Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-343/2021 28.01.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı (Sabirabad rayonu, Əsədli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, o, xx.xx.N73-cü ildə Sabirabad rayonunun Əsədli kəndində anadan olmuş, hal-hazırda Sabirabad rayonu, Əsədli kəndində yaşayır və orada qeydiyyatdadır. Sabirabad RHK tərəfindən N2-ci ilin may ayının 05-də müddətli həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.N2-ci il tarixdə döyüş bölgəsi olan Ağdam rayonu ərazisində yerləşən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsinə göndərilmişdir. xx.xx.N2-ci il tarixdən N-cü ilin fevral ayına kimi həmin hərbi hissənin tərkibində hərbi xidmət keçmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşmuş, N-cü ildə döyüş bölgəsi olan Ağdam rayonu artıq işğal edilmiş və hərbi xidmət keçdiyi N saylı hərbi hissə demək olar ki, mövcud deyildir. Bu səbəbdəndə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargahının xx.xx.N-cü il tarixli, DQŞ-2 saylı Fərmanına əsasən XN xx.xx.N-cü il tarixli, N78 nömrəli əmri ilə xx.xx.N-cü il tarixdə hərbi hissənin əsgərlərinin şəxsi heyətin siyahısından və bütün təminat növlərindən çıxarılmışdır. Bundan sonra “Goran” təlim mərkəzinə göndərilmişdir. xx.xx.N-cü il tarixdə yenidən döyüş bölgəsində yerləşən N saylı hərbi hissəyə göndərilmiş və N saylı hərbi hissə komandirinin N saylı əmrilə xx.xx.N-cü il tarixdən şəxsi heyətin siyahısına salınaraq bütün növ təminatlarla təmin olunmaqla baş sürücü vəzifəsinə təyin olunmuşdur. xx.xx.Ncü il tarixdə N saylı hərbi hissə komandirinin N saylı əmrilə şəxsi heyətin siyahısından çıxarılaraq N saylı hərbi hissəyə göndərilmiş, xx.xx.N5-ci il tarixə kimi N saylı hərbi hissənin tərkibində hərbi xidmət keçmişdir. Həmin dövrdə nizami hərbi ordu olmadığından sıravi əsgərlərin heyətlərin sıralarında qeyd alınmasında ciddi problemlər yarandığı səbəbindən hərbi hissə əsgərlərinə olduğu kimi onunda adı ondan asılı olmayan səbəblərdən hərbi hissəni özbaşına tərk etmiş şəxslərin siyahısına salınmışdır. Lakin hərbi hissəni özbaşına tərk etməmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Bu səbəbdəndə müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi məqsədilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etsə də ona imtina cavabı verilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli, N47 nömrəli əmrilə şəxsi heyətin siyahısına salınmışdır. Sonradan N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli, 265 nömrəli əmrilə şəxsi heyətin siyahısına salınmışdır. İddiaçı xx.xx.N5-ci ildə hərbi hissəni özbaşına tərk etdiyi üçün şəxsi heyətin siyahısından çıxarılmışdır. İddiaçı iddia ərizəsində qeyd edib ki, hərbi xidməti N2-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tərkib hissəsi olan Daxili Qoşunların N nömrəli hərbi hissəsində başlayıb. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin təqdim etdiyi arxiv arayışına əsasən iddiaçı xx.xx.N-cü ildə döyüş əməliyyatları gedən zaman xidmət yerini özbaşına tərk etmişdir. İddiaçı barəsində Azərbaycan Respublikası Milli Məclisinin xx xxxxxxx N7-ci il tarixli amnistiya aktı tərtib edilmişdir. Hərbi biletdə hərbi komissarlıq tərəfindən döyüşlərdə iştirak barədə aparılmış qeydlərin əsası məlum deyil. İddiaçının Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə xidməti atəşkəs dövründən sonra təsadüf edir. İddiaçı tələblərinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 20N-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə xx xxxxxx 20N-cu il tarixli, 4 nömrəli qərarına əsasən Sabirabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Sabirabad rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin əsaslı deyildir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.N73-cü il tarixdə Sabirabad rayonunun Əsədli kəndində anadan olmuş, Sabirabad rayonu, Əsədli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan xx.xx.N8-ci il tarixli, AO ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.N2-xx.xx.N2-ci il tarixlərdə N nömrəli hərbi hissənin, xx.xx.N-xx.xx.N-cü il tarixlərdə N nömrəli hərbi hissənin və xx.xx.N5-xx.xx.N5-ci illərdə N nömrəli nömrəli hərbi hissənin tərkibində hərbi xidmətdə olmuşdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.20N-cu il tarixli, 9/2-6683 nömrəli məktubundan görünür ki, İddiaçı xidməti davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmiş sıravi İddiaçı N nömrəli hərbi hissə komandirininxx.xx.N-cü il tarixli, 202 nömrəli əmrilə xx.xx.N-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Müdafiə Nazirinin xx.xx.N-cü il tarixli müvafiq əmrinə əsasən xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəlmiş bir qrup hərbi mükəlləfiyyətinin N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli, 265 nömrəli əmrilə şəxsi heyətin siyahısına, bütün növ təminatlarla salınması barədə məlumat vardır. Əmrə əlavə edilmiş adlı siyahıda Sabirabad RHK-dan çağırılmış, N73-cü il təvəllüdlü, sıravi İddiaçıadı qeyd olunmuşdur. Hərbi hissəni özbaşına tərk etdiyi üçün N7Nci il təvəllüdlü, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N5-ci il tarixli, 250 nömrəli əmrilə bütün növ təminatlardan azad edilmişdir. N nömrəli hərbi hissə komandirinin yanvar N-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitabında İddiaçı şəxsi heyətin siyahısına salınması barədə məlumat aşkar edilməmişdir. N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 9/2-N0828 nömrəli məktubunda qeyd edilmişdir ki, “Goran” təlim mərkəzindən gəlmiş sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxx N-cü il tarixli N47 №-li əmrilə xx xxxx N-cü il tarixdən şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınaraq baş sürücü vəzifəsinə təyin olunmuşdur. Xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmiş sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxxxxxx N-cü il tarixli 202 nömrəli əmrilə xx xxxxxxxx N-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Müdafiə Nazirinin xx.xx.N-cü il tarixli müvafiq əmrinə əsasən xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəlmiş bir qrup hərbi mükəlləfiyyətlinin N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 265 nömrəli əmrilə şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınması barədə məlumat vardır. Əmrə əlavə edilmiş adlı siyahıda Sabirabad RHK-dan çağırılmış, N73-cü il təvəllüdlü, sıravi İddiaçı adı qeyd olunmuşdur. Hərbi hissəni özbaşına tərk etdiyi üçün N7N-ci il təvəllüdlü, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N5-ci il tarixli 250 nömrəli əmrilə bütün növ təminatlardan azad edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N6-cı il tarixli N nömrəli əmrində hərbi hissəni özbaşına tərk etmiş şəxsi heyətin Müdafiə Nazirinin xx.xx.N6-cı il tarixli müvafiq əmrinə əsasən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılaraq qulluq etdikləri müddət sayılmamaq şərti ilə hərbi qeydiyyat sənədləri hərbi komissarlıqlara göndərilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N6-cı il tarixli N nömrəli əmrinin 2-ci paraqrafına əlavə edilmiş adlı siyahısında hərbi hissəni özbaşına tərk etmiş Sabirabad RHK-nın çağırışçısı, N73-cü il təvəllüdlü sıravi İddiaçı adı qeyd olunmuşdur. N nömrəli hərbi hissə komandirinin sentyabr N2-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Araşdırmalar İddiaçı barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş sorğu əsasında aparılmışdır. N nömrəli hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N №-li hərbi hissənin xx.xx.N2-ci ildən xx.xx.N-cü ilədək, 70N №-li hərbi hissənin xx.xx.NN -ci ildən xx.xx.N-cü ilədək döyüş əməliyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin N-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N5-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci maddəsinə görə NN-ci il oktyabrın 9-dan N-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx N-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il N sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Beləliklə, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərtdir. Yəni hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının ordu sıralarından qanuni əsaslarla tərxis olunması müəyyən edilməmiş, eyni zamanda iddiaçı bu barədə məhkəməyə heç bir subut (hərbi hissələrin nizami hissə üzrə əmri, arxiv arayışı və s.) təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddaçının qanunla müəyyən edilmiş qaydada hərbi hissədən tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən subutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, məhkəmə iş üzrə toplanmış subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin subutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Мəhkəmə hesab edir ki, prosessal xərc (məhkəmə xərci) – yəni hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia təmin edilmədiyindən iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.N-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.N-ci, 68-69-cu və 85.N-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Prosessual xərc iddiaçıya aid edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-343/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-343/2021
28.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver