Məhkəmə qərarları › İş №2-1(120)-341/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-341/2025

17.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-341/2025 17.01.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Müdafiə Nazirliyi N saylı hərbi hissəyə qarşı “Müdafiə Nazirliyi N saylı Hərbi hissədən məcburi iş buraxma dövrləri üçün əmək haqqının alınıb ona ödənilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Müdafiə Nazirliyi N saylı hərbi hissəyə qarşı “Müdafiə Nazirliyi N saylı Hərbi hissədən məcburi iş buraxma dövrləri üçün əmək haqqının alınıb ona ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı ərizəsinə əsasən məhkəmənin xx.xx.N0N3-cü il tarixli, N-1(1N0)-3N04/N0N3 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N saylı Hərbi hissəsindən məcburi iş buraxma dövrləri üçün əmək haqqının alınıb ona ödənilməsi” kimi davam etdirilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 09 sentyabr N0N0-ci il tarixdə 157 saylı Hərbi hissədə tuşlayıcı minanatan vəzifəsinə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi işə başlamışdır. Hərbi hissə işğaldan azad olunmuş Laçın rayonu Bozlu kəndində yerləşir. 06 oktyabr N0N0-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Suqovuşan qəsəbəsi ərazisində düşmən tərəfindən atılan artilleriya mərmisinin yaxınlığında partlaması nəticəsində onurğa sütununun qapalı küt travması və barotravma xəsarəti almış, ağrıları olsa da ağrıkəsicilər vasitəsi ilə döyüş əməliyyatlarında müharibə bitənə qədər iştirak etmişdir. Müharibə bitdikdən sonra ağrıları olmuş, bununla əlaqədar olaraq xidmət etdiyi hərbi hissənin tibbi məntəqəsinə müraciət etmiş, məntəqə isə onu əsaslı müayinə olunmağı üçün 30 yanvar N0N1-ci il tarixdən Fizuli rayonunun Əhmədbəyli kəndində yerləşən hərbi hospitalına müayinə üçün göndərmişdir. 31 yanvar N0N1-ci il tarixdə hospitalda terapef tərəfindən müayinədən keçmiş, terapef həkim 1 həftə sonra nevroloq şöbəsinə göndərilməyini tibbi kitabçasına qeyd etmişdir. 31 yanvar N0N1-il tarixdə o, xidmət etdiyi hərbi hissəyə qayıtmış və xidmətini davam etdirmişdir. O, 19 fevral N0N1-ci il tarixdə hərbi hissənin tibb xidmət rəisinin göndərişi əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyi Baş Klinik Hospitalına getmiş, orada müayiayinə olunmuş və xidmət etdiyi hərbi hissəyə qayıtmışdır. Hərbi hissənin tibb məntəqəsinin göndərişinə əsasən 03 avqust N0N1-ci il tarixdə o, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikası tərəfindən Baş Klinik Hospitalın cərrahiyyə şöbəsinə göndərilməyi barədə göndəriş verilmiş, 05 avqust N0N1-ci il tarixdə cərrahiyyə şöbəsində müayinə olunmuş, 06 avqust N0N1-ci il tarixdə Baş Klinik Hospitalın fizioterapevt şöbəsinin tibbi xidməti mayoru Hikmət Abdulla tərəfindən Tibbi Reabilitasiya xəstəxanasına 30 avqust N0N1-ci il tarixdə göndərilməyi məsləhət görülmüşdür. O, yenidən xidmət etdiyi hərbi hissəyə qayıdaraq xidmətini davam etdirmişdir. N0NN-ci ilin sentyabr ayında belində olan travmaya görə həmin travmanın fəsadları ayağında yaranmış və buna görə də xidmət etdiyi hərbi hissənin tibbi məntəqəsinə müraciət etmiş, tibbi məntəqəsinin göndərişi əsasında sentyabr N0NN-ci ildən 16 sentyabr N0NN-ci il tarixədək Baş Klinik Hospitalda müayinə olunmuş və 16 sentyabr N0NN-ci il tarixdə xidmət etdiyi hərbi hissəyə qayıdaraq hospitalda əməliyyat olunmaq üçün tibb məntəqəsinə qayıtmış və 30 sentyabr N0NN-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın cərrahiyyə şöbəsinə əməliyyat olunmaq üçün göndərilmiş, həmin şöbəyə 01 oktyabr N0NN-ci il tarixdə daxil olmuş, 18 oktyabr N0NN-ci il tarixdə “L5-S1 fəqərələrinin transpedikulyar fıksasiyası,L5 fəqərəsinin laminektomiyası, iki tərəfli L5 foraminotomiyasından cərrahi əməliyyat olunmuş və ona hospitalın Hərbi-Həkim Komissiyasının qərarı ilə 0N noyabr N0NN-ci il tarixli 17N saylı arayış verilmişdir. Həmin arayışa əsasən hərbi xidmətə müvəqqəti yararsız, xəstəliyə görə 30 (otuz) gün müddətinə (məzuniyyətin verilməsi, məzuniyyət müddəti bitdikdən sonra təkrar şəhadətləndirilməyi göstərilmişdir. Vəziyyəti kafi olduğu üçün o, hərbi hissəyə qayıda bilməmiş, xidmət etdiyi hərbi hissənin tibb xidmət rəisi ilə istifadəsində olan (050)-58N-N9-66 nömrəsi tibb xidmət rəisinin istifadəsində olan (050)-301-79-97 nömrəsi ilə əlaqə saxlayaraq vəziyyəti barədə məlumat verdikdən sonra tibb xidmət rəisi Hərbi-Həkim Komissiyasının 04 noyabr N0NN-ci il tarixli 17N saylı arayışını telefon vasitəsi ilə atmasını bildirmişdir. Bundan sonra ona hərbi hissə komandiri tərəfindən N noyabr N0NN-ci il tarixdə 1 ay müddətinə məzuniyyət verilmişdir. İşğaldan azad olunmuş Laçın rayonunda yerləşən hərbi hissəyə avtomobil hər həftənin tək günləri gedir, cüt günləri qayıdır. 09 dekabr N0NN-ci il tarixdə o xidmət etdiyi hərbi hissəyə qayıtmaq istəmiş, Laçın rayonunda yerləşən hərbi hissənin hərbi maşını nasaz olduğu üçün gedə bilməmiş və məcbur olaraq 1N dekabr N0NN-ci il tarixi həftənin birinci gününə düşdüyü üçün həmin tarixdə hərbi maşın ilə xidmət etdiyi hərbi hissəyə qayıtmışdır. Hərbi hissə komandirinin N dekabr N0NN-ci il tarixli 916 nömrəli göndərişi ilə o, yenidən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasına göndərilmiş, həmin poliklinikada 15 dekabr N0NN-ci il tarixdə qeydiyyata düşərək N1 dekabr N0NN-ci il tarixədək orada müayinə olunaraq şəhadətləndirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının N1 dekabr N0NN-ci il tarixli 146N5 nömrəli arayışına əsasən hərbi xidmətə müvəqqəti yararsız, xəstəliyə görə 30 (otuz) gün müddətinə məzuniyyət verilməsi, məzuniyyət müddəti bitdikdən sonra təkrar şəhadətləndirilməyi bildirilmişdir. NN dekabr N0NN-ci il tarixdə o istifadəsində olan (050)- ***-**-** nömrəsi ilə yenidən xidmət etdiyi tibb xidmət rəisi ilə istifadəsində olan (050)- ***- **-** nömrəsi ilə əlaqə saxlayaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının N1 dekabr N0NN-ci il tarixli 146N5 nömrəli arayışını atmış, ağrıları çox olduğu üçün və səhhəti imkan vermədiyi üçün hərbi hissəyə qayıda bilməyəcəyini bildirmişdir. 11 yanvar N0N3-cü il tarixdə bölük komandiri olan baş leytenant Fuad Muradlı ona zəng edərək ordudan təxris olunmağı barədə əmrin verildiyini bildirmiş, o, isə nə səbəb soruşduqda ona məlumatının olmadığını bildirmişdir. Bundan sonra o 13 yanvar N0N3-cü il tarixdə xidmət etdiyi hərbi hissəyə qayıtmış və hərbi hissənin kadrlar şöbəsindən təxris olunmağı barədə əmr verildiyini, əmrin surətini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinə göndəriləcəyi bildirilmişdir. Bildiyi qədər ona hərbi hissənin nizami hissəsi tərəfindən N dekabr N0NN-ci ildən məzuniyyətdən gecikmə kimi hesablanır. Halbuki, o, 1N dekabr N0NN- ci il tarixdən hərbi hissəyə qayıtmış və hərbi hissədə ona hərbi hissə komandirinin N dekabr N0NN-ci il tarixli 916 nömrəli göndərişi verilmişdir. Sonradan N yanvar N0N3-cü il tarixli əmr ləğv edilmiş və o,1N avqust N0N3-cü il tarixdə xəstəliklə ehtiyata buraxılmışdır.Müraciət etsə də məcburi iş buraxma dövrləri üçün əmək haqqı ona ödənilməmişdir.Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər lazımi qaydada xəbərdar edilmiş, lakin cavabdehin nümayəndəsi isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 6N.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə tərəfi dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan; N nömrəli hərbi hissə komandirinin 340N nömrəli, xx.xx.N0N3-cü il tarixli təyinat vərəqəsindən görünür ki, X5 xx.xx.N0N3-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinə qeydiyyata durmaq üçün göndərilmişdir. N9 nömrəli hərbi hissənin xx.xx.N0N3-cü il tarixli, 34 nömrəli arayışında qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, ehtiyatda olan XN, N9 nömrəli hərbi hissə komandirinin xx.xx.N0N3-cü il tarixli, 01əç nömrəli əmri ilə "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.N-cu maddəsinə və Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 50-cı maddəsinin “z” bəndinə müvafiq olaraq bağlaşması ləğv edilərək xidmət vaxtı başa çatmamış həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissənin komandirinin xx.xx.N0N3-cü il tarixli, N3 nömrəli əmrində qeyd edilmişdir ki, 4-cü taborun 11-ci bölüyünün 1-ci taqımının tuşlayıcı-minaatanı müddətdən adıq həqiqi hərbi xidmət hərbi qulluqçusu XN “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.N-cu maddəsinə və Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 50-ci maddəsinin “z” bəndinə müvafiq olaraq bağlaşması ləğv edilərək xidməti vaxtı başa çatmamış həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin, N1 yanvar N0N3-cü il tarixdən şəxsi heyətin siyahısından bütun növ təminatdan çıxarılsın və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinə göndərilsin. XN N0N3-cü ilin xidmətinə görə Azərbaycan Respublikası Müdafiə Nazirinin 19 oktyabr N017-ci il tarixli NN nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”yə müvafiq olaraq birdəfəlik pul mükafatına layiq deyil. X1 “məharət dərəcəsi” verilməmişdir. X1 N0N3-cü ildə nəzərdə tutulmuş maddi yardım ödənilməyib. N0N3-cü ilin növbəti məzuniyyətini istifadə etməyib və növbəti məzuniyyətə görə aylıq vəzifə maaşı həcmində əlavə pul təminatı ödənilməyib. 4-cü X7 xx.xx.N0N3-cü il tarixli, 01əç nömrəli əmrindən görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.N-cu maddəsinə (bağlaşma ləğv edilərək) və Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 50-ci maddəsinin “z” bəndinə (xidmət vaxtı başa çatmamış) müvafiq olaraq, aşağıda adları çəkilən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qullquçuları həqiqi hərbi xidmətdən ehtiyata buraxilsinlar: 11. Çavuş İddiaçı, 157-ci motoatıcı briqadanın (N nömrəli hərbi hissə) 4-cü motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının tuşlayıcı– minaatanı. N nömrəli hərbi hissə komandirinin N nömrəli, xx.xx.N0N3-cü il tarixli əmrindən görünür ki, N9 nömrəli hərbi hissə komandirinin N may N0N3-cü il tarixli 0N7əç nömrəli əmri ilə N9 nömrəli hərbi hissə komandirinin xx.xx.N0N3-cü il tarixli 01əç nömrəli əmrinin N-ci paraqrafı 11-ci bəndi (4-cü taborun 11-ci bölüyün 1-ci taqımın tuşlayıcı-minaatanı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu çavuş İddiaçı ehtiyata buraxılması) ləğv olunduğu üçün N nömrəli hərbi hissə komandirinin N1 yanvar N0N3-cü il tarixli N3 nömrəli nizami hissə üzrə əmrinin 3-cü paraqrafı ləğv olunmuş hesab edilsin. Əsas: N9 nömrəli hərbi hissə komandirinin N may N0N3-cü il tarixli 0N7əç nömrəli əmrindən çıxarış (daxilolma № 3N7). 4-cü X7 xx.xx.N0N3-cü il tarixli, 04Nəç nömrəli əmrindən görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq, 157-ci motoatıcı briqadanın (N nömrəli hərbi hissə) 4-cü motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının tuşlayıcı - minaatanı çavuş İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılsın. N9 nömrəli hərbi hissənin məhkəməyə ünvanladığı xx.xx.N0N4-cü il tarixli, 1663 nömrəli məktubunda qeyd edilmişdir ki, X3 xx.xx.N0N3-cü il tarixdən xx.xx.N0N3-cü il tarixədək 4 (dörd) ay müddətinə işburaxma dövrü olmuş, həmin dövrlə bağlı ona heç bir ödəniş edilməmişdir. N nömrəli hərbi hissə komandirinin N nömrəli, xx.xx.N0N3-cü il tarixli əmrindən görünür ki, 4-cü taborun 11-ci bölüyünün 1-ci taqımının tuşlayıcı-minaatan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu çavuş X6, N9 nömrəli hərbi hissə komandirinin N iyul N0N3-cü il tarixli 04N əç nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin V bəndinə (xəstəliyə görə) müvafiq olaraq, ehtiyata buraxıldığı üçün işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin və xəstəliyə görə ehtiyyata buraxılması ilə əlaqədar 60 (altmış) təqvim günü növbəti məzuniyyət verilməklə N oktyabr N0N3-cü il tarixdən şəxsi heyətin siyahısından, bütun növ təminatlardan çıxarılsın və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinə göndərilsin. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu XN N0N3cü ilin yanvar-iyun aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə Nazirinin 19 oktyabr N017-ci il tarixli NN nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə"yə müvafiq olaraq birdəfəlik pul mükafatı tam həcmdə ödənilsin. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu X1 “məharət dərəcəsi" verilməmişdir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu X1 N0N3-cü ildə nəzərdə tutulmuş maddi yardım ödənilib. N0N3-cü ilin növbəti məzuniyyətini tam istifadə edib və növbəti məzuniyyətə görə biraylıq vəzifə maaşı həcmində pul təminatı ödənilib. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu X1 ehtiyata buraxılması ilə əlaqədar olaraq 5 aylıq maaş miqdarında işdən çıxma müavinəti verilsin. Əsas: N9 nömrəli hərbi hissə komandirinin N iyul N0N3-cü il tarixli 4N əç nömrəli əmrindən çıxarış. N9 nömrəli hərbi hissə komandirinin 01əç nömrəli, xx.xx.N0N3-cü il tarixli əmrindən görünür ki, çavuş İddiaçı, 157-ci motoatıcı briqadanın (N nömrəli hərbi hissə) 4cü motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının tuşlayıcı-minaatanı Qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy Rayon Şöbəsinə göndərilsin. N9 nömrəli hərbi hissə komandirinin 0N7əç nömrəli, xx.xx.N0N3-cü il tarixli əmrindən görünür ki, N9 nömrəli hərbi hissə komandirinin N yanvar N0N3-cü il tarixli 01 əç nömrəli (şəxsi heyət üzrə) əmrinin N-ci paraqrafının 11-ci bəndi (çavuş İddiaçı, 157-ci motoatıcı briqadanın (N nömrəli hərbi hissə) 4-cü motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının tuşlayıcı-minaatanı) ehtiyata buraxılması həyata keçmədiyi üçün ləğv edilsin. N9 nömrəli hərbi hissə komandirinin 04Nəç nömrəli, xx.xx.N0N3-cü il tarixli əmrindən görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq, 157-ci motoatıcı briqadanın (N nömrəli hərbi hissə) 4-cü motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının tuşlayıcıminaatanı çavuş İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılsın. İddiaçı xx.xx.N0N4-cü il tarixdə iş buraxma dövrləri üçün əmək haqqının ödənilməsi tələbi ilə inzbati orqana müraciət etsə də, tələbinə cavabdeh tərəfindən heç bir münasibət bildirilməmişdir. Tətbiq olunan hüquq normaları: İddiaçı hazırda məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsini tələb edir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. -N6.1-ci maddəsinə əsasən, dövlət orqanları, müəssisələri, idarələri, təşkilatları, vəzifəli şəxslər, hərbi idarəetmə orqanlarının komandirləri (rəisləri) öz səlahiyyətləri və vəzifələri daxilində hərbi qulluqçuların statusunu təmin edirlər. Hərbi qulluqçuların hüquqlarının və qanuni mənafeyinin həyata keçirilməsi sahəsində vəzifələrini icra etməməkdə və ya lazımınca icra etməməkdə təqsirli olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar. -N6.N-ci maddəsinə əsasən, onlara qarşı qanunsuz hərəkətlər nəticəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, hərbi rütbədən məhrum edilmiş və ya hərbi rütbəsi kiçildilmiş zabitlər və müddətindən artıq həqiqi hərbi xidmət qulluqçuları məhkəmənin qərarı ilə əvvəlki rütbəyə, həqiqi hərbi xidmətə, əvvəlki xidmət yerində və ya hərbi təhsil müəssisəsində təhsil aldığı yerdə tutduğu vəzifədən aşağı olmayan vəzifəyə bərpa edilir. Həqiqi hərbi xidmətdən qanunsuz buraxılmaq günündən hərbi xidmətə bərpa gününədək keçən vaxt, qanunsuz həbsdə saxlanmaq və ya qanunsuz məhkumluğun nəticəsində cəza çəkmək vaxtı hərbi qulluqçuların həqiqi hərbi xidmət müddətinə, hərbi rütbədə xidmət müddətinə, müvafiq vəzifələrdə xidmət müddətinə, pensiya təyin edilmək üçün xidmət müddətinə, müddətli həqiqi hərbi xidmət qulluqçularının isə xidmət hərbi xidmət müddətinə daxil edilir. -N6.3-cü maddəsinə əsasən, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində hərbi qulluqçulara vurulmuş ziyan qanunvericiliyə müvafiq olaraq ödənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -N4.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -N4.N-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qeyd edilməlidir ki, məcburi işburaxma, işçinin işəgötürənin təqsiri ucbatından öz əmək funksiyalarının icrasını müəyyən dövr üçün icra edə bilməməsidir. Qanunsuz olaraq işdən çıxarılmış işçilərin müdafiəsinin mühüm təminatlarından biri də qanunsuz olaraq işdən çıxarılmış və əvvəlki işinə bərpa olunmuş işçiyə məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsidir. Yuxarıda istinad olunan normaların tələblərindən də göründüyü kimi, onlara qarşı qanunsuz hərəkətlər nəticəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçulara işə bərpa edildikdən sonra işləmədikləri müddətə görə əmək haqqı ödənilməsi müvafiq qanunvericiliyin tələbidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, N9 nömrəli hərbi hissə komandirinin N may N0N3-cü il tarixli 0N7əç nömrəli əmri ilə N9 nömrəli hərbi hissə komandirinin xx.xx.N0N3-cü il tarixli 01əç nömrəli əmrinin N-ci paraqrafı 11-cı bəndi (4-cü taborun 11 -ci bölüyün 1-ci taqımın tuşlayıcı-minaatanı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu çavuş İddiaçı ehtiyata buraxılması) ləğv olunmuşdur və daha sonra o, N9 nömrəli hərbi hissə komandirinin 04Nəç nömrəli, xx.xx.N0N3-cü il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Və cavabdehin də məhkəməyə ünvanladığı məktubunda iddiaçıya məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilmədiyi qeyd edilmişdir. İPM-in: N.N.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. -58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. 68.N-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının ehtiyata buraxılması ilə bağlı əmr ləğv edildiyindən və sonradan xidmətə bərpa edildiyindən ona məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqı hesablanıb ödənilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və İnzibati Prosessual Məcəllənin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı ehtiyata buraxıldığı vaxtdan xidmətə bərpa olunan dövrə qədər məcburi iş buraxma dövrləri üçün əmək haqqının alınıb ödənilməsi öhdəliyi cavabdeh Müdafiə Nazirliyi N saylı hərbi hissəyə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar