Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-344/2022 21.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi оğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirаkları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialına qarşı “hüququnun yarandığı tarixdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə 21 noyabr 2022-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı xx xxxxxxxx 1956-cı ildə anadan olmuşdur. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ona xx.xx.2021-ci il tarixli, **********3 nömrəli məktubla iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1993xx.xx.2000-ci illərdə Sabirabad Su Tikinti X7 Cəmiyyətində işlədiyi illəri sosial siğorta stajı kimi nəzərə alaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2-1(120)-344/2022 nömrəli qərardadı ilə iddia tələbinə “xx.xx.1993-xx.xx.1997-ci illərdə və xx.xx.1997-xx.xx.2000-ci illərdə 20 nömrəli X1 işlədiyi illərin sosial sığorta stajı kimi qəbul edilərək yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmıdır. Şirvan İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2-1(120)-344/2022 nömrəli qərardadı ilə iddia tələbinə hüququnun yarandığı tarixdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmıdır. İddiaçı hesab edir ki, onun əmək fəaliyyəti barədə məlumatlar (qeydlər) əmək kitabçasında qeyd olunduğu üçün, həmin illərdəki əmək stajı nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********3 nömrəli məktubunda iddiaçının əmək kitabçasında qeyd olunan illərə aid əmr kitabları və əmək haqqı cədvəllərinin yoxlanılmasının mümkün olmamasını əsas gətirərək, yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Sabirabad rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı: İddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı xx xxxxxxxx 1956-cı il tarixdə doğulmuşdur və 05 sentyabr 2021-ci ildə 65 yaşı tamam olmuşdur. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq, xx.xx.2021-ci ildə yaranmışdır. Buna görə də iddiaçıya tələbinə uyğun yaşa görə əmək pensiyası xx.xx.2021-ci il tarixdən təyin edilməlidir. İddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sığorta stajının olması tələb olunur ki, həmin sığorta stajına malik olması, o cümlədən iddiaçının mübahisəli dövrlərdəki (xx.xx.1993-xx.xx.1997-ci illər və xx.xx.1997-xx.xx.2000-ci illər) əmək fəaliyyətinin düzgünlüyü iddiaçıya məxsus əmək kitabçası ilə təsdiq olunur. Bununla belə məhkəmə onu da qeyd edir ki, ümumiyyətlə cavabdeh tərəfindən iddiaçının ilkin müraciətindən imtina edilərkən xx.xx.1993-xx.xx.1997 və xx.xx.1997xx.xx.2000-ci illərdə işlədiyi dövrlərdən başqa sığorta stajı kimi hesab edilən digər dövrləri (əmək kitabçasında göstərilən digər dövrləri və hərbi xidmət illəri) mübahisə edilməmişdir. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən xx.xx.1993-cü ildən xx.xx.1997-ci ilə kimi və xx.xx.1997-ci ildən xx.xx.2000-ci ilə kimi olan dövrləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan Sabirabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 1774 nömrəli arayışından görünür ki, İddiaçı Sabirabad şəhəri, Şəhriyar küçəsi, 43 nömrəli evdə yaşayır. İş materiallarında olan əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü ildən əmək fəaliyyətinə başlamış, müxtəlif vaxtlarda fasilələrlə ayrı-ayrı müəssisələrdə işləmiş və xx.xx.2000-ci il tarixdə öz ərizəsi ilə işdən azad olunması barədə qeydlər vardır. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2020-ci il tarixli, 19 nömrəli arayışından görünür ki, Sabirabad Su Tikinti Təchizat ATSC xx.xx.2003-cü il tarixində adı və mülkiyyət forması dəyişdikdən sonra “Azərsutəchizattikinti ASC” adlandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 050 nömrəli arayışından görünür ki, "xxxx" ASC-nin binasında 26 dekabr 2002-ci il tarixdə baş vermiş yanğın zamanı cəmiyyətə məxsus hüquqi, tikinti və mühasibat sənədləri, işçilərin əmək kitabçaları yanmışdır. Yanğın zamanı İddiaçı aid olan sənədlər tam yararsız hala düşmüşdür. İş materiallarında olan Sabirabad rayon Statistika İdarəsinin xx.xx.2021-ci il tarixli, 74 nömrəli məktubunda qeyd edilmişdir ki, qeyd olunan müəssisə 19 iyun 1996-cı il tarixdən SVDR -də X8 Tikinti Açıq Səhmdar Cəmiyyəti kimi qeydiyyatdan keçmişdir. Hal-hazırda bu müəssisə "xxxx" ASC-kimi qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika İdarəsinin xx.xx.2021-ci il tarixli, 01/3-2460 nömrəli məktubunda qeyd edilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərinin Dövlət reyestrində “X8 Tikinti” X9 Cəmiyyəti (indiki "xxxx" ASC) (VÖEN:**********) 19 iyun 1996-cı il tarixindən qeydiyyatdadır. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun regional ərazi filialının Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialına ünvanladığı **********2 nömrəli xidməti məktubdan görünür ki, iddiaçının filiala ilkin müraciəti xx.xx.2021-ci il tarixdə olmuşdur. İddiaçının yaşa görə əmək pensiyası hüququnun yaranma tarixi xx.xx.2021-ci ildir. Sosial sığorta stajının mübahisələndirilən illəri xx.xx.1993-xx.xx.2000-ci illərdə "xxxx" ASC-də işlədiyi illər. Sosial sığorta stajının mübahisələndirilməyən illəri xx.xx.1975-xx.xx.1977, xx.xx.1974-xx.xx.1993-cü illər, mübahisələndirilən və mübahisələndirilməyən sosial sığorta stajı ümumilikdə 26 il 4 ay 16 gün təşkil edir. Yaşa görə əmək pensiyası təyin olunması üçün hüquqi yarandığı tarixdə tələb olunan sosial sığorta stajı 25 il tələb olunan pesiya kapitalı 28800 manatdır. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, 08/22 nömrəli məktubundan görünür ki, "xxxx" ASC-nin binasında 26 dekabr 2002-ci il tarixdə baş vermiş yanğın zamanı cəmiyyətə məxsus hüquqi, tikinti və mühasibat sənədləri, işçilərin əmək kitabçaları yanmışdır. Yanğın zamanı İddiaçı aid olan sənədlər tam yararsız hala düşmüşdür. İş materiallarında olan Sabirabad rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 81 nömrəli məktubundan görünür ki, Sabirabad rayon Dövlət Arxivində mühafizə olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 idarəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 16/7-37 saylı arayışın verilməsinə əsas olan hər hansı bir sənəd Sabirabad rayon Dövlət Arxivinə təhvil verilməmişdir. İş materiallarında olan Sabirabad rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 129 nömrəli arxiv arayışından və əmək haqqı kitablarından çıxarışlardan görünür ki, İddiaçı 1979-1980, 1993-1996-cı illərdə 20 saylı SMD-də (Su Tikinti Təchizat) işləmiş və əmək haqqı almışdır. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialının xx.xx.2022-ci il tarixli qarşılıqlı yoxlama aktından görünür ki, İddiaçı 1993-1996-cı illərdə Su Tikinti Təchizat ATSC-də (PMK-20) əmək fəaliyyəti yoxlanılmış və yoxlama zamanı uyğunsuzluğa rast gəlinməmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının xx.xx.2021-ci il tarixli, **********8 nömrəli məktubundan müəyyən edilmişdir: İddiaçı xx.xx.2021-ci il tarixdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Onun pensiya hüququ 65 yaşdan xx.xx.2021-ci il tarixdən yaranmışdır. xx.xx.1975-xx.xx.1977-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmət dövrü 2 il 18 gün təşkil edir. Mübahisələndirilməyən illər: xx.xx.1975-xx.xx.1977-ci illərdə hərbi xidmətdə olduğu dövr (02 il 18 gün), əmək kitabçasında qeyd edilən xx.xx.1974-xx.xx.1993-cü illər (19 il 01 ay 24 gün), mübahisələndirilən illər: xx.xx.1993-xx.xx.2000-ci illərdə "xxxx" X9 Cəmiyyətində işlədiyi dövr (7 il 7 ay 25 gün), mübahisələndirilməyən illərin cəmi birlikdə 21 il 2 ay 11 gün təşkil edir. Ümumilikdə 19864,94 manat pensiya kapitalı mövcuddur. Tələb olunan pensiya kapitalı 28800 manat təşkil edir. Məhkəmə qənaətini əsaslandırmaq üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ xx.xx.1993-cü ildən xx.xx.1997-ci ilə kimi və xx.xx.1997-ci ildən xx.xx.2000-ci ilə kimi olan əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər ilə iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi, o cümlədən əmək haqqı alması halı müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun müəssisənin mövcudluğu və fəaliyyətinin olması tam sübuta yetirilir. Yuxarıda qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə işlədiyi müəssisə mövcud olmuş, iddiaçı həmin müəssisədə işə daxil olmuş və işdən xaric olmuş, əmək haqqı almış (arxivdə aşkar olan dövrlər) sadəcə olaraq mübahisəli dövrlərə aid müəssisənin sənədləri (cəmiyyətə məxsus hüquqi, tikinti və mühasibat sənədləri, işçilərin əmək kitabçaları) baş vermiş yanğın zamanı yandığından və bu zamanı İddiaçı aid olan sənədlər tam yararsız hala düşdüyündən iddiaçının həmin dövrlər üçün əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitablarını əldə etmək mümkün olmamışdır. Məhkəmə bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi xx.xx.1993cü ildən xx.xx.1997-ci ilə kimi və xx.xx.1997-ci ildən xx.xx.2000-ci ilə kimi işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. Odur ki, məhkəmə iddiaçının xx.xx.1993-cü ildən xx.xx.1997-ci ilə kimi və xx.xx.1997-ci ildən xx.xx.2000-ci ilə kimi işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Cavabdeh inzibati orqan iddiaçının işlədiyi mübahisəli dövrlərə aid müəssisənin sənədlərinin (cəmiyyətə məxsus hüquqi, tikinti və mühasibat sənədləri, işçilərin əmək kitabçaları) baş vermiş yanğın zamanı yandığından və İddiaçı aid əmr kitablarının və əmək haqqı cədvəllərinin yoxlanılmasının mümkün olmadığından, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının xx.xx.1993-cü ildən xx.xx.1997-ci ilə kimi və xx.xx.1997-ci ildən xx.xx.2000-ci ilə kimi işləməsi onun əmək kitabçasında qeyd olunduğu və iddiaçının işlədiyi dövrdə müəssisənin mövcudluğu müəyyən olunduğu üçün iddiaçının işlədiyi mübahisəli dövrlərə aid müəssisənin sənədlərinin baş vermiş yanğın zamanı yanması və iddiaçının əmək fəaliyyətinə dair sənədlərin (əmr kitablarının, əmək haqqı cədvəllərinin) yarasız hala düşməsi (məhv olması) iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin baş vermiş yanğın zamanı yanması və iddiaçının əmək fəaliyyətinə dair sənədlərin yarasız hala düşməsi müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1479/2021 nömrəli və xx.xx.2021-ci il tarixli, 2-1(102)-1640/2021 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “d” bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, dokturanturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı hüququnun yarandığı tarixdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-344/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-344/2022
21.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver