Məhkəmə qərarları › İş №2-1(120)-3418/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3418/2025

12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3418/2025 12.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X5, Cavabdeh Yardımlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Yardımlı Rayon Qeydiyyat Şöbəsinə qarşı «əvvəlki adın və soyadın bərpa edilməsi (dəyişdirilməsi) öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhlkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Yardımlı Rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «əvvəlki adın və soyadın bərpa edilməsi (dəyişdirilməsi) öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X12 xx.xx.1987-ci il tarixdə Yardımlı rayonu, Şıxlar kəndində anadan olmuşdur. X3, anası X4r. Bu barədə ona Yardımlı rayon Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir. Doğum Şəhadətnaməsində adı Cavad olsa da el arasında onu həmişə Vüsal kimi adlandırırdılar. Ailəlidir. xx.xx.2009-cu il təvəllüdlü X14 və 11.Xİ.2010-cu il təvəllüdlü X17 adlı iki uşağı var. Anasının soyadının “Yaqubova” olması səbəbindən anasının arzusunu həyata keçirib, xx.xx.2021 -ci il tarixdə soyadını Yaqublu, el arasında onu Vüsal kimi çağırdıqlarına görə də adını Vüsal kimi yazdırmışdır. Lakin adının və soyadının dəyişdirilməsi barədə atası X1 vaxtlar məlumatı olmuş və buna görə ondan inciməsini bildirmişdir. xx.xx.2021-ci il tarixdə adının və soyadının dəyişdirilməsində onun üçün çətin olan əsas amillərdən biri də Nikahı haqqında Şəhadətnamədə arvadının soyadının “Talıbova” (atasına məxsus soyad) yazılmasına baxmayaraq onun soyadı “Yaqublu” kimi qeyd olunmuşdur. Buna görə də o mənəvi əzab çəkir. Çətinliklə də olsa bu barədə atası ilə məsləhətləşib, əvvəlki ad və soyadına qayıtmağını istəyir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 190-cı maddəsinin tələbinə görə adı, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Buna görə də 02 fevral 2025-ci il tarixdə adının və soyadının dəyişdirilməsi, yəni əvvəlki “X13” kimi yazılması barədə Yardımlı rayon Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin Yardımlı rayon Qeydiyyat Şöbəsi özünün 18 fevral 2025-ci il tarixli məktubu ilə adının və soyadının “X12” kimi bərpa edilməsindən imtina etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X6 iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X15 iddia ərizəsinə etiraz etməyərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialarında olan iddia ərizəsinə əlavə edilmiş Yardımlı rayon Qeydiyyat şöbəsinin İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011 -ci il tarixli 79 saylı qərarı ilə təsdiq olunmuş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın tələbinə əsasən adının və soyadının Yardımlı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci ildə dəyişdirilmişdir. Yuxarıda qeyd edilən “Qaydalarının tələbinə əsasən Qeydiyyat şöbəsində adın, sovadın növbəti dəfə dəyişdirilməsinə yol verilmir. (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəliki soyadına qayıtması halları istisna olmaqla) ərizəni təmin etmək mümkün olmamışdır. Cavabdan narazı qaldığı halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.2-ci maddəsinə əsasən inzibat qaydada Azərbaycan Respublikası Şirvan İnzibati məhkəməsinə müraciət etmək hüququ vardır. İş materialarında olan Azərbaycan Respublikası Yardımlı rayon Qeydiyyat şöbəsinin 3-16-5/8-13-437/25 nömrəli xx.xx.2025-ci il tarixli arayışında göstərilmişdir ki,xx.xx.1987-ci ildə Yardımlı rayonu Şıxlar kəndində doğulmuş X2 və adını dəyişdirmişdir. Bu barədə 19 aprel 2021-ci il tarixdə Yardımlı rayon Qeydiyyat şöbəsində 02 №-li adın, ata adının və soyadın dəyişdirilməsi haqqında akt qeydi tərtib olunmuşdur. İş materialarında olan Azərbaycan Respublikası Yardımlı Rayon Polis şöbəsinin məhkəməyə ünvanladığı 3-13-116/2-2890/25 nömrəli xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.1987-ci il təvəllüdlü İddiaçı (X8) Yardımlı Rayon Polis Şöbəsi tərəfindən şəxsiyyət vəsiqəsi verilməmiş, həmin şəxs şəxsiyyət vəsiqəsini Sumqayıt ASAN xidmət mərkəzindən əldə etdiyi üçün müvafiq sənədlərin surətlərinin göndərilməsi mümkün deyildir. Vət. İddiaçı (X10) barəsində Yardımlı Rayon Polis Şöbəsində sadələşdirilmiş icraat materialı, cinayət işi və digər təqsirləndirici material yoxdur. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci ildə Yardımlı rayonunda anadan olmuşdur. Yardımlı rayonu, Şıxlar kəndində qeydiyyatdadır. İş materiallarında olan Yardımlı rayon İcra Hakimiyyətinin Başçısının Şıxlar inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 5-81-10/2-73/2025 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.1987-ci ildə Yardımlı rayonu, Şıxlar kəndində anadan olmuşdur. Yardımlı rayon İcra Hakimiyyətinin Başçısının Şıxlar inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində daimi qeydiyyatdadır, tam orta təhsillidir, evlidir, 1 oğlu, 1qızı vardır. Ərazidə yaşadığı müddətdə onun adı, soyadı və ata adı X12 olmuşdur. İş materiallarında olan 49 nömrəli xx.xx.1987-cı il tarixli doğum haqqında akt qeydindən görünür ki, X13 xx.xx.1987-ci ildə Yardımlı rayonunda anadan olmuşdur. İşdə olan **********9042021 saylı, xx.xx.2021-ci il tarixli soyadın, adın və ata adının dəyişdirilməsi haqqında aktın qeydinə əsasən, “X13”-dan “İddiaçı”-a dəyişdirilmişdir. Məhkəmə mübahisəyə qiymət verilməsi ilə bağlı qanunvericiliyin aşağıdakı müddəalarını diqqətə çəkir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Məcəllənin 161.3-cü maddəsinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” Bənd 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Bənd 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Bənd 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Bənd 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Bənd 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Bənd 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Bənd 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Bənd 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Bənd6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçı 1xx.xx.1987-ci il tarixdə Yardımlı rayonunda doğulmuşdur. Sonradan ərizə ilə Yardımlı rayon Qeydiyyat şöbəsinə müraciət edərək, 2021-ci il tarixdə «Talıblı» soyadından “Yaqublu” soyadına və “Cavad” adından “Vüsal” adına dəyişdirmişdir və bu barədə Azərbaycan Respublikası Yardımlı rayon Qeydiyyat şöbəsinin AZ-İ № 018858 nömrəli, xx.xx.2021-ci il tarixli soyadın dəyişdirilməsi haqqında şəhadətnamə tərtib edilmişdir. Sonradan iddiaçı cavabdeh orqana müraciət edərək, soyadının yenidən əvvəlki soyada və adının əvvəlki ada dəyişdirilməsini xahiş etmişdir. İddiaçının “İddiaçın”dan “X9” dəyişdirilməsi üçün, o cümlədən, şəxsiyyət vəsiqəsində və digər sənədlərdə «Talıblı» soyadı yazıldığı üçün müxtəlif problemlərlə üzləşməsinə dair dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, əvvəla “Yaqublu” soyadının «Talıblı» soyadına və “Vüsal” adının “Cavad” adına dəyişdirilməsinin iddiaçıya hansı tərzdə problemlərlə üzləşməsinə dair sübutlar məhkəməyə təqdim olunmamış və yalnız iddiaçının iddia tələbini əsaslandırmaq üçün gətirdiyi formal heç nəyə söykənməyən arqumentləridir. Məhkəmənin qənaətinə görə “Yaqublu” soyadının «Talıblı» soyadına və “Vüsal” adının “Cavad” adına dəyişdirilməsi ilə bağlı heç bir sübut nə inzibati icraatda, nə də hazırkı məhkəmə icraatında təqdim etmədiyindən, cavabdeh orqanın imtinası qanuna zidd sayılmamalı, eləcə də iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Odur ki, iddia tələbi əsaslı sayıla bilməz. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, cavabdeh Yardımlı rayon Qeydiyyat Şöbəsi tərəfindən iddiaçının tələbinə edilmiş imtina qanuna ziddi sayıla bilməz. Belə ki, ad, soyadının növbəti dəfə dəyişdirilməsi ilə qanunverciliyin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın) nəzərdə tutulduğu hallar iddiaçıya münasibətdə müəyyən edilmir. Eyni zamanda, məhkəmə tərəfindən bildirilir ki, hazırkı iş üzrə soyadın soyad ilə, yəni ikinci dəfə dəyişdirilməsi üçün konkret əsaslar mövcud olmadığından iddia əsaslı sayıla bilməz. Odur ki, iddia tələbi əsaslı sayıla bilməz. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Yardımlı rayon Qeydiyyat Şöbəsinə qarşı «əvvəlki adın və soyadın bərpa edilməsi (dəyişdirilməsi) öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 79-cu, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Yardımlı rayon Qeydiyyat Şöbəsinə qarşı «əvvəlki adın və soyadın bərpa edilməsi (dəyişdirilməsi) öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar