əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll olunur. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verimiş xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışdan görünür ki, Saatlı rayonu, Sarıcalar kəndində yerləşən 0.4357 ha torpaq sahəsi X7 xüsusi mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində **********05 qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verimiş xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışdan görünür ki, Saatlı rayonu, Sarıcalar kəndində yerləşən 0.3598 ha torpaq sahəsi X7 xüsusi mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində **********04 qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmışdır. İşdə olan Saatlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, Q-31/375 nömrəli məktubunda qeyd edilmişdir ki, Saatlı Rayon Məhkəməsinin 10 fevral 2017-ci il tarixli, 2(055)- 129/2017 saylı qiyabi qətnaməsi qanuni qüvvəyə mindikdən sonra 13 mart 2017-ci il tarixdə icra olunması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan ərazi idarəsinə göndərilmişdir. Həmin orqanın Saatlı Rayon Məhkəməsinə göndərilmiş 26 may 2017-ci il tarixli, **********23 saylı məktubunda göstərilmişdir ki, məhkəmənin bir neçə qətnaməsi və həmçinin 10 fevral 2017-ci il tarixli, 2(055)- 129/2017 saylı qətnaməsi icraata yönəldilərək alqı-satqı əsasında İddiaçı Saatlı rayonu Sancalar kəndində yerləşən qətnamələrə uyğun torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışlarla rəsmiləşdirilmişdir. Saatlı Rayon Məhkəməsinin 10 fevral 2017-ci il tarixli, 2(055)- 129/2017 saylı qiyabi qətnaməsindən şikayət verilməmişdir. İşdə olan Saatlı rayon İcra Hakimiyyəti başçısının Sarıcalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 121 nömrəli arayışından görünür ki, X10 və ailəsinə məxsus olan 0.7955 ha pay torpaq sahəsi Saatlı rayon Sarıcalar kəndinə aid olsada Sabirabad rayon Moranlı kənd ərazisində yerləşir. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Saatlı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(055)-129/2017 nömrəli qiyabi qətnaməsindən görünür ki, X7 və ailə üzvləri X6, X9 və X2 Saatlı rayon Aqrar İslahat Komissiyasının 25 mart 2005-ci il tarixli, 01 saylı qərarı ilə mülkiyyətlərinə verilmiş, Saatlı rayon Sarıcalar kəndində yerləşən 4357 kv.m və 3598 kv.m torpaq sahələrini İddiaçı 676 manata satmaları barədə alqı-satqı müqaviləsi bağlanılmış hesab edilmiş və həmin torpaq sahələri üzərində İddiaçı mülkiyyət hüququ tanınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verimiş xx.xx.2017-ci il tarixli, qeydiyyat nömrəsi ********** və ********** olan çıxarışlarda Saatlı rayonu, Sarıcalar kəndində yerləşən 0.3598 ha və 0.4357 ha torpaq sahələri İddiaçı xüsusi mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində **********36 və **********77 qeydiyyat nömrəli çıxarışlarla qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi ********** və ********** olan çıxarışlarla Saatlı rayonu, Sarıcalar kəndində yerləşən 0.3598 ha və 0.4357 ha torpaq sahəsi X7 xüsusi mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində **********05 və **********04 qeydiyyat nömrəli çıxarışlarla qeydiyyata alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 148-ci mаddəsinə və «Nоrmаtiv hüquqi aktlаr hаqqındа» Аzərbаycаn Rеspublikаsısının Konstitusiya Qаnununun 23.1-ci mаddəsinə əsаsən bеynəlхаlq müqаvilələr Аzərbаycаn Rеspublikаsı qаnunvеricilik sisteminin tərkib hissəsidir. Ədаlət mühаkiməsinin həyаtа kеçirilməsi zаmаnı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsi prеsеdеntlərinin tətbiqi hаqqnıdа Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun 30 mаrt 2006-cı il tаriхli qərаrındа göstərilir ki, Аzərbаycаn Rеspublikаsı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа еtmiş dövlət kimi 2002-ci il аprеl аyının 15dən Kоnvеnisyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələlri üzrə İnsаn hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Rеspublikаsı Kоnvеnsiyаnı rаtifikаsiyа еtdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvеnsiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin еtməlidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdllıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаsının 46cı mаddəsinə əsаsən Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvеnsiyаnı rаtifikаsiyа еtmiş dövlətlər üçün məcburidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаnın (Аvrоpа Kоnvеnsiyаsı) 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn «mülkiyyət» və «əmlаk» аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. «Thе Trаktоrеr İsvеçə qаrşı» məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür. «Pаyn Vеlli dеvеlоpmеnts Ltd» şirkəti İrlаndiyаyа qаrşı işdə Аvrоpа İnsаn hüquqlаrı Məhkəməsi qərаrа аlmışdır ki, müəyyən hаllаrın bаş vеrəcəyini hüquqа uyğun gözləmə 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin müdаfiə еtdiyi hüquq, yəni mülkiyyət hüququ sаyılа bilər. Həmin işdə ərizəçi tоrpаq sаhəsi аlmış və оrаdа tikinti həyаtа kеçirməyi plаnlаşdırmışdı. Аvrоpа Məhkəməsi tikintini həyаtа kеçirilməsinə mаnеəni 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin pоzuntusu kimi qiymətləndirmişdir. İşin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan mübahisəli çıxarışları verərkən qanunvericiliyin tələblərinə əməl etməmiş, iddiaçının adına verilmiş xx.xx.2017-ci il tarixli, qeydiyyat nömrəsi ********** və ********** olan çıxarışlarda Saatlı rayonu, Sarıcalar kəndində yerləşən 0.3598 ha və 0.4357 ha torpaq sahələri onun xüsusi mülkiyyətinə verilmiş və daşınmaz əmlakın dövlət reyestrində **********36 və **********77 nömrəli qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı qeyd edilən çıxarışların hal-hazırda da qüvvədə olduğu müəyyən edilmişdir. Çıxarışların verilməsi üçün əsas isə alqı-satqı müqaviləsi olmuşdur ki, qeyd edilən alqı-satqı müqaviləsi hüquqi qüvvəsini alan Saatlı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(055)-129/2017 nömrəli qiyabi qətnaməsi ilə öz təsdiqini tapmışdır. Daha sonra eyni torpaq sahələrinə yenidən ikinci dəfə X7 adına yeni çıxarışların verilməsi qanunvericiliyə zidd olmuş, torpaq sahələrinin mülkiyyətçisinin hüquqlarının pozulması ilə nəticələnmişdir. Cavabdeh inzibati orqan, eləcə də üçüncü şəxslər tərəfindən iddiaçının tələbinə etirazı təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehin üzərinə çıxarışın ləğv edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə X7 və ailə üzvlərinin adına əlavə olaraq verilmiş, Saatlı rayonunun Sarıcalar kəndində yerləşən 3.598 ha torpağa dair A№ 735189 saylı plan-ölçünün, **********04 reyestr nömrəli çıxarışın və 0.4357 ha torpağa dair A№ 735188 saylı plan-ölçünün, **********05 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyi qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar