Məhkəmə qərarları › İş №2-1(120)-3434/2023

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3434/2023

19.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3434/2023 19.12.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı «Hərbi Həkim Komissiyasının xx.xx.2010-cu il tarixli, 1012 nömrəli qərarında “ikitərəfli bronxopnevmaniya” diaqnozunun dəyişdirilərək, xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi Ağdam Mərkəzi Rayon Xəstəxanasında müalicə və müayinə olunmasına dair çıxarış epikrizində qeyd olunan partlayış travması nəticəsində “Qapalı kəllə-beyin travması, beyin silkələnməsi kontuziya” diaqnozu ilə olan travmanın səbəb əlaqəsinin dəyişdirilərək “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun X1 döyüş zamanı xəsarət almağının müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-nin 47-49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə İddiaçı X1 döyüş zamanı xəsarət almağının müəyyən edilməsinə dair müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyin qoyulması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(106)-181/2023 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının apellyasiya şikayətinin qismən təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2-1(120)-2229/2022 saylı qərаrının ləğv edilməsi, işin təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “onun X1 düyüş zamanı xəsarət almağının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə iddiaçının və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “Hərbi Həkim Komissiyasının xx.xx.2010-cu il tarixli, 1012 nömrəli qərarında “ikitərəfli bronxopnevmaniya” diaqnozunun dəyişdirilərək, xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi Ağdam Mərkəzi Rayon Xəstəxanasında müalicə və müayinə olunmasına dair çıxarış epikrizində qeyd olunan partlayış travması nəticəsində “Qapalı kəllə-beyin travması, beyin silkələnməsi kontuziya” diaqnozu ilə olan travmanın səbəb əlaqəsinin dəyişdirilərək “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1974-cü il tarixdə Ağcabədi rayonunun, Qiyamadınlı kəndində anadan olmuşdur. Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan Respublikasmın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə N №-li hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. Birinci Qarabağ müharibəsi veteranı və İİ-ci qrup əlildir. Lakin döyüşlərdə iştirak etməyinə baxmayaraq, xidmət zamanı “ikitərəfli broxopevmaniya” xəsətliyi əsasında Azərbaycan Respublikasınm Müdafıəsi zamanı travma alması cavabdeh Azərbaycan Respublikası Müdafıə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2010-cu il tarixli qərarı ilə təsdiq edilmişdir. O, X1 Ağdam rayonu uğrunda gedən döyüşlərdə N №-li hərbi hissənin tərkibində topçu kimi döyüşərək iştirak etmişdir. Lakin xx.xx.1993-cü il tarixdə döyüş zamanı mərmi partlayışı nəticəsində “qapalı kəllə beyin travması, beyin silkələnməsi, kontuziya” xəsarəti almışdır. Müalicəsi Ağdam Rayon Mərkəzi Xəstəxanasında aparılmış və xx.xx.1993-cü il tarixdə göndərilmişdir. Məhz Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.1993-cü il tarixli çıxarışında onun nə vaxt, harada, hansı şəraitdə xəsarət almağı aydın göstərilmişdir. Cavabdeh tərəfındən onun barəsində döyüş zonasında hərbi xidmət keçərkən “ikitərəfli broxopevmaniya” xəsətliyi əsasında Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınması barədə qərar verilmişdir. O, həqiqiətən də Ağdam uğrunda gedən döyüşlərdə xəsaərt almağı barədə cavabdehə müraciət etdikdə, cavabdeh tərəfindən öncə xx.xx.2022-ci il tarixli, 1424 saylı məktubla Ağdam Rayon Mərkəzi Xəsətəxanasına sorğu verilmiş və Ağdam Rayon Mərkəzi Xəsətəxanası publik hiiquqi şəxsi tərəfindən xx.xx.2022-ci il tarixli, 564 №-li sorğuya cavab məktubunda biİdirilmişdir ki, xx.xx.1993-cü il tarixdə Ağdam rayonu işğal olunduğundan, həmin tarixə qədərki dövr üzrə Ağdam Rayon Mərkəzi Xəstəxanasının arxiv bölməsində saxlanılan sənədlər, o cümlədən İddiaçı dair müvafıq tibbi sənədlər işğal olunmuş ərazidə qalmışdır. Bu əsaslarla İddiaçı dair müvafiq tibbi sənədləri təqdim edə bilmirik. Buna baxmayaraq, cavabdeh MN-nin Mərkəzi Hərbi Həkim Komissiyası ona xx.xx.2022-ci il tarixli, 1463 №-li cavab məktubunda onun xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi Ağdam Rayon Mərkəzi Xəstəxanasında “partlayış travması nəticəsində qapalı kəllə beyin tarvması, beyin silkələnməsi. Kontuziya” diaqnozu ilə müayinə və müalicə olunduğuna dair təqdim etdiyi çıxarış epikrizinin əsaslı olub-olmamasını müəyyən edilməsi məqsədi ilə Ağdam RMX-na MN MHHK tərəfındən xx.xx.2022-ci il tarixli, 1424 saylı məktubla sorğu verilmişdir. Ağdam Rayon MX-nın publik hüquqi şəxsin direktorunun MN MHHK-na olan xx.xx.2022-ci il tarixli, 564 saylı cavab məktubunda sənədlərin işğal altında qaldığı bildirilmişdir. Bu səbəbdən də “təqdim edilmiş çıxarış epikrizinin kserosürət olması, xəstəlik tarixinin olmaması, travmanı təsdiq edən hərbi hissənin komandirinin arayışının olmaması, travmanı təsdiq edən digər sənədlərin olmaması, travmadan uzun müddət keçməsi, aldığı xəsarətin ağırlaşması ilə əlaqədar sonrakı illərdə mlialicə olunduğunu təsdiq edən sənəd olmadığından xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsini təyin etmək mümkün olmamışdır” cavabı verilmişdir. Bu deməkdir ki, cavabdeh tərəfindən onun döyüş zamanı xəsarət almasını müvafıq sənədin əslinin olmamasına, həmin sənədlərdə müvafıq qeydlərin aparılmamasına istinad etməklə onun döyüş zamanı xəsarət almasının müəyyən edilməsindən imtina edilmişdir. Bu səbəbdən də o, pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə məhkəmə müdafiəsindən istifadə edərək “Birinci Qarabağ uğrunda gedən döyüşlərdə xəsarət almasının müəyyən edilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdehin xx.xx.2022-ci il tarixli, 1424 sayh məktubda ona müvafiq sənədlərin olmaması və həmin sənədlərdə müvafıq qeydlərin aparılmamasını əsas gətirməsi tamamilə əsasızdır. Belə ki, əvvəla Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.1993-cü il tarixli çıxarışında onun nə vaxt, harada, hansı şəraitdə xəsarət alması və xəsarətinin dərəcələri göstərilmişdir. Cavabdehin istinad etdiyi həmin çıxarışda epikrizin kserosürətinin olması, xəsətəlik tarixinin olmaması, travmanı təsdiq edən hərbi hissənin komandirinin arayışının olmaması, travmanı təsdiq edən digər sənədlərin olmaması, travmadan uzun müddət keçməsi, aldığı xəsarətin ağırlaşması ilə əlaqədar sonrakı illərdə müalicə olunduğunu təsdiq edən sənədi olmadığından xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsini təyin etməyin mümkün olmaması kimi əsasları tamamilə əsassızdır. Çünki, çıxarış epikrizini nəzərdən keçirdikdə görünür ki, epikrizin əsli olduğundan, notarial qaydada təsdiq edilmişdir. Bundan başqa, xəstəlik tarixi xx.xx.1993-cü il qeyd edilmişdir, hərbi hissənin komandirinin arayışının olmamasına gəldikdə, böyük ehtimalla o vaxt verilib ki, bu barədə epikrizdə qeydlər aparılmışdır və bu onun günahı deyildir. Həmçinin, travmanı təsdiq edən digər sənədlərin olmaması dedikdə, belə başa düşür ki, travmanın olmasını bildirən müayinə aktları nəzərdə tutulur. Lakin aparatların işlək vəziyyətdə olmaması Ağdam rayonunda gedən döyüşlərlə əlaqədar olduğundan və həmin aparatların avadanlıqları olmadığından işlək vəziyyətdə deyildi, buna baxmayaraq o bəzi müayinələrdən keçmişdi. Bu da onun günahı deyil ki, həmin müayinə sənədləri niyə əlavə edilməmişdir. Bundan başqa, cavabdeh travmadan uzun müddət keçməsi, aldığı xəsarətin ağırlaşması ilə əlaqədar sonrakı illərdə müalicə olunduğunu təsdiq edən sənədlərin olmamasına dair sualına qarşı bildirir ki, həmin travma ilə əlaqədar o, sonrakı illərdə xəstəxanada stasionar və daha sonradan isə ambulator rejimdə müalicələr almışdır. Lakin həmin vaxtdan uzun müddət keçdiyindən sənədlərin bu dövrə gəlib çıxmaması ilə bağlı cavabdehin belə bir imtinası ilə qarşılaşacağı ağlına gəlmədiyindən müalicə reseptləri saxlanılmamışdır. Lakin həmin xəstəliyi ilə bağlı müilaicə almağını təsdiq edən müalicə reseptləri hal-hazırda da mütəmadi müalicələr aldığından vardır. Qeyd edir ki, həmin dövrdə müharibə şəraitində sənədlərin saxlanılması müşkül məsələ idi. Çünki, sənədlər hər bir rayon arxivində saxlanılırdı ki, döyüşlər zamanı həmin arxivlər dağıdılırdı, yaxud da düşmən tərəfındən işğal olunan zaman işğal altında qalaraq məhv edilmişdir. Ona görə də hesab edir ki, cavabdehin yuxarıda imtina məktubunda gətirdiyi dəlillər qeyd etdiyi hallara əsasən qəbul edilə bilməz. İmtina dəlillərinin əksini sübut edəcək Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.1993-cü il tarixli epikriz çıxarışı vardır ki, həmin çıxarışda onun nə vaxt travma alması, harada və hansı şəraitdə xəsarət alması və xəsarətinin dərəcələri, daxil olma və çıxma tarixləri və həkim tərəfindən qoyulan diaqnoz və imzası qeyd edilmişdir. Həmçinin, müalicə zamanı hansı dərman ləvazimatlarından istifadə edilməsi də göstərilmişdir. Belə olan halda, cavabdehin epikriz çıxarışında müvafıq qeydlərin aparılmamasının göstərməsi hesab edir ki, əsassızdır. O, həmçinin, qeyd edir ki, ərizəsinə baxılması ilə əlaqədar cavabdeh tərəfındən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə tam əməl olunmamışdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati icraatın başlanması üçün əsaslardan biri də fıziki və ya hüquqi şəxsin inzibati orqana ünvanlanmış ərizəsidir. Həmçinin, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən biitün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün miiddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina ohınması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüququi aktlar göstəriİməlidir. (Qeyd edilən Qanunun 28.1, 21.2, 24.1, 45.1, 52.1, 61.1-ci mad.). Göründüyü kimi, cavabdeh (inzibati orqan) yuxarıda qeyd olunan icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Həmçinin, imtina qərarı kifayət qədər əsaslandırılmamış, orada yazılı inzibati aktın rekvizitləri tam göstərilməmiş, mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat öz əksini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-3434/2023 saylı qərardadı və bildirişi ilə əlaqədar aşağıdakıları bildirirəm. Vətəndaş İddiaçı iddia tələbində dəqiqləşdirmə aparılmasına dair ərizəsində Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının (MN MHHK) xx.xx.2010-cu il tarixli, 1012 nömrəli qərarında “İkitərəfli bronxopnevmoniya” diaqnozunun dəyişdirilərək xx.xx.1993-cü ildən xx.xx.1993cü ilə kimi Ağdam Mərkəzi Rayon Xəstəxanasında müalicə və müayinə olunmasına dair çıxarış epikrizində qeyd olunan “Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi kontuziya” diaqnozu ilə olan travmanın səbəb əlaqəsinin “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİ MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” kimi təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrində “Hərbi həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın” 10-12-ci maddələrinə əsasən MN MHHK-sı Azərbaycan Respublikasında Hərbi həkim ekspertizasına metodik rəhbərlik həyata keçirir. MN MHHK xüsusi təyinatlı hərbi tibb müəssisəsidir. MN MHHK-sı Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi həkim ekspertizası üzrə ali orqandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 7.1. maddəsinə əsasən, keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1.-7.3 maddələrinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarətlərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaş hərbi xidmətkeçmə dövründə müalicə almış olsun və hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1. maddəsinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarət və xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaşda döyüş əməliyyatında iştirak etdiyi dövrdə almış olduğu bədən zədələnmələrin aşkar nəticələri olsun. Vətəndaşda olan aşkar bədən zədələnmələrinin xarakteri və müddəti məhkəmə-tibbi eksperti tərəfindən təyin edilir. Bu səbəbdən bədən zədələnmələrinin aşkar nəticələrinin (yaralanmadan sonra çapıqlar, yad cisimlər və s.) məhkəmə tibbi eksperti tərəfindən təyin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.4 maddəsinə əsasən, “hərbi xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraitini haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxara bilər. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqlnda şahid ifadələri hərbi həkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə (atəşkəsə,yəni xx.xx.1994-cü ilə qədər) alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilə bilər ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət keçdiyi hərbi hissənin komandiri və ya şahidlərin yaşayış yeri üzrə rayon (şəhər) hərbi komissarı tərəfindən təsdiq olunur. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz. İddiaçı xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi Ağdam Mərkəzi Rayon Xəstəxanasında müalicə və müayinə olunmasına dair çıxarış epikrizi ilə əlaqədar MN MHHK tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 1.5-ci maddəsinin tələblərinə əsasən Ağdam MRX-na xx.xx.2022-ci il tarixli məktubla sorğu göndərilərək xəstəlik tarixi tələb olunmuşdur. Ağdam MRX-nın xx.xx.2022-ci il taixli, 564 nömrəli məktubundan görünür ki, Ağdam MRX-nın 1994-cü ilə qədər olan bütün sənədləri, o cümlədən xəstəlik tarixləri işğal zonasında qaldığından İddiaçı həmin xəstəxanada müalicə olunmasına dair xəstəlik tarixinin MN MHHK-na təqdim edilməsi mümkün deyildir. Belə ki, vətəndaşın hər hansı bir xəstəxanada həqiqətən müayinə və müalicə olunması həmin xəstəxana tərəfindən verilmiş xəstəlik tarixi ilə təsdiq olunur. İddiaçı tərəfindən təqdim edilmiş çıxarış epikrizinin kserosurət olması, xəstəlik tarixinin olmaması, travmanı təsdiq edən hərbi hissənin komandirinin arayışının olmaması, travmanı təsdiq edən dolayısı sənədlərin olmaması, travmadan uzun müddət keçməsi, aldığı xəsarətin ağırlaşması ilə əlaqədar sonrakı illərdə müalicə olunduğunu təsdiq edən sənəd olmadığından həmin epikrizdə göstərilən xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin təyin etmək mümkün deyildir. İddiaçı Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən “İkitərəfli bronxopnevmoniya” diaqnozu ilə olan xx.xx.2010-cu il tarixli ,1012 nömrəli qərarı verilmiş olsa da o, 2011-ci ilin mart ayında ikinci dəfə qərar almaq üçün Ağcabədi rayon hərbi komissarlığının göndərişi vasitəsilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət edərək ona Ağcabədi Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli xəstəlik epikrizində qeyd olunmuş “Xroniki pielonefritin kəskinləşməsi. Qapalı kəllə-beyin travmasından sonrakı astenik vəziyyət” diaqnozu ilə olan xəstəliklərinin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsini xahiş etmişdir. Bununla əlaqədar MN MHHK-sı tərəfindən aparılan araşdırma zamanı İddiaçı həqiqətən də xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında müalicədə olması N nömrəli hərbi hissənin müvafiq əmrləri ilə (baxıqoşma) öz təsdiqini tapsa da, xəstəlik epikrizində qeyd olunan ‘Xroniki pielonefritin kəskinləşməsi. Qapalı kəllə-beyin travmasından sonrakı astenik vəziyyət” diaqnozları öz təsdiqini tapmamışdır. Belə ki, Ağcabədi RMX-nın baş həkiminin imzası ilə daxil olmuş xx.xx.2011 -ci il tarixli 109 nömrəli məktubda o dövrdə yazılan xəstəlik tarixlərinin itməsi bildirilmiş və İddiaçı stasionara qəbul olan xəstələrin qeydiyyatı jurnalından çıxarışı MN MHHK-ya göndərilmişdir, (bax qoşma). Lakin Ağcabədi RMX-nın göndərdiyi stasionara qəbul jurnalından çıxarışda İddiaçı həmin xəstəxanada “Xroniki pielonefritin kəskinləşməsi. Qapalı kəllə-beyin travmasından sonrakı astenik vəziyyət” diaqnozu ilə deyil, “Xroniki pielosistit kəskinləşmə mərhələsində” diaqnozu ilə müalicədə olması göstərilmişdir. Bu səbəbdən də Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası xx.xx.2011-ci il tarixli qərarında İddiaçı “Xroniki pielosistit kəskinləşmə mərhələsində” diaqnozu ilə olan xəstəliyinin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır’’ kimi təyin edilmişdir. 2011-ci ildə MN MHHK-nın arxiv bazası sistemə (kompyuter) işlənmədiyindən İddiaçı Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən “İkitərəfli bronxopnevmoniya” diaqnozu ilə olan xx.xx.2010-cu il tarixli 1012 nömrəli qərarın verilməsi müəyyən edilməmiş və o, özü də hansı səbəbdənsə bu barədə MN MHHK-na məlumat verməmişdir. Halbuki, hər hansı vətəndaşda olan bütün xəstəliklər hərbi xidmətlə səbəb əlaqəsi MN MHHK-sı tərəfindən bir qərarla təyin olunmalıdır. Beləliklə Ə.X4 Rayon Xəstəxanasında “Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi kontuziya” diaqnozu ilə müalicədə olması nə onun 1993cü ilin noyabr ayında N nömrəli hərbi hissənin tibb rotasında müalicə olunduğu zaman (İkitərəfli bronxopnevmoniya),nə onun 1994-cü ilin iyun-iyul aylarında Ağcabədi RMX-da müalicə olunduğu zaman (Xroniki pielosistit kəskinləşmə mərhələsində),nə də N nömrəli hərbi hissənin əmrləri ilə təsdiq olunmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 2164 nömrəli məktubundan görünürki, hərbi hissənin aprel 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı müalicəyə göndərilməsi və müalicədən qayıtması barədə məlumat aşkar olunmamışdır:(bax qoşma). Vətəndaş İddiaçı xəsarətinin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi tələbi cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğundan həmin orqanın üzərinə qeyd olunan öhdəliyin qoyulması qanunauyğun hesab edilə bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.7-ci maddəsinin tələblərinə əsasən MN MHHK-sı diskresion səlahiyyətlərə, yəni qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququna malikdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövbcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Beləliklə inzibati prosesual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibatı məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırki iddia isə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 35.1. maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. İddiaçı iddia tələbindən aydın görünür ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən ən mühümü odur ki, iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində (Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsi) qaldırıla bilər. Lakin İddiaçı qanunla müəyyən edilmiş həmin müddəti 10 ildən artıq ötürmüşdür. Yuxarıda qeyd olunanlara görə hesab edirik ki, iddiaçının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı tələbinin heç bir qanuni əsası yoxdur və bu səbəbdən də məhkəmə tərəfindən onun iddiası rədd olunmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmədən vətəndaş İddiaçı iddiasını rədd edəsiniz. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı, habelə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, iddia tələbindən göründüyü kimi İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “Hərbi Həkim Komissiyasının xx.xx.2010-cu il tarixli, 1012 nömrəli qərarında “ikitərəfli bronxopnevmaniya” diaqnozunun dəyişdirilərək, xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi Ağdam Mərkəzi Rayon Xəstəxanasında müalicə və müayinə olunmasına dair çıxarış epikrizində qeyd olunan partlayış travması nəticəsində “Qapalı kəllə-beyin travması, beyin silkələnməsi kontuziya” diaqnozu ilə olan travmanın səbəb əlaqəsinin dəyişdirilərək “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixdə Ağcabədi Rayon Polis şöbəsi tərəfindən verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Qiyaməddinli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 03 avqust 2022-ci il tarixli, 469 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdə Ağcabədi rayonunun Qiyaməddinli kəndində anadan olmuş və rayonunun Yuxarı Qiyaməddinli kəndində yaşayır. İş materillarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 309 nömrəli arayışdan görünür ki, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı xx.xx.1992-ci il tarixdə keçmiş Ağcabədi rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə göndərilmiş, xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixə kimi hərbi xidmət keçmiş, Müdafiə Nazirinin xx.xx.1996-cı il tarixli 194 nömrəli əmri ilə ehtiyata buraxılmışdır. İş materiallarında olan Ağdam rayon Mərkəzi Xəstəxanasının 17 aprel 1993-cü il tarixli “Ambulator, stasionar xəstəsinin xəstəlik tarixindən çıxarışdan görünür ki, N №-li hərbi hissədə topçu olmuş, 1974-cü il təvəllüdlü İddiaçı “Partlayış travması nəticəsində qapalı kəllə-beyin travması, beyin silkələnməsi, kontuziya” diaqnozu qoyulmuş, xəstə 5 aprel 1993-cü il tarixdə “UAZ” markalı maşında hərbiçilərin müşayiəti ilə gətirilmiş, gətiriləndə huşu aydın deyildi. Xəstəyə ilkin yardım göstərilmiş, huşu aydınlaşandan sonra yataq rejimində müalicə təyin olunmuşdur. Müalicəsi: relanium, adonis-brom, analgin, dimedrol, platfillin, triptilin, vitaminlər vasitəsi ilə həyata keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2010-cu il tarixli, 1012 nömrəli Qərarına əsasən Ağcabədi RHK tərəfindən hərbi xidmətə çağırılmış İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik diaqnozu: “ikitərəfli bronxopocvmoniya” (Ağcabədi RHK-nın xx.xx.2010-cu il tarixli, 407 nömrəli göndərişi, xx.xx.2010-cu il tarixli 342 nömrəli arayışı, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş epikriz, MN MHHK-nın həkim mütəxəssisi terapevtin rəyi ilə təsdiq edilir). HƏRBİ TRAVMADİR. AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR. İddiaçıya məxsus НЗ № ******* nömrəli hərbi biletin 7-ci səhifəsində, “Döyüşlərdə, hərbi əməliyyatlarda və s. iştirakı” haqqında məlumat əks olunmuş 18-ci bəndində İddiaçı N nömrəli hərbi hissənin tərkibində Füzuli, Cəbrayıl istiqamətlərində xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək gedən döyüşlərdə və hərbi əməliyyatlarda iştirak etdiyi təsdiq olunmuşdur. İş materillarında olan Ağcabədi rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış şöbəsinin möhürü ilə təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizələrdən görünür ki, İddiaçı ilə birlikdə N nömrəli hərbi hissənin tərkibində hərbi xidmət keçmiş X3 və X2 iddiaçının xx.xx.1993-cü il tarixdə Qubadlıda postda olarkən mərmi partlayışı nəticəsində kəllə-beyin travması aldığını, ona ilk tibbi yardım göstərdiklərini və hərbi hissənin tibb məntəqəsinə göndərdiklərini təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli 1463 nömrəli məktubunda İddiaçı xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsinin mümkün olmadığı bildirilmiş, buna əsas kimi təqdim olunmuş kserosurət olması, xəstəlik tarixinin olmaması, travmanı təsdiq edən hərbi hissə komandirinin arayışının olmaması, travmanı təsdiq edən dolayısı sənədlərin olmaması, travmadan uzun müddət keçməsi, aldığı xəsarətin ağırlaşması ilə əlaqədar sonrakı illərdə müalicə olunduğunu təsdiq edən sənədin olmaması qeyd olunmuşdur. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Beləliklə iddia ərizəsininin məzmunundan və iş materiallarında olan sənədlərdən göründüyü kimi, İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilərkən Hərbi Həkim Komissiyasının xx.xx.2010-cu il tarixli, 1012 nömrəli qərarını Dövlət Sosial Müdafiə Fonduna təqdim etmiş və həmin qərar əsasında ona əlillik təyin edilmişdir. Belə olan halda İddiaçı həmin qərardan 2010-cu il tarixdən məlumatlı olmuşdur. Bundan əlavə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının məhkəməyə göndərdiyi xx.xx.2023-cü il tarixli, 2135 nömrəli etiraza əlavə edilmiş xx.xx.2011-ci il tarixli, 525 nömrəli qərarından görünür ki, İddiaçı Hərbi Həkim Komissiyasının xx.xx.2010-cu il tarixli, 1012 nömrəli qərarını təqdim etmiş və onun barəsində Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasında xx.xx.2011-ci il tarixli, 525 nömrəli qərar qəbul edilmişdir. Belə olan halda İddiaçı həmin qərardan 2011-ci il tarixdən məlumatlı olmuşdur. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı «Hərbi Həkim Komissiyasının xx.xx.2010-cu il tarixli, 1012 nömrəli qərarında “ikitərəfli bronxopnevmaniya” diaqnozunun dəyişdirilərək, xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi Ağdam Mərkəzi Rayon Xəstəxanasında müalicə və müayinə olunmasına dair çıxarış epikrizində qeyd olunan partlayış travması nəticəsində “Qapalı kəllə-beyin travması, beyin silkələnməsi kontuziya” diaqnozu ilə olan travmanın səbəb əlaqəsinin dəyişdirilərək “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş və həmin iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə qeyd edir ki, nəzəri cəhətdən qəbul etsək ki, iddiaçı mübahisələndirilən qərarı əlillik təyinatı üçün Dövlət Sosial Müdafiə Fonduna təqdim etmiş və həmin qərardan məlumatlı olub, bu zaman iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti (30 günü) ötürmüş olur. Belə ki, hazırki iddia ərizəsi xx.xx.2022-ci il tarixdə poçta, xx.xx.2022-ci il tarixdə isə məhkəmənin dəftərxanasına daxil olmuşdur. Başqa sözlə prosessual müddətin axımını (həmin qərardan məlumatlı olduğu vaxtı) 2011-ci il tarixindən hesablasaq İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə 11 (on bir) ildən artıq vaxt keçdikdən sonra müraciət etmiş olur. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı hazırkı iddia tələbi üzrə, iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı «Hərbi Həkim Komissiyasının xx.xx.2010-cu il tarixli, 1012 nömrəli qərarında “ikitərəfli bronxopnevmaniya” diaqnozunun dəyişdirilərək, xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi Ağdam Mərkəzi Rayon Xəstəxanasında müalicə və müayinə olunmasına dair çıxarış epikrizində qeyd olunan partlayış travması nəticəsində “Qapalı kəllə-beyin travması, beyin silkələnməsi kontuziya” diaqnozu ilə olan travmanın səbəb əlaqəsinin dəyişdirilərək “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə Hərbi Həkim Komissiyasının xx.xx.2010-cu il tarixli, 1012 nömrəli qərarı iddiaçıya məlum olmuş və onu məhkəmə qaydasında mübahisələndirmişdir. Ona görə də iddia tələbi mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı «Hərbi Həkim Komissiyasının xx.xx.2010-cu il tarixli, 1012 nömrəli qərarında “ikitərəfli bronxopnevmaniya” diaqnozunun dəyişdirilərək, xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi Ağdam Mərkəzi Rayon Xəstəxanasında müalicə və müayinə olunmasına dair çıxarış epikrizində qeyd olunan partlayış travması nəticəsində “Qapalı kəllə-beyin travması, beyin silkələnməsi kontuziya” diaqnozu ilə olan travmanın səbəb əlaqəsinin dəyişdirilərək “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Sədrlik edən Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar