Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3444/2025 03.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir iddiаsı üzrə işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bахаrаq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “veteran statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək iddiaçı və cavabdehin olduğu kimi saxlanılmasını, iddia tələbinə “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-N(N20)-3444/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasının davam etdirilməsi qərara alınmışdır. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Füzuli rayonu Yuxarı Əbdürəhmanlı kəndində anadan olmuşdur. N988-N0-cı illərdə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. NN-ci il ordu yaranmamışdan qabaq könüllü dəstələrdə NN-ci ildə yeni yaranmış N saylı hərbi hissənin tərkibində Məlikcan, Hadrut, Qırmızıbazar, Şişqaya, Məngələnata, Gorazılı, Qarğabazar istiqamətində gedən bütün döyüşlərdə iştirak etmişdir. N2-ci ildə döyüş zamanı xəsarət almış, xx.xx.N2-ci ildə aldığı xəsarətdən xx.xx.N2-ci il tarixə kimi Füzuli rayon mərkəzi xəstəxanasında müalicə almışdır. Füzuli rayonunun Hərbi Prokrorunun xx.xx.20N6-cı il tarixdə N7/5N3N №-li məktubu Müdafiə Nazirliyinin Hərbi Həkim mütəxəssisləri tərəfindən təsdiq edilir. Hərbi travmadır Azərbaycan Respublikasının müdafiəsi zamanı almınmışdır. Həmin Hərbi Komisiyasının rəyini işə əlavə edir. Erməni işğalçıları Füzuli rayonunu işğal etdikdən sonra həmin taboru N saylı hərbi hissənin tərkibinə verdilər. Həmin müddətdə N saylı hərbi hissənin tərkibində N4-cü ildə Füzuli Horadiz istiqamətinə 4-dən 5-nə keçən gecə onların taboru hücuma keçdi Şükürbəyli, Abdurahmanlı kəndlərini azad etdi. Atəşkəsə qədər yəni, N4-cü il N2 May tarixinə kimi Füzuli istiqamətində gedən bütün döyüşlərdə iştirak etmişdir. Vətəninə namusla qeyrətlə xidmət etmişdir. Lakin dəfələrlə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Nəznində Veteran Adlarının və X3 Üzrə Komissiyaya müraciət etmişdir. Qeyd ediblər ki, xx.xx.N2-ci il tarixdə müalicəyə getdikdən sonra xidmətin tam təsdiqlənməmişdir. Onun şahidi və sübutları var, onunla xidmət edən döyüş yoldaşları bu faktı təsdiq edə bilərlər. Bundan əlavə xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasının qərarı təsdiq edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə" Müharibə Veteranı" adının verilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 202N-ci il 29 dekabr tarixli 3088 nömrəli sərəncamının N-ci hissəsinə əsasən "Müharibə Veteranı" adının verilməsi ilə əlaqədar Nazirliyin Mərkəzi elektron informasiya sisteminə adları daxil edilmiş şəxslərin siyahısını beş gün müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N6 saylı 22 sentyabr N5-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"nin N-ci hissəsinin N-ci bəndinin 8-ci yarımbəndinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N4-cü il mayın N2-dək erməni millətçi dəstəsinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan MR Kərki kəndi olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Burxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonların ərazilərində döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixdən sonra döyüş zonasında hərbi xidmət keçən yaxud döyüş zonasında döyüş tapşırığını yerinə yetirməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma travma kontuziya) almış hərbi qulluqçulara - Müdafiə, Daxili İşlər, Dövlət Təhlükəsizliyi, Ədliyyə, Fövqaladə hallar orqanları, AR Dövlət Sərhəd Xidməti, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, AR Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və arxiv arayışları ilə birgə təqdim edildiyi halda ), şəxsi işlər orden və medallarla təltif olunmaq haqqında vəsiqələr xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar yerli İcra Hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşdə iştirakını sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti (etiraz): Hesab edirlər ki, iddianın rədd olunması haqqında qərar qəbul edilməlidir. İddiaçının qanuni əsasla ehtiyyata buraxılması müəyyən olunmamışdır. Bu hal müharibə veteranı adının və vəsiqəsinin verilməsi mümkünlüyünü istisna edən amildir. Belə ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2025-ci il tarixli 3-25-29/2-9N6/2025 nömrəli məktubunda göstərilmişdir ki, N () nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 49 nömrəli əmrilə İddiaçı çağırışçı kimi qəbul olunmuşdur, N () nömrəli hərbi hissə komandirinin xx.xx.N2- xx.xx.N3-cü il tarixli nizami hissə üzrə əmrlərində və N nömrəli hərbi hissə komandirinin sentyabr-dekabr N2-ci il, may-dekabr N3-cü il, yanvar-dekabr N4cü il tarixli nizami hissə üzrə əmrlərində, şəxsi heyətin əlifba qeydiyyatı kitablarında və hərbi hissənin "Yaralıların qeydiyyatı" kitabında İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin xx.xx.2025-ci il tarixli 92/2N0 nömrəli məktubunda qeyd edilən "İddiaçı xx.xx.N3cü il tarixdə "Sol budun yuxarı N/3 infeksiya yarası" diaqnozu ilə N nömrəli hərbi hissədə stasionar müayinədə və müalicədə olmuşdur" ifadəsi ilə bağlı bildirilir ki, ilk növbədə həmin qeyd iddiaçının döyüş əməliyyatlarında iştirakını və döyüşdə iştirakla əlaqədar müalicədə olmasını təsdiq etmir, diaqnozun məhz bununla bağlı olaraq qoyulması müəyyən olunmamışdır, digər tərəfdən isə hərbi qanunvericiliyə əsasən, iddiaçının müalicədə olması onu sonradan hərbi xidmətdə olmaq öhdəliyindən azad etməməklə, şəxsin ehtiyata buraxılması ilə bağlı heç bir rəsmiləşmə ehtiva etmir. Belə ki, şəxsin aldığı xəsarət hərbihəkim komissiyası tərəfindən qiymətləndirilərək onun hərbi xidmətə yararsız olması barədə qərar qəbul ediləcəyi halda şəxs ehtiyata buraxılmalı (məhz bu nüans qanuni əsasla ehtiyata buraxılma məfhumunu ifadə edir), əks halda hərbi hissəyə qayıdaraq xidmətini davam etdirməli idi. İddiaçıya münasibətdə bu nüanslar mövcud deyildir. Hərbi qanunvericiliyə əsasən, şəxsin həqiqi hərbi xidmətdən qanuni əsasla buraxılmış hesab edilməsi üçün onun müvafiq əmr əsasında ehtiyata və ya istefaya buraxılması faktı olmalıdır. Əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; Əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılmışlarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar. Ehtiyata və ya istefaya buraxılmanın konkret əsasları qanunvericilikdə göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin "Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında" xx.xx.N7-ci il tarixli 634 nömrəli Fərmanına əsasən, N4-cü il iyunun 30-na qədər ordu sıralarına çağırılmış əsgərlər, matroslar və çavuşlar; ali təhsili olan və ordu sıralarında N il 6 ay və daha çox xidmət etmiş əsgərlər, matroslar və çavuşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər qoşun və birləşmələrinin sıralarından ehtiyata buraxılmışdır. Oxşar işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-N(N02)-7N6/2022 nömrəli gərarına nəzər salaq: Həmin qərarda apellyasiya instansiyası məhkəməsinin yanaşması qanuni və əsaslı hesab edilərək göstərilmişdir: "Müharibə veteranı" adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçməsi faktının sübuta yetirilməsi kifayət deyildir, bununla yanaşı, həm də şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılması faktı da tam sübuta yetirilməlidir. Ehtiyata və ya istefaya buraxılma barədə Azərbaycan Respublikasının Prezidenti müvafiq qərar qəbul edir və belə bir qərar qəbul edildikdən sonra müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının müdafiə naziri və müvafiq olaraq hərbi hissələrin komandirləri) hərbi heyətin istefaya və ya ehtiyata buraxılması barədə əmr qəbul edirlər. Beləliklə, hərbi qulluqçunun müharibə dövründə hərbi xidməti xx.xx.NN-ci il tarixdən etibarən müxtəlif vaxtlarda başlaya bilər, lakin onun dövrü xx.xx.N4-cü il tarixi əhatə etməklə hərbi xidmətin sonu Azərbaycan Respublikası Prezidentinin təxrisetmə barədə qəbul etdiyi qərardan sonra hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir; yalnız bu halda hərbi qulluqçu hərbi xidmət keçmiş şəxs kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Prezidentinin "Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında" 433 nömrəli Fərmanı xx.xx.N6-cı il tarixdə, "Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında" 50N nömrəli Fərmanı xx.xx.N6-cı il tarixdə qəbul olunmuşdur; Göründüyü kimi, müharibə dövründən sonra hərbi qulluqçunun ehtiyata buraxılması N6-cı ildən başlamışdır və yalnız həmin müddətdən sonra hərbi qulluqçular müvafiq rəsmiləşdirilmədən sonra hərbi xidməti keçmiş hesab edilməlidirlər; iddiaçının istinad etdiyi hərbi biletdəki müvafiq qeydlər digər rəsmi sənədlərlə təsdiq edilməmiş, ən əsası isə xx.xx.N2-ci il tarixdə ordudan tərxis edilməsinə dair hər hansı güzəştli əsasının olması heç bir sübutla müəyyən edilməmişdir: Artıq oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun "döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusu əldə etməməsinə səbəb olur. Başqa sözlə, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. Odur ki, qeyd olunanlar nəzərə alınmaqla cavabdehin iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtinası əsaslı olmuşdur" Beləliklə, Ali Məhkəmənin formalaşdırdığı mövqeyə əsasən, şəxsə müharibə veteranı adının və vəsiqəsinin (vəsiqənin dublikatının) verilməsi mümkünlüyü üçün onun ehtiyata buraxılması qanuni əsaslara söykənməli və tam sübuta yetirilməlidir. Hazırkı halda iddiaçıya münasibətdə bu fakt müəyyən olunmamaqdadır. Odur ki, Ali Məhkəmənin mövqeyi və qanunvericiliyin tələbi nəzərə alınmaqla, qanuni əsasla ehtiyyata buraxılma faktoru müəyyən olunmadığına görə Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya” xx.xx.2025-ci il tarixli 3-25-N4/2-N-9xx-xx/2025 nömrəli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin N-ci bəndinə əsasən: N988-ci il fevralın N-dən N4-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Qeyd olunanlara əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi (nümayənəndəsi) məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 8.N.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.N.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarına əsasən Füzuli rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddia mümkün iddiadır. Faktiki hallar və sübutlar: İddiaçıya məxsus AA seriyalı ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, İddiaçı xx.xx.N970-ci ildə doğulmuşdur. HЗ seriyalı, ******* №-li Hərbi biletin surətindən müəyyən olunur ki, iddiaçı barəsində xx.xx.N988-ci il tarixdə Füzuli rayon Hərbi Komissarlığı tərəfindən hərbi bilet tərtib edilmişdir. Füzuli rayon Mərkəzi Xəstəxanasının xx.xx.20N6-cı il tarixli, 297 nömrəli Arayışının surətindən görünür ki, İddiaçı xx.xx.N2-ci il tarixdən xx.xx.N2-ci il tarixə kimi Füzuli rayon Mərkəzi xəstəxanasında kəskin piolenefrit dizurik əlamətlərlə müalicə olunmuşdur. Füzuli RHK tərəfindən N2-ci ildə hərbi xidmətə çağırmış, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2006-cı il tarixli HP-0N/36 nömrəli və Füzuli Hərbi Prokurorunun xx.xx.20N6-cı il tarixli N7/5N3N nömrəli məktubuna əsasən qeydiyyata götürülmüş vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N2-ci ildə aldığı və xx.xx.N2-ci ildən xx.xx.N2-ci il tarixə kimi Füzuli rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu xəstəlik-diaqnoz: "Kəskin pielonefrit. Dizurik əlamətlərlə" (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin xx.xx.20N6-cı il tarixli N469 nömrəli göndərişi, xx.xx.20N6-cı il tarixli 8N6 nömrəli arayışı, MN Mərkəzi Arxivindən verilmiş xx.xx.20N6-ci il tarixli 9/2- NN3N9 nömrəli arxiv arayışı, Füzuli rayon mərkəzi xəstəxanasından verilmiş xx.xx.N2-ci il tarixli çıxarış epikrizi, Füzuli rayon mərkəzi xəstəxanasının baş həkiminin imzası və gerbli möhürü ilə təsdiq edilmiş xx.xx.20N6-cı il tarixli 297 nömrəli məktubu, Füzuli Hərbi Prokurorunun xx.xx.20N6-cı il tarixli N7/5N3N nömrəli məktubu, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), "HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR". Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli, N264 nömrəli məktubunun surətindən görünür ki, xx.xx.2024-cü il tarixli 283 №-li məktubunuza cavab olaraq bildiririk ki, N №-li hərbi hissə komandirinin N iyun N2-ci il tarixli 49 №-li əmrilə İddiaçı (esas: § 6, səh 56, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) batalyona çağırışçı kimi qəbul edilmişdir. N №-li hərbi hissə komandirinin 2N avqust N2-ci il tarixli N62 №-li əmrilə İddiaçı (əsas: səh 24, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib, əmr batalyon komandiri tərəfindən imzalanmamışdır) 5-ci rotadan kəşfiyyat tağımına keçirilmişdir. N №-li hərbi hissə komandirinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan xx.xx.N2-xx.xx.N3-cü il tarixli nizami hissə üzrə əmrlərində və N №li hərbi hissə komandirinin sentyabr-dekabr N2-ci il, may-dekabr N3-cü il, yanvar-dekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti, yaralanması və müalicədə olması barədə məlumat aşkar olunmamışdır. Bildirilir ki, N №-li hərbi hissə komandirinin NN-ci il, xx.xx.N3-dekabr N3-cü il, N4-cü il tarixli nizami hissə üzrə əmrləri və N №-li hərbi hissə komandirinin yanvar-aprel N3-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli Rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-43-N9/2-568/2024 nömrəli məktubunun surətindən görünür ki, xx.xx.2024-cü il tarixli 28N nömrəli daxil olmuş məktuba əsasən bildirilir ki, N970-ci il təvəllüdlü İddiaçı xx.xx.N988-ci il tarixdən xx.xx.N0ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində xidmət keçməsi və xx.xx.20N6-cı il tarixli 9/2 NN3N9 nömrəli arxiv arayışına əsasən xx.xx.N2-ci il tarixli 49 nömrəli əmrlə N () mömrəli hərbi hissəyə qəbul olunması ilə bağlı məlumat vardır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2025ci il tarixli, 3-25-N4/2-N-9xx-xx/2025 nömrəli məktubunun surətindən görünür ki, vətəndaş İddiaçı "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.2025-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli N264 nömrəli arayışına və təqdim olunmuş sənədlərə əsasən xx.xx.N2-ci il tarixdən (müalicədən) sonra xidməti tam təsdiqlənmədiyinə görə vətəndaş İddiaçı "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunur. Əlavə olaraq bildirilir ki, "Vətəndaşların müraciətləri haqqında" Qanunun N4.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir. Füzuli Hərbi Prokurorluğunun xx.xx.2024-cü il tarixli, 3-3-N50/2-2N-2366/24 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı barəsində Füzuli Hərbi prokurorluğunda təqsirləndirici material və ya cinayət işi yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin xx.xx.2025-ci il tarixli, 92/2N0 nömrəli məktubunun surətindən görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət etmiş İddiaçı xx.xx.N3-cü il tarixdə "Sol budun yuxarı N/3 infeksiya yarası" diaqnozu ilə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində stasionar müayinə və müalicədə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N2 may 2025-ci il tarixli, 3-25-29/2- 9N6/2025 nömrəli məktubunun surətindən görünür ki, N () N-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 49 №-li əmrilə (əsas: §-6, səh-56, əmrdə hərbi rütbəsi yazılmamışdır) İddiaçı çağırışçı kimi qəbul olunmuşdur. N () N-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli N63 N-li əmrilə (əsas: səh 24, əmrdə hərbi rütbəsi və vəzifəsi yazılmamışdır) İddiaçı 5-ci bölükdən kəşfiyyat bölüyünə keçirilmişdir. Qeyd edirlər ki, N () №-li hərbi hissə komandirinin xx.xx.N2-xx.xx.N3-cü il tarixli nizami hissə üzrə əmrlərində və N №-li hərbi hissə komandirinin sentyabr-dekabr N2-ci il, may-dekabr N3-cü il, yanvar-dekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında, hərbi hissənin "Yaralıların qeydiyyatı" kitabında İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar edilməmişdir. N () N-li hərbi hissə komandirinin xx.xx.N3-xx.xx.N3-cü il və N N-li hərbi hissə komandirinin yanvar-aprel N3-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Məktubda İddiaçı xidmət keçdiyi hərbi hissənin nömrəsi göstərilmədiyindən araşdırmalar barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş müraciətlər əsasında aparılmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli Rayon Şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-43-N9/2-448/2025 nömrəli məktubundan görünür ki, Füzuli rayon şöbəsinə daxil olmuş məktuba əsasən, xx.xx.N970ci il təvəllüdlü İddiaçı təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli N264 nömrəli arayışına əsasən N nömrəli hərbi hissə komandirinin N iyun N2-ci il tarixli əmrilə şəxsi heyətin siyahısına daxil olması qeyd olunmuş, xidmət müddəti zamanı yaralanmaması və şəxsi heyətin siyahısından çıxması barədə məlumatın olmaması qeyd olunmuşdur. Füzuli Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, 3N373/6792/2025 nömrəli məktubundan görünür ki, Füzuli rayonu Əbdürrəhmanlı kəndində anadan olmuş, xx.xx.N970-ci il təvəllüdlü İddiaçı barəsində Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində tərtib olunmuş məhkumluq barədə tələbnamə məhkəməyə göndərilmişdir Tətbiq edilən Hüquq: “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. (maddə 3). Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar-öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti,Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir (maddə 7). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin N-ci bəndinə əsasən NN-ci il oktyabrın 9-dan N4-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N4-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.N-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavadehin imtinası qanuni və əsaslıdır. Belə ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona “Müharibə veteran adının və vəsiqəsinin” verilməsinə yönəlmişdir. Məhkəmə, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il, 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməni təhlil edərək qeyd edir ki, iddiaçının xidməti barədə məlumatlar mötəbər sübutlarla təsdiq edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 2N6 nömrəli qərarı "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"nin N-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N4-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində– Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara–müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Məhkəmə müəyyən etdi ki, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq müharibə veteranı adının verilməsini istisna edən hallardan biri də, məhz xidməti barədə məlumatların, həmçinin döyüş əməliyyatlarında iştirakı barədə əmrlərin hərbi biletlə bir yerdə təqdim edilməməsidir. İş materiallarından müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdikdən sonra qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar edilməmişdir. İşin hallarından müəyyən olunur ki, iddiaçının xx.xx.N2-ci il tarixli 49 nömrəli əmrlə N () mömrəli hərbi hissəyə qəbul olunması ilə bağlı məlumat və onun xx.xx.N3-cü il tarixdə "Sol budun yuxarı N/3 infeksiya yarası" diaqnozu ilə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində stasionar müayinə və müalicədə olması öz təsdiqini tapsada ondan sonrakı hərbi xidməti barədə hər hansı sübut mövcud olmamışdır. Həmçinin, məhkəmə qeyd edir ki, N2 may 2025-ci il tarixli, 3-25-29/2-9N6/2025 nömrəli məktubundan göründüyü kimi, N () N-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 49 №-li əmrilə (əsas: §-6, səh-56, əmrdə hərbi rütbəsi yazılmamışdır) İddiaçı çağırışçı kimi qəbul olunmuşdur. N () N-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli N63 N-li əmrilə (əsas: səh 24, əmrdə hərbi rütbəsi və vəzifəsi yazılmamışdır) İddiaçı 5-ci bölükdən kəşfiyyat bölüyünə keçirilmişdir. Qeyd edirlər ki, N () №-li hərbi hissə komandirinin xx.xx.N2-xx.xx.N3-cü il tarixli nizami hissə üzrə əmrlərində və N №-li hərbi hissə komandirinin sentyabr-dekabr N2-ci il, may-dekabr N3-cü il, yanvar-dekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında, hərbi hissənin "Yaralıların qeydiyyatı" kitabında İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar edilməmişdir. N () N-li hərbi hissə komandirinin xx.xx.N3-xx.xx.N3-cü il və N N-li hərbi hissə komandirinin yanvar-aprel N3-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı N3-cü ilin avqust ayından sonra hərbi əməliyyatlarda iştirak etməmiş, hərbi xidmətdən qanuni əsaslarla təxris olmasına dair hər hası sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə görə, müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada iddiaçının döyüşlərdə iştirak edən hərbi hissənin tərkibində xidmət etməməsi onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan məhz qanunvericiliyin tələblərinə uyğun düzgün olaraq iddiaçıya müharibə veteranı adının verilməsindən imtina etmişdir. İPM-nin N4.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.N-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Bununla bağlı cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabadehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.N-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. NƏTİCƏVİ HİSSƏ Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Apelyasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-3444/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3444/2025
03.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver