Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3441/2025 15.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağızadə Aygün Bahadır qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Salyan rayon Mərkəzi Xəstəxanası” X14rşı “Salyan rayon Mərkəzi Xəstəxanası tərəfindən həyat yoldaşı X3 adına açılmış SN 00008, N-0749741 nömrəli xəstəlik vərəqələrinin elektron sisteminə qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Salyan rayon Mərkəzi Xəstəxanası tərəfindən həyat yoldaşı X3 adına açılmış SN 00008, N-0749741 nömrəli xəstəlik vərəqələrinin elektron sisteminə qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-nin 47-49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibаti Məhkəməsinin 09 iyul 2025-ci il tаriхli, 2-1(120)-3441/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Salyan rayon Mərkəzi Xəstəxanası tərəfindən həyat yoldaşı X3 adına açılmış SN 00008, N-0749741 nömrəli xəstəlik vərəqələrinin elektron sisteminə qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiaçının olduğu kimi saxlanılması, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əsl cavabdeh “Salyan rayon Mərkəzi Xəstəxanası” X18 ilə əvəz edilməsi, iddia tələbinə “həyat yoldaşı X4 adına açılmış SN 00008, ******* nömrəli, və SN 00008, ******* nömrəli xəstəlik vərəqələrinin elektron sistemdə qeydə alınması vəzifəsinin cavabdeh “Salyan rayon Mərkəzi Xəstəxanası” X15 üzərinə qoyulması” kimi baxılmasının davam etdirilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X5 Salyan RMX-sı tərəfindən SN 00008, ******* nömrəli və SN 00008, ******* nömrəli xəstəlik vərəqələri açılmış və qeyd olunan xəstəlik vərəqələri xx.xx.2024-cü il tarixli qərarla 15 saylı Tibbi- Sosial Ekspert Komissiyasına göndərilmişdir. Lakin onlara məlum olmayan səbəblərdən qeyd olunan xəstəlik vərəqələri vaxtında elektron sistemdə qeydiyyata alınmamışdır. Həyat yoldaşı X7 həmin xəstəlik vərəqələrinin qeydiyyata alınması üçün 15 saylı Tibbi- Sosial Ekspert Komissiyasına vəfat etməmişdən əvvəl özü şəxsən müraciət etsə də nəticəsi olmamışdır. Həyat yoldaşı X7 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Qeyd olunan xəstəlik vərəqələri elektron sistemində qeydiyyata alınmaması səbəbidən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu həyat yoldaşı X2 xəstəliyinə görə müavinəti ödəməkdən imtina edir. İddiaçı mübahisənin məhkəməyədək həll olunması üçün xx.xx.2025-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 15 saylı Tibbi-Sosial Ekspert Komissiyasına ərizə ilə müraciət etsədə 15 saylı Tibbi-Sosial Ekspert Komissiyası ərizəsini və əlavə olunmuş sənədləri qəbul etməmiş, məktubun onlara aid olmaması barədə qeydiyyat apararaq geri qaytarılmışdır. Мəhkəmə iclasında izahatında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “Salyan raron Mərkəzi Xəstəxanası” X18 məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdeh “Salyan raron Mərkəzi Xəstəxanası” X17 nümayəndəsinin iştirakı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, iddia tələbindən göründüyü kimi İddiaçı cavabdeh “Salyan rayon Mərkəzi Xəstəxanası” X14rşı həyat yoldaşı X4 adına açılmış SN 00008, ******* nömrəli, və SN 00008, ******* nömrəli xəstəlik vərəqələrinin elektron sistemdə qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi öhtəliyin icrası haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Belə ki, İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Beləliklə iddia ərizəsininin məzmunundan və iş materiallarında olan sənədlərdən göründüyü kimi, iddiaçının hüquqi marağı həyat yoldaşı X2 işlədəyi müəssisədə xəstəliyi ilə əlaqədar 8 (səkkiz) aydan artıq bülütendə olduğu üçün ona ödənilməli olan vəsaiti əldə etməkdə ibarətdir. Məhkəmə iclasında iştirak edən İddiaçı həyat yoldaşı X2 büllütendə olduğu 8 (səkkiz) ay üçün nəzərədə tutulmuş aylıq əmək haqqından 6 (altı) aylıq əmək haqqısı işə götürən tərəfindən ona ödənilmişdir. Lakin 2 (iki) ay üçün büllütendə olduğu müddət üçün nəzərədə tutulan əmək haqqı ona ödənilməmişdir. Həmin pul vəsaitinin ödənilməməsinin səbəbi kimi SN 00008 seriyalı ******* nömrəli və SN 00008 seriyalı ******* nömrəli xəstəlik vərəqələrinin cavabdeh tərəfindən xəstəlik vərəqələrinin elektron sistemdə qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan “Salyan Rayon Mərkəzi Xəstəxanası” X17 26 avqust 2025-ci il tarixli məktubundan müəyən edilir ki, Poliklinika şöbəsinin məlumatına əsasən, X7 “Qaraciyərin sirrozu” diaqnozu ilə Salyan RMX-nın Polikilinika şöbəsində dəfələrlə ambulator və stasionar müalicələr almışdır. xx.xx.2024-xx.xx.2024-cü il tarixlər arası Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında stasionar müalicə almışdır. xx.xx.2024-cü il tarixdə Medera Hospitalda “İİİ B dərəcəli qida borusu varikozuna görə bandliqasiyası olunub”. xx.xx.2024-cü il tarixində təkrar qida varikozuna görə bandliqasiya olunub. Vətəndaş xx.xx.2024-xx.xx.2024-cü il tarixlərə kimi mütəmadi olaraq müalicəsini davam etdirmişdir. xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə Salyan RMX-nın Poliklinika şöbəsinə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdən xəstə özünü narahat hiss etdiyi üçün müntəzəm olaraq müalicələr almışdır. Vətəndaşın əlillik əlamətləri olduğu üçün xx.xx.2024-cü il tarixdə Salyan RMX-nın Həkim Məsləhət Komissiyasının qərarı ilə sənədləri hazırlanıb TSEK-ə göndərilmişdir. Vətəndaşın müalicə aldığı müddətdə xəstəlik vərəqələrinin nömrəsi. 1.Ə.Q.O.V 0423962-xx.xx.2024-xx.xx.2024,
2. Ə.Q.O.V 0462599- xx.xx.2024-xx.xx.2024,
3. Ə.Q.O.V 0539186-xx.xx.2024-xx.xx.2024
4. Ə.Q.O.V 10539808-xx.xx.2024-xx.xx.2024,
5. Ə.Q.O.V 0539920-xx.xx.2024-xx.xx.2024,
6. Ə.Q.O.V 0661221-xx.xx.2024-xx.xx.2024,
7. Ə.Q.O.V 0661453-xx.xx.2024-xx.xx.2024,
8. Ə.Q.O.V 0749741-xx.xx.2024-xx.xx.2024. Vətəndaş Ə.İsgəndərovun xəstəliyi ilə əlaqədar həkim-qastroenteroloq tərəfindən sənədləri hazırlanaraq Salyan Rayon Mərkəzi X8 Komissiyasına əlillik dərəcəsi almaq üçün xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Xəstənin sənədləri xx.xx.2024-cü il tarixdə X13 Məsləhət Komissiyasında keçirilmiş müayinədən sonra qəbul olunmuşdur. Xəstəyə əlillik dərəcəsi verilməsi üçün sənədləri elektron onlayn şəkildə göndərilməsi vəfat edənə qədər (xx.xx.2024-cü il tarixdə vəfat etmişdir) Cəlilabad rayonunda təmin edilməmişdir. Bu səbəbdən xəstənin sənədləri xx.xx.2025-ci il tarixdən Cəlilabad rayonundan geri gətirilərək xx.xx.2025-ci il tarixdə həkimqastroenteroloqa təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6 Hüquqi Şəxsinin məhkəmə sorğusuna əsasən verilmiş 18 avqust 2025-ci il tarixli məktubdan müəyyən edilir ki, Ə.İsgəndərova məxsus SN 00008, № ******* nömrəli və SN 00008, № ******* nˆmrəli xəstəlik vərəqələri Agentliyə və tabeliyindəki TSEK-lərə göndərilməmişdir. Məhkəmə qeyd edir ki, hazır ki halda cavabdeh “Salyan rayon Mərkəzi Xəstəxanası” X18 iddiaçının mərhum həyat yoldaşı X2 əlillik əlamətləri olduğu üçün xx.xx.2024-cü il tarixdə Salyan RMX-nın Həkim Məsləhət Komissiyasının qərarı ilə sənədləri hazırlanıb TSEK-ə göndərilmişdir. Xəstəyə əlillik dərəcəsi verilməsi üçün sənədləri elektron onlayn şəkildə göndərilməsi vəfat edənə qədər (xx.xx.2024-cü il tarixdə vəfat etmişdir) Cəlilabad rayonunda təmin edilməmişdir. Bundan başqa iş materialları ilə müəyyən edilir ki, Ə.İsgəndərova məxsus SN 00008, № ******* nömrəli və SN 00008, № ******* nömrəli xəstəlik vərəqələri Agentliyə və tabeliyindəki TSEK-lərə göndərilməmişdir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı). Məhkəmə qeyd edir ki, X5 məxsus olan şəxsi xarakter daşıyan mərhuma mənsub olan əmlak hüququ mirasın tərkibinə daxil deyildir. Məhkəmənin qənaətinə görə iddiaçının hazırkı iddia üzrə subyektiv hüququnun olması üçün vacib şərtlərdən biri də məhruma mənsub olan əmlak hüququ mirasın tərkibinə daxil olmamasıdır. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbini və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 aprel 2025-ci il tarixli № 2-1(120)-3441/2025 nömrəli Qərarında göstərilən tövsiyyələri rəhbər tutaraq iddiaçıya yazılı şəkildə yardım göstərib, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqlarını, yəni subyektiv hüququnun olmasına və yaxud cavabdeh inzibati orqan tərəfindən subyektiv hüququnun pozulmasına, həmçinin hər hansı qanuni əsaslardan biri ilə torpaq sahəsinin iddiaçıya məxsus olmasına dair sübutların təqdim edilməsinin zəruriliyini izah etmişdir. Buna baxmayaraq iddiaçı həmin sübutları məhkəməyə təqdim etməmiş, iddia tələbinə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Bununla yanaşı məhkəmə iddiaçıya izah edir ki, əgər onun hüquqi marağı mərhum həyat yoldaşı X2 büllütendə olduğu 8 (səkkiz) ay üçün nəzərədə tutulmuş aylıq əmək haqqının ödənilməmiş 2 (iki) aylıq hissəsi təşkil edirsə işə götürənə qarşı ümumi (rayon, şəhər) məhkəməsinə pul tələbinə dair iddia ərizəsi ilə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Nəticəvi hissə:
Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Səlyan rayon Mərkəzi X1rşı “həyat yoldaşı X4 adına açılmış SN 00008, ******* nömrəli, və SN 00008, ******* nömrəli xəstəlik vərəqələrinin elektron sistemdə qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
Hakim: Şahəli Musayev