Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3447/2024 16.07.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «doğum akt qeydində “Həziyev” soyadını “Valişin” soyadına və “Vəliş oğlu” ata adını “Vəlişoviç” ata adına düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, doğum haqqında akt qeydinə dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmənin 2-1(120)-3447/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddia tələbinə İddiaçı Cavabdehnə qarşı “doğum akt qeydində “Həziyev” soyadını “Valişin” soyadına və “Vəliş oğlu” ata adını “Vəlişoviç” ata adına düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxx 1986-cı ildə Ağcabədi rayon Qaravəlli kəndində anadan olmuş və onun barəsində xx.xx.1986-cı ildə Ağcabədi rayon Gələbədin kənd İƏD-si üzrə nümayəndəliyində 33 saylı doğum haqqında akt qeydi tərtib edilmişdir. O, 2011-ci ilə kimi Azərbaycan Respublikasında yaşamış, həmin ildən Rusiya Federasiyasına köçüb ailə üzvləri ilə birlikdə orada yaşamış və 2013-cü ildən həmin ölkənin vətəndaşlığını qəbul etmişdir. Rusiyada yaşadığı dövrdə müraciəti əsasında Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Ufa şəhərinin Oktyabrsk rayonunun VVAQ ikinci şöbəsində onun soyadı və ata adının sonluğu “İddiaçı” oğlundan “X9” ə dəyişdirilmişdir. Bu barədə adın dəyişdirilməsi haqqında akt qeydləri kitabında 2016-cı ilin oktyabr ayının 22-də 53 nömrəli qeyd aparılmış və ona adın dəyişdirilməsi haqqında İ-AP N 538568 nömrəli şəhadətnamə verilmişdir. O, xx.xx.2014-cü ildə Rusiya Federasyasında rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Ailə qurduqdan sonra həm Azərbaycan Respublikasında həm də Rusiya Federasiyasının Başqırtıstan Vilayətində yaşamışdır. Birgə nikahdan 28 oktyabr 2014-cü ildə X10 və Valişin Məhəmməd (Mühamməd) Elvinoviç adlı əkiz övladları anadan olmuşlar. O və ailəsi 2021-ci ildən Azərbaycan Respublikasına qayıdaraq daimi olaraq burada yaşamağa başlamışlar. O və həyat yoldaşı Azərbaycan Respubliakasının vətəndaşıdırlar və onlara 2021-ci ildə şəxsiyyət vəsiqəsi verilmişdir. Ağcabədi rayon Qaravəlli kəndində qeydiyyatdadırlar, faktiki olaraq isə Bakı şəhərində yaşayırlar. Uşaqlarının hər ikisi Bakı şəhəri Nizami rayonu V.Sadıqov adına 214 nömrəli məktəbdə təhsil alırlar. Lakin onun şəxsiyyət vəsiqəsində soyadım adı və atasının adı İddiaçı olaraq qeyd edilmişdir. Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Ufa şəhərinin Oktyabrsk rayonunun VVAQ ikinci şöbəsində onun soyadı və ata adının sonluğu “İddiaçı” oğlundan “X9”ə dəyişdirildikdən sonra onun nikah haqqında akt qeydində və uşaqlarının doğum akt qeydlərində müvafiq dəyişikliklər aparılmışdır. Bütün sənədlərdə soyadı adı və ata adı X6 dəyişdirilmişdir. Lakin Rusiya Federasiyasında soyadı və ata adının sonluğu dəyişdirilsə də onun adına xx.xx.1986-cı ildə Ağcabədi rayon Gələbədin kənd İƏD-si üzrə nümayəndəliyində tərtib edilmiş 33 saylı doğum haqqında akt qeydində soyadı, adı və ata adı əvvəlki kimi “İddiaçı” kimi qalmışdır.2021-ci ildə doğma Vətənə qayıtdaqdan sonra o və həyat yoldaşına Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilsə də onun doğum akt qeydində soyadı, adı və ata adı əvvəlki kimi “İddiaçı” kimi qeyd edilməsi səbəbindən ona verilmiş şəxsiyyət vəsiqəsində soyadı adı atasının adı İddiaçı kimi qeyd edilmiş, həmçinin sənədlərində soyad və ata adı ilə bağlı ziddiyyət olması əsas göstərilməklə övladlarına da şəxsiyyət vəsiqəsi verilməsi təmin edilməmişdir. Bu səbəbdən də o Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Ufa şəhərinin Oktyabrsk rayonunun VVAQ ikinci şöbəsisi tərəfindən verilmiş adın dəyişdirilməsi haqqında İ-AP N 538568 nömrəli şəhadətnaməni Cavabdehnə təqdim edərək onun adına xx.xx.1986-cı ildə Ağcabədi rayon Gələbədin kənd İƏD-si üzrə nümayəndəliyində tərtib edilmiş 33 saylı doğum haqqında akt qeydində soyadında və ata adında müvafiq dəyişiklik edilməsi üçün ərizə ilə müraciət etmiş. Lakin həmin şöbə heç bir ciddi səbəb və əsas göstərmədən onun müraciətinin icrasından yəni doğum akt qeydində dəyişiklik etməkdən imtina etmişdir. Bu barədə Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli imtina məktubu göndərilmişdir. O həmin imtinanı əsassız hesab edir. Hesab edir ki, o doğum akt qeydində dəyişiklik edilməsi üçün kifayət qədər sənədlər təqdim etmiş və həmin sənədlərə əsasən onun doğum akt qeydində dəyişiklik edilməsi mümkündür. Bu səbəbdən də o məhkəməyə müraciət edərək onun barəsində xx.xx.1986-cı ildə Ağcabədi rayon Gələbədin kənd İƏD-si üzrə nümayəndəliyində 33 saylı doğum haqqında akt qeydində soyadının adının və atasının adının X9 kimi dəyişdirilməsi öhtəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş edir.. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X8 iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq bildirilir ki, hazırki işin məhkəmə aidiyyəti müəyyən edilərkən 2 ərizə növü fərqləndirilməlidir. Birincisi, qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə; ikincisi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqan tərəfindən qeydə düzəliş edilməsindən imtina olması ilə bağlı maraqlı şəxslə həmin orqan arasında olan mübahisə üzrə ərizə. birinci, ərizəyə ümumi məhkəmədə, ikinci ərizəyə isə inzibati məhkəmədə baxılmalıdır. Bu barədə izah “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndində də verilib. Hazırki ərizə 2ci növ ərizəyə aiddir, çünki iddiaçı ilə qeydiyyat orqanı arasında mübahisə yaranmışdır. 1ci növə aid olan ərizə o zaman verilir ki, belə mübahisə olmasın. İddia ərizəsindən də görünür ki, iddiaçı qeydin düzgün olmamasının müəyyən edilməsini deyil, qeydə düzəliş edilməsi öhdəliyinin qeydiyyat orqanının üzərinə qoyulmasını tələb edib. Bu baxımdan, hazırkı mübahisə inzibati mübahisə hesab edilir. Bundan başqa nəzərə alınmalıdır ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də bu növ iddialara baxılmasının inzibati məhkəmələr tərəfindən həyata keçirildiyini nəzərdə tutur. (Bax: Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 360/2022 saylı, xx.xx.2022-ci il tarixli) İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İşdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxx 1986-cı ildə ünvan 1ində anadan olmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan Daxili İşlər Nazirliyi Tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2024-cü il tarixli arayışda göstərilmişdir ki, İddiaçı xx xxxxx 1986-cı ildə ünvan 1ində doğulmuş, xx.xx.2002-ci il tarixdən ünvan 1ində qeydiyyatdadır. AA******* nömrəli şəxsiyyət vəsiqəsi xx.xx.2021-ci il tarixdə ASAN 4 tərəfindən verilmişdir. İşdə olan Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-16- 5/8-15-V-314/2024 nömrəli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Cavabdehnə daxil olmuş müraciətə baxılmışdır. xx.xx.1986-cı il tarixdə Ağcabədi rayon Gələbədin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 33 saylı doğum haqqında akt qeydinin uşaq qrafasında soyadı, adı və ata adı “İddiaçı”, təqdim olunan sənədlərdə isə “X9” yazılmışdır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 № -li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik, bərpa və ləğv qaydalarınnın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda şəxsin seçdiyi ərazi qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. Təqdim olunan sənədlərdə uyğunsuzluq və ziddiyyət olduğu üçün xx.xx.1986-cı il tarixdə Ağcabədi rayon Gələbədin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 33 saylı doğum haqqında akt qeydinin uşaq qrafasında soyadına, adına və ata adına “İddiaçın”dan “X9’ə düzəliş edilməsi rayon qeydiyyat şöbəsində mümkün deyildir. Məsələ ilə bağlı məhkəməyə müraciət etmək tövsiyə olunur. İşdə olan Başqırdıstan Respublikası Oktyabr rayonu Ufa şəhəri VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, V-AP 804061 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2014-cü il tarixdə Rusiya Federasiyası, Başqırdıstan Respublikası Oktyabr rayonu Ufa şəhərində doğulmuşdur. Ata qrafasında X9, ana qrafasında isə X5 qeyd edilmişdir. İşdə olan Başqırdıstan Respublikası Ufa şəhəri VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, V-AP 804060 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2014-cü il tarixdə Rusiya Federasiyası, Başqırdıstan Respublikası Ufa şəhərində doğulmuşdur. Ata qrafasında X9, ana qrafasında isə X5 qeyd edilmişdir. İşdə olan AZ-İİ 703734 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxx 1986-cı ildə ünvan 1ində anadan olmuşdur. Ata qrafasında X8, ana qrafasında X2 yazılmışdır. İşdə olan Ədliyyə işləri üzrə Başqırdıstan Respublikasının Dövlət Komitəsinin Ufa şəhərinin Oktyabrski rayonunun VVAQ ikinci şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli İ-AP 538568 nömrəli adın dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı soyadı və ata adını X9 kimi dəyişdirilmişdir. Bu barədə adın dəyişdirilməsi haqqında akt qeydləri kitabında 2016-cı ilin oktyabr ayının 22 günündə № 53 nömrəsi ilə qeyd edilmişdir. İşdə olan Rusiya Federasiyası tərəfindən verilmiş 76 № ******* nömrəli xx.xx.2022ci il tarixli pasportun surətindən görünür ki, X9 xx.xx.1986-cı ildə Azərbaycan Respulikasında anadan olmuş və Rusiya vətəndaşıdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5xxxx-3374/2024 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı, bacısı Əsmər və Sevda Həziyevanın, qardaşı Mövlud Həziyevin, habelə valideynləri Samaya Quliyeva (Həziyeva) ilə Vəliş Həziyevin doğumu haqqında akt qeydinin surəti göndərilmişdir. İşdə olan xx.xx.1986-cı il tarixli 33 saylı doğum haqqında akt qeydindən görünür ki, İddiaçı xx xxxxx 1986-cı ildə ünvan 1ində anadan olmuşdur. Ata qrafasında X8, ana qrafasında X2 yazılmışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 02/6544/di nömrəli məktubda göstərilmişdir ki, 8 aprel 1986-cı il təvəllüdlü İddiaçı (X9) digər ölkələrdən deportasiya olunması barədə Dövlət Miqrasiya Xidmətində məlumat mövcud deyildir. Eləcə də həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmamış, habelə onun ölkədən getməsinə Dövlət Miqrasiya Xidməti tərəfindən məhdudiyyət qoyulmamışdır. Məktubda qeyd edilən digər məlumatların təqdim edilməsi Dövlət Miqrasiya Xidmətinin səlahiyyətləri xaricindədir. İşdə olan Azərbaycan Respublikası Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Qaravəlli kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 11 nömrəli məktubda göstərilmişdir ki, xx.xx.1986-cı il təvəllüdlü İddiaçı (və ya X11) Ağcabədi rayon Qaravəlli kəndində doğulub və həmin ərazidə yaşayıb.Mütamadi olaraq Rusiya Federasiyasına gedib-gəlib. Kənddə yaşadığı müddətdə Elvin adı ilə tanınıb və o adla müraciət olunub. Orta təhsillidir. İşdə olan Azərbaycan Respublikası Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Qaravəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 231 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı X5, X12 və X1 ibarət ailə üzvləri var. İşdə olan Azərbaycan Respublikası Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Qaravəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 230 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı hal-hazırda Ağcabədi rayon Qaravəlli kəndində yaşayır. İşdə olan Ağcabədi rayon Polis şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 60/2-15427/24 nömrəli məktubunda göstərilmişdir ki, adı qeyd olunan vətəndaş: xx.xx.1986-cı il tarixdə Ağcabədi rayonu Qaravəlli kəndində anadan olmuş və Ağcabədi rayonu Qaravəlli kəndində qeydiyyatda olan İddiaçı məxsus hazırki AA******* (aktiv statuslu) seriya nömrəli şəxsiyyət vəsiqəsi xx.xx.2021-ci il tarixdə “Asan4” xidməti tərəfindən verilmişdir. Vətəndaşa məxsus bundan əvvəlki AZE 09520629 (qeyri- aktiv statuslu) seriya nömrəli şəxsiyyət vəsiqəsi xx.xx.2012-ci il tarixdə Ağcabədi RPŞ-nin QvŞV bölməsi tərəfindən təmin olunmuşdur. Lakin qeydiyyata alınmasına səbəb olan və şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin, arxiv sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edilmişdir.Həmin şəxsiyyət vəsiqəsinə aid fərdi uçot kartoçkasmın təsdiq olunmuş kserosurəti göndərilir. xx.xx.1986-cı il təvəllüdlü İddiaçı barəsində heç bir təqsirləndirici material (sadələşdirilmiş material, cinayət işi və s) Ağcabədi RPŞ-də aşkar olunmamışdır İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh məhkəməyə ünvanladığı 20 may 2024-cü il tarixli 3-16-5/8-13-517/2024 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və aşkar edilmiş bacı və qardaşlarının doğum haqqında akt qeydlərinin kserosurətləri və müraciəti ilə bağlı ərizə və əlavə edilmiş sənədlər göndərilir. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq müəyyən edilmişdir ki, İddiaçı doğum haqqında akt qeydində soyadı “Həziyev”, atasının adı isə “Vəliş” qeydi aparılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi doğum haqqında akt qeydində düzəlişlərin edilməsidir ki, bu zaman məhkəmə, doğum haqqında akt qeydində səhvələrə yol verilib-verilməməsini müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51.2-ci maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) və məhkəmə tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 192-ci maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Məhkəmə tərəfində iddiaçı barəsində müvafiq sorğular göndərilmiş, sorğular əsasında müəyyən edilmişdir ki, xx.xx.1986-cı il tarixli 33 saylı doğum haqqında akt qeydində İddiaçı xx xxxxx 1986-cı ildə ünvan 1ində anadan olmuşdur. Ata qrafasında X8, ana qrafasında X2 yazılmışdır. Bundan sonra iddiaçı uzun müddət Rusiya Federasiyasında yaşamışdır, xaricdə adına sənədləşmə işləri aparılmış və xarici ölkədə yaşayan zaman soyadı və atasının adını dəyişdirmək qərarına gəlmişdir. Ədliyyə işləri üzrə Başqırdıstan Respublikasının Dövlət Komitəsinin Ufa şəhərinin Oktyabrski rayonunun VVAQ ikinci şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli İ-AP 538568 nömrəli adın dəyişdirilməsi haqqında şəhadətnamənin surətinə əsasən, İddiaçı soyadı və ata adını X9 kimi dəyişdirilmişdir. Bu barədə adın dəyişdirilməsi haqqında akt qeydləri kitabında 2016-cı ilin oktyabr ayının 22 günündə № 53 nömrəsi ilə qeyd edilmişdir. Bundan sonra İddiaçı övladlarına doğum haqqında şəhadətnamə alan zaman yeni soyad və ata adını müvafiq qrafalarda qeyd etmişdir. İşdə olan Rusiya Federasiyası tərəfindən verilmiş 76 № ******* nömrəli xx.xx.2022-ci il tarixli pasportun surətindən görünür ki, X9 xx.xx.1986-cı ildə Azərbaycan Respulikasında anadan olmuş və Rusiya vətəndaşı olmuşdur. İddiaçı hal-hazırda Azərbaycan Respublikasına qayıtmış və Ağcabədi rayonunda yaşamağa etmişdir. İşdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxx 1986-cı ildə ünvan 1ində anadan olmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır. Hal-hazırki vəziyyətdə iddiaçı cavabdeh orqana müraciət edərək Rusiya Federasiyasında öz soyad adı və ata adını dəyişdirildiyini bildirmiş, bu barədə ona məxsus doğum akt qeydinə müvafiq düzəlişlər edilməsini və dəyişdirilmiş soyad və ata adı ilə yeni doğum haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin cavabdeh orqan tərəfindən müraciətdən imtina edilərək, əsaslı heç bir səbəb göstərilməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə doğum haqqında akt qeydlərində düzəlişlərin edilməsi və yeni doğum haqqında şəhadətnamə verilməsi barədə qadağanedici norma mövcud deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.5.Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın: 1.1.Bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "Qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi") tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 2.1.Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.2. Doğumun qeydə alınması üçün uşağın valideyni, qəyyumu, himayəçisi və ya onların notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər.Doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisəsi tərəfindən dərhal İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, digər tibb müəssisəsi tərəfindən isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ötürülür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həmin məlumat informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür. 12.7. Uçot kitabları dəqiq və aydın doldurulur, buraxılmış səhvlər müvafiq qeydlərdə düzəldilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: 1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır.
3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: -vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə;
5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir.
8. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.
9. Bu əsas müddəaların 4-cü bəndində sadalanan sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi toplanmış bütün materiallarla birlikdə icra üçün müvafiq qeydin olduğu yerdəki qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qərarı əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur.
10. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların müddəalarından görünür ki uşağın doğulması müvafiq olaraq qeydə alınır və doğum haqqında akt qeydi ilə rəsmiləşdirilir. Qeyd olunmalıdır ki, əgər doğum haqqında akt qeydində səhvə yol verilərsə bu səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir.Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Göründüyü kimi, qanunverici hər bir 18 yaşına çatmış şəxsə müstəqil qaydada öz adını və soyadını və atasının adını dəyişdirmək hüququ vermişdir. Müvafiq qeydiyyat şöbələri (inzibati orqan) isə qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlər istisna olmaqla, vətəndaşın həmin müraciətinin həyata keçirilməsini təmin etmək vəzifəsini daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi» Qaydalarında adın, ata adının və soyadın dəyişdirilməsinə yol verilməyən hallar sadalanmışdır. Belə ki, Qaydaların 6.5-ci bəndinin tələbinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Şifahi məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla müəyyən edilir ki, iddiaçı soyadının dəyişdirilməsi üçün cavabdehə müraciət edərkən və hal-hazırda onun barəsində Qaydaların 6.5-ci bəndində göstərilən, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş hər hansı digər məhdudlaşdırıcı hallar yoxdur. Qeyd olunan Qaydaların tələbinə əsasən (6.15-6.18-ci bəndlər) ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir, rayon (şəhər) polis idarəsi (şöbəsi) sənədlər daxil olduğu vaxtdan 15 gün müddətində bütün sənədləri yoxlamanın nəticələri haqqında əsaslandırılmış rəylə birlikdə qeydiyyat şöbəsinə qaytarır, qeydiyyat şöbəsi və ya konsulluq əldə olunmuş sənədlərə əsasən ərizənin məzmununu və yoxlamanın nəticələrini nəzərə alaraq, 15 gün müddətində ərizə verən şəxsin soyadının, adının, ata adının dəyişdirilməsinin mümkünlüyünü əks etdirən rəy tərtib edir, adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır. Yuxarıda göstərilənləri hazırki iddiaya tətbiq etdikdə görünür ki, iddiaçı tərəfindən Rusiya Federasiyasında yaşayan zaman öz soyad və ata adına dəyişiklik etməsi barədə sübut və sənədlər təqdim etmiş və cavabdeh orqanda saxlanılan doğum haqqında akt qeydində müvafiq düzəlişlərin edilməsini tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının doğum haqqında akt qeydində bu halı təsdiq edən kifayət qədər dəlillər olduğundan iddiaçının doğum haqqında akt qeydində düzəlişlərin edilməsindən imtina edilməsi ilə bağlı cavabdehin imtinası əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı barəsində xx.xx.1986-ci il tarixdə tərtib edilmiş 33 nömrəli doğum haqqında akt qeydində düzəliş edilsin, cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh üzərinə soyadı “Həziyev” kimi göstərilmiş İddiaçı soyad qrafasına düzəliş edilərək «Valişin» kimi, “Vəliş oğlu” kimi göstərilmiş ata adı qrafasında isə “Vəlişoviç” qeyd edilməklə, yeni doğum haqqında şəhadətnamə verilməsi öhdəliyi qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər.
Hakim: Amilya Hüseynova