Məhkəmə qərarları › İş №2-1(120)-3419/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3419/2024

24.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3419/2024 24.09.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X4 Lənkəran-X1rşı “işsizlikdən sığorta almaq hüququnu təsdiq edərək cavabdehdən ona təyin edilməli olan işsizlik sığortasını müraciət etdiyi tarixdən sonrakı ayın ilk iş günündən, yəni 01 fevral 2022-ci il tarixdən qeydiyyata alıb ödəniş edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X4 Lənkəran-X1rşı “işsizlikdən sığorta almaq hüququnu təsdiq edərək cavabdehdən ona təyin edilməli olan işsizlik sığortasını müraciət etdiyi tarixdən sonrakı ayın ilk iş günündən, yəni 01 fevral 2022-ci il tarixdən qeydiyyata alıb ödəniş edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra iddiа ərizəsi və оnа əlаvə оlunmuş sənədlərin surətləri Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən cаvаbdеhə təqdim оlunmuş, sоnuncuyа iddiаyа qаrşı öz münаsibətini (еtrаzını) yаzılı şəkildə məhkəməyə bildirmək, həmçinin, еtirаzı əsаslаndırаn sübutlаrın məhkəməyə təqdim оlunmаsı üçün müddət təyin оlunmuşdur. İş məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq iş üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə qanunvericiliyin tələblərinə uyğun şəkildə məlumat verilmişdir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və qərardad qəbul edilməsini mümkün saydı. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia düzgün cavabdehə qarşı yönəlmədiyindən mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçının qeyd olunan tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı işsizlikdən sığorta almaq hüququnu təsdiq edərək cavabdehdən ona təyin edilməli olan işsizlik sığortasını müraciət etdiyi tarixdən sonrakı ayın ilk iş günündən, yəni 01 fevral 2022-ci il tarixdən qeydiyyata alıb ödəniş edilməsindən ibarətdir. Bununla bağlı məhkəmə qeyd edir ki, X4 İdarə Heyyətinin 14 mart 2022-ci il tarixli **********2 nömrəli qərarı ilə təsdiq edilmiş X2 filialının Əsasnaməsinin 6.1.1 -ci və 6.1.5-ci bəndlərindən görünür ki, hazırki iş üzrə cavabdeh X2 filialının vəzifəsi işsiz şəxslərin qeydiyyata alınması ilə bağlı qərar qəbul etmək və həmin şəxslərə işsizlikdən sığorta ödənişinin verilməsi ilə bağlı qərar qəbul edilməsi məqsədilə Agentliyin ixtisaslaşmış qurumuna təqdimat verməkdir. Göründüyü kimi, iddiaçı məhkəmədə iddia qaldıran zaman hazırkı iş üzrə cavabdehin işsiz şəxslərə işsizlikdən sığorta ödənişinin verilməsi səlahiyyəti olmamışdır. Başqa sözlə, hazırki iş üzrə cavabdeh işsizlikdən sığorta ödənişinin verilməsi ilə bağlı tələbin yönələ biləcəyi inzibati orqan deyildir. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli hüquqi yardım məktubu ilə cavabdehi düzgün cavabdehlə əvəz etmək təklif olunmuş, iddiaçı xx.xx.2024-cü il tarixli məktubu xəbərnaməyə imza etməklə qəbul etsə də, onun tərəfindən hüquqi yardım məktublarına münasibət bildirilməmişdir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 05 nömrəli Qərarı). Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi düzgün cavabdehə qarşı yönəlmədiyindən iddia mümkün sayılmamalıdır. İddiaçının diqqətinə çatdılır ki, iddianın mümkün sayılmaması yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İddiaçı hazırki tələblə hüquqi marağına uyğun olaraq işsizlikdən sığorta almaq hüququnu təsdiq edərək cavabdehdən ona təyin edilməli olan işsizlik sığortasını müraciət etdiyi tarixdən sonrakı ayın ilk iş günündən, yəni 01 fevral 2022-ci il tarixdən qeydiyyata alıb ödəniş edilməsini istəyirsə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 müracit edərək tələbindən cavabdeh inzibati orqan tərəfindən imtina edildikdən sonra həmin orqana qarşı yenidən aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh X4 Lənkəran-X1rşı “işsizlikdən sığorta almaq hüququnu təsdiq edərək cavabdehdən ona təyin edilməli olan işsizlik sığortasını müraciət etdiyi tarixdən sonrakı ayın ilk iş günündən, yəni 01 fevral 2022-ci il tarixdən qeydiyyata alıb ödəniş edilməsi” tələbinə dair iddiası mümkün hesab edilməsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.apellyasiya şikayəti verilə bilər. Hakim Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar