Məhkəmə qərarları › İş №2-1(120)-3425/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3425/2024

20.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3425/2024 20.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinə qarşı “mərhum oğlu X9 şəhid statusunun və şəhidlik vəsiqəsinin verilməsi barədə öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “mərhum oğlu X9 şəhid statusunun və şəhidlik vəsiqəsinin verilməsi barədə öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu X10 1979-cü il tarixdə Cəlilabad rayonunda anadan olmuşdur. X22 orta məktəbi bitirdikdən xx.xx.1999-cu ildə Cəlilabad rayon Hərbi Komissarlığı (indiki Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsi) tərəfindən hərbi xidmətə çağırılmışdır. Mərhu X22 bir hərbi qulluqçu kimi xidmət etdiyi müddət dövrüdə də xidmətini vicdanla yerinə yetirmiş, intizamlı bir hərbi qulluqçu olmuş, ona verilən tapşırıqları yerinə yetirməkdə təşəbbüskarlıq göstərmiş, vətənə layiqincə xidmət etmiş və öz xidməti borcunu layiqincə yerinə yetirərək hərbçi adını həmişə uca tutmaqla vətənin ən layiqli oğullarından birinə çevrilmişdir. Belə ki, X22 xx.xx.2000-ci il tarixdə N saylı hərbi hissədə xidməti vəzifələrinin yerinə yetirərəkən həlak olmuşdur. Bundan sonra X22in xidməti vəzifəsinin icrası zamanı həlak olması barədə N saylı hərbi hissə tərəfindən xx.xx.2000-ci il tarixli, 75 nömrəli arayış və AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli arayış verilmişdir. Daha sonra da 2000-ci ildə ölüm haqqında şəhadətnamə verilmişdir. Mərhum X22in cənazəsi Cəlilabad rayonunda qəbiristanlında dəfn edilmişdir. Belə ki, valideyn olaraq oğluna şəhidlik statusunun verilməsindən ötrü cavabdeh və daha yuxarı təşkilatlara müraciət etmişdir. Lakin Müdafiə Nazirliyi şəhid adının verilməsindən imtina etmişdir. Həmçinin bildirmək istəyir ki, cavabdeh təşkilatın bu formada mövqeyi onu bir valideyn kimi məyus edir. Göründüyü kimi mərhum X22in xidməti vəzifəsinin icrası zamanı həlak olması N saylı hərbi hissənin xx.xx.2000-ci il tarixli 75 nömrəli arayışı və AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli arayış ilə də təsdiq edilir və bu hal mərhum oğluna şəhidlik statusunun verilməsi üçün əsasların olduğunu təsdiq edir. Bir daha bildirir ki, onun iddiası formal deyil, məhz əsaslıdır. Ona görə ki, mərhum X22 döyüş bölgəsində olan hərbi hissədə xidməti vəzifəsinin icrası zamanı həlak olmuşdur. Belə olan halda da Müdafiə Nazirliyinin imtinası qanunsuz və əsassızdır. Bu baxımdan həlak olmuş X22in qanunla müəyyən edilmiş meyarlara əsasən, həlak olmanın bütün hallarında şəhid adını alması imkanı aydın ifadə edilir. Hal-hazırda məhkəmə qətnaməsinin olmaması səbəbindən oğlunun şəhid olmasını təsdiq etdirmək mümkünsüz olmuşdur. Qeyd olunan cavabdeh təşkilatın mövqeyi səbəbindən bugünədək mərhum X22in şəhidlik statusunu tanıtdıra bilmir. Nəticədə onun hüquqları və qanunla qorunan maraqları pozulmuşdur. Bu barədə dəfələrlə dövlət orqanlarına müraciət etmiş və ona bildirilmişdir ki, məhkəməyə müraciət etməlidir. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Şifahi məhkəmə iclasında İddiaçı nümayəndəsi X11 izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, X9 şəhidlik statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur.Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Cəlilabad rayonunun ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Cəlilabad rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuş və Cəlilabad şəhəri, Səttraxan küçəsi, ev 48-də qeydiyyatdadır. İşdə olan AZ № 027626 nömrəli ölüm haqqında şəhadətnamənin və 73 saylı, xx.xx.2000-ci il tarixli ölüm akt qeydindən görünür ki, X10 xx.xx.2000-ci il tarixdə 701nömrəli hərbi hissədə xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuşdur. İşdə olan 07 iyun 2000-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, İddiaçı 13 yanvar 2000-ci ildə ölmüş vətəndaş X7 vərəsəsi təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin ünvanladığı xx.xx.2023-cü il tarixli məktubuna əsasən, Azərbaycan Respublikası Milli Arxiv idarəsi Kollegiyasının "Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddəti göstərilməklə nümunəvi Siyahısının və onun tətbiq olunmasına dair göstərişin təsdiq edilməsi haqqında” xx.xx.2016-cı ıl tarixli, 3/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısı”nın 151 və 916-cı, həmçinin 319, 326 və 327-ci bəndlərinə uyğun olaraq, Şirkətin idarə Heyəti əmfindən təsdiq edilmiş “sənədlərin və işlərin məhvə ayrılması haqqında” xx.xx.2005-cı tarixli akta əsasən, 2000-2001-ci illərə aid, vaxtı keçmiş, elmi-tarixi dəyəri olmayan və əməli əhəmiyyətini itirmiş sənəd və işlərin məhv edilməsi qərara alınmışdır. İşdə olan Müdafiə Nazirinin N №-li hərbi hissə komandirinin xx.xx.1999-cu il tarixli, 202 nömrəli əmrindən çıxarışdan görünür ki, X10 N saylı hərbi hissə komandirinin xx.xx.1999-cu il tarixli sərəncamına əsasən hərbi hissəyə göndərilmiş, hərbi hissənin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmuş, 4-cü və 5-ci MAT-da ştatdan kənar saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli, 65 nömrəli arayışında qeyd edilmişdir ki, 1955-ci il təvəllüdlü Cəlilabad şəhər sakini İddiaçı ondan ötrü ki, həqiqətən onun övladı X4 xx.xx.2000-ci il tarixdə 701-nömrəli hərbi hissədə xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuşdur. İşdə olan Müdafiə Nazirinin N №-li hərbi hissə komandirinin xx.xx.2000-ci il tarixli, 20 nömrəli əmrindən çıxarışdan görünür ki, 5-MAT-ın əsgəri sıravi X10 xx.xx.2000-ci il tarixdə xidməti vəzifəsini yetirərəkən aldığı odlu silah yarasından həlak olduğu üçün hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmış, bütün növ təminatlardan azad olunmuş, qeydiyyat sənədləri Cəlilabad rayon Hərbi Komissarlığına göndərilmişdir. İşdə olan 701-nömrəli hərbi hissə komandirinin Cəlilabad rayon Hərbi Komissarlığına göndərdiyi xx.xx.2000-ci il tarixli, 75 nömrəli məktubundan görünür ki, hərbi hissənin əsgəri 1979-cu il təvəllüdlü, Cəlilabad rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1999-cu il tarixdə həqiqi hərbi xidmətə çağırılmış sıravi X12 xx.xx.2000-ci il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuşdur. İşdə olan Cəlilabad rayon Hərbi Komissarlığının xx.xx.2003-cü il tarixli, 39 nömrəli arayışından görünür ki, 1979-cu il təvəllüdlü X10 xx.xx.2000-ci il tarixdə Tər-Tər rayonu, Qaradağlı kəndində xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuşdur. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1060/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən, iddia qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsinin İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin ünvanladığı xx.xx.2024-cü il tarixli, 1 saylı qərarına əsasən, İddiaçı Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsindən daxil olan 2- 1(120)-1060/2023 nömrəli xx.xx.2023-cü il tarixli müraciətində (vəsatətində) mərhum oğlu X9 şəhid statusu və şəhidlik vəsiqəsinin verilməsini, özünün isə şəhid ailəsi hesab edilməlini tələb etmişdir. Şirvan İnzibati Məhkəməsinin İddiaçı iddiası üzrə qəbul etdiyi 13 noyabr 2023-cü il tarixli, 2-1 (120)-1060/2023 nömrəli qərarına əsasən inzibati icraat üzrə zəruri araşdırma aparılmışdır. Araşdırma zamanı X4na “şəhid” statusunun verilibverilməməsinə dair sənədlərə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsində baxılmışdır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinətinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər tətbiqi qaydaları” nın 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya Daxili İşlər, Dövlət Təhlükəsizliyi və Xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X2 Xidmətində, X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Həmin qaydaların 4.1-ci bəndinə əsasən, şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsinin 16 saylı əlavəsinin 1.4.2-ci yarımbəndində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X2 Xidmətinin, X3 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci yarımbəndinə əsasən, həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. X4 xx.xx.2000-ci il tarixdə 701- nömrəli hərbi hissədə xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuşdur. İşdə olan Müdafiə Nazirinin N nömrəli hərbi hissə komandirinin xx.xx.2000-ci il tarixli 20 nömrəli əmrindən çıxarışdan görünür ki, 5-MAT-ın əsgəri sıravi X10 xx.xx.2001-ci il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən aldığı odlu silah yarasından həlak olduğu üçün hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmış, bütün növ təminatlardan azad olunmuşdur. Azərbaycan Respublikası Tərtər Hərbi Prokurorluğunun xx.xx.2007-ci il tarixli 19HP3217 nömrəli məktubuna əsasən X10 xx.xx.2000-ci il tarixdə xidməti istifadə üçün ona verilmiş avtomat silahdan atəş açaraq özünü öldürmüşdür. Səfərbrəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsində Tərtər Hərbi Prokurorluğunun xx.xx.2007-ci il tarixli, 19HP 3217 nömrəli məktubu mövcuddur və həmin məktubda X10 özünü öldürməsi faktı təsdiqini tapmışdır. İnzibati icraat üzrə araşdırma zamanı mərhum əsgər X7 xidmət dövründə xidməti istifadə üçün ona verilmiş avtomat silahdan atəş açaraq özünü öldürdüyü müəyyən edilmiş, yəni onun Azərbaycan Respublikası azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə əiaqədar xidməti vəzilərini yerinə yetirərkən həlak olması müəyyən edilməmişdir. Odur ki, hərbi xidmət dövründə müxtəlif səbəblərdən həlak olmuş hərbi qulluqçuların şəhid hesab edilməsi yuxarıda göstərilən qanunvericilikdə nəzərdə tutulmadığından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsi tərəfindən X1 şəhid kimi uçotunun aparılması, ailəsinə şəhid ailəsi statusunu təsdiq edən arayışın verilməsi mümkün hesab edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli 1036-İİQ nömrəli Qanununun 59-cu maddəsini, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 2-ci maddələrini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarf’nın 1 və 4cü bəndlərini və Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci yarımbəndini rəhbər tutaraq, İddiaçı mərhum övladı X9 şəhid, ailəsinə şəhid ailəsi statusunu təsdiq edən arayışın verilməsi barədə xx.xx.2023-cü il tarixli, 2- 1 (120)-1060/2023 nömrəli müraciəti (vəsatəti) təmin edilməməsi qərara alınmışdır. - İşdə olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktublarına əsasən, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin əsgəri X7 xx.xx.2000-ci il tarixdə odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölməsi faktına görə xx.xx.2000-ci il tarixdə Tərtər Qarnizonu Hərbi Prokurorluğunda xx.xx.2000-ci ıl tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CMnin 100-cü maddəsinin 1-ci hissəsi ilə 19/25506 №-li cinayət işi başlanmış və həmin cinayət işinin icraatına xx.xx.2000-ci il tarixdə xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CPM-nin 10-cu maddəsinin 2-ci bəndi və 215-ci maddəsinin 2-ci hissəsinə əsasən xitam verilmişdir. Tərtər Hərbi Prokurorluğunun Ekspert Komissiyası Azərbaycan Respublikası Baş Prokurorluğunun Mərkəzi Ekspert Komissiyasının üzvlərinin iştirakı ilə Tərtər Hərbi Prokurorluğunun 1992-2017-ci illər ərzində fəaliyyəti dövründə toplanmış sənədlərin bir qismi elmi texniki dəyərini və təcrübi əhəmiyyətini itirdiyinə görə məhv edildiyindən R.K.Babayevin ölməsi faktı ilə bağlı istintaq olunmuş cinayət işi üzrə zəruri sənədlərin surətlərinin və ölümünün səbəbləri barədə ətraflı məlumatın təqdim olunması qeyri-mümkündür. - İşdə olan AO seriyalı, ******* saylı hərbi biletinə əsasən, X7 xx.xx.1999-cu il tarixdə hərbi hissəyə göndərilmişdir. - İşdə olan Tərtər Hərbi Prokurorluğunun xx.xx.2007-ci il tarixli məktubuna əsasən, X13 xx.xx.2000-ci il tarixdə xidməti istifadə üçün ona verilmiş avtomat silahdan atəş açaraq özünü öldürmüşdür. Həmin faktla bağlı xx.xx.2000-ci il tarixdə əvvəl qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 100-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq edilmişdir. xx.xx.2000-ci il tarixdə həmin cinayət işinin icraatına əvvəl qüvvədə olmuş Azərbaycan Respublikası CPM-nin 10-cu maddəsinin 2-ci bəndinə əsasən xitam verilmişdir. - İşdə olan Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli, 1101 saylı məktubuna əsasən, vətəndaş X10 barəsində Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının arxiv bazasında heç bir qərar, xəstəlik haqqında şəhadətnamə və hər hansı bir məlumat yoxdur. - İşdə olan Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 2214 saylı məktubuna əsasən, N №-li hərbi hissədən daxil olmuş xx.xx.1999-xx.xx.2006-cı il tarixli “Şəxsi heyətin qaytarılmaz itkilərin adlı siyahısı” qovluğunda (əsas: səh-118, atasının adı “Kamil” yazılmışdır, məlumat olduğu kimi köçürülmüşdür) xx.xx.1999-cu il tarixdə Cəlilabad RHKdan çağırılmış, 1979-cu il təvəllüdlü , N №-li hərbi hissənin 5-ci MAT-ın hərbi qulluqçusu, sıravi X8 xx.xx.2000-ci il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən odlu silahdan aldığı güllə yarasından həlak olduğu üçün, N №-li hərbi hissə komandirinin xx.xx.2000-ci il tarixli 20 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması və xx.xx.2000-ci il tarixdə Cəlilabad rayonunda dəfn olunması barədə məlumat qeyd edilmişdir. N №-li hərbi hissədən daxil olmuş xx.xx.1999-xx.xx.2006-cı il tarixli “Şəxsi heyətin qaytarılmaz itkilərin adlı siyahısı” qovluğunda (əsas: səh-120, atasının adı “Kamil” yazılmışdır, məlumat olduğu kimi köçürülmüşdür) qeyd olunmuş “İ Ordu korpusunun şəxsi heyətinin xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək olan Qaytarılmaz İtkilərin adlı siyahısında” xx.xx.1999-cu il tarixdə Cəlilabad RHK-dan çağırılmış, 1979-cu il təvəllüdlü, N №-li hərbi hissənin 5-ci MAT-ın hərbi qulluqçusu, atıcı, əsgər X8 xx.xx.2000-ci il tarixdə silahla davranış qaydalarını pozma nəticəsində silah əlində açılaraq göbək nahiyyəsindən dəyməsi və vəfat etməsi, N №-li hərbi hissə komandirinin xx.xx.2000-ci il tarixli 20 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması və xx.xx.2000- ci il tarixdə Cəlilabad rayonunda dəfn olunması yazılmışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Xidmətin Cəlilabad rayon şöbəsində saxlanılan uçot sənədlərinə, Tərtər Hərbi Prokurorluğunun xx.xx.2007-ci il tarixli 19HP3217 nömrəli və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2019-cu il tarixli HP-xx/xx-6177 nömrəli məktublarına əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri X7 xx.xx.2000-ci il tarixdə xidməti istifadə üçün ona verilmiş avtomat silahdan atəş açaraq özünü öldürməsi faktı üzrə xx.xx.2000-ci ıl tarixdə əvvəl qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 100-cü maddəsi ilə (özünü öldürmək dərəcəsinə çatdırmaq) Tərtər Hərbi Prokurorluğunda cinayət işi başlanaraq istintaq edilməsi və xx.xx.2000-ci il tarixdə həmin cinayət işinin icraatına əvvəl qüvvədə olmuş Azərbaycan Respublikası CPM-nın 10-cu maddəsinin 2-ci bəndinə (əməldə cinayət tərkibi olmadığına görə) əsasən xitam verilmişdir. Bu səbəbdən Xidmətin Cəlilabad rayon şöbəsi tərəfindən mərhum R.K.Babayevə “şəhid" adının və “şəhid ailəsi statusuna malik olmağına dair arayışın verilməsi mümkün olmamışdır. Qeyd olunanlarla razılaşmadığı üçün mərhum övladı X9 “şəhid” statusunun verilməsinə dair iddia ərizəsi ilə Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir, Şırvan İnzibatı Məhkəməsinin xx.xx.2023cü il tarixli 2-1(120)-1060/2023 nömrəli qərarında məhkəmənin hüquqi mövqeyim nəzərə almaqla müraciətini əlaqədar inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında Xidmətin Cəlilabad rayon şöbəsinin üzərinə öhdəlik qoyulmuşdur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cu il tarixli 2-1(120)- 1060/2023 nömrəli qərarının icrasının təmin edilməsi məqsədi ilə qeyd olunan məsələ ilə əlaqədar müvafiq araşdırma aparılmış və mövcud qanunvericiliyin tələblərinə əsasən X4na “şəhid’’ statusunun verilməməsi barədə Xidmətin Cəlilabad rayon şöbəsi tərəfindən inzibati aktın qəbul edilməsi məqsədəmüvafiq hesab olunmuşdur. Göstərilənləri nəzərə alaraq, Xidmətin Cəlilabad rayon şöbəsi tərəfindən inzibati akt tərtib olunaraq mərhum R.K.Babayevə “şəhid”, ailəsinə "şəhid ailəsi” statusunu təsdiq edən arayışın verilməsi barədə müraciətinin (vəsatətinin) təmin edilməməsinə dair qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, İddiaçıov qızının oğludur, X4 onun qardaşı olub, hadisə baş verəndən sonra hərbi hissənin hərbi qulluqçuları qardaşı X7 cənazəsini onların həyətə gətirəndə onun on üç yaşı var idi, meyit yuyulanda iştirak etmişdir və güllə yarasının arxa nahiyədən girərək göbəyin sağ tərəfindən çıxdığını müşahidə etmişdir, insanın avtomat silahı ilə özü-özünü arxadan vurması qeyri-mümkün olan haldır, həmçinin qardaşı uzaq məsafədən açılmışdır atəş nəticəsində həlak olmuşdur. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, İddiaçıov qızının mərhum oğlu X10 həlak olan zaman Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin əməkdaşı olmuşdur, hadisə baş verəndən sonra hərbi hissənin hərbi qulluqçuları X1 cənazəsini onların həyətinə gətirdilər, iştirak edənlərin bildirdiyinə görə meyit yuyulanda güllə yarasının göbəyin aşağı nahiyədən girərək arxa nahiyədən çıxdığını bildirmişlər. Müşahidələr onu təsdiq edirdi ki, X10 uzaq məsafədən açılmış atəş nəticəsində həlak olmuşdur. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» 03 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq olunmuş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»na əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər (bənd 1.2.5). Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər (bənd 1.2.6). Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissəninarayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir (bənd 4.1). Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1-ci bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən verilir (bənd 4.2). «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin, «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinin tətbiq edilməli olduğu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli qanunun tələblərinə müvafiq təkmilləşdirilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə tövsiyə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar, habelə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. Qeyd edilən Konstitusiya Məhkəməsi Plenumunun mövqeyindən görünür ki, şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsi: 1.4.2. Həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. İş materialları və məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı cavabdeh orqana müraciət edərək, mərhum oğlu X9 şəhidlik statusu verilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən imtina edilərək bildirilmişdir ki, Xidmətin Cəlilabad rayon şöbəsində saxlanılan uçot sənədlərinə, Tərtər Hərbi Prokurorluğunun xx.xx.2007-ci il tarixli 19HP3217 nömrəli və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2019-cu il tarixli HP-xx/xx-6177 nömrəli məktublarına əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri X7 xx.xx.2000-ci il tarixdə xidməti istifadə üçün ona verilmiş avtomat silahdan atəş açaraq özünü öldürməsi faktı üzrə xx.xx.2000-ci ıl tarixdə əvvəl qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 100-cü maddəsi ilə (özünü öldürmək dərəcəsinə çatdırmaq) Tərtər Hərbi Prokurorluğunda cinayət işi başlanaraq istintaq edilməsi və xx.xx.2000-cı ıl tarixdə həmin cinayət işinin icraatına əvvəl qüvvədə olmuş Azərbaycan Respublikası CPM-nın 10-cu maddəsinin 2-ci bəndinə (əməldə cinayət tərkibi olmadığına görə) əsasən xitam verilmişdir. Bu səbəbdən Xidmətin Cəlilabad rayon şöbəsi tərəfindən mərhum R.K.Babayevə “şəhid" adının və “şəhid ailəsi statusuna malik olmağınıza dair arayışın verilməsi mümkün olmamışdır. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1060/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən, iddia qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsinin İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Bundan sonra cavabdeh orqan eyni məzmunlu xx.xx.2024-cü il tarixli, 1 saylı qərar və məktubla mərhum R.K.Babayevə “şəhid" adının və “şəhid ailəsi statusuna malik olmasına dair arayışın verilməsi mümkün olmaması barədə məlumat vermişdir. Bundan sonra iddiaçı yenidən eyni tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən keçirilmiş araşdırmalar nəticəsində müəyyən edilmişdir ki,xx.xx.1999-cu il tarixdə Cəlilabad RHK-dan çağırılmış, 1979-cu il təvəllüdlü, N №-li hərbi hissənin 5-ci MAT-ın hərbi qulluqçusu, sıravi X8 xx.xx.2000-ci il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən odlu silahdan aldığı güllə yarasından həlak olduğu üçün, N №-li hərbi hissə komandirinin xx.xx.2000-ci il tarixli 20 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması və xx.xx.2000-ci il tarixdə Cəlilabad rayonunda dəfn olunması barədə məlumat qeyd edilmişdir. N №-li hərbi hissədən daxil olmuş xx.xx.1999-xx.xx.2006-cı il tarixli “Şəxsi heyətin qaytarılmaz itkilərin adlı siyahısı” qovluğunda (əsas: səh-120, atasının adı “Kamil” yazılmışdır, məlumat olduğu kimi köçürülmüşdür) qeyd olunmuş “İ Ordu korpusunun şəxsi heyətinin xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək olan Qaytarılmaz İtkilərin adlı siyahısında” xx.xx.1999-cu il tarixdə Cəlilabad RHK-dan çağırılmış, 1979-cu il təvəllüdlü, N №-li hərbi hissənin 5-ci MAT-ın hərbi qulluqçusu, atıcı, əsgər X8 xx.xx.2000-ci il tarixdə silahla davranış qaydalarını pozma nəticəsində silah əlində açılaraq göbək nahiyyəsindən dəyməsi və vəfat etməsi, N №-li hərbi hissə komandirinin xx.xx.2000-ci il tarixli 20 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması və xx.xx.2000- ci il tarixdə Cəlilabad rayonunda dəfn olunması yazılmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının mərhum oğlu X10 hərbi xidmət zamanı həlak olması qeyd edilsə də, onun ölümünün səbəb əlaqəsi – Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda, ölümün şəraiti – həlak olma və ya vəfat etmə, eləcə də ölümün başvermə anı – hərbi əməliyyatlar və ya xidməti vəzifəsinin icrası zamanı olması hadisədə öz əksini tapmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Cavabdeh orqan iddiaçının mərhum oğluna şəhid statusunun verilməsindən imtina edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, belə halların mövcudluğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və işin faktiki halları ilə də təsdiq olunduğu kimi iddiaçının mərhum oğlu qanunvericiliyin tələbi baxımından şəhid hesab olunmur. Belə olan halda onun şəhid hesab edilməsi “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun tələblərinə zidd olacaqdır. X1 döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı deyil, özünü odlu silahdan vuraraq həlak olduğundan cavabdehin imtinası əsaslı olmuşdur. Nəzərə alınmalıdır ki, X1 həqiqi hərbi xidmətdə olmaqla hərbi qulluqçu hesab edildiyindən onun ölüm səbəbi kimi “öz xidməti vəzifəsinin yerinə yetirilməsi ilə bağlıdır” göstərilmişdir. Lakin yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri baxımından şəxsin şəhid hesab edilməsi üçün onun ölümü ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması (yəni döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi) arasında səbəbli əlaqə mövcud olmalıdır. İş üzrə mərhumun döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar hər hansı xüsusat müəyyən edilməmişdir. Göründüyü kimi, yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş səbəbli əlaqə hazırkı iş üzrə iddiaçının mərhum oğluna münasibətdə müəyyən edilmədiyinə görə, inzibati orqanın iddiaçının oğluna şəhid statusu verilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli Qərarına görə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinə qarşı “mərhum oğlu X9 şəhid statusunun və şəhidlik vəsiqəsinin verilməsi barədə öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinə qarşı “mərhum oğlu X18 (Kamil) oğluna şəhid statusunun və şəhidlik vəsiqəsinin verilməsi barədə öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar