Məhkəmə qərarları › İş №2-1(120)-3459/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3459/2025

02.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3459/2025 02.09.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X8, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən staj tələbləri əsas götürülməklə, 10 yanvar 2025-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən staj tələbləri əsas götürülməklə, 10 yanvar 2025-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiаçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı arasında Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən yaş və staj tələbləri əsas götürülməklə, 10 yanvar 2025-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsində mübahisə yaranmışdır. 60 yaşının tamam olduğu 10 yanvar 2025-ci il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajım olduğu üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən həmin tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi xahişi ilə cavabdehə müraciət etmiş, 11 mart 2025-ci il tarixli, 3- 17-1/2-İ-58977/2025 nömrəli məktubu ilə qurasdırıcı çilingər vəzifəsində topladığı güzəştli stajını mübahisələndirmis və bu səbəblə guya güzəştli is stajının 12 il 6 aydan az təşkil etdiyi üçün ona güzəştli əmək pensiyası təyin edilməsini mümkün hesab etməmişdir. Orta təhsilini başa vurduqdan sonra 07 may 1983-26 may 1985-ci il tarixində həqiqi hərbi xidmətdə olmuş, 05 yanvar 1987-13 aprel 1987-ci il tarixlərində X20 Kombinatında yükləyici işləmiş, 13 aprel 1987-23 oktyabr 1987-ci il tarixində Luq soxozunda tikinti hissəsində fəhlə işləmiş, 04 noyabr 1987-23 fevral 1988-ci il tarixində X20 Kombinatında yükləyici işləmiş, 01 mart 1988-ci ildə Sabirabad rayonunun Jdanov adına kolxozunda tkinti briqadasnda suvaqçı vəzifəsinə işə qəbul edilmiş və 31 avqust 1989-cu il tarixində işdən çıxmışdır. 01 sentyabr 1989-cu ildə Sabirabad 141 nömrəli X6 fəhlə vəzifəsinə işə qəbul edilmiş, 03 fevral 1990-cı ildə 3-cü dərəcəli suvaqçı keçirilmiş, 01 may 1990-cı ildə 5-ci dərəcə suvaqçı keçirilmiş, 14 may 1990-cı ildə işdən çıxmış,14 may 1990-cı ildə 78 nömrəli Tikinti İdarəsində 5-ci dərəcəli suvaqçı vəzifəsinəişə qəbul edilmiş, 01 may 1995ci ildə işdən çıxmış, 01 may 1996-cı il tarixində ERA Azərbaycan-X15 Müəssisəsində turbin təmiri sahəsinə 4-cü dərəcəli çilingər vəzifəsinə işə qəbul edilmiş və 04 yanvar 1999cu il tarixində işdən çıxmışdır. 04 yanvar 1999-cu il taixində Azərenerji Dövlət Şirkətinin İstehsalat Təmir Müəssisəsində turbin avadanlıqlarının təmiri üzrə 4-cü dərəcə çilingər vəzifəsinə qəbul edilmiş, 13 iyun 2002-ci il tarixində işdən çıxmış, 14 iyun 2002-ci il tarixində Əli-Bayramlı DRES-da turbin avadanlığının təmiri üzrə çilingər vəzifəsinə qəbul edilmiş, 31 avqust 2009-cu il tarixində işdən çıxmış, 01 sentyabr 2009-cu il tarixində AZENCO ASC-nin Şirvan Təmir Sahəsinin Turbin Avadanlıqlarının Təmiri Sexinə 6-cı dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, 13 avqust 2010-cu ildə işdən çıxmış, 27 dekabr 2010-cu il tarixində AZENCO ASC-nin X10raşdırıcı çilingər vəzifəsinə işə qəbul edilmiş, 13 may 2014-cü il tarixində Şimal-2 X14 Tikinti Layihəsində quraşdırıcı çilingər keçirilmişdir. 15 sentyabr 2020-ci il tarixində işdən çıxmış, 06 yanvar 2021-ci il tarixində BCC Group MMC-də mexaniki işlər üzrə çilingər vəzifəsinə işə qəbul edilmiş, 14 aprel 2021-ci il tarixində işdən çıxmışdır. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən staj tələbləri əsas götürülməklə, 10 yanvar 2025-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya etiraz edərək bildirmişdir ki, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd etdiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin. Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcbuetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-omadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuiadığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəməiər işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyəsiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habeiə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) dəqiq göstərilməlidir. Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X16 qərarlarını, X19 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə yeraltı işlər,incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısf’nm elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr yarımbəndində (a) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr yarımbəndində (a) polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifələri nəzərdə tutulmuşdur. "xxxx" ASC-nin 15 yanvar 2025-ci il tarixli 01-PH/2020 nömrəli və “X17 Stansiyası” MMC-nin 17 fevral 2025-ci il tarixli 20206-17/17-25 nömrəli arayışlarında iddiaçının xx.xx.1999-xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2002-ci il və xx.xx.2002xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər ərzində turbin avadanlığının təmiri üzrə çilingər, xx.xx.2009-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində Şirvan təmir sahəsində çilingər, xx.xx.2016-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində X3 və Təmiri İdarəsinin 1 saylı Tikinti Quraşdırma sahəsində quraşdırıcı çilingər vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışlarda, İddiaçı çilingər vəzifəsində işlədiyi müddətdə qazanxana, buxar-qaz turbini avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə, quraşdırıcı çilingər vəzifəsində çalışdığı müddətdə isə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması ilə məşğul olub-olmamağı barədə hər hansı məlumat göstərilməmişdir. İş üzrə İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”nə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İddiaçı məhkəmə iclasında izahat verərək qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X5 iddia tələbinə qarşı qeyd etdiklərini etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə Sabirabad rayonunun Kalinovka kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan xx.xx.1983-cü il tarixli, НЗ ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1983-xx.xx.1985-ci illərdə hərbi xidmətdə olmuşdur. İşdə olan xx.xx.1987-ci il tarixli, АТ-İİİ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək fəaliyyətində olmuşdur. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli, 01-PH/20 nömrəli işin xarakteri haqqında güzəştli arxiv arayışından görünür ki, 1965-ci il təvəllüdiü İddiaçı həqiqətən xx.xx.1999-cu ildə "xxxx" Dövlət Şirkətinin İstehsalat-Təmir müəssisəsinin X4 təmiri sahəsinə Turbin Avadanlıqlarının təmiri üzrə 6-cı dərəcəli çilingər peşəsinə işə qəbul edilib və xx.xx.2002-ci ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə öz xahişi ilə işdən azad edilib. xx.xx.2009-cu ildə "xxxx"ASC-nin Energetika Avadanlıqların Təmiri İdarəsinin Şirvan təmir sahəsinə 6-cı dərəcəli çilingər peşəsinə qəbul edilib və xx.xx.2010-cu ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsi xitam edilib. xx.xx.2010-cu ildə "xxxx"ASC-nin X1 İdarəsinin X12 4-cü dərəcəli quraşdırıcıçilingər peşəsinə qəbul edilib, xx.xx.2011-ci ildə “Cənub Layihəsrnin Metal Avadanlıqlarının və Metal Kostruksiyaların” quraşdırılması sahəsinə 4-cü dərəcəli quraşdırıcı-çilingər peşəsinə keçirilib, xx.xx.2015-ci ildə X1 İdarəsinin Qazan Quraşdırma sexinə 5-ci dərəcəli quraşdırıcı-çilingər peşəsinə keçirilib, xx.xx.2016-cı ildə X1 və Təmiri İdarəsinin 1 Sayli Tikinti Quraşdırma sahəsinə 5-ci dərəcəli quraşdırıcı-çilingər peşəsinə keçirilib və xx.xx.2020-ci ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin CS-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsi xitam verilib. Yuxarıda qeyd edilən peşələrdə işləyənlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” Fəslinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacacjötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri “a” fəhlələr bəndinə və 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə əsasən (xx.xx.2011-ci iİdənxx.xx.2015-ci ilədək və xx.xx.2016-cı ildən-xx.xx.2020-ci ildək) “Polad və dəmir-beton kostruksiyaların quraşdırılması” bəndinə əsasən quraşdırıcı-çilingərlərin işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ 2 №-li siyahısının, Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatının 2140000a-18455 saylı şifrəsinə əsasən çilingərlər və bütün adlardan olan elektrik çilingərləri və 2 №-li siyahının XXVİİ “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə (Şifrə- ********) əsasən 2290000a-14612 kodları ilə qeyd edilən “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” yarımbəndinə uyğun quraşdırıcıçilingərlərin işi ilə eynidir və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Güzəştli pensiya üçün staj: 13 il, 02 gün təşkil edir. Məlumat üçün bildiririk ki, “Azbaşenerji” nin xx.xx.1978-ci il tarixli 401 №-li əmrinə əsasən “Azenerjitəmir” zavodu İstehsalat Təmir müəssisəsi adlandırılıb. "xxxx"ASC-nin xx.xx.2002-ci il tarixli 13№-li əmrinə əsasən İstehsalat-Təmir müəssisəsi ləğv edilmiş və yeni hüquqi şəxs kimi "xxxx" MMC yaradılmışdır. İşdə olan Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti “X17 Stansiyası” MMC-nin xx.xx.2025-ci il tarixli, 20/206-17/17-25 nömrəli arayışından görünür ki, 1965-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixinə kimi "xxxx"ASC, “X17 Stansiyası” MMC-nin Qazan turbin sexinin işini təmin edən təmir quraşdırma sexində turbin avadanlıqlarının təmiri üzrə çilingər; xx.xx.2002-ci il tarixdən xx.xx.2009-cu il tarixinə kimi "xxxx"ASC, “X17 Stansiyası’’ MMC-nin Qazan turbin sexinin işini təmin edən turbin avadanlıqlarının təmiri sexində çilingər işləmişdir. Qeyd edilənlərə əsasən, İddiaçı Güləli oğlunun “X17 Stansiyası” MMC-də işlədiyi turbin avadanlıqlarının təmiri üzrə çilingər peşəsi, “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin,vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi barədə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, xx.xx.2007-ci il tarixli Qərarının 24. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı fəslinin a) fəhlələr bölməsində qazanxana,turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri peşəsinin xüsusiyyətlərinə uyğun olması səbəbilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması məqsədəuyğun hesab edilir. Bu vəzifədə işlədiyi dövrlərdə ağır və zərərli iş şəraitinə görə əsas əmək haqqına 12% əlavə verilmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 7 (yeddi) il, 2 (iki) ay,17 (on yeddi) gün təşkil edir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-1/2-İ-58977/2025 nömrəli məktubundan görünür ki, "xxxx" ASC-nin s 15 yanvar 2025-ci il tarixli 01-PH/2020 nömrəli və “X17 Stansiyası” MMC-nin 17 fevral 2025-ci il tarixli, 20-206-17/17-25 nömrəli arayışlarında xx.xx.1999-xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2002-ci il və xx.xx.2002-xx.xx.2009 tarixləri arasındakı dövrlər ərzində turbin avadanlığının təmiri üzrə çilingər, xx.xx.2009-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində Şirvan təmir sahəsində çilingər, xx.xx.2016-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində X3 və Təmiri İdarəsinin 1 saylı Tikinti Quraşdırma sahəsində quraşdırıcı çilingər vəzifələrində işlədiyi qeyd olunub. Lakin sözügedən arayışlarda, çilingər vəzifəsində işlədiyi müddətdə qazanxana, buxar-qaz turbini avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə, quraşdırıcı çilingər vəzifəsində çalışdığı müddətdə isə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması ilə məşğul olub-olmamağı barədə hər hansı məlumat göstərilməyib. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (3 il 11 ay 4 gün (xx.xx.2011-xx.xx.2015-ci il tarixləri arasındakı dövr) təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İşdə olan Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti “X17 Stansiyası” MMC-nin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 20/206-xx/xx-2025 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC, “X17 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-nin) istismar müddəti başa çatmış, istehsal fəaliyyəti tam dayandırılmışdır. Enerji blokları köməkçi avadanlıqları ilə müvafiq qanunvericiliyə uyğun olaraq balansdan silinmiş və söküntü işləri yekunlaşmışdır. Bu səbəbdən kadrlarla bağlı əhəmiyyət kəsb edən sənədlər 2020-ci ildə Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialına təhvil verilmişdir. Arxiv sənədlərindən göründüyü kimi İddiaçı xx.xx.2002-ci il tarixdən 31,08.2009-cu il tarixinə kimi "xxxx" ASC-nin “X17 Stansiyası” MMC-də(Əli Bayramlı DRES- də) turbin avadanlıqlarının təmiri üzrə çilingər işləmişdir. Bu vəzifədə işlədiyi dövrlərdə ağır və zərərli iş şəraitinə görə əsas əmək haqqına 12% əlavə verilmişdir. İşlədiyi vəzifə üzrə zərərli iş stajı 7 (yeddi) il, 2 (iki) ay, 17 (on yeddi) gün təşkil edir. Belə ki, İddiaçı işlədiyi turbin avadanlıqlarının təmiri üzrə çilingər peşəsi, “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin,vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi barədə "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23.01,2007-ci il tarixli Qərarının 24.Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı fəslinin a) fəhlələr bölməsində qazanxana, turbin(buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri peşəsinin xüsusiyyətlərinə uyğun olması səbəbilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması məqsədəuyğun hesab edilir. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanlaığı xx.xx.2025-ci il tarixli, 01-PH/241 nömrəli məktubunda qeyd edilimişdir ki, 1965-ci il təvəllüdiü İddiaçı həqiqətən xx.xx.1999-cu ildə "xxxx" Dövlət Şirkətinin İstehsalat-Təmir müəssisəsinin X4 təmiri sahəsinə Turbin Avadanlıqlarının təmiri üzrə 6-cı dərəcəli çilingər peşəsinə işə qəbul edilib və xx.xx.2002-ci ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə öz xahişi ilə işdən azad edilib. xx.xx.2009-cu ildə "xxxx"ASC-nin Energetika Avadanlıqların Təmiri İdarəsinin Şirvan təmir sahəsinə 6-cı dərəcəli çilingər peşəsinə qəbul edilib və xx.xx.2010-cu ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsi xitam edilib. xx.xx.2010-cu ildə "xxxx"ASC-nin X1 İdarəsinin X12 4-cü dərəcəli quraşdırıcıçilingər peşəsinə qəbul edilib, xx.xx.2011-ci ildə “Cənub Layihəsrnin Metal Avadanlıqlarının və Metal Kostruksiyaların” quraşdırılması sahəsinə 4-cü dərəcəli quraşdırıcı-çilingər peşəsinə keçirilib, xx.xx.2015-ci ildə X1 İdarəsinin Qazan Quraşdırma sexinə 5-ci dərəcəli quraşdırıcı-çilingər peşəsinə keçirilib, xx.xx.2016-cı ildə X1 və Təmiri İdarəsinin 1 Sayli Tikinti Quraşdırma sahəsinə 5-ci dərəcəli quraşdırıcı-çilingər peşəsinə keçirilib və xx.xx.2020-ci ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin CS-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsi xitam verilib. Yuxarıda qeyd edilən peşələrdə işləyənlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” Fəslinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacacjötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri “a” fəhlələr bəndinə və 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə əsasən (xx.xx.2011-ci iİdənxx.xx.2015-ci ilədək və xx.xx.2016-cı ildən-xx.xx.2020-ci ildək) “Polad və dəmir-beton kostruksiyaların quraşdırılması” bəndinə əsasən quraşdırıcı-çilingərlərin işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ 2 №-li siyahısının, Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatının 2140000a-18455 saylı şifrəsinə əsasən çilingərlər və bütün adlardan olan elektrik çilingərləri və 2 №-li siyahının XXVİİ “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə (Şifrə- ********) əsasən 2290000a-14612 kodları ilə qeyd edilən “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” yarımbəndinə uyğun quraşdırıcıçilingərlərin işi ilə eynidir və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Güzəştli pensiya üçün staj: 13 il, 02 gün təşkil edir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdeh imtina üçün bir halı əsas götürmüşdür:

1. Güzəştli iş stajının toplanmaması; Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1965-ci ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin onun 12 il 6 ay güzəştli iş stajının olması səbəbindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi illərinin nə qədər təşkil etdiyi müəyyən edilməli, bundan başqa ümumiyyətlə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya kapitalı ilə bağlı şərtin zəruri olubolmaması aydınlaşdırılmalıdır. Məhkəmə bu istiqamətdə zəruri qiymətləndirmənin aparılması üçün “Əmək pensiyaları haqqında” Qanunun müddəalarına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərəli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və ya göstəricilərin 2 nömrəli Siyahısı” (Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Şərh ounan normaların tələblərinə əsasən iddiaçının ümumi və güzəştli stajına münasibət bildirilməsi zəruri hesab edilir. Məhkəmə qeyd edir ki, iddiaçının 60 yaşınadək ümumi iş stajının nə qədər olması əmək kitabçasında olan qeydlər əsasında müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-1/2-İ-58977/2025 nömrəli məktubundan görünür ki, "xxxx" ASC-nin 15 yanvar 2025-ci il tarixli 01-PH/2020 nömrəli və “X17 Stansiyası” MMC-nin 17 fevral 2025-ci il tarixli, 20-206-17/17-25 nömrəli arayışlarında xx.xx.1999-xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2002-ci il və xx.xx.2002-xx.xx.2009 tarixləri arasındakı dövrlər ərzində turbin avadanlığının təmiri üzrə çilingər, xx.xx.2009-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində Şirvan təmir sahəsində çilingər, xx.xx.2016-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində X3 və Təmiri İdarəsinin 1 saylı Tikinti Quraşdırma sahəsində quraşdırıcı çilingər vəzifələrində işlədiyi qeyd olunub. Lakin sözügedən arayışlarda, çilingər vəzifəsində işlədiyi müddətdə qazanxana, buxar-qaz turbini avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə, quraşdırıcı çilingər vəzifəsində çalışdığı müddətdə isə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması ilə məşğul olub-olmamağı barədə hər hansı məlumat göstərilməyib. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (3 il 11 ay 4 gün (xx.xx.2011-xx.xx.2015-ci il tarixləri arasındakı dövr) təşkil edir. Məhkəmə qanunvericiliyin müddəalarını əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən etdi ki, iddiaçının 60 yaşı tamam olduğu vaxta, yəni xx.xx.2021-ci il tarixə ümumi iş stajı 25 ildən çox təşkil edir. Qeyd edilməlidir ki, iddiaçının ümumi iş stajı cavabdeh inzibati orqan tərəfindəndə mübahisələndirilməmiş və mübahisəsiz hal kimi qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı iiə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyğun olması, gördüyü tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməsi bildirilmişdir. Məhkəmə cavabdehin imtina məktubunda göstərdiyi əsasa münasibətdə bildirir ki, iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün güzəştli iş stajı ilə bağlı şərti də ödəmişdir. İlkin olaraq qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə iddiaçının güzəştli iş stajına münasibətdə bildirir ki, cavabdeh imtinasında qeyd edir ki, Cavabdeh inzibati orqan qeyd edir ki, "xxxx" ASC-nin 15 yanvar 2025-ci il tarixli 01-PH/2020 nömrəli və “X17 Stansiyası” MMC-nin 17 fevral 2025-ci il tarixli, 20-206-17/17-25 nömrəli arayışlarında xx.xx.1999-xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2002-ci il və xx.xx.2002-xx.xx.2009 tarixləri arasındakı dövrlər ərzində turbin avadanlığının təmiri üzrə çilingər, xx.xx.2009-xx.xx.2010cu il tarixləri arasındakı dövr ərzində Şirvan təmir sahəsində çilingər, xx.xx.2016-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində X3 və Təmiri İdarəsinin 1 saylı Tikinti Quraşdırma sahəsində quraşdırıcı çilingər vəzifələrində işlədiyi qeyd olunub. Lakin sözügedən arayışlarda, çilingər vəzifəsində işlədiyi müddətdə qazanxana, buxar-qaz turbini avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə, quraşdırıcı çilingər vəzifəsində çalışdığı müddətdə isə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması ilə məşğul olub-olmamağı barədə hər hansı məlumat göstərilməyib. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (3 il 11 ay 4 gün (xx.xx.2011-xx.xx.2015-ci il tarixləri arasındakı dövr) təşkil edir. Sorğu nəticəsində məhkəməyə ünvanlanan Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti “X17 Stansiyası” MMC-nin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 20/206-xx/xx-2025 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC, “X17 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-nin) istismar müddəti başa çatmış, istehsal fəaliyyəti tam dayandırılmışdır. Enerji blokları köməkçi avadanlıqları ilə müvafiq qanunvericiliyə uyğun olaraq balansdan silinmiş və söküntü işləri yekunlaşmışdır. Bu səbəbdən kadrlarla bağlı əhəmiyyət kəsb edən sənədlər 2020-ci ildə Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialına təhvil verilmişdir. Arxiv sənədlərindən göründüyü kimi İddiaçı xx.xx.2002-ci il tarixdən 31,08.2009-cu il tarixinə kimi "xxxx" ASCnin “X17 Stansiyası” MMC-də(Əli Bayramlı DRES- də) turbin avadanlıqlarının təmiri üzrə çilingər işləmişdir. Bu vəzifədə işlədiyi dövrlərdə ağır və zərərli iş şəraitinə görə əsas əmək haqqına 12% əlavə verilmişdir. İşlədiyi vəzifə üzrə zərərli iş stajı 7 (yeddi) il, 2 (iki) ay, 17 (on yeddi) gün təşkil edir. Belə ki, İddiaçı işlədiyi turbin avadanlıqlarının təmiri üzrə çilingər peşəsi, “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin,vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi barədə "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23.01,2007-ci il tarixli Qərarının 24.Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı fəslinin a) fəhlələr bölməsində qazanxana, turbin(buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri peşəsinin xüsusiyyətlərinə uyğun olması səbəbilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması məqsədəuyğun hesab edilir. Həmçinin müəssisə tərəfindən işlədiyi vəzifə üzrə vəzifə təlimatı təqdim edilmiş, tərəflərin iştirakı ilə nəzərdən keçirilərək iş materiallarına əlavə edilmişdir. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanlaığı xx.xx.2025-ci il tarixli, 01-PH/241 nömrəli məktubunda qeyd edilimişdir ki, 1965-ci il təvəllüdiü İddiaçı həqiqətən xx.xx.1999-cu ildə "xxxx" Dövlət Şirkətinin İstehsalat-Təmir müəssisəsinin X4 təmiri sahəsinə Turbin Avadanlıqlarının təmiri üzrə 6-cı dərəcəli çilingər peşəsinə işə qəbul edilib və xx.xx.2002-ci ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3cü bəndinə öz xahişi ilə işdən azad edilib. xx.xx.2009-cu ildə "xxxx"ASC-nin Energetika Avadanlıqların Təmiri İdarəsinin Şirvan təmir sahəsinə 6-cı dərəcəli çilingər peşəsinə qəbul edilib və xx.xx.2010-cu ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsi xitam edilib. xx.xx.2010cu ildə "xxxx"ASC-nin X1 İdarəsinin X12 4-cü dərəcəli quraşdırıcı-çilingər peşəsinə qəbul edilib, xx.xx.2011-ci ildə “Cənub Layihəsrnin Metal Avadanlıqlarının və Metal Kostruksiyaların” quraşdırılması sahəsinə 4-cü dərəcəli quraşdırıcı-çilingər peşəsinə keçirilib, xx.xx.2015-ci ildə X1 İdarəsinin Qazan Quraşdırma sexinə 5-ci dərəcəli quraşdırıcı-çilingər peşəsinə keçirilib, xx.xx.2016-cı ildə X1 və Təmiri İdarəsinin 1 Sayli Tikinti Quraşdırma sahəsinə 5-ci dərəcəli quraşdırıcı-çilingər peşəsinə keçirilib və xx.xx.2020-ci ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin CS-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsi xitam verilib. Yuxarıda qeyd edilən peşələrdə işləyənlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” Fəslinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacacjötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri “a” fəhlələr bəndinə və 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə əsasən (xx.xx.2011-ci iİdənxx.xx.2015-ci ilədək və xx.xx.2016-cı ildən-xx.xx.2020-ci ildək) “Polad və dəmir-beton kostruksiyaların quraşdırılması” bəndinə əsasən quraşdırıcı-çilingərlərin işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ 2 №-li siyahısının, Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatının 2140000a-18455 saylı şifrəsinə əsasən çilingərlər və bütün adlardan olan elektrik çilingərləri və 2 №-li siyahının XXVİİ “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə (Şifrə- ********) əsasən 2290000a-14612 kodları ilə qeyd edilən “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” yarımbəndinə uyğun quraşdırıcıçilingərlərin işi ilə eynidir və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Güzəştli pensiya üçün staj: 13 il, 02 gün təşkil edir. Belə olduğu halda məhkəmə mövcud olan sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə, iddiaçının güzəştli iş stajının 12 il 06 aydan çox təşkil etdiyi müəyyən edir. Həmçinin təqdim edilən arayışların mötəbərliyi şübhə doğurmamış, şübhə doğuran hallarla bağlı inzibati orqan tərəfindən sübut təqdim edilməmişdir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı mübahisə yaranmamış, iddiaçının ilkin müraciəti zamanı verilmiş imtina məktubunda, həmçinin yazılı etirazda bununla bağlı mülahizə irəli sürülməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış kapital ilə bağlı şərt ödənildiyindən, həmin hissədə əlavə araşdırmanın aparılmasına zərurət yaranmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən və mübahisələndirilmədiyindən mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Məhkəmə diqqətə çatdırır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Hazırkı işin hallarından eləcə də cavabdehin təqdim etdiyi etiraz məktubundan müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli qanunların müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamış və müəssisənin iddiaçı ilə bağlı təqdim etdiyi arayışla kifayətlənərək güzəştli iş stajının olduğunu bildirmişdir. Beləliklə, iddiaçıya hüququnun yarandığı 60 yaşdan, yəni xx.xx.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası pensiya hüququnun yarandığı tarixdən, yəni 60 yaşdan təyin edilməli olduğundan adıçəkilən Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün deyil, məhz onun pensiya hüququ yarandığı tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən staj tələbləri əsas götürülməklə, 10 yanvar 2025-ci il tarixindən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar